Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 1(058)-46/2023 09.10.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Rayon(şəhər) məhkəmələrində X1 üzrə Şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Samux rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Samux rayonu Qarabağlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radlərində atası Zərərçəkmiş şəxs ilə Samux rayonu Qarabağlı kəndində yaşadıqları evdə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı, yumruqla qəsdən atası Zərərçəkmiş şəxs burun və alın nahiyəsinə vuraraq – burun nahiyəsinin, alının, üst dodağın, sağ dirsək nahiyələrinin yaraları, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verən zaman özünü qeyd olunan ittihamla təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun atasıdır. xx.xx.2023-cü il tarixdə saat 22 radlərində atası Zərərçəkmiş şəxs evə sərxoş halda gəlməsi səbəbilə yaşadıqları evdə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı qəsdən atası Zərərçəkmiş şəxs burun və alın nahiyəsinə vuraraq ona yüngül xəsarət yetirmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır. Buna görə də barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. xx.xx.2023-cü il tarixdə yaşadıqları evdə, oğlu Qalib sərxoş olduğu üçün mübahisə yaranmış, mübahisə zamanı Qalib onun burun və alın nahiyəsinə vuraraq ona yüngül xəsarət yetirmişdir. Həmin vaxt arvadı Məlahət də orada olmuş, başqa heç kəs olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur. xx.xx.2023-cü il tarixdə əri Tofiq və oğlu Qalib arasında sözlə, kiçik mübahisə olmuş, mübahisə zamanı əri Tofiq yıxılaraq yüngül xəsarət almışdır. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş 10 avqust 2023-cü il tarixli, 63 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun nahiyəsinin, alının, üst dodağın, sağ dirsək nahiyələrinin yaralarıdır ki, bu xəsarətlər bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmiş və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş, məlumat portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər şərti olaraq iki il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş, Samux İcra Hakimiyyəti Başçısının Poylu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmişdir, bununla belə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışması, zərəçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi nəzərə alınaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 356, 384-cü maddələrini rəhbər tutub QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №1(058)-46/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №1(058)-46/2023
09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver