Məhkəmə qərarları › İş №1(058)-46/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №1(058)-46/2024

08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 1(058)-46/2024 08.07.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Resbublikası Baş X1 müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Samux rayonu, Çobanabdallı kəndində qeydiyyatda olmaqla yaşamış, cinayət-prosessual fəaliyyət qabiliyyəti olmayan, barəsində xüsusi tibb müəssisəsinə (psixiatriya stasionarına) yerləşdirilməsi növündə təhlükəsizlik tədbiri tətbiq edilmiş, məhkəmənin qərarı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası” X7 yerləşdirilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlləri anlaqsız vəziyyətdə törətməsinə dair cinayət işinə məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs əziyyət çəkdiyi «Paranoid Şizofreniya» psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşməklə anlaqsız vəziyyətdə 07 noyabr 2023-cü il tarixdə saat 17 radələrində qəsdən vahid niyyətlə ictimai yer hesab edilən və vətəndaşların sıx məskunlaşdığı Samux rayonu, Çobanabdallı kəndində özünün davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə qonşusu Zərərçəkmiş şəxs2 ilə sonuncunun yaşadığı evinin qarşısında onunla mübahisə yaradaraq cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə davranış qaydalarını qərəzli surətdə pozaraq, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, əxlaq normaları və birgəyaşayış qaydaları ilə bir araya sığmayan, özünü cəmiyyətin fövqündə qoyub öz üstünlüyünü nümayiş etdirməklə, ətrafda olan şəxslərə məhəl qoymayıb özündə olmuş silah qismində istifadə etdiyi soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağının kəsici-deşici hissəsi ilə Zərərçəkmiş şəxs2 qarın nahiyəsinə və bədənin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığına yüngül zərər vurmaya aid bir ədəd qarnın ön divarının sol yarısının daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yarası, sol bel nahiyəsinin bir ədəd, sol diz nahiyəsinin bir ədəd, sol bazu nahiyəsinin iki ədəd kəsilmiş-deşilmiş yaraları, sağ saidin bir ədəd kəsilmiş-deşilmiş yaraları ilə müşayiət olunan bədən xəsarətləri yetirib hadisə yerindən uzaqlaşmaqla həmkəndlisi Zərərçəkmiş şəxs1 ilə onun yaşadığı Samux rayonu, Çobanabdallı kəndində yerləşən küçədə təsadüfən rastlaşıb heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə mübahisə etməklə həmin bıçağın kəsici-deşici hissəsi ilə Zərərçəkmiş şəxs1 ayaq nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığına zərər vurmayan sol budun səthi kəsilmiş yarası ilə müşayiət olunan bədən xəsarətləri yetirməklə qəsdən ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla ictimai maraqlara əhəmiyyətli ziyan vuran silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. İşin halları və dəlilləri: Məhkəmə baxışı zamanı barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs psixi sağlamlıq vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır. Məhkəməyədək icraat zamanı barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə cinayət törətməsi müəyyən edilməzdən əvvəl 08 noyabr 2023-cü il tarixdə şübhəli şəxs və 09 noyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, yaşadığı evdə artıq bir ildir ki, tək yaşayır, belə ki, arvadı və iki övladı ondan ayrı yaşayırlar. Onun iki oğlu var, onlardan böyük olanı həqiqi hərbi xidmətdədir, digəri isə orta məktəbdə oxuyur, onlar da Samux rayon Çobanabdallı kəndində qayınatasıgildə yaşayırlar. Oğlu arada onun yanına gəlib-gedir. 2002-2003-cü il tarixdə oğurluq etdiyi üçün 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2020-ci il tarixdən bəri isə bir neçə dəfə Gəncə Psixiatriya xəstəxanasında şizofreniya xəstəliyi diaqnozu ilə müalicə almışdır. Zərərçəkmiş şəxs2 kəndçisidir, həm də yaşadığı kənddə qonşulardır. 2016-2017-ci il tarixdən qonşusu ilə narazılığı yaranmış, həmin vaxtdan da bir-biriləri ilə bir qonşu olaraq yola getmirlər. Zərərçəkmiş şəxs2 axır vaxtlar onun arvadı və övladları haqqında kənddə böhtan xarakterli sözlər danışdığını, arvadının pozğun olduğunu deməsini eşitmiş və buna görə də onunla kənddə söhbət edib ondan bu barədə soruşan zaman ona yalan olduğunu, belə bir sözlər demədiyini demişdir. Ancaq sonradan yenə eşitmişdir ki, Ayxan onun və ailəsi haqqında kənddə yenə xoşagəlməz sözlər danışır, buna görə də qərara gəlmişdir ki, Ayxanı bunun üstündə cəzalandırsın. 07 noyabr 2023-cü il tarixdə təxminən saat 17 radələrində o, evin həyətində yerləşən anbardan günəbaxan bitkisini kəsmək üçün istifadə edilən qulpu taxtadan, üzəri qara rəngli zalenta ilə örtülü, qatlanmayan, uzunluğu təxminən ümumi 30 sm olan bıçağı götürüb bel hissəsində gizlətmiş və evinin qarşısındakı küçəyə çıxıb Ayxanı gözləməyə başlamışdır. Bir qədər keçmiş Ayxan ailəsinə məxsus “Qazel” markalı avtomobillə tək gəlib evlərinin qarşısında dayanmış və avtomobildən yerə düşmüşdür. O, da piyada Ayxana yaxınlaşaraq onunla üzbəüz dayanıb demişdir ki, “bu nə hörmətsizlikdir ki, edirsən”. Ayxan da ona başını yelləyib, narazı halda dodağının altında nəsə arvad söyüşü söydüyünü, ancaq nə söyüş söydüyünü eşitməmişdir. O, da ona “sən nə üçün mənim ailəmi şərləyirən” deyən zaman Ayxan ona “mən sənin hörmətini saxlayıram” demişdir. O, Ayxana “sən necə hörmət saxlayırsan ki, məni bütün kəndlə bir edibsən” deyib bel nahiyəsində gizlətmiş olduğu bıçağı sağ əliylə çıxardaraq əlində saxlamış və Ayxana demişdir ki, “daha bu qədər bəsdir,”. Ayxan da onun üstünə çəmkirməyə başlamış, o, da bu an sağ əlində saxladığı bıçağı Ayxana tərəf uzatmış, ancaq bıçağın ona dəyibdəymədiyini bilməmişdir. Ayxanın da onu bıçaqla vuracağından qorxub qışqıra-qışqıra öz yaşadığı evlərinin həyətinə qaçmış, o, da onun arxasınca qaçmış, Ayxanın yaşadığı evlərinin həyətində yerə yıxaraq o, yerdə ağzı üstə uzanıqlı vəziyyətdə olarkən bir dəfə əlində olan bıçaqla Ayxanın qarın nahiyəsi tərəfdən vurmuşdur. O, Ayxanı bıçaqla vuran zaman səs-küyə Ayxanın anası Aynur çıxmış və onun əlində bıçaq olduğunu və Ayxanın da bıçaq xəsarəti aldığını görüb üstünə gələrək bıçaq olan əlini hər iki əli ilə saxlamış, o, da onun əlindən çıxaraq dartınmağa başlamışdır. Aynurun arxasınca isə Ayxanın bacısı onları görüb əlində olan taxta parçası ilə onun üstünə gələn zaman o, artıq qaçmış və yaşadığı evə keçib oradan isə arxa tərəfdən başqa küçəyə çıxmış, fikri olmuşdur ki, gedib polisə təslim olsun. Piyada gələrkən digər kəndçisi Xaliqlə təsadüfən yolda rastlaşmış və ondan kiməsə (ya polis, ya da həkimə) zəng etmək üçün Xaliqdən mobil telefon istəmiş, ancaq Xaliq ona qəsdən telefonun olmadığını deyən zaman o, Xaliqə demişdir ki, “sən də mənə yaman ilişirdin, səni öldürməyəcəm, öldürməlik bir iş görməyibsən”. Bunu deyəndən sonra Xaliq onu vuracağından ehtiyat edib qabağından qaçaraq hansısa bir evin həyətinə girmiş, həmin evin giriş darvazasının yanında o, ona çataraq sol əliylə onun çiyin nahiyəsindən tutmuş, tutan zaman Xaliq qışqırmış, həmin anda da sağ əlində olan bıçaqla qəsdən Xaliqin bud nahiyəsinə vurmuşdur ki, birdə onun haqqında heç nə danışmasın. Bundan sonra o, piyada Çobanabdallı kəndinin mərkəzinə çıxmış, yol ilə gedərkən əsəbindən əlində olan bıçaqla qolunu, boynunu bir neçə yerdən kəsmişdir. Qarabağlar kəndinə gedən yolda tanımadığı bir taksi görüb həmin şəxsdən xahiş etmişdir ki, onu polisə aparsın, o, da ona etiraz etməyərək onu öz avtomobili ilə Samux rayon Polis şöbəsinə aparmışdır. Samux rayon Polis şöbəsindən onu Gəncə şəhər A.Səhhət adına xəstəxanaya aparmışlar. Xəstəxanada Ayxanın qohumları onu yumruqla vurmuşdurlar. Buna görə də onu A.Səhhət adına xəstəxanadan Gəncə şəhər 3 saylı xəstəxanaya aparmışlar. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iclasında barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. Əri uzun müddətdir ki, xəstədir. Onunla və uşaqları ilə daima əsasız mübahisələr etdiyindən son zamanlar qorxub atası evinə yığışmışdır. Təqsirləndirilən şəxs qulağına səslər gəlirmiş, öz-özünə qışqırırmış və onlarla mübahisə edirmiş ki, o, eşitdiklərini sizdə eşidirsiniz niyə cavab vermirsiz. Davamlı olaraq evdə əssasız mübahisələr yaradırdı. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, rəsmi olaraq 1992-ci il tarixdən X2 Samux rayon Çobanabdallı kənd EATS-da elektrik montyoru vəzifəsinə işləyir. Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs kəndçiləridir, onlar qonşu küçədə yaşayırlar, onun evinin həyəti ilə Fədailin evinin həyəti arasında sadəcə olaraq çəpər vardır. Zərərçəkmiş şəxs2 yaşadığı evdə atası, anası və bacısı ilə ilə qalırmış, Fədail isə əvvəllər ailəsi ilə birlikdə qalsa da sonradan ailəsi ayrılıb getdiyindən o, arıtq iki ildir ki, tək qalırmış. Həmin qonşularla onun arasında heç bir ədavət və düşmənçilik yoxdur. Fədaili hamı “Fədiş” deyə çağırırlar, əsl adı isə Fədaildir. Xatarıladığı qədəri ilə Fədailin psixi pozuntuları vardır, o, bir neçə dəfə müalicə olunmuşdur. 07 noyabr 2023-cü il tarixdə axşam təxminən saat 17:30 radələrində işlədiyi Samux rayon Çobanabdallı kəndində yerləşən EATS-dan çıxıb piyada yaşadığı evə gəlirmiş. Yaşadığı küçəyə daxil olub evin qaz sobasının necə quraşdıracağını fikirləşə-fikirləşə yerə baxa-baxa evə tərəf gələndə kimsənin ona “telefonu ver” dediyini eşitdikdən sonra o, başını yuxarı qaldırmış və görmüşdür ki, qonşusu Fədail sol əlində iri bir bıçaq, bıçağın və özünün paltarlarının isə qan olduğunu görüb qorxmuş, həmin an o, Fədailə cavab olaraq telefonunun konturunun olmadığını deyib ona telefonunu verməmişdir. O, telefonu Fədailə verməyəndə sonuncu ona “qoy üçüncü də sən ol” deyən zaman o, artıq bilmişdir ki, kimisə bıçaqla vurub və onu da bıçaqla vuracaqdır. Buna görə də tez sol tərəfə, yaxınlıqda olan qonşusu İlqarın yaşadığı evə tərəf qaçmış, Fədail də onun arxasınca qaçmış, İlqarın evinin həyətinin giriş darvazası açıq olduğundan istəmişdir ki, həyətə girsin, girən zaman ayağı yerdə olan darvazanın dəmirinə ilişmiş və ayağı büdrədiyindən yerə yıxılmış, yerdə yıxılı vəziyyətdə olarkən Fədail əlində saxlamış olduğu bıçaqla onun sol ayağına bir dəfə qəsdən zərbə endirmiş və o, sol ayağından xəsarət almış, kömək üçün qışqıraraq İlqarı çağırmağa başlamış və sonra ayağa qalxıb evin həyətində olan anbara girmiş, anbarın qapısını əliylə saxlamış, Fədail də qapını açmaq istəsə də aça bilməmiş və sonra evin həyətində dayanaraq onu çağırmağa başlamış, o da qışqırıb İlqarı çağırmışdır. Bu zaman İlqar onların səsküyünə evin həyətindən çıxanda o, evin giriş qapınsını əli ilə saxlayaraq İlqara demişdir ki, “çıxma, Fədail burdadır, əlində bıçaq var, səni də vurar”. Ancaq İlqar evin həyətinə çıxmış və evin həyətində heç kimin olmadığını görüb küçəyə çıxmış, o, da İlqarın çıxdığını və heç kimin olmadığını görüb küçəyə çıxaraq tez yaşadığı evə getmişdir. İlqarla onun yaşadığı evin arasında təxminən 100 məsafə vardır. Evdə o, arvadına olanları deyib qonşunun avtomobili ilə birinci olaraq Samux Rayon Mərkəzi xəstəxanasına, oradan isə Gəncə şəhər 3 saylı TTY xəstəxanasına getmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, X4 atasıdır, Şahid11 anasıdır, Şahid8 bacısıdır, bir evdə yaşayırlar. Təqsirləndirilən şəxs qonşusudur, onunla ədavəti və düşmənçiliyi olmamışdır. 07 noyabr 2023-cü il tarixdə axşam saat 17 radələrində “Qazel” markalı avtomobillə xurma yığmaqdan gəlirmiş. O, yaşadığı evin döngəsinə dönən zaman görmüşdür ki, qonşusu Fədail qardaşı Xaliq ilə qapılarının qarşısında dayanıb söhbət edirmiş. O, da idarə etdiyi avtomobili yaşadığı evin qarşısında saxlayaraq yerə düşmüş, düşən zaman görmüşdür ki, Fədail ona yaxınlaşmış və ona xəstəxanaya aparmasını bildirmişdir. Fədail bir gün əvvəl ona bu barədə deyəndə o, onu xəstəxanaya aparmağa razılıq vermişdir. Həmin vaxt o, Fədailə demişdir ki, “evə keçim, yemək yeyim çıxıram, gedək ”. Bundan sonra o, üzünü ondan çevirib evin çöl darvazasına getmək istəyərkən görmüşdür ki, Fədail belindən iri bir bıçaq çıxardaraq sağ əli ilə onun bel nahiyəsinə bir dəfə qəsdən vurmuş, vurandan sonra da ona demişdir ki, “sən mənə söyüş söydün”, o, da Fədailin onu bıçaqla vurduğunu görüb tez qaçaraq evin o biri tərəfində olan məhləyə çıxan qapıya qaçmış ki, ondan uzaqlaşsın. O, qaçarkən Fədail də arxasınca qaçmağa başlamışdır. O, evin həyətinə çatanda ondan qan getdiyi üçün halsızlaşmış və qaça bilmədiyi üçün yerə yıxılmış, bu zaman Fədail onun yanına gələrək əlində olan bıçaqla ona xəsarət yetirməyə başlamış, o, isə yerdə beli üstə uzanıqlı vəziyyətdə əlləri və ayaqları ilə Fədaili ona yaxınlaşmağa qoymamış və qışqıraraq kömək çağırmışdır. Bu zaman onun səsini anası Aynur evdən eşidib məhləyə çıxanda görmüş ki, Fədail onu bıçaqla vurmaq istəyir, anası Fədailə yaxınlaşaraq əli ilə bıçağı tutmuş, sonra səs-küyə bacısı da çıxmış və anası bacısına demişdir ki, “ordan ağacı gətir, bunu vur, ordan çıxıb getsin”. Bacısı da məhlədə olan ağac parçasını gətirib Fədailin baş nahiyəsinə bir dəfə vurmuş, Fədail bundan sonra əlində olan bıçağı götürüb qaçmışdır. Bundan sonra anasıgil onu ayağa qaldırmışlar, səs-küyə əmisi Qabil gəlmiş, ancaq Qabil gələn zaman artıq Fədail çıxıb getmişdir. Onun xəsarət aldığını görən Qabil onun “VAZ 2107” markalı avtomobilil İlə Gəncə şəhəri A.Səhhət adına xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, X4 əridir, Şahid8 qızıdır, bir evdə yaşayırlar. Təqsirləndirilən şəxs qonşusudur, onunla ədavəti və düşmənçiliyi olmamışdır. 07 noyabr 2023-cü il tarixdə axşam saat 17 radələrində o, evdə olarkən evin həyətindən Ayxanın kimisə kömək etməyə çağırdığını eşitmiş, o, da nə baş verdiyini bilmək üçün cəld evin həyətinə çıxmış, evin həyətinə çıxan zaman oğlu Zərərçəkmiş şəxs2lə qonşusu Təqsirləndirilən şəxs dalaşdıqlarını görmüşdür. Ayxan evin həyətində olan dəmir barmaqlıqların yaxınlığında yerdə kürəyi üstə uzanıqlı vəziyyətdə olmuş, Təqsirləndirilən şəxs isə əlində iri bir bıçaqla onun başının üstündə durub oğluna həmin bıçaqla vurub xəsarət yetirmək istəmişdir. O, onları görərkən artıq Fədail oğluna bıçaqla xəsarət yetirmişdir, oğlu Ayxanın paltarları qana bulaşmışdır. O, cəld Fədailin üstünə qaçaraq əlində saxlamış olduğu bıçağı əli ilə tiyəsi olan hissəsindən tutmuşdur ki, həm bıçağı əlindən alsın, həm də oğlu Ayxana bıçaqla vura bilməsin. Fədail də onun bıçağı tutduğunu görüb əlini dartmağa başlamışdır ki, o, bıçağı buraxsın, ancaq bıçağın kəsici hissəsi əlini kəssə də o, bıçağı yenə də buraxmamış, bu zaman o, Fədaillə bacara bilməyəcəyini görüb qışqıraraq kömək çağırmağa başlamış, onun səsini qızı Aydan eşdib evin həyətinə çıxmış, o, qızına demişdir ki, “ordan ağacı gətir, bunu vur, ordan çıxıb getsin”. Qızı da məhlədə olan ağac parçasını gətirib Fədaili vurmaq istədiyini deyib qorxutmuş, Fədail də təkləndiyini görüb bundan sonra əlində olan bıçağı onun əlindən dartıb çıxardaraq götürüb evin həyətindən qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Şahid11 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs2 qardaşı oğludur, eyni kənddə, yəni Samux rayon Çobanabdallı kəndində yaşayırlar. Təqsirləndirilən şəxs kəndçisidir, əvvəllər heç bir ədavət və düşmənçilik olmamışdır. 07 noyabr 2023-cü il tarixdə axşam saat 17 radələrində o, yaşadığı kənddə sahədə heyvanları otaran vaxt görmüşdür ki, Yusifgil tərəfdən səs-küy gəlir. O, da məsələnin nə olduğunu bilmək üçün piyada Yusifgilə getmişdir. Yusifgilin döngəsinə çatan zaman görmüşdür ki, Fədail öz evlərinin həyət qapısından küçəyə çıxmış, sağ əlində isə uzun bir tiyəli bıçaq vardır. Həyət evinin giriş darvazasının qarşısında dayanıb sol əlini yuxarı qaldırıb sağ əli ilə qolunu kəsmiş, sonra isə boğaz nahiyəsini kəsmişdir. O, da ona fikir verməyərək cəld qardaşıgilə girmişdir. O, qardaşıgilə çatan zaman onunla bərabar Fədailin qardaşı da çatmış, onlar birlikdə Yusifgilin evinin həyətinə daxil olarkən görmüş ki, Ayxan evin həyətində toyuq hininə söykənərək dayanıb, yanında da anası və bacısıdır. Ayxan onu görüb demişdir ki, “əmi ölürəm”. O, da tez onu tutaraq özlərinə məxsus “Vaz 2107” markalı avtomobilə mindirmiş, onunla bərabər Alik, Aynur və bacısı Aydan minmişlər. O, Ayxanı Samux rayon Mərkəzi Xəstəxanasına aparmış, oradan isə Gəncə şəhər A.Səhhət adına xəstəxanaya aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, rəsmi olaraq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin hərbiləşdirilmiş Mühafizə İdarəsinin 2 saylı bölmənin mühafizəçisi, 2-ci dərəcəli mütəxəssis vəzifəsində işləyir. Zərərçəkmiş şəxs2 əmisi oğludur, eyni kənddə, yəni Samux rayon Çobanabdallı kəndində yaşayırlar. Təqsirləndirilən şəxs kəndçisidir, əvvəllər heç bir ədavət və düşmənçilik olmamışdır. 07 noyabr 2023-cü il tarixdə axşam saat 17 radələrində o, yaşadığı kənddə əmisioğlu Şabanla sahədə heyvanları otaran vaxt görmüşdür ki, Ayxangil tərəfdən səs-küy gəlir, kənd camaatından bir neçə şəxs isə harasa qaçır. O, məsələnin nə olduğunu bilmək üçün o, Ayxangilə getmişlər. Küçənin baş tərəfində Şaban kəndçiləri Alikin arvadı ilə rastlaşmış, o, demişdir ki, “Fədail Ayxanı bıçaqladı”. Onlar da ondan Ayxanın harada olduğunu soruşanda demişdir ki, “Ayxanı bir qədər əvvəl xəstəxanaya apardılar”. Onlar da birinci olaraq Ayxangilin evinə keçmiş, evin həyətində yerdə qan izləri olmuş, evdə heç kim olmadığından küçəyə çıxmışlar və öyrənmişlər ki, Ayxanı Samux rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Ayxanı xəstəxanaya əmisi Qabil Ayxanın öz avtomobili ilə xəstəxanaya aparmışdır. O da Şabanla Şabana məxsus avtomobillə Samux rayon Mərkəzi Xəstəxanasına getmiş, xəstəxananın qarşısında Ayxanın avtomobildə olduğunu görüb ona yaxınlaşmış və görmüş ki, Ayxanın huşu itib, üst-başı da qan içindədir. Həmin vaxt demişlər ki, “Ayxanın vəziyyəti pisdir, Gəncə şəhərinə xəstəxanaya çatdırmaq lazımdır”. Sonra Ayxanı təcili tibbi yardım avtomobili ilə Gəncə şəhər A.Səhhət adına xəstəxanaya aparmış, o, təcili tibbi yarım avtomobili ilə getmiş, Şaban isə onların arxasınca öz avtomobili ilə gəlmişdir. Məhkəmə iclasında şahidlər qismində dindirilmiş Şahid10 və Şahid9 Şahid3 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs kəndçiləridir, eyni kənddə, yəni Samux rayon Çobanabdallı kəndində yaşayırlar. 07 noyabr 2023-cü il tarixdə axşam saat 17 radələrində o, yaşadığı kənddə evdə yatıran vaxt səs-küy gəldiyini eşitmiş, ancaq fikir verməmiş, səs-küy bir də yaxınlıqdan gəldiyindən o, yuxudan ayılmış və evdən evin həyətinə çıxmaq istəyərkən görmüşdür ki, kəndçisi Xaliq onun evinə girib arxadan da qapını bağlayaraq əli ilə saxlamış, Xaliq onu görüb demişdir ki, “çıxma, Fədişin əlində bıçaq var”. O, da hələ tam ayılmamış elə bilmişdir ki, Xaliq kəndçisi Qəqiş adlı şəxsi deyir, o, da özündə fikirləşmişdir ki, Qəqiş elə adam deyil, həm də ona ərki çatır. Buna görə də Xaliqi kənara çəkib evin həyətinə çıxıb evin həyətində heç kimin olmadığını görüb küçəyə çıxmış, çıxan zaman görmüş ki, küçə ilə Fədail ondan təxminən 50 metr qabaqda piyada harasa gedir. O, da Fədaili səsləyərək nə etdiyini soruşmuş, Fədail də ona demişdir ki, “İlqar dayı sən qarışma, namus məsələsidir”. Bundan sonra o, evin qarşısında qayıdarkən Xaliq çıxıb getmişdir. Xaliq piyada öz evlərinə gedərkən görmüşdür ki, belində olan kəməri açıb əli ilə sağ tərəfini saxlayır, o, da Xaliqdən nə olduğunu soruşanda Xaliq ona demişdir ki, Fədail onu bıçaqla vuraraq xəsarət yetirmişdir. Fədailə kənd arasında “Fədiş”, Xaliqə isə “Xalış” deyirlərmiş. O, da Xaliqlə Fədailin bir-biri ilə mübahisə etdiyini və onun evində olduğunu görüb əsəbləşərək DİNnin 102 xidmətinə zəng edərək qonşusunun bıçaqlanması barədə məlumat vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş qanuni nümayəndənin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: "Tutulma haqqında” 08 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müstəntiq İslam Mehdiyev tərəfindən həmin tarixdə, saat 17:48də müdafiəçi – Müdafiəçi iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. "Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 09 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham müdafiəçisi Müdafiəçi iştirakı ilə elan edilməklə mahiyyəti, habelə hüquq və vəzifələri izah edilmişdir. Samux Rayon Məhkəməsinin 4(058)-29/2023 saylı, 09 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 08 noyabr 2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə ballistik ekspertinin xx.xx.2023-cü il tarixli 1199 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertinin xx.xx.2023-cü il tarixli 787 nömrəli rəyindən görünür ki, hal-hazırki ambulator məhkəmə psixiatrik-psixoloji ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gəlmək mümkün olmadığından diaqnozun və psixipsixoloji vəziyyətin dəqiqləşdirilməsi, qoyulmuş suallara cavab almaq məqsədi ilə Təqsirləndirilən şəxs Stasionar Məhkəmə Psixiatrik Ekpertiza Şöbəsinə göndərilməsi zəruridir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 152 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət – sol budun səthi kəsilmiş yarasıdır ki, bu xəsarət – iti kənara malik kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 153 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - qarnın ön divarının sol yarısının daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş bir ədəd yarası, sol bel nahiyəsinin bir ədəd, sol diz nahiyəsinin bir ədəd, sol bazu nahiyəsinin iki ədəd kəsilmiş-deşilmiş yaraları, sağ saidin bir ədəd kəsilmiş-deşilmiş yaralarıdır ki, bu xəsarətlər – kəsici-deşici alətin(alətlərin) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X3”nin kompeks stasionar məhkəmə psixatrik-psixoloji ekspertizasının 16 mart 2024-cü il tarixli 44 №-li rəyində görünür ki, Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunduğu cinayət əməlini törədən zaman «Paranoid Şizofreniya» kimi psixi pozuntudan əziyyət çəkmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən düçar olduğu «Paranoid Şizofreniya» psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Onun hal-hazırki psixi durumuna görə stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdikdən sonra və hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi «Paranoid Şizofreniya» formasında psixi patologiyada psixotik xarakterli əlamətlərin hal-hazırda davam etməsinə görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyən edilir. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissə: - Yoxlanılan şəxs Təqsirləndirilən şəxs şübhəlilik, özünəqapalılıq, inadkarlıq, konservativlik, inamsızlıq kimi fərdi-psixi xüsusiyyətlərinə malikdir. - Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə zamanı keçirdiyi psixi-emosional vəziyyəti onda müəyyən dilən psixi patologiya ilə əlaqədar olmuşdur. - Yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi vəziyyətdən asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. - Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi-həyəcan vəziyyətində, affekt halında olmuşdur. "Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında” 31 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin başlanılması qərara alınmış, həmin qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmişdir. Samux Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 4(058)- 29/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Samux Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 4(058)- 30/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs xüsusi tibb müəssisəsinə (psixi stasionarına) yerləşdirilməsi qərara alınmışdır. "Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi qismində tanınması haqqında” 31 may 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə anlaqsız vəziyyətdə cinayət törətmiş və psixi vəziyyətinə görə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatda iştirak edə bilməyən Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində onun arvadı Qanuni nümayəndə tanınmışdır. Samux Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 4(009)- 30/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası” X5 saxlanılan Təqsirləndirilən şəxs "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 Stasionar şöbəsinə yerləşdirilməsi qərar alınmışdır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin məhkəməyə göndərilməsi haqqında müstəntiq İslam Mehdiyev tərəfindən 05 iyun 2024-cü il tarixdə tərtib edilmiş qərar 10 iyun 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Samux Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X6 baş direktoru tərəfindən 14 iyun 2024-cü il tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1 -ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsini sanksiyasında isə iki ildən beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi çoxsaylı şahidlərin ifadələri ilə yanaşı, məhkəmə ekspertiza rəyləri və iş üzrə olan digər dəlillərin məcmusu ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı iş üzrə tədqiq edilmiş sübutların məcmusu, o cümlədən çoxsaylı şahidlərin ifadələri, ekspertiza rəyləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs “Paranoid şizofreniya” xroniki psixi xəstəliyindən əziyyət çəkməklə cinayət əməlini törətdiyi zaman anlaqsız vəziyyətdə CM-in 221.3-cü maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətmişdir və paranoid şizofreniya xəstəliyinin gedişində psixotik vəziyyət davam etdiyindən hazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün təhlükəli şəxs hesab olunur, bu səbəbdən barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac vardır. Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinə görə ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. CM-in 21.2-ci maddəsinə görə anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-in 93.1-1-ci maddəsinin tələbinə görə şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə (maddə 93.1-1.1); cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə (maddə 93.1-1.2); cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə (maddə 93.1-1.3) təyin edilir. Həmin Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Həmin Məcəllənin 94-cü maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1- 1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 97.4-cü maddəsinin tələbinə əsasən öz psixi vəziyyətinə görə ətrafdakılar və özü üçün təhlükəli olan, intensiv və daimi müşahidə tələb edən şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilə bilər. Azərbaycan Respublikası CM-in 95-ci maddəsinə əsasən məhkəmə psixi pozuntusu olan şəxslərə məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi (maddə 95.0.1); ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə (maddə 95.0.2); ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə (maddə 95.0.3); ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə (maddə 95.0.4) tədbirləri təyin edə bilər. "Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8 noyabr 2012-ci il tarixli, 8 nömrəli qərarının 14-cü bəndində göstərilmişdir ki, cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-in 21.1 -ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tətbiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir. Qərarın 67-ci bəndində qeyd edilmiş qərarın 16-cı bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, ibtidai araşdırma orqanı tərəfindən anlaqsız vəziyyətdə cinayət törətməsi və ya cinayət törətdikdən sonra psixi xəstəliyə tutulması hesab edilmiş şəxsin barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə dair məsələyə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən belə şəxsin həm cinayət törədərkən, həm də bundan sonra öz əməlinin (hərəkət və ya hərəkətsizliyini) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməsi və ya həmin əməli idarə edə bilməsi aşkar edildikdə, məhkəmə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə dair icraata xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığını, ittiham olunan əmələ görə anlaqsız hesab edilərək CM-in 21.1ci maddəsinin təsiri altına düşdüyünü, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığını, o cümlədən iş üzrə keçirilmiş məhkəmə-psixiatriya ekspertiza rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində CM-in 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Azərbaycan Respublikası CPM-in 470-ci maddəsinin tələbinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat başlanmış şəxslərin işləri üzrə onun tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədildiyi yer, vaxt, üsul və digər hallar, əməlin həmin şəxs tərəfindən törədilməsi, əməl törədilənədək həmin şəxsdə psixi xəstəliyinin olması, əməlin törədildiyi anda və ondan sonra araşdırmanın aparılması zamanı xəstəliyin dərəcəsi və xarakteri, həmin şəxsin əməli törədənədək və ondan sonrakı davranışı, vurulmuş zərərin xarakteri və məbləği müəyyən edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olan cinayət əməllərini törətmiş hesab edilməli, həmin əməlləri anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən azad edilməli, barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilməli, onun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxanası” X5 yerləşdirilməsi nəzərə alınmalı, qətimkan tədbirinin əvəzinə seçilmiş xüsusi tibbi müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək təhlükəsizlik tədbiri isə Təqsirləndirilən şəxs hazırkı vəziyyəti nəzərə alınaraq qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bu hissədə qərar icra edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxanası” X7 həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-in 477.3-cü maddəsinin tələbinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edildikdə, məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Qərarın 39, 43 və 49-cu bəndlərində göstərilmiş məhkəmə psixiatrik ekspertizasının rəylərindən göründüyü kimi, Təqsirləndirilən şəxs CM-in 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Azərbaycan Respublikası CM-in 21.1 -ci maddəsinin tələbinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Azərbaycan Respublikası CM-in 93.2-ci maddəsinin tələbinə görə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirmək təhlükəsi yaradır. Həmin məcəllənin 93.1.1 -ci maddəsinə görə isə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasdır. Azərbaycan Respublikası CM-in 94-cü maddəsinin tələbinə əsasən tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsində məqsəd, həmin şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsininin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 41 -ci maddəsinə əsasən, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə, habelə yuxarıda şərh olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiartiya Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 mart 2024-cü il tarixli 44 saylı rəylərinə əsasən məhkəmə hesab edir ki, qeyd olunan ictimai təhlükəli əməli törədərkən Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır, buna görə də onun əməli ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab olunmalı, "Paranoid şizofneniya” xroniki psixi xəstəliyində psixotik vəziyyət davam etdiyinə görə Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşdüyündən ona hazırda cəza təyin edilməsi və cəzanın icrasını mümkün deyil. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 348.2.1-ci maddəsinin tələbinə görə, əməlin törədilməsi zamanı təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə olduqda məhkəmə baxışının nəticələrinə dair məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərdən birinin tətbiq edilməsi barədə qərar çıxarır. Məhkəmə qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-in 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-in 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Həmin Məcəllənin 197.2-ci maddəsində göstərilir ki, bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Bu mənada, məhkəmə cinayət işi üzrə ekspertiza xərcinin dövlət büdcəsi vəsaiti hesabından ödənilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə aparılmış ekspertiza tədqiqatının xərci 31.50 (otuz bir manat əlli qəpik) tutulmasından azad edilməli və həmin məbləğin dövlət büdcəsi vəsaiti hesabından ödənilmiş hesab edilməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cinayəti anlaqsız vəziyyətdə törətdiyindən 31.50 (otuz bir manat əlli qəpik) məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərcinin ödənilməsindən azad edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1 -ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Samux rayon Polis şöbəsinin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd məişət təyinatlı mətbəx bıçağı məhv edilməlidir. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8 noyabr 2012-ci il tarixli qərarı baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 321,346, 347, 348 və 477 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olduğundan cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilsin. Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş xüsusi tibb müəssisəsinə (psixiatriya stasionarına) yerləşdirilməsi növündə təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxanası” X9 həvalə edilsin. Təqsirləndirilən şəxs cinayəti anlaqsız vəziyyətdə törətdiyindən 31,50 (otuz bir manat əlli qəpik) məbləğində ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məhkəmə məsrəfi dövlət büdcəsi vəsaiti hesabına ödənilmiş hesab edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olmaqla Samux rayon Polis şöbəsinin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd məişət təyinatlı mətbəx bıçağı məhv edilsin. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Qərardan elan olunduğu, qərarın surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar