Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-47/2023 11.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məkum olunmamış, Gədəbəy rayonu, Arıqıran kəndində yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra–CM-in) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Təqsirləndirilən şəxs 16 fevral 2023-cü il tarixdə, saat 20 radələrində faktiki olaraq ona məxsus, texniki cəhətdən saz olan etibarnamə və sürücülük vəsiqəsi əsasında, ayıq vəziyyətdə idarə etdiyi “Mercedes Benz 200” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə-Qarayeri avtomobil yolu ilə üzü Samux rayonu, Qarayeri qəsəbəsi istiqamətində təxminən saatda 100 km/saat surətlə hərəkətdə olarkən Samux rayonu, Sərkar kəndi ərazisində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, eləcə də həmin qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, avtomobili yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd 90 kilometrdən çox bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda Qanunun bu tələblərinə əməl etməyərək, avtomobili idarə etməni itirərək avtomobili yolun sağ tərəf kənarında olan ağaca vurmuş, nəticədə onun ehtiyyatsızlığından idarə etdiyi avtomobildə sərnişin olmuş X7 baş beyinin yumşaq qişasına ocaqlı qansızmalar, sağ gicgah-təpə nahiyyəsində subdural hemotoma, başın yumşaq toxumalarına, sağ alın-təpə-gicgah nahiyyəsinə qansızma, burun, sol almacıq, əng sümüklərinin qapalı sınıqları, döş qəfəsinin sol tərəfində Vİ,Vİİ,Vİİİ qabırğalar sınıqları, sağ baldır (qamış və incik) sümüklərinin açıq sınıqları, bel, sol sarğı, sol baldır nahiyyələrinin sıyrıqları ilə müşayiət olunan, ağırlıq dərəcəsinə görə həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid olmaqla ehtiyyatsızlıqdan X4 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Əzizov X6 Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, sürücülük edərək ailəsini dolandırır. 15 fevral 2023-cü il tarixdə Taleh Əliyevdən “Mercedes Benz” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin günün sabahısı, yəni, 16 fevral 2023-cü il tarixdə axşam üstü dostu X4 yaşadığı evə qonaq getmiş, Tahirgildə olan zaman Tahir ona bildirmişdir ki, bacanağı Cəmalləddinin yaşadığı evə qonaq getsinlər. Tahir ona məxsus olan Mercedes Benz” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq oturacağında əyləşmişdir. O, Tahirlə birlikdə Gəncə şəhərindən çıxaraq Gəncə-Qarayeri avtomobil yolu ilə üzü Samux rayonu, Qarayeri qəsəbəsi istiqamətində təxminən saatda 100 km/saat surətlə hərəkət etmiş, avtomobili o, idarə etmiş, Tahir isə avtomobilin ön oturacağında əyləşmişdir. Onlar evdən çıxan zaman saat təxminən 20 radələri olmuş və o, həmin yolu ilk dəfə getmişdir. Samux-Qarayeri avtomobil yolunun Samux rayonu, Sərkar kəndində keçən hissəsində saatda 100 km/saat surətlə hərəkətdə olan zaman avtomobilin təkəri yolda olan çuxura düşmüş və anidən idarə etməni itirmiş və avtomobil yoldan çıxaraq yolun sağ tərəf kənarında olan ağaca dəymiş və avtomobil sahəliyə düşmüşdür. Bundan sonra avtomobildən düşmüş və görmüdür ki, Tahirin ayağı qırılıb. O, mobil telefonunu hadisə zamanı itirmiş və bir qədər telefonunu axtarmışdır ki, telefonla təcili yardıma zəng vursun. Ancaq nə qədər axtarsa da telefonunu tapa bilməmişdir. Bundan sonra yolun kənarına çıxmışdır ki, kömək tapsın. Lakin ona kömək edən olmamışdır. Hadisədən bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. O, polis əməkdaşları gəldikdən sonra Tahiri X16 avtomobili ilə xəstəxanaya aparmışdır. Hadisə zamanı o, xəsarət almamışdır, hadisə bir anın içərisində olmuş, hadisənin baş verməsinə səbəb avtomobili yüksək surətlə hərəkət etməyi və idarəetməni itirməsi olmuşdur. Hadisə zamanı avtomobildə o və Tahir olmuşdur. Hazırda zərərçəkmişin hüquqi varisi ilə barışmışdır, ona qarşı şikayət və tələbləri yoxdur. Məhkəmədən barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində bildirdi ki, mərhum X7 onun doğma atasıdır. O, atası ilə qonşu evdə yaşayır. Təqsirləndirilən şəxs isə onun qohumudur. Onunla arasında heç bir düşmənçəlik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs 16 fevral 2023-cü il tarixdə isə X13un yaşadığı evə qonaq gəlmiş, Təqsirləndirilən şəxs atasına məxsus evdə olan zaman mərhum atası X12 Əzizova demişdir ki, qohumları olan Cəmaləddingilə qonaq getsinlər. Bundan sonra mərhum atası X12 Əzizovla birlikdə təqsirləndirilən şəxsə məxsus olan “Mercedes Benz” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillə yola düşmüşlər. Atası X12 Əzizovun idarə etdiyi avtomobilin ön oturacağında əyləşmiş, Təqsirləndirilən şəxs avtomobili idarə etmişdir. Təqsirləndirilən şəxs Gəncə-Qarayeri avtomobil yolu ilə üzü Samux rayonu, Qarayeri qəsəbəsi istiqamətində hərəkətdə olan zaman saat təxminən 20 radələrində Samux-Qarayeri avtomobil yolunun Samux rayonu, Sərkar kəndində keçən hissəsində idarə etməni itirərək yoldan çıxmış, yolun sağ tərəf kənarında olan ağaca dəymiş və avtomobil sahəliyə düşmüşdür. O, hadisə baş verəndən 4-5 saat sonra hadiəsədən məlumat almışdır. Ona Gəncə şəhər 3 saylı X16 xəstəxanasından məlumat vermişlər. O, özünü dərhal xəstəxanaya çatdırmış, xəstəxanaya gedən zaman X13a ilkin olaraq ona xəstəxanada sağ ayağın iç və bayır topuqlarının, qamış sümüyünün metacazir hisssəsinin yerdəyişmiş sınığı xəsarəti diaqnozu qoymuşlar. X13 bir neçə gün xəstəxanada qaldıqdan sonra onu yaşadığı evə gətirmişlər. X13 xəstəxanada qalmaqdan imtina etmiş, ev şəraitində müalicə almağa qərar vermişdir. Lakin bir neçə gündən sonra atasının səhhəti pisləşmiş və nəfəs almaqda çətinlik çəkməyə başlamışdır. Bundan sonra atasını Gəncə şəhər Abbas Səhət adına xəstəxanaya aparmışlar və xx.xx.2023-cü il tarixdə X13 xəstəxanada dünyasını dəyişmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi deyil, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, mərhum X7 onun əri olmuşdur. Təqsirləndirilən şəxs isə qohumudur. Onunla aralarında heç bir düşmənçəlik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs 16 fevral 2023-cü il tarixdə isə onların yaşadığı evə qonaq gəlmişdir, Təqsirləndirilən şəxs evlərində olan zaman mərhum əri X12 Əzizova demişdir ki, qohumu olan Cəmaləddingilə qonaq getsinlər. Bundan sonra mərhum əri X12 Əzizovla birlikdə ona məxsus olan “Mercedes Benz” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yola düşmüşlər. Təqsirləndirilən şəxs Gəncə- Qarayeri avtomobil yolu ilə üzü Samux rayonu, Qarayeri qəsəbəsi istiqamətində hərəkətdə olan zaman saat təxminən 20 radələrində Samux-Qarayeri avtomobil yolunun Samux rayonu, Sərkar kəndində keçən hissəsində idarə etməni itirərək yoldan çıxmış, yolun sağ tərəf kənarında olan ağaca dəymiş və avtomobil sahəliyə düşmüşdür. O, hadisə baş verəndən 4-5 saat sonra hadiəsədən məlumat almışdır. Ona Gəncə şəhər 3 saylı X16 xəstəxanasından məlumat vermişlər. O, özünü dərhal xəstəxanaya çatdırmış, xəstəxanaya gedən zaman X17a ilkin olaraq ona xəstəxanada sağ ayağın iç və bayır topuqlarının, qamış sümüyünün metacazir hisssəsinin yerdəyişmiş sınığı xəsarəti diaqnozu qoymuşdur. X17 bir neçə gün xəstəxanada qaldıqdan sonra onu yaşadığı evə aparmışlar. X17 xəstəxanada qalmaqdan imtina etmiş, ev şəraitində müalicə almağa qərar vermişdir. Lakin bir neçə gündən sonra X17un səhhəti pisləşmiş və nəfəs almaqda çətinlik çəkməyə başlamışdır. Bundan sonra əri X10 şəhər Abbas Səhət adına xəstəxanaya aparmışlar və xx.xx.2023-cü il tarixdə X17 xəstəxanada dünyasını dəyişmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, Samux rayon Polis şöbəsinin Post Patrul Xidməti Bölüyünün manqa komandiri, polis baş serjantı vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə Samux rayonu, Qarayeri qəsəbəsində polis nəfəri Mehman Cəfərovla birlikdə xidmətdə olan zaman marşurut üzrə avtopatrulla xidməti ərazilərində nəzarət etmişlər. Həmin tarixdə saat təxminən 20 radələrində xidmətdə olan zaman Gəncə-Qarayeri avtomobil yolunun Samux rayonu, Sərkar kəndi ərazisindən keçən hissəsində yolun kənarında sahəlikdə qəzalı vəziyyətdə avtomobil olduğunu görmüşlər. Avtomobilə yaxınlaşan zaman həmin avtomobilin “Mercedes Benz” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu görmüşlər. Həmin avtomobilin yanında adını sonradan Təqsirləndirilən şəxs kimi bildiyi şəxsdə olmuş, həmin şəxs onlara Mercedes Benz” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olduğunu, yola nabələd olduğu üçün idarəetməni itirərək qəza törətdiyini və avtomobilində bir nəfər sərnişini olduğunu bildirmişdir. Onlar avtomobildə olan sərnişinə yaxınlaşmışlar və həmin zaman şəxsin huşu özündə olmuş, onlar sərnişin Tahir Məmmədovdan səhhəti barədə soruşanda o, ayağının sındığını bildirmişdir. Onlar X16 avtomobili çağırmışlar və Tahir Məmmədovu xəstəxanaya yola salmışlar. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan, həmin protokola əlavə olunmuş sxem və fotocədvəldən görünür ki, hadisə Gəncə-Qarayeri avtomobil yolunun Samux rayonu, Sərkar kəndi istiqamətindən keçən hissəsində baş vermişdir. Hadisə yerinə baxışda sürücü Təqsirləndirilən şəxs iştirak etməklə, protokol baxış iştirakçıları, o cümlədən sürücü tərəfindən imzalanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materialarında olan 16 fevral 2023-cü il tarixli 532/2023 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2018-ci il tarixdə verilmiş sürücülük vəsiqəsi xx.xx.2028-ci il tarixədək qüvvədədir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibi Ekspertiza və X5” Publik Hüquqi şəxsin Gəncə Şəhər şöbəsinin 03 mart 2023-cü il tarixli 23 nömrəli məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, X1 meyitinin müayinəsi zamanı baş beyinin yumşaq qişasına ocaqlı qansızmalar, sağ gicgah-təpə nahiyyəsində subdural hemotoma, başın yumşaq toxumalarına sağ alın-təpə- gicgah nahiyyəsinə qansızma , burun sol almacıq əng sümüklərinin qapalı sınıqları, döş qəfəsinin sol tərəfində Vİ,Vİİ,Vİİİ qabırğalar sınıqları, sağ baldır(qamış və incik) sümüklərinin açıq sınıqları, bel, sol sarğı, sol baldır nahiyyələrinin sıyrıqları. Bu xəsarətlər bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərər vurmaya aid edilir. X1 ölümünə səbəb qapalı küt kəllə eyin travması nəticəsində əmələ gələn baş beyinin subdural hematoma ilə sıxılması olmuşdur. X1 bədənində müəyyən edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 22 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gədəbəy rayon Arıqıran İƏD Üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Əzizov X9 rayon Arıqıran kəndində qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə barəsində nümayəndiliyə hər hansı bir şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 noyabr 2023-cü il tarixli 8\3006 nömrəli ekspert rəyindən görünür ki, Mercedes Benz 200 markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60km/saat surətdən artıq , yəni 100km/saat surətlə idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materialarında olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi X3 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur və gələcəkdə də şikayəti və tələbi olmayacaq. Məhkəmə iclasında tədqiq edilmiş və iş materialarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin əməli istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, CM-in 263.2-ci maddəsiilətəqsirli bilinib cəzalanmalıdır. CM-in 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsiilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyükimi Təqsirləndirilən şəxs, cinayətlərin təsnifatına görə az ağır cinayət hesab edilən CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 41.2. maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1. maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28 və 145-ci maddələrinin tələblərinə görə məhkəmə cinayət işinə və cinayət təqibi ilə bağlı digər materiallara qərəzsiz və ədalətlə baxmalı, cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları nəzərə almalı, təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmalıdır. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına əsasən sübutları qiymətləndirməlidir. Bundan başqa «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndində mexaniki nəqliyyat vasitəsinin sürücüsünün zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “X16” maşını çağırmalı, zərərçəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli və.s kimi vəzifələri müəyyən edilmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən haldır. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası törətdiyi cinayət əməlinə görə CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, CM-in 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1, 56.1.1-ci maddələrinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 263.2-ci maddəsi ehtiyyatsızlıqdan törədilmiş cinayətlərə aid olduğundan və həmin maddənin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, cəzasını həmin Məcəllənin 56.1, 56.1.1-ci maddələrinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerlərinə və bir cəzaçəkmə müəssisəsindən digərinə müşayiətlə göndərilirlər. Məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum məhkəmə icraçısının təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə qetməmək haqqında iltizam”qətimkan tədbiri onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə 19 iyun 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. İş üzrə mülki iddia yoxdur. CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il 06 ay (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam ”qətimkan tədbiri onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtadək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərcicəmi 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, Az.MEM-in VÖEN **********, AZ34 CTRE********************. X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ22 saylı hesabakeçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-47/2023
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-47/2023
11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver