Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-47/2024 07.10.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş. ünvan 1 ünvanda yaşayan barəsində “Başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0.492 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 24 yanvar 2024-cü il tarixdə saat 16 radələrində Samux Rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux şəhəri, Samux şəhəri, Heydər Əliyev prospektində yerləşən “Heydər Əliyev” adına parkın yaxınlığında saxlanılaraq Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən həmin, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıyıb üzərində saxladığı 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,492 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin ondan aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdarda, yəni 1,279 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Gəncə şəhəri ərazisində daşıyarkən, xx.xx.2023-cü il tarixdə saat 20:00 dəqiqədə Gəncə şəhəri Dəmiryol Vağzalının yaxınlığında Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, Gəncə şəhər, H.Əliyev 265 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan qara rəngli cins şalvarın sağ ön cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan torbaya bükülü bükümdə 1,279 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmir. Belə ki, sözügedən narkotik vasitələr onun üzərində olmamış, polis əməkdaşları həmin narkotik vasitələri onun üzərinə qoymuş və sözügedən narkotik vasitələrin ona məxsus olmasını boynuna götürməsinə dair ona psixoloji təsir göstərmişlər. Üzərinə şəxsi axtarış və baxış keçirilən zaman müdafiə hüququ təmin olunmuş, lakin o, video qeydlə üzərinə şəxsi axtarış və baxış keçirilməzdən əvvəl psixoloji təsirə məruz qaldığından müdafiəçiyə narkotik vasitələrin ona məxsus olmadığını deyə bilməmiş, əksinə həmin vaxt sözügedən narkotik vasitələrin ona məxsus olmasını və üzərində gəzdirməsini bildirmişdir. O, əvvəllər narkotik vasitə qəbul edirmiş, lakin artıq bir ildən çoxdur ki, istifadə etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edib üzərində daşıyaraq şaxlaması barədə məxfi mənbələrdən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı idarə rəhbərliyinə raportla məruzə edib, yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. xx.xx.2023-cü il tarixdə saat 20:00 dəqiqədə Təqsirləndirilən şəxs Gəncə şəhəri Dəmiryolu Vağzalının yaxınlığında saxlanılaraq, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibatı binasına dəvət edilmişdir. Təqsirləndirilən şəxs onunla razılaşaraq Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasına gəlmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasında ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilərək, X2 onun müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, daha sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ ön cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş, içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə aşkarlanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisindəkinin psixotrop maddə metamfetamin olduğunu, özünə məxsus olduğunu və psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə axşam saatlarında X4 yaxınlığında şəffaf rəngli sellofan kəsiyinə bükülmüş vəziyyətdə yerdən tapdığını, həmin bükülüdən istifadə etmədiyini, özü üçün istifadə etmək məqsədilə üzərində daşıdığını, həmin kütləni heç kəsə satmadığını bildirərək, istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 1.40 qram olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə müvafiq qaydada zərfdə qablaşdırılaraq möhürlənmiş və doğruluğunu imzalarla təsdiq etmişdirlər. Bununla da, şəxsi axtarış və götürmə başa çatdırılmışdır. O göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə heç bir münasibəti olmayıb və hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. Ona qarşı heç bir zor və fiziki güc tətbiq edilməmiş, həmçinin Təqsirləndirilən şəxs da, hər hansı bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmisdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis başleytanantı vəzifəsində işləyir. 24 yanvar 2024-cü il tarixdə ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi harədə samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin, xx xxxxxxx 1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 24 yanvar 2024-cü il tarixdə saat 16 radələrində Samux Rayon Polis Şöbəsinin CAB-nın əməliyyat müvəkkili polis baş-leytenantı Şahid4 ilə birlikdə Samux şəhərinin mərkəzinə gedilmişdir. Samux rayonu, Samux şəhəri. H.Əliyev prospektində yerləşən “Heydər Əliyev” adına parkın yaxınlığında Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, onlar ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələri göstərmişlər və ona qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə gəzdirməyi və istifadə etməyi barədə əməliyyat məlumatları olduğunu, buna görə də onu Samux Rayon Polis Şöbəsinə getməyə dəvət etmişlər, Təqsirləndirilən şəxs isə heç bir etiraz etməmiş və onlar Samux Rayon Polis Şöbəsinə gəlmişdirlər. İnzibati binada Samux RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis baş-leytenantı Həsən Qurbanov tərəfindən şöbənin inzibatı binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Həsən Qurbanov barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümünü çıxarıb təhqiqata təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş həmin sellofan büküm baş təhqiqatçı Murad Balakişiyev tərəfindən elektron tərəzidə çəkilmiş, psixotrop maddəyə oxşar kütlənin ümumi çəkisi 0.6 qram olmaqla ağ kağız zərfə qablaşdırılmış və AR DİN-nin 180 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddəyə oxşar kütlənin metamfetamin olduğunu. Həmin bükülünü təxminən iki gün əvvəl Gəncə şəhəri “Savxoz Nizami” adlanan ərazidə yerdən tapdığını bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş. Protokol tərtib olunarkən AR CPM-nin tələblərinə əsasən baxış zamanı və protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir ərizə, şikayət və təklif daxil olmamışdır. O göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımırmış, o, psixotrop maddənin istifadəçisidir, satış və ya satış məqsədi ilə əldə etməsi barədə heç bir məlumatı olmamışdır. İstifadəçisi olmağı və üzərində gəzdirməyi ilə bağlı əməliyyat məlumatı olmuş, məhz bu səbəbdən də məlumat daxil olduqda o, saxlanılaraq Samux RPŞ-yə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur: 22 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilməklə istintaq aparılması qərara alınmışdır. 21 oktyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2023-cü il tarixdə saat 20:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhə edilən şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin TB-nin 2-ci PŞ-nin TB-nin təhqiqatçısı polis leytenantı X10, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB əməliyyat müvəkkili, polis kapitanı X8, Təqsirləndirilən şəxs, X6 iştirakları ilə video çəkilişlə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmaqla Polis Şöbəsində “Panasonic” markalı video kamera vasitəsi ilə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı vətəndaş Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəfaf rəngli sellofanda olan büküm çıxarıb metamfetamin kimi tanıdığı psixotrop maddə olduğunu və həmin maddədən istifadə etdiyini bildirmiş, həmin vaxt təqdim edilmiş kütələnin ağzı açılaraq baxış keçirilmiş, bükülünün içərisindən heç bir iyi olmayan, ağ rəngli ilk baxışdan psixotrop maddə matamfetaminə oxşar olmaqla kütlə elektron tərəzidə çəkilərək, sellofan bükümlə birlikdə 1.40 qram təşkil etməklə həmin kütlə zərfdə qablaşdırılaraq, zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və qablaşdırılmış maddənin psixotrop maddə olub olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Məhkəmə Ekspertizası X7 bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X7 Bölməsinin 22 oktyabr 2023-cü il tarixli 16/1050 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,279 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. 23 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuşdur. 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi və saxlanıldlğı Gənçə şəhər BPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1800 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. 24 yanvar 2024-cü il tarixli şübhəli şəxsi tutma protokoldan görünür ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhə edilən şəxs qismində xx.xx.2024-cü il tarixdə saat 18:40-da tutulmuş və saxlanılması üçün Samux Rayon Polis Şöbəsinin MSY-nə göndərilmişdir. 24 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 24 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 yanvar 2024-cü il tarixli qərara əsasən Samux RPŞ-nin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə üzərində aparılmış, şəxsi axtarış və götürmə 18:45-də başlanmış, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, o, “şəxsi axtarış və götürmə aparılması” haqqında qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddələri və ya onların prekursorlarını, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli idman şalvarının sağ yan cibində psixotrop maddə olan metamfetamin olmasını bildirmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd sellofan paketdə ilk baxışdan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Həmin metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilərək sellofen paket ilə birlikdə ümumi çəkisinin 0.6 qram olduğu müəyyən edilmiş, həmin sellofen büküm qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq həmin zərf ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, onun üzərindən başqa narkotik vasitə, psixotrop maddələri və ya digər qanunsuz əşya aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq o, bildirmişdir ki, ara-sıra psixotrop maddədən istifadə edir. Təxminən iki gün bundan əvvəl Gəncə şəhəri Savxoz dairəsi adlanan ərazidə yerdən tapıb. Psixotorp maddəni istifadəsi üçün saxlayıb, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixi təsirə məruz qalmayıb. Şəxsi axtarış və götürmə xidməti iş otağında, süni işıqlandırma şəraitində keçirilmiş, şəxsi axtarış və götürmə zamanı “İPHONE” markalı mobil cihazından istifadə etməklə Samux RPŞnin İTB-nin sahə rəisi, polis leytenantı Amin Muradov tərəfindən video çəkiliş aparılmışdır. Həmin videogörüntü bir ədəd DVD diskə köçürülərək protokola əlavə edilmiş, şəxsi axtarış saat 18:57-də qurtarmışdır. 26 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X7 Bölməsinin 25 yanvar 2024-cü il tarixli, 16/131 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs..” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,492 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Samux Rayon Məhkəməsinin 4(058)-3/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 17 fevral 2024-cü il tarixli, 269 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamin sui-istifadəsi nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qediyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsi tərəfindən verilmiş 26 yanvar 2024-cü il tarixli, 10 nömrəli ekspert rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsinə əsasən 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin obyektiv əlamətləri qeyd edilmir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Samux Rayon Məhkəməsinin 4(058)-23/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 4(104)-71/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair təqdimatın təmin edilməməsinə dair Samux Rayon Məhkəməsinin 20 aprel 2024-cü il tarixli, 4(058)-23/2024 nömrəli qərarı apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 20 aprel 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»n İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması öz təsdiqini tapmışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin psixotrop maddə olan metamfetaminin onun üzərindən aşkar olunmadığına və onun həmin psixotrop maddəni üzərində daşımadığına dair ifadəsi özünümüdafiə xarakteri daşıyır. Belə ki, hər iki epizod üzrə cinayət işinin ibtidai istintaqı zamanı şəxsin üzərinə baxış müdafiəçinin iştirakı ilə, videoçəkiliş aparılmaqla keçirilmiş, təqsirləndirilən şəxs onun üzərinə baxış keçirilən zaman hər hansı etiraz bildirməmiş, əksinə o əynində olan şalvarın cibindən olan bükülünü özü könüllü olaraq çıxarıb təqdim etmiş və üzərindən çıxan bükülülərin içərisində metanfetamin olduğunu, həmin psixotrop maddələri yerdən tapdığını və özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində hazırda narkotik vasitə və ya psixotrop maddədən istifadə etmədiyini bildirsə də, iş materiallarındakı müvafiq ekspert rəyindən görünür ki, o, narkomaniya xəstəliyindən əzab çəkir. Həmin hal təqsirləndirilən şəxsin məhkəmə istintaqında qeyri-səmimi ifadə verdiyini təsdiq edir, həmçinin də onun ifadəsində qeyd etdiyi hallar ibtidai istintaq zamanı toplanmış mötəbər sübutlarla təkzb olunur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsindəki xüsusatları onun məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən cinayətin təkrar törədilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab olunur. Həmçinin Təqsirləndirilən şəxs hazırda sözügedən cinayət əməllərini, əvvəllər törətmiş olduğu eyni xarakterli cinayət əməlinə görə təqsirli bilinərək məhkum edildiyi azadlığın məhdudlaşdırılması növündə cəzanı çəkdiyi müddətdə törətməsi cəzasını ağırlaşdıran hal hesab edilməsə də, onun sözügedən kateqoriyadan olan cinayət əməllərini törətməyə meyilliyi və şəxsiyyətini mənfi xarakterizə edən hal kimi dəyərləndirilir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası müvafiq həddə təyin edilməlidir. Azərbaycan Respublikasnın Ədliyyə Nazirliyi Gəncə şəhər Probasiya şöbəsinin Samux Rayon Məhkəməsinə ünvanladığı məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından xx.xx.2024-cü il tarixə 01 il 21 gün hissəsini çəkmiş, çəkilməmiş cəza 01 il 11 ay 05 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 1(125)211/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 11 ay 5 gün hissəsi azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə 11 ay 17 gün azadlıqdan məhrumetməyə bərabər tutulmaqla hazırkı hökmlə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 2 gün və həbsdə saxlanıldığı 2 ay 27 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 07 oktybar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclası zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. İşdə mülki iddia və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. İş üzrə maddi sübutlar – Samux Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – 0,442 qram və 1.179 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, baxış və götürmə zamanı aparılmış videoçəkilişlərin qeyd edildiyi iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 62,80 (altmış iki manat səksən qəpik) manat pul Təqsirləndirilən şəxs alınaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 1(125)211/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 11 ay 5 gün hissəsi azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə 11 ay 17 gün azadlıqdan məhrumetməyə bərabər tutulmaqla hazırkı hökmlə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 2 gün və həbsdə saxlanıldığı 2 ay 27 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il, 09 (doqquz) ay, 1 (bir) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 07 oktybar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 62.80 (altmı iki manat səksən qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübutlar – Samux Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – 1,179 qram metamfetamin və 0,442 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, baxış və götürmə zamanı aparılmış videoçəkilişlərin qeyd edildiyi iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №1(058)-47/2024
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-47/2024
07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver