Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-47/2025 16.01.2026 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Əhmədli İnal Söhrab oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, 30 avqust 1988-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, subay, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsi, ev 29 ünvanda qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 284.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə, təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: Aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin Gəncə Xüsusi Rabitə Şöbəsinin xüsusi tapşırıqlar üzrə feldyegeri vəzifəsində işlədiyi müddətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən hazırlanaraq daxilində 07 sentyabr 2004-cü il tarixli “Dövlət sirri haqqında” Azərbaycan Respublikası qanununun 5.4.1-ci maddəsinə əsasən dövlət sirri hesab edilən məlumatlar olan “Şəxsən”, “Tam məxfi” qrifli zərfi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Samux rayon şöbəsinə təhvil verməli olduğu halda, həmin zərfi 08 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinə təhvil verib, zərfin içərisindəki sənəddə olan məlumatların başqa şəxs tərəfindən oxunması ilə nəticələnən hərəkətlərə yol verərək, dövlətə xəyanət əlamətləri olmadan dövlət sirrini təşkil edən məlumatları qəsdən yaymışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, işinin əsas mahiyyəti Gəncə Xüsusi Rabitə Şöbəsinə gələn zərfləri çeşidləmək, saymaq, reyestrə yazmaq və ünvanlara düzgün qaydada çatdırmaqdan ibarət olmuşdur. Belə ki, həftədə 2 dəfə, 2-ci və 5-ci günlər əsasən Bakı şəhərindən müxtəlif idarələrdən Gəncə şəhərinə, Samux, Göygöl, Daşkəsən, Şəmkir rayonlarında olan müxtəlif idarələrə ünvanlanmış məktublar kisələrdə Gəncə Xüsusi Rabitə Şöbəsinə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində olan "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin səlahiyyətli şəxsləri tərəfindən təhvil verilirmiş. Bundan sonra Gəncə Xüsusi Rabitə Şöbəsinin rəisi Şahid3 tərəfindən həmin kisələr açılaraq ona, Şahid4, Şahid5 təhvil verilirmiş. Onlar ilk öncə ümumilikdə gələn zərfləri sayır və onlara göndərilən reyestrdə yazılan say ilə tutuşdururmuşlar. Bundan sonra isə zərfləri ünvanlara uyğun olaraq bölüşdürürmüşlər. Həmin zərflər ünvanlara uyğun bölüşdürüləndən sonra reyestrə həmin zərflərin haradan daxil olması və hansı ünvana aparılacağı öz istiqamətləri üzrə onlar tərəfindən qeyd olunurmuş. Reyestr tam yazılandan sonra şöbənin rəisi Şahid3 tərəfindən yoxlanılırmış və yoxlanılması barədə imza çəkilirmiş. Bundan sonra isə hərə öz istiqaməti üzrə zərfləri ünvanlara aparırmış. 08 may 2025-ci il tarixdə Bakı şəhərindən yenə eyni qaydada Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində olan "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin səlahiyyətli şəxsləri tərəfindən müxtəlif ünvanlara çatmalı olan zərflər kisələrdə Gəncə Xüsusi Rabitə Şöbəsinə təhvil verilmişdir. Həmin kisələr həmişəki qaydada şöbənin rəisi Şahid3 tərəfindən təhvil alınmışdır. Bundan sonra Şahid3 həmin kisələri açaraq ona, Şahid4 və Şahid5 çeşidləmək üçün vermişdir. Onlar da həmin zərfləri sayaraq və ünvanlara uyğun olaraq çeşidləmişlər. Bundan sonra o, öz gedəcəyi istiqamət üzrə zərfləri ünvanlara uyğun olaraq çeşidləmiş və reyestrə əlavə etmişdir. Həmin gün onların şöbəsinə daxil olan zərflərin daxilində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt Şəhər İdarəsinin rəisi tərəfindən həmin Xidmətin Samux rayon şöbəsinin rəisinə ünvanlanan “Şəxsən”, “Tam məxfi” qrifli, 1096(539) nömrəli zərfi də görmüşdür. O, “Məxfi”, “Tam məxfi”, eləcə də “Xüsusi əhəmiyyətli” qrifli zərflərin daxilində olan sənədlərin məzmununda dövlət sirrinə aid məlumatların olması barədə işi ilə əlaqədar olaraq məlumatlı olmuşdur. Bu səbəbdən həmişə “Məxfi”, “Tam məxfi”, eləcə də “Xüsusi əhəmiyyətli” qrifli zərflərin çatdırılmasında daha ehtiyatlı davranırmış. Lakin zərfləri çeşidləyən zaman həmin zərfi daxilində olan sənədlə birlikdə tələskənlik edərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinə gedən zərfin arxasına əlavə etmişdir. O, ünvanlara gedən zərfləri əvvəlcədən çeşidləyib reyestrə daxil etməsini bildirmişdir. Həmin gün 34 nömrəli reyestrə də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt Şəhər İdarəsindən həmin Xidmətin Samux rayon şöbəsinin rəisinə ünvanlanan “Şəxsən”, “Tam məxfi” qrifli, 1096(539) nömrəli zərfi daxilində olan sənədlə birlikdə səhvən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinə gedən zərf kimi qeyd etmiş və onun rəisi Şahid3 də 34 nömrəli reyestri yoxlayaraq düzgün tərtib olunması barədə imza çəkmişdir. Eyni zaman da həmin zərf onun tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin səlahiyyətli işçisinə təhvil verilən zaman da həmin qadın heç bir söz demədən qəbul etmişdir. O, artıq feldyeger kimi 13 ildir fəaliyyət göstərdiyini bildirmişdir. Xidməti fəaliyyəti dövründə belə bir səhvə heç vaxt yol verməmişdir. 08 may 2025-ci il tarixində isə yol verdiyi səhv tamamilə yorğunluğu və tələskənliyi səbəbindən olmuşdur. Çünki 09, 10, 11 may 2025-ci il tarixlər qeyri-iş günü olduğu üçün zərflər bütün idarələrə vaxtında çatmalı imiş. O, etdiyi səhvi başa düşməsini və səmimi olaraq törətdiyi əməldən peşman olmasını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, ifadəsində bildirdi ki, onlar sənədləri çeşidlədikdən soqnra şöbə rəisi Şahid3 tərəfindən yoxlanılır, lakin həmin günü Şahid3 də forma 5-i yoxlamış və təsdiq etmişdir. O, törətdiyi əməli qəsdən törətməmişdir, diqqətsizlik, ani səhlənkarlıq nəticəsində bilməyərəkdən törətmişdir. Həmin gün o, yorğun olduğundan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Samux rayon şöbəsinə çatdıracaq məktub, səhvən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinə gedən məktubların arasına düşmüş və səhvən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinə təhvil verilmişdir. O, əməlini səmimi etiraf edir. Barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs tanımamış, onunla heç vaxt hər hansı qaydada əlaqəsi, ünsiyyəti və münasibəti olmamışdır. 06 may 2025-ci il tarixdə o, Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər idarəsinin əməkdaşı Nicat Rəsulovdan həmin Xidmətin Samux rayon şöbəsinə ünvanlanan “Şəxsən”, “Tam məxfi” qrifli göndərişi 222 nömrəli reyestrlə təhvil almışdır. Təhvil alma zamanı o, zərfə baxış keçirərək, düzgün zərfləndiyinə, həmçinin reyestrlə zərfin üzərində çatacağı ünvan düzgün qeyd olunduğuna əmin olduqdan sonra reyestrin üzərində imza çəkməklə 58 nömrəli ştamp vurmuş və həmin göndərişi təhvil götürmüşdür. Həmin ştamp reyestrdə olan bütün sənədlərin üzərinə də vurulur, həmin gün göndərişi təhvil aldıqdan sonra o, təhvil aldığı digər göndərişlərlə birlikdə Sumqayıt Xüsusi Rabitə şöbəsinə gəlmiş və orada Sumqayıt şəhəri üzrə təhvil aldığı göndərişləri çeşidləməyə başlamışdır. Göndərişləri çeşidləyəndən sonra onları müvafiq olaraq “Forma 4” və “Forma 5” reyestrlərinə əlavə etmişdir. Eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər idarəsindən həmin Xidmətin Samux rayon şöbəsinə ünvanlanan “Şəxsən”, “Tam məxfi” qrifli göndərişi “Forma 4” reyestrinə əlavə etmiş və müvafiq qaydada postpaketlərə yerləşdirəndən sonra Bakı şəhərinə gedən Mərkəzi Xüsusi Rabitə idarəsinin hazırda adını xatırlamadığı əməkdaşına təhvil vermişdir. Bundan sonra isə həmin göndəriş Mərkəzi Xüsusi Rabitə idarəsinə aparılmış və oradan da Gəncə şəhərinə göndərilmişdir. Həmin göndəriş qüvvədə olan qərar və təlimatlara uyğun qaydada zərflənmiş, zərfdə sənədin çatacağı və sənədin göndərildiyi ünvan tam aydın şəkildə yazılmış və Dövlət Təhlükəsizliyi Xidmətinə mənsubluğunu təsdiq edən möhür və ştamp vurulmuşdur. Belə ki, əgər zərfin üzərində hər hansı məlumat düzgün qeyd olunmasaydı və ya üzərində olan yazılarda hər hansı anlaşılmazlıq olsaydı o, həmin zərfi qəbul etməyəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin Gəncə Xüsusi Rabitə Şöbəsinin xüsusi tapşırıqlar üzrə feldyegeri vəzifəsində çalışmışdır. O, Bakı-Qazax marşrutu üzrə hərəkət edərkən Gəncə şəhər xüsusi rabitə şöbəsinə göndərişləri təhvil verən zaman Təqsirləndirilən şəxs həmişə görmüşdür. O, adətən Bakı şəhərindən səhər saat 6 radələrində yola çıxırmış, Gəncə şəhərinə isə adətən günorta saat 13 radələrində çatmışdır. Buna səbəb isə marşrut üzrə rayonlara aidiyyəti göndərişləri təhvil vermək üçün dayanmaqları və onunla birlikdə xidməti maşında "xxxx" MMC-nin 2 nəfər işçisi də olmuşdur. Onlar vətəndaşlara çatmalı olan göndərişləri aparırmışlar, o isə ancaq müəssisə, dövlət orqanları və təşkilatlarına ünvanlanan göndərişləri aparmışıdr. "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə idarəsindən feldyeger kimi yalnızca o, olmuşdur. O, idarədən göndərişləri postpaketlərə yerləşdirilmiş və müvafiq möhürlə bərkidilmiş vəziyyətdə təhvil almışdır. Həmin postpaketləri isə təhvil verdiyi rayon şöbələri aça bilərlər. O, həmin postpaketlərin daxilində olan zərfləri görmürmüş. Onda yalnız postpaketlərin çatmalı olduğu rayonların reyestri olmuş və o, həmin reyestrlər əsasında postpaketləri aidiyyəti rayon şöbələrinə təhvil vermişdir. Bakı şəhərindən çıxan zaman həmişə Azərpoçtun işçiləri tərəfindən hərəkət marşrutu üzrə rayonlara verilməli olan gündəlik qəzetlər də götürülürmüş, həmin qəzetlərdə isə bəzən hansısa əlamətdar gün və ya ölkə daxilində gecə saatlarında baş vermiş hadisələr dərc edilirmiş. Onlar səhər saat 6 radələrində çıxmalı olduqları halda bəzən qəzetlərin çap olunması həmin hadisələrin də ətraflı işıqlandırılması üçün gecikmişdir. Bu zaman onlar Bakı şəhərindən səhər saat 9-10 radələrində çıxmalı olur və Gəncə şəhərinə təxminən günorta saat 15-16 radələrində çatırmışlar. 08 may 2025-ci il tarixdə də səhər saatlarında o, idarədən Bakı-Qazax hərəkət marşrutu üzrə rayonlara çatdırılmalı olan aidiyyəti göndərişləri müvafiq möhürlə bərkidilmiş postpaketlərdə reyestrlə birlikdə təhvil almışdır. Postpaketlər möhürlə bərkidilib bağlandığı üçün isə daxilində olan zərfləri həmişəki kimi görməmişdir. Lakin həmin gün yenə gündəlik qəzetlərin çap olunması gecikdiyi üçün onlar səhər saat 9-10 radələrində Bakı şəhərindən çıxmışlar. Bu səbəbdən də Gəncə şəhərinə günorta saat 15:00 radələrində çatmışlar. Bundan başqa yolda olduqları müddət ərzində isə hər hansı gecikmə halı baş verməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, o, 2014-cü ildən hazıradək "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin Gəncə Xüsusi Rabitə Şöbəsinin rəisi vəzifəsində çalışırmış. Şöbə rəisi olaraq onun vəzifəsi şəxsi heyətin işinə gündəlik nəzarət etmək, feldyegerlərin təlimatlandırılmasını həyata keçirmək, şöbədə göndərişlərin işlənməsi, qeydiyyatı və saxlanılmasına nəzarəti təmin etmək, şöbənin əməkdaşlarına təhkim olunmuş tabel silahlarını təhvil vermək və təhvil almaq, “Forma 5” reyestrlərini tərtib edildikdən sonra yoxlayaraq imza ilə təsdiq etməkdən ibarət olmuşdur. Gəncə Xüsusi Rabitə şöbəsində Şahid4, Şahid5 feldyeger, Şahid6 isə sürücü kimi çalışmışdır. Elxan "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin Gəncə Xüsusi Rabitə Şöbəsinin xüsusi tapşırıqlar üzrə feldyegeri vəzifəsində çalışmışdır. 08 may 2025-ci il tarixdə Bakı şəhərindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində olan "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin səlahiyyətli şəxsləri tərəfindən müxtəlif ünvanlara çatmalı olan zərflər kisələrdə Gəncə Xüsusi Rabitə Şöbəsinə təhvil verilmişdir. Həmin gün saat təxminən 15:00 həmin kisələr həmişəki qaydada onun tərəfindən təhvil alınmışdır. Bundan sonra o, həmin kisələri açaraq, Təqsirləndirilən şəxs, Şahid4 və Şahid5 çeşidləmək üçün vermişdir. Onlar da həmin zərfləri sayaraq və ünvanlara uyğun olaraq çeşidləmişlər. Bundan sonra hər kəs öz gedəcəyi istiqamət üzrə zərfləri ünvanlara uyğun olaraq çeşidləmiş və reyestrə əlavə etmişdir. Həmin gün onların şöbəsinə daxil olan zərflərin daxilində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt Şəhər İdarəsinin rəisi tərəfindən həmin Xidmətin Samux rayon şöbəsinin rəisinə ünvanlanan “Şəxsən”, “Tam məxfi” qrifli zərfi də görmüşdür. Bu səbəbdən həmişə “Məxfi”, “Tam məxfi”, eləcə də “Xüsusi əhəmiyyətli” qrifli zərflərin çatdırılmasında daha ehtiyatlı davranırmış. Lakin 08 may 2025-ci il tarixdə Bakıdan Gəncə şəhərinə zərfləri gətirən maşın saat 15:00 radələrində gəldiyi üçün o, saat 18:00-a qədər zərfləri ünvanlara çatdırmaq qərarına gəlmişdir. Çünki 09, 10 və 11 may 2025-ci il tarixlər qeyri-iş günü olduğu üçün həmin sənədləri 3 gün müddətində gecikdirmək istəməmişdir. Bundan başqa, Mərkəzi Xüsusi Rabitə idarəsi tərəfindən təlimatlandırılan zaman ona Bakıdan gələn sənədləri vaxtında ünvanlara çatdırmaq tapşırılmışdır. O, da zərflər bayram müddətində şöbədə qalmasın deyə şöbənin əməkdaşlarını zərfləri tez çeşidləyərək ünvanlara çatdırmalarını tapşırmışdır. Həmin zaman tələskənlik olmuşdu deyə Təqsirləndirilən şəxs tərtib etdiyi “Forma 5”, 34 nömrəli reyestrə isə diqqətlə baxmadan o, imzalamışdır. Bu səbəbdən o, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt Şəhər İdarəsindən həmin Xidmətin Samux rayon şöbəsinə ünvanlanan “Şəxsən”, “Tam məxfi” qrifli zərfi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinə təhvil verilməli kimi reyestrə qeyd etməsini görməmişdir. Təqsirləndirilən şəxs artıq 13 ildir ki, bu sahədə çalışır və o, da yeni əməkdaş olmadığı üçün səhvə yol verəcəyini düşünməmişdir. Nəticədə isə 08 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt Şəhər İdarəsindən həmin Xidmətin Samux rayon şöbəsinə ünvanlanan “Şəxsən”, “Tam məxfi” qrifli zərfi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinə təhvil vermişdir. Təqsirləndirilən şəxs marşurutu üzrə F-5-in üzərində olan rəqəmlərin eyniliyini yoxlamış və təstiq etmişdir. Həmin sənədlərə bir-bir baxmamışdır. Həmin günü məktubları gətirən maşın poçtu gec gətirdiyindən və bir neçə günə bayram olduğu üçün iş olmadığından tələsik olmuşdur. Bundan sonra 13 may 2025-ci il tarixdə ona DTX Samux rayon şöbəsinin hazırda adını xatırlamadığı əməkdaşı zəng edərək, onlara çatmalı olan “Şəxsən”, “Tam məxfi” qrifli zərfin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinə təhvil verilməsini və şöbəyə yaxınlaşmağını bildirmişdir. O, da Təqsirləndirilən şəxsla birlikdə elə həmin gün DTX Samux rayon şöbəsinə yaxınlaşmış və orada izahatlarını təqdim etmişlər. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, o, 2015-ci ildən hazıradək "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin Gəncə Xüsusi Rabitə Şöbəsində feldyeger vəzifəsində çalışmış, feldyeger olaraq onun vəzifəsi şöbəyə daxil olmuş göndərişləri düzgün çeşidləyib “Forma 5” reyestrinə daxil etmək və aidiyyəti ünvanlara çatdırmaqdan ibarət olmuşdur. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin Gəncə Xüsusi Rabitə Şöbəsinin xüsusi tapşırıqlar üzrə feldyegeri vəzifəsində çalışmışdır. 08 may 2025-ci il tarixdə Bakı şəhərindən "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin səlahiyyətli şəxsləri tərəfindən müxtəlif ünvanlara çatmalı olan zərflər kisələrdə Gəncə Xüsusi Rabitə Şöbəsinə təhvil verilmişdir. Həmin gün saat təxminən 15:00-də həmin kisələr həmişəki qaydada şöbə rəisi Şahid3 tərəfindən təhvil alınmışdır. Bundan sonra Şahid3 həmin kisələri açaraq, Təqsirləndirilən şəxs, ona və Şahid5 çeşidləmək üçün vermişdir. Onlar da həmin zərfləri sayaraq və ünvanlara uyğun olaraq çeşidləmişlər. Bundan sonra hər kəs öz gedəcəyi istiqamət üzrə zərfləri ünvanlara uyğun olaraq çeşidləmiş və reyestrə əlavə etmişdir. Onun həmin gün marşrutu Göygöl rayonu üzrə olmuş, bu səbəbdən o, Göygöl rayonu ərazisində olan aidiyyəti orqanlara ünvanlanan göndərişləri çeşidləyərək reyestrə əlavə etmişdir. 08 may 2025-ci il tarixdə Bakıdan Gəncə şəhərinə zərfləri gətirən maşın saat 15:00 radələrində gəldiyi üçün Şahid3 saat 18:00-a qədər zərfləri ünvanlara çatdırmaq lazım olduğunu bildirmişdir. Çünki 09, 10 və 11 may 2025-ci il tarixlər qeyri-iş günü olduğu üçün həmin sənədləri 3 gün müddətində gecikdirmək istəməmişdir. Onlar da Şahid3 vaxtın az olduğunu və sonra verə biləcəklərini söyləyəndə Qalib Mərkəzi Xüsusi Rabitə idarəsi tərəfindən hər zaman ona Bakıdan gələn sənədləri vaxtında ünvanlara çatdırmağın tapşırıldığını söyləmişdir. Buna görə də Şahid3 onlara zərfləri tez çeşidləyərək ünvanlara çatdırmaqlarını tapşırmışdır. Onlar da marşrutları üzrə göndərişləri reyestrə əlavə etmiş və Şahid3 reyestrlərin düzgün tərtib olunmasını yoxlayaraq imza çəkmişdir. Bundan sonra isə hər kəs öz marşrutu üzrə sənədləri paylamaq üçün şöbədən çıxmışdır. 13 may 2025-ci il tarixdə isə ona şöbə rəisi Şahid3 zəng edərək Təqsirləndirilən şəxs DTX Samux rayon şöbəsinə çatmalı olan “Şəxsən”, “Tam məxfi” qrifli zərfi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinə təhvil verdiyini bildirmişdir. O, 08 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən hazırlanmış “Forma 5”, 34 nömrəli reyestrinin daxilində yazılanları görməmişdir. Çünki hər kəs öz marşrutu üzrə “Forma 5” reyestrini hazırlayır və həmin reyestrləri yalnızca şöbə rəisi baxıb yoxlaya bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, 2011-2013-cü illərdə "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin Gəncə Xüsusi Rabitə Şöbəsində feldyeger, 2013cü ildən hazıradək isə həmin şöbədə sürücü-feldyeger vəzifəsində çalışırmış. Sürücüfeldyeger olaraq onun vəzifəsi şöbəyə daxil olmuş göndərişlərin digər feldyegerlə birlikdə aidiyyəti ünvanlara çatdırılmasını təmin etmək üçün xidməti maşını idarə etmək, xidmət zamanı maşının daxilində sənədlər olduğu üçün maşını tərk etməməkdən ibarət olmuşdur. O, Təqsirləndirilən şəxs tanımış, Elxan "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin Gəncə Xüsusi Rabitə Şöbəsinin xüsusi tapşırıqlar üzrə feldyegeri vəzifəsində çalışmışdır. 08 may 2025-ci il tarixdə Bakı şəhərindən "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin səlahiyyətli şəxsləri tərəfindən müxtəlif ünvanlara çatmalı olan zərflər kisələrdə Gəncə Xüsusi Rabitə Şöbəsinə təhvil verilmişdir. Həmin gün saat təxminən 15:00-də həmin kisələr həmişəki qaydada şöbə rəisi Şahid3 tərəfindən təhvil alınmış, bundan sonra Şahid3 həmin kisələri açaraq, Təqsirləndirilən şəxs, Şahid4 və Şahid5 çeşidləmək üçün vermişdir. O, isə xidməti maşını marşrut üçün hazırlamağa getmişdir. Bir müddət sonra isə hər kəs öz marşrutu üzrə göndərişləri paylamaq üçün şöbədən çıxmışdır. Elxan göndərişləri xidmət maşına qoymuş və onlar yola çıxmışlar. Marşrut üzrə o, xidməti maşını idarə etmiş və aidiyyəti idarələrin qabağında saxlamışdır. Elxan isə göndərişləri götürərək təhvil verib maşına qayıtmışdır. Həmin gün təxminən axşam saat 6 radələrində onlar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinə çatmışlar. Elxan həmin zaman göndərişləri götürərək maşından enmiş və təxminən 5-10 dəqiqə ərzində isə geri qayıtmışdır. Bundan sonra onlar marşruta davam etmiş və bütün göndərişləri Təqsirləndirilən şəxs aidiyyəti idarələrə paylamışdır. 13 may 2025-ci il tarixdə isə o işə gələn zaman şöbə rəisi Şahid3 Təqsirləndirilən şəxs DTX Samux rayon şöbəsinə çatmalı olan “Şəxsən”, “Tam məxfi” qrifli zərfi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinə təhvil verdiyini bildirmişdir. O, 08 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən hazırlanmış “Forma 5”, 34 nömrəli reyestrinin daxilində yazılanları görməmişdir. Çünki hər kəs öz marşrutu üzrə “Forma 5” reyestrini hazırlamış və həmin reyestrləri yalnızca şöbə rəisi baxıb yoxlaya bilər. Eləcə də o, özü sürücü-feldyeger olduğu üçün ümumiyyətlə göndərişlərin çeşidlənməsi, reyestrlərə əlavə edilməsi proseslərində iştirak etməmişdir. O sadəcə olaraq şöbəyə təhkim olunmuş xidməti maşını marşruta hazırlayıb və marşrut üzrə həmin maşını hərəkət etdirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid7 ifadəsində bildirdi ki, o, 1999-cu ildən hazıradək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin məxfi kargüzarı vəzifəsində çalışır və Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs həmişə feldyeger olaraq onun çalışdığı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinə ünvanlanan sənədləri gətirirmişdir. 08 may 2025-ci il tarixdə təxminən axşam saat 6 radələrində Təqsirləndirilən şəxs feldyeger olaraq 2 ədəd zərf gətirmiş, həmin zaman o, zərfin birinin üzərində “Dövlət Təhlükəsizliyi Xidməti Samux rayon şöbəsi” sözlərini görmuş və həmin şöbədən cavab məktubu gözlədiyi üçün zərfin daxilində həmin məktubun olduğunu düşünərək reyestrə qol çəkərək təhvil almışdır. Həmin gün bayram qabağı olduğu üçün qəbul etdiyi zərfləri seyfə qoymuş və həmin gün zərflərə ətraflı baxmamışdır. Həmin gün qəbul etdiyi 2 ədəd zərfi 13 may 2025-ci il tarixdə açıb qeydiyyata almaq üçün seyfdən götürmüşdür. Üzərində “Dövlət Təhlükəsizliyi Xidməti Samux rayon şöbəsi” sözləri yazılan 1096 (539) nömrəli sarımtıl rəngli zərfi üst hissəsindən kəsərək açmışdır. Zərfi açdıqdan sonra daxilindəki sənədi çıxardıb məzmunu oxuyan zaman həmin məktubun Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinə deyil Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər idarəsinin rəisi tərəfindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Samux rayon şöbəsinin rəisinə ünvanlandığını anlamışdır. Həmin sənədin məzmununda hazırda adını xatırlamadığı bir şəxs barəsində müəyyənedici məlumatlar yazılmışdır. O, dərhal həmin sənədi açdığı zərfin içərisinə qoymuş və bu barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin rəisi mayor X1 məlumat vermişdir. İlqar Mustafayev həmin zərfi ondan qəbul etmiş və xəbər edəcəyini bildirmişdir. Bundan bir neçə saat sonra Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Samux rayon şöbəsinin əməkdaşları onların bölməsinə gedərək, müvafiq təhviltəslim aktı ilə DTX Sumqayıt şəhər idarəsindən DTX Samux rayon şöbəsinə ünvanlanmış üzərində 539 nömrəsi qeyd edilən (qəbul nömrəsi 1096) “tam məxfi” indekslə zərflənmiş zərfi açıq şəkildə daxilindəki sənədlə birlikdə təhvil almış və təhvil-təslim aktı hər biri tərəfindən oxunaraq imzalanmışdır. O, gündəlik işində feldyegerlər tərəfindən zərflər gətirilən zaman hər bir zərfin üzərinə diqqətlə baxırmış və həqiqətən o çalışdığı yerə ünvanlandığını dəqiqləşdirdikdən sonra imza çəkərək qəbul etmişdir. Həmin gün axşam saat 6 radələri olduğu üçün öz işləri çox olduğu və tələskənlik etdiyi üçün o, DTX Sumqayıt şəhər idarəsindən DTX Samux rayon şöbəsinə ünvanlanmış üzərində 1096(539) nömrəsi olan “tam məxfi” indekslə zərflənmiş, “Şəxsən”, bundan başqa “AR DTX Sumqayıt Şİ” ştampı vurulmuş, eləcə də əlyazma ilə “AR Dövlət Təhlükəsizliyi Xidmətinin Samux RŞ-nin rəisinə” sözləri yazılan zərfi diqqətsizlikdən qəbul etmiş və 13 may 2025-ci il tarixdə də yorğun olduğu üçün həmin zərfin üzərinə diqqətlə baxmadan açmışdır. Çünki “Şəxsən” ştamplı zərf ancaq ünvanlandığı şəxs tərəfindən açılmalı imiş, bu səbəbdən o, zərfi açanda da diqqətsizlik etmişdir. O, 08 may 2025-ci il tarixdə də zərfin üzərində yazılanları dəqiqliklə yoxlamalı və ondan sonra həmin zərfi qəbul etməli, eləcə də 13 may 2025-ci il tarixdə zərfi açan zaman da diqqətli olmalı olduğunu və səhv etdiyini başa düşdüyünü bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 30 iyun 2025-ci il tarixli 9-2102 (20/2/463) nömrəli məktubla istintaqa daxil olmuş Azərbaycan Respublikası DTX Daxili təhlükəsizlik idarəsindən 30 iyun 2025-ci il tarixdə DTX İstintaq baş idarəsinə daxil olmuş 20/2/463 nömrəli məktubun qoşması olan xx.xx.2025-ci il tarixli 539 nömrəli və xx.xx.2025-ci il tarixli 1096 nömrəli məktubların məzmunlarından olan çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixli 539 nömrəli məktub Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Samux rayon şöbəsinin rəisi tərəfindən həmin Xidmətin Sumqayıt şəhər idarəsinin rəisinə ünvanlanmış və həmin məktubda əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti zamanı diqqət dairəsinə düşmüş şəxs barəsində planlar haqqında məlumatlar qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixli 1096 nömrəli məktub isə xx.xx.2025-ci il tarixli 539 nömrəli məktuba cavab olaraq DTX Sumqayıt şəhər idarəsinin rəisi tərəfindən həmin Xidmətin Samux rayon şöbəsinin rəisinə ünvanlanmış və məzmununda əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti zamanı diqqət dairəsinə düşmüş şəxs barəsində əldə olunmuş əməliyyat məlumatları qeyd olunmuşdur. Azərbaycan Respublikası DTX Daxili təhlükəsizlik idarəsindən 30 iyun 2025-ci il tarixdə DTX İstintaq baş idarəsinə daxil olmuş 20/2/463 nömrəli məktubun qoşması olan xx.xx.2025-ci il tarixli 20/2/393m nömrəli xidməti araşdırmaya dair arayışın məzmunundan olan çıxarışdan görünür ki, arayışda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər idarəsindən həmin Xidmətin Samux rayon şöbəsinə ünvanlanan zərfi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinə təhvil verməsi, bununla bağlı həmin Xidmətin Samux rayon bölməsinin rəisi İlqar Mustafayevin DTX Samux rayon şöbəsinin rəisinə zəng edərək həmin zərfin kargüzar Şahid7 tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilməsi və xx.xx.2025-ci il tarixdə sonuncunun diqqətsizliyi nəticəsində zərfi açaraq içindəki sənədə baxması barədə məlumat verməsi, eləcə də həmin zərfin daxilində olan sənədin, yəni əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin planları və nəticələrinin məzmunu qeyd olunmuşdur. Azərbaycan Respublikası DTX Daxili təhlükəsizlik idarəsindən 30 iyun 2025-ci il tarixdə DTX İstintaq baş idarəsinə daxil olmuş 20/2/463 nömrəli məktubun qoşması olan xx.xx.2025-ci il tarixli 20/2/409m nömrəli xidməti araşdırmaya dair arayışın məzmunundan olan çıxarışdan görünür ki, arayışda Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər idarəsindən həmin Xidmətin Samux rayon şöbəsinə ünvanlanan zərfi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinə təhvil verməsi, həmin zərfin kargüzar Şahid7 tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilməsi və xx.xx.2025-ci il tarixdə sonuncunun diqqətsizliyi nəticəsində zərfi açaraq içindəki sənədə baxması, bununla bağlı Təqsirləndirilən şəxs verdiyi izahatın məzmunu, eləcə də həmin zərfin daxilində olan sənədin, yəni əkskəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin planları və nəticələrinin məzmunu qeyd olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 03 iyul 2025-ci il tarixli zərfə baxış protokolu və həmin tarixli maddi sübut kimi tanınma haqqında qərar ilə DTX Daxili təhlükəsizlik idarəsindən 30 iyun 2025-ci il tarixli 9-2102 saylı məktubla istintaqa daxil olmuş 1096 (539) saylı sənədin qablaşdırıldığı zərfə 03 iyul 2025-ci il tarixdə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, baxışı keçirilən zərfin arxa tərəfinin sağ yuxarı küncündə “Tam məxfi” qrifi yazılmış, həmin qrifin altında “Zərflədi” sözü yazılaraq qarşısında imza çəkilmişdir. Bundan əlavə, həmin qrifin altında “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Zərflər üçün №63” möhürü vurulmuşdur. Zərfin sağ aşağı hissəsində əllə, göy rəngli qələmlə “173” rəqəmləri yazılmış, “Sumqayıt XRŞ Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Xüsusi Rabitə 58” ştampı, onun da aşağı hissəsində “AR DTX Sumqayıt Şİ” ştampı vurulmuşdur. Zərfin mərkəzi hissəsində “Şəxsən” ştampı vurulmuş, ştampın aşağı hissəsində isə əllə, qara rəngli qələmlə “AR Dövlət Təhlükəsizliyi Xidmətinin Samux RŞ-nin rəisinə” sözləri yazılmışdır. Zərfin sol yuxarı küncündə əllə, qara rəngli qələmlə “Samux şəhəri”, sol aşağı küncündə isə əllə, qara rəngli qələmlə “№1096(539)” rəqəmləri yazılmışdır. Zərfin ön tərəfinə keçirilmiş baxış zamanı zərfin bağlanan hər 3 tərəfindən sancaqla bərkidilməsinə dair izlər olmuş, üzərilərinə isə “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Zərflər üçün №63” möhürü vurulmuş dördkünc kağız yapışdırılmışdır. Qeyd olunan zərf həmin tarixdə ********* nömrəli cinayət işi üzrə maddi sübut qismində tanınaraq təyinatı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə idarəsindən 03 oktyabr 2025-ci il tarixdə DTX İstintaq baş idarəsinə daxil olmuş “Məxfi” qrifli, 46m nömrəli məktubun məzmunundan olan çıxarışdan görünür ki, Mərkəzi Xüsusi Rabitə idarəsinin Gəncə xüsusi rabitə şöbəsinin xüsusi tapşırıqlar üzrə feldyegeri Təqsirləndirilən şəxs tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli 34 nömrəli reyestrindən (F.5) çıxarış edilərək sənədlərin surətləri təqdim olunmuşdur. Həmin məktubun qoşması olan 222 nömrəli reyestrinin məzmunundan görünür ki, 06 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər idarəsi DTX Samux rayon şöbəsinə ünvanlanan “Tam məxfi” qrifli, 1096(539) nömrəli zərfi Azərbaycan Respublikası Mərkəzi Xüsusi Rabitə idarəsinin əməkdaşına 173 nömrəsi ilə təhvil vermişdir. 08 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs tərtib etdiyi 34 nömrəli “Forma 5” reyestrində həmin zərf DTX Samux rayon şöbəsinə ünvanlanmalı olduğu halda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinə ünvanlanan zərf kimi qeyd olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə idarəsindən 03 oktyabr 2025-ci il tarixdə DTX İstintaq baş idarəsinə daxil olmuş “Məxfi” qrifli, 46m nömrəli məktubun məzmunundan olan çıxarışdan görünür ki, Mərkəzi Xüsusi Rabitə idarəsinin Gəncə xüsusi rabitə şöbəsinin xüsusi tapşırıqlar üzrə feldyegeri Təqsirləndirilən şəxs tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli 34 nömrəli reyestrindən (F.5) çıxarış edilərək sənədlərin surətləri təqdim olunmuşdur. Həmin məktubun qoşması olan 222 nömrəli reyestrinin məzmunundan görünür ki, 06 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər idarəsi DTX Samux rayon şöbəsinə ünvanlanan “Tam məxfi” qrifli, 1096(539) nömrəli zərfi Azərbaycan Respublikası Mərkəzi Xüsusi Rabitə idarəsinin əməkdaşına 173 nömrəsi ilə təhvil vermişdir. 08 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs tərtib etdiyi 34 nömrəli “Forma 5” reyestrində həmin zərf DTX Samux rayon şöbəsinə ünvanlanmalı olduğu halda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinə ünvanlanan zərf kimi qeyd olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə psixiatrik ekspertizasının 15 avqust 2025-ci il tarixli 2682 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun təsvir olunan əməli törədərkən öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları idarə edə bilməməsinə səbəb olan psixi pozuntusu olmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası X2 ilə birlikdə ünvan 13 ünvanda qeydiyyatda olmaqla yaşamışlar, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər icra hakimiyyətinn başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyinə heç bir məlumat və şikayət daxil olmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar verməklə sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasəncinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin Gəncə Xüsusi Rabitə Şöbəsinin xüsusi tapşırıqlar üzrə feldyegeri vəzifəsində işlədiyi müddətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən hazırlanaraq daxilində 07 sentyabr 2004-cü il tarixli “Dövlət sirri haqqında” Azərbaycan Respublikası qanununun 5.4.1-ci maddəsinə əsasən dövlət sirri hesab edilən məlumatlar olan “Şəxsən”, “Tam məxfi” qrifli zərfi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Samux rayon şöbəsinə təhvil verməli olduğu halda, həmin zərfi 08 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinə təhvil verib, zərfin içərisindəki sənəddə olan məlumatların başqa şəxs tərəfindən oxunması ilə nəticələnən hərəkətlərə yol verərək, dövlətə xəyanət əlamətləri olmadan dövlət sirrini təşkil edən məlumatları qəsdən yaymışdır. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələr və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-nin 284.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, CPM-nin 44.2.4-cü maddəsinə əsasən göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzaya məruz qalmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Qeyd olunmalıdır ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. CM-nin 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-nin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Xüsusilə qeyd edilməlidir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməlinə CM-nin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi CM-nin 284.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilər. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-nin 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, eməli ehtiyatsızdıqdan törətməsini deməsini özünü müdafiə kimi qiymətləndirir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-nin 59.1.1-ci maddəsində göstərilir ki, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi, səmimi peşmançıliğı cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxs əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılıq bildirməsi tutduğu əmələ görə özünə məzəmmət etdiklərinitəsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi peşmançılıq hissi keçirməsini törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması haqqında məsələnin həlli zamanı yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxslərin islah olunmasına təsirini nəzərə alır və belə qənaətə gəlir ki, onun cəza çəkmədən də islah olunması mümkündür, ona görə də təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin edilən cəzanın sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməlidir. CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 25-ci bəndinə əsasən, şərti məhkum etmə haqlarında yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən sosial ədalətin bərpasını və təqsirləndirilən şəxsin islah olunmasının mümkünlüyünü, cəza təyin edilərkən hümanizm, ədalətlilik, cəzanın fərdliyini və törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Bundan başqa, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi ona mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsi və onun ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs üzərlərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişiklik edilərək qeyd edilmişdir ki, “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, şərti məhkum etmə dövrü ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli 4(009)-332/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 30 iyun 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 sentyabr 2025ci il tarixli 4(009)-529/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay müddətinə yəni, 30 noyabr 2025-ci il tarixədək uzadəlmışdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “həbs qətimkan tədbiri” qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut cinayət işi materiallarında saxlanılmalı və Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi özünə qaytarılmalıdır. Təqsirləndirilən şəxs 30 iş saatı hüquqi yardım göstərdiyinə görə Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi (“Beynəlxalq Bank” ın Gəncə filialı kod; 509352, VÖEN: **********, müxbir hesab: AZ 03NABZ ********************; SWİFT: İBAZAZ2X; Hesab AZ 92 İ BAZ ******************** VÖEN: **********) 330 (üç yüz otuz) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayətprosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 284.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə dövlət, yerli özünü idarə etmə orqanları və kommersiya təşkilatlarında maddi məsul şəxs və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulsun. Şərti məhkum etmə dövrü ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barərəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut cinayət işi materiallarında saxlanılsın və Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi özünə qaytarılsın. Təqsirləndirilən şəxs 30 iş saatı hüquqi yardım göstərdiyinə görə Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi (“Beynəlxalq Bank” ın Gəncə filialı kod; 509352, VÖEN: **********, müxbir hesab: AZ 03NABZ ********************; SWİFT: İBAZAZ2X; Hesab AZ 92 İ BAZ ******************** VÖEN: **********) 330 (üç yüz otuz) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-47/2025
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-47/2025
16.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver