Məhkəmə qərarları › İş №1(058)-48/2024

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-48/2024

22.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-48/2024 22.07.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı,Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 və onların müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, xx.xx.1996-cı ildə Samux rayonu, Sərkar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, himayəsində iki azyaşlı uşağı olan, Samux rayonu, Nəbiağalı qəsəbəsində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə, xx.xx.1995-ci ildə Samux rayonu, Sarıqamış kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Samux şəhəri, Heydər Əliyev prospekti, ev 172-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə, xx.xx.1992-ci ildə Samux rayonu, Nəbiağalı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, himayəsində bi azyaşlı uşağı olan, Samux rayonu, Nəbiağalı qəsəbəsində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə, xx.xx.1999-cu ildə Samux rayonu, Nəbiağalı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Samux rayonu, Nəbiağalı qəsəbəsində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə, təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: Aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 aprel 2024-cü il tarixdə, saat 00:16-da Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz 240” minik markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə-Çobanabdallı kənd avtomobil yolu ilə üzü Çobanabdallı kəndi istiqamətində, Samux rayonu, Yeni Nəbiağalı qəsəbəsi ərazisindən keçən hissəsində “Kürdlər tərəf” adlanan ərazidə Təqsirləndirilən şəxs2 həmin istiqamətdə piyada evinə gedən Zərərçəkmiş şəxs əl etməsini görüb idarə etdiyi avtomobili saxladıqdan sonra avtomobilin qabaq sağ oturacağından düşməklə Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ oturacağına mindikdən sonra avtomobilin salonunda Zərərçəkmiş şəxs üzərində nəyinsə olduğunu tələb edən zaman sonuncu cibində olan 5 manat və digələri isə 1 manat əskinazlar olmaqla cəmi 10 manat məbləğində pulu çıxarıb avtomobilin sürətlər qutusunun yanına qoyduqdan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobili Samux rayonu, Qarabağlar kəndi ərazisindən keçən su kanalının yanına sürməklə saxladıqdan sonra Zərərçəkmiş şəxs avtomobildən düşürtdükdən sonra əllərindən qaçdığını görüb yenidən avtomobillə onu axtarsalar da, lakin tapa bilmədikləri üçün geri qayıtmaqla, Zərərçəkmiş şəxs 10 manat nağd puldan ibarət əmlakını açıq talamaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq etmişdir. Bundan başqa aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 aprel 2024-cü il tarixdə, saat 00:16da idarə etdiyi “Mercedes Benz 240” minik markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə-Çobanabdallı kənd avtomobil yolu ilə üzü Çobanabdallı kəndi istiqamətində, Samux rayonu, Yeni Nəbiağalı qəsəbəsi ərazisindən keçən hissəsində “Kürdlər tərəf” adlanan ərazidə həmin istiqamətdə piyada evinə gedən Zərərçəkmiş şəxs əl etməsini görüb idarə etdiyi avtomobili saxladıqdan sonra Təqsirləndirilən şəxs1 avtomobilin qabaq sağ oturacağından düşməklə Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ oturacağına mindikdən sonra avtomobilin salonunda Zərərçəkmiş şəxs üzərində nəyinsə olduğunu tələb edən zaman sonuncu cibində olan 5 manat və digələri isə 1 manat əskinazlar olmaqla cəmi 10 manat məbləğində pulu çıxarıb avtomobilin sürətlər qutusunun yanına qoyduqdan sonra idarə etdiyi avtomobili Samux rayonu, Qarabağlar kəndi ərazisindən keçən su kanalının yanına sürməklə saxladıqdan sonra Zərərçəkmiş şəxs avtomobildən düşürtdükdən sonra əllərindən qaçdığını görüb yenidən avtomobillə onu axtarsalar da, lakin tapa bilmədikləri üçün geri qayıtmaqla, Zərərçəkmiş şəxs 10 manat nağd puldan ibarət əmlakını açıq talamaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq etmişdir. Bundan başqa aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 aprel 2024-cü il tarixdə, saat 00:16da Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz 240” markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə-Çobanabdallı kənd avtomobil yolu ilə üzü Çobanabdallı kəndi istiqamətində, Samux rayonu, Yeni Nəbiağalı qəsəbəsi ərazisindən keçən hissəsində “Kürdlər tərəf” adlanan ərazidə Təqsirləndirilən şəxs2 həmin istiqamətdə piyada evinə gedən Zərərçəkmiş şəxs əl etməsini görüb idarə etdiyi avtomobili saxladıqdan sonra Təqsirləndirilən şəxs1 avtomobilin qabaq sağ oturacağından düşməklə Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ oturacağına mindikdən sonra avtomobilin salonunda Zərərçəkmiş şəxs üzərində nəyinsə olduğunu tələb edən zaman sonuncu cibində olan 5 manat və digələri isə 1 manat əskinazlar olmaqla cəmi 10 manat məbləğində pulu çıxarıb avtomobilin sürətlər qutusunun yanına qoyduqdan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobili Samux rayonu, Qarabağlar kəndi ərazisindən keçən su kanalının yanına sürməklə saxladıqdan sonra Zərərçəkmiş şəxs avtomobildən düşürtdükdən sonra əllərindən qaçdığını görüb yenidən avtomobillə onu axtarsalar da, lakin tapa bilmədikləri üçün geri qayıtmaqla, Zərərçəkmiş şəxs 10 manat nağd puldan ibarət əmlakını açıq talamaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq etmişdir. Bundan başqa aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 tamah niyyəti ilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 aprel 2024-cü il tarixdə, saat 00:16da Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz 240” markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə-Çobanabdallı kənd avtomobil yolu ilə üzü Çobanabdallı kəndi istiqamətində, Samux rayonu, Yeni Nəbiağalı qəsəbəsi ərazisindən keçən hissəsində “Kürdlər tərəf” adlanan ərazidə Təqsirləndirilən şəxs2 həmin istiqamətdə piyada evinə gedən Zərərçəkmiş şəxs əl etməsini görüb idarə etdiyi avtomobili saxladıqdan sonra Təqsirləndirilən şəxs1 avtomobilin qabaq sağ oturacağından düşməklə Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ oturacağına mindikdən sonra avtomobilin salonunda Zərərçəkmiş şəxs üzərində nəyinsə olduğunu tələb edən zaman sonuncu cibində olan 5 manat və digələri isə 1 manat əskinazlar olmaqla cəmi 10 manat məbləğində pulu çıxarıb avtomobilin sürətlər qutusunun yanına qoyduqdan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobili Samux rayonu Qarabağlar kəndi ərazisindən keçən su kanalının yanına sürməklə saxladıqdan sonra Zərərçəkmiş şəxs avtomobildən düşürtdükdən sonra əllərindən qaçdığını görüb yenidən avtomobillə onu axtarsalar da, lakin tapa bilmədikləri üçün geri qayıtmaqla, Zərərçəkmiş şəxs 10 manat nağd puldan ibarət əmlakını açıq talamaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 dostlarıdır, Təqsirləndirilən şəxs2 isə bir kəndli olaraq tanışıdır. Təqsirləndirilən şəxs2 özünə məxsus “Mercedes Benz 240” minik markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 01 aprel 2024-cü il tarixdə axşam saat 19-20 radələrində o, Samux şəhərinin mərkəzində olarkən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə İbrahim istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə zəng edərək ona təklif eləmişdir ki, “gedib yeyib-içək”. O, da Qeyrətə və Süleymana zəng etmiş, onlar da razılıq verdikdən sonra o, İbrahimlə görüşmüş və birinci olaraq Süleymanı dayısıgildən, Qeyrəti isə küçələrinin baş tərəfindən götürmüşlər. Qeyrəti götürən zaman o, evə düşmüş, qayıdanda yenidən onu götürmüşlər. Onlar qərara gəlmişlər ki, Samux rayonu, Yeni Nəbiağalı qəsəbəsi ərazisində yerləşən “Əlinin kafesi” adlanan yeməkxanaya getsinlər. “Qoşqar” şadlıq sarayının yanında olan mağazadan 2 litrlik “Orqanik zerno” arağı aldıqdan sonra yeməkxanaya getmişlər. Axşam saat 00:05 radələrində onlar yeməkxanada yeyib-içdikdən sonra durmuşlar və İbrahimin idarə etdiyi avtomobilə oturmuşlar. O, avtomobilin qabaq sağ tərəfində oturmuş, Qeyrət və Süleyman isə arxa tərəfdə oturmuşlar. Gəncə-Çobanabdallı kənd avtomobil yolu ilə üzü Çobanabdallı kəndi istiqamətində hərəkətdə olan zaman Samux rayonu, Yeni Nəbiağalı qəsəbəsi ərazisindən keçərkən o, artıq yuxulamış, bir də ayılmışdır ki, İbrahim avtomobili arxaya doğru sürür. O, da İbrahimdən nəyə görə geriyə avtomobillə hərəkət etdiyini soruşan zaman İbrahim ona demişdir ki, “yolda bir adam var, onu mindirib məzələnəcəyik”. O, da heç nə deməmiş və İbrahim avtomobili saxlayan zaman o, avtomobildən düşmüş, həmin sonradan adını Aqil kimi bildiyi Zərərçəkmiş şəxs demişdir ki, gəlib otursun. O, avtomobilin qabaq sağ tərəfində oturmuş, özü də onunla birlikdə həmin qabaq sağ tərəfdə oturmuş, belə ki, arxa tərəfdə Süleyman və Qeyrət olmuşdur. Həmin vaxt onun əlində tiyəsi olmayan, qulpu qara rəngli bıçaq olmuş, həmin qulpu qırıq bıçağı atmaq üçün fermadan götürmüş, ancaq yeyib-içməyə getdikləri üçün qolsuz qış gödəkçəsinin cibində qalmış, avtomobildə isə avtomobilin qapısında olan cib yerinə qoymuşdur. Ancaq həmin vaxt onun əlində qırıq bıçaq olsa da o, Aqilə hədə-qorxu gəlməmiş, zor tətbiq etməmiş, zor tətbiq edəcəyi hədəsi olmamış, sadəcə olaraq əlində saxlamışdır. Onların fikri Aqil ilə zarafat etmək, onu qorxutmaq olmuşdur. Onların hər biri Aqilə sual vermiş, onlar özlərini guya ona özlərini cinayətkar kimi göstərirmişlər, həm də ona yalandan demişlər ki, “adam öldürüb gəlmişik”. İbrahim də avtomobildə olan qara rəngli rezini Aqilə göstərib demişdir ki, “bununla adam öldürmüşük”. Uşaqların hərəsi bir tərəfdən demişdir ki, guya hansısa bir qəbirstanlığa basdırmışlar. Bu sözlərdən sonra Aqil qorxmuş, elə bilmişdir ki, onlar həqiqətən də ciddi deyirlər. O, Aqildən harada yaşadığını soruşan zaman Aqil onlara demişdir ki, “Samux rayonu, Çobanabdallı kəndində yaşayıram”. Uşaqlardan kimsə ondan üstündə nəyin olduğunu deyən zaman Aqil cibindən 10 manat pul və bir də mobil telefonu çıxardaraq bunların olduğunu demişdir. Aqil pulu cibindən çıxardıb arxaya doğru uzatmış, ancaq uşaqlar demişdir ki, “ə qoy cibinə”. Bundan sonra onlar Samux rayonu, Qarabağlar kəndi ərazisindən keçən su kanalının üstünə getmişlər və İbrahim avtomobili torpaqlıq yerdə saxlamışlar. O, Aqildən onların üzünü gördüyünü soruşan zaman Aqil “bizi gördüyünü” demiş, o, da ona yenə qorxutmaq məqsədilə demiş ki, “onda səni öldürəcəm”. Bundan sonra hamısı avtomobildən düşmüşlər və onunla bir qədər məzələndikdən sonra o, Aqilə demişdir ki, “qaç”. İbrahim də onu saxlayaraq Aqillə məzələnməyə başlamış, sonra isə onların əlindən qaçıb getmiş, o, da İbrahimə demişdir ki, “ə bu bizdən qorxdu, gedib polisə şikayət edər, birdən elə bilərlər ki, biz bununla ciddi olmuşuq, gəlin bunu tapaq”. Sonra onlar hamısı onu axtarmağa başlamış, ancaq tapa bilməmişlər, buna görə də İbrahim mobil telefonla kiməsə zəng edib Aqili maraqlanmış, telefonda ona bütün olanları danışıb zarafat etdiyini demişdir. Buna baxmayaraq onlar həmin gecə Aqili tapa bilməmişlər, həmin günün axşamı saat 19-20 radələrində onlar Çobanabdallı kənd uşaqları vasitəsilə Aqili tapmış, Aqillə Gəncə şəhəri “Sovxoz Nizami” adlnana yerdə görüşmüşlər. Həmin vaxt o, Qeyrət və Süleyman olmuş, Aqil isə bir neçə nəfər şəxslə gəlmişdir. Onlar orada söhbət edib Aqilə zarafat etdiklərini demişlər və sonra Aqil onlara demişdir ki, üstündə olan 10 manatı avtomobildə düşmüş, Süleyman da ondan pul istəmişdir ki, Aqilin 10 manatını qaytarsınlar. O, cibində olan 20 manatı Gəncə şəhərində həmin yerdə mağazada xırdalayıb Süleyman vasitəsilə Aqilə vermişdir. Həmin günün axşamı saat 22-23 radələrində valideynləri Aqilgilə getmiş, Aqilin anasından və özündən üzr istəmişlər, hamısı və həmçinin valideynləri də Aqilgilə getmişdir. Aqil onlara demişdir ki, onlardan qabaq artıq polisə demişdir, ancaq onlar inanmamış, demişlər ki, yoluna qoyarlar. xx.xx.2024-cü il tarixdə günorta saat 13 radələrində o, Süleyman və Qeyrətlə ona məxsus “Hyundai akcent” markalı avtomobil ilə Gəncə şəhərinə Aqilin qohumu ilə görüşməyə getmişlər, Samux rayonu, Sərkar kəndindən keçərkən özündə olan tiyəsi qırıq bıçağı “Kərpic Zavod” adlanan yerdən keçərkən avtomobilin salonunda Süleymana vermişdir ki, pəncərədən tullasın, Süleyman da bıçağı həmin yerdə tullamışdır. Hadisə xx.xx.2024-cü il tarixdə axşam saat 00:16-da olmuş, çünki saata baxmışdır. Hadisə Gəncə-Çobanabdallı kənd avtomobil yolu, Samux rayonu Yeni Nəbiağalı qəsəbəsi ərazisində, “Kürdlər tərəf” adlanan yerdə Təqsirləndirilən şəxs2 məxsus “Mercedes Benz 240” minik markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda, daha sonra isə Samux rayonu Qarabağlar kəndi ərazisindən keçən su kanalının üstündə olmuşdur. Hadisə təxminən 20-25 dəqiqə davam etmişdir. Onların fikri ancaq zarafat edib Aqili qorxutmaq olmuşdur. Hadisə zamanı o, Aqil, İbrahim, Qeyrət və Süleyman olmuş, başqa heç kim olmamışdır. Onları heç kim görməmişdir. Hadisə vaxtı əlində tiyəsi qırıq, qulpu qara rəngli bıçaq olmuş, fermadan götürmüş, onu atacaqmış, ancaq yeyib-içməyə getdiyi üçün qolsuz qış gödəkçəsinin cibində qalmışdır, avtomobildə isə avtomobilin qapısında olan cib yerinə qoymuşdur. Ancaq həmin vaxt əlində qırıq bıçaq olsa da Aqilə hədə-qorxu gəlməmiş, zor tətbiq etməmiş, zor tətbiq edəcəyi hədəsi olmamış və etməmiş, sadəcə olaraq əlində saxlamışdır. Fikri Aqillə zarafat etmək, onu qorxutmaq olmuşdur. Aqil özü də əlində bıçaq olduğunu görməmişdir. Heç kimə bıçaqla hədə gəlməmiş, Həmçinin digər uşaqlar da Aqildən heç nə tələb etməyib, Aqil qorxduğu üçün cibindən 10 manat pul və mobil telefonunu çıxardıb onlara təqdim etmiş, ancaq götürməmişlər. Aqili əvvəldən tanımamış və onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmasını və himayəsində az yaşlı uşaqlarının olmasını nəzərə alıb yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 onun dostlarıdır, özünə məxsus “Mercedes benz 240” minik markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 01 aprel 2024-cü il tarixdə axşam saat 19-20 radələrində o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Elvinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib hal-əhval olduqdan sonra onun Samux şəhərinin mərkəzində olduğunu bilib ona təklif eləmişdir ki, “gedib yeyib-içək”. O, da Qeyrətə və Süleymana zəng etmiş, onlar da razılıq verdikdən sonra Elvinlə görüşmüş və birinci olaraq Süleymanı dayısıgildən, Qeyrəti isə küçələrinin baş tərəfindən götürmüş, Qeyrəti götürən zaman Elvin evə düşmüş, qayıdanda onu da götürmüşdür. Qərara gəlmişlər ki, Samux rayonu, Yeni Nəbiağalı qəsəbəsi ərazisində yerləşən “Əlinin kafesi” adlanan yeməkxanaya getsinlər. “Qoşqar” şadlıq sarayının yanında olan mağazadan 2 litrlik “Orqanik zerno” arağı aldıqdan sonra yeməkxanaya getmişlər. Artıq 00:05 radələrində onlar yeməkxanada yeyib-içdikdən sonra durmuş və İbrahimin idarə etdiyi avtomobilə oturmuşdur. Elvin avtomobilin qabaq sağ tərəfində oturmuş, Qeyrət və Süleyman isə arxa tərəfdə oturmuşlar. Gəncə-Çobanabdallı kənd avtomobil yolu ilə üzü Çobanabdallı kəndi istiqamətində hərəkətdə olarkən yolun kənarında sonradan adını Zərərçəkmiş şəxs kimi bildiyi şəxs avtomobilə əl etmiş, o da onu təxminən 10-15 metr keçib saxlamışdır ki, onu da götürsün. Buna görə də o, avtomobili arxaya sürmüş, ona çatan zaman Elvin avtomobilin qabaq sağ tərəfindən düşmüş, Aqilə demişdir ki, gəlib otursun. Aqil qabaqda sağda oturandan sonra Elvin də həmin qabaq sağ tərəfdə oturmuşdur. Elvinlə görüşən zaman onun əlində tiyəsi olmayan, qulpu qara rəngli bıçaq olmuş və əlində oynadırmış. Fikri Aqillə bir qədər zarafat etmək, onu qorxutmaq olmuşdur. Hər biri onun haqqında sual vermiş, özlərini guya ona cinayətkar kimi göstərmişlər, həm də ona yalandan deyirmişlər ki, adam öldürüb gəlmişlər, o, da avtomobildə olan qara rəngli rezini Aqilə göstərib demişdir ki, bununla adam öldürmüşlər, uşaqların hərəsi bir tərəfdən deyirmiş ki, guya hansısa bir qəbirstanlığa basdırmışlar. Onlar Aqildən harada yaşadığını soruşan zaman Aqil onlara demişdir ki, Samux rayonu Çobanabdallı kəndində yaşayır. Uşaqlardan kimsə ondan üstündə nəyin olduğunu deyən zaman Aqil cibindən 10 manat pul və bir də mobil telefonu çıxardaraq bunların olduğunu demişdir. Aqil pulu cibindən çıxardıb arxaya doğru uzatmış, ancaq uşaqlar demişdir ki, “ə qoy cibinə”, həmçinin o, da Aqilin qolundan vurub demişdir ki, “telelefonu, pulunu qoy cibində, bizi zibilə salmaqmı istəyirsən”. Bundan sonra onlar Samux rayon Qarabağlar kəndi ərazisindən keçən su kanalının üstünə getmişlər və o, avtomobili torpaqlıq yerdə saxlamışdır. O, elə bilmişdir ki, Aqil Qarabağar kanalının yanında qalır, ancaq o, Çobanabdallı kanalının yanında qalırmış. Elvin Aqildən onların üzünü gördüyünü deyən zaman Aqil onları gördüyünü demiş, o, da ona yenə qorxutmaq məqsədilə demişdir ki, “onda səni öldürəcəm”. Bundan sonra onlar avtomobildən düşmüş və onunla bir qədər məzələndikdən sonra Elvin Aqilə demişdir ki, “qaç”. O, da onu saxlamaq istədiyi üçün arxasınca qaçmış, ancaq sonra dayanmış, çünki içkili olmuşdur. Aqil onların əlindən qaçıb gedəndən sonra Elvin də demişdir ki, “ə bu bizdən qorxdu, gedib polisə şikayət edər, birdən elə bilərlər ki, biz bununla ciddi olmuşuq, gəlin bunu tapaq”. Sonra onlar hamısı onu axtarmağa başlamışlar, ancaq tapa bilməmişlər, buna görə də o, mobil telefonla Aqilin qohumunun nömrəsini tapıb ona zəng etmək istəmiş, ancaq tapa bilməmişdir. Buna baxmayaraq onlar həmin gecə Aqili axtarsalar da tapa bilməmişlər. Həmin günün axşamı xəbər tutmuşdur ki, Elvingil Çobanabdallı kənd uşaqları vasitəsi ilə Aqili tapmış, Aqillə Gəncə şəhəri “Sovxoz Nizami” adlnana yerdə görüşmüşlər. Həmin vaxt o, Qeyrət və Süleyman olmuş, o, isə ad günündə olmuşdur. Axşam uşaqlar Aqil ilə görüşüb söhbət edəndən sonra ona da zəng etmişlər və demişlər ki, “problem yoxdur” və sonra isə ondan soruşmuşlar ki, Aqil demişdir ki, üstündə olan 10 manatı avtomobildə düşüb, o, da uşaqlara demişdir ki, avtomobildə pul qalmamışdır. Həmin günün axşamı saat 22-23 radələrində uşaqların valideynləri Aqilgilə getmiş, Aqilin anasından və özündən üzr istəmişlər, hamısı və həmçinin valideynləri də Aqilgilə gəlmiş, həmin vaxt o, isə özü getmişdir. Onun yanında olan Elvin, Qeyrət və Süleyman ilə xx.xx.2024-cü il tarixdə gecə saat 00:16-da onun idarə etdiyi “Mercedes Benz 240” minik markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə-Çobanabdallı kənd avtomobil yolu ilə üzü Çobanabdallı kəndi istiqamətində gedərkən Zərərçəkmiş şəxs görüb zarafatlaşmaq qərarına gəlmişdirlər, fikirləri ona qarşı cinayət etmək olmamış, onunla ancaq zarafat etmişlər. Hadisə xx.xx.2024cü il tarixdə axşam saat 00:16-da olmuş, hadisə Gəncə-Çobanabdallı kənd avtomobil yolu, Samux rayonu Yeni Nəbiağalı qəsəbəsi ərazisində, “Kürdlər tərəf” adlanan yerdə ona məxsus “Mercedes Benz 240” minik markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda, daha sonra isə Samux rayonu Qarabağlar kəndi ərazisindən keçən su kanalının üstündə olmuşdur. Hadisə təxminən 20-25 dəqiqə davam etmişdir. Fikri ancaq zarafat edib Aqili qorxutmaq olmuşdur. Hadisə zamanı o, Aqil, Elvin, Qeyrət və Süleyman olmuş, başqa heç kim olmamışdır. Onları heç kim görməmişdir. Hadisə olan vaxtı, Zərərçəkmiş şəxs pulu versə də pulu götürməmiş, pulun da harada olduğunu bilməmiş, ancaq sonradan Elvin Süleyman vasitəsilə Aqilə pulu vermişdir. Aqilə heç kim zor tətbiq edib xəsarət yetirməmişdir. Niyyətləri heç bir cinayət törətmək olmamışdır. Zərərçəkmiş şəxslə barışmasını və himayəsində az yaşlı uşaqlarının olmasını nəzərə alıb yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dostlarıdır, İbrahimin özünə məxsus “Mercedes Benz 240” minik markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 01 aprel 2024-cü il tarixdə axşam saat 19-20 radələrində onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə Elvin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib hal-əhval olduqdan sonra uşaqlarla yeyib içməyi təklif etmiş, o da etiraz etməmişdir. Ondan sonra Elvin Qeyrətə də zəng etmiş, o, da razılıq verdikdən sonra İbrahim öz avtomobili ilə onu dayısıgildən, Qeyrəti isə küçələrinin baş tərəfindən götürmüş, belə ki, Qeyrəti götürən zaman Elvin evə düşmüşdür, qayıdanda onu da yenidən götürmüşlər. Qərara gəlmişlər ki, Samux rayon Yeni Nəbiağalı qəsəbəsi ərazisində yerləşən “Əlinin kafesi” adlanan yeməkxanaya getsinlər. “Qoşqar” şadlıq sarayının yanında olan mağazadan o, 2 litrlik “Orqanik zerno” arağı aldıqdan sonra yeməkxanaya getmişlər. Artıq 00:05 olarmış ki, onlar yeməkxanada yeyib-içdikdən sonra durmuşlar və İbrahimin idarə etdiyi avtomobilə oturmuşlar. Elvin avtomobilin qabaq sağ tərəfində oturmuş, Qeyrətlə o isə avtomobilin arxa tərəfində oturmuşdur. Gəncə-Çobanabdallı kənd avtomobil yolu ilə üzü Çobanabdallı kəndi istiqamətində hərəkətdə olarkən yolun kənarında sonradan adını Zərərçəkmiş şəxs kimi bildiyi şəxsin avtomobilə əl etdiyini və İbrahimin də həmin şəxsi piyada olduğu üçün götürməyini və onun zarafatlaşmaqlarını deyib idarə etdiyi avtomobili təxminən 10-15 metr keçib saxlamışdır ki, Aqili götürsün. Buna görə də İbrahim avtomobili arxaya sürmüş, Aqilə çatan zaman Elvin avtomobilin qabaq sağ tərəfindən düşmüş və Aqilə demişdir ki, gəlib otursun. Aqil də qabaqda sağda oturandan sonra Elvin də həmin qabaq sağ tərəfdə oturmuşdur. Elvinlə görüşən zaman onun əlində tiyəsi olmayan, qulpu qara rəngli bıçaq olmuş və əlində oynadırmış. Avtomobildə olarkən fikirləri Aqili qorxutmaq olmuşdur. Hər birisi onun haqqında sual vermişlər, onlar özləri guya ona cinayətkar kimi göstərmiş, həm də ona yalandan deyirmişlər ki, “adam öldürüb gəlmişik”, İbrahim də avtomobildə olan qara rəngli rezini Aqilə göstərib demişdir ki, “bununla adam öldürmüşük”, uşaqların hərəsi bir tərəfdən deyirmiş ki, guya hansısa bir qəbirstanlığa basdırmışlar. Onlar Aqildən harada yaşadığını soruşan zaman Aqil onlara demişdir ki, Samux rayonu Çobanabdallı kəndində yaşayır. Uşaqlardan kimsə ondan üstündə nəyin olduğunu deyən zaman Aqil cibindən 10 manat pul və bir də mobil telefonu çıxardaraq bunların olduğunu demişdir. Aqil pulu cibindən çıxardıb arxaya doğru uzatmış, ancaq uşaqlar demiş ki, “ə qoy cibinə”, həmçinin İbrahim də Aqilin qolundan vurub demiş ki, “telelefonu, pulunu qoy cibinə, bizi zibilə salmaqmı istəyirsən, biz zarafat edirik, biz oğruyuqmu”. Aqillə danışan zaman o, Çobanabdallı kəndində kanalın yanında qaldığını demişdir, onlar da birinci olaraq elə başa düşmüşlər ki, Aqil Qarabağlar kəndi ərazisindən keçən su kanalının yanında qalırmış. Bundan sonra onlar Samux rayon Qarabağlar kəndi ərazisindən keçən su kanalının üstünə getmişlər və İbrahim avtomobili torpaqlıq yerdə saxlamışdır. Elvin Aqildən onların üzünü gördüyünü deyən zaman Aqil gördüyünü demiş, o, da ona yenə qorxutmaq məqsədilə demişdir ki, “onda səni öldürəcəm”. Onlar Aqili avtomobildən düşürtmüş, arxasınca isə o, düşüb Aqili əliylə saxlayıb demişdir ki, “ ay qa, gözdə, qadanalım gözdə, biz sənnən zarafatlaşırıq, qorxma, biz elə adam döyük”. Həm də Qeyrət də Aqilə başa salmaq istəmişdir ki, onunla həqiqətən zarafat edirlərmiş. Elvin də onların sözünü təsdiq edəndən sonra o, Aqilə demişdir ki, “qaqa qaç get”. Bundan sonra onlar avtomobilə oturub “Çobanabdallının dörd yolu” adlanan yerə az qalmış öz–özlərinə demişdirlər ki, “bayaqkı, uşaq çox qorxub, polisə şikayət edər, onu tapıb könlünü alaq”. Buna görə də yenidən həmin yerə qayıtmışlar, iki dəfə həmin yeri fırlansalar da tapa bilməmişlər, Qeyrət və İbrahim də kimlərəsə zəng edib Aqili maraqlanmağa başlamışdırlar. Niyyətləri o imiş ki, uşağı tapıb üzr istəsinlər, könlünü alsınlar. Ancaq gecə olduğundan onlar uşağı tapa bilməmiş və evə qayıtmışlar. Həmin günün axşamı saat 19-20 radələrində onlar Çobanabdallı kənd uşaqları vasitəsilə Aqili tapmışlar, Aqillə Gəncə şəhəri “Savxoz Nizami” adlanan yerdə görüşmüşlər. Həmin vaxt o, Qeyrət və Elvin olmuşdur. Aqil isə bir neçə nəfər şəxslə gəlmişdir. Orada söhbət edib Aqilə zarafat etdiklərini demişlər və sonra Aqil onlara demişdir ki, üstündə olan 10 manatı avtomobildə düşmüşdür, çünki onlar Aqilə demişlər ki, onun pulunu heç kim götürməmişdir. O da Elvindən pul istəmişdir ki, Aqilin 10 manatını qaytasınlar. Elvin cibində olan 20 manatı Gəncə şəhərində həmin yerdə mağazada xırdalayıb ona vermiş, o da Aqilə vermişdir. Həmin günün axşamı saat 22-23 radələrində valideynləri Aqilgilə getmiş, Aqilin anasından və özündən üzr istəmişlər, hamısı və həmçinin valideynləri də Aqilgilə gəlmişdir. Aqil onlara demişdir ki, onlardan qabaq artıq polisə demişdir, ancaq onlar inanmamış, demişlər ki, “yoluna qoyarıq”. xx.xx.2024-cü il tarixdə günorta saat 13 radələrində o, Elvin və Qeyrətlə ona məxsus “Hyundai akcent” markalı avtomobillə Gəncə şəhərinə Aqilin qohumu ilə görüşməyə getmişlər, Samux rayonu Sərkar kəndindən keçərkən Elvin özündə olan tiyəsi qırıq bıçağı “Kərpic Zavod” adlanan yerdən keçərkən avtomobilin salonunda ona vermişdir ki, pəncərədən tullasın, o da bıçağı həmin yerdə tullamışdır. O göstərmişdir ki, yanında olan Elvin, Qeyrət və İbrahimlə xx.xx.2024-cü il tarixdə gecə saat 00:16-da İbrahimin idarə etdiyi “Mercedes Benz 240” minik markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə-Çobanabdallı kənd avtomobil yolu ilə üzü Çobanabdallı kəndi istiqamətində gedərkən Zərərçəkmiş şəxs görüb zarafatlaşmaq qərarına gəlmişlər, fikirləri onunla ancaq zarafat etmək olmuşdur. Hadisə xx.xx.2024-cü il tarixdə axşam saat 00:16-da olmuş, hadisə Gəncə-Çobanabdallı kənd avtomobil yolu, Samux rayonu Yeni Nəbiağalı qəsəbəsi ərazisində, “Kürdlər tərəf” adlanan yerdə İbrahimə məxsus “Mercedes Benz 240” markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda, daha sonra isə Samux rayonu Qarabağlar kəndi ərazisindən keçən su kanalının üstündə olmuşdur. Hadisə təxminən 20-25 dəqiqə davam etmişdir. Hadisə zamanı o, Aqil, Elvin, Qeyrət və İbrahim olmuş, başqa heç kim olmamışdır. Heç kim də görməmişdir. Hadisə olan vaxtı, Zərərçəkmiş şəxs pulu versə də pulu götürməmiş, pulun da harada olduğunu bilmirmiş, ancaq sonradan Aqilə pulu vermişdir. Niyyəti heç bir cinayət törətmək olmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış. Əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dostlarıdır, İbrahimin özünə məxsus “Mercedes Benz 240” minik markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 01 aprel 2024-cü il tarixdə axşam saat 19-20 radələrində Elvin ona zəng edib hal-əhval olduqdan sonra uşaqlarla yeyib içməyi təklif etmiş, o, da etiraz etməmişdir. Bundan sonra İbrahim öz avtomobili ilə onu küçələrinin baş tərəfindən götürmüş, avtomobildə sürücü İbrahim və Süleyman olmuş, onu götürən zaman yarıyolda Elvin evə düşmüşdür, qayıdan zaman onu da yenidən götürmüşlər. Qərara gəlmişlər ki, Samux rayon Yeni Nəbiağalı qəsəbəsi ərazisində yerləşən “Əlinin kafesi” adlanan yeməkxanaya getsinlər. “Qoşqar” şadlıq sarayının yanında olan mağazadan Süleyman 2 litrlik “Orqanik zerno” arağı aldıqdan sonra yeməkxanaya getmişlər. Artıq 00:05 olarmış ki, onlar yeməkxanada yeyibiçdikdən sonra durmuşlar və İbrahimin idarə etdiyi avtomobilə oturmuşdurlar. Elvin avtomobilin qabaq sağ tərəfində oturmuş, Süleymanla o isə avtomobilin arxa tərəfində oturmuşdur. Gəncə-Çobanabdallı kənd avtomobil yolu ilə üzü Çobanabdallı kəndi istiqamətində hərəkətdə olarkən yolun kənarında sonradan adını Zərərçəkmiş şəxs kimi bildiyi şəxsin avtomobilə əl etdiyini və İbrahimin də həmin şəxsi piyada olduğu üçün götürməyini və onunla zarafatlaşmaqlarını deyib idarə etdiyi avtomobili təxminən 10-15 metr keçib saxlamışdır ki, Aqili götürsün. Buna görə də İbrahim avtomobili arxaya sürmüş, Aqilə çatan zaman Elvin avtomobilin qabaq sağ tərəfindən düşmüş və Aqilə demişdir ki, gəlib otursun. Aqil də qabaqda sağda oturandan sonra Elvin də həmin qabaq sağ tərəfdə oturmuşdur. Elvinlə görüşən zaman onun əlində tiyəsi qırıq, qulpu qara rəngli bıçaq olmuş və əlində oynadırmış. Avtomobildə olarkən fikirləri Aqili qorxutmaq imiş. Hər biri onun haqqında sual vermiş, onlar özlərini guya ona cinayətkar kimi göstərmiş, həm də ona yalandan deyirlərmiş ki, “adam öldürüb gəlmişik”, İbrahim də avtomobildə olan qara rəngli rezini Aqilə göstərib demişdir ki, “bununla adam öldürmüşük”, uşaqların hərəsi bir tərəfdən deyirmiş ki, guya hansısa bir qəbirstanlığa basdırmışlar. Onlar Aqildən harada yaşadığını soruşan zaman Aqil onlara demişdir ki, Samux rayonu Çobanabdallı kəndində yaşayır. Uşaqlardan kimsə ondan üstündə nəyin olduğunu deyən zaman Aqil cibindən 10 manat pul və bir də mobil telefonu çıxardaraq bunların olduğunu demişdir. Aqil pulu cibindən çıxardıb arxaya doğru uzatmış, ancaq uşaqlar demişdir ki, “ə qoy cibinə”, həmçinin İbrahim də Aqilin qolundan vurub demişdir ki, “telelefonu, pulunu qoy cibinə, bizi zibilə salmaqmı istəyirsən, biz zarafat edirik, biz oğruyuqmu”. Aqillə danışan zaman o, Çobanabdallı kəndində kanalın yanında qaldığını demiş, onlar da birinci olaraq elə başa düşmüşlər ki, Aqil Qarabağlar kəndi ərazisindən keçən su kanalının yanında qalırmış. Bundan sonra onlar Samux rayon Qarabağlar kəndi ərazisindən keçən su kanalının üstünə getmişlər və İbrahim avtomobili torpaqlıq yerdə saxlamışdır. Elvin Aqildən onların üzünü gördüyünü deyən zaman Aqil onları gördüyünü demiş, o da ona yenə qorxutmaq məqsədilə demişdir ki, “onda səni öldürəcəm”. Onlar Aqili avtomobildən düşürtmüş, arxasınca isə Süleymanla o, düşüb Aqilə demişlər ki, “ay qa, gözdə, qadanalım gözdə, biz sənnən zarafatlaşırıq, qorxma, biz elə adam döyük”. Elvin də onların sözünü təsdiq edəndən sonra Süleymanla o, Aqilə demişdir ki, “qaqa qaç get”. Bundan sonra onlar avtomobilə oturub “Çobanabdallının dörd yolu” adlanan yerə az qalmış öz–özlərinə demişlər ki, “bayaqkı, uşaq çox qorxub, polisə şikayət edər, onu tapıb könlünü alaq”. Buna görə də yenidən həmin yerə qayıtmışlar, iki dəfə həmin yeri fırlansalar da tapa bilməmişlər, o, tanışlarına zəng edib uşağı maraq etməyə başlamış, dalınca isə İbrahim də başqa bir tanışına zəng etməyə başlamışdır. Niyyətləri o olmuşdur ki, uşağı tapıb üzr istəsinlər, könlünü alsınlar. Ancaq gecə olduğundan onlar uşağı tapa bilməmiş və evə qayıtmışlar. Həmin günün axşamı saat 19-20 radələrində onlar Çobanabdallı kənd uşaqları vasitəsilə Aqili tapmışlar, Aqillə Gəncə şəhəri “Savxoz Nizami” adlanan yerdə görüşmüşlər. Həmin vaxt o, Süleyman və Elvin olmuş, Aqil isə bir neçə nəfər şəxslə gəlmişdir. Onlar orada söhbət edib Aqilə zarafat etdiklərini demişlər və sonra Aqil onlara demişdir ki, üstündə olan 10 manatı avtomobildə olarkən götürmüşlər, düşmüşdür, çünki onlar Aqilə demişlər ki, onun pulunu heç kim götürməmişdir. Süleyman da Elvindən pul istəmişdir ki, Aqilin 10 manatını qaytarsın. Elvin cibində olan 20 manatı Gəncə şəhərində həmin yerdə mağazada xırdalayıb Süleymana vermiş, Süleyman da Aqilə vermişdir. Həmin günün axşamı saat 22-23 radələrində valideynləri Aqilgilə getmiş, Aqilin anasından və özündən üzr istəmişlər, hamısı və həmçinin valideynləri də Aqilgilə gəlmişdir. Aqil onlara demişdir ki, onlardan qabaq artıq polisə demişdir, ancaq inanmamışlar, demişlər ki, “yoluna qoyarıq.” xx.xx.2024-cü il tarixdə günorta saat 13 radələrində o, Elvin və Süleymanla ona məxsus “Hyundai akcent” markalı avtomobillə Gəncə şəhərinə Aqilin qohumu ilə görüşməyə getmişlər, Samux rayonu Sərkar kəndindən keçərkən Elvin özündə olan tiyəsi qırıq bıçağı “Kərpic Zavod” adlanan yerdən keçərkən avtomobilin salonunda Süleymana vermişdir ki, pəncərədən tullasın, Süleyman da bıçağı həmin yerdə tullamışdır. Onun yanında olan Elvin, Süleyman və İbrahimlə xx.xx.2024cü il tarixdə gecə saat 00:16-da İbrahimin idarə etdiyi “Mercedes Benz 240” minik markalı **- EA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə-Çobanabdallı kənd avtomobil yolu ilə üzü Çobanabdallı kəndi istiqamətində gedərkən Zərərçəkmiş şəxs görüb zarafatlaşmaq qərarına gəlmişlər, fikirləri onunla ancaq zarafat etmək olmuşdur. Hadisə xx.xx.2024-cü il tarixdə axşam saat 00:16-da olmuş, hadisə Gəncə-Çobanabdallı kənd avtomobil yolu, Samux rayonu Yeni Nəbiağalı qəsəbəsi ərazisində, “Kürdlər tərəf” adlanan yerdə İbrahimə məxsus “Mercedes benz 240” minik markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda, daha sonra isə Samux rayonu Qarabağlar kəndi ərazisindən keçən su kanalının üstündə olmuşdur. Hadisə təxminən 20-25 dəqiqə davam etmişdir. Hadisə zamanı o, Aqil, Elvin, Süleyman və İbrahim olmuş, başqa heç kim olmamışdır. Onları heç kim görməmişdir. Hadisə olan vaxtı, Zərərçəkmiş şəxs pulu versə də pulu götürməmişdirlər, pulun da harada olduğunu bilmirmiş, ancaq sonradan o, Aqilə pulu vermişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, hal-hazırda anası ilə birlikdə qalır, gündəlik fəhləliklə məşğul olurmuş, aradabir şadlıq saraylarına gedib süfrəçi (ofisiant) işləyir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Samux rayonu İnstitut qəsəbəsi, Atabəylər prospekti yolunda yerləşən “Paris Hall” şadlıq sarayına getmiş və şadlıq sarayında işləyib gecə saat 00:05 dəqiqədə şadlıq sarayından çıxmış, şadlıq sarayının qabağında yaşadığı Samux rayon Çobanabdallı kəndinə getmək üçün yoldan keçən avtomobillərə əl etmiş, onlardan dövlət qeydiyyat nişanını bilmədiyi “Sovet” markalı bir avtomobil saxlamış və o, həmin avtomobillə Samux rayonu “Aznixinin kruqu” adlanan yerə qədər gəlmiş, oradan isə Gəncə-Çobanabdallı kənd avtomobil yolu ilə üzü Çobanabdallı kəndi istiqamətində piyada getməyə başlamış, piyada gedən zaman, həm də əl edib ki, bəlkə keçən maşınlardan kimsə onu götürər. O, həmin yolda “Əlinin kafesi” adlanan yeməkxananı keçmiş, piyada “Kürdlər tərəf” adlanan yerə çatan zaman Gəncə şəhəri tərəfdən el arasında “dörd göz” adlanan “Mercedes Benz 240” minik markalı avtomobilin gəldiyini görüb ona əl eləmiş, sonradan adını Təqsirləndirilən şəxs2 kimi bildiyi şəxs idarə etdiyi “Mercedes Benz 240” minik markalı **-EA- *** dövlət qeydiyyat nişanlı avtomobillə ondan təxminən 10-15 metr qabağa gedib yenidən asfalt yolda dayanaraq geriyə sürmüş və saxlamışdır. İbrahim avtomobili saxlayandan sonra avtomobilin qabaq sağ tərəfindən sonradan adını Elvin kimi bildiyi şəxs yerə düşmüş, düşən kimi ona “aya gəl” demişdir. Birinci olaraq elə fikirləşmişdir ki, avtomobildə qadın da vardır, buna görə ona demişdir ki, “gəlim qabaqda oturum”. O, da Elvinin yanına çatıb avtomobilə minmiş, arxasınca isə özü də minmiş, o, Elvinlə eyni oturacaqda əyləşmişdir. Avtomobildə başqa arxada daha sonradan adlarını Qeyrət və Süleyman kimi bildiyi şəxslər də olmuşdur. O, əyləşən kimi ondan ad və soyadını, kim olduğunu soruşmuş, o da birinci olaraq qorxmuş, qorxusundan ona ad və soyadını deyib Çobanabdallı kəndində yaşadığını demiş, Elvin də haradan gəldiyini soruşan zaman o, ona şadlıq sarayından işdən gəldiyini demişdir. Bu zaman İbrahim və Elvin ikisi də eyni anda ona “üstündə nəyin var, hamısını ver” dedmişlər. O, da həmin şəxsləri birinci dəfə gördüyündən ciddi qəbul etmiş, Elvinin də əlində nəsə qara rəngli əşya olmuş, lakin qaranlıq olduğundan dəqiq görə bilməmişdir. Ona görə də onlar nə demişlərsə o, razılaşmaq qərarına gəlmişdir. Onun qara rəngli şalvarın sol yan cibində işlədiyi zəhmət haqqı olaraq ona verilmiş 10 manat, 5 manat bütöv, digərləri isə 1 manat əskinazlar olmaqla və mobil telefonu cibindən çıxardıb sol əliylə çiyin nahiyəsindən yuxarı arxaya doğru qaldırmışdır ki, arxada olanlardan kimsə götürsün. Arxadan kimsə ona demişdir ki, “pulu qabağa qoy”. O, da pulu ötürücü qutusunun yanına qoymuş, lakin mobil telefonunu cibinə qoymuşdur. 10 manat verdikdən sonra onlar onunla zarafat etməyə, qışqır-bağır salmağa başlamışlar. Həmin pulu qabaq tərəfə qoyarkən onların görüb-görməməsini bilməmişdir. Ondan kənd qəbirstanlığının yerini deməyini istəyən zaman o, qorxmuş ki, onu orada öldürəcəklər, buna görə də deməmiş, İbrahim ondan ikinci dəfə soruşan zaman o, demək istəməyəndə oturmuş olduğu oturacağın sol tərəfində qara rəngli polis dəyənəyinə oxşar rezin bir aləti çıxardıb avtomobil sürə-sürə demişdir ki, yerini desin. Sonra ona harada qaldığını deyən zaman o, Çobanabdallı kəndində kanalın yanında qaldığını demiş, onlar isə elə başa düşmüşlər ki, Qarabağlar kanalının yanında qalır. Buna görə də onlar “Çobanabdallının dörd yolu” adlanan yerdən sağ tərəfə Qarabağlar kəndi tərəfə dönmüşlər, həmin yolla onlar onu Qarabağlar kanalının üstünə aparmışlar, İbrahim kanalın üstünə avtomobili sürüb sol tərəfə üzü Lək kəndi istiqamətində torpaq yolda saxlamış, o, dərhal avtomobildən düşərək Qarabağlar kəndi istiqamətində qaçmışdır. Yoldan bir avtomobilin gəldiyini görüb istəmişdir ki, onun qabağına çıxsın ki, ona köməklik etsin, ancaq həmin avtomobil saxlamamış, o, da yenə qaçmağa başlamış, onlar onun qaçmağını görüb avtomobilə oturub arxasınca gəlmişlər, o, da sökük bir yerin içində gizlənmiş, onlar avtomobillə onu axtarsalar da tapa bilmədiklərindən çıxıb getmişlər. O, da qorxduğundan tez qaçaraq evə getmişdir. Həmin günün sabahısı, yəni xx.xx.2024-cü il tarixdə o, bütün bu olanları anasına danışmış, həmin günün axşamı Süleymanın anası və Qeyrət və Qeyrətin atası onlara gəlmişlər, anası ilə danışmışlar, onlar onlarda gözləmişlər ki, hamısı valideynləri ilə birlikdə gəlsinlər, gecə saat 03 radələrində hamısı gəlmiş, ancaq İbrahim tək gəlmişdir, onlar üzrxahlıq etmişdirlər. Süleyman Gəncə şəhərində onun onlara vermiş olduğu 10 manat pulu qaytarmış, ancaq pul başqa olmuş, bütöv 10 manat şəklində qaytarmışlar, o, isə onlara xırda vermişdir. Sonradan onların davranışlarında nəsə pis bir şeyin olduğunu fikirləşib polisə şikayət edəcəyini bildirmiş və xx.xx.2024-cü il tarixdə Samux rayon Polis şöbəsinə gedərək şikayət ərizəsi yazmışdır. xx.xx.2024-cü il tarixdə gecə saat 00:16-da Samux rayonu İnstitut qəsəbəsi, Atabəylər prospekti yolunda yerləşən “Paris Hall” şadlıq sarayında işdən çıxıb Gəncə-Çobanabdallı kənd avtomobil yolu ilə üzü Çobanabdallı kəndi istiqamətində piyada gedərkən sonradan adını Təqsirləndirilən şəxs2 kimi bildiyi şəxs idarə etdiyi “Mercedes Benz 240” minik markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili yanında saxlamış, bu zaman avtomobildən Elvin düşmüş və o, avtomobilə minmiş, sonra isə Elvin minmişdir. Avtomobildə üzərində olan 10 manat nağd pulunu almışlar. Həmin şəxsləri əvvəllər tanımamış, əvvəllər görməmiş, sonradan bilmiş ki, həmin şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3dur, onların hər üçü Samux rayon sakinləridir, hadisə olan vaxtı, yəni xx.xx.2024-cü il tarixdə onlarla heç bir mübahisəsi olmamışdır. Hadisə xx.xx.2024-cü il tarixdə axşam saat 00:16-da olmuş, hadisə Gəncə-Çobanabdallı kənd avtomobil yolu, Samux rayonu Yeni Nəbiağalı qəsəbəsi ərazisində, “Kürdlər tərəf” adlanan yerdə Təqsirləndirilən şəxs2 məxsus “Mercedes Benz 240” minik markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda, daha sonra isə Samux rayonu Qarabağlar kəndi ərazisindən keçən su kanalının üstündə olmuşdur. Hadisə təxminən 20-25 dəqiqə davam etmişdir. Hadisə zamanı o, İbrahim, Elvin, Qeyrət və Süleyman olmuş, başqa heç kim olmamışdır. Onları heç kim görməmişdir. Hadisə olan günü, yəni xx.xx.2024-cü il tarixdə ona nə Elvin, nə də ki, Qeyrət, Süleyman və İbrahim bıçaqla və yaxud başqa hər hansı bir əşya ilə hədə-qorxu gəlməmişlər, sonradan onların zarafat etdiyini bilmişdir. Onların zarafatı nəticəsində qorxmuş buna görə də cibində olan mobil telefonu və 10 manat pulu çıxardıb arxada oturanlara uzatmış lakin onlar götürməmiş və bu səbəbdən pulu ötürücü qutusunun qabağına qoymuş, lakin pulu qoyanda kiminsə gördüyünü və ya pulu götürdüyünü görməmişdir. Əlində pul ilə birlikdə mobil telefon olsa da telefonu qaytarıb cibinə qoymuşdur. İlkin olaraq əsəbi olmuş, ona görə də bıçaq olduğunu demiş, ancaq Təqsirləndirilən şəxs1 əlində hər hansı bir əşya olduğunu hiss etmiş lakin qaranlıq olduğundan dəqiq seçə bilməmişdir. Elvin bıçaqla hədə gəlməmiş, heç kim onu döyməmiş və vurmamışdır, heç bir xəsarəti olmamışdır. O, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə barışmışdır, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qarşı heç bir şikayəti və tələbi yoxdur. Onlara yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs 22 iyul2024-cü il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1,Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3və Təqsirləndirilən şəxs4 ilə barışmışdır və onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi taksi fəaliyyəti ilə məşğul olur. Özünə məxsus “VAZ 2107” markalı avtomobili vardır. Zərərçəkmiş şəxs onun kəndçisidir, aralarında heç bir ədavət və düşmənçilik olmamış, Təqsirləndirilən şəxs4 Seyffədin oğlunu isə uzun müddətdir ki, tanıyır, Təqsirləndirilən şəxs4 Samux rayonu Nəbiağalı qəsəbəsində yaşayır, onun da “Hyundai” markalı avtomobili vardır və o da fərdi taksi fəaliyyəti ilə məşğul olur. Samux rayonu Nəbiağalı qəsəbəsi-Gəncə şəhəri “Sovxoz Nizami” adlanan yer arasında taksilik edir, o, da taksi fəaliyyəti ilə məşğul olduğuna görə aralarında münasibət yaranmışdır. 02 aprel 2024-cü il tarixdə xatırlamadığı bir vaxtda, axşam saatlarında o, Samux rayonunda olarkən Təqsirləndirilən şəxs4 onun mobil telefonuna zəng edərək onunla hal-əhval olduqdan sonra ondan kəndlisi Aqil adlı bir uşağı tanıyıb-tanımadığını soruşmuş, o, da ona Samux rayon Çobanabdallı kəndindən keçən Su kanalının yanında hansısa evlərdən birində Aqil adlı şəxsin qaldığını və uşaq olduğunu demiş, həm də Qeyrətdən nə üçün axşam vaxtı onu axtardığını deyən zaman Qeyrət ona demişdir ki, həmin Aqil adlı uşağı Samux rayonu Yeni Nəbiağalı qəsəbəsində piyada evə gedərkən tanışları ilə onu piyada getməməyi üçün tanışı İbrahimə məxsus avtomobilə mindirdiklərini və sonra isə yolu səhv saldıqları üçün Aqili evlərinə tərəf yox, Qarabağlar kəndi tərəfə apardıqlarını, sərxoş olduqları üçün yolboyu da onunla zarafat etdiklərini, ancaq Aqilin qorxduğunu və sonra onlardan qaçdığı üçün ona zarafat etdiklərini deyə bilməmələri, buna görə də Aqilin səhəri günü polisə gedib şikayət edəcəyini demişdir. O, da Aqilin mərifətli, tərbiyəli bir uşaq olduğunu, yəqin ki, onların zarafat etdiklərini başa düşəcəyini, həm də polisə gedib bundan ötrü şikayət etməyəcəyini demişdir. Sonra o, Qeyrətdən kiminlə olduğunu soruşan zaman Qeyrət ona demişdir ki, tanışları İbrahim, Elvin və Süleymanla olmuşdur. Həmin günün sabahısı kənd camaatından xəbər almışdır ki, Qeyrətgil Aqili özləri tapıb və Gəncə şəhəri “Sovxoz Nizami” adlanan yerdə onunla söhbət edib hər şeyi başa salmışlar, ancaq Qeyrət və onun tanışlarının kəndçisi Aqilin pulunu aldıqlarını sonradan bilmiş, Qeyrət ona mobil telefonda bu barədə heç nə deməmişdir, sadəcə olaraq demişdir ki, Aqillə avtomobildə zarafat ediblərmiş. Onların Aqilə qarşı cinayət törətdiklərini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun doğma oğludur. Oğlu Aqil 01 aprel 2024-cü il tarixdə günorta saatlarında Samux rayonu İnstitut qəsəbəsi, Atabəylər prospektində yerləşən “Paris Hall” adlı şadlıq sarayına gündəlik ofisiant işləməyə getmişdir ki, bir qədər pul qazanıb sabahısı gün onu xəstəxanaya həkim müayinəsinə aparsın. Gecə saatlarında oğlu işdən evə qayıtmış, taa o da ondan heç nə soruşmamış, hər şeyin qaydasında olduğunu fikirləşmişdir. 03 aprel 2024-cü il tarixdə o, Aqillə evdə olarkən Aqil ona demişdir ki, xx.xx.2024-cü il tarixdə “Paris Hall” şadlıq sarayından işdən çıxıb piyada evə gələrkən yolda “Kürdlər tərəf” adlanan yerə çatan zaman Gəncə şəhəri tərəfdən el arasında “Dörd göz” adlanan “mersedes” markalı avtomobilin gəldiyini görüb ona əl eləmişdir. Sonradan adını Təqsirləndirilən şəxs2 kimi bildiyi şəxs idarə etdiyi “Mercedes-Benz 240” markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamış və avtomobilin qabaq sağ tərəfindən bir nəfər sonradan adını Elvin kimi bildiyi bir şəxs düşmüş, o da qabaqda oturmuş, o, da onunla oturmuş, avtomobildə başqa arxada daha sonradan adlarını Qeyrət və Süleyman kimi bildiyi şəxslər də olmuşdur. O, əyləşən kimi ondan ad və soyadını, kim olduğunu soruşmuşlar, o da qorxundan onlara ad və soyadını deyib Çobanabdallı kəndində yaşadığını demiş, Elvin də ondan hardan gəldiyini soruşan o, ona şadlıq sarayından işdən gəldiyimi demişdir. Bu zaman İbrahim və Elvin ikisi də eyni anda ona “üstündə nəyin var, hamısını ver” demişlər. O da görmüşdür ki, bu bir zarafat deyil, həmin şəxsləri o, birinci dəfə görürmüş, əvvəllər görməmiş, ona görə də onlar nə deyəcəklərmişsə o, razılaşmaq qərarına gəlmişdir. Onun qara rəngli şalvarın sol yan cibində işlədiyi zəhmət haqqı olaraq ona verilmiş 10 manat, 5 manat bütöv, digələri isə 1 manat əskinazlar olmaqla cibindən çıxardıb sol əliylə çiyin nahiyəsindən yuxarı arxaya doğru qaldırmış ki, arxada olanlardan kimsə götürsün. Arxadan kimsə ona demişdir ki, “pulu qabağa qoy”. O da pulu ötürücü qutusunun yanına qoymuşdur. 10 manat verdikdən sonra onlar onu söyüb təhqir etməyə, onunla məzələnməyə, qışqır-bağır salmağa başlamışdırlar. Onlar “Çobanabdallının dörd yolu” adlanan yerdən sağ tərəfə Qarabağlar kəndi tərəfə dönmüşlər, həmin yolla onlar onu Qarabağlar kanalının üstünə aparmışdırlar, İbrahim kanalın üstünə avtomobili sürüb sol tərəfə üzü Lək kəndi istiqamətində torpaq yolda saxlamış, hamısı avtomobildən düşmüş, onlar onu öz aralarında sağa-sola çəkməyə başlamışdırlar, bu zaman Qeyrət onu Elvinin əlindən almış, o da üzü Qarabağlar kəndi istiqamətində qaçmış, onlar onun qaçmağını görüb avtomobilə oturub arxasınca gəlmişdirlər, o da sökük bir yerin içində gizlənmiş, onlar avtomobillə onu axtarsalar da tapa bilmədiklərindən çıxıb getmişlər. O, da qorxduğundan tez qaçaraq evə getmişdir. O, da oğluna nə üçün gecə demədiyini deyəndə oğlu Aqil ona demişdir ki, çox qorxmuşdur, fikirləşmişdir ki, yəqin həmin uşaqlar onu tapıb yenə ona nəsə edərlər, ancaq da sonradan polisə demək üçün ona bütün olanları danışıb demişdir. Həmin günü axşam saatlarında o, oğlu ilə evdə olarkən həmin uşaqların özlərini və valideynləri gəlib ondan və oğlundan dəfələrlə üzr istəmişlər, bir səhv etdiklərini, onları bağışlayacağını xahiş etmişlər, valideynləri uşaqlarının sərxoş olduqlarını deyib şikayət etməməklərini xahiş etmişlər. Ancaq sonradan oğlu özü gedib polisə şikayət etmişdir, onun isə bundan xəbəri olmamışdır. Oğlu polisə şikayət edəndən sonra uşaqların valideynləri bir də onlara gəlmişlər, o, da oğluna şikayəti geri götürməyini xahiş etmişdir. Oğlu da ona demişdir ki, artıq polisə ərizə yazmış, həmin uşaqları da polislər tutmuşlar, buna baxmayaraq oğlu notarial qaydada onlardan şikayətçi olmaması barədə rəsmi ərizə yazmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, istintaq zamanı ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs1 07 aprel 2024-cü il tarixdə öz ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisəolangünü, yəni xx.xx.2024-cü il tarixdə Samux rayonu, Yeni Nəbiağalı qəsəbəsi, Gəncə-Çobanabdallı kənd avtomobil yolunda yerləşən yeyib-içdiyi «Əlinin kafesi» adlanan yeməkxananı əli ilə göstərmiş, Gəncə- Çobanabdallı kənd avtomobil yolunda yerləşən «Kürdlər tərəf» adlanan ərazidə Zərərçəkmiş şəxs avtomobilə mindiyi yeri əli ilə göstərmiş və hadisə olan günü Samux rayonu, Qarabağlar kəndindən keçən «Sukanalı»nın yanından Zərərçəkmiş şəxs onlardan qaçdığı istiqaməti əli ilə göstərmiş, bununla bağlı protokol və foto cədvəl cinayət işinə əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, istintaq zamanı ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs2 07 aprel 2024-cü il tarixdə öz ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisə olan günü, yəni xx.xx.2024-cü il tarixdə Samuxrayonu, Yeni Nəbiağalı qəsəbəsi, Gəncə-Çobanabdallı kənd avtomobil yolunda yerləşən yeyib-içdiyi «Əlinin kafesi» adlanan yeməkxananı əli ilə göstərmiş, Gəncə- Çobanabdallı kənd avtomobil yolunda yerləşən «Kürdlər tərəf» adlanın ərazidə Zərərçəkmiş şəxs avtomobilə mindiyi yeri əli ilə göstərmiş və hadisə olan günü Samux rayonu, Qarabağlar kəndindən keçən «Su kanalı» nın yanından zərərçəkmiş şəxəs Zərərçəkmiş şəxs onlardan qaçdığı istiqaməti əli ilə göstərmiş, bununla bağlı protokol və fotocədvəl cinayət işinə əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, istintaq zamanı ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs3 07 aprel 2024-cü il tarixdə öz ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisə olan günü, yəni xx.xx.2024-cü il tarixdə Samux rayonu, Yeni Nəbiağalı qəsəbəsi, Gəncə-Çobanabdallı kənd avtomobil yolunda yerləşən yeyib-içdiyi «Əlinin kafesi» adlanan yeməkxananı əli ilə göstərmiş, Gəncə- Çobanabdallı kənd avtomobil yolunda yerləşən «Kürdlər tərəf» adlanın ərazidə zərərçəkmiş şəxəs Zərərçəkmiş şəxs avtomobilə mindiyi yeri əli ilə göstərmiş və hadisə olan günü Samux rayonu, Qarabağlar kəndindən keçən «Su kanalı» nın yanından Zərərçəkmiş şəxs onlardan qaçdığı istiqaməti əli ilə göstərmiş, bununla bağlı protokol və foto cədvəl cinayət işinə əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, istintaq zamanı ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs4 07 aprel 2024-cü il tarixdə öz ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisə olan günü, yəni xx.xx.2024-cü il tarixdə Samux rayonu, Yeni Nəbiağalı qəsəbəsi, Gəncə-Çobanabdallı kənd avtomobil yolunda yerləşən yeyib-içdiyi «Əlinin kafesi» adlanan yeməkxananı əli ilə göstərmiş, Gəncə- Çobanabdallı kənd avtomobil yolunda yerləşən «Kürdlər tərəf» adlanın ərazidə Zərərçəkmiş şəxs avtomobilə mindiyi yeri əli ilə göstərmiş və hadisə olan günü Samux rayonu, Qarabağlar kəndindən keçən «Su kanalı» nın yanından Zərərçəkmiş şəxs onlardan qaçdığı istiqaməti əli ilə göstərmiş, bununla bağlı protokol və fotocədvəl cinayət işinə əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» Publik Hüquqi şəxsi xx.xx.2024-cü il tarixli, 74 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətlərin obyektiv əlamətləri qeyd edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X1 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar verməklə sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasəncinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 aprel 2024-cü il tarixdə, saat 00:16-da Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz 240” minik markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə-Çobanabdallı kənd avtomobil yolu ilə üzü Çobanabdallı kəndi istiqamətində, Samux rayonu Yeni Nəbiağalı qəsəbəsi ərazisindən keçən hissəsində “Kürdlər tərəf” adlanan ərazidə Təqsirləndirilən şəxs2 həmin istiqamətdə piyada evinə gedən Zərərçəkmiş şəxs əl etməsini görüb idarə etdiyi avtomobili saxladıqdan sonra avtomobilin qabaq sağ oturacağından düşməklə Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ oturacağına mindikdən sonra avtomobilin salonunda Zərərçəkmiş şəxs üzərində nəyinsə olduğunu tələb edən zaman sonuncu cibində olan 5 manat və digələri isə 1 manat əskinazlar olmaqla cəmi 10 manat məbləğində pulu çıxarıb avtomobilin sürətlər qutusunun yanına qoyduqdan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobili Samux rayonu Qarabağlar kəndi ərazisindən keçən su kanalının yanına sürməklə saxladıqdan sonra Zərərçəkmiş şəxs avtomobildən düşürtdükdən sonra əllərindən qaçdığını görüb yenidən avtomobillə onu axtarsalar da, lakin tapa bilmədikləri üçün geri qayıtmaqla, Zərərçəkmiş şəxs 10 manat nağd puldan ibarət əmlakını açıq talamaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq etmişdir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 aprel 2024-cü il tarixdə, saat 00:16-da idarə etdiyi “Mercedes benz 240” minik markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə-Çobanabdallı kənd avtomobil yolu ilə üzü Çobanabdallı kəndi istiqamətində, Samux rayonu Yeni Nəbiağalı qəsəbəsi ərazisindən keçən hissəsində “Kürdlər tərəf” adlanan ərazidə həmin istiqamətdə piyada evinə gedən Zərərçəkmiş şəxs əl etməsini görüb idarə etdiyi avtomobili saxladıqdan sonra Təqsirləndirilən şəxs1 avtomobilin qabaq sağ oturacağından düşməklə Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ oturacağına mindikdən sonra avtomobilin salonunda Zərərçəkmiş şəxs üzərində nəyinsə olduğunu tələb edən zaman sonuncu cibində olan 5 manat və digələri isə 1 manat əskinazlar olmaqla cəmi 10 manat məbləğində pulu çıxarıb avtomobilin sürətlər qutusunun yanına qoyduqdan sonra idarə etdiyi avtomobili Samux rayonu Qarabağlar kəndi ərazisindən keçən su kanalının yanına sürməklə saxladıqdan sonra Zərərçəkmiş şəxs avtomobildən düşürtdükdən sonra əllərindən qaçdığını görüb yenidən avtomobillə onu axtarsalar da, lakin tapa bilmədikləri üçün geri qayıtmaqla, Zərərçəkmiş şəxs 10 manat nağd puldan ibarət əmlakını açıq talamaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq etmişdir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 aprel 2024-cü il tarixdə, saat 00:16-da Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz 240” markalı **-EA- *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə-Çobanabdallı kənd avtomobil yolu ilə üzü Çobanabdallı kəndi istiqamətində, Samux rayonu Yeni Nəbiağalı qəsəbəsi ərazisindən keçən hissəsində “Kürdlər tərəf” adlanan ərazidə Təqsirləndirilən şəxs2 həmin istiqamətdə piyada evinə gedən Zərərçəkmiş şəxs əl etməsini görüb idarə etdiyi avtomobili saxladıqdan sonra Təqsirləndirilən şəxs1 avtomobilin qabaq sağ oturacağından düşməklə Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ oturacağına mindikdən sonra avtomobilin salonunda Zərərçəkmiş şəxs üzərində nəyinsə olduğunu tələb edən zaman sonuncu cibində olan 5 manat və digələri isə 1 manat əskinazlar olmaqla cəmi 10 manat məbləğində pulu çıxarıb avtomobilin sürətlər qutusunun yanına qoyduqdan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobili Samux rayonu Qarabağlar kəndi ərazisindən keçən su kanalının yanına sürməklə saxladıqdan sonra Zərərçəkmiş şəxs avtomobildən düşürtdükdən sonra əllərindən qaçdığını görüb yenidən avtomobillə onu axtarsalar da, lakin tapa bilmədikləri üçün geri qayıtmaqla, Zərərçəkmiş şəxs 10 manat nağd puldan ibarət əmlakını açıq talamaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq etmişdir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs4 tamah niyyəti ilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 aprel 2024-cü il tarixdə, saat 00:16-da Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz 240” markalı **-EA- *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə-Çobanabdallı kənd avtomobil yolu ilə üzü Çobanabdallı kəndi istiqamətində, Samux rayonu Yeni Nəbiağalı qəsəbəsi ərazisindən keçən hissəsində “Kürdlər tərəf” adlanan ərazidə Təqsirləndirilən şəxs2 həmin istiqamətdə piyada evinə gedən Zərərçəkmiş şəxs əl etməsini görüb idarə etdiyi avtomobili saxladıqdan sonra Təqsirləndirilən şəxs1 avtomobilin qabaq sağ oturacağından düşməklə Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ oturacağına mindikdən sonra avtomobilin salonunda Zərərçəkmiş şəxs üzərində nəyinsə olduğunu tələb edən zaman sonuncu cibində olan 5 manat və digələri isə 1 manat əskinazlar olmaqla cəmi 10 manat məbləğində pulu çıxarıb avtomobilin sürətlər qutusunun yanına qoyduqdan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobili Samux rayonu Qarabağlar kəndi ərazisindən keçən su kanalının yanına sürməklə saxladıqdan sonra Zərərçəkmiş şəxs avtomobildən düşürtdükdən sonra əllərindən qaçdığını görüb yenidən avtomobillə onu axtarsalar da, lakin tapa bilmədikləri üçün geri qayıtmaqla, Zərərçəkmiş şəxs 10 manat nağd puldan ibarət əmlakını açıq talamaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq etmişdir. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onların tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxslərin öz ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1,Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3və Təqsirləndirilən şəxs4törətmiş olduqları əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1,Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3və Təqsirləndirilən şəxs4cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduqları əməl ibtidai istintaq zamanı CM-nin 180.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Ona görə də, CPM-nin 44.2.4-cü maddəsinə əsasən göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə onlar, cəzaya məruz qalmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barələrində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Qeyd olunmalıdır ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. CM-nin 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-nin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Xüsusilə qeyd edilməlidir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməllərinə CM-nin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, onlara təqsirləndirildikləri CM-nin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilər. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-nin 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 2 azyaşlı uşağının olmasını, səmimi olaraq etmiş olduğu cinayət əməlini etiraf etməsi, zərərçəkmiş şəxslə barışması, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsi və aradan qaldırmasını CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 1 azyaşlı uşağının olmasını, səmimi olaraq etmiş olduğu cinayət əməlini etiraf etməsi, zərərçəkmiş şəxslə barışması, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsi və aradan qaldırmasını CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 səmimi olaraq etmiş olduğu cinayət əməlini etiraf etməsi, zərərçəkmiş şəxslə barışması, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsi və aradan qaldırmasını CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs4 səmimi olaraq etmiş olduğu cinayət əməlini etiraf etməsi, zərərçəkmiş şəxslə barışması, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsi və aradan qaldırmasını CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxslərin əməllərini etiraf etmələrini, etdikləri əməllərindən səmimi peşmançılıq hissi keçirmələrini, yaşadıqları yerlər üzrə müsbət səciyyələndirilmələrini cəzalarını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-nin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərini etiraf etmələri, onların ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılıqlarını bildirmələri tutduqları əmələ görə özlərinə məzəmmət etdiklərinitəsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxslər tərəfindən törətdikləricinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirmələrinitörətdikləricinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın çəkilməli olubolmaması haqqında məsələnin həlli zamanı yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxslərin islah olunmasına təsirini nəzərə alır və belə qənaətə gəlir ki, onların cəza çəkmədən də islah olunması mümkündür, ona görə də təqsirləndirilən şəxslər barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin edilən cəzanın sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməlidir. CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 25-ci bəndinə əsasən, şərti məhkum etmə haqlarında yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4t əyin olunacaq cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən sosial ədalətin bərpasını və təqsirləndirilən şəxslərin islah olunmasının mümkünlüyünü, cəza təyin edilərkən hümanizm, ədalətlilik, cəzanın fərdliyini və törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Bundan başqa, təqsirləndirilən şəxslər cəmiyyətdən təcrid edilməsi onlara mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsləri və onların ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərlərinə onların davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişiklik edilərək qeyd edilmişdir ki, “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, şərti məhkum etmə dövrü ərzində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarına əlavə olunmuş Samux Rayon Məhkəməsinin 06 aprel 2024-cü il tarixli 4(058)-18/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli 04 aprel 2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və xx.xx.2024-cü il tarixədək həbsdə olmuşdur. İş materiallarına əlavə olunmuş Samux Rayon Məhkəməsinin 06 aprel 2024-cü il tarixli 4(058)-19/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs etmənin əvvəli 04 aprel 2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və xx.xx.2024-cü il tarixədək həbsdə olmuşdur. İş materiallarına əlavə olunmuş Samux Rayon Məhkəməsinin 06 aprel 2024-cü il tarixli 4(058)-20/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində həbs etmənin əvvəli 04 aprel 2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və xx.xx.2024-cü il tarixədək həbsdə olmuşdur. İş materiallarına əlavə olunmuş Samux Rayon Məhkəməsinin 06 aprel 2024-cü il tarixli 4(058)-21/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 04 aprel 2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və xx.xx.2024-cü il tarixədək həbsdə olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barədə seçilmiş “həbs qətimkan tədbiri” qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barədə seçilmiş “həbs qətimkan tədbiri” qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 barədə seçilmiş “həbs qətimkan tədbiri” qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs4 barədə seçilmiş “həbs qətimkan tədbiri” qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, 10 (on) manat pul Zərərçəkmiş şəxs qaytarılmalı və 1 (bir) ədəd «CD» disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayətprosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulsun. Şərti məhkum etmə dövrü ərzində Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barədə seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulsun. Şərti məhkum etmə dövrü ərzində Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barədə seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulsun. Şərti məhkum etmə dövrü ərzində Təqsirləndirilən şəxs3 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barədə seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs4 üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulsun. Şərti məhkum etmə dövrü ərzində Təqsirləndirilən şəxs4 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 barədə seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, 10 (on) manat pul Zərərçəkmiş şəxs qaytarılsın və 1 (bir) ədəd «CD» disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar