Məhkəmə qərarları › İş №1(058)-49/2024

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-49/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-49/2024 12.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəlllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdarda, yəni təmiz çəkisi 1,022 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 09 yanvar 2024-cü il tarixdə saat 17:20 dəqiqədə üzərində narkotik vasitə və psixotrop maddə saxlamasında şübhəli bilinərək, Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, 5-ci mikrorayonda yerləşən “Dalğa” marketin yaxınlığında saxlanılaraq, Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinə aparılmış, onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 1,022 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0.814 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış və 12 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Samux rayon Polis şöbəsinin cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux şəhərində yerləşən “Heydər Əliyev” adına olan parkın yaxınlığında saxlanılaraq Samux rayon Polis şöbəsinin inzibati binasına aparılmaqla üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0.814 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ondan aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, yəni təmiz çəkisi 0,593 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 22 yanvar 2024cü il tarixdə Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin şöbənin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin günü, yəni 22 yanvar 2024-cü il tarixdə saat 11:20-də Gəncə şəhəri, Sədi küçəsində saxlanılaraq, Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinin inzibati binasına aparılmış, həmin şöbədə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın balaca sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümün içərisindən xeyli miqdarda, yəni təmiz çəkisi 0,593 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan “metamfetamin” aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, yəni 0,960 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq, Gəncə şəhəri ərazisində daşıyarkən, xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Gəncə şəhəri, Şərq küçəsində yerləşən “Babək Servisin” yaxınlığında Gəncə şəhər BPİ-nin cinayət axtarış idarəsinin əməkdaşları tərəfindən saxlanılmış, Gəncə şəhəri, H.Ə.Hüseynzadə 5 ünvanda yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına aparılaraq, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ ön cibindən 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə 0,960 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0.629 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış və 29 mart 2024cü il tarixdə saat 16 radələrində Samux rayon Polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən “OLİMP” çayxanasının yaxınlığında saxlanılaraq, Samux rayon Polis şöbəsinin inzibati binasına aparılmaqla üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0.629 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində bildirdi ki, o, narkotik vasitə və psixotrop maddə istifadəçisidir. Əvvəllər üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirdiyi üçün məhkum olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 22 radələrində Gəncə şəhəri, S.Qacar küçəsində yaşadığı evin yaxınlığında zibil tullantıları tökməyə gedən zaman zibil qutusunun yanında falqa kağıza bükülü halda olan büküm tapmış, həmin bükümü açıb içərisinə baxan zaman patı kimi tanıdığı psixotrop maddəni görüb istifadə etmək məqsədilə cibinə qoymuşdur. Həmin bükümü tapdıqdan 1 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Gəncə şəhəri 5-ci mikrorayonda yerləşən “Dalğa” marketin yaxınlığında yol ilə piyada gedən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq, özlərini Gəncə şəhər 2-ci Polis şöbəsinin əməkdaşları kimi təqdim etmişlər və xidməti vəsiqələrini ona göstərdikdən sonra onlarla birlikdə Gəncə şəhəri 2-ci Polis şöbəsinə getməyini bildirmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş və onlarla birlikdə şöbəyə getmişdir. Gəncə şəhər 2-ci Polis şöbəsinin inzibati binasında xidməti iş otaqlarının birində hüquqlarının müdafiə olunması üçün ona müdafiəçilərin siyahısı təqdim edilmiş və hüquqlarının müdafiə olunması üçün həmin siyahıdan müdafiəçi seçmişdir. Müdafiəçi Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinə dəvət olunmuş və ona təqdim edilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində olan psixotrop maddəni təqdim etmiş və həmin psixotrop maddə elektron tərəzidə çəkilmişdir. Həmin psixotrop maddənin falqaya bükülü halda çəkisi 1,26 qram gəlmişdir. Bundan sonra həmin psixotrop maddə zərfdə qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə işdən evə gedən zaman Gəncə şəhəri “Köhnə maşın bazarı” adlanan ərazidən keçən vaxt yolun kənarında yerdən sellofan paket tapmış, paketin içərisinə baxan zaman içərisində əvvəllərdə istifadə etdiyi üçün adını “Patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu görmüş və istifadə etmək üçün götürmüşdür. Həmin psixotrop maddə olan metamfetamini cibində daşıyaraq saxlamışdır ki, münasib bir vaxtda ondan istifadə etsin. xx.xx.2024-cü il tarixdə Samux rayonu, Nəbiağalı qəsəbəsinə darvaza rəngləmək üçün işə baxmağa getmiş, işə baxıb qayıtdıqdan sonra Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən Heydər Əliyev adına olan parkın yaxınlığında piyada dayanıb Gəncəyə getmək üçün yol maşını gözləyən vaxt saat 17 radələrində mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib xidməti vəsiqələrini göstərmişlər və ondan harada yaşadığını, narkotik vasitə çəkməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu deyərək polis şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşları ilə Samux RPŞ-nin inzibati binasına getmişdir, inzibati binada vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində qanunla qadağan olunmuş hansısa əşyanın və ya predmetin olub olmadığı soruşulan zaman əynində olan şalvarın sağ yan cibində olan bir ədəd bükülünü təqdim etmiş və bildirmişdir ki, həmin bükülünün içərisində patı, yəni metamfetamin vardır. Həmin psixotrop maddəni özü təqdim etmiş, belə ki, bilmişdir ki, artıq polis əməkdaşları onda psixotrop maddənin olduğunu bilmişlər. Üzərində saxladığı narkotik vasitə çəkilən zaman 0.9 qram olmuşdur. Bundan başqa o, təxminən bir müddət əvvəl Gəncə şəhəri “Maşın” bazarı adlanan ərazidə Sədi küçəsində yol ilə gedən zaman yolun kənarında küçədən şəffaf sellofana bükülü halda olan büküm tapmış, həmin bükümü açıb içərisinə baxmış, baxan zaman patı kimi tanıdığı psixotrop maddə olduğunu görüb gələcəkdə istifadə etmək məqsədi ilə cibinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə yol ilə gedən zaman bir neçə saat sonra yenə Sədi küçəsində hərəkətdə olarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar və onlar xidməti vəsiqələrini göstərdikdən sonra özlərini Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin əməkdaşları kimi təqdim etmişlər. Sonra polis əməkdaşları ona onlarla birlikdə Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə gedəcəyini bildirmişlər. O, da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları avtomobilləri ilə onu özləri ilə birlikdə Gəncə şəhərində yerləşən Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin inzibati binasınına aparmışlar. Bölmənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olmuş, müdafləçi dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Həmin sənədləri müdafiəçi tərəfindən ona ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı qara rəngli gödəkçənin sol yan cibinin içərisində olan küçədən tapmış olduğu kütləni təqdim etmişdir. Sonra kütləyə baxış keçirilmiş və onu elektron tərəzidə çəkmişlər, 1 ədəd şəffaf sellofana bükülmüş kütlənin çəkisi 0,67 qram olmuşdur. Sonra 1 ədəd zərfin üzərinə müvafiq qeydlər aparılmışdır, qeydlər uca səslə oxunduqdan sonra onu imzalamışdır. Sonra 1 ədəd üzərindən aşkar olunaraq götürülmüş kakos kimi tanıdığı psixotrop maddə zərfin içərisinə qoyulmuşdur və zərfin bağlanc yerləri möhürlənərək götürülmüşdür. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə təxminən saat 19 radələrində Gəncə şəhəri Şərq küçəsində yerləşən “Babək” servisin yaxınlığında olarkən mülkü geyimdə olan üç nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Sonra onlar onu Gəncə şəhər BPİ-nə getməyə dəvət etmişlər, o, da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nə getmişdir və orada inzibati otaqların birində hüquqularını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif etmişlər ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə varsa təqdim etsin. O, da onlara üzərində olan olan 1 ədəd siqaret bükülünün içərisində olan kütləni təqdim etmişdir. Həmin bükülünün içərisində psixotrop maddə olan metamfetamin müdafiəçinin və iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmişdir, bükümün ümümi çəkisi 1.45 qram olmuşdur. Bundan sonra onun üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlələr qablaşdırılmış, sonra zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə Samux rayonu, Nəbiağalı qəsəbəsində yaşayan dayısını ziyarət etmək üçün getmiş, dayısı o, cəza çəkmə müəsissəsinə getməzdən əvvəl Samux rayonu, Nəbiağalı qəsəbəsində kirayə yaşamışdır. Gəncə şəhəri “Sovxoz Nizami” dairəsi alanan yerə gəlib oradanda yol maşını ilə Samux rayonuna getmişdir. Samux rayonunda adını bilmədiyi parkın yanında avtomobildən düşüb piyada getməyə başlamış, Samux rayonu ərazisində olan zaman tanımadığı parkın yaxınlığında yerdə bir ədəd sellofan paket diqqətini cəlb etmişdir, həmin sellofan paketi götürüb içərisinə baxan zaman əvvəllərdə istifadə etdiyi üçün adını “Patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Həmin sellofanı cibinə qoymuşdur ki, münasib bir vaxtda ondan istifadə edər. Dayısın yaşadığı Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən evinə getmiş, lakin dayısı evdə olmamışdır. O, dayısını tapa bilmədiyi üçün qərara gəlmişdir ki, əvvəlcədən tandığı adını Mosu kimi bildiyi Samux rayonu, Qarayeri qəsəbəsində yaşayan tanışının yanına getsin. Mosu çox vaxt Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən “OLİMP” adlı çayçıda olduğu üçün Samux rayonu, Qarayeri qəsəbəsinə getmişdir. Samux rayonu, Qarayeri qəsəbəsində “OLİMP” çayxanasının yaxınlığında olan zaman saat 16 radələrində mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib xidməti vəsiqələrini göstərmişlər və ondan harada yaşadığını, burada neynədiyini soruşmuşlar və daha sonra narkotik vasitə çəkməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu deyərək polis şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşları ilə Samux RPŞ-nin inzibati binasına getmişdir, inzibati binada vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində qanunla qadağan olunmuş hansısa əşyanın və ya predmetin olub olmadığı soruşulan zaman əynində olan şalvarın sağ yan cibində olan bir ədəd bükülünü təqdim etmiş və bildirmişdir ki, həmin bükülünün içərisində patı, yəni metamfetamin vardır. Üzərində saxladığı narkotik vasitə çəkilən zaman 0.6 qram olmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-nin, baş əməliyyat müvəkkili, vəzifəsində xidmət edir. 09 yanvar 2024-cü il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq psixotrop qəbul etməsi, üstündə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra şöbənin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid9 ilə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 09 yanvar 2024-cü il tarixdə, saat təxminən 17:20 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri 5-ci mikrorayonda yerləşən “Dalğa” marketin yaxınlığında olmasını müəyyən edib həmin yerə getmişlər və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşaraq xidməti vəsiqələri təqdim etmişlər, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etmişlər və üzərində psixotrop maddə saxlamasında şübhəli olduğunu bildirib onu Gəncə şəhəri BPİ-nin 2-ci Polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi dəvət edib Təqsirləndirilən şəxs təqdim etmişlər və Təqsirləndirilən şəxs ona təqdim olunmuş müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən folqaya kağıza bükülmüş bir ədəd büküm aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı ilk görüşündən psixotrop maddə olan “metamfetaminə” oxşar kütlə olması müəyyən olunmuşdur. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün çəksinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilmişdir. Folqa kağız bükümdə olan kütlənin büküm ilə birlikdə ümumi çəkisinin 1.26 (bir tam yüzdə iyirmi altı) qram olması müəyyən edilmişdir. Həmin kağız büküm içərisi boş olan zərfə qoyularaq qablaşdırılaq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Samux rayon Polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı vəzifəsində işləyir. 12 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 12 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Samux rayon Polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid5 ilə birlikdə Samux şəhərində yerləşən “Heydər Əliyev” adına olan parkın yaxınlığına getmişlər. Orada yolun kənarında Təqsirləndirilən şəxs piyada dayandığını görmüşlər. Şahid5la birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini Təqsirləndirilən şəxs göstərərək, özlərini təqdim edib ona qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı olmasını və Samux RPŞ-nə getməyini təklif etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etməyərək, Samux rayon Polis şöbəsinin inzibati binasına gətmişdir. İnzibati binada Samux RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı Həsən Qurbanov tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükülünü təqdim etmiş və bildirmişdir ki, onun içərisində metamfetamin vardır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan paketin içərisində ilk baxışdan metamfetaminə bənzər kütlələr olmuşdur. Bundan sonra həmin sellofan paket elektron tərəzidə çəkilmişdir, psixotrop maddəyə oxşar kütlə qablaşdırma ilə birlikdə ümumi çəkisi 0.9 qram olmuş və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci PŞ-nin CAB-nin, əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində xidmət edir. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs mütamadi olaraq psixotrop maddələri qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmışdır. Qrupun tərkibində o, da olmuş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-nin, baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 qrupun rəhbəri olmuşdur. Həmin qərar İdarə rəhbərliyinə məruzə edilərək, idarə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün tərəflərindən zəruri tədbirlər görülmüşdür. 22 yanvar 2024-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop maddə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olan Təqsirləndirilən şəxs Gəncə şəhəri, Sədi küçəsində yeri müəyyən edilmişdir. Həmin gün saat 11:20-də Gəncə şəhəri, Sədi küçəsində olarkən Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinə dəvət etmişlər. İdarədə ona Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş və müdafiəçi iştirakı təmin olunmuşdur. Şəxsi axtarış aparmazdan əvvəl prosessual hərəkətin iştirakçılarının şəxsiyyəti dəqiqləşdirilmişdir. Şəxsi axtarış aparmazdan əvvəl şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir, şübhəli şəxs və müdafiəçisi həmin bildirişi imzalamış və bildiriş protokolu ona təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxsın üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın balaca sağ yan cibindən üzərindən aşkar olunaraq götürülmüş bükümün içərisində ilk baxışdan psixotrop maddə olan “metamfetamin” kütlə aşkar olunaraq götürülmüşdür. Bundan başqa üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olmadığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan “metamfetamin” kütlə tərəflərindən elektron tərəzidə çəkilmiş, psixotrop maddəyə oxşar kütlənin ümumi çəkisi 0,67 olmaqla zərfə qoyulub qablaşdırılmışdır və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Gəncə şəhəri BPİ-nin CAİ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmayıbdır. 13 fevral 2024-cü il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq psixotrop maddə qəbul etməsi, üstündə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra idarənin kiçik inspektoru, polis baş serjantı Şahid7 ilə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 13 fevral 2024-cü il tarixdə, saat təxminən 19:03 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Şərq küçəsində yerləşən “Babək” servizin yaxınlığında olmasını müəyyən edib həmin yerə getmişlər və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmişlər, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etmişlər və üzərində psixotrop maddə saxlamasında şübhəli olduğunu bildirib onu Gəncə şəhəri BPİ-nin inzibati binasına aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi dəvət edib Təqsirləndirilən şəxs təqdim etmişlər və Təqsirləndirilən şəxs ona təqdim olunmuş müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən folqa kağıza bükülmüş bir ədəd büküm aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı ilk görüşündən psixotrop maddə olan “metamfetaminə” oxşar kütlə olması müəyyən olunmuşdur. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün çəksinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilmişdir. Kağız bükümdə olan kütlənin büküm ilə birlikdə ümumi çəkisinin 1.45 qram olması müəyyən edilmişdir. Həmin kağız büküm içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Şahid4 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirdi ki, Samux rayon Polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı vəzifəsində işləyir. 29 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 29 mart 2024-cü il tarixdə saat 17 radələrində Samux rayon Polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid5 ilə birlikdə Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən “Olimp” adlı çayxananın yaxınlığında Təqsirləndirilən şəxs müəyyən etmişlər. O, Şahid5la birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini Təqsirləndirilən şəxs göstərərək özlərini təqdim edib Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı olmasını və Samux RPŞ-nə getməyini təklif etmişlər, Təqsirləndirilən şəxs da heç bir etiraz etməyərək, Samux rayon Polis şöbəsinin inzibati binasına aparılmışdır. İnzibati binada Samux RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı Həsən Qurbanov tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuşdur və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan kiçik cibindən bir ədəd sellofan bükülünü təqdim etmiş və bildirmişdir ki, onun içərisində metamfetamin vardır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan paketin içərisində ilk baxışdan metamfetaminə bənzər kütlələr olmuşdur. Bundan sonra həmin sellofan paket elektron tərəzidə çəkilmiş, psixotrop maddəyə oxşar kütlə qablaşdırma ilə birlikdə ümumi çəkisi 0.6 qram olmaqla ağ kağız zərfə qablaşdırılmış və kağız zərf möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid8 ilə eyni məzmunlu ifadə verdi. Şahidlər Şahid3 və X2 ibtidai araşdırma dövründə verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə də Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan cinayət əməli tam təsdiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında xx.xx.2024-cü il tarixli şəxsi axtarış haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli bilinərək, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri 5-ci mikrorayonda yerləşən “Dalğa” marketin yaxınlığında saxlanılaraq, Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinə aparılmış, onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 1,022 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında xx.xx.2024-cü il tarixli şəxsi axtarış haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Samux rayon Polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu, Samux şəhərində yerləşən “ Heydər Əliyev” adına olan parkın yaxınlığında saxlanılaraq, Samux rayon Polis şöbəsinin inzibati binasına aparılmaqla üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0.814 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında xx.xx.2024-cü il tarixli şəxsi axtarış haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Sədi küçəsində saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanda yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinin inzibati binasına aparılmış, həmin şöbədə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın balaca sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümün içərisindən xeyli miqdarda, yəni təmiz çəkisi 0,593 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında xx.xx.2024-cü il tarixli şəxsi axtarış haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Şərq küçəsində yerləşən “Babək Servisin” yaxınlığında Gəncə şəhər BPİ-nin cinayət axtarış idarəsinin əməkdaşları tərəfindən saxlanılmış, Gəncə şəhəri, H.Ə.Hüseynzadə 5 ünvanda yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ ön cibindən 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə 0,960 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında xx.xx.2024-cü il tarixli şəxsi axtarış haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Samux rayon Polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən “OLİMP” çayxanasının yaxınlığında saxlanılaraq, Samux rayon Polis şöbəsinin inzibati binasına aparılmaqla üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0.629 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 bölməsinin xx.xx.2024-cü il tarixli, 16/41 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 1.022 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir (metamfetaminin təmiz çəkisi – 1.022 qram, tədqiqata sərf edildi – 0.06 qram, qalıq 0.962 qram) ekspertiza xərci 30.40 manat). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 bölməsinin xx.xx.2024-cü il tarixli, 16/56 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0.814 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir (metamfetaminin təmiz çəkisi – 0.814 qram, tədqiqata sərf edildi – 0.05 qram, qalıq 0.764 qram) ekspertiza xərci 30.40 manat). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 bölməsinin xx.xx.2024-cü il tarixli, 16/116 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddəyə bənzər maddə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0.593 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir (metamfetaminin təmiz çəkisi – 0.593 qram, tədqiqata sərv edildi – 0.05 qram, qalıq 0.543 qram) ekspertiza xərci 30.40 manat). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 bölməsinin xx.xx.2024-cü il tarixli, 16/212 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0.960 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir (metamfetaminin təmiz çəkisi – 0.960 qram, tədqiqata sərf edildi – 0.05 qram, qalıq 0.910 qram) ekspertiza xərci 32.40 manat). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 bölməsinin xx.xx.2024-cü il tarixli, 16/398 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0.629 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir (metamfetaminin təmiz çəkisi – 0.629 qram, tədqiqata sərv edildi – 0.05 qram, qalıq 0.579 qram) ekspertiza xərci 32.40 manat). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Təqsirləndirilən şəxs üzərindən xx.xx.2024-cü il tarixdə aşkar edilib götürülmüş və ekpertiza təqdqiqatından sonra təmiz çəkisi 0.962 qram psixotrop maddə metamfetaminlə onun üzərindən xx.xx.2024-cü il tarixdə aşkar edilib götürülmüş və ekpertiza təqdqiqatından sonra təmiz çəkisi 0.543 qram metamfetaminin tərkibinin eyniliyinin müəyyən edilməsi bağlı təyin edilmiş materialların məhkəmə ekspertizasının 22 fevral 2024-cü il tarixli 16/181 nömrəli rəyi ilə müəyyən edilmişdir ki: Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd büküm metamfetamin ilə üzərində Vət. Təqsirləndirilən şəxs oğölunun təqdim etdiyi psixotrop maddəyə bənzər maddə” yazılar olan kağız paketdəki 1 (bir) ədəd büküm metamfetamin kimyəvi tərkiblərinə görə eynidirlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 314 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 992 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 998 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan amblator məhkəmə psixatrik ekspertizasının 06 fevral 2024-cü il tarixli 80 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman ŞİZOFRENİYA, SABİT REMİSSİYA VƏZİYYƏTİ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10cu baxış) F20.0 xəstəliyindən əziyyət çəkmişdir. O, hal-hazırda da ŞİZOFRENİYA, SABİT REMİSSİYA VƏZİYYƏTİ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10cu baxış) F20.0 xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs ŞİZOFRENİYA, SABİT REMİSSİYA VƏZİYYƏTİ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10cu baxış) F20.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəliyin davamlı remissiya mərhələsində olması səbəbindən öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdurmu. O, hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərb Respublikası CMnin 21-ci və 22 ci maddələrinin təsiri altına düşmür. Onun hal-ha məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra ondan üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunsuz əşyanın olub-olmadığı soruşulur və bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü kağız təqdim edir. Həmin bükümün içərisindən psixotrop maddə - metamfetamin bənzər kütlə aşkar olunur. Həmin kütlə elektron tərəzidə çəkilir və kağızla birlikdə çəkisi 1,022 qram gəlir və zərfdə qablaşdırılaraq ağzı DİN-in saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin psixotrop maddə - metamfetamin olduğunu, ona məxsus olduğunu, həmin psixotrop maddə - metamfetamini tapdığını, arabir psixotrop maddə - metamfetamini istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra ondan üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunsuz əşyanın olub-olmadığı soruşulur və bu zaman Təqsirləndirilən şəxs şəffaf polietilen kəsiyi təqdim edir. Həmin bükümün içərisindən psixotrop maddə - metamfetamin bənzər kütlə aşkar olunur. Həmin kütlə elektron tərəzidə çəkilir və kağızla birlikdə çəkisi 0,814 qram gəlir və zərfdə qablaşdırılaraq ağzı DİN-in saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin psixotrop maddə - metamfetamin olduğunu, ona məxsus olduğunu, həmin psixotrop maddə - metamfetamini tapdığını, arabir psixotrop maddə - metamfetamini istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra ondan üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunsuz əşyanın olub-olmadığı soruşulur və bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın balaca sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümün təqdim edir. Həmin bükümün içərisindən psixotrop maddə metamfetamin bənzər kütlə aşkar olunur. Həmin kütlə elektron tərəzidə çəkilir və kağızla birlikdə çəkisi 0,593 qram gəlir və zərfdə qablaşdırılaraq ağzı DİN-in saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin psixotrop maddə - metamfetamin olduğunu, ona məxsus olduğunu, həmin psixotrop maddə - metamfetamini tapdığını, arabir psixotrop maddə metamfetamini istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra ondan üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunsuz əşyanın olub-olmadığı soruşulur və bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ ön cibindən 01 (bir) ədəd qızılı rəngli kağız bükümü təqdim edir. Həmin bükümün içərisindən psixotrop maddə metamfetamin bənzər kütlə aşkar olunur. Həmin kütlə elektron tərəzidə çəkilir və kağızla birlikdə çəkisi 0,960 qram gəlir və zərfdə qablaşdırılaraq ağzı DİN-in saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin psixotrop maddə - metamfetamin olduğunu, ona məxsus olduğunu, həmin psixotrop maddə - metamfetamini tapdığını, arabir psixotrop maddə metamfetamini istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra ondan üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunsuz əşyanın olub-olmadığı soruşulur və bu zaman Təqsirləndirilən şəxs üzərində saxladığı 1 (bir) ədəd şəffaf polietilen kəsiyi təqdim edir. Həmin bükümün içərisindən psixotrop maddə - metamfetamin bənzər kütlə aşkar olunur. Həmin kütlə elektron tərəzidə çəkilir və kağızla birlikdə çəkisi 0,629 qram gəlir və zərfdə qablaşdırılaraq ağzı DİN-in saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin psixotrop maddə - metamfetamin olduğunu, ona məxsus olduğunu, həmin psixotrop maddə metamfetamini tapdığını, arabir psixotrop maddə - metamfetamini istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(003)-1590/2024 nömrəli qərarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının 04 ay 19 gün vaxıntdan əvvəl şərti olaraq azad edilmişdir. İş materiallarına əlavə olunmuş Samux Rayon Məhkəməsinin 31 mart 2024-cü il tarixli 4(058)-15/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 29 mart 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin və cinayətin təkrar törədilməsi onun cəzanı ağırlaşdıran hallardır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətmiş, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-in 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikasının CM-in 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edib, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinirn sanksiyasında qeyd olunan cinayət əməli bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 234.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(003)-1590/2023 nömrəli qərarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının 04 ay 19 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Həmin qərardan göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şərti olaraq 04 ay 19 gün vaxtından əvvəl cəzadan azad edildiyi müddətdə yenidən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.2-ci maddəsinə əasan hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(001)-1590/2023 nömrəli Təqsirləndirilən şəxs şərti olaraq 04 ay 19 gün vaxıntdan əvvəl cəzadan azad edilməsi ilə bağlı qərarı ləğv edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5 (beş) ədəd kağız zərfdə olan 0.912 qram, 0.764 qram, 0.493 qram, 0.962 qram, 0.579 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertizasının xərci 182.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli şərti olaraq cəzadan vaxtından əvvəl azad etmə qərarı ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasından çəkilməmiş qalan 04 (dörd) ay 19 (on doqquz) gün hisəsəsi hazırkı hökümlə təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 08 (səkkiz) gün müddət cəzasından çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 29 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5 (beş) ədəd kağız zərfdə olan 0.912 qram, 0.764 qram, 0.493 qram, 0.962 qram, 0.579 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə sübut kimi tanınmış beş ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının xərci 182.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar