Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-49/2025 23.02.2026 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əhmədli İnal Söhrab oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəlllər məhkum olunmamış, ünvan 2ində qeydiyyatda olan, barəsində «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 03 radələrində Samux şəhəri Arif Nəbiyev küçəsi, 101 saylı DSK-nın yaxınlığında Samux-Çobanabdallı yolunun sol kənarında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X10 məxsus 1 (bir) metrinin qiyməti 5.95 (beş manat doğsan beş qəpik) manat olan, 226.10 (iki yüz iyirmi altı manat on qəpik) manat dəyərində, 38 metr uzunluğunda TPP-100x2 növlü kabel xəttini oğurlayaq zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2025-ci il tarixdə saat 05 radələrində Samux şəhəri, Abbas Qasımov küçəsində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X10 məxsus 1 (bir) metrinin qiyməti 9.7 ( doqquz manat yetmiş qəpik) manat olan, 717.8 manat ( yeddi yüz in yeddi manat səksən qəpik) manat dəyərində, 74 metr uzunluğunda TPP-200x2 növlü kabel xəttini oğurlayaq zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, əlvan metal alqı-satqısı ilə məşğul olaraq ailəsini dolandırmışdır. Ona məxsus “VAZ 21011” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə respublikanın müxtəlif şəhər və rayonlarına gedərək, qapı-qapı metal almış, almış olduğu metalları Gəncə şəhəri “Musayevin Qarajı” adlanan metal qəbuletmə məntəqəsinə satmışdır. xx.xx.2025-ci il tarixdə Samux rayonunda dəmir alan zaman Samux şəhəri, Arif Nəbiyev küçəsi 101 saylı DSK-nın yaxınlığında Samux-Çobanabdallı yolunun sol kənarında şalbanlarda "xxxx" şirkətinə məxsus olan kabellərin olmasını görmüş,, həmin yerdə olan kabellər aşağı hündürlükdən keçmiş və bəzi yerlərdə isə həmin kabellər qırılaraq yerə düşmüş vəziyyətdə olmuşdur. İmkanı yaxşı olmadığı üçün həmin kabelləri oğurlayıb bir qədər qazanc əldə etmək məqsədinə düşmüşdür. Buna görə də xx.xx.2025-ci il tarixdə saat 03 radələrində özünə məxsus “Vaz21011” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Samux şəhəri Arif Nəbiyev küçəsi 101 saylı DSK-nın yaxınlığında Samux- Çobanabdallı yolunun sol kənarına gedərək özü ilə birlikdə əvvəlcədən götürmüş olduğu qulpu qara rəngli bıçağı götürərək, həmin bıçaqla orada olan kabeli kəsmiş və həmin kabeli avtomobilinin yük yerinə ( baqajına) yığmışdır. Bundan sonra həmin kabeli Gəncə şəhərində zibil qutularının kənarında yandırmışdır. Kabeli yandırdıqdan sonra içərisində mis olmadığını gördüyündən həmin kabeli zibil qutusunun yanında qoyaraq çıxıb getmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixdə günorta radələrində Samux rayonuna metal almağa getmiş, həmin zaman Samux şəhərində Abbas Qasımov küçəsində "xxxx" şirkətinə məxsus olan kabellərin olmasını görmüş, həmin yerdə olan kabellər aşağı hündürlükdən keçmiş və bəzi yerlərdə isə həmin kabellər qırılaraq yerə düşmüş vəziyyətdə olmuşdur. İmkanı yaxşı olmadığı üçün həmin kabelləri oğurlayıb bir qədər qazanc əldə etmək məqsədinə düşmüşdür. Həmin günü Samux rayonundan çıxaraq Gəncə şəhərinə getmiş, həmin gecəni Gəncə şəhəri Dəyirman dairəsinin yaxınlığında yerləşən “Bolmart” adlı mağazanın qarşısında özünə məxsus “VAZ 21011” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində yatmış, xx.xx.2025-ci il tarixdə gecə saat 04 radələrində “VAZ 21011” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Samux şəhərinə gəlmiş, Samux şəhərində avtomobilini Abbas Qasımov küçəsinin baş tərəfində saxlamış, ətrafa nəzarət edib heç kimin olmadığını müəyyən etmiş, özü ilə birlikdə əvvəlcədən götürmüş olduğu qulpu qara rəngli bıçağı götürərək həmin bıçaqla Samux şəhərində Abbas Qasımov küçəsində "xxxx" şirkətinə məxsus olan kabelləri kəsməyə başlamışdır. O, 2 yerdən hər birinin uzunluğu təxminən 15-20 metr alan kabel kəsmiş və həmin kabelləri kəsdikdən sonra özünə məxsus “VAZ 21011” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə (baqajına) qoymuşdur. Bundan sonra yenidən qayıdaraq yenə də kabel kəsməyə başlamış, sonuncu olaraq kəsdiyi kabelin uzunluğu təxminən 40-45 metr olmuş, həmin kabeli kəsdikdən sonra kabel yerə düşmüş və səs küy yaranmışdır. O, ətrafda yaşayan şəxslərin səsi eşitdiyindən şübhələnərək tez kəsmiş olduğu kabeli topalamağa başlamış, topalamış olduğu kabeli gətirib avtomobilinin yük yerinə (baqajına) yığmışdır. O, kabelləri avtomobilin yük yerinə ( baqajına) yığdıqdan sonra yük yerinin (baqajın) qapısı bağlanmamış və avtomobilin baqajı açıq formada idarə etməyə başlamışdır. O, həmin yerdən bir qədər aralanan zaman post patrul xidmətinin avtomobili sayrışan işıq siqnalı qoşaraq işarə verib onu saxlatdırmış, həmin avtomobildən 3 nəfər polis geyim formasında olan polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişlər, o,polislərə şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Polis əməkdaşları gecə vaxtı burada nə işlə məşğul olduğunu soruşmuşlar. O, düşündünmüşdür ki, polis əməkdaşlarının oğurluq etdiyindən xəbərləri olmuş və buna görə də polis əməkdaşlarına könüllü olaraq oğurluq etdiyini etiraf etmişdir. Bundan sonra polis əməkdaşları ilə avtomobili ilə birlikdə Samux Rayon Polis Şöbəsinə gəlmiş, polis əməkdaşlarının və onun iştirakı ilə avtomobilinə baxış keçirilmiş, polis əməkdaşları ilə birlikdə avtomobilinə baxış keçirilən zaman avtomobilinin yük yerindən ( baqajından) "xxxx" şirkətinə məxsus ümumi uzunluğu 74 metr olan kabel və 01( bir) ədəd həmin kabelləri kəsmiş olduğu bıçaq aşkar olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində bildirdi ki, cinayət əməlini o, törətmişdir. Götürdüyü kabellerin lazımlı bir kabel olduğunu və kiməsə aid olduğunu bilməmişdir. Qeyd olunan ərazidə bir nəfər tanımadığı şəxs ona bildirmişdir ki, həmin kabellər lazımsız kabellərdir. O, kabeli sökəndə kabelin bir tərəfi işıq dirəyində bir tərəfi isə kəsilmiş halda yerdə olmuş, 1-ci dəfə götürdüyü 38 metr uzunluğundakı kabeli əridərək təxmini 200 manata satmışdır. 2-ci dəfə götürdüyü 74 metr uzunluğundakı kabeli isə polislər onu saxlayanda maşınından götürərək, maddi sübüt kimi Samux rayon polis şöbəsinə aparmışlar. Zərərçəkmişə dəymiş ziyanı tam olaraq ödəmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi X7 bildirdi ki, hadisə ilə bağlı X8 Samux şöbəsindən məktubla məlumat daxil olmuş və oğurluq hadisəsinin baş verdiyi bildirilmişdir. Bundan sonra Polisə məlumat verilmişdir. Samux rayon Polis şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçirmiş və sənədləşmə işləri aparmışlar. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X10 dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. Zərərçəkmiş şəxsin nümayəndəsi X7 xx.xx.2026-cı il tarixdə məhkəməyə məktub ünvanlayaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan tam şəkildə ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbləri yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Samux rayon X5 Saxlama Yerinin növbətçisi vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə gecə saat 05 radələrində yaşadığı Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən evində olan zaman küçədən səs küy gəldiyini eşitmiş, pəncərədən çölə baxan zaman adını sonradan Təqsirləndirilən şəxs kimi bildiyi şəxsin “VAZ 21011” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobi ilə kabel yığdığını görmüş, buna görə də Samux RPŞ-nin növbətçi hissəsinə zəng edərək, oğurluq hadisəsi baş verdiyini və əraziyə post patrul naryadını göndərməsini demiş, bir qədər sonra Samux RPŞ-nin X11 polis nəfərləri Şahid4, Şahid3 və Şahid2 yaşadığı evin qarşısına gəlmişlər. O, Şahid4, Şahid3 və Şahid2 Təqsirləndirilən şəxs məxsus “VAZ 21011” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin oğurluq hadisəsi törətməsi barədə məlumat vermiş və onlar onun yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq, Polis Şöbəsinə aparmışlar. Məhkəmə iclasında dindirilmiş Şahid2 oğlu ifadəsində bildirdi ki, Samux rayon Polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə Samux rayon Polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfərləri Şahid3 və Şahid4lə birlikdə Samux rayonu Nəbiağalı qəsəbəsində xidmətdə olan zaman gecə saat 05 radələrində Samux rayon X1ra məlumat verilərək oğurluq hadisəsi olmasını, həmin hadisəni Samux RPŞ-nin MSY-nin növbətçisi Şahid1 görməsini və Şahid1la əlaqəmə saxlamalarını demişlər. Onlar Şahid1la əlaqə saxladıqdan sonra Pərvizin yaşadığı evin qarşısında gedib onunla görüşmüşlər, Şahid1 evdə olan zaman bir nəfər şəxsin kabel oğurlamasını gördüyünü və həmin şəxsin yaxınlıqda olduğunu demişdir. Onlar Pərvizin evinin yaxınlığında adını sonradan Təqsirləndirilən şəxs kimi bildikləri şəxsi müəyyən etmişlər, Təqsirləndirilən şəxs “VAZ 21011” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət ediən vaxt onlar Təqsirləndirilən şəxs işarə verib saxlamışlar. Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim edib burada nə işlə məşğul olduğunu soruşmuşlar. Təqsirləndirilən şəxs kabel oğurladığını etiraf etmiş, Təqsirləndirilən şəxs kabelləri hara qoymasını soruşduqda Təqsirləndirilən şəxs “VAZ 21011” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerini göstərərək oğurlamış olduğu kabeli göstərmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs VAZ 21011” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Samux Rayon Polis Şöbəsinə aparıb bu barədə raport yazaraq Samux RPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında dindirilmiş Şahid5 oğlu ifadəsində bildirdi ki, rəsmi olaraq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X9 Samux şöbəsinin xətt qurğularının istismar sektorunun mühənidisi vəzifəsində çalışır. Xidməti vəzifəsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X9 Samux şöbəsinin inzibati ərazisində yerləşən xətt qurğularına nəzarət etmək, xarab olan xəttlərini təmir etməkdən ibarət olmuşdur. xx.xx.2025-ci il tarixdə xidməti ərazidə yoxlama aparan zaman Samux şəhəri Arif Nəbiyev küçəsi 101 saylı DSK-nın yaxınlığında Samux-Çobanabdallı yolunun sol kənarındaAzərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X10 məxsus dirəklərdən aslı vəziyyətdə olmuş 38 metr TPP-100x2 növlü kabel xəttinin oğurlanmasını müəyyən etmiş, bu barədə şöbə rəhbərliyinə məlumat vermiş, şöbə rəhbərliyi tərəfindən bu barədə aidiyyatı üzrə Samux Rayon Polis şöbəsinə məlumat verilmişdir. Bundan başqa 07 iyul 2025-ci il tarixdə xidməti əraziyə baxış zamanı Samux şəhəri Abbas Qasımov küçəsində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X10 ümumi uzunluğu 74 metr TPP-200x2 növlü kabel xəttinin oğurlanmasını müəyyən etmiş, bu barədə şöbə rəhbərliyinə məlumat vermiş, şöbə rəhbərliyi tərəfindən bu barədə aidiyyatı üzrə Samux rayon Polis şöbəsinə məlumat verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Qoşqar MMC-dən alınmış məktubla müəyyən edilmişdir ki, TPP-100x2 növlü kabel xəttinin 1 (bir) metrinin qiyməti 5.95 (beş manat doğsan beş qəpik) manat, 38 (otuz səkkiz) metr, TPP-100x2 növlü kabel xəttinin qiyməti 226.10 ( iki yüz iyirmi altı on qəpik) manat olmuşdur. TPP- 200x2 növlü kabel xəttinin 1 (bir) metrinin qiyməti 9.7 ( doqquz manat yetmiş qəpik) manat ,TPP-200x2 növlü kabel xəttinin 74 (yetmiş dörd) metrinin qiyməti manat 717.8 ( yeddi yüz in yeddi manat səksən qəpik) manat olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2025-ci il tarixli baxış və götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etmiş olduğu Vaz 21011” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə baxış zamanı götürülmüş 74 metr TPP200x2 növlü kabel xəttinin yerini göstərir, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2025-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Samux şəhəri Arif Nəbiyev küçəsi 101 saylı DSK-nın yaxınlığında Samux- Çobanabdallı yolunun çol kənarında kabel oğurladığı yeri göstərmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan portal sorğusuna əsasən DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-2-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını, zərərçəkmişə dəymiş ziyanın tam ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək o, saxlandığı Samux rayon PŞ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Goranboy rayonu Yəhərçi Qazaxlar kəndində yerləşən fərdi yaşayış ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, 74 metr TPP200x2 növlü kabel xətti zərərçəkmiş şəxsə qaytarılmalı və 01 ədəd bıçaq mehv edilməlidir. Təqsirləndirilən şəxs 31 iş saatı hüquqi yardım göstərdiyinə görə Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi (“Beynəlxalq Bank” ın Gəncə filialı kod; 509352, VÖEN: **********, müxbir hesab: AZ 03NABZ ********************; SWİFT: İBAZAZ2X; Hesab AZ 92 İ BAZ ******************** VÖEN: **********) 341 (üç yüz qırx bir) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşması cəzasına məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2i ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs 31 iş saatı hüquqi yardım göstərdiyinə görə Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi (“Beynəlxalq Bank” ın Gəncə filialı kod; 509352, VÖEN: **********, müxbir hesab: AZ 03NABZ ********************; SWİFT: İBAZAZ2X; Hesab AZ 92 İ BAZ ******************** VÖEN: **********) 341 (üç yüz qırx bir) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış və Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, 74 metr TPP200x2 növlü kabel xətti zərərçəkmiş şəxsə qaytarılsın, 01 ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-49/2025
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-49/2025
23.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver