Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 1(058)-5/2023 28.02.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi,Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Resbublikası Baş X1 müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Məmmədova (Xəlilova) Aynurə İlqar qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Samux şəhərində fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Samux rayon Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Samux rayon Qarabağlar kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan xx.xx.2021-ci il tarixdən başlayaraq hesablanmaqla, xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 130 manat, cəmi isə 390 manat sabit pul məbləğində alimentin tutularaq, Məmmədova (Xəlilova) Aynurə İlqar qızına verilməsinə dair Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(058)-732/2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2021-ci il, xx.xx.2022-ci il,xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 5300,00 manat aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da zərərçəkmiş şəxs Məmmədova (Xəlilova) Aynurə İlqar qızına 5300,00 manat məbləğində maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, 2008-ci ildə Məmmədova (Xəlilova) Aynurə İlqar qızı ilə el adəti ilə ailə qurmuş, birgə nikahlarından xx.xx.2009-cu tarixdə X4, xx.xx.2012-ci il tarixdə X7 və xx.xx.2020-ci il tarixdə X8 adlı uşaqları anadan olmuşdur. O, Aynurə ilə ayrılmışdır. Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(058)-732/2021 nömrəli qətnaməsinə əsasən ondan uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşaqa görə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin və xx.xx.2020-ci il təvəllüdlü X6 3 yaşına çatanadək anası Məmmədova (Xəlilova) Aynurə İlqarqızının xeyrinə 40 manat sabit pul məbləğində aliment tutularaq ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minəndən sonra icrasını təmin edilməsi üçün Samux rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru ondan alimenti ödəməsini tələb etmiş və o, müəyyən ödənişlər etmiş, lakin alimenti tam şəkildə ödəməməsi səbəbindən Samux rayon icra və probasiya şöbəsinin icra məmurunun protokolu əsasında Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona müddət təyin etməklə bildiriş təqdim etmiş, lakin o, maddi imkanının yüksək olmadığından alimenti ödəyə bilməmişdir. O, hazırda zərəçəkmiş şəxsə olan borcunu tam şəkildə ödəmişdir. Barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Məmmədova (Xəlilova) Aynurə İlqar qızı ifadəsində bildirdi ki, o, 2008-ci ildə Təqsirləndirilən şəxs ilə el adəti ilə ailə qurmuş, onların birgə nikahlarından xx.xx.2009-cu tarixdə X4, xx.xx.2012-ci il tarixdə X7 və xx.xx.2020-ci il tarixdə X8 adlı uşaqları anadan olmuşdur. Ruhlan Xəliliov uşaqları ilə maraqlanmamış və bu səbəbdən Təqsirləndirilən şəxs ayırılmağa və uşaqların saxlanılması üçün aliment alınmasından ötrü məhkəməyə müraciət etməyə məcbur olmuş və Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(058)-732/2021 nömrəli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla, xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşaqa görə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin və xx.xx.2020-ci il təvəllüdlü X6 3 yaşına çatanadək 40 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minəndən sonra icrasını təmin edilməsi üçün Samux rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru Ruhlan Xəliliovu oraya dəvət etmiş, lakin Ruhlan Xəliliov alimentin ödənilməsi görüntüsünü yaratmaq üçün cüzi ödənişlər etmişdir. Samux rayon icra və probasiya şöbəsinin icra məmurunun təqdimatı əsasında Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Ruhlan Xəliliov 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir, lakin bundan nəticə çıxarmamış, yenə də açq şəkildə alimenti ödəməyəcəyini bildirmişdir. Ona məlumdur ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması üçün xx.xx.2022-ci il tarixli təqdimata əsasən ödənilməmiş alimentin miqdarı 5300,00 manat təşkil edir. Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli olan məbləğ tam ölaraq ödənilmiş və onun Təqsirləndirilən şəxs heç bir tələbi və şikayəti yoxdur. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid2 Alim oğlu ifadəsində bildirdi ki, Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay bir üşaq üçün 130 manat olmaqla cəmi 390 manat aliment və xx.xx.2020-ci il təvəllüdlü X6 3 yaşına çatanadək 40 manat sabit pul məbləğində aliment alınaraq, X5 verilməsi qət edilmişdir. Samux rayon icra və probasiya şöbəsində xx.xx.2021-ci il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək üçün həmin tarixdə borcluya qərar və bildiriş göndərilmiş, tələb dərhal icra olunmadığından məcburi icra tədbirləri görülsə də müsbət nəticə əldə olunmamışdır. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyi üçün Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbslə tənbeh olunmuşdur. Bundan sonra borclu yenə də məhkəmə qərarını qərəzli olaraq icra etməməyə davam etmiş, inzibati tənbeh tədbirlərindən sonra tələbin yerinə yetirilməsi üçün borcluya yeni müddət verilmiş, əks halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə dəfələrlə xəbərdarlıq edilmiş, lakin tələbi icra etməməkdə davam etmişdir. İcraat dövründə Təqsirləndirilən şəxs tərəfindən öhdəlik yerinə yetirməmiş, icra sənədi üzrə xx.xx.2022-ci il tarixədək 5300 manat məbləğində aliment borcu qalmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyi İstintaq idarəsinə təqdimatla müraciət edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(058)-732/2021 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 130 manat, cəmi 390 manat sabit pul məbləğində alimentin tutularaq, Məmmədova (Xəlilova) Aynurə İlqar qızının xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmədə tədqiq edilmiş və xx.xx.2023-cü il tarixdə Samux rayon notariat ofisində təsdiq edilmiş zərərçəkmiş şəxs Məmmədova (Xəlilova) Aynurə İlqar qızının ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli olan pul məbləği tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 130 manat, üç uşağa görə cəmi 390 manat sabit pul məbləğində alimentin tutularaq, xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Məmmədova (Xəlilova) Aynurə İlqar qızının xeyrinə ödəməsinə dair Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(058)-732/2021 nömrəli qətnaməsinin icrasının təmin edilməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyindən Samux Rayon Məhkəməsinin 19 may2022-ci il tarixli, 3(058)-155/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətə inzibati həbs edilmiş və məhkəmə aktının icra edilməsi ilə əlaqədar ona xx.xx.2021-ci il, xx.xx.2022-ci il,xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək şəxsi maraq niyəti ilə cəmi 5300 manat aliment borcunu tələbkara ödəməməklə, habelə sonuncuya maddi ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hərəkətləri ona istinad edilmiş maddənin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşdüyündən istintaq orqanı onu həmin maddə ilə təqsirli bilməkdə haqlı olmuşdur. Bununla yanaşı məhkəmə göstərir ki, tərəflər arasındakı münasibətlər dəyişmişdir. Yəni təqsirləndirilən şəxs aliment borcunu tamamilə ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Belə ki, zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədə, təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli olan aliment məbləği tam şəkildə ödənildiyindən onun təqsirləndirilən şəxsdən hər hansı tələb və şikayətinin olmadığını, bu əsasla təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-in 306-cı maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli 2(058)-732/2021 nömrəli qətnaməsini tam icra edərək qətnamə üzrə alınmalı olan pul məbləğini zərərçəkmiş şəxsə ödəmiş və zərərçəkmiş şəxslə barışmışdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs ifadəsini və zərəçəkmiş şəxsin ərizəsini tədqiq edib, cinayət işinin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin qeydində göstərilənlərə əsasən Cinayət Qanunu məhkəmə qərarının icrası halında təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini nəzərdə tutmaqla təqsirkarın əməlində cinayət tərkibinin olmasını da aradan qaldırır. Bu isə cinayət təqibinə bəraətverici əsasla xitam verilməsi anlamına gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 306-cı maddəsinin qeydinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11,40.3, 321, 43.3 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs həmin Məcəllənin 306-cı maddəsinin qeydinə əsasən əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-5/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №1(058)-5/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver