Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 1(058)-51/2024 11.07.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Samux Rayon Məhkəməsinin məsləhətçisi (məhkəmə iclas katibi) Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Resbublikası Baş X1 müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Samux rayonu, Nəbiağalı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Samux rayonu, Nəbiağalı qəsəbəsində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icrat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixdə saat 10 radələrində Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən küçədə tanışı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı, əli və ayağı ilə qəsdən Zərərçəkmiş şəxs qarın və sinə nahiyyəsinə vuraraq – döş qəfəsinin və sol çiyin qurşağının hematoması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “YÜNGÜL” zərər yetirməklə Azərbaycan Respublikasının CM-nin 128ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdi ki, Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən avtomobil təmizləmə iaşə obyektində işləyir. Zərərçəkmiş şəxs o, uşaqlıqdan tanıyır. Onun Zərərçəkmiş şəxs ilə uşaqlıqdan dostluq münasibətləri olmuşdur. 08 iyun 2024-cü il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs onun yanına Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən avtomobil yuma məntəqəsinin arxasına gəlmiş, həmin vaxt Zeynal ona borc verdiyi 10 manatı istəmişdir. O, əsəbləşib ona pulu qaytarmayacağını bildirmiş və onun bu zəmində Zeynal ilə mübahisəsi yaranmışdır. Mübahisə zamanı Zeynal onun yaxasından tutmuş, o, isə Zeynalı əli ilə itələyib sinəsindən ayağı ilə vurmuşdur. Zeynal aldığı zərbələrdən yerə yıxılmışdır. Yerdə olarkən isə o, bu səfərdə Zeynalı əli ilə sinə və qarın nahiyyəsindən vurmuşdur. Onu əli ilə vurub xəsarət yetirdikdən sonra o, hadisə yerindən uzaqlaşmışdır. Mübahisə 1-2 dəqiqə ərzində baş vermişdir. Onun və Zərərçəkmiş şəxs arasında baş verən mübahisə zamanı orada heç kim olmamışdır. Baş vermiş hadisə zamanı o, xəsarət almamışdır. O, hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs o, uşaqlıqdan tanıyır. Onun Təqsirləndirilən şəxs ilə uşaqlıqdan dostluq münasibətləri olmuşdur. Onun Yaqub ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs Samux rayonu, Nəbiağalı qəsəbəsində yaşayır. O, tez-tez Yaqubun yanına gəlib Yaqub ilə söhbət edir. 08 iyun 2024-cü il tarixdə saat 10 radələrində o, Yaqubun yanında Samxu rayonu, Nəbiağalı qəsəbəsində yerləşən avtomobil yuma məntəqəsinin arxasında olmuş və həmin vaxt Yaquba borc verdiyi 10 manatı istəmişdir. Yaqub ona pulu qaytarmayacağını bildirmişdir. Onun bu zəmində Yaqub ilə mübahisəsi yaranmışdır. Mübahisə zamanı o, Yaqubun yaxasından tutmuş, Yaqub isə onu əli ilə itələyib sinəsindən ayağı ilə vurmuşdur. O, aldığı zərbələrdən yerə yıxılmışdır. Yerdə olarkən isə Yaqub bu səfərdə onu əli ilə sinə və qarın nahiyyəsindən vurmuşdur. Onu əli ilə vurub xəsarət yetirdikdən sonra Yaqub hadisə yerindən uzaqlaşmışdır. Mübahisə 1-2 dəqiqə ərzində baş vermişdir. Mübahisə zamanı orada heç kim olmamışdır. Təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmədə tədqiq edilmiş və işdə olan “MTE və PA Birliyi” publik hüquqi şəxsin Gəncə şəhər şöbəsinin 08 iyun 2024-cü il tarixli 128 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin və sol çiyin qurşağının hematomalarıdır ki, bu xəsarət – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "YÜNGÜL" zərər vurmaya aid edilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs, 08 iyun 2024-cü il tarixdə saat 10 radələrində Samux rayonu Nəbiağalı qəsəbəsində yerləşən küçədə tanışı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı, əli və ayağı ilə qəsdən Zərərçəkmiş şəxs qarın və sinə nahiyyəsinə vuraraq – döş qəfəsinin və sol çiyin qurşağının hematoması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “YÜNGÜL” dərəcəli xəsarət yetirməklə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona görə də təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilməlidir. Məhkəmə iclasında elan edilmiş və işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla barəsində olan sadələşdirilmiş icraat materiallarına xitam verilməsini məhkəmə mümkün hesab edir. Beləliklə, məhkəmədə işə baxılarkən aydın olmuşdur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.1.2, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-51/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №1(058)-51/2024
11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver