Məhkəmə qərarları › İş №1(058)-53/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №1(058)-53/2024

26.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 1(058)-53/2024 26.08.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X2 üzrə Şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cüil tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Səfəvilər küçəsi döngə 6 ev 30-da qeydiyyatda olmaqla yaşayan barəsində “Başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə aralarında yaranmış şəxsi münasibətlər zəmnində xx.xx.2024-cü il tarixdə gecə saat 03 radələrində Samux rayonu Samux şəhərində yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə mübahisə edərək dalaşmış və dava zamanı sonuncuları təpik yumruq və özündə olan məişət təyinatlı mətbəx bıçağının kəsici deşici hissəsi ilə vuraraq Zərərçəkmiş şəxs1 sağ yanaq, sol dirsək, sağ diz, sol çanaq nahiyyələrinin sıyrıqları, sağ saidin bir ədəd kəsilmiş-deşilmiş yarası, sağ biləyin bir ədəd, sağ diz nahiyyəsinin iki ədəd, döş qəfəsinin üç ədəd, sol çanaq nahiyyəsinin bir ədəd, kürək nahiyyəsinin bir ədəd, sol baldırın bir ədəd qançırları, sol baldırın bir ədəd əzilmiş yarası, sol budun hematoması qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət, Zərərçəkmiş şəxs2 sol diz nahiyyəsinin əzilmiş yarası, sol bazu nahiyyəsinin hematoması, sağ almacıq, sağ dirsək, sol baldır, sol ayaq pəncəsi, sol əlin birinci barmağının qançırları, sağ qulaq seyvanının sıyrıqları, sağ İV-V barmaqların səthi kəsilmiş yaraları qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirməklə sonuncuların qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, Gəncə şəhəri, Səfəvilər küçəsi döngə 6 ev 30 qeydiyyatda olmaqala yaşayayır, Zərərçəkmiş şəxs2 həyat yoldaşı, Zərərçəkmiş şəxs1 baldızı, yəni arvadı Türkanın bacısıdır, Türkanla 2014-cü ildə evlənmiş və birgə nigahdan 4 övladları vardır. Böyük övladının 9, balaca övladının isə 4 yaşı vardır. Baldızı Mətanət boşandıqdan sonra onun da ailəsində problemlər yaşanmışdır, belə ki, Mətanət onun arvadı Türkana təsir göstərərk onların arasındakı münasibətləri pozmuşdur. Evdə uşaqlarının anasız qalmağı, arvadının evdən çıxıb getməsi ona çox pis təsir etmiş bu səbəbdən də o, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə saat 03 radələrində Samux rayonu Nəbiağalı qəsəbəsinə Mətanətin yaşadığı evə getmişdir, əvvəlcədən bilirmiş ki, Türkan Mətanətlə birlikdə yaşayır, evin darvazasını açmış, darvazanın kilidi açıq imiş, qapını açıb evin həyətinə daxil olduqdan sonra evin giriş qapısından evə daxil olmuşdur. Evin giriş qapısının kilidi açıq olmuşdur. Zərərçəkmiş şəxslərlə aralarında baş vermiş mübahisə zamanı o, zərərçəkmiş şəxsləri vurmuş, ittiham aktında sözügedən əməli törətmişdir. Lakin hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslərlə barışmışdır. Buna görə də barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, əvvəllər ailəli olub ayrılmış, himayəsində 2 azyaşlı övladı vardır. Zərərçəkmiş şəxs2 doğma bacısı, Təqsirləndirilən şəxs bacısı Türkanın həyat yoldaşıdır. Türkanla Fikrətin 4 az yaşlı övladları vardır. Fikrət mütəmadi olaraq spirtli içki qəbul edərək bacısı Türkanı döyürmüş, dəfələrlə onu evdən qovurmuşdur, buna görə də bacısı Türkan Fikrətin əlindən yaxa qurtarıb onun yaşadığı evə sığınmış və birlikdə yaşayırlar. Türkan təxminən yanvar ayının əvvəllindən onunla birgə yaşayır və Türkan Fikrətin qorxusundan öz doğma övladlarını da görə bilmir. O və bacısı Türkan öz namusumu ilə evlərində oturub övladlarını böyütmüşlər və onların tərbiyyəsi ilə məşğul olmuşlar. 26 yanvar 2024-cü il tarixdən 27 yanvar 2024-cü il tarixə keçən gecə saat təxminən 03 radələrində o, yatan zaman qəfildən bacısı Türkanın qışqırıq səslərini eşitmişdir. O, yataq otağında, bacısı isə evin qonaq otağında yatırmış. O, həyəcandan öz paltarımı geyinmədən qaçaraq evin qonaq otağına keçmişdir. Evin qonaq otağına çatan zaman anidən Fikrət onu görüb üzərinə hücum çəkib hər iki əli ilə onu divara itələmişdir və o, divara dəymişdir. Fikrət bundan sonra ona demişdir ki, “sən əxlaqsızsan və sən mənim ailəmi dağıtmısan.” O, Fikrətə yalvarmışdır ki, icazə versin ki, öz paltarını geyinsin, lakin Fikrət ona demişdir ki “səni lüt öldürəcəm qoy camaat da bilsin ki, sən əxlaqsızsan”. Fikrət onun boğazından tutaraq divara sıxmışdır, o da Fikrətin əynində olan gödəkçədən tutub Fikrəti özündən kənara itələmək istəyirmiş, bu zaman hiss etmişdir ki, Fikrətin gödəkçəsinin iç cibində bıçaq vardır, tez çığıraraq Türkana demişdir ki, “Fikrətin cibində bıçaq var ehtiyyatlı ol”. Türkan gəlib onları aralamağa çalışmışdır, bu zaman Fikrət gödəkçəsinin cibindən bıçağı çıxartmışdır və onlara demişdir ki, “İkinizi də burada öldürəcəm”, Fikrət yenidən onun üzərinə gəlib əlində olan bıçaqla boğaz nahiyyəsinə vurmaq istəyən zaman o və bacısı Fikrətin əlindən tutmuşdurlar və Fikrətin əlində olan bıçaq sol əlinə, biləyindən bir qədər yuxarı hissəyə girmişdir, bu zaman bıçaq yerə düşmüşdür, Türkan isə ayağı ilə Fikrətin əlindən yerə düşən bıçağa vuraraq bıçağı şkafın arxasına itələmişdir, bundan sonra Fikrət daha da hiddətlənərək təpik yumruqla bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. Onun vurduğu zərbələr dizinə, döş qəfəsinə baldırına, kürəyinə dəymişdir. Həmin zaman Türkan onu Fikrətin əlindən ala bilmədiyini görüb qaçaraq tez o yatan otağa keçib onun mobil telefonu ilə polisə zəng vurmuşdur. Bunu görən Fikrət Türkanın polis çağırmaması üçün onu buraxıb Türkanın arxasınnan qaçmağa başlamışdır və Türkanı tutub yerə yıxmışdır və onun başını dizinin altına qoyub Türkanın üz nahiyyəsini yumruqlamağa başlamışdır, o, evin qapısını açıb evdən qaçmaq istəyən zaman qapının tutacağı qırılmışdır, Fikrət onun qaçmaq istədiyimi görüb saçından tutaraq yerə yıxmışdır, Fikrət Türkanın polislə telefonla danışdığını eşidib, onu buraxmışdır və Türkanın yanına getmişdir, o isə evin pəncərəsindən özünü həyətə atmışdır və evin darvazasından çölə çıxaraq qonum qonşunu səsləmişdir, lakin gecə olduğundan səsinə heç kim çıxmamışdır. O, bacısına kömək etmək üçün yenidən evə qayıtmış və pəncərdən içəri boylanmış və görmüşdür ki, Türkan qapıya tərəf qaçır, tez Türkana demişdir ki “qapı açılmır gəl tez pəncərədən sənə kömək edim qaçaq” sonra Türkanın əlindən tutub pəncərədən çölə çıxardan zaman Fikrət də Türkandan tutub onu evə salmaq istəyirmiş, lakin Türkanı bir təhər pəncərədən çıxarmışdır və qaçaraq qonşuluqda yaşayan bibisi Rahlənin evinə getmişdirlər və bibisi onlara pal paltar vermişdir. Bir qədər sonra polislər gəlmişdirlər. Polislər gəldikdən sonra Fikrətin onları vurmaq istədiyi bıçağı şkafın arxasından çıxararaq polis əməkdaşlarına təqdim etmişdirlər və polislər Fikrəti aparmışdırlar. Hadisə 27 yanvar 2024-cü il tarixdə gecə saat 03 radələrində yaşadığı Samux rayonu Nəbiağalı qəsəbəsində yerləşən evində baş vermiş, hadisə zamanı orada o, bacısı Türkan və onun əri Fikrət olmuşdur, baş vermiş hadisə təxminən 30 dəqiqə davam etmişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir tələb və şikayəti yoxdur, ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir, onunla birgə nikahdan 4 övladları vardır. Əri Fikrət spirtli içki aludəçisidir və o, davamlı olaraq spirtli içki qəbul edərək onunla münaqişə yaradırmış, onu döyürmüş və evdən qovurmuş. Sonuncu dəfə 2024 cü ilin yanvar ayında Fikrət onu evdən qovduğu üçün qorxusundan övladlarını da evdə qoyub qaçaraq Samux rayonu Nəbiağalı qəsəbəsinə bacısı Mətanətin evinə sığınmışdır. Fikrətin qorxusundan öz ovladlarını belə görə bilmir. 26 yanvar 2024-cü il tarixdən 27 yanvar 2024cü il tarixə keçən gecə saat təxminən 03 radələrində bacısı Mətanətin yaşadığı Samux rayonu Nəbiağalı qəsəsbəsində yerləşən evin qonaq otağında yatan zaman qapının açıldığını və evdən səs gəldiyini eşitmişdir. İlk öncə düşünmüşdür ki, yəqin ki, bacısı Mətanətdir və buna görə də səsləmişdir ki, “Mətanət sənsən”. Bu zaman kimsə əli ilə onun ağzını tutmuşdur. Baxan zaman görmüşdür ki, həmin şəxs əri Fikrətdir. Fikrət əli ilə ağzını və burnunu sıxaraq onu boğaraq demişdir ki “Bu gecə ikinizin də başını kəsəcəm”. Bu zaman bir təhər bacısı Mətanəti səsləmişdir. Mətanət tez durub o, yatan otağa keçmişdir. Mətanət həyəcandan heç paltarını da geyinə bilməmişdir. Fikrət həmin zaman sərxoş vəziyyətdə olmuşdur. Mətanət qonaq otağına daxil olan zaman Fikrət onu buraxıb Mətanətin üzərinə hücum çəkərək hər iki əli ilə onun boğzından tutaraq divara sıxmışdır. Mətanət Fikrətə yalvarıb demişdir ki, “heç olmasa icazə ver paltarımı geyinim”. Fikrət isə Mətanətə deyib ki “səni lüt öldürəcəm qoy camaat da bilsin ki, sən əxlaqsızsan”. Fikrət və Mətanət əlbə-yaxa olan zaman Mətanət çığıraraq ona deyib ki, ehtiyyatlı ol Fikrətin cibində bıçaq var”. Bundan sonra Mətanətin yanına getmişdir ki, ona kömək etsin. Fikrət əynində olan gödəkcənin cibindən bıçaq çıxartmış və bıçaqla Mətanətə vurmaq istəmişdir. O və Mətanət köməkli bıçağı bir təhər Fikrətin əlindən almağa çalışan zaman Fikrətin əlində olan bıçaq Mətanətin biləyinə girmişdir, onun isə əlinin içini kəsmişdir. Bu zaman bıçaq Fikrətin əlindən yerə düşmüş, o isə həmin vaxt bıçağı ayağı ilə şkafın altına itələmişdir. Fikrət Mətanətin arxası ilə qaçıb onu tutmuşdur və yenə də onunla əlbə-yaxa olmuşdur. Bu zaman o da yataq otağına keçib Mətanətin telefonu ilə 102 yə zəng vurub kömək çağırmışdır. Həmin zaman Fikrət bilmişdir ki, polis çağırır və yataq otağına keçib telefonu əlindən alaraq onu yerə yıxıb təpikləmişdir və yumruqla da üzünə vurmuşdur. Həmin zaman telefonda olan operatorun səsi gəldiyindən Fikrətin başı telefona qarışmışdır və bundan istifadə edib onun yanından aralaşmışdır və evin pəncərəsindən bacısı Mətanətin köməyi ilə evdən çıxıb piyada bibisi Rahlənin evinə getmişdirlər. Bir qədər sonra polislər gəlmişdirlər. Polislər gəldikdən sonra Fikrətin onları vurmaq istədiyi bıçağı şkafın arxasından çıxararaq polis əməkdaşlarına təqdim etmişdirlər və polislər Fikrəti aparmışdırlar. Hadisə 27 yanvar 2024-cü il tarixdə gecə saat 03 radələrində bacısı Mətanətin yaşadığı Samux rayonu Nəbiağalı qəsəbəsində yerləşən evdə baş vermiş, hadisə zamanı orada o, əri Fikrət və bacısı Mətanət olmuşdur, baş vermiş hadisə təxminən 30 dəqiqə davam etmişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir tələb və şikayəti yoxdur, ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə tərəfndən şahid X1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Şahid X5 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, Mətanət və Türkan dayısı qızlarıdır. O yaşca böyük olduğu üçün Mətanət və Türkan ona bibi deyə müraciət edirlər. Təqsirləndirilən şəxs Türkanın əridir, Fikrətlə heç bir düşmənçilik və ədavəti yoxdur. Türkanın Fikrətdən ayrılaraq bacısı Mətanətin yanında yaşadığını bilirmiş. xx.xx.2024-cü il tarixdə gecə saat 03 radələrində yaşadığı Samux rayonu Nəbiağalı qəsəbəsində yerləşən evində yatan zaman qapının döyüldüyünü eşitmişdir, çölə çıxan zaman görmüşdür ki, Türkan və Mətanət həyəcanlı halda qapıda daynmışlar, onların üstü başı pis gündə olmuş, həmçinin Mətanət yarı çılpaq vəziyyətdə olmuşdur. Onlardan nə olduğunu soruşan zaman bildirmişdirlər ki, gecə yatan zaman Fikrət onların evinə gələrək mübahisə yaratmış, onların hər ikisini döyərək üzərlərinə bıçaq çəkmişdir. Mətanət ona qolunu göstərmişdir ki, Fikrət bıçaqla onun qoluna xəsarət yetirib. Mətanətin qoluna baxan zaman onun qolunda bıçaq xəsarətininin olduğunu görmüşdür. Mətanət və Türkan onun evində 5-10 dəqiqə durdqudan sonra polislər onlara zəng vurmuş və onlar çıxıb getmişlər. Hadisə xx.xx.2024cü il tarixdə saat 03 radələrində baş vermiş, hadisənin necə baş verməsini görməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: xx.xx.2024-cü il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, Samux rayonu Nəbiağalı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evdə əri Təqsirləndirilən şəxs tərəfindən döyülən zaman Təqsirləndirilən şəxs cibindən çıxartdığı və təqdim edilmiş bıçağa baxış keçirilmiş, Baxış zamanı təqdim olunmuş bıçağın tiyəsində HEPЖ 6666 yazı yazıldığı, bıçağın uc hissəsində kiçik ölçülü dəliyin olduğu, bıçağın ümumi uzunluğu 23 sm, dəstəyinin uzunluğu 11 sm, ümumi uzunluğu 12 sm olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 04:00-da aparılmış müayinə nəticəsində Təqsirləndirilən şəxs alkoqolun konsentrasiyasının 0,5 promil olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxs tərəfindən verilmiş 27 yanvar 2024-cü il tarixli, 12 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2nun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol diz nahiyyəsinin əzilmiş yarası, sol bazu nahiyyəsinin hematoması, sağ almacıq, sağ dirsək, sol baldır, sol ayaq pəncəsi, sol əlin birinci barmağının qançırları, sağ qulaq seyvanının sıyrıqları, sağ İV-V barmaqların səthi kəsilmiş yaralarıdır ki, bu xəsarətlərdən səthi kəsilmiş yaralardan başqa digər qeyd edilən xəsarətlərbərk küt əşyanın (əşyaların təsiri nəticəsində əmələ gəlmişdir, qeyd edilən səthi kəsilmiş yaralar isə iti kənara malik kəsici alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxs tərəfindən verilmiş 27 yanvar 2024-cü il tarixli, 13 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyyən edilmiş xəsarətlər sağ yanaq, sol dirsək, sağ diz, sol çanaq nahiyyələrinin sıyrıqları, sağ saidin bir ədəd kəsilmiş-deşilmiş yarası, sağ biləyin bir ədəd, sağ diz nahiyyəsinin iki ədəd, döş qəfəsinin üç ədəd, sol çanaq nahiyyəsinin bir ədəd, kürək nahiyyəsinin bir ədəd, sol baldırın bir ədəd qançırları, sol baldırın bir ədəd əzilmiş yarası, sol budun hematoması xəsarətləridir ki, bu xəsarətlərdən sağ saidin kəsilmiş deşilmiş yarasından başqa qeyd edilən digər bütün xəsarətlər - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, sağ saidin kəsilmiş-deşilmiş yarası isə kəsici-deşici alətin təsirindən yaranmışdır, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 16/161 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlunun əvvəllər məhkumluğu olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa Yerə Getməmək Haqqında İltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmiş və aparılan araşdırmanın dayandırırlmasını xahiş etmiş, həmçinin məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə baxış iclasında məhkməyə təqdim etdiyi və iş materiallarına əlavə olunmuş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödədiyini bildirmiş və cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmişdir, bununla belə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışması, zərəçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsi nəzərə alınaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut hesab edilərək Samux RPŞ-nin saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs2 tərəfindən Samux RPŞ-nin Təhqiqat Qrupuna təqdim olunmuş 01 ədəd məişət təyinatlı mətbəx bıçağı məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 356, 384-cü maddələrini rəhbər tutub qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut hesab edilərək Samux RPŞ-nin saxlanc yerində saxlanılan 01 ədəd məişət təyinatlı mətbəx bıçağı məhv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar