Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-54/2023 06.11.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1967-ci ildə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Samux rayonu Qarayeri qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 6,03 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 15 iyul 2023-cü il tarixdə saat 22 radələrində Samux Rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı Samux rayon Qarayeri qəsəbəsi ərazisində yerləşən “Teymuroğlu” adlı yeməkxananın yaxınlığında saxlanılaraq Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan tünd göy şalvarın sağ yan cibindən həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıyıb üzərində saxladığı 1 (bir) ədəd “Keno Club” adlı siqaret qutusunda təmiz çəkisi 6,03 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ittiham olunduğu cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, gündəlik fəhləliklə məşğul olur. İlk dəfə o, narkotik vasitə olan nəşədən, yəni marixuanadan 1991-ci il tarixdə istifadə etmiş, “Birinci Qarabağ” müharibəsində iştirak etmiş, həmin vaxtdan onda ağrılar yaranmış, buna görə də ağrılarını sakitləşdirmək üçün nəşədən, yəni marixuanadan istifadə etmişdir. Həmçinin 2018-ci il tarixdə o, AR CM-nin 237.1-ci maddəsi ilə 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzamı tam çəkib qurtamışdır. 2023-cü ilin iyul ayının ortalarında yaşadığı Samux rayon Qarayeri qəsəbəsi ərazisində piyada çayxanaya gedən zaman yolun kənarında xatırlamadığı bir yerdə “Kent Club” markalı, ağız hissəsi açıq olan siqaret qutusu görmüşdür. Həmin qutunun içərisində siqaretin olmadığını və yaşıl rəngli nəsə bir şey olduğu onu cəlb etmişdir. O da həmin siqaret qutusunu götürüb içərisinə baxan zaman içərisində qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin siqaret qutusunu özüylə götürmüşdür ki, narkotik vasitəni özü istifadə etsin. Narkotik vasitəni tapdığı vaxtdan üzərində gəzdirirmiş, belə ki, o, ailəli olduğundan evdə gizlətməyə çəkinmiş və şalvarının cibində gəzdirmişdir ki, tez bir zamanda istifadə etsin. 15 iyul 2023-cü il tarixdə axşam saat 22 radələri olarmış ki, yaşadığı Samux rayon Qarayeri qəsəbəsində “Teymuroğlu” adlı yeməkxananın yanında olan zaman ona iki nəfər mülki geyimdə tanımadığı şəxslər yaxınlaşmış, onlar ona polis vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək ona demişdirlər ki, onun qanunsuz olaraq narkotik vasitə gəzdirməyi və istifadə etməyi barədə əməliyyat məlumatı vardır. Buna görə də ona Samux Rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə polis şöbəsinə getmişdir. O, Polis şöbəsinin inzibati binasında olan zaman ondan üzərində narkotik vasitə və digər qadağan olunmuş maddə olub-olmadığını soruşmuşlar, həmin vaxt üzərində, yəni əynində olan göy rəngli şalvarının sağ yan cibində narkotik vasitə olduğunu bildirmişdir. Onu dövlət hesabına müdafiəçi ilə təmin etmişlər və sonra o, həmin içərisində narkotik vasitə - nəşə, yəni qurudulmuş marixuana olan “Kent Club” markalı siqaret qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən qurudulmuş marixuana qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Qurudulmuş marixuana elektron tərəzidə çəkilən zaman çəkisi 10.51 qram olmuşdur. Həmin narkotik vasitəni yaşadığı qəsəbədə xatırlamadığı bir yerdən tapmışdır, özü istifadə etmək üçün üzərində gəzdirmişdir, hazırda isə əməlindən peşmandır. O, narkotik vasitə istifadə etdiyini heç kimə deməmiş, heç kimin də bundan xəbəri olmamışdır. Onun kiməsə narkotik vasitə satmaq fikri və niyyəti olmamışdır. Əvvəllər heç kəsdən narkotik vasitə, psixotrop maddə almamış, heç kimə narkotik vasitə satmamış, verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon Polis X1 qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 bildirdi ki, 15 iyul 2023-cü il tarixdə Samux rayon Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin şəxsin xx xxx 1967-ci il tarixdə Samux rayonu Qarayeri qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Samux rayon Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 15 iyul 2023-cü il tarixdə saat 22 radələrində Samux Rayon Polis Şöbəsinin CAB-nın axtarış üzrə əməliyyat müvəkkili polis baş-leytenantı Şahid2 ilə birlikdə Samux rayon Qarayeri qəsəbəsi istiqamətində hərəkət etmişlər. Təqsirləndirilən şəxs həmin vaxt Samux rayon Qarayeri qəsəbəsi ərazisində olması barədə əməliyyat məlumatı olmuşdur. Təqsirləndirilən şəxs Qarayeri qəsəbəsi ərazisində yerləşən “Teymuroğlu” adlı yeməkxananın yaxınlığında olması müəyyən edilmiş, onlar ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələri göstərmişdirlər və ona qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, gəzdirməyi və istifadə etməsi barədə əməliyyat məlumatları olduğunu, buna görə də onu Samux Rayon Polis Şöbəsinə getməyə dəvət etmişlər, Təqsirləndirilən şəxs isə heç bir etiraz etməmiş və onlar Samux Rayon Polis Şöbəsinə gəlmişlər. Polis şöbəsinin inzibati binasında Samux RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis baş-leytenantı Rəcəb Cəbrayılov tərəfindən xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan əynində olan tünd göy şalvarın sağ yan cibində saxladığı siqaret qutusunu təqdim edərək həmin qutuda qurudulmuş marixuana olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın çəkisi 10.51 qram olduğu müəyyən edilməklə qablaşdırılmış və AR DİN-nin 180 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitənin qurudulmuş marixuana olduğunu, şifahi olaraq həmin narkotik vasitəni 2-3 gün əvvəl yaşadığı Samux rayon Qarayeri qəsəbəsində yolun kənarında tapdığını və öz şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş, protokol tərtib olunarkən AR CPM-nin tələblərinə əsasən baxış zamanı və protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir ərizə, şikayət və təklif daxil olmamışdır. O göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananın istifadəçisidir, narkotik vasitə olan qurudulmuş marixuananı satış və ya satış məqsədi ilə əldə etməsi müəyyən edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1la eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur: Samux RPŞ-nin NİQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 15 iyul 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərarından görünür ki, Samux rayonu Qarayeri qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğundan onun yaxalanması və ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. 15 iyul 2023-cü il tarixdə saat 22:35-də Təqsirləndirilən şəxs Samux RPŞ-nin TQnun təhqiqatçısı polis baş leytenantı X5 qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 15 iyul 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, CAB-nın baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Samux RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, Şahid2, Samux RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti polis mayoru X7, Samux rayonu ərazisində fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmış və Təqsirləndirilən şəxs bu zaman əyinidçə olan tünd göy rəngli şalvarın sağ yan cibində saxladığı qara və ağ rəngli siqaret qutusu təqdim edərək həmin qutunun içərisində qurudulmuş “marixuana” olduğunu bildirmişdir. Həmin qutuda ilk baxışdan qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən olunmuş, həmin kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 10.51 qram olmuşdur. Kütlə qablaşdırılaraq götürülmüş və zərfə qoyularaq baxış iştirakçıları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. 17 iyul 2023-cü il tarixli Samux RPŞ-nin İQ-nin baş müstəntiqi polis mayoru X2 qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə bioloji ekspertizasının 16 iyul 2023-cü il tarixli 16/728 nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “15 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar edilmiş.” sözlər və imzalar olan kağız paketdəki, 1 ədəd “KENO CLUB” adlı siqaret qutusunda təmiz çəkisi 6,03 qram, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qəraraı ilə cəzasından 4 ay 25 gün vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Cəza müddəti başa çatdığından xx.xx.2020-ci ildə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə-narkoloji ekspertizasının 20 sentyabr 2023-cü il tarixli 1589 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə doğulmuş X3 atası Təqsirləndirilən şəxsdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»n İ Siyahısında qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması öz təsdiqini tapmışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs özü də, ona ittiham elan olunmuş cinayət əməlini törətdiyini etiraf edir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasından yüngül cəza növünün təyin olunmasına, yaxud onun azadlıqdan məhrumetməyə şərti məhkum olunmasına imkan vermir. Məhkəməni bu qənaətə gəlməyə təqsirləndirilən şəxsin əvvəllər CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilnərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq onun yenidən eyni xarakterli cinayəti törətməsi istiqamətləndirir. Bu səbəbdən də, məhkəmə belə qənaətə gəlir ki, ona yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir, onun himayəsində azyaşlı uşağının olması isə cəzasını yüngülləşdirən haldır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası müvafiq həddə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 06 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclası zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. İşdə mülki iddia və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. İş üzrə maddi sübutlar – Samux Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – 6,01 qram qudurulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, baxış və götürmə zamanı aparılmış videoçəkilişlərin qeyd edildiyi bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 32,40 (altmış dörd manat səksən qəpik) manat pul Təqsirləndirilən şəxs alınaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, Təqsirləndirilən şəxs göstərdiyi 49 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla cəmi 294 manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün cəzasından çıxılsın, üzərində qəti olaraq 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 06 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Samux Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – 6,01 qram qudurulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, baxış və götürmə zamanı aparılmış videoçəkilişlərin qeyd edildiyi bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi 49 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla cəmi 294 manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №1(058)-54/2023
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-54/2023
06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver