Məhkəmə qərarları › İş №1(058)-54/2024

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-54/2024

04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-54/2024 04.11.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Samux rayonu, Alıuşağı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir, belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 17 iyul 2019-cu il tarixdən hesablanmaqla 05 oktyabr 2006-cı il təvəllüdlü X1 və 28 sentyabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(058)-661/2019 saylı, 26 avqust 2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Samux Rayon Məhkəməsinin 3(058)-110/2020 saylı, 25 may 2020-ci il tarixli, 3(058)- 191/2021 saylı, 02 iyun 2021-ci il tarixli, 3(058)-154/2022 saylı, 19 may 2022-ci il tarixli qərarları ilə müvafiq olaraq ilk iki halda 10 gün, digər halda 12 gün müddətlərinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 18 yanvar 2024-cü il tarixədək Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(058)-661/2019 saylı, 26 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən 13656 manat ödənilməmiş aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi zıyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 03 sentyabr 2004-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və onlar rəsmi nikah münasibətlərində olduğu müddətdə 05 oktyabr 2006-cı il təvəllüdlü X6 və 28 sentyabr 2009-cu il təvəllüdlü X9 adlı övladları anadan olmuşdur. O, nikah münasibətlərində olduğu müddətdə Zərərçəkmiş şəxs ilə yola getmədiyindən ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da uşaqlar anası Zərərçəkmiş şəxs himayəsində, Goranboy rayonunda, Nahidənin ata evində yaşamışdır. Onlar ayrılandan sonra Zərərçəkmiş şəxs uşaqları tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə nikahın pozulması, aliment tələbinə dair iddia qaldırmış və Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 26 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən ondan 17 iyul 2019-cu il tarixdən hesablanmaqla 05 oktyabr 2006-cı il təvəllüdlü X1 və 28 sentyabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Samux rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, ödəməli olduğu aylıq alimenti ödəmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Samux Rayon Məhkəməsinin 25 may 2020-ci il tarixli, Samux Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli və Samux Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli qərarları ilə müvafiq olaraq ilk iki halda 10 gün, digər halda 12 gün müddətlərinə inzibati qaydada həbs edilmişdir. Samux rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 18 yanvar 2024-cü tarixli təqdimat əsasında Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 26 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən 13656 manat ödənməmiş aliment borcu yığılıb qalmışdır. O, övladına baxmalı olduğunu dərk etdiyini, sadəcə qətnamədə qeyd edilən aliment məbləğinin çox olduğunu, buna görə də qətnamə ilə razı olmadığını, lakin alimentin azaldılması üçün məhkəməyə müraciyyət etmədiyini, məşğulluq mərkəzinə müraciyyət etmədiyini, Zərərçəkmiş şəxs uşaqlarla görüşməyə imkan vermədiyi üçün alimenti ödəmədiyini, fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu, yəni qəlibçi işlədiyini, aylıq gəlirinin 400-450 manat təşkil etdiyini, indiki zamana qədər yaranmış aliment borcundan 3624 manat ödəniş etdiyini, lakin təqdimat verilən tarixədək yaranmış 13656 manat məbləğində aliment borcundan isə heç bir ödəniş etmədiyini ifadəsində göstərmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 03 sentyabr 2004-cü il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurmuş və bu nikahdan 05 oktyabr 2006-cı il təvəllüdlü X6 və 28 sentyabr 2009-cu il təvəllüdlü X9 adında övladları anadan olmuşdur. X7 onlar evli olduğu müddətdə usta işləmiş qazancı 800-900 manat təşkil etmiş və həmin müddətdə onlar Samux rayonunda Təqsirləndirilən şəxs ata evində birlikdə yaşamışdırlar. İlqar İsrafılovun aylıq yetərli qədər gəliri olsa da ancaq öz yemək içməyinə, tüfeyli həyatına xərcləmişdir. O, nikahda olduğu müddətdə Təqsirləndirilən şəxs ilə yola getməmiş, buna görə də ayrılmaq qərarına gəlmiş və uşaqlar onun himayəsində qalmışdır. Onlar ayrılandan sonra X8 uşaqların saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmişdir. O, isə uşaqları tək başına saxlaya bilmədiyindən 2019-cu ildə Təqsirləndirilən şəxs qarşı məhkəmədə nikahın pozulması və alıment tələbinə dair iddia qaldırmış və Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 26 avqust 2019-cu İl tarıxlı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 17 iyul 2019-cu il tarıxdən hesablanmaqla 05 oktyabr 2006-cı il təvəllüdlü X1 və 28 sentyabr 2009-cu ıl təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bır uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Samux rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilsə də aylıq ödəməli alimenti ödəməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Samux Rayon Məhkəməsinin 25 may 2020-ci il tarixli, 02 iyun 2021-ci il tarixli və 19 may 2022-ci il tarixli qərarları ilə müvafiq olaraq ilk iki halda 10 gün, digər halda 12 gün müddətlərinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də ödəməli olduğu aylıq alimenti ödəməmiş, yəni Samux rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 18 yanvar 2024-cü il tarixli təqdimat əsasında Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 26 avqust 2019cu il tarixli qətnaməsinə əsasən 13656 manat ödənilməmiş aliment borcu yaranmışdır. Bu müddət ərzində övladı ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməkliyi olmamışdır. Təqsirləndirilən şəxs qanunamüvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, Samux Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2(058)-661/2019 saylı qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün borclu Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra vərəqi və ona əlavə olunmuş qətnamə xx.xx.2019-cu il tarixdə Samux rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada borcluya icraata başlamaq haqqında qərar və tələbin könüllü icrasının təmin edilməsi üçün bildiriş göndərilmişdir. Təqsirləndirilən şəxs aliment üzrə yaranmış borcu icra etməmiş, onun izahatı alınmış, həmçinin rəsmi xəbərdarlıq edilmiş, haqqında sorğular edilmiş və bütün bunlara baxmayaraq icra sənədi üzrə borclu tələbin icrasından qərəzli olaraq yayınmışdır. Borclu edilən xəbərdarlıqlara baxmayaraq borcunu tam ödəmədiyinə və icra məmurunun çağırışlarına gəlmədiyinə görə barəsində məcburi gətirilməsinə dair Samux Rayon Məhkəməsinə təqdimat verilmiş və həmin məhkəmənin 8(058)-10/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə məcburi gətirilməsinə dair qərar qəbul edilərək, icra edilməsi üçün aidiyyəti üzrə müvafiq orqana göndərilmiş, lakin borclunun yaşayış yeri müəyyən edilmədiyindən, xx.xx.2020-ci il tarixdə axtarış qərarı qəbul edilərək, Samux Rayon Polis Şöbəsinə göndərilmiş və 810068 saylı axtarış işi açılmışdır. xx.xx.2020-cı il tarixdə borclu polis əməkdaşları tərəfindən saxlanılaraq, şöbəyə təhvil verilmiş, qanuna müvafiq tədbirlər görülərək, ona qanun tələbləri izah edilmiş, izahatı alınmış, borcunun ödənilməsinə dair rəsmi xəbərdarlıq edilsə də, borclu müəyyən bəhanələr gətirərək borcunu ödəməmişdir. Bu səbəbdən də, borcunu ödəmədiyinə görə barəsində inzibati protokol tərtib edilmiş və Samux Rayon Məhkəməsinin 3(058)-110/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Yenidən borclu barəsində icra tədbirləri davam etdirilərək, ona borcun ödənilməsi üçün müxtəlif vaxtlarda xəbərdarlıqlar edilməsinə baxmayaraq, borcunu ödəməmiş və icra məmurunun çağrışlarına gəlməmişdir. Bütün qanuni tədbirlər görülməsinə baxmayaraq, borclu bunlardan nəticə çıxarmamış, yaranmış borcunu ödəmədiyi üçün barəsində verilmiş MN-0396284 nömrəli, xx.xx.2021-ci il tarixli inzibatı protokola əsasən Samux Rayon Məhkəməsinin 3(058)191/2021 saylı, 02.06 2021-cı il tarıxlı qərarı ilə 10 gün, MN-1057872 nömrəli, xx.xx.2022-ci il tarıxlı inzibati protokola əsasən həmin məhkəmənin 3(058)- 154/2022 saylı, xx.xx.2022-cı il tarixli qərarı ilə 12 gün müddətinə inzibati qaydada həbs edilmış, lakın borclu yenə qərəzli mövqe tutaraq borcunu ödəməkdən yayınmış, izahat verərək, 100 manatdan artıq ödəməyəcəyini bildirmişdir. Həmçinin borclunun ünvanına gedilmiş, əmlak vəziyyəti yoxlanılmış, lakin tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Aparılmış araşdırma zamanı borclu Təqsirləndirilən şəxs təqaüdü aşkar edilmiş və aşkar edilən kimi borclunun təqaüdünün 70% inkasso qoyulmuşdur. Tələbkar isə ərizə ilə şöbəyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə daxil olmaqla borclunun 11450 manat aliment borcunun yığıldığını və onunla qərəzli davrandığını, müəyyən hədə-qorxular gəldiyini, borcunu ödəmədiyi üçün cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Borclu alimentin və yaranmış aliment borcunun ödənilməsindən qərəzli olaraq yayındığından xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü ilədək 17280 manat aliment borcundan 3624 manat məbləğində ödəniş etmiş, 13656 manat məbləğində aliment borcu qalmışdır. Təqdimatda borclu tərəfindən məhkəmə qərarının qərəzli olaraq icra edilməməsini özündə ehtiva edən sübut və əsaslar göstərilmişdir. Belə ki, məhkəmə qərarının icrasının məcburiliyi dəfələrlə borclu Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məhsuliyyətə cəlb edilməsindən, daha sonra isə cinayət məsuliyyətinə cəlb olunacağı barədə edilmiş xəbərdarlıqdan nəticə çıxarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid2 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən edilir: Samux Rayon Məhkəməsinin 2(058)-661/2019 saylı, 26 avqust 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, tərəflərin birgə nikahından 05 oktyabr 2006-cı il tarixdə anadan olmuş X2 və 28 sentyabr 2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay hər növ qazancından, hər uşaq üçün 160 manat olmaqla, iki nəfər uşaq üçün cəmi 320 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. 02 sentyabr 2019-cu il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin 2(058)-661/2019 saylı, 26 avqust 2019-cu il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. xx.xx.2019-cu il tarixli xəbərdarlığın surətindən görünür ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin 2(058)-661/2019 saylı, 26 avqust 2019-cu il tarixli icra sənədinə əsasən öhdəliklərini icra etməsi tələb olunmuş, əks halda icra tədbirlərinin məcburi qaydada həyata keçirilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin 2(058)-661/2019 saylı, 26 avqust 2019-cu il tarixli icra sənədinə əsasən öhdəliklərini icra etməsi tələb olunmuş, əks halda icra tədbirlərinin məcburi qaydada həyata keçirilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin 2(058)-661/2019 saylı, 26 avqust 2019-cu il tarixli icra sənədinə əsasən öhdəliklərini icra etməsi tələb olunmuş, əks halda icra tədbirlərinin məcburi qaydada həyata keçirilməsi barədə xəbərdarlıq edilmişdir. Samux Rayon Məhkəməsinin 8(058)-10/2020 saylı, 17 fevral 2020-ci il tarixli qərardadına əsasən Samux Rayon Məhkəməsinin 2(058)-661/2019 saylı, 26 avqust 2019cu il tarixli icra sənədi üzrə borclu Samux rayon Alıuşağı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Samux rayon icra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Samux Rayon Məhkəməsinin 3(058)-110/2020 saylı, 25 may 2020-ci il tarixli qərar ilə inzibati xəta törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün inzibati qaydada həbs edilmişdir. Samux Rayon Məhkəməsinin 3(058)-15/2021 saylı, 08 fevral 2021-ci il tarixli qərardadı ilə 2(058)-661/2019 saylı, 26 avqust 2019-cu il tarixli icra sənədi üzrə borclu Samux rayon Alıuşağı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Samux rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin 2(058)-661/2019 saylı, 26 avqust 2019-cu il tarixli icra sənədinə əsasən öhdəliklərini icra etməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Samux Rayon Məhkəməsinin 3(058)-191/2021 saylı, 02 iyun 2021-ci il tarixli qərar ilə inzibati xəta törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün inzibati qaydada həbs edilmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin 2(058)-661/2019 saylı, 26 avqust 2019-cu il tarixli icra sənədinə əsasən öhdəliklərini icra etməsi tələb olunmuş, əks halda icra tədbirlərinin məcburi qaydada həyata keçirilməsi barədə xəbərdarlıq edilmişdir. Samux Rayon Məhkəməsinin 3(058)-154/2022 saylı, 19 may 2022-ci il tarixli qərar ilə inzibati xəta törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 gün inzibati qaydada həbs edilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin 2(058)-661/2019 saylı, 26 avqust 2019-cu il tarixli icra sənədinə əsasən öhdəliklərini icra etməsi tələb olunmuş, əks halda icra tədbirlərinin məcburi qaydada həyata keçirilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat qeyd olunmamışdır. 29 may 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 29 may 2024-cü il tarixli qətimkan təbdbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Müəyyən edilir ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin 2(058)- 661/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin icra olunması ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməyə görə bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq həmin qətnamə borclu tərəfindən icra edilməmişdir. Cinayət işinin məhkəmə icraatı dövründə təqsirləndirilən şəxs maddi vəziyyətinin imkan verməməsi ilə əlaqədar qətnaməni icra edə bilməməsini qeyd etmiş və borcunu yaxın müddətdə ödəyəcəyini bildirmişdir. Məhz həmin səbəbdən məhkəmə iclasları bir neçə dəfə təxirə salınsa da Təqsirləndirilən şəxs borcundan heç bir ödəniş etməmiş, qətnamənin icra edilməsi ilə bağlı demək olar ki, heç bir əməli tədbir görməmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin qətnamənin icrasına olan qərəzli münasibəti şübhə doğurmur, əksinə cinayət işi üzrə bütün faktiki hallar və sübutların məcmusu ilə təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.2-ci maddələrinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. Beləliklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, ictmai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qətnamənin icrasına olan münasibəti, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin illərlə icra olunmaması, alimentin ödənilməməsi nəticəsində uşağın qanunla qorunan mənafelərinin pozulması Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini artırır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 8-ci, 41-ci, 58-ci maddələrinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasından yüngül cəza növünün təyin olunması mümkün deyildir. Bu səbəbdən də, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, o, həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməldir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən isə həmçinin həbsdə saxlama yerinin müdiriyyəti vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətlər ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar