Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-56/2024 26.08.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəlllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, Zərdabi küçəsi, ev 75-də qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla dəqiq müəyyən edilə bilməyən tarixdə və mənbədən əldə etdiyi xeyli miqdar hesab edilən, əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan 12 (on iki) ədəd ümumi təmiz çəkisi yaş halda 190 qram olan çətənə (kannabis) bitkilərini 2024-cü ilin aprel ayının istintaqa məlum olmayan günündə Çobanabdallı-Aznixi yolunun Samux rayonu Çobanabdallı kəndindən keçən hissəsində yerləşən əvvəllər yeməkxana kimi fəaliyyət göstərmiş və hazırda istifadə edilməyən “Adilin Kafesi” adlanan tikilinin dəhlizində olan pəncərinin qarşısında 07 ədəd dibçəkdə şəxsi istifadə etmək məqsədi ilə qəsdən qanunsuz olaraq əkib, onlara aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 03 may 2024-cü il tarixdə saat 10:30 radələrində Samux rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qəsdən olaraq kultivasiya etdiyi həmin əkib becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan 12 (on iki) ədəd ümumi təmiz çəkisi yaş halda 190 qram olan çətənə (kannabis) bitkiləri Çobanabdallı- Aznixi yolunun Samux rayonu, Çobanabdallı kəndindən keçən hissəsində yerləşən əvvəllər yeməkxana kimi fəaliyyət göstərmiş və hazırda istifadə edilməyən “Adilin Kafesi” adlanan tikilinin dəhlizində olan pəncərinin qarşısında 07 ədəd dibçəkdən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 1 (bir) ədəd sarı rəngli sellofan torbada təmiz çəkisi 385 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib Çobanabdallı-Aznixi yolunun Samux rayonu Çobanabdallı kəndindən keçən hissəsində yerləşən əvvəllər yeməkxana kimi fəaliyyət göstərmiş və hazırda istifadə edilməyən “Adilin Kafesi” adlanan tikilinin mətbəx otağında gizlədərək qəsdən qanunsuz olaraq saxlamış və 03 may 2024-cü il tarixdə saat 10:30 radələrində Samux rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Çobanabdallı-Aznixi yolunun Samux rayonu, Çobanabdallı kəndindən keçən hissəsində yerləşən əvvvəllər yeməkxana kimi fəaliyyət göstərmiş və hazırda istifadə edilməyən “Adilin Kafesi” adlanan tikilinin mətbəxində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib gizlədərək qəsdən qanunsuz olaraq saxladığı 1 (bir) ədəd sarı rəngli sellofan torbada təmiz çəkisi 385 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində bildirdi ki, o, epizodik olaraq narkotik vasitə olan marixuana istifadə edir. 2024-cü ilin mart ayında cəza çəkmə müəssisəsindən çıxmışdır. 2024-cü ilin aprel ayının əvvəllərində Samux rayonu Kür çayının sahilində yerləşən kafelerdə özünə iş axtarmağa getmiş, həmin zaman orada yerdən sellofan tapmış, sellofana baxan zaman tanıdığı qurudulmuş marixuana olduğunu görmüş və həmin sellofan torbanı özü ilə birlikdə götürüb Çobanabdallı-Aznixi yolunun Samux rayonu Çobanabdallı kəndindən keçən hissəsində yerləşən əvvəllər yeməkxana kimi fəaliyyət göstərmiş və hazırda istifadə edilməyən “Adilin Kafesi” adlanan tikilinin içərisində gizlətmişdir. O, marixuanaya baxan zaman marixuananın yabanı olduğunu bilmiş və buna görə də qərara gəlmişdir ki, həmin marixananın toxumlarından əkib yetişdirsin. O, marixuananın toxumalarını götürüb 07 ədəd dibçəkdə əkmişdir. O, tapmış olduğu marixuananı isə tikilinin mətbəx otağında gizlətmiş və ara bir ondan istifadə etmişdir. Əkmiş olduğu toxumlardan 12 ədədi böyümüş və o, mütamadi olaraq Çobanabdallı-Aznixi yolunun Samux rayonu, Çobanabdallı kəndindən keçən hissəsində yerləşən “Adilin Kafesi” adlanan tikiliyə gedərək əkmiş olduğu çətənə kollarına peyin vemiş, diblərini yumşalmış, kənarlarında bitən alaq otlarını təmizləmiş, onlara su vermiş və heç kim olmayan vaxtlarda həmin kolları gün şüasına çıxarmışdır. xx.xx.2024-cü il tarixdə piyada Samux rayonu, Çobanabdallı kəndinə gedərək həmin tikilidə dibçəkdə əkmiş olduğu çətənə kollarına qulluq edən vaxt saat təxminən 10 radələrində iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib vəsiqələrini göstərmiş və ondan orada nə işlə məşğul olduğunu soruşmuşlar. O, polis əməkdaşlarına çətənə kolu əkdiyini bildirmişdir. Bundan sonra hadisə yerinə təhqiqatçı, aqranom gətirmişlər. Polis əməkdaşları və aqronomun iştirakı ilə Çobanabdallı-Aznixi yolunun Samux rayonu Çobanabdallı kəndindən keçən hissəsində yerləşən “Adilin Kafesi” adlanan tikiliyə baxış keçirilmişdir. Baxış zamanı onun 07 ədəd dibçəkdə əkmiş olduğu, cəmi 12 ədəd çətənə kolları tikilinin dəhlizində pəncərinin qarşısından dibçəkdən çıxarılaraq qablaşdırılaraq götürülmüş və onun ümumi çəkisi qablaşdırma ilə birlikdə 265 qram olmuşdur. Sonra ondan əlavə olaraq narkotik vasitə saxlayıb saxlamadığını şifahi olaraq soruşmuşlar, o da polis əməkdaşlarına tikilinin mətbəx otağında qurudulmuş marixuana gizlətdiyini demişdir. Bundan sonra Polis əməkdaşlarına könüllü olaraq sellofanda gizlədərək saxladığı marixuananı təqdim etmişdir. Həmin qurudulmuş marixuana elelktron tərəzidə çəkilmiş və 400 qram olmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Samux rayon Polis şöbəsinin Kibercinayətkarlğa Qarşı Mübarizə Qrupunun baş əməliyyat müvəkkili, polis mayoru vəzifəsində işləyir. 03 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin Çobanabdallı-Aznixi yolunun Samux rayonu, Çobanabdallı kəndindən keçən hissəsində yerləşən əvvəllər yeməkxana kimi fəaliyyət göstərmiş və hazırda istifadə edilməyən “Adilin Kafesi” adlanan tikilinin içərisində qanunsuz olaraq narkotik xassəli çətənə bitkiləri əkib-becərməsi barədə Samux RPŞ CAB-na əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat dərhal Samux RPŞ-nin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə olan çətənə kolları əkməsi ehtimal olunan Samux rayonu Çobanabdallı-Aznixi yolunun Samux rayonu, Çobanabdallı kəndindən keçən hissəsində yerləşən “Adilin Kafesi” adlanan tikiliyə baxış keçirilməsi ilə bağlı təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar çıxarılmışdır. Həmçinin, şöbə əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupu yaradılaraq, keçiriləcək baxışda iştirak etmək üçün aqronom ixtisasına malik, Samux rayonu, Qarabağlar kəndində qeydiyyatda olan və yaşayan Şahid3 mütəxəssis qismində könüllü olaraq tədbirə cəlb olunmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 10:30 radələrində, Samux RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı Sərxan Sadıqovla birlikdə Samux rayonu Çobanabdallı kəndinə getmişlər. Onlar Çobanabdallı-Aznixi yolunun Samux rayonu, Çobanabdallı kəndindən keçən hissəsində yerləşən əvvəllər yeməkxana kimi fəaliyyət göstərmiş və hazırda istifadə edilməyən “Adilin Kafesi” adlanan tikilinin içərisində Təqsirləndirilən şəxs adlı şəxsi çətənə kollarına aqro texniki qulluq edən zaman saxlamışlar. Xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs orada nə işlə məşğul olduğunu soruşan zaman Təqsirləndirilən şəxs orada şəxsi istifadəsi üçün narkotik tərkibli çətənə bitkiləri əkib becərdiyini səmimi olaraq etiraf etmişdir. Bundan sonra hadisə yerinə Samux RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru Ehtiram Qafarov, aqranom Şahid3 gəlmişlər. Aqronumun iştirakı ilə Təqsirləndirilən şəxs çətənə kollarını əkmiş olduğu tikiliyə baxış keçirilmişdir. Baxış zamanı tikilinin dəhlizində olan pəncərinin qarşısında 07 ədəd dibçəkdə 12 narkotik tərkibli çətənə kolları aşkar olunmuşdur. Aşkar olunmuş, 12 ədəd narkotik vasitə hesab edilən çətənəyə oxşar kollar elektron tərəzidə çəkilmiş və çəkinin 265 qram olması müəyyən edilmişdir. Bundan sonra aşakar olunmuş narkotik vasitə hesab edilən çətənəyə oxşar kolları qablaşdırılmış və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs digər yerdə qanunla qadağan olunmuş narkotik bitki və ya maddə saxlayıb-saxlamadığı bildirilmiş, olduğu halda könüllü təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs tikilidə digər otaqda (mətbəx) 2024-cü ilin aprel ayının əvvəllərində Kür çayının sahilində tapdığı qurudulmuş marixuananı gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin qurudulmuş marixuananı təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs digər otağa (mətbəx) keçərək daşların arasında gizlətdiyi sarı rəngli sellofan torbanı təqdim etmişdir. Sellofan torbaya özünün və iştirakçıların iştirakı ilə baxış keçirilmişdir, baxış zamanı sellofan torbanın içərisində qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmişdir və çəkinin 400 qram olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Aqronomluq fakültəsini tam kurs bitirmiş və rəsmi olaraq Samux Samux RİHB aparatının Sosial-iqtisadi İnkişaf Şöbəsində baş məsləhətçi vəzifəsində çalışır. 03 may 2024-cü il tarixdə DİN-nin Samux RPŞ-nin təhqiqatçısı polis mayoru Ehtiram Qafarov tərəfindən Çobanabdallı-Aznixi yolunun Samux rayonu, Çobanabdallı kəndindən keçən hissəsində yerləşən “Adilin Kafesi” adlanan tikilinin içərisində Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkiləri əkməsi ehtimal olunan əraziyə baxış keçirilməsi üçün mütəxəssis qismində iştirakı ilə bağlı qərar qəbul edilərək hüquq və vəzifələri izah edilmiş və sonra həmin tarixdə, yəni 03 may 2024-cü il tarixdə saat 10:30 radələrində Samux RPŞ -nin əməliyyat qrupunun üzvləri ilə polis şöbəsinə məxsus xidməti avtomobillərlə Çobanabdallı-Aznixi yolunun Samux rayonu, Çobanabdallı kəndindən keçən hissəsində yerləşən “Adilin Kafesi” adlanan tikiliyə Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkiləri əkməsi ehtimal olunan əraziyə gedilmiş, həmin yerə Təqsirləndirilən şəxs iştirakı ilə baxış və götürmə İstintaq hərəkəti keçirilmişdir. Baxış zamanı tikilinin dəhlizində olan pəncərinin qarşısında 07 ədəd dibçəkdə 12 narkotik tərkibli çətənə kolları aşkar olunmuşdur. Aşkar olunmuş, 12 ədəd narkotik vasitə hesab edilən çətənəyə oxşar kollar elektron tərəzidə çəkilmiş və çəkinin 265 qram olması müəyyən edilmişdir. Bundan sonra aşakar olunmuş narkotik vasitə hesab edilən çətənəyə oxşar kollar qablaşdırılmış və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs digər yerdə qanunla qadağan olunmuş narkotik bitki və ya maddə saxlayıb-saxlamadığı bildirilmiş, olduğu halda könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin tikilidə digər otaqda (mətbəx) 2024-cü ilin aprel ayının əvvəllərində Kür çayının sahilində tapdığı qurudulmuş marixuananı gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin qurudulmuş marixuananı təqdim etməsi təklif edilmişr, Təqsirləndirilən şəxs digər otağa (mətbəx) keçərək daşların arasında gizlətdiyi sarı rəngli sellofan torbanı təqdim etmişdir. Sellofan torbaya özünün və iştirakçıların iştirakı ilə baxış keçirilmişdir, baxış zamanı sellofan torbanın içərisində qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmişdir və çəkinin 400 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitə hesab edilən çətənəyə oxşar kollar və qurudulmuş marixuanaya bənzər kütlələr qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Beləliklə, məhkəmə iclasında sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istintaqla dəqiq müəyyən edilə bilməyən tarixdə və mənbədən əldə etdiyi xeyli miqdar hesab edilən, əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan 12 (on iki) ədəd ümumi təmiz çəkisi yaş halda 265 qram olan çətənə (kannabis) bitkilərini istintaqa məlum olmayan tarixdə və vaxtda - Çobanabdallı-Aznixi yolunun Samux rayonu, Çobanabdallı kəndindən keçən hissəsində yerləşən əvvəllər yeməkxana kimi fəaliyyət göstərmiş və hazırda istifadə edilməyən “Adilin Kafesi” adlanan tikilidə şəxsi istifadə etmək məqsədi ilə qəsdən qanunsuz olaraq əkib, onlara aqrotexniki qaydada qulluq göstərərək ətraflarını yumşaldaraq sulamış, alaq otlarından təmizləmiş, və bu bitkilərin yaxşı bəslənməsi üçün kök ətrafına peyin verib becərib yetişdirməklə kultivasiya etməsi, 03 may 2024-cü il tarixdə saat 10:30 radələrində Samux rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qəsdən olaraq kultivasiya etdiyi həmin əkib becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan 12 (on iki) ədəd ümumi təmiz çəkisi yaş halda 265 qram olan çətənə (kannabis) bitkiləri Samux rayonu, Hacallı kəndi ərazisində yerləşən sahibsiz ərazidən aşkar edilərək götürülmüşdür. Bundan əlavə sorğu zamanı Təqsirləndirilən şəxs digər yerdə qanunla qadağan olunmuş narkotik bitki və ya maddə saxlayıb-saxlamadığı bildirilmiş, olduğu halda könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin tikilidə digər otaqda (mətbəx) 2024-cü ilin aprel ayının əvvəllərində Kür çayının sahilində tapdığı qurudulmuş marixuananı gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin qurudulmuş marixuananı təqdim etməsi təklif edilmişdir, bu zaman Təqsirləndirilən şəxs digər otağa (mətbəx) keçərək daşların arasında gizlətdiyi sarı rəngli sellofan torbanı təqdim etmişdir. Sellofan torbaya özünün və iştirakçıların iştirakı ilə baxış keçirilmişdir, baxış zamanı sellofan torbanın içərisində qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmişdir və çəkinin 400 qram olması müəyyən edilərək götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 bölməsinin xx.xx.2024-cü il tarixli, 16/512 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs sözlər və imzalar olan sarı rəgli polietilen torbada təmiz çəkisi 385 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Marixuananın təmiz çəkisi – 385 qram, tədqiqata sərv edildi – 0.1 qram, qalıq 384.9 qram) Tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs sözlər və imzalar olan 1 ədəd sintetik kisədə 12 (on iki) ədəd, ümumi təmiz çəkisi 190 qram bitki nümunələri, əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli –çətənə (kannabis) bitkiləridir. (Çətənə bitkisi 12 ədəd, ümumi çəkisi 190 qram, təqdiqata istifadə olundu cəmi -0.24 qram qalıq-189.76 qram) ekspertiza xərci 32.40 manat). xx.xx.2024-cü il tarixli aqranom (mütəxəssis) Şahid3 mütəxəssis rəyindən görünür ki, təqdim edilmiş 7 (yeddi) ədəd dipçəyə əkilmiş 12 ədəd çətənə kollarına və həmin tikilinin içərisində yerləşən sanitar qovşağında aşkarlanmış 0,400 kiloqram qurudulmuş çətənəyə aqrotexniki qaydada qulluq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli 1(044)-39/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2,228.1, 177.2.2,177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan iş üzrə alınmış portal məlumatlarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli 1(044)-39/2022 nömrəli hökmü ilə təyin olunmuş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilərək ona qəti olraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına təyin olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(001)-178/2024 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş 03 il müddətə azadlıqdan məhrum etmə cəzasının 02 ay 04 gün vaxıntdan əvvəl şərti olaraq azad edilmişdir. İş materiallarına əlavə olunmuş Samux Rayon Məhkəməsinin 04 may 2024-cü il tarixli 4(058)-25/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 03 may 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 124305/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(001)-178/2024 nömrəli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edildiyi 02 (iki) ay 04 (dörd) gün müddətinin şübhəli şəxs kimi saxlandığı 03 may 2024-cü il tarixədək 01 (bir) ay 06 (altı) günü keçmiş, 28 (iyirmi səkkiz) gün hissəsi isə qalmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 1166 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkamaniya Xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinməli və bu maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması, cəzanı ağırlaşdıran haldır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətmiş, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-in 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikasının CM-in 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edib, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrinirn sanksiyasında qeyd olunan cinayət əməli bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 234.1 və 237.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(001)-178/2024 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş 03 il müddətə azadlıqdan məhrum etmə cəzasının 02 ay 04 gün vaxıntdan əvvəl şərti olaraq azad edilmişdir. Həmin qərardan göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şərti olaraq 02 ay 04 gün vaxıntdan əvvəl cəzadan azad edildiyi müddətdə yenidən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.2-ci maddəsinə əasan hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Təqsirləndirilən şəxs CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən birləşdirilməli, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(001)-178/2024 nömrəli Təqsirləndirilən şəxs şərti olaraq 02 ay 04 gün vaxıntdan əvvəl cəzadan azad edilməsi ilə bağlı qərarı ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 384.9 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 189,76 qram 12 (on iki) ədəd olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertizasının xərci 32.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli şərti olaraq cəzadan vaxtından əvvəl azad etmə barədə qərarı ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş 03 il azadlıqdan məhrum etmə cəzasından çəkilməmiş qalan 02 (iki) ay 04 (dörd) gün hissəsi hazırkı hökmlə təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisənidə çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 384.9 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 189,76 qram 12 (on iki) ədəd olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının xərci 32.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-56/2024
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-56/2024
26.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver