Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-57/2024 19.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Resbublikası Baş X1 müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Samux şəhərində fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Samux rayonu, Tatlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Samux rayonu, Tatlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2019-cu il tarixdən hesablanmaqla 05 iyun 2014-cü il təvəllüdlü X3 və 04 fevral 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq, Zərərçəkmiş şəxs verilməsinə dair Ağstafa Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 09 yanvar 2020-ci il tarixli 2(015)-97/2020 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(058)-127/2023 nömrəli qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixlərdə rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 18 mart 2024-cü il tarixədək Ağstafa Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 3(058)-127/2023 nömrəli qətnaməsinə əsasən 11288 manat ödənməmiş aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, Zərərçəkmiş şəxs ilə 25 fevral 2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və nikah münasibətlərində olduqları müddətdə 05 iyun 2014-cü il təvəllüdlü X8 və 04 fevral 2018-ci il təvəllüdlü X9 adlı övladları anadan olmuşdur. O, nikah münasibətlərində olduğu müddətdə Zərərçəkmiş şəxs ilə yola getmədiyindən ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da uşaqlar anası Zərərçəkmiş şəxs himayəsində, Ağstafa rayonunda, Qacaq Kərəm kəndində Ayşənin ata evində yaşamışlar. Onlar ayrılandan sonra Zərərçəkmiş şəxs uşaqları tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Ağstafa Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 09 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2019-cu il tarixdən hesablanmaqla 05 iyun 2014-cü il təvəllüdlü X3 və 04 fevral 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq, Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Samux rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, ödəməli olduğu aylıq alimenti ödəmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Samux rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 18 mart 2024-cü tarixli təqdimat əsasında Ağstafa Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 09 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən 11288 manat ödənməmiş aliment borcu yığılıb qalmışdır. O, övladına baxmalı olduğunu dərk edir. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi X12 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. Qızı Təqsirləndirilən şəxs ilə 2013-cü il tarixdə faktiki nikah münasibətlərinə girməklə ailə həyatı qurmuş, nikahları isə 25 fevral 2014-cü tarixdə rəsmiləşdirilmişlər və bu nikahdan 05 iyun 2014-cü il təvəllüdlü X8 və 04 fevral 2018-ci il təvəllüdlü X9 adında övladları anadan olmuşdur. Qızı uşaqları tək başına saxlaya bilmədiyindən 2020-cu ildə Təqsirləndirilən şəxs qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Ağstafa Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 09 yanvar 2020ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla 05 iyun 2014-cü il təvəllüdlü X3 və 04 fevral 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq qızına verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Samux rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilsə də aylıq ödəməli alimenti ödəməmişdir. Ağstafa Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 09 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən 11288 manat ödənməmiş aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində bildirdi ki, Ağstafa Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(015)-97/2020 nömrəli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq hər bir uşağa görə hər ay 160,00 manat olmaqla, cəmi 320,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə və ona əlavə olunmuş icra vərəqi xx.xx.2020-ci il tarixdə Samux rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada borcluya icraata başlamaq haqqında qərar və tələbin icrasının təmin edilməsi üçün bildiriş göndərilmişdir. xx.xx.2021-ci il tarixdə tələbkar Zərərçəkmiş şəxs Samux Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs 6400 manat borcunun olduğunu bildirmişdir. Görülmüş tədbirlər nəticəsində xx.xx.2021-ci il tarixdə borclu şöbəyə gəlmiş, onun izahatı alınarkən ötən dövrlərdən yığılmış aliment borcunu ödəməyə imkanı olmadığını, eləcədə sabit olan 320 manat aliment pulundan yalnız 240 manat miqdarında ödəyə biləcəyini bildirmişdir. Bununla da borclu Təqsirləndirilən şəxs həmin tarixdə rəsmi xəbərdarlıq edilmişdir. xx.xx.2021-ci il tarixdə borclunun işlə təmin olunması üçün Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin X6 Agentliyinin 6 saylı Ərazi Məşğulluq Filialına təklif məktubu göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X6 Agentliyinin 6 saylı Ərazi Məşğulluq Filialının xx.xx.2021-ci il tarixli **********2 saylı cavab məktubuna əsasən sonuncuya iş təklif edilmişdir. xx.xx.2022ci il tarixdə icra sənədinin icrasının davam etdirilməsi üçün icra sənədi icra məmuru Şahid1 icraatına verilmişdir. xx.xx.2022-ci il tarixdə borclunun işlədiyi aşkar edilmiş, dərhal tələb borclunun əmək haqqının 70 faiz hissəsinə yönəldilmişdir. xx.xx.2022-ci il tarixdə tələbkar Zərərçəkmiş şəxs ərizə ilə şöbəyə müraciət edərək borclunun imkanı olduğu qədər ödəməsinə razı olduğunu və onun barəsində hər hansı məcburi icra tədbirlərinin aparılmamasını bildirmişdir. Bundan sonra tələbkar xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək borclunun öncədən aliment üzrə yığılmış borcunun olmasına baxmayaraq ayda 220 manat aliment ödəməsinə razılıq versə də borclu tərəfindən aliment pulu gecikdirildiyinə görə övladlarının maddi vəsaitə ehtiyacı olduğu üçün yaranmış aliment borcunu tələb etdiyini və borclunun barəsində məcburi icra tədbirləri görülməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə borclunun ünvanına gedilmiş, əmlak vəziyyəti yoxlanılmış, tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Daha sonra Samux Rayon Məhkəməsinin 8(058)-46/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə borclunun məcburi qaydada gətirilməsi qərara alınmış, görülmüş məcburi icra tədbirləri nəticəsində borclu şöbəyə gələrək, izahatı alınmış, barəsində müvafiq protokol tərtib edilərək Samux rayon Məhkəməsinə verilmiş və məhkəmənin 3(058)-127/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məcburi icra tədbiri olaraq Samux Rayon Məhkəməsinin 8(058)-47/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. xx.xx.2023-cü il tarixdə təkrarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X6 Agentliyinin Gəncə -X10 Filialına borclunun işlə təmin olunması üçün təklif məktubu göndərilmişdir. xx.xx.2023-cü il tarixdə borclunun izahatı alınmış, izahatında aliment borcunu ödəmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı nəzərinə çatdırılmaqla hüquq və vəzifələri izah edilmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə borclunun maliyyə yardımının alıb-almaması barədə sorğu edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X6 Agentliyinin X2 Filialının xx.xx.2023-cü il tarixli məktubunda fiziki şəxs X5 məxsus iş yerində borclu Təqsirləndirilən şəxs operator kimi qeydə alınması bildirilmişdir. xx.xx.2023-cü il tarixdə tələbkar Zərərçəkmiş şəxs ərizə ilə yenidən müraciət edərək borclunun 9488 manat aliment borcunun olduğunu, təqdimatın hazırlanıb Ədliyyə Nazirliyi İstintaq idarəsinə göndərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin aliment borcu 11288 manat təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs icra sənədi üzrə 11288 manat ödənilməli olan aliment borcundan ödəniş edilməmişdir. Borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmiş, icraat dövründə dəfələrlə xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq, üzərinə düşən vəzifələri yerinə yetirməmiş, tələbin icrasına maneçilik törədən hallara yol vermişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Ağstafa Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(015)-97/2020 nömrəli qətnaməsindən görünür ki, borclu Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq, hər bir uşağa görə hər ay 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan Samux rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Ağstafa rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2(015)-97/2020 nömrəli icra sənədi xx.xx.2020-ci il tarixdə icraata daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası üçün bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt verilməklə xx.xx.2020-ci il tarixli 2(015)-97/2020 nömrəli icra sənədi üzrə borcunu ödəmək tələb olunmuşdur. Cinayət işinin materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2021, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023cü il tarixli izahatlardan görünür ki, Təqsirləndirilən şəxs borclu olduğu və borcunu ödəmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı xatırladılmışdır. Həmin izahatlar Təqsirləndirilən şəxs tərəfindən şəxsən yazılaraq imzalanmışdır. Cinayət işinin materiallarında olan Samux rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş borclu Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs xx.xx.2020.11.2023cü illər ərzində ödədiyi aliment puluna dair cədvəllərdən görünür ki, borclu tərəfindən qeyd edilən illər ərzində ümumilikdə 5032 manat aliment ödənilmiş, 11288 manat məbləğində aliment isə borc olaraq qalmışdır. Cinayət işinin materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 3(058)-127/2023 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün inzibati qaydada həbs edilmişdir. Cinayət işinin materiallarında olan Samux Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(058)–47/2021 saylı qərardadından görünür ki, Ağstafa rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 2(015)-97/2020 nömrəli icra sənədi üzrə tələbkara olan borcunu tamamilə ödəyənədək borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, icra məmuru borclunun qeydiyyatda olduğu ünvana gedərək baxış keçirmiş, baxış zamanı mənzildə borcluya məxsus qanunla tələbin yönəldilə biləcəyi əmlakın olmadığı müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsinin sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli ********* nömrəli qərarından görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri, protokollar və toplanmış digər sənədlər iş üzrə sübut kimi qiymətləndirilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Ağstafa rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(015)-97/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirildi ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla 05 iyun 2014-cü il təvəllüdlü X3 və 04 fevral 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 160,00 manat olmaqla, cəmi 320,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Ağstafa Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 09 yanvar 2020-ci il tarixli 2(015)-97/2020 nömrəli qətnaməsi üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə dəfələrlə məhkəmənin qərarlarına əsasən Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək həbs edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixinədək cəmi 11288 manat aliment borcunu tələbkara ödəməməklə, habelə sonuncuya maddi ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 306.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 129–cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5–ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.3–cü maddəsinin tələbinə görə, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012–ci il taixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306–cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313–1.1 (yeni redaksiyada 528.1) – ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, ədalət mühakiməsinin, xeyrinə məhkəmə aktı çıxarılmış hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafelərini ifadə edən ictimai münasibətlərə qəsd etməklə, ədalət mühakiməsi əleyhinə olan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13-cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə nəticəyə gələrkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.5–ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Hazırki cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri» dəyişdirilməli, onun barəsində «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344– 349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə zalından həbs edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-57/2024
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-57/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver