Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-58/2024 30.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1994-cü ildə Samux rayonu, Qarayeri qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olmayan, Samux rayonu Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir, belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 04 aprel 2019-cu il tarixdən hesablanmaqla 26 iyun 2017-ci il təvəllüdlü Məmmədov (Quliyev) Murad Mehman oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(058)-427/2019 saylı, 07 may 2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Samux Rayon Məhkəməsinin 3(058)-391/2019 saylı, 27 dekabr 2019-cu il tarixli, 3(058)- 97/72021 saylı, 10 mart 2021-ci il tarixli, 3(058)-174/2023 saylı, 11 avqust 2023-cü il tarixli qərarları ilə müvafiq olaraq ilk iki halda 10 gün, digər halda 08 gün müddətlərinə inzibatı qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 15 mart 2024-cü il tarixədək cəmi 4850,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs fadəsində özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 14 sentyabr 2016-cı il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş və onlar evli olduqları müddətdə 26 iyun 2017-ci il təvəllüdlü Məmmədov (Quliyev) Murad Mehman oğlu adında övladları anadan olmuşdur. O, faktiki nikah münasibətlərində olduğu müddətdə Zərərçəkmiş şəxs ilə yola getmədiyindən ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da övladları 26 iyun 2017-ci il təvəlludlü Məmmədov (Quliyev) Murad Mehman oğlu anası Zərərçəkmiş şəxs himayəsində, Samux rayonunda yaşamışdır. Onlar ayrılandan sonra Zərərçəkmiş şəxs uşağı tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə 2019-cu ildə atalığın tanınması, aliment tələbinə dair iddia qaldırmış və Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 07 may 2019-cu il tarixli qətnaməsinə əsasən ondan 04 aprel 2019-cu il tarixdən hesablanmaqla 26 iyun 2017-ci il təvəllüdlü Məmmədov (Quliyev) Murad Mehman oğlunun yetkinlik yaşına çatanadək saxlanılması uçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Samux rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Samux Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli, 10 mart 2021-ci il tarixli və 11 avqust 2023-cü il tarixli qərarları ilə müvafiq olaraq ilk iki halda 10 gün, digər halda 08 gün müddətlərinə inzibati qaydada həbs edilmişdir. Samux rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 15 mart 2024-cü tarixli təqdimat əsasında Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 07 may 2019-cu il tarixli qətnaməsinə əsasən 4850 manat ödənməmiş aliment borcu yığılıb qalmışdır. O, maddi imkanının kifayət qədər olmaması səbəbindən alimenti ödəməyib, fərdi əmək fəaliyyəti ilə məşğul olur, yəni fəhlə işləyir, aylıq gəliri 300-350 manat təşkil edir. Onun əvvəlki məhkəmə iclasında aliment borcundan ödəniş etməsi üçün ona vaxt verilməsi məqəsilə məhkəmə iclasının təxirə salınmasına dair xahişi əsasında məhkəmə iclasının təxirə salındığı tarixədək keçən müddət ərzində 4850 manat aliment borcundan heç bir ödəniş etməyibdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 14 sentyabr 2016-cı il tarixdə faktiki nkah münasibətlərinə girərək ailə həyatı qurmuş və bu faktiki nikah münasibətindən 26 iyun 2017- il təvəllüdlü Məmmədov (Quliyev) Murad Mehman oğlu adında övladları anadan olmuşdur. Təqsirləndirilən şəxs onlar evli olduğu müddətdə fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, yəni fəhlə işləmiş və qazancı 600-650 manat təşkil etmişdir. Həmin müddətdə onlar Samux rayonunda Təqsirləndirilən şəxs ata evində birlikdə yaşamışdırlar. Aylıq yetərli qədər gəliri olsa da, o, ancaq öz yemək içməyinə, tüfeyli həyatına xərcləmişdir. O, faktiki nikah münasibətində olduğu müddətdə Təqsirləndirilən şəxs ilə yola getməmiş, buna görə də ayrılmaq qərarına gəlmiş və uşaq onun himayəsində qalmışdır. Onlar ayrılandan sonra Təqsirləndirilən şəxs uşağın saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmişdir. O isə uşağı tək başına saxlaya bilmədiyindən 2019-cu ildə Təqsirləndirilən şəxs qarşı məhkəmədə atalığın tanınması, aliment tələbinə dair iddia qaldırmış və Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 07 may 2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 04 aprel 2019-cu il tarixdən hesablanmaqla 26 iyun 2017-ci il təvəllüdlü Məmmədov (Quliyev) Murad Mehman oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Samux rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilsə də aylıq ödəməli alimenti ödəməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Samux Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli, 10 mart 2021-ci il tarixli və 11 avqust 2023-cü il tarixli qərarları ilə müvafiq olaraq ilk iki halda 10 gün, digər halda 08 gün müddətlərinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də ödəməli olduğu aylıq alimenti ödəməmiş, yəni Samux rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 15 mart 2024-cü il tarixli təqdimat əsasında Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 07 may 2019-cu il tarixli qətnaməsinə əsasən 4850 manat ödənməmiş aliment borcu yaranmışdır. Bu müddət ərzində övladı ilə maraqlanmamış, maddi və mənəvi köməkliyi olmamışdır. Təqsirləndirilən şəxsin əvvəlki məhkəmə iclasında aliment borcundan ödəniş etməsi üçün ona vaxt verilməsi məqəsilə məhkəmə iclasının təxirə salınmasına dair xahişi əsasında məhkəmə iclasının təxirə salındığı tarixədək keçən müddət ərzində o, 4850 manat aliment borcundan heç bir ödəniş etməyibdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü Məmmədov (Quliyev) Murad Mehman oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay 150 manat alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Samux rayon İcra və Probasiya şöbəsində xx.xx.2019-cu il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək üçün həmin tarixdə borcluya qərar və bildiriş göndərilmiş, tələb dərhal icra olunmadığından məcburi icra tədbirləri həyata keçirmək üçün tədbirlər görülsə də müsbət nəticə əldə olunmamışdır. Tələbkar şöbəyə müraciət edərək, borclu tərəfindən ona vaxtı-vaxtında ödəniş edilmədiyini bildirmiş və onun barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra məmurunun çağırışlarına gəlmədiyinə görə borclu Təqsirləndirilən şəxs məcburi gətirilməsi barədə Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı icra edilməsi üçün Samux rayon Polis Şöbəsinə göndərilmiş, nəticədə polis əməkdaşları tərəfindən tutularaq xx.xx.2019-cu il tarixdə şöbəyə gətirilmiş, Təqsirləndirilən şəxs izahatı alınmış, icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyi üçün Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbslə tənbeh olunmuşdur. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, yenə də məhkəmə qərarını qərəzli olaraq icra etməməyə davam etmiş, icra məmurunun çağırışlarına gəlmədiyinə, rayon ərazisində olmadığına görə borclu Təqsirləndirilən şəxs axtarılması barədə xx.xx.2021-ci il tarixdə qərar qəbul edilmiş və Samux rayon Polis Şöbəsində xx.xx.2021-ci il tarixdə 810152 saylı axtarış işi açılmışdır. Samux rayon Polis əməkdaşları tərəfindən tutularaq xx.xx.2021-ci il tarixdə şöbəyə gətirilmiş Təqsirləndirilən şəxs izahatı alınmış, icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyi üçün Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbslə tənbeh olunmuşdur. Borclu Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şöbəyə gəlmiş izahatı alınmış, icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyi üçün Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətinə inzibati həbslə tənbeh olunmuşdur. Bundan sonra borclu yenə də məhkəmə qərarını qərəzli olaraq icra etməməyə davam etmiş, inzibati tənbeh tədbirlərindən sonra tələbin yerinə yetirilməsi üçün borcluya yeni müddət verilmiş, əks halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilərək onun izahatı alınmışdır. Lakin borclu tələbi icra etməməkdə davam etmişdir. İcraat dövründə Təqsirləndirilən şəxs tərəfindən öhdəlik yerinə yetirilməmiş, icra sənədi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 8850 manat ödənilməli olan puldan cəmi 4000 manat ödəniş edilmiş, 4850 manat aliment borcu isə ödənilməmiş qalmışdır. Borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmiş, icraat dövründə dəfələrlə xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq üzərinə düşən vəzifələri yerinə yetirməmiş, tələbin icrasına maneçilik törədən hallara yol vermişdir. Tələbkar borcu ödəməkdən boyun qaçırdığına görə Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyi İstintaq İdarəsinə müraciət etməsini icra şöbəsindən xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini ona məsuliyyəti elan olunmaqla xəbərdarlıq edilməsinə və yeni müddət verilməsinə baxmayaraq icra etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən edilir: Samux Rayon Məhkəməsinin 2(058)-427/2019 saylı, 07 may 2019-cu il tarixli qətnaməsi ilə, cavabdeh-30 avqust 1994-cü il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs 26 iyun 2017-ci il tarixdə anadan olmuş X4 atası olması faktının müəyyən edilməsi, atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib olunmaqla 26 iyun 2017ci il tarixdə anadan olmuş X4 doğumu haqqında akt qeydində bu barədə qeydiyyat aparılması, cavabdeh Təqsirləndirilən şəxs qazancından və başqa gəlirlərindən sabit pul məbləğində hər ay 150 manat aliment tutularaq, Məmmədov (Quliyev) Murad Mehman “oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Zərərçəkmiş şəxs xeyirinə verilməsi qət edilmişdir. 08 may 2019-cu il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin 2(058)-427/2019 saylı, 07 may 2019-cu il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. xx.xx.2019-cu il tarixli xəbərdarlığın surətindən görünür ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin 2(058)-427/2019 saylı, 07 may 2019-cu il tarixli icra sənədinə əsasən öhdəliklərini icra etməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. xx.xx.2019-cu il tarixli xəbərdarlığın surətindən görünür ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin 2(058)-427/2019 saylı, 07 may 2019-cu il tarixli icra sənədinə əsasən öhdəliklərini icra etməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Samux Rayon Məhkəməsinin 8(058)-68/2019 saylı, 15 avqust 2019-cu il tarixli qərardadı ilə Samux Rayon İcra və probasiya şöbəsinin 29 iyul 2019-cu il tarixli təqdimatı təmin edilmiş, borclu xx.xx.1994-cü il tarixdə Samux rayon Qarayeri qəsəbəsində anadan olmuş, Samux rayonu, Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Fidal oğlunun Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti-yəni icra sənədi üzrə borcunu tam ödəyənədək məhdudlaşdırılmışdır. Samux Rayon Məhkəməsinin 8(058)-86/2019 saylı, 10 oktyabr 2019-cu il tarixli qərardadı ilə Samux rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilmiş, Samux Rayon Məhkəməsinin 2(058)-427/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu, Samux rayonu, Qarayeri qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Samux rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. xx.xx.2019-cu il tarixli xəbərdarlığın surətindən görünür ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin 2(058)-427/2019 saylı, 07 may 2019-cu il tarixli icra sənədinə əsasən öhdəliklərini icra etməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Samux Rayon Məhkəməsinin 3(058)-391/2019 saylı, 27 dekabr 2019-cu il tarixli qərar ilə inzibati xəta törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün inzibati qaydada həbs edilmişdir. Samux Rayon İcra və Probasiya şöbəsinin Təqsirləndirilən şəxs ünvanladığı xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli cinayət məsuliyyətinə cəlb olunması haqqında xəbərdarlıqların surətindən görünür ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin 2(058)-427/2019 saylı, 07 may 2019-cu il tarixli icra sənədini icra etməsi tələb olunmuş, əks halda cinayət məsuliyyətinə cəlb olunmasına dair barəsində toplanmış materialların Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi barədə xəbərdarlıq olunmuşdur. Samux Rayon Məhkəməsinin 3(058)-97/2021 saylı, 10 mart 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Samux Rayon Məhkəməsinin 3(058)-174/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. 5 avqust 2021-ci il tarixli aktın surətindən görünür ki, Samux Rayon Məhkəməsinin 2(058)-427/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədini təmin etmə məqsədi ilə Samux Rayon İcra və Probasiya şöbəsinin əməkdaşları və Samux RİHB-nin Qarayeri İƏD-si icra nümayəndəliyinin iştirakları ilə borclu Təqsirləndirilən şəxs Samux rayonu Qarayeri qəsəbəsində olan evində tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 Filialının Samux Rayon İcra və Probasiya şöbəsinin rəisi Asiman Quliyevə ünvanladığı 25 dekabr 2023-cü il tarixli, 3-17-2/2-76033/2023 nömrəli məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində işaxtaran və ya işsiz kimi qeydiyyata alınmadığından onun münasib işlə təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsinin mümkün olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin ********* nömrəli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 9 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 09 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxsin axtarışa verilməsi və tutulması haqqında qərardan görünür ki, xx.xx.1994-cü ildə Samux rayonu, Qarayeri qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəlllər məhkumluğu olmayan, Samux rayonu Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, ittiham elan etmək üçün tutularaq Bakı şəhər Yasamal rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerinə verilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs Samux rayonunda tutularaq Bakı şəhər Yasamal rayon MSY-nə təhvil verilmişdir. 25 iyul 2024-cü il tarixli qətimkan təbdbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmk haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. 25 iyul 2024-cü il tarixli müvəqqəti saxlanma yerindən azad edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmk haqqında iltizam qətimkan tədbiri seçildiyindən Bakı şəhər Yasamal rayon MSY-dən dərhal azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Müəyyən edilir ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin 2(058)- 427/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin icra olunması ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməyə görə bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq həmin qətnamə borclu tərəfindən icra edilməmişdir. Cinayət işinin məhkəmə icraatı dövründə təqsirləndirilən şəxs maddi vəziyyətinin imkan verməməsi ilə əlaqədar qətnaməni icra edə bilməməsini qeyd etmiş və borcunu yaxın müddətdə ödəyəcəyini bildirmişdir. Məhz həmin səbəbdən məhkəmə iclası təxirə salınsa da Təqsirləndirilən şəxs borcundan heç bir ödəniş etməmiş, qətnamənin icra edilməsi ilə bağlı demək olar ki, heç bir əməli tədbir görməmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin qətnamənin icrasına olan qərəzli münasibəti şübhə doğurmur, əksinə cinayət işi üzrə bütün faktiki hallar və sübutların məcmusu ilə təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.2-ci maddələrinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. Beləliklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, ictmai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qətnamənin icrasına olan münasibəti, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin illərlə icra olunmaması, alimentin ödənilməməsi nəticəsində uşağın qanunla qorunan mənafelərinin pozulması Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini artırır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 8-ci, 41-ci, 58-ci maddələrinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasından yüngül cəza növünün təyin olunması mümkün deyildir. Bu səbəbdən də, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, o, həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməldir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 30 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən isə həmçinin həbsdə saxlama yerinin müdiriyyəti vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətlər ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №1(058)-58/2024
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-58/2024
30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver