Məhkəmə qərarları › İş №1(058)-60/2024

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-60/2024

07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-60/2024 07.10.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Resbublikası Baş X1 müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Samux rayonu, Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Samux rayonu, Qarabağlar kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icrat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs Samux rayonu, Qarabağlar kəndinin əkin sahəsində sonuncu ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı, qəsdən bel ilə həmkəndlisi Zərərçəkmiş şəxs diz və kürək nahiyyələrinə vurmaqla sol diz nahiyyəsinin hematoması və diz oynağının hərəkət məhdudiyyəti ilə müşaiyət olunan xəsarətlər yetirməklə ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “YÜNGÜL” zərər yetirməklə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdi ki, o, özünü təqsirli bilir. Həmkəndlisi Qaçay onun barəsində bir dəfə DİN-in 102 xidmətinə şikayət etmişdir. Bu səbəbdən aralarında olan münasibətlər qaydasında olmamışdır. 2024cü ilin may ayında həmkəndlisi Qaçayın əkin sahəsinin yaxınlığından 2.5 hektar torpaq sahəsi satın almışdır. xx.xx.2024-cü il tarixdə səhər saat 06 radələrində suyu götürüb öz əkin sahəni sulamağa başlamışdır. Saat 11 radələrində həmkəndlisi Qaçay əkin sahəsinin üstünə gəlib çıxmışdır. Qaçay onun yanına yaxınlaşaraq, icra hakimiyyətindən icazə almasını və suyu kəsərək öz əkin yerini sulayacağını bildirmiş, o, isə Qaçaya suyu onun açdığını və Qaçaya suyu götürməsi üçün icazə verən şəxsin ona zəng etməsini bildirmişdir. Qaçay isə onun fikri ilə razılaşmamış və suyu öz sahəsinə aparacağını demişdir. O, isə Qaçaya suyu açmasına icazə verməmiş, bu səbəbdən araların mübahisə yarınmış, mübahisə zamanı Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Əməlindən peşmandır. O, hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Təqsirləndirilən şəxs ilə aralarında indiyə qədər heç bir mübahisə və ədavət olmamışdır. Samux rayonu, Qarabağlar kəndində özünə məxsus iki hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə yonca bitkisi əkmişdir. 2024-cü ilin may ayında həmkəndlisi Cavid onun torpaq sahəsinin kənarından özü üçün yer almış, əkin mövsümü başlayandan yonca sahəsini suvarmaqda çətinlik çəkir. Bu səbəbdən bir neçə dəfə icra hakimiyyəti və subartezan idarəsinin qəbulunda olmuşdur. Oradan isə ona xx.xx.2024-cü il tarixdə su növbəsini götürərək yerini sulaya biləcəyini bildirmişlər. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində suyu açaraq öz torpaq sahəsinə doğru aparmış, su əkin yerinə çatmamış yolda həmkəndlisi Cavid ilə rastlaşmışdır. Cavid ondan suyu haraya apardığını soruşmuş, o, isə Cavidə hökümətin suyu ona verməsini və yonca sahəsini sulayacağını bildirmişdir. Ancaq Cavid onunla razılaşmayaraq suyu özünün aparacağını və verməyəcəyini bildirmişdir. O, isə Cavidə suyu aparmasına icazə verməyəcəyini bildirmiş, bu vaxt Cavid onun ünvanına nalayiq ifadələr işlədərək əli ilə yaxasından tutmuş, sonra isə su sulamaq üçün əlində olan bel ilə kürək və diz nahiyyəsinə vurmuşdur. O, isə Cavidin əlindən qaçaraq at arabasına minərək hadisə yerindən uzaqlaşmışdır. Təqsirləndirilən şəxslə barışmışdır nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əridir. O, xx.xx.2024-cü il tarixdə evdə olan zaman səs eşitmiş və küçəyə çıxmışdır. Həmin vaxt həmkəndlisi Təqsirləndirilən şəxs onun əri Zərərçəkmiş şəxs arasında dava-dalaş olduğunu görmüşdür. Hadisə vaxtı Təqsirləndirilən şəxs onun ərinə xəsarət yetirmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan “MTE və PA Birliyi” publik hüquqi şəxsin Gəncə şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli 195 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol diz nahiyyəsinin hematoması və diz oynağının hərəkət məhdudiyyətidir ki, bu xəsarətlər - bərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "YÜNGÜL" zərər vurmaya aid edilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs, xx.xx.2024-cü il tarixdə Samux rayonu Qarabağlar kəndinin əkin sahəsində aralarında baş vermiş şəxsi münasibətlər zəmnində həmkəndlisi Zərərçəkmiş şəxs diz nahiyyəsindən bel ilə qəsdən vuraraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam və təkzib edilməz sübutlarla təsdiq edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs 26 sentyabr 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmişdir, hazırda təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışsalar da, bu hal Zərərçəkmiş şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsas kimi nəzərə alınmır. Belə ki, o, daha əvvəl də CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, həmin iş üzrə istintaq müddətində cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət qanunvericiliyində şəxsin müvafiq kateqoriyadan olan cinayət əməllərinin törədilməsinə görə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs yenidən həmin kateqoriyadan olan cinayətin törədilməsinə görə cinayət məsuliyyətindən azad oluna bilməz. Ona görə də, o, təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Samux RPŞ-nin UQSİQ-nun “Məlumat Portalı” üzrə operatoru, polis baş serjantı Samir Müslümovun xx.xx.2024-cü il tarixli raportundan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli Samux rayon məhkəməsinin hökmü ilə barəsində Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hal yoxdur, onun zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması məhkəmə tərəfindən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Göstərilənlərlə yanaşı, o da qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin sanksiyasında əsas cəza kimi cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəzalar içərisində orta ağırlıqda olan cəza növünün, yəni islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərinin təmin edilməsi baxımından ədalətlidir. Məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinə əsasən islah işləri növündə cəzanın icrası müddəti məhkumun işlədiyi və onun qazancından tutulmalar aparıldığı aylar və günlərlə hesablanır. Ona görə də cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı gündən hesablanmalıdır. İş üzrə mülki iddia, maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Beləliklə, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 10 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 4 (dörd) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının çəkilmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar