Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-61/2024 28.10.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Xan X8, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Balaqi Sukrullahın və onların müdafiəçisi Müdafiəçi, X10 iştirakları ilə, xx xxxxxx 2001-ci il tarixdə Pakistan İslam Respublikasında doğulmuş, Pakistan İslam Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Pakistan İslam Respublikasının Mohmand şəhərində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan Xan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə, 12 avqust 1999-cu il tarixdə Pakistan İslam Respublikasında doğulmuş, Pakistan İslam Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Pakistan İslam Respublikasının Mohmand şəhərində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə, 01 avqust 2002-ci il tarixdə Pakistan İslam Respublikasında doğulmuş, Pakistan İslam Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən əvvəllər məhkum olunmamış, Pakistan İslam Respublikasının Gujranvala şəhərində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə, xx.xx.2001-ci il tarixdə Əfqənıstan İslam Respublikasında doğulmuş, Əfqənıstan İslam Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Əfqənıstan İslam Respublikasının Qəzni şəhərində qeydiyyatda olmaqla “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan Balaqi Sukrullah Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1, 318.2 və 29, 318.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktına əsasən, Ullah X1 ölkələrinə getmək üçün vizası olmaması səbəbindən qanunsuz yolla Gürcüstandan keçərək Avropa ölkələrinə işləmək üçün getmək məqsədi ilə Pakistan İslam Respublikası vətəndaşları Xan X18, Təqsirləndirilən şəxs4 və Əfqanıstan İslam Respublikası vətəndaşı Balaqi Şukrullah ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 aprel 2024-cü il tarixdə, saat 07 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Samux rayonunun Kəsəmən kəndində yerləşən 1-ci sərhəd komendantlığının 4-cü sərhəd zastavasının 17-ci sahəsindən piyada hərəkət edərək, qəsdən, qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd göstərmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən aşkar edilərək, “Dayan!” çağırış komandası verilib, dövlət sərhəd xəttindən 160 metr məsafədə saxlanıldıqlarından, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Xan Afaq X9 ölkələrinə getmək üçün vizası olmaması səbəbindən qanunsuz yolla Gürcüstandan keçərək Avropa ölkələrinə işləmək üçün getmək məqsədi ilə Pakistan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Əfqanıstan İslam Respublikası vətəndaşı Balaqi Şukrullah ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 aprel 2024-cü il tarixdə, saat 07 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Samux rayonunun Kəsəmən kəndində yerləşən 1-ci sərhəd komendantlığının 4-cü sərhəd zastavasının 17-ci sahəsindən piyada hərəkət edərək, qəsdən, qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd göstərmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən aşkar edilərək, "Dayan!” çağırış komandası verilib, dövlət sərhəd xəttindən 160 metr məsafədə saxlanıldıqlarından, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Həmçinin istintaqla müəyyən edilmişdir ki, Riaz X2 ölkələrinə getmək üçün vizası olmaması səbəbindən qanunsuz yolla Gürcüstandan keçərək Avropa ölkələrinə işləmək üçün getmək məqsədi ilə Pakıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, Xan X18 və Əfqanıstan İslam Respublikası vətəndaşı Balaqi Şukrullah ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 aprel 2024-cü il tarixdə, saat 07 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Samux rayonunun Kəsəmən kəndində yerləşən 1-ci sərhəd komendantlığının 4-cü sərhəd zastavasının 17-ci sahəsindən piyada hərəkət edərək, qəsdən, qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd göstərmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd xidmətinin hərbi qulluqçuları tərəfindən aşkar edilərək, “Dayan!” çağırış komandası verilib, dövlət sərhəd xəttindən 160 metr məsafədə saxlanıldıqlarından, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Əfqanıstan İslam Respublikası vətəndaşı X15 ölkələrinə getmək üçün vizası olmaması səbəbindən qanunsuz yolla Gürcüstandan keçərək bir müddət orada qaldıqdan sonra Avropa ölkələrinə işləmək üçün getmək məqsədi ilə 15 aprel 2024-cü il tarixdə saat 06:30 radələrində Əfqanıstan İslam Respublikası vətəndaşı X28 ilə birilkdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respubliksasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Samux rayonunun Salahlı kəndində yerləşən 1-ci sərhəd komendantlığının 4-cü sərhəd zastavasının 14-cü sahəsindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçmişdir. Daha sonra Balaqi Şukrullah 3 nəfər Pakistan İslam Respublikası vətəndaşını dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçirib maddi mənfəət əldə etmək məqsədi ilə 28 aprel 2024-cü il tarixdə saat 04 radələrində Azərbaycan Respubliksasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Samux rayonunun Kəsəmən kəndində yerləşən 1-ci sərhəd komendantlığının 4-cü sərhəd zastavasının 17-ci sahəsindən təkrarən qəsdən qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına keçmişdir. Daha sonra o, Pakistan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Xan X13 dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçmələrində məsləhətləri ilə kömək edib maddi mənfəət əldə etmək məqsədi ilə sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 aprel 4024-cü il tarixdə, saat 07 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Samux rayonunun Kəsəmən kəndində yerləşən 1-ci sərhəd komendantlığının 4-cü sərhəd zastavasının 17-ci sahəsindən piyada hərəkət edərək, təkrarən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd göstərmiş, həmin Xidmətin hərbi qulluqçuları tərəfindən aşkar edilərək, “Dayan!” çağırış komandası verilib, dövlət sərhəd xəttindən 160 metr məsafədə saxlanıldıqlarından, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs Balaqi Şukrullah elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Əfqanıstan Respublikasında anadan olmuş, lakin işləmək məqsədilə Əfqanıstan İslam Respublikasındakı ağır ictimaı-siyasi vəziyyəti nəzərə alaraq 2018-ci il tarixində hava yolu ilə rəsmi qaydada Azərbaycan Respublikasına gəlmişdir. Azərbaycan Respublikasında olduğu müddətdə Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə qalmış və tikinti sahələrində çalışmışdır. Həmçinin bir neçə il bundan əvvəl qardaşı Əfqanıstan İslam Respublikası vətəndaşı Ruhullah Balaqi də Azərbaycan Respublikasına gəlmişdir. Təqribən 5 il bundan əvvəl Azərbaycan Respublikasında tanış olduğu Əfqanıstan İslam Respublikası vətəndaşı X28 adlı şəxs ona Gürcüstana qaçaq yolla getməklərini təklif edərək orada tikinti sahəsində daha çox maddi gəlirin olduğunu bildirmişdir. O, 14 aprel 2024-cü il tarixdə X28 ilə birlikdə gecə saatlarında Bakı şəhər sakini Xəlilov Füzulinin idarə etdiyi **-EM-*** dovlət nomrə nışanlı “Kia Rio” markalı avtomaşınla Bakı şəhərindən hərəkətə başlayaraq 15 aprel 2024-cü il tarixdə səhər saat 05:00 radələrində Samux rayonunun Kəsəmənli kəndinə çatmış daha sonra, Füzuli adlı taksi sürcüsü Kəsəmənli kəndində onları düşürtdükdən sonra Bakı şəhərinə geri qayıtmışdır. O, Füzuli Xəlilov ilə bir neçə il əvvəl tikintidə fəhlə işləyərkən tanış olmasını və daha sonra Füzuli Xəlilovun özünə maşın alaraq taksi fəaliyyəti ilə məşğul olmasını bildirmişdir. Onları Kəsəmən kəndinə gətirdiyinə görə Bilal və Münəvvər adlı Pakistan İslam Respublikası vətəndaşları Füzulinin kartına 180 manat pul göndərdiyini bildirmiş, lakin həmin şəxsləri tanımadığını və barələrində həmçinin harada olduqları barədə başqa məlumatlarının olmamasını bildirmişdir. Gəldikləri sərhədyanı ərazini, o cümlədən dövlət sərhədini keçəcəkləri istiqamət və oriyentirləri onun ərazini ümumiyyətlə tanımaması səbəbindən X28 vermişdir. X25 Şərifi mobil telefonundakı proqram vasitəsilə hərəkət etmişdir. 15 aprel 2024-cü il tarixdə təxminən saat 06:30 radələrində onlar dövlət sərhədini qaçaq yolla Azərbaycan Respublikasından Gürcüstana keçmişdir. Dövlət sərhədini keçdikləri ərazinin qismən dağlıq və düzənlik, eləcə də əkin sahələri olmasını bildirmişdir. Bir neçə gün Gürcüstanın Tbilisi şəhərində qaldıqdan sonra X22 ilk olaraq digər həmyerlisi Əfqanıstan İslam Respublikası vətəndaşı Muhammed Qomi adlı şəxslə görüşdürmüş, Muhammed Qomi ona 2017-ci ildə rəsmi qaydada Azərbaycan Respublikasına gəldiyini, Azərbaycan Respublikasının Bakı şəhərində Mərdəkan istiqamətində törətdiyi avtoqəza səbəbindən məhkəmə qərarı ilə barəsində axtarış elan edildiyi üçün pandemiyadan əvvəl qaçaq yolla ailəsi ilə birlikdə Gürcüstana keçdiyini və hazırda oranın vətəndaşı olmasını bildirmişdir. X28 bir neçə gün sonra 3 (üç) nəfər Pakistan vətəndaşını Azərbaycan Respublikasından qaçaq yolla Gürcüstana keçirəcəyi təqdirdə ona 2500 dollar verəcəyini vəd etmiş, özü sərhədyanı əraziyə gəlmək istəmədiyinə görə onunla birlikdə Muhammad Qomini də göndərmişdir. 27 aprel 2024-cü il tarixdə onlar Tbilisi şəhərindən əvvəlcə Dedopliskaro rayonuna daha sonra oradan Ceyrançöl istiqamətindəki dövlət sərhəd xəttinə doğru hərəkət etmişlər. Onlar 28 aprel 2024-cü il tarixdə saat 04:00 radələrində dövlət sərhədinə çatmış və sərhəd xəttinə yaxınlaşmaqlarına az qalmış Gürcüstan tərəfdə olan polislərin ərazini işiqlandırdığını və xidməti itlərin ərazini axtarmağa başladıqlarını görmüşdür. Bu zaman o, dövlət sərhədini qaçaq yolla Azərbaycan Respublikasına keçmiş lakin Muhammad Qumi Azərbaycan Respublikasın ərazisində həbs olunacağını bildirərək geri qayıtmışdır. Pakistan vətəndaşlarını sərhədyanı əraziyə Füzuli Xəlilov gətirmişdir. Dövlət sərhədini Azərbaycan Respublikası ərazisinə keçdikdən sonra o, Füzuli Xəlilova zəng edərək harada olduqlarını soruşmuş və Kəsəmən kəndi ərazisindəki kanalda görüşərək 3 nəfər Pakistan İslam Respublikası vətəndaşını Gürcüstan istiqamətinə aparmağa başlamışdır. Azərbaycan Respublikası ilə Gürcüstan dövlət sərhədinə yaxınlaşan zaman sərhədçilər tərəfindən saxlanılaraq sərhəd zastavasına aparılmışdır. Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 12 dekabr 1999-cu il tarixdə Pakistan İslam Respublikasının Mohmand şəhərində anadan olmuşdur. Pakistan İslam Respublikasında özünə iş tapmaqda çətinlik çəkdiyindən qərara gəlmişdir ki, Avropa ölkələrinə getsin. Bu məqsədlə 2024-cü ilin yanvar ayında hava yolu ilə rəsmi şəkildə Azərbaycan Respublikasına gəlmişdir. O, Pakistan İslam Respublikasında Əlişah adlı şəxslə tanış olmuşdur. Əlişah, onun Pakistan İslam Respublikasındaki Şuheb adlı dostunun tanışı olamsını bildirmişdir. Əlişah adlı şəxs ona Avropa ölkələrinə getməkdə köməklik göstərə biləcəyini bildirmişdir. Həmin şəxsin Pakistan İslam Respublikası vətəndaşı olmasını bildirmiş, lakin İran İslam Respublikasında yaşamasını bildirmişdir. Əlişah, ona Azərbaycan Respublikasına getməyini və orada viza hazırlanana qədər gözləməyini bildirmişdir. O, bundan sonra Azərbaycan Respublikasına gəlmişdir. Onunla birlikdə qohumu Xan X14 yanvar ayında eyni məqsədlə Azərbaycan Respublikasına gəlmiş və Bakı şəhərində birlikdə yaşamışlar. O, Xan X18 ilə birlikdə yanvar ayından aprel ayınadək Bakı şəhərində tikintidə fəhlə işlədiklərini bildirmişdir. O, Əlişahın bank hesabına İtaliya Respublikasına məxsus vizanı hazırlaması üçün ümumilikdə 2000 dollar göndərmiş, lakin Əlişah onlara vizanı hazırlaya bilmədiyini və başqa yollarla Avropaya getməkdə köməklik göstərəcəyini bildirmişdir. 27 aprel 2024-cü il tarixdə Əlişah zəng edərək taksi sürücüsünün onları Bakı şəhərindən götürüb Gürcüstana aparacağını bildirmişdir. 27 aprel 2024-cü il tarixdə təxminən saat 23:00-da “Kia Rio” markalı taksi onları Bakı şəhərində yaşadıqları hosteldən götürmüşdür. Maşında taksi sürücüsündən başqa bir nəfər pakistanlının olmasını bildirmişdir. Sonradan onun Riaz Vahid olduğunu öyrənmişdir. Həmin tarixədək onu tanımamışdır. 28 aprel 2024-cü il tarixdə saat 6 radələrində Samux rayonuna çatmışlar. Samux rayonuna çatdıqda onlar maşından düşmüş və daha sonra Əfqanıstan İslam Respublikası vətəndaşı onları qarşılamışdır. O, həmin tarixədək onu tanımadığını bildirmişdir. Taksi sürücüsü onları Əfqanıstan İslan Respublikası vətəndaşına təhvil verdikdən sonra geri qayıtdığını bildirmişdir. Şukrullah adlı şəxs onlara Gürcüstana qaçaq yolla keçmək məqsədi ilə istiqamət göstərmiş və birlikdə həmin istiqamətlə Gürcüstanla sərhədə tərəf hərəkət etməyə başlamışlar. Bir müddət sərhədə tərəf hərəkət etdikdən sonra sərhədçilər tərəfindən saxlanılmışlar. Saxlanıldıqdan sonra hər şeyi səmimi olaraq etiraf etməklə dövlət sərhədini qanunsuz yolla keçməklə Azərbaycan Respublikasından Gürcüstan istiqamətində getmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxslər Xan X18 və Təqsirləndirilən şəxs4 özlərini elan olunmuş ittihamda təqsirli bilərək Təqsirləndirilən şəxs1 ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 1-ci sərhəd komendantlığının 4-cü sərhəd zastavasının baş aşpazı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edir. Pakistan İslam Respublikası vətəndaşları Xan X18, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Əfqanıstan İslam Respublikası vətəndaşı Balaqi Şukrullahın saxlanılmaları ilə bağlı bildirmişdir ki, 28 aprel 2024-cü il tarixdə saat 04:00-dan 08:00-dək əsgər X5 ilə birlikdə "Sərhəd Gözətçisi/Gözətçi Dəstə” sərhəd naryadına təyin edilmişlər. 28 aprel 2023-cü il tarixdə saat 07 radələrində naryad üzvü əsgər X5 ilə birlikdə sərhəd zastavasına qayıdarkən 17-ci sahədə 4 nəfər naməlum şəxsin Azərbaycan Respublikasından Gürcüstan istiqamətində hərəkət etmələrini müşahidə etmiş və dərhal bu barədə sərhəd zastavasının rəis müavini baş leytenant X7 məruzə etmişdir. A.Eynalov, ona həmin şəxslərin təqib edilərək saxlanılması göstərişini vermişdir. Bundan sonra qeyd olunan şəxsləri saxlamaq üçün naryad üzvü əsgər Z.Verdiyevlə birlikdə həmin istiqamətə hərəkət edərək onlara “Dayan!” komandası vermiş lakin buna məhəl qoymayaraq həmin şəxslər hərəkətinə davam etdiyindən yenidən “Dayan!” Atacağam” komandası vermiş lakin dayanmadıqlarını gördükdən sonra havaya bir dəfə xəbərdarlıq atəşi açmışdır. Lakin onlar dayanmayaraq yenidən qaçaraq hərəkətlərinə davam etdikləri üçün yenidən havaya xəbərdarlıq atəşi açdıqdan sonra həmin şəxslər dayanaraq təslim olmuşlar. Onları saxladıqları ərazi dövlət sərhəd xəttindən 160 metr məsafədə yerləşən 4-cü sərhəd zastavasının 17-ci sahəsi olmuşdur. Qeyd olunan şəxsləri saxladıqdan sonra, dövlət sərhədini Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçmək istəyən şəxslər Pakistan İslam Respublikası vətəndaşları Xan X18, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Əfqanıstan İslam Respublikası vətəndaşı Balaqi Şukrullah olması müəyyən olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 Şahid1 ilə oxşar məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: 29 aprel 2024-cü il tarixli cinayət işinin başlanması və istintaq qrupunun yaradılması haqqında qərardan görünür ki, Pakistan İslam Respublikası vətəndaşları Xan X18, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Əfqanıstan İslam Respublikası vətəndaşı Balaqi Şukrullahın barələrində Azərbaycan Respublikası CM-in 29,318.2 maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılsı qərara alınmışdır. 28 aprel 2024-cü il tarixli, hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Pakistan İslam Respublikası vətəndaşları Xan X18, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Əfqanıstan İslam Respublikası vətəndaşı Balaqi Şukrullah 28 aprel 2024-cü il tarixdə dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd etdiyi ərazi N nömrəli hərbi hissənin 4-cü sərhəd zastavasının 17-ci sahəsidir. Həmin ərazi Samux rayonunun Kəsəmən kəndindən 2800 met məsafədə, asfalt yoldan 2700 metr məsafədə, Qabırlı çayından 2200 metr məsafədə yerləşir. Saxlanılan şəxslər qeyd olunan əraziyə dövlət sərhədini qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçmək məqsədi ilə gəldiklərini bildirmişlər. Hadisə yerinə baxış keçirilməsi haqqında digər protokoldan görünür ki, Sukrullah Balaqi 15 aprel 2024-cü il tarixdə saat 06:30 radələrində Əfqanıstan İslam Respublikası vətəndaşı Balaqi Sukrullah ilə birlikdə dövlət sərhədini qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçdikləri ərazini özü göstərmişdir. Həmin sahə N nömrəli hərbi hissənin Samux rayonunda yerləşən 4-cü sərhəd zastavasının 14cü sahəsidir. Həmin sahə sərhəd zastavasının dislokasiya yerindən 2000 metr məsafəfə, Samux rayonu Salahlı kəndindən 1300 metr məsafədə, asfalt yoldan 2000 metr məsafədə yerləşir. 29 aprel 2024-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Balaqi Şukrullah 29 aprel 09:20-da tutulmuşdur. 29 aprel 2024-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 29 aprel 11:35-də tutulmuşdur. 29 aprel 2024-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 29 aprel 13:35-də tutulmuşdur. 29 aprel 2024-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Xan X18 29 aprel 15:30-da tutulmuşdur 30 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Balaqi Sukrullah təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə ittaham edilməsi qərara alınmışdır. 30 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə ittaham edilməsi qərara alınmışdır. 30 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs4 təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə ittaham edilməsi qərara alınmışdır. 30 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan görünür ki, Xan X18 Azərbaycan Respublikasının CM-nin 29, 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuşdur. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 4(009)-193/2024 saylı, xx.xx.2024-cü il qərarı ilə ********* nömrəli cinayət işi üzrə 2 avqust 2002-ci il tarixdə Pakistan İslam Respublikasında doğulmuş, Pakistan İslam Respublikası vətəndaşı, orta təhsilli, sözlərindən məhkumluğu olmayan, subay, işləməyən, Pakistan İslam Respublikasının Mohmand şəhərində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Xan X8 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 4(009)-192/2024 saylı, xx.xx.2024-cü il qərarı ilə ********* nömrəli cinayət işi üzrə 1 avqust 2002-ci il tarixdə Pakistan İslam Respublikasında doğulmuş, Pakistan İslam Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, işləməyən, Pakistan İslam Respublikasının Gujranvala şəhərində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs4 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 4(009)-191/2024 saylı, xx.xx.2024-cü il qərarı ilə ********* nömrəli cinayət işi üzrə xx xxxxxx 2001-ci il tarixdə Əfqanıstan İslam Respublikasında doğulmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, işləməyən, Əfqanıstan İslam Respublikasının Qəzni şəhərində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Balaqi Sukrullahın barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 4(009)-190/2024 saylı, xx.xx.2024-cü il qərarı ilə ********* nömrəli cinayət işi üzrə 12 avqust 1999-cu il tarixdə Pakistan İslam Respublikasında doğulmuş, Pakistan İslam Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, işləməyən, Pakistan İslam Respublikasının Mohmand şəhərində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, xx.xx.2001-ci il tarixdə Əfqanıstan İslam Respublikasının Qəzni şəhərində anadan olmuş Balaqi Sukrullahın məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, xx.xx.1999-cu il tarixdə Pakistan İslam Respublikasının Mohmand şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, xx.xx.2002-ci il tarixdə Pakistan İslam Respublikasının Mohmand şəhərində anadan olmuş, Təqsirləndirilən şəxs4 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, xx.xx.2001-ci il tarixdə Pakistan İslam Respublikasının Mohmand şəhərində anadan olmuş, Xan X8 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 4(009)-389/2024 saylı, xx.xx.2024-cü il qərarı ilə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs xx xxxxxx 2001-ci il tarixdə Əfqanıstan İslam Respublikasında anadan olmuş, Əfqanıstan İslam Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, işləməyən, Əfqanıstan İslam Respublikasının Qəzni şəhərində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış Balaqi Şukrullahın həbsdə saxlanılma müddəti, cinayət işi üzrə istintaq müddətinin sonunadək 02 (iki) ay müddətə, yəni 28 sentyabr 2024-cü il tarixədək uzadılması qərara alınmışdır. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 4(009)-391/2024 saylı, xx.xx.2024-cü il qərarı ilə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs 01 avqust 2002-ci il tarixdə Pakistan İslam Respublikasında anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, işləməyən. Pakistan İslam Respublikasının Gujranvala şəhərində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs4 həbsdə saxlanılma müddəti, cinayət işi üzrə istintaq müddətinin sonunadək 02 (iki) ay müddətə, yəni 28 sentyabr 2024-cü il tarixədək uzadılması qərara alınmışdır. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 4(009)-390/2024 saylı, xx.xx.2024-cü il qərarı ilə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs 02 avqust 2002-ci il tarixdə Pakistan İslam Respublikasında anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, işləməyən. Pakistan İslam Respublikasının Mohmand şəhərində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış Xan X8 həbsdə saxlanılma müddəti, cinayət işi üzrə istintaq müddətinin sonunadək 02 (iki) ay müddətə, yəni 28 sentyabr 2024-cü il tarixədək uzadılması qərara alınmışdır. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 4(009)-392/2024 saylı, xx.xx.2024-cü il qərarı ilə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs 12 avqust 1999-cu il tarixdə Pakistan İslam Respublikasında anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, işləməyən. Pakistan İslam Respublikasının Mohmand şəhərində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti, cinayət işi üzrə istintaq müddətinin sonunadək 02 (iki) ay müddətə, yəni 28 sentyabr 2024-cü il tarixədək uzadılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli ibtidai istintaq müddətinin uzadılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay yeni 29 sentyabr 2024-cü il tarixədək uzadılması qərara alınmışdır. 05 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs Balaqi Şukrullaha 05 sentyabr 2024cü il tarixdə elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1, 38.2 və 29,318.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. Beləliklə, təqsirləndirilən şəxslər Balaqi Şukrullah, Təqsirləndirilən şəxs1, Xan X18 və Təqsirləndirilən şəxs4 təqsirliliyi onların özlərinin ifadələri, şahidlərin ifadələri, sübut kimi istifadə edilə bilən istintaq hərəkətlərinin protokolları və sair iş materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Pakistan İslam Respublikasının vətəndaşı Xan X8, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə, Əfqanıstan İslam Respublikasının vətəndaşı Balaqi Sukrullahın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1, 318.2 və 29, 318.2-ci maddələri ilə cinayət əməlini törətməsi tam sübuta yetirilir və onlar, həmin maddələrlə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslər Xan X8, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Balaqi Sukrullahın məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən ediməmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərin törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, və işin digər hallarını nəzərə alaraq Pakistan İslam Respublikasının vətəndaşı Xan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə, Əfqanıstan İslam Respublikasının vətəndaşı Balaqi Sukrullahın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1, 318.2 və 29, 318.2-ci maddələri ilə təqsirli bilənərək həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Balaqi Sukrullaha təyin edilmiş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsi ilə qismən toplanılmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə hesab edir ki, Pakistan İslam Respublikasının vətəndaşı Xan X18, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs4, Əfqanıstan İslam Respublikasının vətəndaşı Balaqi Sukrullah onlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. X10 məhkəmədə göstərdiyi tərçümə xidmətinə görə onun bank hesab nömrəsinə (ABB 4127 2081 1125 5831) dövlət büdcəsinin vəsaiti hesabına 500 (beş yüz) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Xan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəhkmənin əvvəli 28 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasını çəkib quratardıqdan sonra Azərbaycan Respublikasının hüduduları kənarına məcburi qayadada çıxarılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 28 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasını çəkib quratardıqdan sonra Azərbaycan Respublikasının hüduduları kənarına məcburi qayadada çıxarılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 28 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasını çəkib quratardıqdan sonra Azərbaycan Respublikasının hüduduları kənarına məcburi qayadada çıxarılsın. Balaqi Sukrullah Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli biliənərək 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 29, 318.2-ci, 318.2-ci maddələri ilə təqsirli bilkinərək 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ona təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsi ilə qismən toplanılmaqla üzərində qəti olaraq 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 28 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasını çəkib quratardıqdan sonra Azərbaycan Respublikasının hüduduları kənarına məcburi qayadada çıxarılsın. X10 məhkəmədə göstərdiyi tərçümə xidmətinə görə onun bank hesab nömrəsinə (ABB 4127 2081 1125 5831) dövlət büdcəsinin vəsaiti hesabına 500 (beş yüz) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №1(058)-61/2024
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-61/2024
28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver