Məhkəmə qərarları › İş №1(058)-64/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №1(058)-64/2024

16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 1(058)-64/2024 16.12.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Tağıyev Cavid Firqət oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X1 üzrə Şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Samux rayonu Kəsəmən kəndində qeydiyyatda olmaqla yaşayan barəsində “Başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13 radələrində yaşadığı Samux rayonu Kəsəmən kəndində yerləşən evində ailə-məişət münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs qəsdən əli ilə vuraraq ona üst dodaq və damağın qançırları, sol çiyin nahiyyəsinin hematoması va hərəkət məhdudluğundan ibarət sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi təsərrüfatla məşğul olaraq ailəsini dolandırır, Samux rayonu Kəsəmən kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə bilrikdə yaşayır. Zərərçəkmiş şəxs onun arvadıdır. Pərvanə ilə birgə nikahdan 3 övladları vardır. Oğlu hal-hazırda hərbi xidmətdədir, qızları isə onlarla birlikdə yaşayırlar. Özü birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş, müharibədə aldığı kontuziyalarla bağlı spirtli içki içməyə başlamış və spirtli içki aludəçisi olmuşdur. Pərvanə ilə münasibətləri normal deyildir. Spirtli içki içdiyi üçün tez-tez Pərvanə ilə arlarında problemlər yaşanır, aralarında dava-dalaş olur. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində yaşadığı Samux rayonu Kəsəmən kəndində yerləşən evində olan zaman günorta yeməyini Pərvanə qəsdən olaraq gecikdirmiş, bu zaman o, içkili olduğu üçün Pərvanə ilə mübahisə etməyə başlamış, mübahisə zamanı Pərvanə ona cavab qaytarmış, buda onu daha da əsəbləşdirmiş, o, Pərvanənin saçından tutaraq yerə yıxmış, Pərvanə yerə yıxıldıqdan sonra onun üzərinə çıxıb əli ilə onu vurmağa başlamış bu zaman qızı Simarə onların arasına girərək aralamışdır. Hadisə xx.xx.2024-cü il tarixdə saat 13 radələrində yaşadığı Samux rayonu Kəsəmən kəndində yerləşən evində baş vermiş, hadisənin baş verməsinə səbəb Pərvanənin ona yemək verməməsi olmuş, baş vermiş mübahisə 10 dəqiqə davam etmiş, mübahisə zamanı orada Pərvanədən başqa qızı Şahid olmuşdur. Bundan başqa o, göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində yaşadığı Samux rayonu Kəsəmən kəndində yerləşən evində olan zaman arvadı Pərvanədən pasportunu verməsini tələb etmiş, bu zaman Pərvanə onunla kobud danışdığı üçün onunla aralarında mübahisə yaranmış mübahisə zamanı evdə olan stoldan taxta parçasını çıxartmış və həmin taxta parçası ilə Pərvanənin qoluna vurmuşdur, bu zaman qızı Şahid onları aralamaq istəyən zaman əsəbi olduğu üçün Simarənidə vurmuşdur. Etdiyi əməldən peşamandır, gələcəkdə belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Samux rayonu Kəsəmən kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təsərrüfatla məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs onun əridir. Azərlə onun birgə nikahdan 3 övladları vardır, oğlu Rəvan hal-hazırda hərbi xidmətdədir, qızları isə onunla birlikdə yaşayırlar. Azər spirtli içki aludəçisidir, Azər spirtli içki içdikdən sonra evdə mübahisə yaradır onu və qızlarını döyür. xx.xx.2024-cü il tarixdə yaşadığı Samux rayonu Kəsəmən kəndində yerləşən evində yemək bişirirmiş. Bu zaman Azər spirtli içki içibmiş və yeməyin gec bişməsinə görə onunla mübahisə etməyə başlamış, mübahisə zamanı Azər onun ünvanına nalayiq ifadələr işlətmiş, o, Azərə onu söyməməsini demiş, bu zaman Azər daha da əsəbləşərək onun üzərinə gəlmiş, saçından tutmuş və saçını yolmuşdur, o, müvazinətini itirərək yerə yıxılmış, yerə yıxıldıqdan sonra Azər onun üzərinə çıxmış və əli ilə onu vurmağa başlamışdır, Azərin ona vurduğu zərbələr onun dodağına, çiyninə və bədəninin müxtəlif nahiyyələrinə dəymişdir, bu zaman qızı Simarə onları aralamışdır. Simarə onları araladıqdan sonra o, polisə bu barədə məlumat vermişdir. Hadisə xx.xx.2024-cü il tarixdə saat 13 radələrində yaşadığı Samux rayonu Kəsəmən kəndində yerləşən evində baş vermiş, baş vermiş mübahisə 10 dəqiqə davam etmiş, hadisə zamanı orada Azərdən başqa qızı Simarə olmuşdur. Hadisənin baş verməsinə səbəb Azərin spirtli içki içərək sərxoş olması olmuşdur. Bundan başqa o göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində yaşadığı Samux rayonu Kəsəmən kəndində yerləşən evində olan zaman Azər evə sərxoş gəlmiş və xarici pasportunun evdə olmadığını deyib onunla mübahisə yaratmış, mübahisə zamanı Azər evi dağıtmağa başlamış, mübahisə zamanı Azər evdə olan stolun ayağını götürüb həmin taxta ilə onun sol qolundan qəsdən bir dəfə vurmuş, bundan sonra Azər əli ilə onun bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. X4rşısına durub onları aralamaq istəmiş, bu zaman Azər əlində olan stolun ayağı ilə Simarəni vurmuşdur. Hazırda isə o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İş üzrə Şahid təqsirləndirilən şəxs onun atası olduğu üçün məhkəmə iclasında şahid qismində ifadə verməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: xx.xx.2024-cü il tarixli cinayət işi başlanması və aidiyyati üzrə göndərilməsi haqqında qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər alması faktı üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Samux RPŞ-nin İQ -na göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsin tərəfindən verilmiş 13 may 2024-cü il tarixli, 105 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər — üst dodaq və damağın qançırları, sol çiyin nahiyəsinin hematoması və hərəkət məhdudluğudur ki, bu xəsarətlər - bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərər vurmaya aid edilir. 19 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır. 19 sentyabr 2024-cü il tarixli ittiham elan edilməli olan şəxsin axtarışa verilməsi və tutulması haqqında qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.1974-cü il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Samux rayonu Kəsəmən kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası 128-ci maddəsi ilə axtarış elan edilmiş və onun tutularaq Samux RPŞ-nin MSY-nə təhvil verilməklə istintaq orqanına rəsmi məlumat verilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs, xx.xx.2024-cü il tarixdə Samux RPŞ-nin CAB-nin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Samux rayonunda tutularaq Samux RPŞ-nin MSY-nə təhvil verilmişdir. 30 sentyabr 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs xx.xx.1974-cü il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Samux rayonu Kəsəmən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilməsi qərarı verilmişdir. 30 sentyabr 2024-cü il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs xx.xx.1974-cü il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Samux rayonu Kəsəmən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlunun əvvəllər məhkumluğu olmamışdır. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmişdir, bununla belə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışması, zərəçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsi nəzərə alınaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 356, 384-cü maddələrini rəhbər tutub qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar