Məhkəmə qərarları › İş №1(058)-66/2024

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-66/2024

24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-66/2024 24.12.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Resbublikası Baş X1 müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1ində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icrat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2024-cü il tarixdə saat 18-00 radələrində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə yaşadıqları Samux rayonu, Nəbiağalı qəsəbəsində evin həyətində aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı, Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs sol qolundan tutub dartaraq, qəsdən pilləkəndən aşağı itələyərək onun təpə ənsə nahiyyəsinin hemotoması, sağ dirsək nahiyyəsinin əzilmiş yarası, sol dirsək nahiyyəsinin səthi əzilmiş yaralarından ibarət, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına “Yüngül” zərər yetirməklə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdi ki, o, özünü təqsirli bilmir. Samux rayonu, Nəbiağalı qəsəbəsində yaşayır, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs keçmiş həyat yodaşıdır, bir evdə ayrı-ayrı otaqlarda yaşayırlar. Onun kənar şəxslərə pul borcu olduğu üçün barəsində məhkəməyə müraciət edilmiş, borcunu ödəyə bilmədiyinə görə məhkəmə onun barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəza növü seçmiş və bu səbəbdən ayağında elektron nəzarət vasitəsi bağlanmışdır. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində poçtalyon ona məktub gətirmiş, məktubu açıb oxuyan zaman Zərərçəkmiş şəxs onu məhkəməyə verərək atalıq hüququndan məhrum edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə məhkəmədə olmasını bilmişdir. O, həmin gün saat təxminən 18 radələrində Zərərçəkmiş şəxs evdə olan zaman əlindəki məktub ilə Aytənin yaşadığı otağa daxil olaraq nə üçün məhkəməyə verdiyini bildirmişdir. Bu zaman aralarında sözlə mübahisə olmuş, mübahisə zamanı Aytən onun otaqdan çıxmasını bildirmişdir. Bu zaman aralarında sözlə mübahisə olmuş, mübahisə zamanı o, Aytənə “gəl bu işin sonuna getməyək heç də yaxşı olmayacaq” deyərək, əynindəki qış gödəkçəsinin sol cibini göstərərək barəsində material olduğunu və həmin materilı üzə çıxarası olduğu halda Zərərçəkmiş şəxs dözməyəçəyini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs əlini onun qış gödəkçəsinin içəri sol cibinə ataraq sənədi çıxarmaq istəmiş, bu zaman o, Aytənin sol qolundan tutub kənarlaşmasını bildirərək, uzaq olmasını demişdir. Lakin Aytən həmin sənədi onun cibindən çıxarmağa çalışmış, həmin vaxt Aytənin ayağı mişar daşına iləşərək arxası üstə pılləkəndən yerə yıxılmışdır. Həmin vaxt Aytən xəsarət alaraq huşunu itirmişdir. O, qohumu Lalə Məmmədovanın köməkliyi ilə Aytəni yerdən qaldırıb stolda oturdmuş və ayılması üçün üzünə su vurmuş, sonra isə övladını Zərərçəkmiş şəxs anası Gülbəniz Qurbanovanı çağırması üçün göndərmişdir. Aytənin anası gəlmiş, təcili yardım çığırmışlar və Aytəni xəstəxanayə aparmışlar. O, Aytəni vurmamış və itələməmişdir. Aytənin ayğı ilişib yıxılmışdır. Barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs Feruz oğlu keçmiş həyat yoldaşıdır, bir evdə ayrı-ayrı otaqlarda yaşayırlar. Təqsirləndirilən şəxs ilə aralarında mütamadi münaqişə olduğu üçün məhkəmə qaydasında boşanma olmuş və atalıqdan məhrum edilməsi barədə isə hazırda məhkəmə orqanına müraciət etmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs onunla yenidən mübahisə edərək narahat etmişdir. O, xx.xx.2024-cü il tarixdə saat təxminən 18-00 radələrində işdən evə gəlmiş, Təqsirləndirilən şəxs onun yaşadığı otağa daxil olaraq nə üçün atalıqdan məhrum edilməsi ilə bağlı məhkəmə orqanına müraciət etdiyini irad bildirərək onunla mübahisə etmişdir. Mübahisə zaman azyaşlı övladı Təqsirləndirilən şəxs irad bildirərək “nə üçün anama qışqırısan” demişdir. Bu zaman Xəyal azyaşlı övladını itələmiş, o, bunu qəbul edə bilməmiş və Təqsirləndirilən şəxs iradını bildirmişdir. Bu zaman Xəyar Muradov onun sol qolundan tutub dartaraq, pilləkəndən qəsdən aşağı itələmiş, o pilləkəndən yıxıldığı üçün bədən xəsarəti almışdır. O, huşunu itirmiş, həmin vaxt azyaşlı övladı qışqırıb ağlayaraq, anası Gülbəniz Qurbanovanın evinə gedərək, bu barədə məlumat verdikdən sonra Gülbəniz Qurbanova onun yanına gəlib yıxılmış vəziyyətdə olduğunu görərək DİN-nin 102 xidmətinə zəng edərək, məlumat vermişdir. Sonra təcili yardım çağıraraq, onu Samux RMX-na aparmışlar. Təqsirləndirilən şəxslə barışmamışdır ona ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, Samux rayonu, Nəbiağalı qəsəbəsində yaşayır, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs baldızının oğlu olmaqla qonşuluqda yaşayır. O, xx.xx.2024-cü il tarixdə saat təxminən 18:00 radələrində toyuqları Təqsirləndirilən şəxs həyətinə keçdiyi üçün toyuqları gətirmək məqsədi ilə onların həyətinə keçmiş, həmin vaxt Təqsirləndirilən şəxs ilə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs mübahisə etdiklərini və Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs sinəsindən tutub nəsə istədiyini görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs “verməyəcəm” sözləri işlətdiyini, bu zaman Zərərçəkmiş şəxs ayağının kubikə ilişərək pilləkəndən yıxıldığını və huşunun getdiyini görmüşdür. O, Zərərçəkmiş şəxs yerdən qaldırmaq üçün Təqsirləndirilən şəxs köməklik etmiş, Zərərçəkmiş şəxs stolda oturtmuş, həmin vaxt Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ayıltmaq üçün üzünə su vuran zaman o, çıxıb evinə getmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan “MTE və PA Birliyi” publik hüquqi şəxsin Gəncə şəhər şöbəsinin 01 noyabr 2024-cü il tarixli 234 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- təpə ənsə nahiyyəsinin hemotoması, sağ dirsək nahiyyəsinin əzilmiş yarası, sol dirsək nahiyyəsinin səthi əzilmiş yaralarıdır ki, bu xəsarətlər - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "Yüngül" zərər vurmaya aid edilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Feruz oğlu, xx.xx.2024cü il tarixdə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə yaşadıqları Samux rayonu, Nəbiağalı qəsəbəsində evin həyətində aralarında baş vermiş şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs sol qolundan tutub dartaraq qəsdən pilləkəndən aşağı itələyərək onun təpə ənsə nahiyyəsinin hemotoması, sağ dirsək nahiyyəsinin əzilmiş yarası, sol dirsək nahiyyəsinin səthi əzilmiş yaralarından ibarət, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına “Yüngül” zərər yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam və təkzib edilməz sübutlarla təsdiq edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxsin ifadəsi ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Feruz oğlu ifadəsində Zərərçəkmiş şəxs qəsdən xəsarət yetirməsini inkar etməsi zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi ilə yanaşı, ekspertiza rəyi və eləcə də işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin ifadəyə tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirib onu ittihamı təkzib edən sübut kimi qəbul etmir və cəzadan boyun qaçırmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Onun cinayət məsuliyyətindən azad edilmələri üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Feruz oğlunun məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Feruz oğlunun şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs Feruz oğlunun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Feruz oğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2018-ci il tarixdə Goranboy RPŞ-si tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən təqsirli bilinmiş, 06 ay müddətinə islah işləri cəzası ilə məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(058)-22/2024 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Feruz oğlunun Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi idə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Samux rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 442/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Feruz oğlunun bərəsində Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(058)-22/2024 nömrəli hökmü ilə ona təyin edilmiş 01 (bir) il azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2024cü il tarixə çəkilməmiş qalan hissəsi 6 (altı) ay 03 (üç) gündür. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(058)-22/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Feruz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(058)-22/2024 nömrəli hökmü ilə ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanaraq qəti olaraq azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxsin əməlində cəzanı yüngəlşdirən və ağırlaşdıran hal yoxdur. Göstərilənlərlə yanaşı, o da qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin sanksiyasında əsas cəza kimi cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəzalar içərisində orta ağırlıqda olan cəza növünün, yəni azadlığın məhdudlaşması cəzasının təyin edilməsi cəzanın məqsədlərinin təmin edilməsi baxımından ədalətlidir. Məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Feruz oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Feruz oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs Feruz oğlunun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Feruz oğluna törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Feruz oğlunun üzərinə daimi yaşayış yeri olan ünvan 1i ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Samux rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə mülki iddia, maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Beləliklə, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Samux Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 6 (altı) ay 03 (üç) gün hissəsi hazırkı hökmlə təyin edilmiş 01 (bir) il azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1i ünvanını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Samux rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar