Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-7/2024 22.01.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1972-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Samux rayonu, Gəncə küçəsində qeydiyyatda olan və yaşayan və barəsində “başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 350 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 27 sentyabr 2023-cü il tarixdə saat 18:30 radələrində Samux rayon Polis şöbəsinin cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu, Nəbiağalı qəsəbəsi ərazisində yerləşən 1-ci işıqforun yaxınlığında saxlanılaraq, Samux rayon Polis şöbəsinin inzibati binasına aparılmaqla üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əlində olan həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq, daşıyıb üzərində saxladığı 1 (bir) ədəd ağ rəngli polietilen paketdəki, 1 (bir) ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 350 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, gündəlik fəhləliklə məşğul olur. O, ilk dəfə 1990-1991-ci illərdə həqiqi hərbi xidmətdə olarkən narkotik vasitə nəşə, yəni marixuana istifadə etmişdir. Həmin vaxtdan narkotik vasitələrin aludəçisidir. 26 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, xx.xx.2023cü il tarixdə cəzasının sonu ilə həbsdən azad edilmişdir. O, Samux rayonunda yaşadığı üçün Kür çayının sahilində yabanı halda çətənə kolları bitməs barədə məlumatı olmuş, buna görə də kimdənsə narkotik vasitə almaqdansa, fikirləşmişdir ki, gedib yığsın və bir müddət istifadə etsin. Buna görə də 2023-cü ilin avqust axırlarında o, Samux rayonu ərazisindən keçən Kür çayının sahilində, xatırlamadığı bir yerdə meşəlik olan ərazidən yabanı halda bitən çətənə kollarını tapıb, həmin kollardan bir qədər özü istifadə istifadə etmək üçün yığmış, daha sonra geri qayıdarkən Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən elektrik cərəyanı paylayıcısının yanında çuxur kimi bir yerə gizlətmişdir ki, bir qədər qurusun, həm də sonra götürüb özü istifadə etsin. Həmin nəşəni quruyandan sonra ara-sıra istifadə etməyi düşünmüşdür. Bundan sonra yaşadığı evə gətirib, həmin nəşədən təxminən 10 gün sonra siqaretə doldurmaqla çəkmə yolu ilə bir dəfə istfadə etmiş və istifadə edən zaman görmüşdür ki, nəşə yabanı olduğundan çəkmək olmur, buna görə də 27 sentyabr 2023-cü il tarixdə təxminən saat 17:30 radələrində o, həmin nəşəni kənddə yerləşən zibilliyə tullamaq qərarına gəlmişdir. Həmin vaxt o, Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən elektrik cərəyanı paylayıcısının yanında gizlətmiş olduğu nəşəni, yəni qurudulmuş marixuananı özü ilə gətirmiş olduğu sellofan paketə qoymuş və evə qayıtmaq istəyərkən təxminən saat 18:30 radələrində Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən 1-ci işıqforun yaxınlığında ona iki nəfər mülki geyimdə tanımadığı şəxslər yaxınlaşmış, onlar ona polis vəsiqələrini təqdim edərək, polis əməkdaşları olduqlarını və onda narkotik vasitə olduğunu bildirərək, onun Samux rayon Polis şöbəsinə getməyə dəvət etmişlər. O, da etiraz etməmiş və polis əməkdaşları ilə polis şöbəsinə getmişdir. O, Polis şöbəsinin inzibati binasında olan zaman ondan üzərində, əşyalarında narkotik vasitə və digər qadağan olunmuş maddə olub-olmadığını soruşmuşlar, həmin vaxt üzərində, yəni əlində olan ağ rəngli sellofan paketin içərisində narkotik vasitə olduğunu bildirmişdir. Onu dövlət hesabına müdafiəçi ilə təmin etmişlər və sonra o, həmin sellofan paketi polis əməkdaşlarına təqdim etmişdir. Dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən qurudulmuş marixuana qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Qurudulmuş marixuana elektron tərəzidə çəkilən zaman çəkisi 350 qram olmuşdur. Əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bidirdi ki, o, Samux rayon Polis şöbəsinin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili, polis baş-leytanantı vəzifəsində işləyir. 27 sentyabr 2023-cü il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri istifadə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin xx xxxxxx 1972-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Samux rayonu, Gəncə küçəsində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 27 sentyabr 2023-cü il tarixdə günorta saat 18:30 radələrində Samux rayon Polis şöbəsinin Kibercinayətkarlığıa qarşı Mübarizə Qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə Samux rayonu, Nəbiağalı qəsəbəsi istiqamətində hərəkət etmişlər. Təqsirləndirilən şəxs həmin vaxt qəsəbənin mərkəzində 1-ci işıqforun yaxınlığında olması barədə əməliyyat məlumatı olmuşdur. Samux rayonu, Nəbiağalı qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs qəsəbənin mərkəzində 1-ci işıqforun yaxınlığında olması müəyyən edilmiş, onlar ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələri göstərmiş və ona qanunsuz olaraq narkotik vasitələri daşıması, gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatları olduğunu, buna görə də onu Samux rayon Polis şöbəsinə getməyə dəvət etmişlər, Təqsirləndirilən şəxs isə heç bir etiraz etməmiş və onlar Samux rayon Polis şöbəsinə aparılmışdır. İnzibati binada Samux RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Rəcəb Cəbrayılov tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əlində olan ağ rəngli paketi təqdim edərək, içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın çəkisi 350 qram olduğu müəyyən edilməklə qablaşdırılmış və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Samux rayon Polis şöbəsinin MSY-nə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və Samux rayon Polis şöbəsinin MSY-dən azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Samux rayon PŞnin MSY-dən azad edilmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı bir ədəd ağ rəngli sellofona bükülü həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd sellofon bükümündə olan təmiz çəkisi 350 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və bu barəıdə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 bölməsinin 28 sentyabr 2023-cü il tarixli 16/958 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs məxsus kütlə” yazılar və imzalar olan ağ rəngli polietilen paketdəki, bir ədəd şəgffaf sellefonpaketdə, təmiz çəkisi 350 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (0.2 qramtədqiqata sərf edildi 350 qram, qalıq 349.8 qram) Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 181.2.1; 217.2; 234.1; 66.3; 181.2.2; 181.2.5 maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2022 tarixdə Samux Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(058)-21/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 18 oktyabr 2023-cü il tarixli 1706 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edib. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomoniya xəsitəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik maddələrin aslığı) əlamətləri olmadığı üçün Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəməistintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətmiş, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında qeyd olunan cinayət əməli bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 234.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının CM-in 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının CM-in 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikasının CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdən 29 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günə bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olduğundan CM-nin 65.2 və 56.1.3-cü maddəsinin tələbləri nəzərə alınmalqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs Abbasov X2 Dispanserdə profilaktiki qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 349.8 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertizasının xərci 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdən 29 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 22 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə zalından həbs edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 349.8 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının xərci 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən 20 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayət ivə ya apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-7/2024
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-7/2024
22.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver