Məhkəmə qərarları › İş №1(058)-8/2023

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-8/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-8/2023 25.05.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X2 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Samux rayonu Seyidlər kəndində qeydiyyatda olmaqla həmin ünanda yaşayan, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx.xx.1989-cu il tarixdə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Samux rayonu Alabaşlı qəsəbəsində qeydiyyatda olmaqla, Gəncə şəhəri, 4-cü MKR bina 1, mənzil 5-də yaşayan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub 29.10 2022-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs məxsus Samux rayonu Qarayeri qəsəbəsində yerləşən fermaya açıq qapıdan daxil olub oradan sonuncuya məxsus 1800 manat dəyərində 01 baş inək və fermanın hasarlanmış hissəsində “Xalxal” adlanan yerdən 1200 manat dəyərində 01 baş buzovu, cəmi 3000 (üç min) manat dəyərində özgə əmlakını gizli yolla talayıb qəsdən qabaqcadan əlbir olub bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub 29.10 2022-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs məxsus Samux rayonu Qarayeri qəsəbəsində yerləşən fermaya açıq qapıdan daxil olub oradan sonuncuya məxsus 1800 manat dəyərində 01 baş inək və fermanın hasarlanmış hissəsində “Xalxal” adlanan yerdən 1200 manat dəyərində 01 baş buzovu, cəmi 3000 (üç min) manat dəyərində özgə əmlakını gizli yolla talayıb qəsdən qabaqcadan əlbir olub bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs2 onun tanışıdır. Onunla 2-3 ay bundan əvvəl Dəmiryolu vağzalında tanış olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 taksi sürücüsüdür. Zərərçəkmiş şəxs isə əvvəllər müdiri olmuşdur. Belə ki, o, Zərərçəkmiş şəxs məxsus olan Samux rayonu Qarayeri qəsəbəsində yerləşən fermada çoban işləmiş, sonradan aralarında yaranan narazılığa görə işdən ayrılmışdır. Onun 2 azyaşlı övladı var. Oğlu Sahilin gözündə zəiflik olduğu üçün həkim ona eynək yazmış, lakin pulu olmadığı üçün eynək ala bilməmiş və bu səbəbdən də, Zərərçəkmiş şəxs məxsus Samux rayonu Qarayeri qəsəbəsində yerləşən fermadan oğurluq etmək qərarına gəlmişdir. Oğurluq etməkdə ona kömək etməsi üçün Təqsirləndirilən şəxs2 seçmişdir. 28 oktyabr 2022-ci il tarixdə saat təxminən 15 radələrində istifadəsində olan mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan telefona zəng vuraraq ondan Gəncə şəhəri dəmir yolu vağzalına gəlməsini istəmişdir. Bundan sonra saat təxminən 16 radələrində Gəncə şəhəri dəmir yol vağzalında Təqsirləndirilən şəxs2la görüşmüşdür. O, Abbas İsamyılovdan onunla sözügedən fermaya getməsini və oradan götürəcəyi heyvanları satmaqda ona köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 onun bu fikiri ilə razılaşmış və qərara gəlmişlər ki, 29 oktyabr 2022-ci il tarixdə gecə saat 2 radələrində Gəncə şəhəri Dəmir yolu vağzalında görüşsünlər. Bundan sonra yaşadığı Samux rayonu Seyidlər kəndinə getmişdir. 29 oktyabr 2022- ci il tarixdə gecə saat 03 radələrində evdən çıxaraq “Ford” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Gəncə şəhərinə gedərkən yolda olan zaman Təqsirləndirilən şəxs2 zəng vuraraq Gəncə şəhəri Dəmir yolu vağzalına gəlməsini demişdir. 29 oktayabr 2022-ci il tarixdə gecə saat təxminən 03 radələrində Gəncə şəhəri Dəmir yolu vağzalında Təqsirləndirilən şəxs2la görüşmüş, Təqsirləndirilən şəxs2 ora “Vaz21061” markal ** EH *** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş, o, Təqsirləndirilən şəxs2 onunla dal qabaq getməsini, özünün avtomobilini Samux rayonu Seyidlər kəndinin giriş hissəsində olan yeni tikili binaların yanında saxlayacağından Abbasın onu oğurluq edəcəyi fermanın yaxınlığında düşürməsini xahiş etmişdir. O, Samux rayonu Seyidlər kəndinin giriş hissəsində olan yeni tikili binaların yanında idarə etdiyi “Ford” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini saxlamış və Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz21061” markal ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişdir. Təqsirləndirilən şəxs2 onu Samux rayonu Qarayeri qəsəbəsində Zərərçəkmiş şəxs fermasına təxminən 1 km qalmış düşürmüş və oradan çıxıb getmişdir. O, piyada Zərərçəkmiş şəxs fermasına getmiş, fermanın qapısında qıfıl olmadığından həmin qapının rezəsini çəkərək qapını açmış və fermaya daxil olmuşdur. Oradan bir baş inək götürərək çıxmışdır. O, fermanın çəpərinin içərisində olan “xalxal” adlanan yerdən isə bir baş buzov götürmüşdür. Həmin heyvanları götürdükdən sonra piyada təxminən 2 km aparmış və yola yaxın ərazidə olan ağaca həmin oğurlamış olduğu heyvanları bağlayaraq piyada üzü Samux rayonu Seyidlər kəndi istiqamətində avtomobilini saxladığı yerə getmişdir. O, “Ford” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə oturmuş və həmin avtomobili idarə edərək heyvanları bağlamış olduğu yerə gəlmişdir. Oradan heyvanları avtomobilə yerləşdirdikdən sonra İmamzadə kompleksi tərəfdən Gəncə şəhəri “Dubay bazarı adlanan əraziyə getmiş və orada bir qədər gözlədikdən sonra saat təxminən 10 radələrində Təqsirləndirilən şəxs2 zəng vuraraq heyvanları oğurlayaraq Dubay bazarına gəldiyini bildirmiş, ona yanacaq alaraq həmin yerə gəlməsini Abbasdan xahiş etmişdir. Təxminən 30 dəqiqə sonra Abbas yanacaq alaraq onun yanıma gəlmiş, o, Abbasdan heyvanları kimə satmaq barədə fikrini soruşmuş, Abbas isə ona Hacıkənd qəsəbəsində yaşayan Ruslan adlı tanışının olduğunu və heyvanları ona sata biləcəklərini demişdir. Bundan sonra Abbas onun telefonu ilə Ruslana zəng vuraraq özünə məxsus satılıq heyvanının olduğunu demiş, Ruslan isə heyvanların oğurluq olub-olmamasını soruşmuşdur. Abbas heyvanın ona məxsus olmasını bildirmişdir. Bundan sonra Ruslan telefonda bir nəfər tanışının olduğunu və onunla əlaqə saxlayıb sonra onlara xəbər verəcəyini bildirmişdir. Təxminən 30 dəqiqə sonra Ruslan zəng vuraraq heyvanlara müştəri tapdığını və Hacıkəndə gəlmələrini demişdir. Oradan çıxaraq Gəncə şəhəri Hacıkənd qəsəbəsinə gedərək Ruslanla görüşmüşlər və Ruslanla birlikdə Göygöl rayonu Toğanalı kəndinin giriş hissəsində yerləşən “Laçın” kafesinə getmişlər. Orada adını sonradan Şahid1 kimi tanıdığı şəxs avtomobilində olan heyvanlara baxmışdır. Orada Təqsirləndirilən şəxs2 özünü heyvanların sahibi kimi təqdim etmiş və 1 baş inəyi və 1 baş buzovu 1100 manata Şahid1 satmışdır. Şahid1 Təqsirləndirilən şəxs2 min manat pulu nağd şəkildə vermiş, yüz manatı isə sonra verəcəyini bildirmişdir. Şahid1 Abbas İsmaylılovdan heyvanları Gəncə şəhəri Yeni qəsəbə 2 ünvanına aparıb təhvil verməyini istəmiş, onlar yolu tanımadığıqlarına görə yolu Ruslan göstərəcəkmiş və ona yol pulu verəcəkmişlər. Lakin Ruslan onlara maşının pis iyləndiyini bildirərərk özü onların arxası ilə gedəcəyini demişdir. Onlar oradan çıxaraq üzü Gəncə şəhəri istiqamətində hərəkət edən zaman Göygöl rayonu “Böyük İsgəndər” restoranın yanında onları polis saxlamış və avtomobilində olan heyvanların kimə məxsus olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs2 polislərə heyvanın Ruslana aid olmasını demişdir. X3 nömrəsini alaraq Ruslana zəng vuraraq heyvanların ona məxsus olmasını soruşmuşlar və Ruslan polislərə heyvanların ona məxsus olmadığını dedikdən sonra onları polis şöbəsinə aparmışlar. O, göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə gecə saat 04 radələrində Samux rayonu Qarayeri qəsəbəsində Zərərçəkmiş şəxs məxsus fermadan bir baş inək və bir baş buzov oğurlamış, oğurluq edən zaman tək olmuş, lakin mən həmin oğurluğu Təqsirləndirilən şəxs2la birlikdə planlaşdırmış və aralarında əvvəlcədən rol bölgüsü var imiş,oğurlamış olduğu bir baş inəyi və bir baş buzovu Təqsirləndirilən şəxs2 Göygöl rayonu Toğanalı kəndində 1100 manata Şahid1 satmış, Şahid1 və Şahid2 satmış olduğu heyvanların oğurluq olduğunu deməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, heç bir yerdə işləmir, özünə məxsus “Vaz 21061” markal 20- EH-172 dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobillə taksi sürücüsü işləyərək ailəsini dolandırır. Təqsirləndirilən şəxs1 və Şahid2 onun tanışlarıdır. Təqsirləndirilən şəxs1 ilə bir neçə ay əvvəl Dəmiryolu vağzalında tanış olmuşdur. Ruslan Qurnbanovla isə bir neçə il bundan qabaq “İnstaqram” sosial şəbəkəsində tanış olmuşdur. Zərərçəkmiş şəxs və Şahid1 isə əvvəllər tanımırmış. 28 oktyabr 2022-ci il tarixdə saat təxminən 15 radələrində Təqsirləndirilən şəxs1 onun istifadəsində olan mobil nömrəyə zəng vuraraq ona Gəncə şəhəri Dəmir yolu vağzalında onunla görüşmək istədiyini demiş, bundan sonra saat təxminən 16 radələrində Gəncə şəhəri dəmir yol vağzalında Təqsirləndirilən şəxs1 ilə görüşmüşdür. Təqsirləndirilən şəxs1 ondan onunla birlikdə sözügedən fermaya getməsini və oğurlayacağı heyvanları satmaqda köməklik etməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs1 bu fikiri ilə razılaşaraq onunla 29 oktyabr 2022-ci il tarixdə gecə saat 2 radələrində Gəncə şəhəri Dəmir yolu vağzalında görüşməyi planlaşdırmışlar. 29 oktayabr 2022- ci il tarixdə gecə saat təxminən 03 radələrində Təqsirləndirilən şəxs1 ona zəng vuraraq Gəncə şəhəri Dəmir yolu vağzalına gəlməyini demişdir. O, idarə etdiyi “Vaz21061” markal ** EH *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri Dəmir yolu vağzalına getmiş və Təqsirləndirilən şəxs1 ilə görüşmüşdür. Orada Təqsirləndirilən şəxs1 onunla dal qabaq getməyini və avtomobilini Samux rayonu Seyidlər kəndinin giriş hissəsində olan yeni tikili binaların yanında saxlayacağını bildirərək, onu oğurluq edəcəyi fermanın yaxınlığında düşürməyini xahiş etmişdir. O, Məhərrəmlə dal qabaq Samux rayonu Seyidlər kəndinin giriş hissəsində olan yeni tikili binaların yanına gəlmiş, orada Məhərrəm idarə etdiyi “Ford” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini saxlamış və onun idarə etdiyi “Vaz21061” markal ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişdir. O, Samux rayonu Qarayeri qəsəbəsində Təqsirləndirilən şəxs1 düşürtmüş və oradan yaşadığı evə getmişdir. Məhərrəm heyvanları oğurladığı günün sabahısı onunla görüşəcəkmiş və o, Məhərrəmin oğurladığı heyvanları satacaqmış. 29 oktyabr 2022- ci il tarixdə saat təxminən 10 radələrində Məhərrəm ona zəng vuraraq heyvanları oğurlayaraq Dubay bazarına apardığını bildirmiş və ondan yanacaq alaraq ora getməsini istəmişdir. Təxminən 30 dəqiqə sonra o, yanacaq alaraq Məhərrəmin yanına getmiş, Məhərrəm ondan heyvanları kimə satacaqlarını soruşmuşdur. O, Hacıkənd qəsəbəsində yaşayan Ruslan adlı tanışının olduğunu və həmin şəxsə heyvanları sata biləcəklərini bildirmişdir. Bundan sonra Məhərrəmin telefonu ilə Ruslana zəng vuraraq özünə məxsus satılıq heyvanının olduğunu demişdir. Ruslan isə ondan heyvanların oğurluq olub-olmamasını soruşmuşdur. O isə Ruslana narahat olmamasını, heyvanın ona məxsus olmasını bildirmişdir. Bundan sonra Ruslan telefonda bir nəfər tanışının olduğunu, onunla əlaqə saxlayıb onlara xəbər deyəcəyini demiş, təxminən 30 dəqiqə sonra Ruslan zəng vuraraq heyvanlara müştəri tapdığını bildirərək, Hacıkəndə gəlmələrini bildirmişdir. Onlar oradan çıxaraq Gəncə şəhəri Hacıkənd qəsəbəsinə gedərək Ruslanla görüşmüşlər, daha sonra Göygöl rayonu Toğanalı kəndinin giriş hissəsində yerləşən “Laçın” kafesinə getmişlər. Orada adını sonradan Şahid1 kimi tanıdığı şəxs avtomobildə olan heyvanlara baxmışdır. O, özünü heyvanların sahibi kimi təqdim etmiş və 1 baş inəyi və 1 baş buzovu 1100 manata Şahid1 satmışdır. Şahid1 ona min manat pulu nağd şəkildə vermişdir, yüz manatı isə sonra verəcəyini demişdir. Şahid1 ona heyvanları Gəncə şəhəri Yeni qəsəbə 2 ünvanına aparıb təhvil vermələrini bildirmişdir. Onlar yolu tanımadıqlarına görə yolu Ruslan göstərəcəkmiş. O isə Ruslana yol pulu verəcəkmiş. Lakin Ruslan onlara maşının pis iyləndiyini deyərək, onların arxası ilə taksi ilə gedəcəyini bildirmişdir. Onlar Gəncə şəhəri istiqamətində hərəkət edərkən Göygöl rayonu “Böyük İsgəndər” restoranın yanında polis onları saxlamış və avtomobilində olan heyvanların kimə məxsus olduğunu soruşmuşdur. O, polislərə heyvanın Ruslana aid olmasını demişdir. Polislər ondan Ruslanın nömrəsini alaraq Ruslana zəng vuraraq heyvanların ona məxsus olub-olmamasını soruşmuşlar və Ruslan polislərə heyvanların ona məxsus olmadığını dedikdən sonra polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. O, göstərmişdir ki, Şahid1 ona satdıqları heyvanların oğurluq olmasından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahid2 ilə tanışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımırmış. 29 oktyabr 2022-ci il tarixdə saat təxminən 12 radələrində Şahid2 ona zəng vuraraq dostunda satılıq balalı inək olduğunu demiş, o isə heyvanın oğurluq olub-olmamasını soruşmuşdur. Ruslan isə heyvan satan şəxsin tanıdığı adam olduğunu bildirmiş, o isə Ruslana heyvana baxmaq üçün heyvanı gətirməyini xahiş etmiş, xoşuna gələrsə alacağını demişdir. Təxminən 30 dəqiqə sonra Şahid2 və sonradan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kimi tanıdığı şəxslər “FORD” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişlər. Onlar avtomobildən düşdükdən sonra Təqsirləndirilən şəxs2 özünü həmin heyvanlartın sahibi kimi təqdim etmişdir. O, Təqsirləndirilən şəxs2 heyvanlarına qiymət deməsini demişdir. Təqsirləndirilən şəxs2 isə ona heyvanların ikisini birlikdə 1500 manata satdığını bildirmiş, O isə Təqsirləndirilən şəxs2la heyvanların 1000 manata alqı-satqısı, həmçinin heyvan deyildiyi südü versə 100 manat da əlavə ödəyəcəyi barədə razılaşmışlar. O, Təqsirləndirilən şəxs2 həmin heyvanları onun yaşadığı ünvan 2 ünvanına aparaq anasına verməsini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 gəldikləri maşınla çıxıb getmişlər. Ruslan Qurbanzadə isə onların arxası ilə yol maşını ilə getmişdir. Daha sonra Ruslana zəng vurmuş, Ruslan isə telefonu götürərək Məhərrəm və Abbası polisin saxladığını bildirərək onun da gəlməyini xahiş etmişdir. Bundan sonra o, Göygöl polisinə getmiş və orada ona məlum olmuşdur ki, həmin heyvanlar oğurluqdur. Təqsirləndirilən şəxs2 ona satmış olduğu heyvanların oğurluq olmasını bilmirmiş. Cinayət prosesi tərəflərinin razılığı ilə məhkəmə iclasında iştirakı mümkün olmamış Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsi və xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsi məhkəmə iclasında elan və tədqiq olunmuşdur. Zərərçəkmiş şəxs ibtidai istnintaqda verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Özünə məxsus Samux rayonu Qarayeri qəsəbəsində ferması vardır. Onun fermasında 1 baş inək 3 baş buzov, 6 baş at vardır. 28 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində fermadan çıxaraq yaşadığı evə getmişdir. Evə gedən zaman bir baş inək fermanın içərisində 03 baş buzov isə xalxal adlanan yerdə imiş. Sabahısı gün 29 oktyabr 2022-ci il tarixdə saat 9 radələrində fermaya getmiş və fermanın içərisində olan 01 baş inəyin və xalxalda olan 01 baş buzovun olmadığını görmüşdür. O, fermada öz-özlüyündə müəyyənləşdirdim ki, ona məxsus olan heyvanları oğurlamışlar. O göstərmişdir ki, fermanın giriş qapısında qıfıl yox imiş. O, sadəcə qapını örtərək çıxırmış. Onun fermasından 01 baş 3 yaşında diri çəkisi 300 kq təmiz çəkisi 150 kq olan simmental inək və 1 baş 8 aylıq diri çəkisi diri çəkisi 150 kq təmiz çəkisi 75 kq olan simmental erkək buzov oğurlanışdır. 01 baş 3 yaşında diri çəkisi 300 kq təmiz çəkisi 150 kq olan simmental inəyin qiyməti 1800 manat, 1 baş 8 aylıq diri çəkisi diri çəkisi 150 kq təmiz çəkisi 75 kq olan simmental erkək buzovun qiyməti isə 1200 manatdır. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı notarial qaydada təsdiq olunmuş ərizəsində isə göstərmişdir ki, ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslərdən şikayəti yoxdur. Həmçinin iş rejimi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini qeyd edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cinayət prosesi tərəflərinin razılığı ilə məhkəmə iclasında iştirakı mümkün olmamış Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq olunmuşdur. Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, ev-alqı satqısı ilə məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs2 onun tanışıdır. Onunla bir neçə il bundan əvvəl “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur. 29 oktyabr 2022-ci il tarixdə saat təxminən 11 radələrində Təqsirləndirilən şəxs2 onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq onda 2 baş 80-90 kiloluq satılıq dana olduğunu və ona müştəri tapmağımı istəmişdir. O isə Abbasa deyib ki “ birdən oğurluq olar. Abbas isə ona deyib ki, “narahat olma mənim heyvanlarımdır”. Bundan sonra keçmiş həmkəndlisi olmuş Şahid1 zəng vuraraq satılıq dana olduğunu demişdir. Şahin isə ona deyib ki, “ gətir baxım heyvana xoşum gəlsə alaram” Təxminən saat 12 radələrində Təqsirləndirilən şəxs2 və adını sonradan Təqsirləndirilən şəxs1 kimi tanıdığı şəxs yaşadığı Gəncə şəhəri Hacıkənd qəsəbəsinə “FORD” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişlər. Onlar gələn avtomobilin baqaj hissəsində bir baş inək və bir baş buzov var imiş. Onların avtomobilinə oturaraq Göygöl rayonu Toğanalı kəndinin giriş hissəsində şəhid bulağının yanında Şahid1 işlətdiyi “Laçın” restoranına getmişlər. Orada Təqsirləndirilən şəxs2 1 baş inəyi və 1 baş buzovu 1100 manata Şahid1 satmışdır. Şahid1 Abbasa deyib ki, “ heyvanları Hacıməlik qəsəbəsinə aparıb düşürərsən”. Təqsirləndirilən şəxs2 isə Şahinə deyib ki, “mən oranı tanımıram”. Şahid1 isə ona deyib ki, “sən onlarla get evin yerini göstərərsən” O isə Abbasa deyib ki “avtomobilin içi iylənir mən o avtomobillə gedə bilmərəm” Abbas isə ona deyib ki, “ yol pulunu verəcəm narahat olma” Bundan sonra Abbas və Məhərrəm heyvanları gətirmiş olıduğu maşınla getmişlər. O isə yol maşını ilə evə getmişdir. O, evdə olan zaman istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng gəlmiş və özünü polis əməkdaşı kimi təqdim edən şəxs ona deyib ki, “ Abbas deyir ki, maşında olan heyvanlar sənə məxsusdur”. O, isə baş vermiş haqq hesabı demişdir. Bundan sonra Şahin ona zəng vurmuş və Şahinə Təqsirləndirilən şəxs2 polislərin tutduğunu demişdir. Bundan sonra Şahinlə birlikdə X5 getmişlər. O, göstərmişdir ki, Təqsirləndirilən şəxs2 həmin heyvanları oğurladığını bilirmiş, Şahid1 Təqsirləndirilən şəxs2 bir baş buzov və bir baş inək almışdır. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 29 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında samux rayonu, Qarayeri qəsəbəsində yerləşən fermaya baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, hadisə yeri Samux rayonu, Qarayeri qəsəbəsində yerləşir. Hadisə baş verən yer üç tərəfdən hasarlıdır və hasar fermanın binasına birləşir. Oğurluq olan əraziyə giriş hissədə çəpər vardır, həmin çəpərin qapısında isə qıfıl yoxdur. Çəpərdən içəri daxil olub sol tərəfə dönüb bir qədər irəli getdikdən sonra sağ tərəfdə fermanın giriş qapısı vardır, qapı dəmir materialdandır, üzəri bir qədər paslıdır, qapının üzərində qapını örtmək üçün nəzərdə tutulmuş cəftə vardır, lakin həmin cəftənin üzərində qıfıl yoxdur. İş materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 10 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılan zaman o, ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş, X1 məxsus fermaya daxil olduğu yeri, həmçinin fermaya daxil olduqdan sonra 01 baş iribuynuzlu heyvanı və fermanın həyətində olan bağlı hasarın içərisində 01 baş iribuynuzlu heyvanı götürdüyü yeri göstərmiş, bu barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 16 yanvar 2023-cü il tarixli, 9/9196 №-li rəyindən görünür ki, 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə 1 baş 3 yaşında diri çəkisi 300 kq, təmiz çəkisi 150 kq olan simmental inək 1800,00 manat, 1 baş, 8 aylıq diri çəkisi 150 kq, təmiz çəkisi 75 kq olan simmental erkək buzov 1200,00 manat qiymətləndirilmişdir. İş materiallarında olan 30 oktyabr 2022-ci il tarixli götürmə haqqında protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə, Təqsirləndirilən şəxs1 istintaqa təqdim etdiyi Zərərçəkmiş şəxs oğurlamış olduğu 01 baş inək və 01 baş buzov müstəntiq tərəfindən götürülərək protokollaşdırılmış və Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin tərkibi vardır. Təqsirləndirilən şəxslərin təqsiri özlərinin etirafedici ifadələri, şahid ifadələri, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, istintaq hərəkətlərinin protokolları və ekspert rəyi ilə tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan məhkumluq haqqında məlumat sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs1 daha öncə məhkumluğu olmayıb. Təqsirləndirilən şəxs2 isə daha öncə Kareliya republikasının Petrozavodski şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə 03 il şərti sınaq müddəti ilə azadlıqdan məhrum etmə cəzasına, həmin məhkəmənin xx.xx.2014-cü il tarixli hökmü ilə isə 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-in 59.1.12-ci maddəsi) və cinayət nəticəsində vurulmuş maddi ziyanı tam olaraq ödəməsini (CM-in 59.1.13-cü maddəsi) nəzərə alır və göstərilənləri onların cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxslərin əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin iqtisadi xarakterli cinayət olmaqla onun ictimai təhlükəliliyinin əsasən zərərçəkmiş şəxsə maddi ziyan vurulmasında ifadə olunduğunu, təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsə vurduğu zərəri tam həcmdə ödədiklərini nəzərə alaraq qeyd edir ki, cəzanın məqsədlərindən olan sosial ədalətin bərpasına artıq qismən nail olunmuşdur. Cəzanın digər məqsədlərinin təmin edilməsi üçün təqsirləndirilən şəxslərə təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının orta həddə təyin edilməsi təqsirləndirilən şəxslərin şəxsiyyətinə və işin hallarına uyğundur. İş materiallarında olan 30 oktyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması barədə” protokoldan və “Qətimkan tədbirinin seçilməsi haqqında” 01 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə 30 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 noyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Beləliklə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə 02 gün tutulmaqla həbsdə saxılanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həmin müddət həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla 04 gün ona təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməməlidir. İş materiallarında olan 30 oktyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması barədə” protokoldan və “Qətimkan tədbirinin seçilməsi haqqında” 01 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə 30 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 noyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Beləliklə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə 02 gün tutulmaqla həbsdə saxılanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həmin müddət həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla 04 gün ona təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan 01 baş inək və 01 baş buzovun qanuni sahibi olan Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat puldan ibarətdir. Azərbaycan Respublikası CPM-in 198-ci maddəsinə uyğun olaraq həmin xərc təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə həbsdə saxlanıldığı 02 gün müddət bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə hesablanaraq 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 il 11 ay (on bir) ay, 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 21:00-dan saat 08:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Gəncə şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə həbsdə saxlanıldığı 02 gün müddət bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə hesablanaraq 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 01 il 11 ay (on bir) ay, 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 21:00-dan saat 08:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Gəncə şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu – 3. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 51 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına hər saat üçün 6 manat olmaqla 306 (üç yüz altı) manat pul Samux rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 hesabına (“Beynəlxalq Bank” ın Gəncə filialı kod; 509352, VÖEN: **********, müxbir hesab: AZ 03NABZ 013501**********2944; SWİFT: İBAZAZ2X; Hesab AZ 92 İ BAZ ******************** VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar