Məhkəmə qərarları › İş №1(058)-9/2023

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-9/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-9/2023 25.04.2023 SAMUX RAYON MƏKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, A.Ziyadxanov küçəsi, ev 4, mənzil 69-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM)177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədilə 2022-ci ilin aprel ayından sentyabr ayınadək olan müddət ərzində ibtidai istintaqa dəqiq məlum olmayan bir tarixdə və saatda Zərərçəkmiş şəxs məxsus Samux rayonu, İnstitut qəsəbəsində yerləşən Pambıq emalı zavodunun həyətində olan sexin qapısının qıfılını sındırma yolu ilə qanunsuz olaraq başqa saxlanc yeri olan sexə daxil olub oradan sonuncuya məxsus 11 ədəd hər birinin qiyməti 360 manat dəyərində 4,5 kv.t gücü və 1500 dövriyyəsi olan matoru, 1 ədəd 3000 (üç min) manat dəyərində 37 kv.t və 1500 dövriyyəsi olan ventilyator matoru, 1ədəd 400 (dörd yüz) manat dəyərində 5.5 kv.t gücü və 1000 dövriyyəsi olan çiyid matoru, 1 ədəd 600 (altı yüz) manat dəyərində 57.5 kv.tgücü və 1500 dövriyyəsi olan seperator matoru, 1 ədəd 320 (üç yüz iyirmi) manat dəyərində 4kv.t gücü və 100 dövriyyəsi olan lenta matoru, 1 ədəd 40(qırx) manat dəyərində “Marquisi” firmasına məxsussu matoru və ümumi dəyəri 2000 (iki min) manat olan 4 ton çəkidə dəmir, cəmi 10360,0 (on min üç yüz altmış) manat miqdarında özgə əmlakını gizli yolla talayıb qəsdən başqa saxlanc yeri olan sexə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-nin177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki,o, təxminən 7-8 ildir ki, çoban kimi işləyir. Zərərçəkmiş şəxs təxminən 6-7 aydır tanıyır. Zərərçəkmiş şəxs bacısı Elnarənin vasitəsi ilə tanımışdır. O, bacısı Elnarənin vasitəsi ilə Zərərçəkmiş şəxs məxsus Samux rayonu, İnstitut qəsəbəsində yerləşən Pambıq zavodunun inzibati binasının həyətində olan fermada çoban işləməyə başlamışdır. Həmin fermada 2022-ci ilin təxminən aprel ayında işləməyə başlamışdır. Orada 30 baş iri buynuzlu heyvana baxırmış və bunun müqabilində hər ay 400 manat maaş alırmışdır. Həmin fermada işləyən zaman fermada inəklərdən sağılan südü daşıyan Şahid3 adlı şəxs ilə tanış olmuşdur. Eminin həmin fermada işi özünə məxsus olan “VAZ 2107” markalı 10-RJ- 967 dövlət qeydiyyat nişanlı avtomobillə inəklərdən sağılan südü Zərərçəkmiş şəxs yaşadığı Gəncə şəhəri, Sadıllı qəsəbəsi 9-cu küçədə yerləşən evinə aparmaqdan ibarət olmuşdur. Emin ilə təxminən 1 ay birlikdə işlədikdən sonra onun Zərərçəkmiş şəxslə arasında narazılıq yaranmış və o, Xaliqlə işləməmişdir. Xaliqin fermasının həyətində olan köhnə zavodun qapısı həmişə açıq olurmuş. Onun həmin binaya girməyə icazəsi olmadığından oranı Xaliq ona etibar etməmişdir. Həmin binanın içərisində istifadəyə yararsız matorlar olmuşdur. Övladı xəstə olduğu üçün pula ehtiyacı olduğundan qərara gəlmişdir ki, həmin matorları götürüb satsın və bir qədər pul qazansın. O, düşünmüşdür ki, həmin matorlar Xaliqə lazım deyil, ancaq Xaliqdən həmin matorları istəsə ona verməyəcək. 2022-ci ilin iyul ayının sonlarında zavodun transformatoru xarab olduğundan təxminən 4 gün işıqlar yanmamıış və orada olan kameralar işləməmişdir. İşıqlar yanmayan vaxtda həmin zavoddan oğurluq etmək fikrinə düşmüşdür. Gecələr o, zavodda qaldığı üçün orada qalmağa görə ona ayrıca yer ayrılmışdır. 2022-ci ilin iyul ayının sonlarında xatırlamadığı bir günündə saat 21 radələrində zavodun həyətində olan sexə getmiş, sexin qapısında qıfıl olsa da açıq olmuşdur. O, açıq qapıdan sexə daxil olmuş, sexdən yerdə yığılmış 8 ədəd motor götürmüş və onları araba ilə daşıyaraq zavodun giriş qapısının yanında olan kiçik bir qaraja yığmışdır ki, münasib bir vaxtda həmin motorları aparıb satsın. Oğurluğu tək olaraq planlaşdırıb etmişdir. Onun taksiyə verməyə pulu olmadığından qərara gəlmişdir ki, Emindən xahiş etsin ki, motorları onun avtomobilinə yığsın, motorları satdıqdan sonra Eminin taksi pulunu verər. Eminin Samux rayonu, İnstitut qəsəbəsində poçtun yanında dayanaraq taksilik etdiyini bilmişdir. O, motorları oğurladığı gün Samux rayonu, İnstitut qəsəbəsində poçtun yanında Eminlə görüşmüş, söhbət zamanı o, Şahid3 demişdir ki, sabah vaxtı olsa Xaliq ona köhnə motorlar vermiş, onu aparıb metal qəbulu məntəqəsinə versinlər, yol pulunu da pulu aldıqdan sonra verəcək. O, Eminə 50 manat pul verəcəyini demiş, Emin də onunla razılaşmışdır. Həmin günün sabahısı gün Eminə zəng vuraraq zavoda çağırmış, Emin günorta saat 12 radələrində zavodun qarışına idarə etdiyi “VAZ 2107” markalı 10-RJ- 967 dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Emin avtomobili saxladıqdan sonra motorları Eminin avtomobilinə yığmış və zavodun qarşısından yola düşmüşlər. Yolda olan zaman Eminə demişdir ki, “laqonda olsa motorları söküb içərisində olan mis metalı çıxarardıq, belə olsa daha baha qiymətə satmaq olar”. Emin isə ona demişdir ki, “evdə məndə laqonda var, sənə verə bilərəm”. O, isə Eminlə razılaşmış və Eminin yaşadığı evə getmişlər. Bundan sonra Emin laqonda gətirmiş və həmin laqondanı ona vermişdir. O, 4 ədəd motoru sökərək matorun içərisindən mis metalı çıxartmışdır. İşə qayıtmalı olduğu üçün qərara gəlmişdir ki, digər 4 ədəd motoru bütöv satsın. Bundan sonra motorlardan sökmüş olduğu mis metalı Eminin avtomobilinə yığaraq, Gəncə şəhəri “Sovxoz Nizami” adlanan ərazidə metal qəbulu məntəqəsinin sahibi adını Xəlil kimi tanıdığı şəxsə satmışdır. Həmin oğurlamış olduğu 8 ədəd motorları 211 manata satmışdır. O, həmin puldan 50 manat Şahid3 vermiş, bundan sonra Emin onu yaşadığı evə aparmış və sonra onu Samux rayonu, İnstitut qəsəbəsinə düşürtmüşdür. 2022-ci ilin iyul ayının sonlarında xatırlamadığı bir gündə tək olaraq 8 ədəd motor oğurlamış, 8 ədəd motoru Gəncə şəhərində metal qəbuletmə məntəqəsinə 211 manata satmışdır. Zərərçəkmiş şəxs məxsus zavoddan oğurluğu tək etmiş, oğurluq edərkən, ondan əvvəl və sonra bu barədə heç kimə heç nə deməmiş Şahid3 onun oğurluq etməyi barədə məlumatı olmamışdır. Şahid3 ona motorları aparıb satmağa köməklik etmişdir. Onun oğurluqdan heç bir xəbəri olmamışdır. Eminə oğurluq barədə heç nə deməmişdir. O, ilk dəfə polis şöbəsinə gedən zaman oğurluq etdiyini boynuna almamış, həmin vaxt Şahid3 polisə gedərək, onun mator satdığı yeri polisə demiş və bundan sonra o, oğurluq etdiyini etiraf etmiş, buna görədə Şahid3 qisas almaq üçün polisə ifadə verəndə onunla birlikdə oğurluq etdiyini demiş, həmçinin düşünmüşdür ki, Eminində adını polisə versin ki, maddi ziyanın ödənilməsində ona köməklik göstərsin. Lakin sonradan düşünmüşdür ki, etdiyi əməl düzgün deyil və buna görədə istintaqa gələrək düzgün ifadə vermişdir. Əməlindən peşmandır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ona məxsus Samux rayonu, İnstitut qəsəbəsində yerləşən “Pambıq” zavodu vardır. Həmin zavoda məxsus torpaq sahəsində təsərrüfatla məşğul olur. Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayından onun yanında çoban işləmişdir. Elnurun vəzifəsi ona məxsus olan malqaraya baxmaq olmuşdur. Şahid3 isə əvvəllər tanımamış, onu sonradan taksi kimi tanımışdır. Emin ona məxsus olan zavoddan onun evinə süd daşımışdır. Sonradan aralarında olan narazılğa görə onu evinə süd aparmağa qoymamışdır. O, zavodun giriş qapısını daimi bağlı saxlamış, ora Təqsirləndirilən şəxs daxil olmağa icazəsi olmamışdır. Təqsirləndirilən şəxs yalnız heyvanlara baxmağı etibar etmişdir. 2022-ci ilin sentyabr ayında pampıq mövsümü olduğu üçün zavodu icarəyə vermək istəmış, zavodu icarəyə götürmək istəyən şirkət nümayəndələri ilə birlikdə zavoda baxış keçirərkən orada olan matorların müəyyən hissəsinin olmadığı müəyyən olunmuşdur. Oradan 11 ədəd 4,5 kv.t gücü və 1500 dövriyyəsi olan matoru, 1 ədəd 37 kv.t və 1500 dövriyyədi olan ventilyator matoru, 1 ədəd 7,5 kv.t gücü və 1500 dövriyyəsi olan seperator matoru, 1 ədəd 5.5 kv.t gücü və 1000 dövriyyəsi olan çiyid matoru, 1 ədəd 4kv.t gücü və 100 dövriyyəsi olan lenta matoru, 1 ədəd “Marquisi” firmasına məxsussu matoru və 4 ton çəkidə dəmir oğurlanmışdır. 09 sentyabr 2022-ci il tarixdə Elnur ona demişdir ki, artıq onunla işləmək istəmir. Bundan sonra Elnur onun yanından işdən çıxmışdır. Ona məxsus zavoddan oğurluq 2022-ci ilin aprel ayından 2022-ci ilin sentyabr ayına qədər olan müddət ərzində olmuşdur. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən qanunamüvafiq qaydada təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, nümayəndəsi olduğu Zərərçəkmiş şəxs ifadəsi ilə tanış olmuş. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus fermada 2022-ci ilin aprel ayıdan 2022-ci ilin sentyabr 9na kimi işləmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs işə götürməzdən əvvəl yəni 2022-ci ilin aprel ayında həmin binaya baxmış və həmin zaman oğurlanmış əmlaklar orada olmuşdur. Həmin əmlakları Təqsirləndirilən şəxs tək götürməmiş Şahid3 ilə birlikdə götürmüşdür. Orada elə motorlar var ki, həmin matorları tək götürmək mümkün deyil, çünki müəyyən hündürlükdə olan matorun Təqsirləndirilən şəxs tərəfindən tək sökülərək daşınması mümkün deyildir. Təqsirləndirilən şəxs bütün cinayəti Şahid3la birlikdə törətmişdir. Oğurladıqları motorları Şahid3 evində sonuncunun verdiyi laqonda ilə hissələrə parçalamışlar. Əlavə olaraq fermanın yerləşdiyi yerdən metal qəbulu məntəqəsinə 3-5 manat dəyərində yol olduğu halda Təqsirləndirilən şəxs Şahid3 taksilik fəaliyyətinə görə 50 manat pul vermişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, taksilik edərək ailəsini dolandır. Zərərçəkmiş şəxs təxminən 6-7 ay müddətdir ki, tanıyır. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Taksilik edərkən Zərərçəkmiş şəxslə tanış olmuşdur. Xaliq ilə tanış olduqdan sonra Xaliq onun nömrəsini götürmüşdür ki, taksi lazım olanda çağırsın. Bundan sonra hər gün Xaliqə məxsus olan Samux rayonu, İnstitut qəsəbəsində yerləşən “Pambıq” zavodunun inzibati binasının həyətindən özünə məxsus olan “VAZ 2107” markalı 10-RJ- 967 dövlət qeydiyyat nişanlı avtomobillə gün ərzində bir ya iki dəfə süd götürərək, Zərərçəkmiş şəxs yaşadığı Gəncə şəhəri Sadıllı qəsəbəsi 9-cu küçədə yerləşən evinə aparmışdır. Xaliqin fermasından süd daşıyan zaman orada çobanlıq edən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təxminən 1 ay müddətinə Zərərçəkmiş şəxs taksilik etdikdən sonra aralarında yaranan narazılığa görə ona taksilik etməmişdir. Təxminən 2022-ci ilin iyul ayının sonlarında Elnurla Samux rayonu, İnstitut qəsəbəsində Poçtun yanında olan çayçıda görüşmüş, söhbət edərkən Elnur ona demişdir ki, “Zərərçəkmiş şəxs mənə köhnə matorlar verib, sabah imkan olsa onu sənin avtomoibilinlə aparıb sataq, ancaq mən matorları satdıqdan sonra sənin pulunu verəcəm”. O, Elnurla razılaşmışdır. O, motorları aparandan sonra Elnur ona 50 manat pulverməli idi. Həmin günün səhəri Elnur ona zəng vuraraq, Zərərçəkmiş şəxs zavoduna çağırmış, saat təxminən 12 radələrində “VAZ 2107” markalı 10-RJ- 967 dövlət qeydiyyat nişanlı avtomobillə ora getmiş, avtomobilini zavodun qarşısında saxlamış, zavodun qapısından içəri keçməmişdir. Elnur orada qapının yanındakı qarajın qarşısına matorlar yığmışdır.Oradan Elnur xatırladığı qədərilə 08 ədəd matoru avtomobilinin baqajına yığmış və Elnurla birlikdə yola düşmüşlər. Yolda olan zaman Təqsirləndirilən şəxs ona demişdir ki, “bəlkə səndə laqonda aparatı ola, laqonda olsa motorları söküb içərisindəki misi daha baha qiymətə satmaq olar, belə versəm daha ucuz götürəcəklər”. O, isə Elnura demişdirki, “bizdə evdə laqonda var, istifadə etmək üçün sənə verə bilərəm”. O, Elnurun imkansız ailə olduğunu bilmiş, dəfələrlə yardım paylananda Elnurun ailəsinə də yardım göndərtdirmişdir. Bundan sonra Elnurla birlikdə yaşadığı evə getmişdir. Evdən Elnura “Laqonda” aparatı vermiş, Elnur 04 ədəd matoru sökmüş və digər 04 ədəd matoru isə sökməmiş, bildirmişdir ki, heyvanlara yemək vermək üçün fermaya qayıtmalıdır. Bundan sonra Elnur matordan çıxarılmış metal hissələri avtomobilinə yığmışdır. O, Elnurla birlikdə həmin matorları Gəncə şəhəri “Sovxoz Nizami” dairəsi adlanan ərazidə yerləşən metal qəbulu məntəqəsinə aparmışdır. Elnur orada 4 ədəd sökülməmiş vəziyyətdə 4 ədəd isə sökülmüş vəziyyətdə olan matorları 211 manata satmışdır. Həmin 211 manatı Elnur götürmüş və oradan 45 manat ona pul vermişdir. Bundan sonra Elnuru Gəncə şəhərində yerləşən evlərinə aparmış və oradan isə Samux rayonu, İnstitut qəsəbəsinə düşürtmüşdür. Sonradan polis əməkdaşları onu polis şöbəsinə dəvət edərək,Elnurla dost olduğunu qeyd etmişlər və bildirmişlər ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus matorları oğurlayıb. Həmin vaxt o, polis əməkdaşlarına ifadəsində göstərdiyi xüsusatları bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polislərə və ona guya oğurluğu əvvəlcədən bildiyini bildirmişdir. O, göstərmişdir ki, himayəsində 3 azyaşlı övladı var. Elnurun həmin matorları oğurladığını bilsəydi, Elnurun həmin matorları avtomobilinə yığmasına icazə verməzdi və bu barədə polisə məlumat verərdi, ağlına gəlməzdi ki, günorta vaxtı rahat bir şəkildə Elnur oğurluq edərək matorları sərbəst şəkildə avtomobilinə yığsın. Məhkəmə iclasında dindirilmiş Şahid2 Bəhram qızı ifadəsində bildirdi ki,Şahid3 onun əridir. Emin taksiliklə məşğul olaraq ailəni dolandırır. Təqsirləndirilən şəxs isə tanımır. Eminin əvvəllər Zərərçəkmiş şəxs taksi kimi xidmət etmiş, lakin sonradan Xaliq Eminin pulunu vermədiyinə görə Emin Xaliqin yanında işləməmişdir. Sonradan o, bilmişdir ki, Təqsirləndirilən şəxs əri Eminə bildirmişdir ki, guya onunla birlikdə Zərərçəkmiş şəxs zavodundan oğurluq etmişdir. Şahid3 taksilik edərək, evlərinə baxır və halal zəhməti ilə pul qazanır,əri namaz qılıb ibadət edən insadır. Onun oğurluqla əlaqəsi yoxdur. Sonradan Emini polislər çağırdıqdan sonra o, bilmişdir ki, Elnur Zərərçəkmiş şəxs zavodundan oğurluq etmiş və həmin oğurladığı matoru əri Şahid3 avtomobili ilə onların yaşadığı evin həyətinə gətirmişdir. Təqsirləndirilən şəxs onun evinin həyətində olan zaman Emin ona motoru sökmək üçün “laqonda” aparatını vermişdir. Eminin Elnurun oğurluq etməsindən xəbəri olmadığı üçün Elnura “laqonda” aparatı vermişdir. Elnur onların evin həyətində Zərərçəkmiş şəxs oğurladığı motorları sökdükdən sonra əri Şahid3 avtomobili ilə Gəncə şəhərinə apararaq satmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində bildirdi ki,o, atasına məxsus olan Gəncə şəhəri “Sovxoz Nizami” adlanan ərazidə yerləşən metal qəbulu məntəqəsində işləyir və orada müxtəlif növ metalların alqı satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən 10 ildir ki, işi əlaqədar tanıyır. Təqsirləndirilən şəxs əvvəllər mütəmadi olaraq ona metal satırmış. Lakin, sonradan bir neçə il olar ki, Təqsirləndirilən şəxs ona metal satmamışdır. xx.xx.2022-ci il tarixdə X2 adını sonradan Şahid3 kimi tanıdığı şəxs ilə “VAZ 2107” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə işlədiyi metal qəbul etmə məntəqəsinə gəlmiş, Təqsirləndirilən şəxs ona yaxınlaşaraq onda metal və 04 ədəd mator olduğunu və satmaq istədiyini bildirmişdir, Ondan matorları hardan aldığını soruşduqda Elnur həmin matorları ona çoban işlədiyi yerin müdirinin verdiyini bildirmişdir. O, metalları çəkən zaman 8 kq mis 2.5 kq sərt alminium olmuşdur. 04 ədəd matorları isə Elnurdan dəmir kimi almışdır. Elnurun gətirmiş olduğu metal və 04 ədəd matorlara birlikdə 211 manat pul vermişdir. Pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti əvvəlcədən onda olduğu üçün və Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığı üçün ondan sənəd tələb etməmişdir. Elnurdan dəfələrlə metal aldığı üçün onun oğurluq etdiyindən şübhələnməmişdir. Hazırda Təqsirləndirilən şəxs ona satmış olduğu matorları söküb satmış. Onlardan yalnız 01 ədəd mator qalıb və həmin matoru könüllü olaraq istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs satmış olduğu metalların və matorların oğurluq olduğunu bilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs Samux rayon İnstitut qəsəbəsində yerləşən ona məxsus pambıq zavodundan oğurlanmış matorların və dəmir məmulatlarının yerlərini göstərir, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Samux rayon İnstitut qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus panbıq zavodundan oğlurladığı matorların və dəmir məmulatlarının yerini göstərmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza Mərkəzinin 10 yanvar 2023-cü il tarixli, 9\121 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus - Rusiya istehsalı olan 11 ədəd 4,5 kv.t gücü və 1500 dövriyyəsi olan mator 1(bir) ədədinin qiyməti 360(üç yüz altmış) manat , ümumi dəyəri 3960 (üç min doqquz yüz altmış) manat, Rusiya istehsalı olan 1 ədəd 37 kv.t və 1500 dövriyyədi olan ventilyator matoru ümumi dəyəri 3000 (üç min) manat, Rusiya istehsalı olan 1 ədəd 5.5 kv.t gücü və 1000 dövriyyəsi olan çiyid matoru, ümumi dəyəri 400 (dörd yüz) manat, Rusiya istehsalı olan 1 ədəd 7.5 kv.t gücü və 1500 dövriyyəsi olan seperator matoru ümumi dəyəri - 600 manat, 1 ədəd 4kv.t gücü və 100 dövriyyəsi olan lenta mator, ümumi dəyəri 320 (üç yüz iyirmi) manat, 4 ton çəkidə dəmir ümumi dəyəri 2000 (iki min) manat, 1 ədəd marquisi firmasına məxsus mator, ümumi dəyəri 40 (qırx) manat, Eksperiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə umumi dəyəri nəzəri qaydada təxminən 10360,0 manat müəyyən edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Samux rayon polis şöbəsinin MSY-nə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və Samux rayon polis şöbəsinin MSY-dən azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Samux rayon PŞ-nin MSY-dən azad edilmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən, hökm qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, iltizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək həbsdə saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri nəzərə alınmaqla, 02 (iki) gün müddəti cəza müddətinin bir gününə bir gün hesablanaraq cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkzi) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Göstərilən Məcəllənin 179.3-cü maddəsinə görə mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə əsasən cinayət, habelə hakimiyyətdən sui-istifadə etmə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüquq vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüquq pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərçəkmiş şəxs mülki iddiasından görünür ki, cinayət nəticəsində Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişə 43.754.54 manat məbləğində maddi zərər vurulmuş və həmin məbləğin Təqsirləndirilən şəxs tutulub ona ödənilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs 10360,0 (on min üç yüz altmış)manat məbləğində maddi zərər vurulduğu öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs mülki iddia tələbi qismən təmin olunmalı və Təqsirləndirilən şəxs maddi zərərin ödənilməsi üçün 10360 (on min üç yüz altmış) manat məbləğində pul vəsaiti tutularaq, zərərçəkmiş şəxsə ödənilməlidir. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut yoxdur. Həmçinin məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulan müsadirə olunacaq əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 oktyabr 2022-ci il tarixdən 25 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Mülki iddia qismən təmin edilsin, Təqsirləndirilən şəxs 10360 (on min üç yüz altmış) manat alınaraq, Zərərçəkmiş şəxs verilsin. İş üzrə maddi sübut kimi tanınmış, Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, 1 ədəd 4,5 kv.t gücü və 1500 dövriyyəsi olan motor Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar