Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-1/2021 21.09.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 21 sentyabr 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxx 1973-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Republikası vətəndaşı, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ondan ötrü ki, o, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı “TOZ-8M” modelli yivli odlu idman-ov silahını əldə edib Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evinin otaqlarından birində açıq vəziyyətdə saxlamış, qeyd olunan silah X2, Şahid1 və X8 tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs şəklində 21 avqust 2019-cu il tarixdə, gecə saat 03:00 radələrində ona məxsus evdən talanmaqla Xızı rayonu, Altıağac qəsəbəsinə aparılaraq qanunsuz saxlanılması üçün X5 verilmiş, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin silah 23 avqust 2019-cu il tarixdə saat 16:00 radələrində Sapar Bağırovun yaşadığı Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən evin həyətində hasarın bir küncündə yığılmış dəmir və taxtaların arasından aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, lakin Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyətinin olmaması müəyyən edilmişdir. Belə ki, 23 iyun 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında dindirilmiş şahid, mərhum Şahid2 ifadəsində göstərmişdir ki, hazırda ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs doğma oğludur. 2019-cu ilin may ayınadək arvadı Şahid3 ilə birlikdə Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evlərində yaşamış və həmin müddət ərzində oğlu Təqsirləndirilən şəxs ara-sıra yanlarına gəlibgetmişdir. 2019-cu ilin may ayından sonra insult keçirtdiyindən oğlu Təqsirləndirilən şəxs onu oradan Siyəzən şəhərində yerləşən evlərinə, yəni, Siyəzən şəhərinin Sabir küçəsindəki 49 saylı evə gətirsə də, arvadı Şahid3 bir müddət Siyəzən rayonu, Köhnə Quşçu kəndindəki evdə qalmışdır. Ağlı kəsən vaxtdan həmin evdə biri təklülə, digəri isə qoşalülə olmaqla iki ədəd tüfəng olduğunu görmüşdür. Həmin tüfənglər babasından qalmış, daha sonra atası Pənah Cabbarovun sərəncamında olmuş, sonununcu vəfat etdikdən sonra isə evdə otaqların birində, qapının arxasında divara söykədilmiş vəziyyətdə saxlanılmışdır. İnsult xəstəliyi keçirtdiyindən və həmin xəstəlik onda yaddaş dağınıqlığı yaratdığından tüfəngin gah yataq otağında, gah da anbar kimi istifadə etdikləri otaqda saxlandığı barədə qeyri-dəqiq xatırlamaları olmuşdur. Xəstəliyi ilə əlaqədar Siyəzən şəhərindəki evdə yaşadığı vaxtdan bəri Köhnə Quşçu kəndində yerləşən evin təsərrüfat işləri ilə oğlu Təqsirləndirilən şəxs məşğul olmuş, sonuncu təsərrüfat işlərinə kömək məqsədilə qonşuluqda yaşayan Elxan adlı şəxsi də, oraya aparmış və sonuncu bir müddət orada qalaraq oğluna kömək etmişdir. Dəqiq deyə bilməsə də, xatırladığı qədəri ilə təxmini 2019-cu ilin avqust ayının axırlarında oğlu Rövşən ona Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evdən tüfənglərin oğurlandığını bildirdikdə, o, səhhəti ilə əlaqədar polisə gedib məlumat verə bilməyəcəyindən Rövşənə baş vermiş hadisə ilə əlaqədar polisə gedərək ərizə yazmasını tapşırmışdır. Həmin tüfənglərin markası barədə isə oğurluqla bağlı cinayət hadisəsi baş verən vaxtadək məlumatı olmamışdır. Belə ki, hadisədən sonra, tüfənglərdən birinin “TOZ” markalı olduğunu bilsə də, ikinci tüfəngin markası barədə hələ də məlumatı yoxdur. Qeyd edir ki, nə ova, nə də ki tüfəngə marağı olmadığından ümumiyyətlə, həmin tüfənglərdən istifadə etməmişdir. Sonradan onlara həmin oğurluq hadisəsinin Elxan, Camaləddin və Teymur adlı Siyəzən şəhər sakinləri tərəfindən törədildiyi, həmçinin, oğurladıqları tüfəngləri aparıb saxlanılmasından ötrü Xızı rayonunda yaşayan Sapar adlı şəxsə verdikləri məlum olmuşdur. Bildirir ki, oğurlanmış tüfənglərin evdə olması və ya kimə məxsus olması barədə oğlu Rövşənin məlumatının olub-olmamasını bilməmişdir. Çünki, Rövşənlə ümumiyyətlə, tüfənglər və ya həmin tüfənglərin harada olması barədə heç bir söhbətləri olmamışdır. Onu da qeyd edir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində də tüfənglərin babasından ona qalma tüfənglər olduğunu bildirmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, hazırda ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs doğma oğludur. Bu ailəyə gəlin köçdüyü vaxtdan, daha dəqiq 1970-ci ildən etibarən həmin evdə biri təklülə, digəri isə qoşalülə olmaqla iki ədəd tüfəng olduğunu görmüşdür. Həmin tüfənglər ərinin babasından qalmış, daha sonra qayınatası Pənah Cabbarovun sərəncamında olmuş, sonununcu vəfat etdikdən sonra isə evdə anbar kimi istifadə etdikləri otaqda qapının arxasında divara söykədilmiş vəziyyətdə saxlanılmışdır. 2019-cu ilin may ayınadək əri Şahid2la birlikdə Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evlərində yaşamış, həmin müddət ərzində oğlu Təqsirləndirilən şəxs ara-sıra yanlarına gəlib-getmişdir. 2019-cu ilin may ayından sonra əri Əhməd insult keçirtdiyindən oğlu Təqsirləndirilən şəxs onu oradan Siyəzən şəhərində yerləşən evlərinə, yəni, Siyəzən şəhərinin Sabir küçəsindəki 49 saylı evə aparmış, o, isə bir müddət qonşuluqda yaşayan və Rövşənə təsərrüfat işlərində kömək edən Elxan adlı şəxslə qalmışdır. Elxanla qalarkən sonuncu həmin tüfəngləri görmüş və tüfənglərdən istifadə etmək üçün ondan icazə istəsə də, o, Elxana tüfəngləri verməmişdir. Sonradan o, da səhhətində yaranmış problemlə əlaqədar Siyəzən şəhərinə oğlunun yaşadığı evə gəlmişdir. Daha sonra, ona evdən silahların oğurlanması barədə məlumatı oğlu Rövşən vermiş, silahlar əri Əhməd tərəfindən mütəmadi olaraq sökülüb təmizlənərək yenidən yerinə qoyulmuşdur. Həmin tüfənglərin markası barədə isə oğurluqla bağlı cinayət hadisəsi baş verən vaxtadək məlumatları olmamışdır. Belə ki, hadisədən sonra, tüfənglərdən birinin “TOZ” markalı olduğunu bilsələr də, ikinci tüfəngin markası barədə hələ də məlumatları yoxdur. Qeyd edir ki, ərinin nə ova, nə də ki, tüfəngə marağı olmadığından sonuncu ümumiyyətlə, həmin tüfənglərdən istifadə etməmişdir. Onu da qeyd edir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində də silahın oğlu Rövşənə aid olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, xeyli müddət olar, Siyəzən şəhər sakinləri olan Teymuru və Camaləddini tanıyır. Belə ki, Teymuru tanıdığı vaxtlarda sonuncu taksi fəaliyyəti ilə, Camaləddin isə VAZ-21011 markalı avtomaşınla mağazalara çörək paylamaqla məşğul olmuşdur. Qonşuluqda yaşayan Təqsirləndirilən şəxs isə kiçik yaşlarından tanıyır və babası X4 mərhum atası Şahid2 münasibətləri yaxşı olduğundan babası ona həmişə Əhməd (Rövşənin atası) kişiyə kömək etməsini tapşırmışdır. Bu minvalla kəndə gələndə Rövşənə işlərində köməyini təklif etmişdir. Rövşən tez-tez valideynlərinə baş çəkmək məqsədilə valideynlərinin Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evinə gəlmişdir. Beləliklə, 2019-cu ilin təxminən iyun ayından etibarən Rövşənlə birlikdə sonuncuya məxsus heyvanlar üçün ot biçmək məqsədilə Siyəzən rayonu, Köhnə Quşçu kəndinə getmiş, həmin sahədə müxtəlif tərəvəz bitkiləri də olmuşdur. Rövşən edəcəyi kömək qarşılığında məhsul yığımı zamanı tərəvəz bitkilərindən ona da verəcəyinə söz vermişdir. Rövşənin valideynlərinin Köhnə Quşçu kəndində olan evinin həyətyanı sahəsinin demək olar, hasarı olmamışdır. Xatırladığı qədəri ilə ev 3 otaqdan ibarət olmaqla, evə giriş eyvandan, giriş qapısı isə nazik dəmirdəndir. Bundan əlavə, İ otağa daxil olduqdan sonra iki otağa taxtadan qapılar vardır. Həmin evdə bir neçə dəfə qalmasına baxmayaraq (adətən Rövşənlə qalmışdır), orada tüfəng olduğunu bilməmişdir. 2019-cu ilin təxminən iyun ayında Rövşənin atası Əhmədgildə təsərrüfat işləri görərkən ayağı əzilmiş, əvvəl buna fikir verməsə də, bir gündən sonra ağrıları şiddətləndiyinə görə Rövşənə zəng edərək sonuncudan gəlib onu aparmasını xahiş etmişdir. Rövşən isə cavabında gələ bilməyəcəyini, lakin, şəhərə gəlməsi üçün maşın tapacağı halda benzin pulunu özünün verəcəyini bildirmişdir. Belə olan halda, Camaləddinə zəng edərək onu şəhərə aparmasını xahiş etdikdə, sonuncu buna etiraz etməmişdir. Beləliklə, Camaləddin onu Siyəzən şəhərinə aparmaq məqsədi ilə gecə saatlarında Siyəzən rayonu, Köhnə Quşçu kəndinə gəlmiş və onunla bərabər Rövşənin valideynlərinin evində qalmışdır. Gecə qalarkən Camaləddin Rövşənin atası Əhmədə məxsus evin otağında saxladığı bir ədəd tək lülə, bir ədəd isə qoşa lülə tüfəngi görüb əlinə alaraq baxdıqdan sonra yerinə qoymuş, səhəri gün isə Rövşəngilin heyvanlarını orada yaxınlıqda yaşayan Rəvan adlı çobana tapşıraraq Camaləddinə məxsus avtomobil ilə Siyəzən şəhərinə gəlmişlər. Bir müddət keçdikdən sonra ayağı sağalmış və o, yenidən Rövşənin atasıgilin qaldığı evə (kəndə) kömək etməyə getmiş, təxminən 2019-cu ilin avqust ayının əvvəllərində Rövşənin ot biçməklə bağlı işləri qurtarmış və o, Siyəzən şəhərinə evlərinə qayıtmışdır. 20 avqust 2019-cu il tarixdə Siyəzən rayonunun Köhnə Quşçu kəndindən Rövşənin valideynigilin qonşuları olan Lalə adlı qadını, onun oğlunu və qardaşını Köhnə Quşçu kəndinə aparmaq lazım olduğundan, Rövşən ondan ona məxsus “Niva” markalı avtomobil ilə həmin şəxsləri kəndə aparmasını xahiş etmiş, o, isə razılaşmışdır. Beləliklə, təxminən saat 22:00 radələrində qeyd edilən şəxsləri götürüb Siyəzən rayonu, Köhnə Quşçu kəndinə yola düşmüş, gedərkən yolda ***-***-**-** saylı nömrəsindən Camaləddinin istifadə etdiyi ***-***-**-** saylı nömrəyə zəng edib ona pula ehtiyacı olduğu üçün telefon verəcəyini deyərək həmin telefonu satmasını xahiş etmişdir. Camaləddin ondan yerini soruşduqda o, sonuncuya Köhnə Quşçu kəndinə getdiyini və hazırda yolda olduğunu dedikdə, o, ona yolda gözləməsini tapşırmışdır. Bir qədər sonra Camaləddin sonuncuya aid olmadığını ehtimal etdiyi “Niva” markalı avtomobil ilə yanına gəlmişdir. Belə ki, Camaləddin həmin maşını Teymur ilə birlikdə Teymurun adına rəsmiləşdirməklə bir neçə günlük kirayəyə götürmüşdür. Beləliklə, onlar Camaləddinlə Siyəzən rayonunun Sədan kəndinin yaxınlığında görüşmüş və o, özünə məxsus mobil telefonu sonuncuya verib, həmin mobil telefonu satmasını, habelə pulunu ona verməsini xahiş etmişdir. Telefonu Camaləddinə verdikdən sonra, yoluna davam edərək Köhnə Quşçu kəndinə getmiş və həmin adamları kəndə düşürdükdən sonra Siyəzən şəhərinə qayıdıb, Siyəzən şəhəri, S.Xeyrullayev küçəsində yerləşən Hafiz adlı şəxsin işlətdiyi çayxanaya gəlmişdir. Həmin vaxt orada Camaləddin Teymurla pivə içirdilər. O, Camaləddindən telefonunu satıb-sata bilmədiyini soruşduqda, sonuncu sata bilmədiyini bildirərək telefonu ona qaytarmışdır. Beləliklə, o, oturub 2-3 bakal spirtli içki olan pivə içdikdən sonra, Camaləddinə Rövşənə məxsus maşını özünə qaytarmaq üçün Rövşəngilə gedəcəyini, maşını sonuncunun Siyəzən şəhərində yaşadığı evinin qarşısına qoyduqdan sonra öz yaşadığı Siyəzən şəhəri Sabir küçəsinə qayıdacağını, Camaləddindən ardınca gəlib onu oradan götürməsini xahiş etmişdir. Bunu deyib çayçıdan çıxmış və Rövşənin yaşadığı evin qarşısına çatıb avtomobili sonuncunun qapısının ağzında saxlayaraq açarları da avtomobilin üzərində qoymuşdur. Həmin vaxt mobil nömrəsində kontur olmadığı üçün maşını gətirməsi barədə Rövşənə məlumat verə bilməmişdir. Beləcə maşını orada saxlayıb, açarlarını da maşının üzərində qoyub özü üçün siqaret almaq məqsədilə bir qədər aralıda yerləşən marketə getmiş, oradan çıxdıqdan sonra Camaləddin ilə Teymurun ardı ilə yaşadığı Sabir küçəsinə gələcəklərini bildiyi üçün, yaşadığı Sabir küçəsi istiqamətində hərəkətə başlaməş, ora çatanda isə Camaləddin ilə Teymurun Niva markalı avtomobil ilə oraya gəldiklərini görmüşdür. Həmin vaxt avtomobili Camaləddin idarə etmiş, Teymur sərnişin qismində qabaqda sağ tərəfdə, o, isə arxa oturacaqda əyləşmişdir. Daha sonra, özündə kontur olmadığı üçün Teymurdan mobil telefonunu istəyərək, onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Rövşənin istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə zəng vurmuş, sonuncuya avtomobili gətirib yaşadığı evin qarşısına qoyduğunu, avtomobilin açarlarının da üzərində olduğunu bildirmişdir. Həmin vaxt saatın dəqiq neçə olmasını xatırlamır. Bundan sonra, onlar birlikdə Camaləddin və Teymurun yaşadığı Siyəzən şəhəri, S.Xeyrullayev küçəsinə getmiş, avtomobildən düşərək küçədə dayanıb söhbət etməyə başlamışlar. Camaləddin ilə söhbət əsnasında sonuncu ona pullarının olmadığını, birlikdə haradan pul əldə edə biləcəklərini soruşmuşdur. O, Camaləddinə Rövşənin atası X11 kəndində olan evində heç kimin olmadığını xatırladaraq, orada olan silahları götürə biləcəklərini bildirmiş və onlar birlikdə həmin silahları oğurlamaq qərarına gəlmişlər. Daha sonra, onlar həmin tüfəngləri oğurladıqdan sonra nə edəcəkləri barədə fikirləşdiklərində Camaləddin onlara həmin tüfəngləri bir müddətlik arxayın şəkildə saxlaya biləcəkləri adamının olduğunu bildirmişdir. Fikirləri həmin tüfəngləri oğurladıqdan sonra bir neçə müddət vəziyyət sakitləşənədək saxlayıb, sonradan rahat şəkildə satmaq olmuşdur. Bundan sonra, Camaləddin Teymurun mobil telefonunu götürüb kiməsə zəng vuraraq, danışa-danışa onlardan bir qədər uzaqlaşmış, telefonla danışıb qurtardıqdan sonra isə yanlarına gələrək tüfəngləri saxlamaq üçün etibarlı adamının olduğunu, həmin adamın Xızı rayonu, Altıağac kəndində yaşadığını bildirmişdir. Beləliklə, 21 avqust 2019cu il tarixdə bu niyyətlərini həyata keçirmək üçün hər üçü avtomobilə əyləşib, Siyəzən şəhərindən çıxıb Camaləddinin idarə etdiyi “Niva” markalı avtomobil ilə Siyəzən rayonunun Köhnə Quşçu kəndinə getmişlər. Həmin gün gecə təxminən saat 03:00 radələrində gedib kəndə çatmış və avtomobili kəndin kənarında hündür bir təpənin üzərində saxlayıb, hər üçü avtomobildən düşmüş, Rövşənin atası Əhmədgilin evi istiqamətində piyada getməyə başlamış, həmin təpənin üzəri ilə bir qədər getdikdən sonra təpədən bir qədər aşağıda yerləşən tövlənin yaxınlığında dayanmışlar. Evə yaxşı bələd olmaqla, həyətdə olan itlər onu tanıdıqlarından səslərini çıxartmayacaqlarına əmin olduğu üçün evdə adam olubolmamasına bir daha əmin olmaq məqsədilə evə tərəf getmiş, bu vaxt Teymurla Camaləddin tövlənin arxa tərəfində təpənin üzərində dayanmışlar. Həyətə çatdıqdan sonra evə və evin həyətyanı sahəsinə göz gəzdirib sakitçilik olduğunu yəqinləşdirib, geri qayıtmaqla Teymur və Camaləddinin yanına gəlib “gəlin gedək silahları götürək” deyə müraciət etmişdir. Əvvəlcədən yolda gələrkən aralarında olan danışığa əsasən Camaləddin bir daha oğurluq etməyəcəyi barədə evdə söz verdiyi üçün onlara həmin evə girməyəcəyini, evdən aralıda dayanıb onları gözləyəcəyini bildirib, ətrafa nəzarət etmək məqsədi ilə həmin yerdə dayanmışdır. Doğrudur o, həmin evdə əvvəllər qaldığı üçün oraya kimsənin gəlmə ehtimalının az olduğunu bilsə də, hər ehtimala qarşı ya bir avtomobilin gəlməsi və ya başqa bir şübhələndirici məqam olması ehtimalına görə Camaləddin həmin yerdə dayanıb ətrafa nəzarət etməyə başlamışdır. Bundan sonra, o və Teymur evin həyəti istiqamətində getməyə başlamış, evin nazik dəmirdən olan giriş qapısı açıq və həyətyanı sahənin də işıqları yanılı olduğundan evin pəncərələrindən otaqlara işıq düşmüşdür. Beləcə, Teymur və o evin eyvanına qədər gələrək silahlar olan otağın qapısının qarşısında dayanmışlar. Bu zaman həmin qapının üzərində olan qıfılı aşağıya dartdıqda qıfıl açılmışdır. Sonra, otağa keçərək otaqda qapının arxasında adi açıq vəziyyətdə olan tüfənglərdən əvvəlcə qoşa lülə tüfəngi, daha sonra isə o biri tüfəngi götürüb Teymura vermişdir. Teymur həmin tüfəngləri götürərək ondan əvvəl evdən çıxmış və maşın istiqamətində getməyə başlamış, o, da həm tüfəngləri götürdükləri otağın, həm də, eyvanın qapısını bağlamışdır. Bu vaxt artıq Teymur əlində tüfənglərlə ondan bir neçə metr irəlidə avtomaşın istiqamətində addımlamış, o, gəlib avtomaşının yanına çatanda tüfənglər artıq Niva markalı avtomobilin yük yerinə qoyulmuş vəziyyətdə olmuşdur. Daha sonra, onlar avtomobilə əyləşmiş, avtomobili Camaləddin idarə etmiş və onlar oğurladıqları tüfəngləri Camaləddinin tanışı, Xızı rayonu, Altıağac kəndində yaşayan Sapar adlı şəxsə saxlamaq məqsədilə vermək üçün ora getmişlər. Onlar Altıağac kəndinə çatanda hava hələ tam işıqlaşmamış, Camaləddin avtomaşında Teymurun telefonu ilə Sapara zəng vuraraq, onların qapısına çatdıqlarını bildirib, sonuncudan bayıra çıxmasını xahiş etmişdir. Bir qədər sonra, kiçik boylu, əvvəllər tanımadığı, sonradan isə adının Sapar olduğunu bildiyi oğlan onları qarşılamışdır. Camaləddin avtomobilin yük yerindən tüfəngləri götürüb, Sapara vermiş, sonuncu həmin tüfəngləri əlinə alıb baxdıqdan sonra əlində tüfənglərlə evin həyətinə keçmiş, onlar da Saparın arxasınca həyətə keçmiş və sonuncu eyvan kimi olan yerdə onlara çay vermişdir. Sapar söhbət zamanı həmin silahların işlək vəziyyətdə olub-olmaması ilə maraqlandıqda, o, həmin tüfənglərin işlək vəziyyətdə olduğunu bildirmişdir. Onlar Saparın evində çay içdikdən sonra birlikdə avtomobilə əyləşərək Siyəzən şəhərinə qayıtmışlar. 22 avqust 2019-cu il tarixdə, saat 16:00 radələrində Siyəzən şəhəri, S.Xeyrullayev küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşıb, qeyd etdiyi oğurluq hadisəsi ilə əlaqədar onu Siyəzən RPŞ-yə aparmışlar. Bundan başqa, onu da bildirir ki, oğurladıqları silahların konkret Rövşən və ya başqası tərəfindən işlədilməsini görməmiş, həmin silahların kimə məxsus olmasını da bilməmişdir. Məhkəmə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadədən fərqlənən, habelə Siyəzən rayonu, Köhnə Quşçu kəndindəki evin Rövşənə məxsus olması, “....Rövşənin müxtəlif əşyalar, həm də iki ədəd tüfəng saxladığını və həmin tüfəngləri qapının arxasına qoyduğunu bilmişdir...”, “...Rövşənə məxsus evin otağında saxladığı bir ədəd tək lülə, bir ədəd isə qoşa lülə tüfəngi görüb əlinə alaraq baxmış, sonra isə yerinə qoymuşdur...” kimi fikirləri təkzib edən, o cümlədən məhkəmə istintaqı zamanı veridiyi ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, verilmiş sonuncu ifadə mötəbər və əsaslı hesab edilməlidir. Belə ki, verilmiş şahid ifadəsi obyektiv həqiqəti özündə əks etdirməklə, azadlıqdan məhrumetmə cəzası çəkən şahidə kənar şəxslərin təsir etmək imkanı məhdud olmaqla, yanaşı mümkün deyildir. Bundan əlavə, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadələr arasında mövcud ziddiyyəti savadı olmadığından yazılmış ifadəsini oxuya bilməməsi, həmçinin, tutulan zaman həyəcanlı olması ilə izah etmişdir. Bu səbəbdən də qeyd olunan məhkəmə istintaqında verilən ifadənin hazırkı iş üzrə bəraətverici sübut kimi əsaslı və mötəbər olması nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə şahidlər, o cümlədən Təqsirləndirilən şəxs yaxın qohumları, mərhum atası Şahid2 və anası Şahid3 ifadələrinə münasibətdə qeyd edir ki, sonuncular Təqsirləndirilən şəxs valideynləri olmaqla, onun lehinə ifadə versələr də, verilmiş bu ifadə könüllü olaraq sərbəst verilmiş, habelə əhəmiyyətli məqamların təfərrüatlı araşdırılmasına imkan verərək, obyektiv həqiqətin ortaya çıxmasına şərait yaratmışdır. Belə olan təqdirdə isə verilmiş bu ifadələr əsaslı hesab edilməli, mötəbər bəraətverici sübut kimi nəzərə alınmalı, habelə “oğullarını cinayət məsuliyyətindən yayındırmaq niyyətinin olması” xüsusatı ilə müdafiə xarakterli hesab edilməməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, hazırda Siyəzən şəhərinin Sabir küçəsindəki 49 nömrəli evdə valideyni və ailə üzvləri ilə birlikdə yaşayır. Bundan başqa, Siyəzən rayonu, Köhnə Quşçu kəndində valideynlərinin yaşamış olduğu (hazırda atasının vəfatından sonra anası onunla birgə yaşayır) həyətyanı torpaq sahələri və həmin torpaq sahəsində bir mərtəbə, 3 otaq və 1 eyvandan ibarət evləri vardır. Həmin evin otaqlarından biri qonaq otağı, biri yataq otağı, digəri isə müxtəlif əşyalar saxlamaq üçün anbar kimi istifadə olunur. Mərhum atası həmin həyətyanı torpaq sahəsində mal-qara saxlamış, təsərrüfatla məşğul olmuş, həmçinin müxtəlif tərəvəz bitkiləri əkmişdir. 2019-cu ilin may ayınadək mərhum atası Şahid2 və anası Şahid3 da həmin evdə yaşamışlar. Lakin, sonradan atası Şahid2 beyin insultu keçirdiyindən əvvəlcə atasını, bir müddət sonra isə anasını ünvan 3 ünvanında yerləşən evinə aparmışdır. 2019cu illin may ayından etibarən Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evlərinin bütün işləri ilə özü məşğul olmağa başlamış, həmçinin, həmin evdə mərhum babası Pənah Cabbarovdan qalma iki ədəd ov tüfəngləri də olmuşdur. Belə ki, Siyəzən rayonu, Köhnə Quşçu kəndi coğrafi baxımdan dağlıq ərazidə yerləşdiyindən müxtəlif növ vəhşi heyvanlar tez-tez kəndə hücum edərək, kənd sakinlərinin mal-qarasına və təsərrüfatına ziyan vururlar. Məhz bu səbəbdən evdə silah saxlanılmışdır. Mərhum babası Pənah Cabbarov da vaxtilə həmin iki ədəd tüfəngi bu məqsədlə evdə saxlamış, babası rəhmətə getdikdən sonra həmin tüfənglərlə mərhum atası Şahid2 maraqlanmışdır. Mərhum atası Şahid2la sağ ikən söhbətləri zamanı sonuncu ona cavanlığında həmin tüfəngləri silib-təmizlədiyini bildirmişdir. Sənədsiz olsa da, kənd yeri olduğu üçün vəhşi heyvanların hücumundan qorunmaq üçün gələcəkdə bəlkə, lazım olar fikri ilə həmin tüfəngləri aidiyyəti üzrə təhvil verməmiş, nə də ki, ortaya çıxarmamışdır. Həmin tüfənglər atasının Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evində anbar kimi istifadə olunan otağın qapısının arxasında divara söykədilmiş vəziyyətdə olmuşdur. Həmin tüfənglərin güllələri olmamış, əgər olmuşdursa belə, o, evdə həmin tüfənglərə aid güllələri görməmişdir. O, 2019-cu ilin may ayından etibarən birbaşa həmin evin təsərrüfat işləri ilə məşğul olduğu zaman, tüfənglərin evdə olmasından məlumatı olsa da, atası icazə vermədiyi üçün (tüfənglər bağlı yerdə olduğundan həmin otağın açarı da atamda olmuşdur) tüfənglərə qulluq və həmin tüfənglərdən istifadə etməmişdir. Mərhum atası Şahid2 xəstələndikdən sonra anası Şahid3 ilə bir müddət həmin evdə qalmış, bu müddət ərzində o, anasının yanında qalması, həmçinin ona təsərrüfat işlərində kömək etməsi üçün Elxan adlı qonşularını oraya aparmış, sonuncu orada qaldığı vaxt, həmin tüfəngləri görmüş və anası Əminədən həmin tüfəngləri istifadə etmək üçün icazə istəmiş, anası isə Elxana həmin tüfənglərdən istifadə etməyə icazə verməmişdir. 20 avqust 2019-cu il tarixdə Elxandan ona məxsus avtomobil ilə Siyəzən rayonunda olan həmkəndlilərini Siyəzən rayonu, Köhnə Quşçu kəndinə aparmasını xahiş etmiş, o da etiraz etməyərək xahişini yerinə yetirdikdən sonra avtomobilini özünə qaytarmışdır. 21 avqust 2019-cu il tarixdə heyvanlara yem vermək üçün Köhnə Quşçu kəndində yerləşən evlərinə getdiyində oradan oğurluq olduğunu və həmin evdə saxlanılan 2(iki) ədəd ov tüfənglərinin oğurlandığını müəyyən etmişdir. Daha sonra, bu barədə mərhum atası Şahid2 məlumat verdiyində sonuncu ona səhhətində baş vermiş ağrılar ucbatından polisə gedə bilməyəcəyini, bu səbəbdən də, baş vermiş oğurluq hadisəsi ilə bağlı polisə ərizə yazmasını tövsiyə etmişdir. Bundan sonra, Siyəzən RPŞ-yə gedərək baş vermiş oğurluq hadisəsi ilə bağlı ərizə yazmış, orada olarkən o, nə tüfənglərin, nə də ki, tüfəng saxlanan fərdi yaşayış evinin özünə məxsus olmamasını, atababa mirası olduğunu, özünün ünvan 3 nömrəli evdə yaşadığını bildirsə də, polis əməkdaşları ona “sənin qoca atanın arxasınca sürünəsi halımız yoxdur” deyərək ərizəni ona yazdırmışlar. Bundan əlavə, bildirir ki, hüquqi savadı olmadığından ərizə tərəfindən yazılsa da, polis əməkdaşlarının diktəsi ilə yazılmışdır. Sonradan həmin oğurluq hadisəsinin Şahid1, X8 və X2 tərəfindən törədildiyini, qeyd olunan şəxslərin həmin silahları oğurladıqdan sonra saxlaması üçün Xızı rayonu, Altıağac qəsəbəsində yaşayan X5 verdiklərini öyrənmişdir. Sözügedən tüfənglər polis əməkdaşları tərəfindən X3 yaşadığı Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən evinin həyətindən aşkar edilərək götürülmüşdür. Beləliklə, bir daha bildirir ki, məhkəmə istintaqı zamanı təqdim etdiyi sənədlərdən də görünür ki, Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən fərdi yaşayış evində atası və anası, o, isə ünvan 3 nömrəli evdə yaşamışdır. Ona görə də hesab edir ki, cinayət əməlinin törədilməsinə onun heç bir aidiyyəti yoxdur və bu əsasla əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 62-64-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2019-cu il tarixli, 21728 nömrəli ekspert rəyindən görünür ki, 1 ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, TOZ-8M modelli, yivli odlu idman-ov silahının və 1 ədəd zavod üsulu ilə istehsal edilmiş 16 mm kalibrli, DS 2956 nömrəli, daxili çaxmaqlı, İJ 58 modelli yivsiz qoşa lüləli odlu ov silahının saz vəziyyətdə olmaqla, atəş açmaq üçün yararlı olması müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 61-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə ballistik ekspertiza tədqiqatının dəyəri 40 (qırx) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 106-107-ci vərəqələrində olan 18 oktyabr 2019-cu il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, 1 ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla, atəş açmaq üçün yararlı TOZ-8M modelli, yivli odlu idman-ov silahı və 1 ədəd zavod üsulu ilə istehsal edilmiş 16 mm kalibrli, DS 2956 nömrəli, daxili çaxmaqlı, saz vəziyyətdə olmaqla, atəş açmaq üçün yararlı İJ 58 modelli yivsiz qoşa lüləli odlu ov silahı iş üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 116-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 13 noyabr 2019-cu il tarixli, 011-10241-1219 nömrəli məktubundan görünür ki, 1 ədəd 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, TOZ-8M modelli tüfəngdən eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin güllə-giliz kartotekasınkda “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 132-155-ci vərəqələrində olan 15 yanvar 2020-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 115-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 noyabr 2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 246-247-cı vərəqələrində olan 08 aprel 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 128-131-ci vərəqələrində olan arayış, xasiyyətnamə və şəxsiyyət vəsiqələrinin surətlərindən, eləcə də işin İİ cildinə əlavə edilmiş arayışlardan görünür ki, himayəsində 23 iyul 2006-cı il təvəllüdlü Aqil, 17 iyun 2014-cü il təvəllüdlü Şəms adında iki yetkinlik yaşına çatmayan uşaqları olmaqla, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inizibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs mərhum atası Şahid2 Siyəzən şəhərində qeydiyyatda olsa da, vəfat etdiyi günədək Siyəzən rayonunun Köhnə Quşçu kəndində atasından qalma fərdi yaşayış evində arvadı Şahid3 ilə birlikdə yaşamış və təsərrüfatla məşğul olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarında olan 2020-ci ilin fevraliyun aylarını əhatə edən tibbi sənədlərin surətlərindən görünür ki, mərhum Şahid2 sağlığında şəkərli diabet İİ tip orta ağır dərəcə, SV2. Keçirilmiş işemik insultun qalıq əlamətləri, kataral angina, xroniki daşlı xolesistit, sidik t-lu diatez sol böyrəyin daşı xəstəliklərindən əziyyət çəkmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarında olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 13 avqust 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 098181 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid2 10 avqust 2020-ci il tarixdə durğunluq ürək çatışmamazlığından Siyəzən şəhərində ölmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəsini almış 14 oktyabr 2020-ci il tarixli, 1(101)- 402/2020 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs olduğu Şahid1, X1 və X7 Azərbaycan Repsublikası CM-nin 232.2.1 və 228.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə sonuncular qeyd olunan maddələrlə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Beləliklə, məhkəmə, iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Siyəzən rayonu, Köhnə Quşçu kəndində qanunsuz olaraq odlu silah saxlama əməlinə aidiyyəti sübut edilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 124-ci maddəsinin İ hissəsinin İ və İİ bəndlərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Qeyd olunan Məcəllənin 126-cı maddəsinin İ, İİ, İİİ və Vİ hissələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. Yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. Şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Yenə bu Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Sözügedən Məcəllənin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Yenə bu Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Sözügedən Məcəllənin 146-cı maddəsinin İ və İİ hissələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasının, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinin, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinin nail olunmasına kömək edir. Sübutetmə prosesi sübutların toplanılmasından başlayır. Sübutların toplanılması üzrə təhqiqatçının, müstəntiqin, prokurorun və məhkəmənin səlahiyyətlərini müəyyən edir, şübhəli, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin, onların nümayəndələrinin, habelə fiziki və hüquqi şəxslərin əşya və sənədləri, o cümlədən şifahi və yazılı məlumatları təqdim etmək hüquqlarının olmasını, həmçinin müdafiəçinin sübutları toplamaq hüququnu və bu hüququn həyata keçirilməsinin konkret üsullarını nəzərdə tutur. Sübutlar ittihamedici və bəraətverici sübutlara bölündüyünə görə ittiham tərəfi ittihamedici sübutları, müdafiə tərəfi isə bəraətverici sübutları toplayır. Sübutların hər hansı bir növünə onun özünəməxsus toplanma üsulu xasdır. Məsələn, şübhəli və ya təqsirləndirilən şəxsin ifadəsinin alınması onları dindirmə yolu ilə həyata keçirilir. Eyni üsulla şahidin və zərərçəkmiş şəxsin ifadələri alınır. Sübutların toplanılmasına yönəldilmiş istintaq və məhkəmə hərəkətləri yalnız qanunda nəzərdə tutulmuş əsaslar (müvafiq məlumatlar) olduqda, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən həyata keçirilə bilər. İşin faktiki hallarından göründüyü kimi ibtidai araşdırma orqanı tərəfindən hazırkı cinayət işi üzrə sübutların toplanılması prosesi həyata keçirilmiş, o cümlədən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri alınmış, iş üzrə müvafiq prosessual sənədlər tərtib edilmiş, müvafiq əşyalar maddi sübut kimi götürülmüşdür. Lakin, hazırkı cinayət işi üzrə toplanmış sübutlar təqsirləndirilən şəxsin əmələ aidiyyətinin sübut edilməsinə kifayət edib-etməməsi hərtərəfli araşdırılmamış, yoxlanılmamışdır. Sübutetmə predmetinə daxil olan halların müəyyən edilməsində sübutların kifayət etməsi iki aspektdən başa düşülməlidir: a) CPM-in 139-cu maddəsində nəzərdə tutulmuş ayrı-ayrı halların müəyyən edilməsi üçün sübutların kifayət etməsi; b) CPM-in 139-cu maddəsində nəzərdə tutulmuş halların bütövlükdə müəyyən edilməsi üçün sübutların kifayət etməsi. Toplanılmış sübutların CPM-in 139-cu maddəsində nəzərdə tutulmuş hər hansı bir halın müəyyən edilməsi üçün kifayət etməsinə baxmayaraq, sübutlar bütövlükdə həmin maddədə sadalanan halların müəyyən edilməsi üçün kifayət etməyə bilər. Bu halda təhqiqatçı, müstəntiq, prokuror və məhkəmə cinayət hadisəsinin baş vermə faktını və s. halları müəyyən etmək üçün neçə şahidin və hansı şahidlərin dindirilməsini iş üzrə toplanmış digər sübutlara əsaslanmaqla müəyyən edə bilər. Sübutların kifayət etməsinin hədlərinin düzgün müəyyən edilməsi sübutetmə predmetindən, sübutetmə subyektlərinin fəallığından, sübutların kəmiyyət və keyfiyyətindən asılıdır. Sübutların kifayət etməsi ibtidai araşdırma və məhkəmə baxışında üst-üstə düşməyə bilər. İbtidai araşdırma və məhkəmə baxışında sübutların kifayət etməsi o hallarda üst-üstə düşməyə bilər ki, bu, bütün mümkün fərziyyələrin yoxlanılması zərurəti ilə, sübutların aidliyinə qiymət verilməsi ilə, habelə toplanmış sübutların mümkünlüyü və mötəbərliyi ilə əlaqədar olsun. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi o halda sübut kimi qəbul edilir ki, təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilir və törətdiyi cinayət əməlinin ayrı-ayrı hallan haqqında məlumat verir. Təqsirləndirilən şəxsin öz təqsirini sadəcə olaraq “təqsirimi etiraf edirəm”, “özümü təqsirli sayıram” kimi ifadələrlə etiraf etməsi sübut kimi qəbul edilə bilməz. Bu cür ifadələrdə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün faktiki materiallar (hallar) göstərilmir. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilər (CPM-in 126.6-cı maddəsi). Təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməsinin sübuti əhəmiyyəti digər sübutların iş üzrə əhəmiyyətindən üstün qəbul edilə bilməz. İstintaq və məhkəmə təcrübəsində təqsirləndirilən şəxsin yalandan, yaxud yanlış olaraq öz təqsirini etiraf etməsi hallarına rast gəlinir. Bu, müxtəlif səbəblərlə əlaqədar ola bilər: öz yaxın qohumunu cinayət məsuliyyətindən kənarda saxlamaq cəhdi ilə; törətdiyi daha ağır cinayəti gizlətmək arzusu ilə; cinayət törədən digər şəxslərin hədə-qorxuları səbəbindən; dindirmənin gedişində zor tətbiq edilməsi, işgəncə verilməsi, hədə-qorxu gəlinməsi ilə; təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamı düzgün başa düşməməsi ilə və s. Təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxsin öz ifadəsində “təqsirim yoxdur” və s. sözlərdən istifadə etməsi onun təqsirinin olmamasını təsdiq etmir. Ona görə də şəxs öz ifadəsində onun təqsirini istisna edən hallar (faktlar) haqqında cinayət təqibi üzrə digər sübutlarla təsdiq olunan məlumatlar verməlidir. Təqsirləndirilən şəxs öz təqsirini inkar etdikdə onun ifadəsi digər sübutların köməyi ilə yoxlanılmalıdır. Əvvəla, məhkəmə qeyd edir ki, cinayət işinə əlavə olunmuş sənədlərin, habelə işin faktiki hallarının müqayisəli təhlildən də göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən elan edilmiş ittiham yalnız formal əsaslara istnad edilməklə verilmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmaqla, 14 oktyabr 2020-ci il tarixdə hökm çıxarılmış, habelə Şahid1, X1 və X7 Azərbaycan Repsublikası CM-nin 232.2.1 və 228.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin başlanmasına, eləcə də icraatına əsas məhz Təqsirləndirilən şəxs törədilmiş cinayət haqqında onun tərəfindən verilən ərizə olmuşdur. Halbuki, bu ərizə Təqsirləndirilən şəxs tərəfindən tərtib edilsə də, ərizə 10 avqust 2020-ci il tarixdə ölmüş sonuncunun atası Şahid2 adı ilə bağlı olmuş, məhz sonuncunun səhhətindəki problemlərlə, o cümlədən işemik insultun qalıqları əlaqədar onun xahişi əsasında övladının atası qarşısındakı övladlıq vəzifəsini icra etməsi nəticəsində yazılmışdır. Bu hal mərhum Şahid2 həm 17 mart 2020-ci il tarixdə ibtidai araşdırma orqanında, həm də məhkəmə istintaqında şahid qismində verdiyi ifadələrində öz təsdiqini tapmışdır. Lakin, diqqətəlayiq olan bu hal ibtidai araşdırma orqanı tərəfindən hazırkı cinayət işinin istintaqı davam edərkən nəzərə alınmamış, məsələyə səthi yanaşılmaqla səhv nəticəyə gəlinmişdir. Bundan əlavə, cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 08 aprel 2020-ci il tarixli qərarda Təqsirləndirilən şəxs bu cinayət işi üzrə verdiyi ifadəsi özünümüdafiə kimi qiymətləndirilmiş, onun ********* saylı cinayət işi üzrə zərərçəkmiş qismində verdiyi ifadəsi əsas götürülmüş, ona hazırkı ittiham verilmişdir. Həmçinin, qeyd olunan qərarda ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxslər Şahid1, X1 və X7 ifadələrinin də ov silahlarının Təqsirləndirilən şəxs məxsus olmasını təsdiqlədiyi göstərilsə də, ümumiyyətlə, təqsirləndirilən şəxslərin ifadələrinin mülahizələrdən ibarət olduğu və onların verdikləri ifadə ilə bağlı olmamaları ibtidai araşdırma orqanı tərəfindən nəzərə alınmamışdır. Eyni zamanda, həmin qərarda Təqsirləndirilən şəxs mərhum atası Şahid2 ov silahlarının ona məxsus olması ilə bağlı verdiyi ifadə əsassız olaraq obyektiv hesab edilməmiş və oğlunun məsuliyyətə cəlb olunacağını bildiyi üçün müdafiə xarakterli verildiyi göstərilmişdir. Halbuki, işin faktiki hallırandan da göründüyü kimi cinayətin predmeti olan silah məhz mərhum Şahid2 sağığında məxsus olan təsərrüfat işləri gördüyü fərdi yaşayış evində olmuş, Təqsirləndirilən şəxs orada daimi yaşamamış və həmin silaha hər hansı bir formada sahiblik və istifadə etməməklə, qulluq göstərməmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs mərhum atası Şahid2 ov silahlarının ona məxsus olması ilə bağlı verdiyi ifadənin obyektiv hesab edilməməsi və nəzərə alınmaması ibtidai istintaq orqanının məsələyə biganə və laqeyd yanaşmasının, araşdırmanın dəlillərə söykənərək kifayət qədər əsaslandırılmamasının bariz nümunəsidir. Halbuki, məhkəmə istintaqında müəyyən edilmiş mübahisəsiz hallar kimi hazırkı cinayət işi üzrə ittihamın verilməsinə təsir edən birbaşa sübutlar, yəni şahid ifadələri belə Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlinə aidiyyətinin olmamasına dəlalət edir. Çünki, məhz şahidlər məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ov silahları ilə hər hansı bir formada bağlılığının olmamasını bildirmiş, habelə silahın mərhum babası Pənahdan mərhum atası Şahid2 miras qaldığını, o cümlədən silahların sonuncuya aid olduğunu etiraf etmişlər. Digər tərəfdən zərərçəkmiş şəxs qismində iştirak etdiyi cinayət işində Təqsirləndirilən şəxs ilkin vaxtlarda verdiyi izahata (ifadəyə) əsaslanmaqla, onun hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi yolverilməzdir. Çünki, həmin izahatın (ifadənin) hazırkı iş üzrə preyudisiya əhəmiyyəti yoxdur. Ona görə ki, məhz belə bir izahatın (ifadənin) verilməsi, müvafiq ərizənin tərtib olunması Təqsirləndirilən şəxs mərhum atasının əvəzindən sonuncunun xəstə olduğu dövrdə ibtidai istintaqda iştirak etməsinə şərait yarada bilərdi. CPM-in 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2020-ci il tarixli qərarına əsasən preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Məhz Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə əsaslanarq bir daha qeyd etmək olar ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı yalnız təqsirləndirilən şəxslərə aiddir, habelə yalnız onlara şamil edilməklə, cinayət prosesinin digər iştirakçılarına münasibətdə tətbiq edilməsi istisna edilir. Belə olan halda, Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəsini almış 14 oktyabr 2020-ci il tarixli hökmü hazırkı iş üzrə preyudisiyal əhəmiyyət kəsb edə bilməz. Hətta, həmin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olduğu dövrdə də, Təqsirləndirilən şəxs həmin silahların ona aid olduğunu birbaşa olaraq etiraf etməmiş, həmçinin ov silahlarının mərhum babası Pənahdan atası Şahid2 miras qaldığını göstərmişdir. Qeyd edilməlidir ki, CPM-in 330.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin 329-cu maddəsində göstərilən qaydada yol verilir. Yəni, Təqsirləndirilən şəxs həmin məhkəmədə verdiyi qeyd olunan məzmunlu ifadəsində hüquqazidd hal aşkarlansa idi, sonuncu başqa bir əmələ görə cinayət məsuliyyəti daşımalı idi. Lakin, həmin ifadə ilə hər hansı bir hüquqazidd hal müəyyən edilməmiş, habelə Təqsirləndirilən şəxs başqa bir əmələ görə cinayət məsuliyyətinə cəlb edilməsi halı öz təsbitini tapmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs müxtəlif orqanlara dəfələrlə etdiyi şikayətlərində də ittiham edildiyi əmələ aidiyyətinin olmadığını təkidlə bildirmişdir. Eyni zamanda, ittiham aktında Təqsirləndirilən şəxs aid olduğu göstərilən Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evin onunla hüquqi bağlılığının olub-olmaması ümumiyyətlə, aydınlaşdırılmamış, bu evin ona aid olması dəqiqləşdirilməmiş, o cümlədən hər hansı bir hüquqi və faktiki əsas olmadan evin ona məxsus olması təəssüratı yaradılmışdır. Halbuki, iş materiallarında olan arayışlarda, eləcə də şahid ifadələrində oğurluq hadisəsinin baş verdiyi evin Təqsirləndirilən şəxs valideylərinə aid olduğu, onun orada yaşamadığı, yalnız valideynlərinə görə bir övlad kimi ziyarət məqsədilə bu evə gedib-gəldiyi məlum olmuşdur. Buradan da, qeyd edilməlidir ki, ov silahları Təqsirləndirilən şəxs məxsus olsa idi, sonuncu onu valideynlərinə məxsus evdə deyil, özünün yaşadığı evdə saxlayar, ona qulluq edərdi. Beləliklə, şərh olunanlara əsasən belə qənaətə gəlmək olar ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmək yolverilməzdir. Qeyd olunduğu kimi sübutların kifayət qədər natamam, ziddiyətli və daha çox səthi toplanmasına baxmayaraq, istintaq orqanı tərəfindən hazırkı cinayət işi üzrə tam, hərtərəfli və obyektiv yoxlanılma aparılmamış, işin bütün əhəmiyyətli halları qiymətləndirilməmişdir.Yəni, hadisə ilə Təqsirləndirilən şəxs hərəkətləri arasında səbəbli əlaqə tədqiq edilməmiş, hadisənin baş vermə mexanizmi və şəraiti düzgün öyrənilməmiş, bununla bağlı cinayət prosesində iştirak edən şəxslərə əməlin ifşa olunması üçün kifayət qədər suallar verilməmiş, eləcə də bu halların araşdırılması istiqamətində digər prosessual hərəkətlər edilməmişdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun əmələ aidiyyətini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X9 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər.İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əmələ aidiyyətinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara, eləcə də, iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan əmələ aidiyyəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyəti olmadıqda, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə bəraət hökmü çıxarılır; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, onun əmələ aidiyyətinin olmaması əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, maddi sübut 1 ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla, atəş açmaq üçün yararlı TOZ-8M modelli, yivli odlu idman-ov silahı və 1 ədəd zavod üsulu ilə istehsal edilmiş 16 mm kalibrli, DS 2956 nömrəli, daxili çaxmaqlı, saz vəziyyətdə olmaqla, atəş açmaq üçün yararlı İJ 58 modelli yivsiz qoşa lüləli odlu ov silahı araşdırma sona çatanadək Siyəzən RPŞ-nin növbətçi hissəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə məsrəflərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 1(101)-402/2020 saylı hökmü əsasında həmin cinayət işi üzrə təqsirləndirilən şəxslərdən Azərbaycan Respublikası dövlət büdcəsinin xeyrinə tutulması ilə əlaqədar məsələsinin həll edilməsi, eləcə də hazırkı iş üzrə məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci, 344-347-ci, 349-cu, 350, 352-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirsiz bilinsin və ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dərhal ləğv edilsin. Təqsirləndirilən şəxs təqsirliliyi cinayətin törədilməsin aidiyyəti olmadığından, lakin qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hökm qanuni qüvvəyə mindikdən sonra həmin odlu silahın kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, maddi sübut 1 ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla, atəş açmaq üçün yararlı TOZ-8M modelli, yivli odlu idman-ov silahı və 1 ədəd zavod üsulu ilə istehsal edilmiş 16 mm kalibrli, DS 2956 nömrəli, daxili çaxmaqlı, saz vəziyyətdə olmaqla, atəş açmaq üçün yararlı İJ 58 modelli yivsiz qoşa lüləli odlu ov silahı araşdırma sona çatanadək Siyəzən RPŞ-nin növbətçi hissəsində saxlanılsın. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən 20 gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya protesti və ya apellyasiya şikayəti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-1/2021
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-1/2021
21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver