Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-1/2022 14.03.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1, onun nümayəndəsi və vəkili Nümayəndə1, Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxsin hüquqi varisləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Mülki cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçiləri fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 və Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə 14 mart 2022-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, saat 14:45-də xx xxxxxx 1982-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, "xxxx" ASC-də aparıcı mühəndis işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 314.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs "xxxx" ASC-nin X35 Təchizatı və Satışı idarəsinin X10 X18 aparıcı mühəndisi vəzifəsində işləməklə və "xxxx" ASC-nin sədrinin hər bir yarımstansiyalar, transformator məntəqəsi və kiçik transormator məntəqəsi, habelə hava elektrik verilişi xətləri üzrə məsul şəxslərin təyin olunmasına dair 01 iyun 2020-ci il tarixli, Ü20/086 saylı əmrinə əsasən X21 tərəfindən 6 kv-luq Sağleycan hava verilişi xətlərinə, 0,4 kv-luq KTY və xətlərə cavabdeh təyin edilməklə öz xidməti vəzifəsini, yəni vəzifə təlimatına əsasən qəzaları vaxtında aradan qaldırılmasını, sənədləşməni düzgün və dəqiq aparılmasını, hava xətlərinə baxış keçirilməsini, elektrik avadanlıqlarının saz vəziyyətdə istismar olunmasını və hava kabel xətlərin normal vəziyyətdə olmasının təmin edilməsi vəzifəsi həvalə edilmiş vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində üzərinə düşən həmin xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 fevral 2020-ci il tarixli, 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası”nın 1.2.1 və 1.2.2 bəndlərinə müvafiq olaraq elektrik və istilik qurğuları, quruluşları və şəbəkələri, onların təhlükəsizlik istismarını, həmçinin müəssisənin işçilərinin təhlükəsiz iş şəraitinin təmin edən texniki saz vəziyyətdə olmasını, elektrik və (və ya) istilik qurğuları, quruluşları və şəbəkələrinin sahibi sayılan müəssisənin normal iş rejiminin pozulmasının potensial risklərini nəzərə almaqla, onların texniki vəziyyətinin mütəmadi olaraq qiymətləndirilməsini, mümkün hadisələrin qəzaların və digər fövqəladə hadisələrin qarşısının alınmasına yönələn profilaktik tədbirlər işləyib hazırlamaqla həyata keçirməsini, keçmiş SSRİ-nin 20 fevral 1989-cu il tarixdə təsdiq olunmuş “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismarı qaydaları”nın 5.7.1, 5.7.16 və 5.7.19-cu bəndlərinə müvafiq olaraq elektrik ötürmə hava xətlərini (HX) istismar edərkən onların etibarlı işini təmin edilməsinə yönəldilmiş təmir və texniki xidmətetmə aparılmasını, hər bir HX-nə vaxtaşırı baxışın xəttin bütün uzunluğu üzrə ildə bir dəfədən az olmamasını, ildə 1 (bir) dəfədən az olmayaraq mühəndis texniki heyət tərəfindən əsaslı təmirə aid olan bütün xətlər (sahələr) daxil olmaqla, xətlərin ayrı-ayrı sahələrinə seçmə baxışlar aparılmasını, HX-də baxış, profilaktik yoxlama və ölçülmələr zamanı aşkar edilmiş nasazlığın istismar sənədlərində qeyd olunması və onların xarakterindən asılı olaraq tezliklə, yaxud texniki xidmət apararkən və ya HX-nin əsaslı təmirində aradan qaldırılmasını, keçmiş SSRİ-nin 10 sentyabr 1985-ci il tarixdə nəşr olunmuş “Elektrik qurğularının quraşdırılma qaydaları”nın 2.4.21-ci bəndinin tələblərinə müvafiq olaraq elektrik hava xətlərinin dayaqlarında və dayaqlar arasındakı aşırımlarda maksimal sallama oxunun 1.2 metrəyə qədər olan naqillərinin bir-birindən məsafələrin bütün buzlama rayonlar üzrə küləyin sürəti 18 m/saniyəyə qədər olan rayonlar üçün 40 sm, küləyin sürəti 18 m/saniyədən artıq olan buzlama rayonlar üzrə isə 60 sm olmasını, naqillərin maksimal sallanma oxunun 1.2 metrdən artıq olduqda bu məsafələr həmin sallamalara proporsional olaraq artırılmasını təmin etməli olduğu halda bunlara əməl etməyib "xxxx" ASC-nin (əvvəlki Azərenerji) X10 balansında olan Sağleycan HVX-nin 0,4 kv-luq KTV ******* saylı transformator məntəqəsindən qidalanan, Siyəzən rayonu Qırçal adlanan ərazidən keçən və "xxxx" ASC-də əhali kodu ilə qeydiyyata alınmış istehlakçılara (abonentlərə) elektrik enerjisi verilən, gərginliyi 0,4 kv-luq olan hava elektrik veriliş xəttinə vaxtaşırı olaraq texniki baxışlar və xidmətlə (təmirlər və s.) keçirilməsini, həmin xəttin naqillərinin düzgün çəkilməklə, bir-birinə dəyməsinin qarşısının alınmasını (sallamadan asılı olaraq naqillərin bir-birindən müvafiq (ən azı 40 sm) məsafələrdə yerləşməsini) təşkil etməmiş, nəticədə 31 iyul 2020-ci il tarixdə, saat 12:00 radələrində Siyəzən rayonu, Sədan kəndi Qırçal adlanan ərazidə Şahid4 məxsus tikilinin yaxınlığından keçən gərginliyi 0,4 kv-luq elektrik veriliş xəttinin sonundan 2-ci dayağının yaxınlığındakı xəttin naqillərinin güclü küləyin təsirindən bir-birinə dəyməsi nəticəsində əmələ gəlmiş elektrik təbiətli qəza halının (qısa qapanmanın) təsirindən yaranmış qığılcımlardan orada olan quru ot və kolluğun üzərinə düşməsindən ətraf ərazilərə və Sədan kəndinə qədər yayılan yanğın baş vermiş, bu səbəbdən onun ehtiyatsızlığından X27 başın, boyunun, gövdənin, hər iki ətrafların ümumi bədən səthinin təqribən 95 faizinin 3-cü dərəcəli termiki yanığından ibarət, canlı şəxslərdə götürüldüyü kimi yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik bədən xəsarətləri alaraq başın boyunun, gövdənin və hər iki ətrafların 3-cü dərəcəli termiki yanığı nəticəsində baş vermiş ağır yanıq şokundan hadisə yerində və X5 ümumi bədən səthinin 90-95%-ni əhatə edən başın, sifətin, boynun, hər iki yuxarı ətrafların, gövdənin ön və arxa səthinin, hər iki aşağı ətrafların, İİİb-İV dərəcəli termiki (alov) yanıqlarından ibarət, canlı şəxslərdə götürüldüyü kimi yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik bədən xəsarətləri alaraq həmin xəsarətlərdən baş vermiş yanıq şokundan 31 iyul 2020-ci il tarixdə, saat 17:50-də Bakı şəhərində yerləşən 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsində ölmüş, Zərərçəkmiş şəxs1 isə üzün, hər iki əl və ayaq barmaqlarının 1-ci dərəcəli termiki yanığı kimi dərəcəsi təyin edilməyən yanıq xəsarətləri almış, eləcə də sonuncuya məxsus həyətyanı sahədə yerləşən yardımçı tikililər və onun içərisində olan əşya, avadanlıq və ləvazimatların bir qisminin tamamilə yanıb məhv olduğu, bir qisminin isə yanğının təsirinə məruz qalaraq yararsız vəziyyətə düşdüyü, həmçinin həyətyanı sahədə olan ağacların bir qisminin yanaraq inkişafdan qalma dərəcəsinə gəlib çıxdığı, bir qisminin isə tamamilə yanıb məhv olduğu, yağının təsirinə məruz qalmış 53 kvadrat metr damın taxta konstruksiya ilə yığılması və şiferin vurulması ilə əlaqədar 265 manat, 1 metrinin qiyməti 1 manat olan 130 metr 3x5 sm ölçülərdə taxtanın məhv olması ilə əlaqədar 130 manat, 30 ədəd 0.9mx2.2m ölçülərdə hər birinin qiyməti 9 manat olan azbes şiferin yararsız hala düşməsi ilə əlaqədar 270 manat, hər birinin qiyməti 14 manat olan 8 ədəd 1.2x2.2m ölçülərdə dəmir şiferin yanğının təsirinə məruz qalması ilə əlaqədar 112 manat, 1 kq-nın qiyməti 3 manat olan 2 kq mismarın yanğının təsirinə məruz qalması ilə əlaqədar 6 manat, hər kvadrat metrinin qiyməti 5 manat olan 37 kvadrat metr betonun tökülməsi ilə əlaqədar 185 manat, hər kub metrinin qiyməti 16 manat olan 2.5 kub metr qumun işlədilməsi ilə əlaqədar 40 manat, hər kub metrinin qiyməti 6 manat olan 37 kub metr sementin işlədilməsi ilə əlaqədar 222 manat, 180 manat dəyərində 1 ədəd 0,95mx1,65m ölçüdə taxta qapının yanması ilə əlaqədar 180 manat, 1 ədəd 130 manat dəyərində 0,90mx1,80 m ölçüdə plastik qapının yanması ilə əlaqədar 130 manat, 1 ədəd 100 manat dəyərində 1,25mx1,00m ölçüdə taxta pəncərənin yanması ilə əlaqədar 100 manat, 1 ədəd 110 manat dəyərində 0,75mx1,65m ölçüdə plastik qapının yanması ilə əlaqədar 110 manat, 1 ədəd 25 manat dəyərində 0,55mx0,70m ölçüdə taxta pəncərənin yanması ilə əlaqədar 25 manat, hər birinin qiyməti 100 manat olan 3 ədəd 1,10mx1,20m ölçüdə taxta pəncərənin yanması ilə əlaqədar 300 manat, hər birinin qiyməti 70 manat olan 2 ədəd 1,0mx1,40m ölçüdə plastik pəncərənin yanması ilə əlaqədar 140 manat, 1 ədəd 200 manat dəyərində 0,65mx2,20m ölçüdə taxta qapının yanması ilə əlaqədar 200 manat, 1 ədəd taxta materialdan olan saxlanc yerinin hazırlanması ilə əlaqədar 50 manat, hər birinin qiyməti 23 manat olan 8 ədəd 14 mm ölçüdə taxta diktin yanması ilə əlaqədar 184 manat, hər birinin qiyməti 0,8 manat olan 25 metr 3x4 sm ölçüdə reykanın yanması ilə əlaqədar 20 manat, 1 kq-nın qiyməti 2 manat olan 2 kq mismarın yanması ilə əlaqədar 4 manat, əlavə xərclərə görə 50 manat olmaqla, cəmi tikinti üzrə 2723 manat, yardımçı tikililərin yanması nəticəsində onun içərisində olan istifadəyə yararlı vəziyyətdə, 2018-ci ildə istifadə edilməmiş halda alınmış, Türkiyə istehsalı, gərginliyi 220V-230V olan, yanacaq növü benzin olan, istehsal ili 2008-ci il olan “Hüter” generatorun yanması nəticəsində 2000 manat, 2017-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, istifadəyə yararlı, Türkiyə istehsalı olan, ventilyatorlu, BX6-3000 AC ARC WEelder markalı, 2 fazalı, 220V-380C gərginlikli, 1-dən 7-yə qədər pilləsi olan, İSO 9001 Power, svarka aparatının (qaynaq aparatı) yanması nəticəsində 300 manat, 1 komplekt (alt üst) dəyirman daşının məhv olması nəticəsində 70 manat, 2018-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, Türkiyə istehsalı “Candan” firmasına məxsus qaynaq (payka) aparatı və borularının yanması nəticəsində 40 manat, 2020-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş “Bosch” firmasına məxsus, kodu 16750 m olan, 220 V böyük preferatorun (deşeka) yanması nəticəsində 1200 manat, FAB firmasına məxsus 45 kq lakın yanması nəticəsində 80 manat, FAB firmasına məxsus 45 kq dolğunun yanması nəticəsində 90 manat, 5litr rastvoritelin yanması nəticəsində 11 manat, Sobsan firmasına məxsus hər biri 20 kq olan 4 vedrə emusiyanın yanması nəticəsində 120 manat, 1 ədəd rolikin yanması nəticəsində 5 manat, 1 ədəd şotkanın yanması nəticəsində 1 manat, Sobsan firmasına məxsus 15 kq boyanın yanması nəticəsində 37 manat, 3 litr rastvoritelin yanması nəticəsində 3 manat, FAB firmasına məxsus 4 ədəd silikonun yanması nəticəsində 30 manat, Gilan firmasına məxsus hər birinin qiyməti 9 manat olan 25 ədəd alçipanların yanması nəticəsində 225 manat, 1 ədəd Türkiyə istehsalı olan santexnika mətbəx və hamam üçün umıvalnik və onun komplekt borularının yanması nəticəsində 117 manat, Rusiya istehsalı olan qalınlığı 8 dig olan, rəngi A, material A, kodu 32AC-4 644 olan, 8 mm, 32 klass 30 metr kvadrat laminat, 44 metr küncləri və qubkalarının yanması nəticəsində 480 manat, 12 ədəd mətbəx üçün elektrik yuvasının yanması nəticəsində 72 manat, 1 ədəd 4 dənəli elektrik açarının yanması nəticəsində 8 manat, hamam üçün 1 ədəd elektrik yuvasının yanması nəticəsində 3 manat, 1 ədəd 2 dənəli elektrik açarının yanması nəticəsində 6 manat, 2 ədəd 5 dənəli elektrik açarının yanması nəticəsində 22 manat, hər birinin qiyməti 6 manat olan 6 ədəd qoşa elektrik yuvasının yanması nəticəsində 36 manat, hər birinin qiyməti 6 manat olan 4 ədəd tək elektrik yuvasının yanması nəticəsində 24 manat, hər topunda 100 metr olan 2 top 4-lük naqillərin yanması nəticəsində 42 manat, hər topunda 100 metr olan 1 top 2,5-lik naqillərin yanması nəticəsində 30 manat, 2017-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş HS-7000, 1200Vatt, 5,7 amper Makita firmasına məxsus taxta kəsən sirkulyar mişarın yanması nəticəsində 80 manat, 2017-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, 380 Volt, 1450 dövr Makita firmasına məxsus elektriklə işləyən rəndənin yanması nəticəsində 80 manat, 2017-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, professional, GST-700 ülgüc, 1200 Vatt Makita firmasına məxsus Lobzig aparatının yanması nəticəsində 40 manat, 2017-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, 9404 marka indeks, elektriklə işləyən, Makita firmasına məxsus polyonan aparatın yanması nəticəsində 120 manat, 2017-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, istifadəyə yararlı, gücü 2200VT olan, şaquli gediş 60 mm, maksimal sürət 23000döv/dəq TR-11122 Makita firmasına məxsus Fiqur aparatının yanması nəticəsində 200 manat, 2018-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, istifadəyə yararlı, Türkiyə istehsalı olan Warning elektriklə işləyən su nasosunun yanması nəticəsində 70 manat, 2016-cı ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, Türkiyə istehsalı olan, 1,5 ton su tutumu olan plastik materialdan olan “Antalya” su çəninin yanması nəticəsində 200 manat, 2020-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, Rusiya istehsalı olan, Titan firmasına məxsus (TH-660), benzin bakı (1200 ml), çəkisi 9 kq, otbiçən aparatın yanması nəticəsində 100 manat, 2017-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, Rusiya istehsalı, Ural firmasına məxsus YD58-900 benzopila motorlu testerenin yanması nəticəsində 100 manat, 2020-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, 2 adaptor batareyalı Makita firmasına məxsus, naqilsiz, 220V-50Hz, 36 marka, gücü 0,550, çəkisi 1,2 kq olan şarj ilə drel aparatının yanması nəticəsində 90 manat, 2017-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, istifadəyə yararlı, Dewalt elektrik drel aparatının yanması nəticəsində 100 manat, 2017-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, Bosch firmasına məxsus 800BT, dövrəsi 900ob/min, gücü 2, 8 GSB-26-2 RE drel aparatının yanması nəticəsində 110 manat, 2018-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, Bosch firmasına məxsus GWS -22-2Soh, 230 V, 2200W, 230 mm-6500/min laqunda aparatının yanması nəticəsində 170 manat, 2017-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, DEWALT firmasına məxsus D 28432C-Qs, 230 v-50Hz, 12,1 A, 2600W laqunda aparatının yanması nəticəsində 120 manat, 2020-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, Bosch firmasına məxsus 22180-H, 2000W 1 ədəd balaca laqunda aparatının yanması nəticəsində 100 manat, 2018-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, Total firmasına məxsus 22-9- 115, kodu İSO-9001 olan, 220 volt 01 ədəd balaca laqundanın yanması nəticəsində 55 manat, 2020-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, Türkiyə istehsalı, uzunluğu 1,30 metr olan, Hütter firmasına məxsus kafel kəsən aparatın yanması nəticəsində 70 manat, 2019-cu ildə işlənməmiş halda aldığı, istifadə edilmiş, Çin Xalq Respublikası istehsalı 2 ədəd video müşahidə cihazının yanması nəticəsində 60 manat, 250 ədəd bağlanmış quru meşə otunun yanması nəticəsində 650 manat, 5 ton arpanın yanması nəticəsində 2000 manat, 4 ton buğdanın yanması nəticəsində 1600 manat, 1 ədəd 2018-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, dəmir qapan tərəzinin yanması nəticəsində 60 manat, 1000 (bir min) metr uzunluğunda istifadə edilməmiş izolyasiya olunmuş diametri 10 mm olan naqilin yanması nəticəsində 1000 manat, 2020-ci ildə aldığı sulama-damcı sistemi üçün istifadə edilməmiş, hər biri 100 metr uzunluğunda 3 top rezin materialdan borular və ona aid xırda avadanlıqların yanması nəticəsində 310 manat, malyar işinə aid istifadə edilmiş 2 ədəd dəmir materialdan dekorun yanması nəticəsində 6 manat, 3 ədəd istifadə edilmiş malanın yanması nəticəsində 9 manat, 1 ədəd 3 metr uzunluğunda, 1 ədəd 2 metr uzunluğunda, 1 ədəd 1 metr uzunluğunda alüminium materialdan istifadə edilmiş profillərin yanması nəticəsində 12 manat, 2016-cı ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, istifadəyə yararlı 2 ədəd səviyyə nizamlayıcı ləvazimatın yanması nəticəsində 8 manat, 2020-ci ildə istifadə edilməmiş halda aldığı, istifadə edilməmiş, VAZ 21099 markalı avtomaşın üçün 4 ədəd (2 dəst) qranatın yanması nəticəsində 160 manat, 4 ədəd istifadə edilməmiş (2 dəst) nakladkaların yanması nəticəsində 128 manat, 1 ədəd 5 pilləli istifadə edilməmiş sürət qutusunun yanması nəticəsində 150 manat, 1 ədəd istifadə edilməmiş qabaq kapotun yanması nəticəsində 230 manat, 1 ədəd istifadə edilməmiş benzin çəninin yanması nəticəsində 120 manat, 1 ədəd istifadə edilməmiş radiatorun yanması nəticəsində 40 manat, 1 ədəd istifadə edilməmiş benzin nasosunun yanması nəticəsində 15 manat, 1 ədəd istifadə edilməmiş karbüratorun yanması nəticəsində 40 manat, 2018-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, istifadəyə yararlı 4 ədəd VAZ 21099 markalı avtomaşının təkərlərində istifadə üçün qış zəncirlərinin yanması nəticəsində 20 manat, 2017-ci ildə alınmış, istifadə edilmiş Horizon firmasına məxsus 2 ədəd qış təkərinin yanması nəticəsində 50 manat, 2020-ci ildə alınmış, istifadə edilmiş 2 ədəd Horizon firmasına məxsus qış təkərinin yanması nəticəsində 90 manat, 2020-ci ildə alınmış, istifadə edilməmiş 4 ədəd Lassa firmasına məxsus yay təkərinin yanması nəticəsində 160 manat, 6 ədəd diskin yanması nəticəsində 90 manat, 10/40 Lukoil firmasına məxsus 5 litr mühərrik yağının yanması nəticəsində 22 manat, Liva firmasına məxsus 1 ədəd istifadə edilməmiş yağ filtrinin yanması nəticəsində 5 manat, 1 ədəd istifadə edilməmiş hava filtrinin yanması nəticəsində 5 manat, 50 kq unun yanması nəticəsində 26 manat, 18 ədəd birillik toyuqların yanması nəticəsində 180 manat, 60 ədəd plastik materialdan boru birləşdirici istifadə edilməmiş santexnika avadanlığının yanması nəticəsində 340 manat, 2 ədəd istifadə edilməmiş duşun yanması nəticəsində 40 manat, 36 qutuvintlərin yanması nəticəsində 210 manat, 4 yeşik istifadə edilməmiş mismarın yanması nəticəsində 53 manat, 18 ədəd zeytun ağacının yanması nəticəsində 180 manat, 18 ədəd vişnə ağacının yanması nəticəsində 108 manat, 16 ədəd badam ağacının yanması nəticəsində 64 manat, 19 ədəd qaysı ağacının yanması nəticəsində 152 manat, 3 ədəd armud ağacının yanması nəticəsində 33 manat, 6 ədəd qoz ağacının yanması nəticəsində 90 manat, 7 ədəd şam ağacının yanması nəticəsində 140 manat, 4 ədəd fındıq ağacının yanması nəticəsində 68 manat, 1 ədəd tut ağacının yanması nəticəsində 25 manat, 7 ədəd alma ağacının yanması nəticəsində 56 manat, 6 ədəd heyva ağacının yanması nəticəsində 72 manat, 3 ədəd nar ağacının yanması nəticəsində 24 manat, 7 ədəd gavalı ağacının yanması nəticəsində 70 manat, 1 ədəd şaftalı ağacının yanması nəticəsində 23 manat, 3 ədəd oleandır gülünün yanması nəticəsində 30 manat, 4 ədəd qoz ağacı şitilinin yanması nəticəsində 10 manat, 34 ədəd badam ağacı şitilinin yanması nəticəsində 68 manat olmaqla, cəmi əmtəə üzrə 15959 manat, ümumilikdə tikinti və əmtəə üzrə Zərərçəkmiş şəxs1 birlikdə 18682 manat, bundan əlavə Siyəzən rayonu, Sədan bələdiyyəsinin ərazisindəki hər birinin qiyməti 100 manat olan 998 ədəd 8 sm ölçüdə palıdın yanması nəticəsində 99800 manat, hər birinin qiyməti 120 manat olan 207 ədəd 12 sm ölçüdə palıdın yanması nəticəsində 24840 manat, hər birinin qiyməti 150 manat olan 127 ədəd 16 sm ölçüdə palıdın yanması nəticəsində 19050 manat, hər birinin qiyməti 100 manat olan 661 ədəd 8 sm ölçüdə qarağacın yanması nəticəsində 66100 manat, hər birinin qiyməti 120 manat olan 221 ədəd 12 sm ölçüdə qarağacın yanması nəticəsində 26520 manat, hər birinin qiyməti 120 manat olan 189 ədəd 12 sm ölçüdə cır armudun yanması nəticəsində 22680 manat, hər birinin qiyməti 150 manat olan 32 ədəd 16 sm ölçüdə cır armudun yanması nəticəsində 4800 manat, hər birinin qiyməti 180 manat olan 17 ədəd 20 sm ölçüdə cır armudun yanması nəticəsində 3060 manat, hər birinin qiyməti 80 manat olan 4060 ədəd qaratikan kolunun yanması nəticəsində 324800 manat, hər birinin qiyməti 80 manat olan 696 ədəd yemişan kolunun yanması nəticəsində 55680 manat, hər birinin qiyməti 80 manat olan 1570 ədəd sumaq kolunun yanması nəticəsində 125600 manat, hər birinin qiyməti 80 manat olan 72 ədəd itburnu kolunun yanması nəticəsində 5760 manat olmaqla, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ümumilikdə 778 690 manat məbləğində ziyan dəymiş, bununla da o, vəzifəli şəxs olmaqla işə laqeyd münasibəti, eləcə də öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində ehtiyatsızlıqdan iki şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olmuş səhlənkarlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2015-ci ilin aprel ayından "xxxx" ASC-nin “Şimal” RETSİ-nin Siyəzən EŞ-nin İstismar üzrə (X18) aparıcı mühəndisi vəzifəsində işləməklə, vəzifə öhdəlikləri abonentləri elektrik enerjisi, elektrik montyorlarını isə təhlükəsiz iş rejimi ilə təmin etməkdən və sairdən ibarətdir. Qırçal adlanan ərazidə yanğın hadisəsi 31 iyul 2020-ci il tarixdə, yəni qeyri-iş günündə baş vermişdir. 01 avqust 2020-ci il tarixdə Siyəzən EŞ-nin baş mühəndisi Qismətəli Əsədovun tapşırığına əsasən o, Siyəzən EŞ-nin balansında olan qaldırıcı kranı götürərək, sürücümaşinist Lətif Ağayevlə birlikdə hadisə baş verən əraziyə yollanmış, həmin ərazidə elektrik xətlərinə baxış keçirərək, həmin xətlərdə gərginlik və ya qırılma olub-olmadığını yoxlamışdır. Hadisə yerində olarkən, ilk öncə Qırçal adlanan ərazidəki elektrik xətlərinin qidalandığı transformator məntəqəsinə baxış keçirmiş, elektrik xətlərinin şəbəkədən ayrılıb-ayrılmadığını yoxladıqdan sonra elektrik hava xətlərinə də baxış keçirdikləri zaman buradakı elektrik xətlərinin sallanmış vəziyyətdə olduğunu görmüşlər. Bundan sonra, Siyəzən EŞ-nin növbətçi elektrik montyorları üçün olan qaldırıcı kranın səbətində qalxaraq, həmin elektrik xətlərində müvafiq ölçmələr apardıqdan sonra həmin xətləri elektrik dirəyindən ayırıb yerə atmış, habelə həmin xətlərin müvafiq hissələrini kəsərək, qablaşdırıb götürmüş, daha sonra həmin xətlərin kəsilmiş hissələrini məftillə bərpa etmişlər. Həmin ərazidəki elektrik hava xətlərini qidalandıran sözügedən ******* saylı 63 kvluq transformator məntəqəsinin və transformatora daxil olan 6000 voltluq yüksək gərginlikli elektrik hava xətləri "xxxx" ASC-nin balansında olduğu üçün həmin transformator məntəqəsinə daxil olan xətlərə texniki baxış və xidmət bir təqvim ilində bir dəfə həmin sahəyə məsul olan Siyəzən EŞ-nin aparıcı mühəndisi və elektrik montyoru tərəfindən vizual baxış qaydasında həyata keçirilir. Lakin, yanğın hadisəsinin başladığı Qırçal adlanan ərazidəki 380/220 Voltluq elektrik hava xətləri "xxxx" ASC-nin balansında olmadığı üçün həmin xətlərə baxış və xidmət Siyəzən EŞ tərəfindən həyata keçirilmir, habelə həmin elektrik hava xətlərinin kimin balansında olması, həmçinin kimin tərəfindən çəkilməsi barədə onun məlumatı olmamışdır. Qeyd olunan ərazidəki elektrik hava xətlərinin qidalandığı transformator məntəqəsinə baxış və xidməti şəxsən özü həyata keçirsə də, elektrik montyoru müxtəlif şəxslər ola bilər. Yanğın hadisəsinin baş verdiyi Qırçal adlanan ərazidə 0,4 kv-luq elektrik xətlərini qidalandıran transformator məntəqəsinə və həmin transformator məntəqəsini qidalandıran 6000 voltluq elektrik hava xətlərinə sonuncu dəfə 2020-ci ilin 22-23 iyun-iyul tarixlərdə texniki baxış və xidmət keçirilmişdir. Həmin ərazidə 3 ədəd köhnə taxta materialdan olan elektrik dayaqları dəmir materialdan olan dayaqlarla əvəz edilmiş, həmçinin bu hava xətlərinin texniki pasportunda qeyd edilmişdir. Yanğın ilkin olaraq, 31 iyul 2020-ci il tarixdə Qırçal adlanan ərazidəki elektrik hava xətlərində baş vermiş olsa da, yanğın hadisəsindən əvvəl qısa qapanma olması barədə heç bir məlumatı olmamış, habelə yanğından əvvəl həmin xətlərdə qırılma və ya açılma olmamışdır. Sözügedən ərazidəki 0,4 kv-luq transformator məntəqəsinə onun tərəfindən balans elektrik sayğacı quraşdırılmış, bu sayğac transformatordan çıxan ümumi enerjini hesablamışdır. Əlavə olaraq, 05 iyun 2020-ci il tarixli məktubda “Sağleycan HVX-ə, 0,4 kv-luq KTY və xətlərə cavabdeh şəxs kimi təyin olunması qeyd olunsa da, 0,4 kv-luq xətlər dedikdə orada 6 kv-luq HVX-dən qidalanan Siyəzən EŞ-nin balansında olan 0,4 kvluq Sağleycan və Çarxana kəndlərini elektrik enerjisi ilə təmin edən xətlər nəzərdə tutulmuşdur. Çünki, Qırçal adlanan ərazidə olan 0,4 kv-luq xətləri "xxxx" ASC tərəfindən deyil, orada yaşayan sakinlərin özləri tərəfindən, lakin Sağleycan və Çarxana kəndlərindəki 0,4 kv-luq xətləri isə "xxxx" ASC tərəfindən çəkilmişdir. Bundan əlavə, mülki iddianı qəbul etmir. Odur ki, mülki iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını və ona bəraət verilməsini məhkəmədən xahiş edir. Məhkəmə təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması zərərçəkmiş şəxs, mülki iddiaçının, zərərçəkmiş hüquqi şəxsin, zərərçəkmiş şəxsin hüquqi varislərinin, şahidlərin ifadələri, ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddia tələbini müdafiə etməklə, ifadəsində göstərdi ki, o, 31 iyul 2020-ci il tarixdə qurbanlıq heyvan kəsdiyindən, qurban ətini paylamaq üçün əti doğramaqla məşğul olmuşdur. Həmin gün övladı kəndə yaxın ərazidə yanğın hadisəsinin baş verməsi barədə ona məlumat verdikdən sonra bayıra çıxmış, Qırçal adlanan dərə ərazidə başlayan yanğının Sədan kənd istiqamətinə tərəf yayıldığını, kənd camaatının və mərhum Nizami Qambayevin evinin yanından yanğın baş verən əraziyə tərəf getdiyinin şahidi olmuşdur. Bu vaxt mərhum Nizami Qambayev ona şaxta kəsmək üçün balta gətirməsini tapşırmış, sonuncu isə yanğın baş verən əraziyə tərəf gedərək nəvəsi Turalı səsləyə-səsləyə axtarmışdır. O, yanğından evinə zərər gəlməsin deyə evini sulamasına baxmayaraq, yanğının evinə bu qədər yaxınlaşacağını təsəvvür etməmişdir. Daha sonra, özünü su ilə islatmış həmçinin, boğulmamaq üçün başını çadra ilə bükmüş, yanğın olan əraziyə girmişdir. Həmin vaxt tüstünün çoxluğundan mərhum Nizami Qanbayevin yanğının içərisində hansı tərəfə getdiyini görməmişdir. Lakin, o, Nizamiyə otun quru olduğunu və oraya getməməsini bildirmişdir. Yanğın olan ərazidə olduğu vaxt atasının onu çağırdığını eşitmişdir. Evinə tərəf qayıtdıqda orada olan camaatın evinə tərəf getdiyini, evlərinə daha da yaxınlaşanda isə yaşadığı evin həyətində ona məxsus bir-birinə bitişik olan 3 ədəd yardımçı tikilinin yandığını görmüşdür. Belə olan təqdirdə, dərhal evdə olan işıq avtomatik elektrik açarını söndürmüş və evdə yanğının içində qalmış körpə övladını xilas etmək üçün yanan evə daxil olmuşdur. Uşağı bayıra çıxaran zaman nəfəsi qayıtsın deyə onun başını suya salmışdır. Daha sonra, həyətyanı sahəsində olan avtomobili çölə çıxartmış və oradakı 40 tonluq su hovuzunu açıb yardımçı tikililərdə baş verən yanğını söndürməyə cəhd göstərmiş, bu zaman kənd camaatı da ona köməklik göstərmişdir. Lakin, yanğın şiddətli olduğundan yardımçı tikililəri söndürməyə və yaxud orada olan əşyalarını xilas etməyə müvəffəq ola bilməmişdir. Yardımçı tikilinin yanması nəticəsində onun içərisində olan istifadəyə yararlı vəziyyətdə, 2018-ci ildə istifadə edilməmiş halda aldığı, Türkiyə istehsalı, gərginliyi 220V-230V, yanacaq növü benzin olan, istehsal ili 2008-ci il olan “Hüter” markalı, təxmini qiyməti 2000 manat dəyərində olan generator, 2017-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə etdiyi, istifadəyə yararlı, Türkiyə istehsalı, ventilyatorlu, BX6-3000 AC ARC Welder markalı, 2 fazalı, 220V-380C gərginlikli, 1-dən 7-yə qədər pilləsi olan, İSO 9001 Power, təxmini qiyməti 480 manat olan qaynaq aparatı, təxmini qiyməti 200 manat olan 1 komplekt (alt üst) dəyirman daşı, 2018-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə etdiyi, Türkiyə istehsalı “Candan” firmasına məxsus, təxmini qiyməti 170 manat olan qaynaq (payka) aparatı və boruları, 2020-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə etdiyi, “Bosch” firmasına məxsus, kodu 16750 m olan, 220 V, təxmini qiyməti 1200 manat olan böyük preferator (deşeka), FAB firmasına məxsus, təxmini qiyməti 80 manat olan, 45 kq lak və FAB firmasına məxsus, təxmini qiyməti 90 manat olan, 45 kq dolğu, təxmini qiyməti 11 manat olan 5 litr rastvoritel, Sobsan firmasına məxsus, təxmini ümumi cəmi qiyməti 120 manat olan, hər biri 20 kq olan, 4 vedrə emusiya, təxmini qiyməti 5 manat olan 1 ədəd rolik, təxmini qiyməti 1 manat olan 1 ədəd şotka, təxmini qiyməti 37 manat olan Sobsan firmasına məxsus 15 kq kraska, təxmini qiyməti 3 manat olan, 3 litr rastvoritel, təxmini ümumi qiyməti 30 manat olan FAB firmasına məxsus 4 ədəd silikon (rəngləri 02 ədəd germetika, 01 ədəd şəffaf, 01 ədəd şpakilovka rengində), təxmini ümumi bir yerdə cəmi qiyməti 223 manat olan Gilan firmasına məxsus 25 ədəd alçipan (15 ədəd ağ, 10 ədəd yaşıl), təxmini ümumi qiyməti 117 manat olan 1 ədəd Türkiyə istehsalı olan santexnika mətbəx və hamam üçün umuvalnik və onun komplekt boruları, Rusiya istehsalı, qalınlığı 8 dig olan, rəngi A, material A, kodu 32AC- 4 644 olan, 8 mm, 32 klass, təxmini cəmi bir yerdə qiyməti 480 manat olan, 30 kvadrat metr laminat, 44 metr küncləri və qubkaları, təxmini cəmi qiyməti 72 manat olan, 12 ədəd mətbəx üçün elektrik yuvası (neo-c-metro) SC Hmeler elektric, təxmini qiyməti 8 manat olan, 1 ədəd, 4 dənəli elektrik açarı, təxmini qiyməti 3 manat olan, hamam üçün 1 ədəd elektrik yuvası (şüşəli), təxmini qiyməti 6 manat olan, 1 ədəd, 2 dənəli elektrik açarı, otaqlar üçün təxmini cəmi qiyməti 22 manat olan, 2 ədəd, 5 dənəli elektrik açarı, təxmini cəmi qiyməti 39 manat olan, 6 ədəd qoşa elektrik yuvası, təxmini cəmi qiyməti 24 manat olan, 4 ədəd tək elektrik yuvası, onların naqilləri, cəmi ümumi qiyməti 135 manat olan, (hər topunda 100 metr olmaqla 2 top 4-lük göy-qırmızı, 1 top 2,5-lik sarı), 2017-ci ildə istifadə edilməmiş halda aldığı, təxmini qiyməti 130 manat olan, sonradan istifadə etdiyi, HS-7000, 1200Vatt, 5,7 amper Makita firmasına məxsus taxta kəsən sirkulyar mişar, 2017-ci ildə istifadə edilməmiş halda aldığı, təxmini qiyməti 170 manat olan, sonradan istifadə etdiyi, 380 Volt, 1450 dövr Makita firmasına məxsus elektriklə işləyən rəndə, 2017-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə etdiyi, təxmini qiyməti 110 manat olan professional, GST-700 ülgüc, 1200 Vatt Makita firmasına məxsus Lobzig aparatı, 2017-ci ildə istifadə edilməmiş halda aldığı, təxmini qiyməti 210 manat olan, sonradan istifadə etdiyi, 9404 marka indeks, elektriklə işləyən, Makita firmasına məxsus polyonan aparatı (şrifovka), 2017-ci ildə istifadə edilməmiş halda aldığı, təxmini qiyməti 310 manat olan, sonradan istifadə etdiyi, istifadəyə yararlı, gücü 2200VT olan, şaquli gediş 60 mm, maksimal sürət 23000dov/dəq, TR-11122 Makita firmasına məxsus Fiqur aparatı, 2018-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə etdiyi, istifadəyə yararlı, təxmini qiyməti 70 manat olan, Türkiyə istehsalı Warning elektriklə işləyən su nasosu (suvurma təzyiqi 32 metr, su sovurma gücü 8 metr), 2016-cı ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə etdiyi, Türkiyə istehsalı, təxmini qiyməti 200 manat 1,5 ton su tutumu olan Antalya su çəni, 2020-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə etdiyi, Rusiya istehsalı, Titan firmasına məxsus (TH-660), benzin bakı (1200ml), çəkisi 9 kq, təxmini qiyməti 180 manat olan ot biçən aparat, 2017-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə etdiyi, Rusiya istehsalı, Ural firmasına məxsus, təxmini qiyməti 190 manat olan, YD58-900 benzopila motorlu testere (12000), 2020-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə etdiyi, 2 adaptor batareyalı, Makita firmasına məxsus, təxmini qiyməti 130 manat olan, naqilsiz, 220V-50Hz, 36 marka, gücü 0,550, çəkisi 1,2 kq olan zaryatka ilə direl aparatı, 2017-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə etdiyi, təxmini qiyməti 150 manat olan, istifadəyə yararlı, Dewalt elektrik direl aparatı, 2017-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə etdiyi, Bosch firmasına məxsus 800BT, dövrəsi 900ob/min, gücü 2, 8 GSB-26-2 RE təxmini qiyməti 160 manat olan direl aparatı, 2018-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə etdiyi, Bosch firmasına məxsus, GWS -22-2Soh, 230 V, 2200W, 230 mm-6500/min təxmini qiyməti 250 manat olan laqunda aparatı, 2017-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə etdiyi, DEWALT firmasına məxsus, D 28432C-Qs, 230 v-50Hz, 12,1 A, 2600W, təxmini qiyməti 250 manat olan laqunda aparatı, 2020-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə etdiyi Bosch firmasına məxsus, 22180-H, 2000W, 1 ədəd, təxmini qiyməti 145 manat olan balaca laqunda aparatı, 2018-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə etdiyi, Total firmasına məxsus, 22-9-115, kodu İSO-9001 olan, 220 volt, 1 ədəd təxmini qiyməti 95 manat olan balaca laqunda aparatı, 2020-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə etdiyi, Türkiyə istehsalı, uzunluğu 1,30 metr olan, Hütter firmasına məxsus, təxmini qiyməti 70 manat, kafel kəsən aparat, 2019cu ildə işlənməmiş halda aldığı, Çin Xalq Respublikası istehsalı, təxmini cəmi qiyməti 150 manat, 2 ədəd video müşahidə cihazı, təxmini cəmi qiyməti 750 manat olan, 250 ədəd bağlanmış quru meşə otu, təxmini qiyməti 2000 manat olan, 6 ton arpa, təxmini qiyməti 1800 manat olan 4 ton buğda, 1 ədəd 2018-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə etdiyi, istehsalçı müəssisənin adını və istehsal tarixini bilmədiyi, təxmini qiyməti 160 manat olan dəmir qapan tərəzi, təxmini qiyməti 680 manat olan 1000 metr uzunluğunda, istifadə edilməmiş, izolyasiya olunmuş, diametri 10 mm olan naqil, təxmini cəmi qiyməti 530 manat olan, 2020-ci il tarixdə aldığı, sulama-damcı sistemi üçün, istifadə edilməmiş, hər biri 100 metr uzunluğunda 3 top rezin materialdan borular və ona aid xırda avadanlıqlar (qapaqlar 100 ədəd), təxmini qiyməti 12 manat olan, malyar işinə aid, istifadə edilmiş 2 ədəd dəmir materialdan dekor, təxmini qiyməti 5 manat olan, 3 ədəd, istifadə edilmiş mala (dəmir materialdan), təxmini cəmi qiyməti 18 manat olan 1 ədəd 3 metr uzunluğunda, 1 ədəd 2 metr uzunluğunda, 1 ədəd 1 metr uzunluğunda alüminium materialdan, istifadə edilmiş profillər, təxmini cəmi qiyməti 15 manat olan, 2016-cı ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə etdiyi, istifadəyə yararlı, 2 ədəd səviyyə nizamlayıcı ləvazimat (usta avadanlığı), təxmini qiyməti 180 manat olan, 2020-ci ildə istifadə edilməmiş halda aldığı, istifadə edilməmiş, VAZ 21099 markalı avtomaşın üçün 4 ədəd (2 dəst) qranat, təxmini qiyməti 32 manat olan VAZ 21099 markalı, avtomaşın üçün 4 ədəd (2 dəst) nakladkalar, təxmini qiyməti 230 manat olan VAZ 21099 markalı avtomaşın üçün 1 ədəd, 5 pilləli sürət qutusu, təxmini qiyməti 150 manat olan VAZ 21099 markalı avtomaşın üçün 1 ədəd (qabaq) kapot, təxmini qiyməti 180 manat olan VAZ 21099 markalı avtomaşın üçün 1 ədəd benzin çəni, təxmini qiyməti 50 manat olan, VAZ 21099 markalı avtomaşın üçün 1 ədəd radiator, təxmini qiyməti 20 manat olan VAZ 21099 markalı avtomaşın üçün 1 ədəd benzin nasosu, təxmini qiyməti 48 manat olan VAZ 21099 markalı avtomaşın üçün 1 ədəd karbürator, təxmini cəmi qiyməti 50 manat olan 2018-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə etdiyi, istifadəyə yararlı, 4 ədəd VAZ 21099 markalı avtomaşın üçün təkərlərdə istifadə üçün qış zəncirləri, təxmini cəmi qiyməti 120 manat olan VAZ 21099 markalı avtomaşın üçün 2017-ci ildə alınmış, istifadə edilmiş, Horizon firmasına məxsus 2 ədəd qış təkəri, təxmini cəmi qiyməti 135 manat olan VAZ 21099 markalı avtomaşın üçün 2020-ci ildə alınmış, istifadə edilmiş, 2 ədəd Horizon firmasına məxsus qış təkəri, təxmini cəmi qiyməti 220 manat olan VAZ 21099 markalı avtomaşın üçün 2020-ci ildə alınmış, istifadə edilməmiş, 4 ədəd Lassa firmasına məxsus yay təkəri, təxmini cəmi qiyməti 180 manat olan VAZ 21099 markalı avtomaşın üçün 6 ədəd diski (02-si 2017-ci ildə alınmış, istifadə edilmiş, istehsalçı müəssisəsini bilmədiyi, 04-ü 2020-ci ildə alınmış, istifadə edilməmiş, istehsalçı müəssisəsini bilmədiyi), təxmini cəmi qiyməti 22 manat olan 10/40 Lukoil firmasına məxsus, 5 litr mühərrik yağı, Liva firmasına məxsus, qiyməti 5 manat olan, 1 ədəd yağ filtri və qiyməti 5 manat olan 1 ədəd hava filtri yararsız hala düşmüş, ona məxsus 3 ədəd yardımçı tikili zərər görmüş, bunun nəticəsində tikililərin strukturunun: təxmini cəmi qiyməti 285 manat olan 30 ədəd azbes (eni 90 sm, uzunluğu 170 sm) istifadə edilmiş şifer, təxmini cəmi qiyməti 51 manat olan 16 ədəd eni 3x5 sm, uzunluğu 4 metr olan taxta reyka, 2 ədəd konstruksiyası taxta (şam ağacı) materialdan istifadə edilmiş qapı (birinin eni 95 sm, hündürlüyü 1,65 metr təxmini qiyməti 230 manat olan, digəri eni 65 sm metr, hündürlüyü 2,20 metr təxmini qiyməti 280 manat olan), təxmini cəmi qiyməti 260 manat olan 2 ədəd konstruksiyası plastik materialdan olan istifadə edilmiş qapının (birinin eni 90 sm, hündürlüyü 180 sm təxmini, digərinin eni 75 sm, hündürlüyü 1,65 metr), təxmini cəmi qiyməti 180 manat olan 2 ədəd konstruksiyası plastik materialdan olan istifadə edilmiş pəncərə (hər birinin eni 100 sm, hündürlüyü 1,40 metr), təxmini cəmi qiyməti 360 manat olan 3 ədəd istifadə edilmiş konstruksiyası taxta materialdan olan pəncərə (hər birinin eni 1,10 metr, hündürlüyü 120 sm), təxmini cəmi qiyməti 112 manat olan, 8 ədəd istifadə edilmiş, eni 120 sm, uzunluğu 220sm olan dəmir materialdan olan şifer, təxmini qiyməti 120 manat olan 1 ədəd konstruksiyası taxta materialdan olan üzərində şüşələri olan eni 1,25 metr, hündürlüyü 1 metr pəncərə, təxmini cəmi qiyməti 60 manat, 2 ədəd konstruksiyası taxta materialdan, üzərində şüşələri olan, ölçüləri 55x70 sm kiçik pəncərə, təxmini cəmi qiyməti 286 manat, yardımçı tikilinin arxa tərəfində iki tərəfinin uzunluğu 3,10 metr, bir tərəfinin eni 1,52 metr, hündürlüyü 2 metr olan 14 mm-lik qalınlığında taxta materialdan (fanerka) taxıl yığmaq üçün yer, cəmi qiyməti 26 manat olan, 50 kq un, cəmi qiyməti 126 manat, 18 ədəd birillik toyuq, təxmini cəmi qiyməti 340 manat olan, 60 ədəd plastik materialdan boru birləşdirici, istifadə edilməmiş santexnika avadanlığı, təxmini cəmi qiyməti 45 manat olan, 2 ədəd istifadə edilməmiş duş, təxmini cəmi qiyməti 210 manat olan, 36 qutuvintlər (istifadə edilməmiş, ağ rəngli alçıpan və taxta üçün onlardan 10 paçkasının hərəsinin içərisində 100 ədəd, 26 paçkasının hərəsinin içərisində 50 ədəd olan), təxmini cəmi qiyməti 53 manat olan, 4 yeşik mismar ((istifadə edilməmiş (hər yeşikdə 6 kq olmaqla 100 mm lik 1 yeşik, 90 mm lik 1 yeşik, 70 mm-lik 1 yeşik, 50 mm-lik 1 yeşik)), həyətində olan 116 ədəd müxtəlif çeşidli ağaclar (hamısı 3 illik olmaqla 18 ədəd zeytun, 18 ədəd vişnə, 16 ədəd badam, 19 ədəd qaysı, 3 ədəd armud, 6 ədəd qoz, 7 ədəd şam, 4 ədəd fındıq, 1 ədəd tut, 7 ədəd alma, 6 ədəd heyva, 3 ədəd nar, 7 ədəd gavalı, 1 ədəd şaftalı), 3 ədəd oleandr gülü, 4 ədəd qoz ağacı şitili (hündürlüyü 15-20 sm), 34 ədəd badam ağacı şitili (hündürlüyü 15-20 sm) yararsız hala düşmüşdür. Yardımçı tikililər yanıb qurtardıqdan sonra Şahid21 evinin yanın şumlamaq istədiyini bildirdikdə, ona artıq gec olduğunu bildirmiş, yanğın vaxtı onun harada olduğunu soruşduqda isə, yuxarıda meşə ərazisinin söndürülməsində iştirak etdiyini qeyd etmişdir. Həmçinin, yanğın zamanı onun gözünə qəlpə girməsi, eləcə də, əllərinin yanması ilə bağlı xəsarət almışdır. Xəsarətlə əlaqədar Siyəzən RMX-na müraciət etmiş, orada Zamiq adlı həkim qəlpənin onlar tərəfindən gözündən çıxarılacağı təqdirdə gözünün kor ola biləcəyi ehtimalını ona bildirdiklərində, keçmiş Milli Təhlükəsiz Nazirliyinin hospitalında əməliyyat olunmuşdur. Bundan başqa, Qırçal adlanan dərə ərazisində olan elektrik naqilləri sallanmış vəziyyətdə olmaqla, oradakı transformator 1985-ci il istehsalı olan köhnə transformator olsa da, "xxxx" ASC-nin nümayəndələri elektrik naqillərinin sallaq vəziyyətə olması və transformatorun köhnə olması ilə maraqlanmamışlar. Baş vermiş yanğın hadisəsi zamanı o və ailəsi həyəcan və gərginlik keçirtmiş, habelə ona dəymiş ziyan ödənilməmişdir. Həmçinin, baş vermiş yanğın hadisəsi Qırçal adlanan dərə ərazidə elektrik naqillərin biri-birilərinə toxunması nəticəsində qısa qapanmadan yaranan qığılcımdan əmələ gəlmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 31 iyul 2020-ci il tarixdə Siyəzən rayon Sədan bələdiyyəsinin ərazisində təxmini olaraq 170 hektar ağac və kolluq sahələr yanğının təsirinə məruz qalaraq məhv olmuşdur. Bunun nəticəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin aparıcı-məsləhətçisi Elşən Mirzəyev tərəfindən həmin yanmış sahəyə baxış keçirilərək akt tərtib olunmuşdur. Həmin akta əsasən ağac və kolluqların yanması nəticəsində təbiətə 778 690 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Ətraf mühitə dəymiş ziyana görə məbləğin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarına əsasən həyata keçirilmiş, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanununa əsasən dəymiş ziyanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi vasitəsilə Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna ödənilir, yanğın zamanı ağac və kolluqların yanması nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi zərərçəkmiş hüquqi şəxsdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən tərtib edilmiş 31 iyul 2020-ci il tarixli, 61892 nömrəli akta əlavə edilmiş cədvələ əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 778690 manat təşkil edir, habelə o, həmin məbləğlə razıdır və dəymiş ziyanın tam həcmdə ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 31 iyul 2020-ci il tarixdə, təxminən saat 11:00 radələrində Siyəzən şəhərində yaşadığı ünvanda qurbanlıq heyvan kəsdikdən sonra şəxsi avtomobili ilə Giləzi qəsəbəsinə bacanağının yas mərasiminə gedərkən, Giləzi qəsəbəsinə çatmasına az məsafə qalmış, təxminən saat 12-yə 10-15 dəqiqə qalmış Siyəzən rayonu, Eynibulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Anar Məmmədov istifadəsində olan mobil nömrəsinə zəng edərək, Siyəzən rayonu, Qırçal adlanan yerdən güclü tüstü çıxdığını bildirmişdir. O, dərhal Siyəzən rayon İcra Hakimiyyəti başçısının köməkçisi ilə telefon əlaqəsi saxlamış, ona bu barədə məlumat verdikdən sonra Sədan kəndinə getmək üçün geri qayıtmışdır. Həmin gün saat 12:17 radələrində, Siyəzən rayonu, Beşdam kənd ərazisində olduğu vaxt Siyəzən NQÇİ-də əmtəə operatoru işləyən, lakin, həmin gün işə çıxmayan mərhum qardaşı Cahangir Zeynalovla telefonla əlaqə saxlamışdır. Mərhum qardaşı yanğının şiddətli olduğunu, həmçinin küləyin əsdiyini, yanğının X41 çıxarma idarəsinin neft çənləri yerləşən tərəfə doğru gedəcəyini, alovun həmin istiqamətdə gedəcəyi halda alovu söndürməyə köməklik edəcəyini bildirmişdir. Həmçinin, həmin vaxt kənd sakini Nizami Qanbayevin nəvəsinin itdiyini deyərək, sonuncunun alov istiqamətində getdiyini bildirmişdir. O, da öz növbəsində ona ehtiyatlı olması barədə xəbərdarlıq etmişdir. Bundan sonra, kənd camaatına bir-bir telefonla zəng edərək, alovu söndürmək üçün köməklik göstərmələrini xahiş etmişdir. Saat 12:25 radələrində Siyəzən NQÇİ-nin neft çənləri yerləşən ərazisindən keçərkən polis əməkdaşlarının həmin ərazidə olduqlarının, yanğının güclü küləklə Qırçal adlanan ərazidən üzü Sədan kəndi istiqamətində getdiyinin, küləyin istiqamətinin Qırçal adlanan ərazidən Sədan kəndi və dağlıq istiqamətində əsdiyinin, yanğının sürətlə irəlilədiyinin şahidi olmuşdur. Həmin vaxt mərhum qardaşı Cahangirin yanğından ciddi xəsarət alması barədə məlumatı olmamışdır. Saat təxminən 12:28 radələrində, yəni, yanğının artıq Zərərçəkmiş şəxs1 evinə çatdığı zaman FHN-nin yanğın söndürmə briqadası və kənd camaatı, həmçinin, qonşu kəndlərdən insanlar yanğının söndürülməsində köməklik göstərərək, evlərinin ətrafına qumlar tökməklə yanğının digər evlərə keçməsinin qarşının alınmasında fəal iştirak etmişlər. Saat təxminən 13:00-dan sonra ona qardaşı Cahangirin yanıq xəsarətləri alması barədə polis əməkdaşları tərəfindən məlumat verilmişdir. İlk olaraq onun yüngül xəsarət aldığını ehtimal edib, yanğının söndürülməsində köməklik göstərmişdir. Təxminən 1 saat sonra böyük qardaşı ilə telefon əlaqəsi saxlamış, Cahangirin vəziyyətini soruşduqda, o, Cahangirin vəziyyətinin yaxşı olmamasını ona bildirmişdir. Daha sonra, mərhum qardaşı Bakı şəhər 5 saylı şəhər klinik xəstəxanasına aparılsa da, o, həmin gün axşam saat 19:00 radələrində aldığı yanıq xəsarətlərindən xəstəxanada vəfat etmişdir. Yanğın hadisəsi ilk olaraq Qırçal adlanan ərazidə Şahid4 məxsus yatağın yaxınlığında başlamış, küləyin istiqaməti Sədan kəndinə tərəf olması səbəbindən yanğının sürətlə Sədan kəndi istiqamətinə yayılmışdır. Şahid4 ona əvvəllər də bir neçə dəfə yanğın başlayan yerdə olan elektrik naqillərinin bərbad, sallanmış halda olduğunu bildirmiş, o da icra nümayəndəsi kimi öz növbəsində bu barədə Siyəzən Rayon İcra Hakimiyyətinə məlumat vermişdir. 2020-ci ilin fevral ayında Siyəzən Rayon İcra Hakimiyyətinin tapşırığı əsasında X10 əməkdaşları tərəfindən yanğının baş verdiyi Qırçal adlanan ərazidə elektrik naqillərinə baxış keçirilmiş, naqillərdə bərkidilmə işləri aparılmışdır. Qırçal adlanan ərazidə yaşayan sakinlərə 2011-ci ilə kimi elektrik enerjisi verilməmiş, həmin yerə 2011-ci ildə Siyəzən EŞ tərəfindən elektrik xətləri çəkilmişdir. Hazırda, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, Şabran rayon X22 Mərkəzində Sədan kəndi üzrə meşə gözətçisi vəzifəsində işləyir, mərhum atası Nizami Qanbayev də həmin idarədə Dağquşçu ərazisi üzrə meşə gözətçisi vəzifəsində işləmişdir. Yanğın hadisəsi baş verən gündən bir gün öncə bütün ailə üzləri, həmçinin, o və mərhum atası bir evdə gecələmişlər. 31 iyul 2020-ci il tarixdə Qurban Bayramı günü mərhum atası səhər erkən yuxudan ayılmış, Siyəzən rayon mərkəzinə gedərək əmək haqqını almış, habelə ev üçün zəruri olan ərzaq məhsulları aldıqdan sonra kəndə geri qayıtmışdır. O, həmin gün yuxudan ayılanda mərhum atasının evdə olmadığını görsə də, saat təxminən 09:00 radələrində Siyəzən rayonuna, Mehriban adlı xalasının evinə qurbanlıq heyvanı kəsmək üçün getmək istəyərkən mərhum atası artıq evə qayıtmışdır. Siyəzən rayonunda xalasınn evində olduğu zaman saat təxminən 11:00 radələrində qohumu və həmkəndlisi olan Məmmədşah Qəniyev onun istifadəsində olan mobil telefona zəng vuraraq, Qırçal adlanan dərə ərazisində baş vermiş yanğının Sədan kənd istiqamətində irəlilədiyini bildirmişdir. O, bu xəbəri eşitdikdən sonra, yarım saat ərzində kəndə qayıtmaq üçün taksi axtarmışdır. Daha sonra, taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Məzahirə məxsus avtomobil ilə kəndə qayıtmış, kəndə çatanda isə yanğının yaşadığı evdən təxminən 50-60 metr məsafədə yerləşən həmkəndlisi Zərərçəkmiş şəxs1 evinə çatdığını və kənd camaatının yanğını söndürməyə çalışdığını görmüşdür. O, dərhal öz evinə gedərək əynində olan geyimləri köhnəsi ilə əvəz etmiş, yanğının söndürülməsinə kömək məqsədilə meşə istiqamətinə getmişdir. Həmin vaxt evlərində heç kim olmamışdır. Onlar işçiləri ilə birlikdə yanğının söndürülməsi işinə davam etməklə yanaşı, o, öz növbəsində atası Nizamini axtarmışdır. Atasını məhz həmin ərazidə axtarma səbəbi isə sonuncunun yanğını söndürmək üçün meşə ərazisinə getdiyini zənn etməsi olmuşdur. Beləliklə, atasının axtarışını yanğının meşə ərazisində son yeri olan “Kələmo” adlanan əraziyə qədər davam etdirsə də, bu cəhdləri heç bir nəticə verməmişdir. Onlar iş fəaliyyətini yerinə yetirən zaman cavabdeh olan Elgün adlı rəhbəri ona “get evə, biz də axtarırıq” dedikdən sonra, evlərinə nahar etməyə qayıtmışdır. Evə gələrkən anası, dayısı və sonuncunun arvadı Zərərçəkmiş şəxs1 evinin yanında onunla rastlaşmış mərhum atasını axtardıqlarını, lakin hələ də tapa bilmədiklərini bildirmişlər. O, nahar etdikdən və baş vermiş yanğın xüsusi helikopterlər vasitəsilə tam söndürüldükdən sonra, yanğın baş verdiyi ərazidə dayısı və azyaşlı oğlu ilə birlikdə yenidən atasını axtarmağa davam etmişdir. Bu zaman dayısı ona “Sərdahar” adlanan daşlıq ərazidə iri bir daşın yanında nəyisə gördüyünü bildirmişdir. O, uşağın qorxmasından ehtiyat edərək, həmin yerə tək yaxınlaşmış və atasının meyitinin orada olduğunu görmüşdür. Hazırda, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadədən fərqlənən, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, onun bu cür ifadə verməsi təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs gələcəkdə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, Zərərçəkmiş şəxs3 hər hansı bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsində 31 iyul 2020-ci il tarixdə Siyəzən rayonu, Sədan kəndində yaşadığı evdə olduğunu, atası mərhum X16 da nahar etmək üçün evə gəldiyini, qonşuluqda qəfildən səsküy gəldiyini, evdən bayıra çıxdıqda dağın aşağı tərəfindən üzü Sədan kəndi istiqamətində güclü tüstü yayıldığını gördüklərini, bir qədər irəlilədikdə Sədan kəndi istiqamətində yanğın hadisəsi baş verdiyini, yanğının sürətli şəkildə Sədan kəndi istiqamətində gəldiyini, yanğının söndürülməsi üçün kənd camaatına köməklik etmək məqsədilə yanan ərazilərə tərəf getdiklərini, atası Nizami Qanbayevin bir istiqamətdə, özünün isə digər istiqamətdə getdiklərini, yanğının söndürülməsində kənd camaatı və yanğınsöndürənlərlə birlikdə iştirak etdiklərini, bir qədər sonra atası Nizami Qanbayevə telefonla zəng vurduğunu, lakin onun telefonuna zəng çatmadığını, bundan narahatçılıq keçirərək atası Nizami Qanbayevi axtarmağa başladığını, yanmış əraziləri gəzməyə başladığını, təxminən saat 16:00 radələrində atasının meyitini Sədan kəndi ərazisində Sərdahar adlanan daşlıq ərazidə iri bir daşın yanında yanmış ölü vəziyyətdə tapdığını, atasının meyitini taparkən onun yanında heç kimin olmadığını qeyd etmişdir. Həmçinin, o, ifadəsində 31 iyul 2020-ci il tarixdə baş vermiş yanğın hadisəsinin Qırçal adlanan ərazidə başladığını, küləyin istiqamətinin Sədan kəndinə tərəf olması səbəbindən yanğının sürətlə Sədan kəndinə və dağlıq ərazilərə yayıldığını, yanğın hadisəsinin kiminsə tərəfindən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsini ehtimal etmədiyini, yanğın hadisəsi nəticəsində heç bir xəsarət almadığını, ona heç bir maddi ziyan dəymədiyini, mərhum atası Nizami Qanbayevin sakit, mehriban insan olduğunu, onun düşmənçilik münasibətlərində olduğu şəxs və ya şəxslərin olmadığını, baş vermiş hadisə ilə əlaqədar heç bir şikayətinin və ya tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən mülki cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 mülki iddianı qəbul etməyərək izahatında göstərdi ki, qeyd edilən cinayət işi üzrə qanuni qüvvəyə minmiş müvafiq məhkəmə qərarı olmadan hazırda məhkəmənin icraatındakı mülki iddia üzrə işin həqiqi hallarını tam və hərtərəfli müəyyən etmək mümkün olmayacaqdır. Bundan başqa, hazırkı cinayət işi üzrə "xxxx" ASC təqsirkar şəxs qismində tanınmamışdır. Odur ki, mülki iddianın ASC-yə münasibətdə təmin edilməməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, təxminən 7-8 ilə yaxın müddət olar, Siyəzən rayonu, Qırçal adlanan ərazidə oğlu Mövlud Əlicanov, gəlini Xədicə Qəribova və üç nəvəsi ilə birlikdə yaşamaqla birgə təsərrüfat idarə edir. 31 iyul 2020-ci il tarixdə, saat 12:00 radələrində adəti üzrə şəxsi avtomobili ilə Siyəzən rayonundan gətirdiyi içməli suyu Qırçal adlanan ərazidə yerləşən evinin həyətində gəlini Xədicə Qəribovanın köməkliyi ilə boşaldarkən evindən təxminən 300 metr aralıda, Şahid4 məxsus yatağın isə 50-60 metrliyindəki elektrik naqillərindən təxminən 3 metr məsafədə yanğın baş verdiyini görmüş və dərhal qonşuluqda yaşayan Badaxanım adlı şəxsi çağıraraq sonuncu ilə birlikdə yanğın olan yerə gedib paltarlar vasitəsilə yanğını söndürməyə cəhd etsələr də, həmin vaxt külək dənizdən üzü Sədan kəndi istiqamətində əsdiyindən, yanğın küləyin istiqaməti üzrə, yəni Sədan kəndi və dağlıq istiqamətdə yayılmışdır. O, artıq yanğının qarşısını ala bilməyəcəklərini görüb istifadəsində olan mobil telefon vasitəsi ilə FHN-yə zəng vuraraq, yanğınla bağlı məlumat vermişdir. Beləliklə, güclü külək səbəbindən yanğın iti sürətlə Sədan kəndi istiqamətində dağlıq ərazilərə yayılmağa başlamış və bundan təxminən 20-25 dəqiqə sonra yanğınsöndürən maşınlar hadisə yerinə gəlmişlər. Ehtimal edir ki, yanğın hadisəsi qəsd və ya ehtiyatsızlıq nəticəsində kiminsə təqsiri ucbatından deyil, elektrik naqillərinin normal vəziyyətdə olmaması, naqillərin sallaqlı vəziyyətdə olması ucbatından yarana bilərmiş. Əlavə olaraq qeyd edir ki, yanğın hadisəsi zamanı heç bir xəsarət almamış və ona heç bir ziyan dəyməmişdir. Eyni zamanda, yanğın hadisəsi baş verdiyi vaxt həmin ərazidə olan Şahid4 məxsus evdə elektrik enerjisi olsa da, onun yaşadığı evdə enerjidən istifadəyə görə yaranmış borc səbəbindən enerjinin verilməsi dayandırılmışdır, Həmçinin hadisədən sonra ümumiyyətlə, həmin ərazidəki elektrik xətlərinə elektrik enerjisi verilişi dayandırılmışdır. Bundan əlavə qeyd edir ki, yanğın hadisəsinin baş verdiyi yerə ibtidai istintaq orqanın əməkdaşlarının keçirdikləri baxışda da iştirak etmişdir. Məhkəmə istintaqında şahid X13 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki,o, Qırçal adlanan ərazidə yanğın hadisəsi baş verdiyi gün, yəni 31 iyul 2020-ci il tarixdə, səhər saat 09:00 radələrində qardaşları Şahid3, Şahid18 və sonuncunun oğlu Şahid7 ilə birlikdə “Qurban bayramı” ilə əlaqədar qurbanlıq heyvan kəsmək üçün Siyəzən rayonu, Qırçal adlanan ərazidə qardaşı Şahid18 məxsus yatağa getmişlər. Saat 11:00 radələrində qurbanlıq heyvanı kəsmə işini qurtarmış, yır-yığış işlərini görərkən olduqları yerdən təxminən 200 metr aralıda Siyəzən rayonu, Sədan kəndi istiqamətində Polad adlı şəxsə məxsus evdən təxminən 70 metr məsafədə elektrik naqillərinin üst tərəfində yerləşən yamacın döşündə yanğın baş verdiyini və yanğının getdikcə Sədan istiqamətində yayıldığını müşahidə etmişlər. O, dərhal qardaşı oğlu Orxan və qardaşı Nizami birlikdə yanğın hadisəsinin başladığı yerə getmiş, orada Şahid1, onun gəlini Xədicə Qəribovanın və əmisi qızı Şahid5 müxtəlif vasitələrlə (paltar, su) yanğını söndürməyə cəhd etdiklərinin şahidi olmuşlar. Həmin vaxt yanğının üzü aşağı istiqamətdə yayılmasının qarşısını alsalar da, küləyin istiqaməti üzü dağa tərəf olduğundan yanğın tezliklə dağ və meşə istiqamətində yayılmağa başlamış, daha sonra isə Sədan kəndi istiqamətində söndürülməsi mümkün olmayan dərəcədə yayılmışdır. Yanğını ilk gördükləri vaxtdan 20-25 dəqiqə sonra yanğınsöndürən avtomaşınlar hadisə yerinə gəlmiş və yanğını söndürməyə başlamışlar. O, Şahid7 və qardaşı Şahid3lə birlikdə yanğın hadisəsinin başladığı əraziyə çatana qədər alov elektrik naqillərindən ərazi baxımından təxminən 20-25 metr yuxarıya çatmışdır. O, həmin vaxt alovdan aşağı, yəni, elektrik naqillərinə tərəf ərazinin artıq yanıb qaraldığını, həmçinin dəmir vaqonun ətrafında olan ərazidə də xırda yanğınların davam etdiyini görmüşdür. Yanğın hadisəsinin başladığı əraziyə gələn zaman orada hər hansı digər şəxsi görməmiş, yanğın hadisəsinin nədən baş verdiyini bilmir, lakin hadisənin başlandığı yerin elektrik naqillərinin alt tərəfi (ərazi baxımından) olduğunu, yanğın hadisəsi başlayan zaman dənizdən üzü Sədan kəndi və dağlıq istiqamətində güclü külək əsdiyini müşahidə etmişdir. Yanğın hadisəsinin hər hansı bir şəxs tərəfindən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsini ehtimal etmir, yanğın hadisəsi zamanı heç bir xəsarət almamışdır. Məhkəmə istintaqında Şahid3 və Şahid7 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, o, Qırçal adlanan ərazidə yanğın hadisəsi baş verdiyi gün, yəni 31 iyul 2020-ci il tarixdə Sumqayıt şəhərində evində olmuş və hadisə barədə ona Şahid2 məlumat vermişdir. Yanğın hadisəsinin ona məxsus yataqdan təxminən 60-70 metr məsafədəki elektrik naqillərinin altında baş verməsini, həmin vaxt küləyin üzü dənizdən Sədan kəndi və dağlıq istiqamətində olması səbəbindən yanğının sürətlə həmin istiqamətdə yayılmasını sonradan kənd camaatından eşitmişdir. Qeyd edir ki, Qırçal adlanan ərazidə elektrik naqilləri normal vəziyyətdə olmamış, sallaq vəziyyətdə olmuşdur. Bununla bağlı şikayətini 2020-ci ilin təxminən fevral-mart aylarında Siyəzən şəhər ərazisində yerləşən Heydər Əliyev mərkəzində Azərbaycan Respublikası Prezident Adminstirasiyasının əməkdaşlarının keçirdikləri vətəndaş qəbulu zamanı bildirmək istəyərkən, həmin vaxt Siyəzən rayon İcra Hakimiyyəti başçısı onu qəbul etmişdir. Qəbul zamanı icra başçısı X10 Qismətəli adlı işçisini də qəbul otağına çağırmış və o, sonuncuya elektrik naqillərinin bərbad, sallanmış vəziyyətdə, izolyasiya olunmamış halda olması, təmirə ehtiyacın olması barədə məlumat vermişdir. Bundan sonra, X10 əməkdaşları tərəfindən həmin ərazidəki elektrik naqillərinə baxış keçirilmiş, orada olan elektrik naqilləri kəsilib aparılmış, daha sonra, elektrik naqilləri əvvəlkindən də pis vəziyyətdə çəkilmişdir. Bu bərpadan 6-7 ay sonra məlum hadisə baş vermişdir. Eyni zamanda, qeyd edir ki, hadisə baş verən gün ona məxsus yataqda elektrik enerjisi olmuşdur. Hadisəsinin başladığı ərazidə yerləşən elektrik naqillərində əvvəllər qısa qapanma olmasını görməmişdir. Baş vermiş hadisə zamanı ona heç bir maddi ziyan dəyməmişdir. Habelə, yanğın hadisəsinin kiminsə tərəfindən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsini ehtimal etmir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərdi ki, o, 31 iyul 2020-ci il tarixdə, saat 12-13:00 radələrində Siyəzən rayonun, Qırçal adlanan ərazisində yerləşən yaşadığı evdə olarkən qonşuluğunda yaşayan Şahid1 onu yüksək səslə köməyə çağırdığını eşitmiş və çölə çıxdığında evdən təxminən 50-60 metr aralıda elektrik naqillərinin yuxarı hissəsində yanğın baş verdiyini, otluq ərazinin yandığını görmüşdür. Bundan dərhal sonra yanğın olan əraziyə getmiş, Şahid1 və sonuncunun gəlini Xədicə Qəribova ilə birlikdə yanğının elektrik naqillərinin alt tərəfinə yayılmasının qarşısını almağa çalışsa da, həmin vaxt dənizdən üzü Sədan kəndi istiqamətində əvvəlcə yavaş, daha sonra isə bir qədər güclü külək əsdiyindən, yanğın elektrik naqillərindən bir neçə metr aralanmış üzü dağa tərəf, daha sonra isə sol tərəfə Röyal adlı şəxsə məxsus təsərrüfata, həmçinin sağ tərəfə doğru irəliləməyə başlamışdır. Bir qədər sonra isə yanğın baş verən əraziyə Nizami, Ariz və Şahid7lər gəlib, yanğının qarşısını almağa çalışmışlar. Bildiyi qədər daha sonra Şahid1 yanğın barədə aidiyyəti orqanlara məlumat vermişdir. Belə ki, yanğını ilk gördüyündən təxminən 30 dəqiqə sonra yanğınsöndürən maşınlar hadisə yerinə gəmişlər. Qeyd edir ki, yanğın hadisəsi zamanı heç bir xəsarət almamış və ona heç bir ziyan dəyməmişdir. Məhkəmə Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadədən fərqlənən, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, onun bu cür ifadə verməsi təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs gələcəkdə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, Şahid5 hər hansı bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsində külək əsərkən elektrik naqillərinin biri-birinə dəyməsini, naqillərin sallaq vəziyyətdə olmasını, sözügedən yanğın hadisəsinin həmin xəttin 5-10 metr aralığında başlamasını gördüyünü və bunun da baş vermiş yanğına səbəbə ola biləcəyini, yanğın hadisəsindən əvvəl də, bu barədə müvafiq qurumlara müraciət etməsi üçün Polada məlumat verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərdi ki, Siyəzən rayonu, Qırçal adlanan ərazidə ona məxsus yaşayış evində qardaşı Şahid18 və sonuncunun oğlu Şahid7 yaşamaqla, təsərrüfatla məşğul olurlar. Qeyd olunan evdə elektrik xətləri çəkilmiş, "xxxx" ASC tərəfindən oraya elektrik sayğacı qoyulmuş və həmin sayğac adına qeydiyyata alınmışdır. Habelə, elektrik enerjisindən qanuni qaydada istifadə olunmaqla, elektrik enerjisindən istifadəyə görə aylıq ödənişlər edilmişdir. Eşitdiyi qədəri ilə 31 iyul 2020-ci il tarixdə, Siyəzən rayonu Qırçal adlanan ərazidə baş vermiş yanğın hadisəsi ilkin olaraq, onun evindən 300-400 metr məsafədə Şahid4 və Şahid1 məxsus yaşayış evlərinin yaxınlığında baş vermişdir. Həmin vaxt onlara məxsus təsərrüfata heç bir ziyan dəyməmiş, habelə hadisə zamanı ona məxsus Qırçalda yerləşən evdə elektrik enerjisi də kəsilməmişdir. Bildiyi qədəri ilə Qırçal adlanan ərazidə yaşayan abonentləri elektrik enerjisi ilə təmin edən elektrik xətləri orada yaşayan sakinlər tərəfindən çəkilmiş, sonradan "xxxx" ASC tərəfindən qeydiyyata alınmaqla, hər bir abonentə sayğac quraşdırılmışdır. Həmin xətlərə xidmət X10 əməkdaşları tərəfindən həyata keçirilir. Məhkəmə istintaqı zamanı Şahid8 ifadəsində göstərdi ki, o, 2017-ci ildən bəri Qırçal adlanan ərazidə mərhum babası X28 məxsus fermada xırda buynuzlu heyvan və toyuq cücə saxlayaraq, təsərrüfatla məşğul olur. 31 iyul 2020-ci il tarixdə, saat təxminən 12:00 radələrinə kimi Siyəzən şəhərində “Qurban bayramı” ilə əlaqədar olaraq qoyun-quzu satışı ilə məşğul olduqdan sonra təsərrüfatına baş çəkmək üçün Qırçal adlanan əraziyə yollanmışdır. Siyəzən şəhərinin çıxacağına çatdıqda Qırçal adlanan ərazidə güclü tüstü və yanğın baş verdiyini və yanğının sürətlə Sədan kəndinə tərəf irəlilədiyini müşahidə etmişdir. Qırçal adlanan əraziyə çatanda artıq həmin ərazidə olan yanğının söndürülmək üzrə olduğunu, həmin ərazidə qonşuluqda yaşayan Səlimxan və Badaxanım adlı şəxslərin köhnə paltarları vasitəsilə yanğının xırda hissəciklərini söndürməyə cəhd etdiklərini görmüşdür. O da, təsərrüfatında olan xırda buynuzlu heyvanları yatağa sürdükdən sonra Sədan kəndinə tərəf getmiş, yanğının söndürülməsinə köməklik etmişdir. Həmçinin qeyd edir ki, həmin gün onun təsərrüfatında heç kim olmamışdır. Bununla yanaşı o, Qırçal adlanan ərazidə elektrik xətlərinin kimin tərəfindən çəkilməsini bilməsə də, həmin ərazidəki tikililərə elektrik sayğaclarının təxminən 10 ilə yaxın müddət əvvəl quraşdırıldığını bilmişdir. Mərhum babası Əli Babayevin elektrik enerjisindən istifadəsinə görə yaranmış borcu səbəbindən fermasına verilən elektrik enerjisi yanğın hadisəsindən çox öncə dayandırılsa da, Qırçal adlanan ərazidə azacıq külək əsən kimi ərazidə elektrik enerjisinin verilişinin dayandırılması adət halı almışdır. Həmçinin, yanğın hadisəsinin baş verdiyi gün də həmin ərazidə güclü külək Sədan kəndi və dağlıq istiqamətində əsmişdir. Buna baxmayaraq yanğın hadisəsinin dəqiqliklə nədən baş verdiyini bilməmiş, habelə, kiminsə tərəfindən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsini də ehtimal etməmiş, yanğın hadisənin başladığı ərazidə olan elektrik naqillərində qısa qapanma olmasını görməmiş, bu barədə heç nə eşitməmiş, habelə yanğın hadisəsi ilə əlaqədar olaraq heç bir xəsarət almamışdır. Məhkəmə Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadədən fərqlənən, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, onun bu cür ifadə verməsi təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs gələcəkdə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, Şahid8 hər hansı bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsində elektrik naqillərinin olduqca bərbad vəziyyətdə, sallanmış halda olduğunu göstərmişdir. Məhkəmə istintaqı zamanı Şahid17 ifadəsində göstərdi ki, o, 31 iyul 2020-ci il tarixdə Siyəzən rayonu, Sədan kəndində yaşadığı evdə, mərhum qardaşı Nizami Qanbayev ilə birlikdə qurbanlıq heyvan kəsən zaman kəndin aşağı tərəfində tüstü qalxdığını görmüşlər. Bu zaman mərhum qardaşı Nizami tez evdən çıxaraq öz evinə tərəf getmiş, bir qədər sonra o da, yanğın olan tərəfə yollanmış və ora çatdığında yanğın artıq kənd sakinlərinin evlərinin yaxınlığına qədər gəlib çatmışdır. Həmin vaxt, kənd sakinləri, habelə həmkəndlisi Maqsud adlı şəxs ilə birlikdə Zərərçəkmiş şəxs1 evinin yaxınlığında yanğının kənddəki evlərə keçməsinin qarşısını süpürgə və müxtəlif vasitələr ilə almağa çalışmışlar. Lakin, yanğın yerdəki quru otları yandıra-yandıra Zərərçəkmiş şəxs1 həyətinə daxil olaraq, həyətdə yığılmış otlara, daha sonra isə yardımçı tikiliyə keçdiyini görmüş, yardımçı tikilinin içərisində olan inəyi açıb çölə buraxmışdır. Bir qədər sonra kənd sakinləri və Zərərçəkmiş şəxs1 də həmin yerə gəlmiş, ardınca isə yanğınsöndürən maşınlar gəlmiş və yanğını söndürməyə başlamışlar. Digər kənd sakinləri kimi o da, hadisə baş verən gün alovun kənddəki evlərə keçməsinin qarşısını almaq məqsədilə yanan ərazilərə getmiş, məqsədi sadəcə alovun evlərə keçməsinin qarşısını almaq olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid9 ifadəsində göstərdi ki, o, 31 iyul 2020-ci il tarixdə Siyəzən rayonu, Sədan kəndində evinin həyətində olarkən kəndin üzərində tüstü yayıldığını, bir qədər sonra kəndin aşağı tərəfində güclü yanğın olduğunu, yanğının sürətlə kəndə tərəf irəlilədiyini görmüşdür. Həmin vaxt kənd camaatı habelə, o, yanğının kənddəki evlərə yaxınlaşmasını görüb əllərindəki müxtəlif vasitələrlə alovu söndürməyə cəhd göstərmişlər. O, kənd sakini Tofiq Qanbayevlə birlikdə Zərərçəkmiş şəxs1 evinin yaxınlığında olduğu zaman yanğın artıq sonuncunun evinin hasarının bir-iki metrliyinə qədər gəlib çatmışdır. Bu zaman arvadı olduğu yerə gəlmiş, həyətinə od düşdüyünü bildirdiyindən o, dərhal evinə getmiş çəpərinin yaxınlığındaki alovu söndürmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs1 həyətindəki tikilinin yandığını eşidib oraya qayıtmış, orada olduğu zaman sonuncunun həyətindəki buğda kisələrinin və ot bağlamalarının yanğının təsirinə məruz qalmasını, yanğının İsmayılın həyətindəki yardımçı tikililərə keçməsini görmüşdür. Bu vaxt kənd camaatı dərhal oraya yığılıb yanğını söndürməyə cəhd göstərsələr də, bütün cəhdlərinə baxmayaraq, İsmayılın həyətindəki yardımçı tikililər və ağaclar yanğının təsirinə məruz qalmışlar. Bir qədər sonra yanğın söndürən maşınlar gəlmiş və yanğını söndürməyə başlamışlar. Qeyd edir ki, yanğın hadisəsi zamanı heç bir xəsarət almamış və ona heç bir ziyan dəyməmişdir. Məhkəmə istintaqı zamanı Şahid10 ifadəsində göstərdi ki, o, 2017-cı il tarixdən "xxxx" ASC-nin Şimal RETSİ-nin X12 satış şöbəsində aparıcı mühəndis vəzifəsində işləməklə, vəzifə öhdəlikləri X10 2-ci sahəsi üzrə sahə rəisi olmaqla, tabeliyində olan nəzarətçi mühəndislərin aylıq sayğac oxunuşuna, yığımına və sahədə olan qeyri-qanuni elektrik xətlərinə qoşulma hallarına nəzarət etməkdən, neqativ hal aşkar edildikdə müvafiq akt tərtib etməkdən ibarətdir. Habelə, yanğın hadisəsinin baş verdiyi Qırçal adlanan ərazidə elektrik xətlərinə, elektrik enerjisinin abonentlər tərəfindən istifadəsinə nəzarəti həyata keçirmək də vəzifə öhdəliklərinə aiddir. Qırçal adlanan həmin ərazidə "xxxx" ASCnin balansında olan transformator məntəqəsindən qidalanan elektrik hava xətlərindən 6 abonent, Şahid1, X9, Şahid2, X32, X33, Həqiqət Yunusova elektrik enerjisindən istifadə etdiyinə görə, sonuncuların yaşadıqları ünvana elektrik sayğacı Siyəzən EŞ tərəfindən quraşdırılmışdır. Abonentlərin hamısı Siyəzən EŞ-də indiki vaxta kimi əhali istehlakçı kodu ilə qeydiyyatda olmaqla, sonuncuların hər biri ilə ayrı-ayrılıqda Siyəzən EŞ arasında elektrik enerjisinin satışına dair müqavilələri mövcuddur, lakin Şahid1 və X19 yaşadığı ünvana elektrik enerjisinin verilişi elektrik enerjisindən istifadəyə görə yaranmış borc səbəbindən dayandırılmışdır. Qırçal adlanan ərazidə yerləşən elektrik hava xətlərinin gücü 0,4 kv-luq olmaqla, həmin elektrik xətləri Siyəzən EŞ-nin balansında olan transformatordan qidalansa da, qeyd olunan 0,4 kv-luq elektrik xətlərinin kimin balansında olması barədə heç bir məlumatı olmamışdır. Həmin 0,4 kv-luq elektrik hava xətləri Siyəzən EŞ-nin balansında olan transformator məntəqəsinə qanuni qaydada bağlanmış, habelə transformator məntəqəsi Siyəzən EŞ-nin balansında olduğu üçün həmin transformator məntəqəsinə texniki baxış və xidmət Siyəzən EŞ tərəfindən həyata keçirilmişdir. Transformatordan çıxan ümumi enerjini hesablamaq üçün həmin transformator məntəqəsində 0,4 kv-luq balans elektrik sayğacı quraşdırılmışdır. Məhkəmə istintaqı zamanı Şahid16 ifadəsində göstərdi ki, o, 2015-cı ilin aprel ayından "xxxx" ASC-nin Şimal RETSİ-nin X10 Enerji satışı şöbəsinin (Balans şöbəsi) nəzarətçi mühəndisi vəzifəsində işləməklə, vəzifə öhdəlikləri Siyəzən EŞ-nin xidməti ərazisində təhkim edildiyi ərazilərdə elektrik enerjisi istehlakçılarının elektrik enerjisindən istifadəsinə dair sayğac göstəricilərini aylıq oxuyub abonentlərə istehlak etdikləri aylıq elektrik enerjisinə görə yaranmış pul borcuna dair bildirişləri təqdim etməkdən, sayğaclara baxış keçirməkdən, hər hansı bir qanunsuzluq faktı aşkar edildiyi təqdirdə bu barədə satış üzrə aparıcı mühəndisə məlumat verməkdən və sairdən ibarətdir. 31 iyul 2020-ci il tarixdə yanğın hadisəsinin baş verdiyi Qırçal adlanan ərazidəki hava elektrik xətlərinin gücü 0,4 kv-luq dur, həmin ərazi 2018-ci ildə ona təhkim olunmuşdur. "xxxx" ASC-nin balansında olan transformator məntəqəsindən qidalanan elektrik hava xətlərindən 6 abonent, Şahid1, X9, Şahid2, X32, X33, Həqiqət Yunusova elektrik enerjisindən istifadə etdiyinə görə, sonuncuların yaşadıqları ünvana elektrik sayğacı Siyəzən EŞ tərəfindən quraşdırılmışdır. Abonentlərin hamısı Siyəzən EŞ-də indiki vaxta kimi əhali istehlakçı kodu ilə qeydiyyatda olmaqla, sonuncuların hər biri ilə ayrı-ayrılıqda Siyəzən EŞ arasında elektrik enerjisinin satışına dair müqavilələri mövcuddur, lakin Şahid1 və X19 yaşadığı ünvana elektrik enerjisinin verilişi, elektrik enerjisindən istifadəyə görə yaranmış borc səbəbindən 2019-cu ildən dayandırılmışdır. Həmin 0,4 kv-luq elektrik hava xətləri Qırçal adlanan ərazidəki transformator məntəqəsinə qanuni qaydada bağlanmışdır. Yanğının baş verdiyi ərazidəki elektrik xətlərində yanğından əvvəl qırılma, açılma, qısa qapanma olması barədə məlumatı, habelə yanğının hansı səbəbdən baş verməsi barədə heç bir fikri yoxdur. Həmçinin xətlərin kim tərəfindən çəkildiyini bilmir, o, yanğın hadisəsindən əvvəl sonuncu dəfə Qırçal adlanan ərazidəki abonentlərə məxsus elektrik sayğaclarına iyul ayının əvvəllərində baxış keçirmiş, həmin vaxt sayğaclarda hər hansı bir nöqsan aşkar etməmişdir. Məhkəmə istintaqı zamanı Şahid11 ifadəsində göstərdi ki, o, 31 iyul 2020-ci il tarixdə Qırçal adlanan ərazidən başlayaraq, Sədan kəndi istiqamətində irəliləyən yanğın hadisəsi zamanı kənd stadionunda yanğını söndürməklə məşğul olarkən, yanğının ondan təxminən 50 metr yuxarıda, həmkəndlisi Zərərçəkmiş şəxs1 evinin həyətində yerləşən yardımçı tikilisinə keçdiyini eşitmiş dərhal sonuncunun həyətinə gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 həyətindəki tikilinin içində olan, sonuncuya məxsus avadanlıqlar yanaraq istifadəyə yararsız hala düşdüyünü, habelə həyətdəki yardımçı tikililərə müxtəlif dərəcədə zərər dəydiyini görmüşdür. Orada alovun geniş yayılaraq qapalı yardımçı tikilinin içərisinə keçdiyini görmüş, yan tərəfi açıq olan yardımçı tikilinin içərisində olan arpa-buğda torbalarından bir-ikisini oradan çıxararaq çölə qoymuş və bir qədər sonra yanğınsöndürən maşınlar hadisə yerinə gəlmişlər. Yanğın hadisəsi Qırçal adlanan ərazidə başlamış, küləyin istiqaməti Beşbarmaq dağından Sədan kəndi istiqamətində olduğundan, tezlikdə Sədan kəndinə də yayılmış, habelə yanğın hadisəsinin necə başlaması barədə məlumatı olmamışdır. Yanğın hadisəsi baş verən gün X27 və X3 görməmiş, onların yanğından sonra yanaraq öldükləri xəbərini eşitmişdir. Cahangir Zeynalov və Nizami Qanbayev ilə aralarında hər hansı düşmənçilik və ədavət olmamışdır. Yanğın nəticəsində heç bir xəsarət almamışdır. Məhkəmə istintaqı zamanı Şahid12 Sədrətdin oğlu ifadəsində göstərdi ki, o, 2015-ci ildən hazırkı vaxta kimi "xxxx" ASC-nin Şimal RETSİ Siyəzən EŞ-nin X18 Səyyar Əməliyyat briqadasının elektrik montyoru işləyir, vəzifə öhdəlikləri Siyəzən EŞ-nin balansında olan hava elektrik xətlərində, KTM, TM və yarımstansiyalarda naryad üzrə qəzaları aradan qaldırmaqdan, texniki təhlükəsizlik qaydalarına riayət edilməsindən, hava xətlərində baxış keçirilməsindən və sairdən ibarətdir. Siyəzən rayonu, Qırçal adlanan ərazidən başlayaraq Sədan kəndi istiqamətində yayılan yanğın hadisəsi baş verən gün, yəni 31 iyul 2020-ci il tarixdə, saat 13:00 radələrində Siyəzən EŞ-nin baş mühəndisi Qismətəli Əsədov istifadəsində olan mobil nömrəyə zəng edərək, Sədan və Çarxana- Sağlocan kəndlərinin 6 kv-luq hava xətlərinin yağ açarlarını və ayrıclarını açması, həmçinin xəbərdarlıq lövhələri asması barədə göstəriş verdikdən sonra, o, həmin ərazilərə gedərək, baş mühəndisin qeyd olunan göstərişlərini yerinə yetirmişdir. Qırçal adlanan ərazidəki transformator məntəqəsinin 6 KV-luq Sağlocan-Çarxana hava xəttindən qidalanır. Qırçal adlanan ərazidəki 0,4 kv-luq hava elektrik xətlərində hadisə baş verən vaxta kimi qəza hadisəsi baş verməsini eşitməmiş, həmin xətlərdə qəza hallarını aradan qaldırmaq barədə göstəriş almamışdır. Məhkəmə istintaqı zamanı Şahid15 ifadəsində göstərdi ki, 31 iyul 2020-ci il tarixdə, saat 12:04-də DYMX-nin Siyəzən rayonu Dövlət yanğından mühafizə hissəsinin rabitə məntəqəsinə Siyəzən rayonu, Sədan kəndində dağlıq ərazinin yanması barədə məlumat daxil olmuş, bundan dərhal sonra yəni, saat 12:05-də hadisə ilə əlaqədar 2 yanğınsöndürən maşından ibarət briqada hadisənin baş verdiyi əraziyə göndərilmişdir. Sonuncular saat 12:17-də hadisə yerinə çatdıqdan sonra növbə rəisi hadisəni yerində qiymətləndirərək, dərhal Siyəzən rayonu Dövlət yanğından mühafizə hissəsinin rabitə məntəqəsinə məlumat vermiş, əlavə kömək istəmiş, daha sonra o, 3-cü və 4-cü yanğınsöndürən maşından ibarət briqada ilə hadisə yerinə yollanmış və yanğın hadisəsi başlanmasından təxminən 35-40 dəqiqə sonra hadisə yerində olmuşdur. Yanğın iri miqyaslı olduğundan, söndürülməsi üçün digər rayonlardan da (Xaçmaz, Şabran, Xızı və Sumqayıt) əlavə kömək məqsədi ilə hadisə yerinə yanğınsöndürən texnikalar, habelə helikopterlər də cəlb edilmişdir. Yanğın Sədan kəndinə doğru yayılmış, həmin kənd sakini Zərərçəkmiş şəxs1 evinin həyətində bir-biri ilə bitişik olan 3 yardımçı tikiliyə keçdiyini, həmin tikililərində yanğından zərər gördüyünü (yardımçı tikililərin içərisində olan ot bağlamalarının, taxılların, tikililərin qapı və pəncərələrinin, habelə orada olan ev əşyalarının və avtomobil ehtiyat hissələrinin) görmüş, bu barədə əməkdaşlara (manqa komandirinə) müvafiq göstəriş verdikdən sonra, yanğının yayıldığı digər ərazilərə tərəf getmişdir. Yanğın təxmini 170 hektar ərazini əhatə etmişdir. Yanğın hadisəsi ilkin olaraq Qırçal adlanan dərə ərazidə başlamış, həmin vaxt küləyin istiqaməti Beşbarmaq dağından Sədan kəndi istiqamətində olduğu üçün tezliklə Sədan kəndinə də yayılmışdır. Yanğın hadisəsi nəticəsində özü heç bir xəsarət almamışdır. Məhkəmə istintaqı zamanı Şahid13 Narulla oğlu ifadəsində göstərdi ki, Sağleycan 6 kv-luq xəttinin və həmin xəttə bağlı olan ******* saylı transformator məntəqəsinin Siyəzən EŞ-nin balansında olmasına baxmayaraq, Azərişıq ASC-nin sədri cənab Vüqar Əhmədovun imzaladığı 01 iyun 2020-ci il tarixli, Ü 20\086 saylı əmrə əsasən Siyəzən EŞnin rəisi Muxtar Süleymanov tərəfindən Şimal RETSİ-nin rəisi cənab Şahin Əliyevə ünvanlanmış 05 iyun 2020-ci il tarixli, 143 nömrəli əmrdə həmin şəbəkənin aparıcı mühəndisi Təqsirləndirilən şəxs, sonuncuya göstərilən 6 kv-luq hava xəttinə, ona bağlı olan 0,4 kv-luq KTY-lərə (kompleks transformator yarımstansiyalara-transformator məntəqələrinə) və xətlərə cavabdeh şəxs kimi təyin edilmişdir. Belə olan halda ******* saylı transformator məntəqəsinə (KTY-yə) bağlı olan 0,4 kv-luq xətlərə də, aparıcı mühəndis Təqsirləndirilən şəxs tərəfindən məktubda göstərilən qaydada nəzarət olunmalıdır, yəni “cavabdeh şəxslər cavabdehlik daşıdığı xətt və ərazilərə mütəmadi olaraq baxış keçirməli, baş verə biləcək qəzaların vaxtında aradan qaldırmasını təmin etməlidirlər”, qeyd olunan transformator məntəqəsinə bağlı olan yanğın hadisəsinin ilkin olaraq başladığı ərazidən (Qırçaldan) keçən 0,4 kv-luq elektrik hava xəttinə də texniki baxışları və baş verə biləcək qəzaların aradan qaldırılması üçün tədbirlər görülməlidir. Qeyd olunan məktubda yalnız Siyəzən EŞ-nin balansında olan xətlərə texniki xidmətlərin göstərilməsi qeyd olunmalı, bununla da ******* saylı transformator məntəqəsindən qidalanan Qırçal adlanan ərazidəki 0,4 kv-luq xətlərə də texniki xidmətlərin həmin aparıcı mühəndis, yəni Siyəzən EŞ tərəfindən keçirilməlidir. Bununla yanaşı hadisə baş vermiş ərazidən keçən 0,4 kv-luq elektrik hava xəttinə bağlı olan istehlakçılar (abonentlər) əhali abonentləri kimi "xxxx" ASCdə qeydiyyatda olduqlarına görə, “Elektrik enerjisinin istifadə qaydalarının” tələblərinə uyğun olaraq onlar, elektrik sayğaclarından sonra elektrik qurğularına da cavabdehlik daşıyırlar. Belə ki, qeyd olunan qaydalara görə əhali kateqoriyasına aid olan abonentlər üçün balans mənsubiyyəti və istismar sərhədinin elektrik hava xəttinin sonuncunun dirəyinin izolyatordan sonra sayğaca tərəf götürülür. “Elektrik enerjindən istifadə qaydaları”na görə hər hansı bir istehlakçıya elektrik enerjisinin elektrik hava xətti ilə həmin istehlakçı ilə müqavilə bağlandığı, hesabat sayğacı quraşdırıldığı və istismara buraxılış aktı ilə verilməli olduğu halda, əhaliyə çəkilmiş 0,4 kv-luq elektrik hava xəttinə istismara buraxılış akt olmadan elektrik enerjisi verilmişdir. Belə olan halda isə həmin tələblər yerinə yetirilmədən əhali kateqoriyasına aid olan abonentlərə elektrik enerjisinin verilməsi üçün çəkilmiş elektrik hava xəttinə texniki xidmətlər "xxxx" ASC tərəfindən keçirilməli, əks halda həmin abonentlərə elektrik enerjisi verilməməlidir. Məhkəmə istintaqı zamanı Şahid14 ifadəsində göstərdi ki,o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-də quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi vəzifəsində işləyir, vəzifə öhdəlikləri gün ərzində neft quyularına, eləcə də neft çənlərinə nəzarət etmək və bu barədə hesabat verməkdən ibarətdir. 31 iyul 2020-ci il tarixdə, təxmini günorta saatlarında Sədan “rezervuarları” adlanan ərazidə növbəli işdə (saat 07:00-dan 19:00-kimi) olduğu vaxt Qırçal adlanan ərazinin relyef olaraq yuxarı hissəsində yanğın görmüş, habelə həmin vaxt Sədan kəndi və dağlıq istiqamətində güclü külək də əsmişdir. Onun işlədiyi yer Qırçal ərazisi ilə üfüqü xətt olaraq eyni istiqamətdədir, habelə işlədiyi yerdən təxminən 1 km aralıda neft quyuları yerləşir və hesab edir ki, yanğın hadisəsi Qırçal ərazisində başlamış olsaydı yanğın həmin neft quyularına və ya neft çənlərinə çatmalı idi. Məhkəmə istintaqı zamanı Şahid18 ifadəsində göstərdi ki, özü Siyəzən şəhərində yaşasa da, oğlu Şahid7 qardaşı Şahid6 məxsus Siyəzən rayonu Qırçal adlanan ərazidə yerləşən evdə yaşayaraq, heyvandarlıqla məşğul olduğundan, o da, mütəmadi olaraq ora baş çəkir. Həmin evdə quraşdırılmış elektrik sayğacı qardaşı Şahid6 adına qeydiyyata alınmışdır. Qırçal adlanan ərazidə olan elektrik naqilləri 31 iyul 2020-ci il tarixdə baş vermiş yanğın hadisəsindən öncə, habelə sonra da sallaq vəziyyətdə olmuşdur. Belə ki, 2019-cu ilin təxmini iyul ayında Qırçal adlanan ərazidə yerləşən elektrik xətlərini qidalandıran transformatorun yaxınlığında, elektrik naqillərinin altında yanğın baş versə də, yanğın kiçik ölçülü olduğundan kənd sakinləri tərəfindən söndürülmüşdür. Bununla əlaqədar, o, aidiyyəti üzrə "xxxx" ASC-nin və Siyəzən EŞ-nin rəhbərliyinə yanğın hadisəsinin baş verdiyi ərazidə olan transformatorun bərbad vəziyyətdə olması, transformator məntəqəsinin qoruyucu mühafizə zonasının olmaması barədə məlumat vermiş, həmin şəxslərə təmir işləri görülməsi barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsə də, iradları nəzərə alınmayaraq, heç bir təmir-bərpa işləri görülməmişdir. Bundan sonra, ölkə rəhbərliyinə müraciət edərək, həmin nöqsanları, transformatorun təmir olunmayacağı təqdirdə isə gələcəkdə 100 ha ərazilərin yanması təhlükəsi olduğunu, bunu düşünməyinə səbəb isə yanğın hadisəsinin transformatorun ətrafında baş verdiyini və yanğının transformatordan yarandığını hesab etdiyini qeyd etmişdir. Həmin müraciətindən sonra Qırçal adlanan ərazidəki 0,4 kv-luq xətləri Siyəzən EŞ tərəfindən yeni naqillərlə əvəz olunaraq, transformator məntəqəsi təmir edilmişdir. 31 iyul 2020-ci il tarixdə baş vermiş yanğın hadisəsindən sonra cari ilin yanvar ayına qədər Qırçal adlanan ərazidə yerləşən evlərə gələn elektrik xətləri şəbəkədən ayrılaraq, elektrik enerjisinin verilməsi dayandırılmış, habelə dəfələrlə müraciət etsə də, transformator və elektrik naqillərinin bərbad olduğunu bildirirmişlər. Qeyd olunan ərazidəki 0,4 kv-luq xətlər 30 ildən çox olar, çəkilmiş, ona görə də kimin tərəfindən çəkilməsi barədə məlumatı olmamış, lakin həmin xətlərdən qidalanan abonentlərə elektrik sayğacları isə təxminən 2007-2010-cu illər ərzində Siyəzən EŞ tərəfindən quraşdırılmışdır. Məhkəmə istintaqı zamanı Şahid19 ifadəsində göstərdi ki, o, 2016-cı il tarixində "xxxx" ASC-nin Şimal RETSİ-nin Siyəzən EŞ-də nəzarətçi mühəndis vəzifəsində işləmiş, habelə Təqsirləndirilən şəxs da həmin vaxtdan tanımış, sonuncu ilə aralarında dostluq münasibəti olmasa da, hər hansı düşmənçilik və ədavət də olmamışdır. Vəzifə öhdəlikləri Siyəzən EŞ-nin xidməti ərazisində təhkim edildiyi ərazilərdə elektrik enerjisi istehlakçılarının elektrik enerjisindən istifadəsinə dair sayğac göstəricilərini aylıq oxuyub abonentlərə istehlak etdikləri aylıq elektrik enerjisinə görə yaranmış pul borcuna dair bildirişləri təqdim etməkdən, sayğaclara baxış keçirməkdən, hər hansı bir qanunsuzluq faktı aşkar edildiyi təqdirdə bu barədə satış üzrə aparıcı mühəndisə məlumat verməkdən və sairdən ibarət olmuşdur. Siyəzən EŞ-də nəzarətçi mühəndis vəzifəsində işləyərkən yəni, 07 dekabr 2015-ci il tarixdə Siyəzən rayonu, Çarxana kəndi ərazisində istehlakçı X23 məxsus evdə sayğacın sxemdən kənarlaşdırılması faktı aşkar edildiyindən, bu barədə Elxan Rzayev tərəfindən 05 yanvar 2016-cı il tarixli, 050773 nömrəli akt tərtib olunaraq, iştirakçılar tərəfindən imzalandıqdan sonra istehlakçı Əli Qanbayevin evində yaşayan Şahid8 verilən elektrik enerjisinin verilməsi dayandırılmışdır. Bundan əlavə qeyd etdiyi kimi, Siyəzən EŞ-də 1 il müddətində işlədiyindən Qırçal ərazisindəki elektrik xətləri ilə bağlı heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid20 ifadəsində göstərdi ki, o, “X34” MMC-də satış nümayəndəsi işləyir. Belə ki, onun işi qeyri-qida məhsulları olan yuyucu vasitələr (Losk, Persil və s.) ilə bağlı marketlərdə qeydiyyat aparmaq və həmin məhsulların dəyərini marketlərdən almaqdan ibarətdir. 31 iyul 2021-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Vaz 21011” markalı, ** BA *** qeydiyyat nişanlı avtomobil ilə Siyəzən şəhərinə gəlmiş, habelə marketlərdən məhsulların dəyərini almaq üçün şəhərin “qala yolu” deyilən ərazisində də olmuşdur. Lakin, onun Siyəzən rayonun Qırçal adlanan ərazisində baş vermiş yanğın hadisəsi barədə məlumatı yoxdur, çünki o, həmin vaxt yanğının baş verməsinə fikir verməmiş, hadisəni yalnız videodan görmüşdür. Məhkəmə istintaqı zamanı Şahid21 ifadəsində göstərdi ki, o, Siyəzən rayonu, Eynibulaq kəndində yaşamaqla, idarəçiliyində olan “Belarus 892” markalı traktorla fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olur. 31 iyul 2020-ci il tarixdə, təxminən saat 11-12:00 radələrində yaşadığı Eynibulaq kəndi ərazisindəki yaylaqda traktorla işləyərkən, Sədan kənd bələdiyyəsinin sədri istifadəsində olan mobil telefona zəng edərək, yanğın hadisəsi barədə məlumat vermişdir. Bundan sonra, o, idarəçiliyində olan traktorla Sədan kəndi istiqamətində getmiş və təxminən saat 12:30-13:00 radələrində hadisə yerinə çatmışdır. Həmin vaxt Sədan kəndinin ərazisi yandığından, yanğının evlərə keçməsinin və daha da böyüməsinin qarşısını almaq məqsədilə traktorla yanğın baş verən ərazinin ətrafını şumlamışdır. Bu zaman kəndin kənar tərəfində yanğınsöndürən texnikalar da yanğını söndürməyə çalışmışlar. Hadisə zamanı o heç bir xəsarət almamış, habelə ona maddi ziyan dəyməmişdir. Məhkəmə iclasında elan edilmiş işin İ cild 250-253-cü səhifələrində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04 avqust 2020-ci il tarixli, 1214 nömrəli məktubundan, 31 iyul 2020-ci il tarixli, 61892 saylı aktın, həmçinin ziyan hesablama cədvəlinin təsdiq olunmuş surətlərindən görünür ki, 31 iyul 2020-ci il tarixdə, saat 12:00 radələrində Siyəzən rayonu, Sədan bələdiyyəsi ərazisində yanğın hadisəsi baş vermişdir. Əraziyə keçirilmiş baxış zamanı ərazidə quru otla yanaşı müxtəlif cinsli ağac və kolların yanaraq məhv olduğu məlum olmuşdur. Ümumilikdə yanğın baş vermiş ərazi təxminən 170 ha təşkil edir. Yanğın FHN-in yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülmüşdür. Araşdırma zamanı yanğının baş vermə səbəbini və yanğının kimlər tərəfindən törədildiyini müəyyən etmək mümkün olmamışdır. Faktla əlaqədar 31 iyul 2020-ci il tarixli, 61892 saylı akt tərtib olunmuş, həmçinin təbiətə dəymiş ziyan 778690 manat məbləğində hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş işin İ cild 268-272-ci səhifələrində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X36 Yanğın Nəzarəti idarəsinin 11 avqust 2020-ci il tarixli, 37/34-00711 nömrəli məktubdan, o cümlədən ona əlavə edilmiş sənədlərdən görünür ki, 31 iyul 2020-ci il tarixdə, saat 12:04 radələrində Siyəzən rayonu Qırçal kəndində quru ot, kol-kos yanması barədə məlumat daxil olmuş, saat 12:05-də yanğın yerinə İİ YB-sı və İİ YA ilə çıxılmış, yanğın yerinə saat 12:17-də çatılmış, yanğın yerinə qədər olan məsafənin 8 km olduğu müəyyən edilmiş, yanğının ciddiliyi nəzərə alınaraq yanğın yerinə daha sonra Şabran, Xaçmaz, Xızı, Quba, Sumqayıt avtomobilləri, sonra isə yanğın yerinə FHN-in 2 helikopteri, 2 traktor, 5 su maşını və ümumilikdə 120 nəfər canlı qüvvə cəlb olunmuşdur. Güclü küləyin təsiri nəticəsində yanğın Siyəzən rayonu, Sədan kəndinə keçmişdir. Yanğın saat 16:07-də məhdudlaşdırılmış, 16:38-də tam söndürülmüşdür. Nəticədə Siyəzən rayon Sədan kəndi ərazisində 170 hektar ərazidə yabanı quru ot, kol-kos və əhaliyə məxsus örüş sahələri yanmış, həmçinin yanğın nəticəsində Zərərçəkmiş şəxs1 məxsus 28 kvadrat metr sahəsi olan anbarın daxilində 6 ton taxıl, 25 metr kvadrat sahəsi olan talvarın içərisində 250 ədəd preslənmiş ot tayaları, ona məxsus digər məişət və ev əşyaları yanmışdır. Yanğın nəticəsində Siyəzən rayonu, Sədan kənd sakini X5 yanğın xəsarəti almış, o, təcili yardım avtomobili ilə Bakı şəhərində yerləşən xəstəxanaya çatdırılsa da, ölmüşdür. Həmçinin yanğın yerində Siyəzən rayonu Sədan kənd sakini, meşə gözətçisi vəzifəsində işləyən X16 cəsədi aşkar edilərək hüquq mühafizə orqanlarına təhvil verilmişdir. Yanğında yaxınlıqda olan yaşayış evləri, meşə zolaqları və neft buruqları və ətraf ərazilər tam mühafizə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş işin İ cild 283-285-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsinin 14 avqust 2020-ci il tarixli, 83 saylı ekspert rəyindən görünür ki, X1 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: ümumi bədən səthinin 90-95%-ni əhatə edən başın, sifətin, boynun, hər iki yuxan ətrafların, gövdənin ön və arxa səthinin, hər iki aşağı ətrafların İİİB-İV dərəcəli termiki (alov) yanıqları həyati olub, ölümündən az əvvəl olmaqla, qərarda göstərilən şəraitdə və müddətdə yəni 31 iyul 2020-ci il tarixdə alovun yerli təsirindən törənmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdir, ölümlə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb almış olduğu yanıq yaraları nəticəsində baş vermiş yanıq şoku olmuşdur. Ölüm 31 iyul 2020-ci il tarixdə, saat 17:50-da 5 saylı Şəhər Klinik Xəstəxananın Yanıq şöbəsində baş vermişdir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi də təsdiq edir. X1 meyitində aşkar edilmiş yanıq yaralarından başqa digər xəsarət aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş işin İ cild 306-307-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 14 avqust 2020-ci il tarixli, 130 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində üzün, hər iki əl və ayaq barmaqlarının İ dərəcəli termiki yanığı aşkar olunmuşdur. Həmin xəsarətlər yüksək temperaturun, daha doğrusu alovun təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən 31 iyul 2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilmir. Məhkəmə iclasında elan edilmiş işin İİ cild 43-46-cı səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 28 avqust 2020-ci il tarixli, 12 saylı ekspert rəyindən görünür ki, X16 meyitinin müayinəsində başın, boynun, gövdənin, hər iki ətrafların, ümumi bədən səthinin təqribən 95%-nin İİİ dərəcəli termiki yanığından ibarət bədən xəsarətləri aşkar olunmuşdur. Həmin xəsarətlər həyati olub, yüksək temperaturun, daha doğrusu alovun təsirindən törənmişdir, törənmə müddəti şəxsin ölümündən qısa müddət əvvələ aiddir və canlı adamlarda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. X16 ölümünə səbəb başın, boynun, gövdənin və hər iki ətrafların İİİ dərəcəli termiki yanığı nəticəsində baş vermiş ağır yanıq şoku olmuşdur. İlkin meyit əlamətlərinə əsasən onun ölümü meyitin meyitxanada müayinə vaxtından (31 iyul 2020-ci il, saat 17:00) 6 saata qədər əvvələ uyğun gəlir. X16 meyitindən götürülmüş qanda akloqol narkotik və psixotrop maddələr aşkar olunmamışdır. Məhkəmə iclasında elan edilmiş işin İİİ cild 6-7-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2020-ci il tarixli, 6/1804 saylı ekspert rəyindən görünür ki, Siyəzən rayonu, Qırçal-Qazma kəndində baş vermiş yanğın ilə əlaqədar oradan əldə edilmiş nümunələrin tədqiqindən məlum olmuşdur ki, hadisə yerindən götürülmüş yanğından sonrakı qalıqlar (çör-çöp qarışmış torpaq nümunəsi) üzərində neft məhsullarına məxsus izlər yoxdur. Cinayət işinin İİİ cild 5-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizasının dəyəri 44,50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş işin İİİ cild 11-12-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 sentyabr 2020-ci il tarixli, 10/2374 saylı ekspert rəyindən görünür ki, Siyəzən rayonu, Sədan kəndində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus tikinti üzrə tikililərə dəymiş ziyanın məbləği təqribən 2723 manat məbləğində müəyyən olunmuşdur. Cinayət işinin İİİ cild 10-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş işin İİİ cild 17-18-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2020-ci il tarixli, 7/616-9/3514 saylı ekspert rəyindən görünür ki, baş vermiş yanğın hadisəsi nəticəsində Sədan bələdiyyəsinə məxsus kollu örüş sahənin (müxtəlif cinsli ağac və kollar) ərazisi təxminən 170 hektar sahənin 16 hektarı quru ot örtüyü yanaraq məhv olmuşdur, təkcə qaratikan kolundan ibarət seyrək ərazi 110 hektarı olmaqla, 1 hektarında 90 ədəd qaratikan kolu, ağac və kolluqlardan ibarət orta sıx ərazidə cəmi 26 hektar olmaqla, 1 hektarda 62 ədəd qaratikan, 15 ədəd yemişan, 23 ədəd sumaq kolu, 27 ədəd palıd, 5 ədəd cır armud ağacları, sıx ərazi 18 hektar olmaqla, hər 1 hektarında 81 ədəd qaratikan, 17 ədəd yemişan, 54 ədəd sumaq, 4 ədəd itburnu kolu, 35 ədəd palıd, 49 ədəd qarağac, 6 ədəd cır armud ağacları ümumilikdə 1332 ədəd palıd (diametri 8 sm olan 1998 ədəd, diametri 12 sm olan 207 ədəd, diametri 16 sm olan 127 ədəd), qarağac 882 ədəd (diametri 8 sm olan 661 ədəd, diametri 12 sm olan 221 ədəd), cır armud 238 ədəd (diametri 12 sm olan 189 ədəd, diametri 16 sm olan 32 ədəd, diametri 20 sm olan 17 ədəd) ağacları və 4060 ədəd qaratikan, 696 ədəd yemişan, 1570 ədəd sumaq, 72 ədəd itburnu kolu yanaraq məhv olmuşdur. Ekspertiza tədqiqatına təqdim edilmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 31 iyul 2020-ci il tarixli, 61892 saylı akt və ona əlavə edilmiş cədvələ əsasən Siyəzən rayon Sədan bələdiyyəsi ərazisində ağac və kolların yanaraq məhv olması nəticəsində təbiətə dəymiş ziyanın məbləği nəzəri qaydada 778 690 manat müəyyən edilmişdir. Cinayət işinin İİİ cild 16-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 160 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş işin İİİ cild 22-25-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2020-ci il tarixli, 7/617-9/3515 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və meşələrin İnkişafı Xidmətinin Şabran X22 Mərkəzinin həyətyanı sahəyə baxış nəticəsində 116 ədəd müxtəlif cinsli ağacların (hamısı orta hesabla təxmini olaraq 3 illik olmaqla, 18 ədəd zeytun, 18 ədəd vişnə (gilənar), 16 ədəd badam, 19 ədəd qaysı, 03 ədəd armud, 06 ədəd qoz, 07 ədəd şam (həmişəyaşıl bitki), 04 ədəd fındıq, 01 ədəd tut, 07 ədəd alma, 06 ədəd heyva, 03 ədəd nar, 07 ədəd gavalı, 01 ədəd şaftalı bir qismi boy artımını dayandıracaq dərəcədə zədələnmiş, bir qismi isə tamamilə yanaraq məhv olmuşdur. Bundan əlavə 03 ədəd “Aliyandır” gülü, 04 ədəd qoz ağacı şitili (təxmini olaraq 1 illik) və 34 ədəd badam ağacı şitillərinin (təxmini olaraq 1 illik) tamamı ilə yanaraq məhv olduğu müəyyən edilmişdir. Ekspertiza təyini haqqında qərarda göstərilən 85 adda malların (istifadədə olan malların istifadədə olması nəzərə alınmaqla, normal vəziyyətdə) orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 11457 manat müəyyən edilir. 8 adda mal haqqında Kifayət qədər məlumat (markası, modeli, texniki göstəriciləri, istismar müddəti, texniki vəziyyəti və sair) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işinin İİİ cild 21-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş işin İİİ cild 181-186-cı səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2020-ci il tarixli, 10/2397 saylı ekspert rəyindən görünür ki, yanğının mənbəyi Siyəzən rayonu Sədan kəndi Qırçal adlanan ərazisində Şahid4 məxsus tikilinin yaxınlığından keçən gərginliyi 0,4 kV-luq elektrik veriliş xəttinin sonundan 2-ci dayağının yaxınlığında yerləşmişdir. Yanğın Siyəzən rayonu Sədan kəndi Qırçal adlanan ərazisində Şahid4 məxsus tikilinin yaxınlığından keçən gərginliyi 0,4 kV-luq elektrik veriliş xəttinin sonundan 2-ci dayağının yaxınlığında (yanğının mənbəyində) olan quru ot və kolluğun üzərinə, həmin xəttin naqillərinin güclü küləyin təsirindən bir-birinə dəyməsi nəticəsində əmələ gəlmiş elektrik təbiətli qəza halının (qısa qapanmanın) təsirindən yaranmış qığılcımların düşməklə, sonuncuların alışması nəticəsində baş vermişdir. Yanğın hadisəsi baş vermiş Siyəzən rayonu Qırçal adlanan ərazidən keçən və "xxxx" ASC-də əhali kodu ilə qeydiyyata alınmış istehlakçılara (abonentlərə) elektrik enerjisi verilən gərginliyi 0,4 kV olan hava elektrik veriliş xəttinə vaxtaşırı olaraq texniki baxışlar və xidmətlər (təmirlər və s.) keçirilməklə, həmin xəttin naqilləri düzgün çəkilməklə, bir-birinə dəyməsinin qarşısının alınması (sallamadan aslı olaraq naqillərin bir-birindən müvafiq (ən azı 40 sm) məsafələrdə yerləşməsini) təşkil edilmədiyinə görə, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası”nın 1.2.1, 1.2.2 bəndlərinin, "Elektrik stansiyaları və şəbəkələrinin texniki istismarı qaydaları"nın 5.7.1, 5.7.16, 5.7.19 bəndlərinin və "Elektrik qurğularının quraşdırma qaydaları"nın 2.4.21 bəndinin tələbləri Siyəzən Rayon Elektrik X11 Sahəsinin aparıcı mühəndisi Təqsirləndirilən şəxs və həmin şəbəkənin baş mühəndisi X14 tərəfindən pozulmuşdur. Cinayət işinin İİİ cild 180-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə yanğın-texniki ekspertizasının dəyəri 200 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş işin İV cild 5-10-cu səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2020-ci il tarixli, 10/3738 saylı ekspert rəyindən görünür ki, yanğının mənbəyi Siyəzən rayonu Sədan kəndi Qırçal adlanan ərazisində Şahid4 məxsus tikilinin yaxınlığından keçən gərginliyi 0,4 kV-luq elektrik veriliş xəttinin sonundan 2-ci dayağının yaxınlığında yerləşmişdir. Yanğın Siyəzən rayonu Sədan kəndi Qırçal adlanan ərazisində Şahid4 məxsus tikilinin yaxınlığından keçən gərginliyi 0,4 kV-luq elektrik veriliş xəttinin sonundan 2-ci dayağının yaxınlığında (yanğının mənbəyində) olan quru ot və kolluğun üzərinə, həmin xəttin naqillərinin güclü küləyin təsirindən bir-birinə dəyməsi nəticəsində əmələ gəlmiş elektrik təbiətli qəza halının (qısa qapanmanın) təsirindən yaranmış qığılcımların düşməklə, sonuncuların alışması nəticəsində baş vermişdir. Yanğın hadisəsi baş vermiş Siyəzən rayonu, Qırçal adlanan ərazidən keçən və "xxxx" ASC-də əhali kodu ilə qeydiyyata alınmış istehlakçılara (abonentlərə) elektrik enerjisi verilən gərginliyi 0,4 kV olan hava elektrik veriliş xəttinə vaxtaşırı olaraq texniki baxışlar və xidmətlər (təmirlər və s.) keçirməklə, həmin xəttin naqilləri düzgün çəkilməklə, bir-birinə dəyməsinin qarşısının alınmasını (sallanmadan asılı olaraq, naqillərin bir-birinə müvafiq (ən azı 40 sm) məsafələrdə yerləşməsini) təşkil edilmədiyinə görə, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası”nın 1.2.1, 1.2.2 bəndlərinin, "Elektrik stansiyaları və şəbəkələrinin texniki istismarı qaydaları"nın 5.7.1, 5.7.16, 5.7.19 bəndlərinin və "Elektrik qurğularının quraşdırma qaydaları"nın 2.4.21 bəndinin tələbləri Siyəzən Rayon Elektrik X11 Sahəsinin aparıcı mühəndisi Təqsirləndirilən şəxs və həmin şəbəkənin baş mühəndisi X14 tərəfindən pozulmuşdur. "xxxx" ASC-nin “Şimal” RETSİ-nin X10 balansında olan ******* saylı transformatordan qidalanan Qırçal adlanan ərazidəki 0,4 kV-luq hava elektrik xəttinə “Dövlət Enerjinəzarət” İdarəsi tərəfindən istismara buraxılış aktı verilmədən və (balans mənsubiyyəti və istismar sərhədi aktı bağlamaqla) balansa götürülmədən "xxxx" ASC-nin məlumat bazasında əhali istehlakçı kodu altında qeydiyyata alınmış istehlakçılara (abonentlərə) elektrik enerjisi verildiyinə görə “Elektrik enerjisindən istifadə qaydaları”nın 3.5, 5.1 və 10.18 bəndlərinin tələbləri "xxxx" ASC-nin “Şimal” RETSİ-nin və X10 Balans və enerji satış şöbələrinin rəhbərliyi tərəfindən (konkret şəxslər həmin təşkilatların strukturu və tutduqları vəzifələrinə əsasən istintaqla müəyyən edilə bilər) pozulmuşdur. 31 iyul 2020ci il tarixdə saat təxmini olaraq, 11-12:00 radələrində Siyəzən rayonu Qırçal adlanan ərazidə baş vermiş yanğın hadisəsi zamanı sonuncudan İİİ elektrik dirəyindən sonra 0,4 kV-luq elektrik xətlərində elektrik enerjisinin olub-olmaması istintaq hərəkətləri (şahidlərin dindirilməsi, "xxxx" ASC-nin “Şimal” RETSİ-nin X8 müvafiq sənədlərin alınması və s.) ilə müəyyən edilə bilər. Şahid4, Şahid5 və digər şahidlərin izahat və ifadələrində göstərildiyi kimi yanğından əvvəl onların yaşadığı ünvanlarda elektrik enerjisi olmuş, yalnız hadisə baş verdikdən sonra yanğının söndürülməsi zamanı elektrik enerjisinin verilməsi dayandırılmışdır. Cinayət işinin İV cild 4-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 07 dekabr 2020-ci il tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, əmək təhlükəsizliyinin tədqiqi ekspertizası, əlavə komisyon ekspertizasının dəyəri 150 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İV cild 119-147-ci vərəqələrində olan 13 yanvar 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, hadisə yerinə 01 avqust 2020-ci il tarixdə keçirilmiş baxış zamanı götürülmüş 2 ədəd naqil və yanğın hadisəsinin başladığı ərazidən götürülmüş yanğından sonrakı nümunələr öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, eləcə də üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Həmçinin, qərardan görünür ki, iş üzrə keçirilmiş məhkəmə-yanğın texniki təhlükəsizlik qaydaları ekspertizasının 22 oktyabr 2020-ci il tarixli, 10/2397, eləcə də komisyon məhkəmə-yanğın texniki-təhlükəsizlik ekspertizasının 14 dekabr 2020-ci il tarixli, 10/3738 nömrəli rəylərinə əsasən yanğın hadisəsinin baş verməsinə “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası”nın 1.2.1, 1.2.2 bəndlərinin, “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismarı qaydaları”nın 5.7.1, 5.7.16, 5.7.19 bəndlərinin və “Elektrik qurğularının quraşdırma qaydaları”nın 2.4.21 bəndinin tələbləri Siyəzən rayon Elektrik X11 sahəsinin aparıcı mühəndisi Təqsirləndirilən şəxs ilə yanaşı, həmin şəbəkənin baş mühəndisi X14 tərəfindən pozulması qeyd olunsa da, 05 iyun 2020ci il tarixli, 143 nömrəli məktuba əsasən həmin “6 kv-luq Sağleycan HVX-ə, 0,4 kv-luq KTY və xətlər”ə birbaşa cavabdeh şəxs kimi şəbəkənin aparıcı mühəndisi Təqsirləndirilən şəxs təyin olunduğundan baş mühəndis X6 Azərbaycan Respublikası CM-nin 314.3-cü maddəsi ilə təqsirləndirilməsi istisna edilmişdir. Cinayət işinin İİ cild 181-182-ci vərəqələrində olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin 03 sentyabr 2020-ci il tarixli, 20/709 nömrəli məktubu ilə göndərilmiş məlumatın surətindən görünür ki, 31 iyul 2020-ci tarixində 04:00-dan 01 avqust 2020-ci il tarixinə keçən gecə 01:00-dək müşahidə müddətlərində Şabran (Siyəzən) hidrometeoroloji stansiyasında qeydə alınmış hava şəraiti 31 iyul 2020-ci il tarixə 04:00 müşahidə müddətinə tutqun, buludlu, görünüş 4 km, havanın temperaturu 17,5°C, minimum temperaturu 17,4°C, maksimum temperaturu 1S 1 C külək cənub-qərb istiqamətli olub, maksimum sürəti 4 m/san (3 bal) olmuş, yağıntı qeydə alınmamışdır. 07:00 müşahidə müddətində hava tutqun, buludlu, görünüş 20 km, havanın temperaturu 19,1 °C, minimum temperaturu 17,4°C, maksimum temperaturu 19,2°C, külək cənub-qərb istiqamətli olub, maksimum sürəti 4 m/san (3 bal) olmuş, yağıntı qeydə alınmamışdır. 10:00 müşahidə müddətində hava dəyişkən buludlu, görünüş 20 km, havanın temperaturu 28,4°C, minimum temperaturu 19,0°C, maksimum temperaturu 28,6°C, külək cənub-şərq istiqamətli olub, maksimum sürəti 4 m/san (3 bal) olmuş, yağıntı qeydə alınmamışdır. 13:00 müşahidə müddətində hava azbuludlu, görünüş 20 km, havanın temperaturu 29,0°C, minimum temperaturu 28,3°C, maksimum temperaturu 29,2°C, külək cənub-şərq istiqamətli olub, maksimum sürəti 14 m/san (7 bal) olmuşdur. Bofort şkalasına əsaslanaraq 7 ballıq külək möhkəm küləkdir, yağıntı qeydə alınmamışdır. 16:00 müşahidə müddətində hava azbuludlu, görünüş 20 km, havanın temperaturu 28,5°C, minimum temperaturu 28,4°C, maksimum temperaturu 29,0°C, külək cənub-şərq istiqamətli olub, maksimum sürəti 14 m/san (7 bal) olmuşdur. Bofort şkalasına əsaslanaraq 7 ballıq külək möhkəm küləkdir. Yağıntı qeydə alınmamışdır. 19:00 müşahidə müddətində hava azbuludlu, görünüş 20 km, havanın temperaturu 28.0°C, minimum temperaturu 27,9°C, maksimum temperaturu 28,5°C, külək cənub-şərq istiqamətli olub, maksimum sürəti 14 m/san (7 bal) olmuşdur. Bofort şkalasına əsaslanaraq 7 ballıq külək möhkəm küləkdir. Yağıntı qeydə alınmamışdır. 31 iyul 2020-ci il tarixdən 01 avqust 2020-ci il tarixinə keçən 22:00 müşahidə müddətində hava azbuludlu, görünüş 4 km, havanın temperaturu 25,0°C, minimum temperaturu 24.8°C, maksimum temperaturu 28,0°C, külək cənub istiqamətli olub, maksimum sürəti 4 m/san (3 bal) olmuşdur. Yağıntı qeydə alınmamışdır. 01:00 müşahidə müddətində hava dəyişkən buludlu, görünüş 4 km, havanın temperaturu 20,7°C, minimum temperaturu 20,5°C, maksimum temperaturu 25.0°C, külək cənub-qərb istiqamətli olub, maksimum sürəti 4 m/san (3 bal) olmuşdur. Yağıntı qeydə alınmamışdır. Cinayət işinin İİİ cild 27-ci vərəqəsində olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin 05 oktyabr 2020-ci il tarixli, AERA-02- 10-559/20 nömrəli məktubdan görünür ki, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq tənzimlənir. Həmin Qaydaların 5.1-ci bəndinə görə enerjitəchizat müəssisəsi ilə abonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar aktında qeyd olunur. Həmçinin, həmin qaydaların 5.3-cü bəndinə və 5.3.1-ci yarımbəndinə əsasən, enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi, hava budaqlanmasında – binada, xüsusi yaşayış evində və ya dayaqda bərkidilmiş birinci izolyatorda müəyyən edilir. Cinayət işinin İİİ cild 156-157-ci vərəqələrində olan Siyəzən rayon Polis Şöbəsinin 13 oktyabr 2020-ci il tarixli, 183-10175-1220 nömrəli məktubdan görünür ki, 31 iyul 2020-ci il tarixdə, saat 12:00 radələrində Siyəzən rayonunun Sədan kəndi yaxınlığında yerləşən örüş və kolluq sahələrində yanğın hadisəsi baş verməsi nəticəsində X16 və X2 yanıq xəsarətləri alaraq, Nizami Qanbayevin hadisə yerində, Cahangir Zeynalovun isə Bakı şəhəri 5 nömrəli Şəhər Klinik xəstəxanasında ölmələri barədə Siyəzən RPŞ-yə daxil olmuş məlumat əsasında bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş və müəyyən edilmişdir ki, 31 iyul 2020-ci il tarixdə baş vermiş yanğın hadisəsi ilkin olaraq Siyəzən rayonu Qırçal adlanan ərazidə Şahid4 məxsus yataqdan (ferma) təxminən 70 metr aralıda həmin ərazidə yaşayan abonentləri elektrik enerjisi ilə təmin edən elektrik xətlərinin təxmini olaraq altında başlamış, daha sonra güclü külək səbəbindən (hadisə şahidlərinin deməsinə görə həmin gün küləyin istiqaməti dənizdən üzü dağa və Sədan kəndi istiqamətində olmuşdur) yanğın sürətlə dağa tərəf və üzü Sədan kəndi istiqamətində dağətəyi ərazilərə yayılmış, nəticədə həmin ərazidəki otlaq və kolluq sahələr yanğının təsirinə məruz qalmışdır. Yanğın hadisəsinin Qırçal adlanan ərazidə elektrik naqillərinin bir-birinə toxunması nəticəsində qısa qapanma yaranaraq qığılcımın ətrafdakı quru otluq əraziyə düşməsindən baş verməsi ehtimal olunur. Yanğın Sədan kəndinə tərəf yayıldıqdan sonra kənd sakinləri müxtəlif üsullarla yanğının kənd ərazisinə keçməməsi üçün alovu söndürməyə çalışmışlar. Həmin vaxt X27 və X5 da kənd camaatı ilə birlikdə yanğını söndürmək üçün yanğının təsirinə məruz qalmış ərazilərə, daha sonra isə hər biri yanan ərazilərə doğru fərqli istiqamətlərdə getmişlər. Yanğın söndürüldükdən bir qədər sonra X16 yanmış meyiti yanan ərazidə tapılmış, X5 da yanğının təsirinə məruz qalmış, daha sonra təcili olaraq xəstəxanaya çatdırılmışdır. 31 iyul 2020-ci il tarixdə Qırçal adlanan ərazidə başlamış yanğın hadisəsi hər hansı bir şəxs tərəfindən qəsdən törədilməmiş, həmçinin X27 və X2 ölümündə hər hansı bir kənar şəxsin təsiri və qəsdi olmamış, onlar yanğın ərazilərini söndürməyə çalışarkən öz ehtiyatsızlıqları səbəbindən ölmüşlər. Cinayət işinin İİİ cild 39-143-cü vərəqələrində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin 28 sentyabr 2020-ci il tarixli, **********5 nömrəli məktuba əlavə edilmiş materiallardan görünür ki, 31 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasında iş günü hesab olunmayan Qurban bayramı olduğundan X4 rayonunun Sədan kəndində olmuş, könüllü olaraq yanğın baş vermiş əraziyə gəlmiş, yanğın söndürüldükdən sonra onun meyiti yanmış ərazidən tapılmışdır. Təhqiqat aktı ilə X16 yanaraq ölməsi faktı üzrə əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər müəyyən edilməmişdir. Məhkəmə iclasında elan edilmiş işin İİ cild 304-cü səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 sentyabr 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İV cild 42-45-ci vərəqələrində olan 30 dekabr 2020-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İV cild 168-170-ci vərəqələrində olan xasiyyətnamədən və arayışdan, eləcə də elektron məhkəmə informasiya sistemindən çıxarışdan və tibbi sənədlərdən görünür ki, "xxxx" ASC-də aparıcı mühəndisi işləməklə, himayəsində baş beynin bioelektrik aktivliyinin normal yaş çərçivəsində ləngiməsi diaqnozlu xəstəlikdən əziyyət çəkən, 08 iyun 2011-ci il təvəllüdlü Röyal adında bir yetkinlik yaşına çatmayan uşağı olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Mənzil İstismar Sahəsinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş işin V cild 247-ci səhifəsində olan zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs3 20 aprel 2021-ci il tarixdə məhkəmədə tərtib etdiyi ərizəsindən, eləcə onun, həmçinin Zərərçəkmiş şəxs2 oğlunun 24 fevral 2022-ci il tarixdə notariat qaydada tərtib edilmiş ərizələrindən görünür ki, onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur, gələcəkdə də olmayacaq və onlar onun cəzadan azad edilməsini xahiş edirlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin V cild 67-69-cu vərəqələrində olan iddia ərizəsindən, eləcə də qəbzdən görünür ki, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və mülki cavabdeh "xxxx" ASC-yə qarşı sonunculardan müştərək qaydada 18682 manat tikinti və əmtəə üzrə vurulmuş zərər, 1000 manat müalicə xərcləri, 5000 manat mənəvi zərər və 30 manat dövlət rüsumu olmaqla, cəmi 24712 manat pulun tutularaq ona ödənilməsi haqqında iddia tələbi ilə müraciət etmiş, həmçinin 30 manat dövlət rüsumu ödəmişdir. Cinayət işinin İİ cild 69-75-ci vərəqələrində olan 17 may 2015-ci il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən, "xxxx" ASC-nin 30 may 2015-ci il tarixli, k/15-0335 saylı əmrindən çıxarışdan, 20 aprel 2015-ci il tarixli əmək müqaviləsinin, eləcə də "xxxx" ASC-nin regional enerji təchizatı və satışı idarələrinin rayon elektrik şəbəkələrində çalışan əməkdaşlarının vəzifə təlimatının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2015-ci il tarixdən RETSİ-nin X12 paylayıcı şəbəkə sahəsinə 2 ay sınaq müddəti ilə aparıcı mühəndis vəzifəsinə təyin olunmuş, illik qrafiklər üzrə hava və kabelə xətlərinin, habelə beton elektrik avadanlıqlarının əsaslı və cari baxım/təmir işlərinin aparılmasını, hava xətlərində baxış keçirilməsini, hava, kabel xətlərinin normal vəziyyətdə olmasını təmin etmək onun vəzifələrindən olmuşdur. Cinayət işinin İİ cild 178-179-cu vərəqələrində olan "xxxx" ASC-nin 01 iyun 2020-ci il tarixli, Ü-20/086 nömrəli əmrinin surətindən, işin İİİ cild 152-155-ci vərəqələrində olan "xxxx" ASC-nin “Şimal RET və Sİ” nin X10 05 iyun 2020-ci il tarixli, 143 nömrəli məlumatından, eləcə də X21 üzrə cavabdeh şəxslərin təyin edilməsi haqqında 2 nömrəli sərəncamın surətindən görünür ki, yuxarıda qeyd edilən əmrə və sərəncamaə əsasən Təqsirləndirilən şəxs 6kv-luq Sağleycan HVX-ə 0,4kv-luq KTY və xətlərə cavabdeh təyin edilmişdir. İlk növbədə məhkəmə Təqsirləndirilən şəxs münasibətdə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, səhlənkarlığın cinayət tərkibinin yaranması üçün vəzifəli şəxs işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməli və ya lazımi qaydada yerinə yetirməməli, fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan ictimai təhlükəli nəticə, həmçinin ictimai təhlükəli əməllə nəticə arasında səbəbli əlaqə olmalı, bu üç şərt məcmu halında mövcud olmalıdır. Göstərilən üç şərtdən hər hansı birinin mövcud olmaması bu maddə ilə cinayət məsuliyyətini istisna edir. Məhkəmə iclasında toplanmış mötəbər sübutlarla müəyyən edildi ki, Siyəzən Rayon Elektrik X11 Sahəsinin aparıcı mühəndisi Quliyev X20 rayonu, Qırçal adlanan ərazidən keçən və "xxxx" ASC-də əhali kodu ilə qeydiyyata alınmış istehlakçılara (abonentlərə) elektrik enerjisi verilən gərginliyi 0,4 kV olan hava elektrik veriliş xəttinə vaxtaşırı olaraq texniki baxışlar və xidmətlər (təmirlər və s.) keçirməklə, həmin xəttin naqilləri düzgün çəkilərək bir-birinə dəyməsinin qarşısının alınmasını (sallanmadan asılı olaraq, naqillərin bir-birinə müvafiq (en azı 40 sm) məsafələrdə yerləşməsini) təşkil etmədiyinə görə, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası”nın 1.2.1, 1.2.2 bəndlərinin, "Elektrik stansiyaları və şəbəkələrinin texniki istismarı qaydaları"nın 5.7.1, 5.7.16, 5.7.19 bəndlərinin və "Elektrik qurğularının quraşdırma qaydaları"nın 2.4.21 bəndinin tələblərinin pozulması nəticəsində digər ağır nəticələr baş vermişdir (Burada digər ağır nəticələr dedikdə, bir neçə şəxsin sağlamlığına zərər vurulması, dövlət və ya bələdiyyə idarə və müəssisəsinin işinin pozulması, külli miqdarda əmlak ziyanının vurulması və s. başa düşülə bilər). Yəni, Təqsirləndirilən şəxs 01 iyun 2020-ci il tarixli, Ü20/086 saylı əmrlə 6 kv-luq Sağleycan hava verilişi xətlərinə, 0,4 kv-luq KTY və xətlərə cavabdeh təyin edilməsinə, o cümlədən qanunla, qanunvericilik aktları (təlimat, əsasnamə və s.) ilə, əmək müqaviləsi (kontrakt) ilə, yuxarı vəzifəli şəxsin əmri ilə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün obyektiv və subyektiv imkanlarının olmasına baxmayaraq, həmin vəzifələri tam, vaxtında və dəqiq icra etməmişdir. Bunun nəticəsində Siyəzən rayonunun Sədan kəndindəki Qırçal adlanan ərazidə Şahid4 məxsus tikilinin yaxınlığından keçən gərginliyi 0,4 kV-luq elektrik veriliş xəttinin sonundan 2-ci dayağının yaxınlığında (yanğının mənbəyində) olan quru ot və kolluğun üzərinə, həmin xəttin naqillərinin güclü küləyin təsirindən bir-birinə dəyməsi nəticəsində əmələ gəlmiş elektrik təbiətli qəza halının (qısa qapanmanın) təsirindən yaranmış qığılcımlar düşməklə, ərazinin alışması nəticəsində yanğın baş vermiş, habelə yanğın sürətlə dağa tərəf və üzü Sədan kəndi istiqamətində dağətəyi ərazilərə yayılmışdır. Nəticədə, 31 iyul 2020-ci il tarixdə, saat 12:00 radələrində Siyəzən rayonunun Sədan kəndindəki Qırçal adlanan ərazidə baş vermiş yanğın zamanı ərazidə quru otla yanaşı, müxtəlif cinsli ağac və kolların yanaraq məhv olmaqla, dövlətin əmlakına külli miqdarda, yəni 778 690 manat məbləğində ziyan dəymişdir. Eyni zamanda, zərərçəkmiş şəxslər X27 və X5 öz təşəbbüsləri əsasında, sərbəst iradələri ilə kənar təsir və ya təzyiqə məruz qalmadan kənd camaatıyla birlikdə yanğını söndürmək üçün yanğının təsirinə məruz qalmış ərazilərə getsələr də, həmin vaxt nə Nizami Qanbayev, nə də Cahangir Zeynalov yanğın təhlükəsizliyi qaydalarına əməl etməmiş, bunun da nəticəsində onlara münasibətdə arzuolunmaz hadisə baş vermişdir. Səhlənkarlıq cinayət əməli subyektiv cəhətdən ehtiyatsızlıqla törədilsə də, işin mübahisəsiz hallarından da göründüyü kimi Nizami Qanbayevin və Cahangir Zeynalovun yanıq xəsarətləri almaları, habelə bu xəsarətlər onlar üçün həyati olmaqla, ölmələrinin Təqsirləndirilən şəxs əməli (hərəkət və ya hərəkətsizliyi) ilə birbaşa səbəbli-əlaqəsi olmamış, ölüm hadisəsi məhz mərhum zərərçəkmişlərin vəzifə və öhdəlikləri olmadığı halda yanğın yerinə öz təşəbbüsləri ilə gedərək, yanğını söndürməyə çalışarkən təhlükəsizlik qaydalarına əməl etməməklə, öz ehtiyatsızlıqları nəticəsində baş vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində qeyd olunmuşdur ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində isə təsbit edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsində sübutlar sadalanmış, onların aşağıdakılardan ibarət olduğu müəyyən edilmişdir. 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-nin 139.0 və 139.0.1-ci maddələri). Qeyd olunan Məcəllənin 144-cü maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Beləliklə, iş materiallarından görünür ki, ibtidai istintaq orqanı kifayət qədər sübut olmadan əsassız olaraq təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs əməlləri ilə ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olması barədə düzgün olmayan nəticəyə gəlmişdir. İbtidai istintaq bu zaman şəxsi mülahizəyə əsaslanmış, buna kifayət qədər mötəbər sübutlar olmadığı halda, ehtimallar əsasında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs əməllərinin ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olması olması qənaətinə gəlmişlər. Bundan əlavə, ibtidai istintaq orqanının özü də Təqsirləndirilən şəxs işinə laqeyd münasibəti, həmçinin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində baş vermiş yanğının digər ağır nəticələrə səbəb olmasını ittihamın əsası kimi göstərsə də, əməlin tövsifi zamanı bunu nəzərə almamış, əməlin tövsifinə münasibətdə yanlış qənaətə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsində qeyd edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. “Hoanq Fransaya qarşı” işdə Məhkəmə qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. CPM-nin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır (CPM 349.3). Məhkəmə hökmünün əsaslığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə iclasında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ilə ehtiyatsızlıqdan iki şəxsin ölməsi işdə olan mötəbər sübutlarla müəyyən olunmadığından onun əməli digər ağır nəticələrə səbəb olma, yəni dövlətin əmlakına külli miqdarda ziyan vurma kimi qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək, Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, onun əməlində işə vicdansız, laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ilə digər ağır nəticələrə səbəb olması öz təsdiqini tapsa da, ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olması xüsusatı öz təsdiqini tapmadığından, əməli Azərbaycan Respublikası CM-nın 314.3-cü maddəsindən həmin Məcəllənin 314.2-ci maddəsinə tövsif olunmalı və ona qeyd olunan maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır kateqoriyadan olan cinayət əməli törətməsini, ali təhsilli olmaqla, himayəsində xəstəlikdən əziyyət çəkən, 08 iyun 2011-ci il təvəllüdlü Röyal adında bir yetkinlik yaşına çatmayan uşağı olmasını, faydalı əməklə məşğul olmaqla, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun işinə laqeyd münasibəti, həmçinin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində baş vermiş yanğının digər ağır nəticələrə səbəb olması cinayət əməlini törətməsini, zərərçəkmiş şəxs, mülki iddiaçıya, eləcə də dövlətə dəymiş zərərin məbləğini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, ali təhsilli olmaqla, himayəsində xəstə, bir yetkinlik yaşına çatmayan uşağı olması, faydalı əməklə məşğul olmaqla, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi kimi yüngülləşdirici halların olmasını, nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş mülki iddia ərizəsi ilə bağlı qeyd edir ki, cinayət nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə mülki iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179-cu maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Qeyd olunan Məcəllənin 93.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır. Məhkəmə istintaqı zamanı cinayət prosesinin tərəflərinin ifadələri, izahat, toplanmış və tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 20 aprel 2015-ci il tarixdən RETSİ-nin X12 paylayıcı şəbəkə sahəsinə 2 ay sınaq müddəti ilə aparıcı mühəndis vəzifəsinə təyin olunmuş, illik qrafiklər üzrə hava və kabelə xətlərinin, habelə beton elektrik avadanlıqlarının əsaslı və cari baxım/təmir işlərinin aparılmasını, hava xətlərində baxış keçirilməsini, hava, kabel xətlərinin normal vəziyyətdə olmasını təmin etmək onun vəzifələrindən olmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs işinə laqeyd münasibəti, həmçinin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində 31 iyul 2020-ci il tarixdə, saat 12:00 radələrində Siyəzən rayonunun Sədan kəndindəki Qırçal adlanan ərazidə baş vermiş yanğın zamanı zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 tikinti və əmtəə üzrə zərər dəymiş, habelə bu zərər 18682 manat həcmində hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin İ və İİ hissələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan Məcəllənin 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsi ümumi qaydaları əks etdirməklə adi fəaliyyət nəticəsində vurulmuş zərərin ödənilməsində tətbiq edildiyi halda, həmin Məcəllənin 1099-cu maddəsi xüsusi norma kimi nəzərdə tutulmaqla, hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyətini müəyyənləşdirir. Bu xüsusi normada nəzərdə tutulmuş məsuliyyətin şərtləri onun Mülki Məcəllənin 1097-ci, yaxud 1099-cu maddəsi ilə birgə tətbiqindən asılıdır. Həmin maddələrin məzmunundan göründüyü kimi, Mülki Məcəllənin 1097-ci maddəsi məsuliyyətin yalnız təqsirli hərəkət nəticəsində yarandığını müəyyənləşdirdiyi halda, həmin maddənin 1099-cu maddəsi ilə birgə tətbiqi təqsirdən asılı olmayan məsuliyyəti müəyyən edir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci və 1099.2-ci maddələrinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs mülki cavabdeh "xxxx" ASC-nin aparıcı mühəndisi olaraq həmin ASC-nin tapşırığı ilə fəaliyyət göstərdiyindən, Mülki Məcəllənin 1099-cu maddəsinin mənasına görə onun hərəkət və ya hərəkətsizliyi üçün məsuliyyəti adı çəkilən ASC daşıyır və qulluq vəzifəsinin icrası zamanı onun vurduğu zərərin əvəzini məhz əməkdaşı olduğu müəssisə ödəməlidir. Eyni zamanda, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 5000 manat mənəvi ziyanın təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və mülki cavabdeh "xxxx" ASC-dən müştərək qaydada tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X15 Haqqında Konvensiya"nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mülki iddianın mənəvi zərərlə bağlı hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Sübutların tədqiqi zamanı zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və mülki cavabdeh "xxxx" ASC-nin hərəkətləri nəticəsində onun hər hansı mənəvi sarsıntı, iztirablar keçirməsi halları barədə sübut təqdim etməmiş, habelə mülki iddiada mənəvi zərərlə əlaqədar göstərilən hallar məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmədi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, mülki iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, mülki cavabdeh "xxxx" ASC-dən tikinti və əmtəə üzrə vurulmuş 18682 manat məbləğində ziyan və 30 manat dövlət rüsumunun 76%-i, yəni 22,80 manatı tutularaq zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Həmçinin, məhkəmə mülki iddianın "1000 manat müalicə xərcinin tutulması" hissəsinə münasibətdə qeyd edir ki, iddia qeyd olunan hissədə mötəbər sübut və ya sənədlərlə öz təsdiqini tapmadığından təmin edilməsi istisna edilir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin Vİİ bəndinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Siyəzən rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 avqust 2020-ci il tarixdə keçirilmiş baxış zamanı götürülmüş 2 ədəd naqil və yanğın hadisəsinin başladığı ərazidən götürülmüş yanğından sonrakı nümunələr hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 754,50 (yeddi yüz əlli dörd manat 50 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Həmçinin, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində dövlətə dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Siyəzən rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 avqust 2020-ci il tarixdə keçirilmiş baxış zamanı götürülmüş 2 ədəd naqil və yanğın hadisəsinin başladığı ərazidən götürülmüş yanğından sonrakı nümunələr hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və mülki cavabdeh "xxxx" ASC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair mülki iddiası qismən təmin edilsin. Mülki cavabdeh "xxxx" ASC-dən tikinti və əmtəə üzrə vurulmuş 18682 (on səkkiz min altı yüz səksən iki) manat məbləğində ziyan və 30 manat dövlət rüsumunun 76%-i, yəni 22,80 (iyirmi iki manat 80 qəpik) manatı tutularaq zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində dövlətə dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 754,50 (yeddi yüz əlli dörd manat 50 qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X7, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(059)-1/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-1/2022
14.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver