Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(059)-1/2023 14.02.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər-fərdi fəaliyyət göstərən vəkil X2 və Xaçmaz rayon vəkil bürosunun vəkili X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 14 fevral 2023-cü il tarixdə Siyəzən Rayon Məhkəməsinin binasında xx xxxxxx 1996-cı il tarixdə Quba rayonu, Hacıhüseynli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “X7 Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyində sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Quba rayonu, Hacıhüseynli kəndində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 15 sentyabr 2022-ci il tarixdə, saat 11:30 radələrində Bakı- Quba-Dağıstan sərhədi yolunun Siyəzən rayonunun Gil-Gilçay kəndi ərazisindən keçən 112-ci kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin İ hissəsinin tələblərini pozaraq maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində “MİTSUBİSHİ L200” minik markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobili 100 km/saat sürətlə idarə edərək, 1.1 üfüqi nişanlanma xəttini kəsib qarşı əks hərəkət zolağına çıxmamalı və hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda bunu etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİİ hissəsinin İ bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da, ala bilməyib, nəqliyyat axımının əksinə Bakı şəhəri istiqamətində hərəkət edib, qarşısında hərəkət edən nəqliyyat vasitələrini ötmək üçün əks hərəkət yoluna çıxaraq yolun sol hissəsinə dönmək üçün əks hərəkət yoluna daxil olan Zərərçəkmiş şəxs idarə etdiyi “HYUNDAİ ACCENT” minik markalı, H 027 084 dövlət qeydiyyat nişanlı avtomobillə yolun Quba rayonu istiqamətində sağ kənarından 1,80 metr məsafədə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sol körpücük sümüyünün diafizinin yerini dəyişən qapalı sınığı xəsarətini yetirərək sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 15 sentyabr 2022-ci il tarixdə, saat 11:30 radələrində işlədiyi “X7 Sanayi və Ticaret Anonim Şirkəti”nə məxsus “Mitsubishi L200” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobillə, Bakı-Quba-Dağıstan sərhədi yolunun Siyəzən rayonu, Gil- Gilçay kəndi ərazisindən keçən 112-ci kilometrliyində Bakı şəhəri istiqamətində təxminən 90-100 km/saat sürətlə hərəkətdə olarkən, qarşısında, onunla eyni istiqamətdə yük avtomobili hərəkətdə olmuş, həmin ərəfədə, qeyd olunan yerdə yolun Bakı şəhəri istiqamətində olan hərəkət zolağı təmir edildiyindən, yolun Quba rayonu istiqamətində olan hərəkət zolağı nəqliyyat vasitələrinin iki tərəfli hərəkəti üçün nəzərdə tutulmuş, nəqliyyat vasitələrinin qarşı-qarşıya hərəkət axımını ayırmaq üçün yolun ortasında uzununa ağ düz xətt çəkilsə də, həmin vaxt qarşısında olan yük avtomobilinin hərəkət sürəti az olduğundan əks hərəkət zolağına çıxaraq, qarşıda hərəkət edən həmin yük avtomobilini ötüb keçmiş, ondan biraz qarşıda hərəkətdə olan “Hyundai Accent” markalı, H 027 084 dövlət qeydiyyat nişanlı avtomobilə çatmış, bu vaxt isə “Hyundai Accent” markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobili yolun solunda olan ikinci dərəcəli hərəkət yoluna dönmək üçün istiqamətləndirdiyindən, idarə etdiyi avtomobillə “Hyundai Accent” markalı avtomobil arasında toqquşmaq baş vermişdir. Bundan sonra, avtomobilindən enib, “Hyundai Accent” markalı avtomobilin sürücüsünə yaxınlaşmış, sonuncu əvvəl səhhətində problem olmadığını bildirsə də, təxminən 10-15 dəqiqə sonra hadisə yerinə gəlmiş Siyəzən RMDMnin təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmış, özü isə səhhətində problem olmadığından xəstəxanaya getməkdən imtina etmişdir. Daha sonra, hadisə yerinə gəlmiş müstəntiq müvafiq sənədləşmə işləri aparmış, habelə sərxoşluq vəziyyəti müayinə edilməsi üçün Şabran şəhərinə getmişdir. Hazırda Zərərçəkmiş şəxs 1000 manat məbləğində maddi ziyan ödəmiş, sonuncu ilə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hadisədən öncə tanımamış, sonuncu ilə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 15 sentyabr 2022-ci il tarixdə, saat 11:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Siyəzən rayonunun Gil-Gilçay kəndi ərazisindən keçən 112-ci kilometrliyində işlədiyi “X9 Sanayi ve Ticaret Anonim Şirkəti”nə məxsus “Hyundai Accent” markalı, H 027 084 dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 60 km/saat sürətlə hərəkətdə olmuş, habelə iş yoldaşı Şahid Faiq oğlu avtomobilin qabaq sağ tərəfində əyləşmiş, həmin ərəfədə, qeyd olunan yerdə yolun Bakı şəhəri istiqamətində olan hərəkət zolağı təmir edildiyindən, yolun Quba rayonu istiqamətində olan hərəkət zolağı nəqliyyat vasitələrinin iki tərəfli hərəkəti üçün nəzərdə tutulmuş, nəqliyyat vasitələrinin qarşı-qarşıya hərəkət axımını ayırmaq üçün yolun ortasında uzununa ağ düz xətt çəkilmişdir. Həmin vaxt yolun sol hissəsində olan ikinci dərəcəli hərəkət yoluna dönərək, oradan da işlədiyi şirkətə getmək məqsədilə avtomobilin sürətini aşağı salmış, sola dönmək üçün sol nişan işığını yandırmış, sola dönməzdən əvvəl Quba rayonu istiqamətində olan hərəkət zolağına gözlə qarşıya və avtomobilin güzgüsü vasitəsi ilə arxaya baxıb, yolun boş olduğunu müəyyən edərək, yolun solunda olan ikinci dərəcəli yola aşağı sürətlə dönməyə başlamış, bu zaman həmin hərəkət zolağında ötmə əməliyyatını həyata keçirərək Bakı şəhəri istiqamətində hərəkət edən “Mitsubishi L200” markalı avtomobil sürətlə gəlib, idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Bundan sonra, hadisə yerinə təxminən 15 dəqiqə sonra gəlmiş Siyəzən RMDM-dən təcili tibbi yardım avtomobil ilə Şahidla birlikdə xəstəxanaya aparılmış, habelə orada rentgen müayinəsindən keçərkən, sol körpücük sümüyünün sınması məlum olmuşdur. Hazırda tam sağalmış, əməliyyatına və müalicəsinə təqsirləndirilən şəxsin ona ödədiyi 1000 manat məbləğindən artıq xərci çıxsa da, sonuncu ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi qalmamış və gələcəkdə də olmayacaqdır. Habelə heç bir təzyiq və təsir altında qalmadan tərtib etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsinin nəzərə alınmasını və cinayət işinin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs iş yoldaşı olsa da, Təqsirləndirilən şəxs hadisədən öncə tanımamışdır. 15 sentyabr 2022-ci il tarixdə, saat 11:30 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə Bakı-Quba-Dağıstan sərhədi yolunun Siyəzən rayonunun Gil-Gilçay kəndi ərazisindən keçən 112-ci kilometrliyində Bakı şəhəri istiqamətində təxminən 50 km/saat sürətlə hərəkət etmiş, bu zaman o, avtomobilin qabaq sağ tərəfində sərnişin kimi əyləşmiş, həmin ərəfədə, qeyd olunan yerdə yolun Bakı şəhəri istiqamətində olan hərəkət zolağı təmir edildiyindən, yolun Quba rayonu istiqamətində olan hərəkət zolağı nəqliyyat vasitələrinin iki tərəfli hərəkəti üçün nəzərdə tutulmuş, nəqliyyat vasitələrinin qarşıqarşıya hərəkət axımını ayırmaq üçün yolun ortasında uzununa ağ düz xətt çəkilmişdir. Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə yolun sol hissəsində olan ikinci dərəcəli hərəkət yoluna dönərək, oradan da işlədikləri şirkətə getmək məqsədilə əks hərəkət yoluna çıxan an həmin hərəkət zolağında ötmə əməliyyatını həyata keçirərək Bakı şəhəri istiqamətində hərəkət edən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Bundan sonra, hadisə yerinə təxminən 5-10 dəqiqə sonra gəlmiş təcili tibbi yardım avtomobil ilə xəstəxanaya aparılmış, habelə müayinə olunduqdan sonra, ev şəraitində müalicə alması məsləhət görülmüşdür. Zərərçəkmiş şəxs 14 fevral 2023-cü il tarixdə, 13 fevral 2023-cü il tarixdə reyestrdə 8İ-312 nömrə ilə qeyd edilməklə, notariat qaydasında təsdiq edilmiş ərizəylə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu tərəfindən ona dəymiş zərər tam şəkildə ödənildiyinə görə ona qarşı indi, həmçinin gələcəkdə də tələbinin olmayacağını bildirib, cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, özünü təqsirli bilməklə, zərərçəkmiş şəxslə barışdığını, sonuncuya dəymiş zərəri ödədiyini bildirmiş və onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş işin 54-55-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2022-ci il tarixli, 8/2815 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mitsubishi L200 markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Həşimov maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdılması” qadağan nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Eyni zamanda rəydən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundai Accent markalı, H 027 084 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə iclasında elan edilmiş işin 53-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertiza tədqiqatının dəyəri 128 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş işin 44-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 məhkəmə-tibb ekspertizasının 26 sentyabr 2022-ci il tarixli, 234 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol körpücük sümüyünün diafizinin yerini dəyişən qapalı sınığı aşkar olunmuşdur. Həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərildiyi şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti 15 sentyabr 2022-ci il tarixə uyğun gəlir və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvumaya aid edilir. Məhkəmə iclasında elan edilmiş işin 46-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 məhkəmə-tibb ekspertizasının 28 sentyabr 2022-ci il tarixli, 235 saylı rəyindən görünür ki, Şahid bədəni üzərində sol diz oynağının yumşaq toxumalarının hematoması halında əziyi, döş qəfəsinin və sağ dizin qapalı küt travması aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərildiyi şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti 15 sentyabr 2022-ci il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvumaya aid edilir. İş üzrə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş, ibtidai istintaq zamanı keçirilmiş hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokollarla da sübuta yetirilir. Məhkəmə iclasında elan edilmiş işin 61-ci səhifəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 oktyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 120-ci vərəqəsində olan 19 dekabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 20-21-ci səhifələrində olan AE seriyalı, 620496 saylı sürücülük vəsiqəsinin, Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 21 dekabr 2017-ci il tarixdə verilmiş AD seriyalı, 130335 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, eləcə də “X7 Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin verdiyi etibarnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 27 dekabr 2017-ci il tarixdən 27 dekabr 2027-ci il tarixədək “BC” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Həmçinin, “Mitsubishi L200” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi “X7 Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi bu avtomobili 17 avqust 2022-ci il tarixdən 17 noyabr 2022-ci il tarixədək idarə etmək üçün Təqsirləndirilən şəxs etibar etmişdir. Məhkəmə iclasında elan edilmiş işin 22-ci səhifəsində olan “X9 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin verdiyi 29 iyun 2022ci il tarixli, 546 nömrəli etibarnamənin, 25-ci səhifəsindəki AB seriyalı, 538381 saylı sürücülük vəsiqəsinin, eləcə də işin 26-cı səhifəsindəki Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 05 noyabr 2013-cü il tarixdə verilmiş AC seriyalı, 106061 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs 16 may 2013-cü il tarixdən 16 may 2023-cü il tarixədək “BC” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Həmçinin, “Hyundai Accent” markalı, H 027 084 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi “X9 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi bu avtomobili 29 iyun 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək idarə etmək üçün Zərərçəkmiş şəxs etibar etmişdir. Məhkəmə iclasında elan edilmiş işin 62-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən 26 oktyabr 2022-ci il tarixdə verilmiş 016- 139620-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Məhkəmə iclasında elan edilmiş işin 18-ci səhifəsində olan 15 sentyabr 2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 134 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı onun alkoqol qəbul etməsi aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş işin 80-ci səhifəsində olan 05 noyabr 2022-ci il tarixli maddi sübutun tanınması haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “Mitsubishi L200” markalı, ** PN *** və Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai Accent” markalı, H 027 084 dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərinə qaytarılmışdır. Məhkəmə iclasında elan edilmiş işin 88-91-ci səhifələrində olan 17 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Şahid sağlamlığa yüngül zərər vuran xəsarət alması, MİTSUBİSHİ L200 minik markalı, 90PN205 dövlət qeydiyyat nişanlı və HYUNDAİ ACCENT minik markalı, H 027 084 dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində ziyan dəyməsi faktı Təqsirləndirilən şəxs elan ediləcək ittihama daxil edilməmiş, Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığına görə barəsində cinayət işinin başlanması rədd edilmiş, habelə sonuncu “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmaya səbəb olduğuna görə barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh görülməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki Təqsirləndirilən şəxs “X7 Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyində minik avtomobili sürücüsü işləməklə, 375,42 manat əmək haqqı alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyləri, eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Bu Qanunun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Qeyd olunan Qanunun 69-cu maddəsinin Vİİ hissəsinin İ bəndinə əsasən 1.1—1.3 xətlərini kəsib keçmək qadağan olması üfiqi nişanlanma xəttinin xüsusiyyətlərindəndir. "Yol hərəkəti haqqında" 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, sonuncuya dəymiş zərəri tam şəkildə ödəməsini və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 175.2 və 175.5-ci maddələrinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs idarə etdiyi “Mitsubishi L200” markalı, ** PN *** və Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai Accent” markalı, H 027 084 dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələbləri pozulduğundan onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə göndərilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2, 321.2.1, 344-347, 356, 358 və 384-cü maddələrinə əsaslanaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “Mitsubishi L200” markalı, ** PN *** və Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai Accent” markalı, H 027 084 dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə göndərilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-1/2023
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(059)-1/2023
14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver