Məhkəmə qərarları › İş №1(059)-1/2024

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-1/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-1/2024 23.01.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər-fərdi fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1, Zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X1, Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə 23 yanvar 2024-cü il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1980-ci il tarixdə Quba rayonu, Rəngidar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, şəhərin Heydər Əliyev küçəsindəki nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 179.2.3-cü və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qida və qeyri qida məhsullarının idxalı və satışı ilə məşğul olan Zərərçəkmiş şəxs satış təmsilçisi (ekspeditoru) vəzifəsində işləyərkən, cəmiyyətlə aralarında bağlanmış 01 oktyabr 2021-ci il tarixli əmək və 09 dekabr 2021-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamaq və ziyankarlığa qarşı mübariz olmaq, müəssisənin, idarənin rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat vermək və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmaq, ona etibar edilmiş məhsulun, inventarın, görüləcək işlərin dəqiq uçotunu aparmaq, müəyyən edilmiş qaydada sənədləşməsini tərtib edib tələb olunan yerlərə təqdim etmək, ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etmək, alıcıya malın satılmasına, alıcının malların dəyərini tam və vaxtında ödəməsinə və bu səbəbdən Zərərçəkmiş şəxs MMC-yə dəyən zərərə görə şirkət qarşısında tam maddi məsuliyyət daşımaq, satılmış malların pullarını ticarət məntəqələrindən vaxtında alıb müəssisənin kassasına təhvil vermək, ticarət şəbəkələrində hər hansı bir obyektin işləməməsi və ya bağlanması barədə vaxtında xəbər tutmaq, orada olan satılmış malların pullarının alınmasını, satılmamış malların geri qaytarılmasını təmin etmək və tam maddi məsuliyyət haqqında müqavilədə qeyd olunan digər öhdəlikləri yerinə yetirmək vəzifələrinin ona həvalə edilməsinə baxmayaraq öz qulluq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə talama məqsədilə Siyəzən, Şabran və Xaçmaz (Xudat şəhəri) rayonları ərazisində fəaliyyət göstərən ticarət obyektlərinə satılması üçün 01 oktyabr 2021-ci il tarixdən 04 noyabr 2022-ci il tarixədək olan müddət ərzində onun sifarişi ilə cəmiyyətin ünvan 2 ünvanında yerləşən hazır məhsul anbarından rəsmi sənəd olan satış fakturaları əsasında müxtəlif ad, çeşid və miqdarda hazır məhsulu şirkətin sürücüsü vasitəsilə satış ərazisində yerləşən və cəmiyyətlə ticarət münasibətlərində olan ticarət obyektlərinə satmaqla, əldə olunmuş pulun Siyəzən rayon ərazisində şirkətin sürücüsünə ödəyərək hissə-hissə cəmiyyətin xəzinəsinə nağd şəkildə pulu mədaxil edib, qeyd olunan ticarət obyektlərinə satışdan əldə etdiyi Zərərçəkmiş şəxs MMC tərəfindən təqdim olunmuş 27 ədəd satış təmsilçilərinin təhvil-təslim aktları ilə təsdiq olunan 22711,87 manat (iyirmi iki min yeddi yüz on bir manat səksən yeddi qəpik) məbləğində pul vəsaitini cəmiyyətin xəzinəsinə təhvil verməyərək, özünün şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edib cəmiyyətə məxsus qeyd olunan xeyli miqdarda əmlakı mənimsəməklə talamışdır. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 179.2.3-cü və 179.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 20 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin sabiq satış müdiri, mərhum Sadıx müəllim onunla telefon vasitəsi ilə əlaqə saxlayıb, 01 oktyabr 2022-ci il tarixdə MMC-yə işə gəlməsini bildirmişdir. Qeyd olunan tarixdə Zərərçəkmiş şəxs MMC-nin Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən ofisinə getmiş, orada onunla şirkət arasında əmək və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmış, habelə staj müddəti keçmədən, satış təmsilçisi kimi işə başlamışdır. 2021-ci ilin oktyabr ayından 2022-ci il sentyabr ayına kimi iş fəaliyyəti MMC-yə məxsus qida və qeyri qida məhsullarının Siyəzən, Şabran və Xaçmaz (Xudat şəhəri) rayonları ərazisində fəaliyyət göstərən ticarət obyektlərinə satışını həyata keçirmək olmuşdur. Belə ki, ticarət obyektlərindən sifariş qəbul etmiş və bundan sonra, sifariş olunmuş məhsullar MMC-nin sürücüləri vasitəsi ilə həmin obyektlərə çatdırılmış, məhsulların pulunu isə obyektlərdən özü alıb, həmin sürücülər və ya taksi sürücüləri vasitəsi ilə Sadıx müəllimə göndərmiş, sonuncu isə öz növbəsində MMC-yə ödəmişdir. Eyni zamanda, MMC-ilə müqavilə əsasında işləyən ticarət obyektlərinin sahibləri məhsulların pulunu bank vasitəsi ilə ödəsələr də, müqaviləsiz işləyən ticarət obyektlərinin sahibləri pulları ona ödəmişlər. Bundan başqa, 2021-ci il dekabr ayında atasının başında şiş olduğundan, Sadıx müəllim ilə əlaqə saxlayıb, sonuncudan sonradan əmək haqqından hissə-hissə, yəni, 300-500 manat tutulmaqla, ona rəsmi köməklik etməsini istəsə də, sonuncu MMC-nin büdcəsinin buna imkan vermədiyini, lakin, MMC-yə çatası olan məhsulların pulundan götürüb, hissə-hissə həmin pulu yerinə qoya biləcəyini bildirmişdir. Buna görə də, 9500 manat məbləğində pulu Zərərçəkmiş şəxs MMC-yə çatmalı olan məhsulların pulundan götürmüş, habelə 2022-ci ilin iyun ayında Sadıx müəllim vəfat etdiyindən, MMC onunla olan müqaviləni həmin ilin sentyabr ayında ləğv etməklə, onu işdən çıxartmışdır. Bundan əlavə, Quba rayonunun, Xaltan kənd sakini Elvin adlı şəxsə MMC-yə məxsus məhsulları, habelə həmin məhsulların müvəqqəti əvəzinə Xaçmaz rayonu ərazisində yerləşən “Evro Marketdən” 10800 manat məbləğində şəkər tozu satsa da, bundan təxminən bir həftə sonra işdən çıxarıldığından marketin sahibi işdən çıxmasını əsas gətirərək, MMC-yə məxsus məhsulların pulunu verməmişdir. Eyni zamanda, Elvin adlı şəxsdən də pulu tam olaraq ala bilməmiş, aldığı 4500 manat məbləği isə MMC-yə ödəmişdir. Bundan başqa, MMC-yə məxsus məhsulları satdığı ticarət obyektlərindən fəaliyyətini dayandıran olmuş, məhz fəaliyyətini dayandıran obyekt sahibi MMC-nin nümayəndəsi ilə telefon və whatsapp mesajlaşma vasitəsi ilə əlaqə saxlayaraq, məhsula görə ödənilməli olan pul məbləğinin kart hesabına göndərilməsi razılığına gəlmişlər. Həmçinin, MMC-yə məxsus məhsulları satdığı ticarət obyektindən MMC-nin təmsilçisi tərəfindən məhsulun pulunu alan olsa da, həmin məbləğlər hesablanmamaqla, ittihamda qeyd edilmişdir. Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçının nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X3 məhkəmə baxış iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs sonuncu Zərərçəkmiş şəxs MMC-də işə başladıqdan sonra, yəni işə başladığı 01 oktyabr 2021-ci il tarixdən tanımış, ona qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. Ona şirkət tərəfindən təqdim olunan sənədlərə əsasən Təqsirləndirilən şəxs işlədiyi müddətdə şirkətə 43712,87 manat məbləğində maddi zərər vurması müəyyən olunsa da, ibtidai istintaq zamanı sonuncunun 22711,87 manat məbləğində zərər vurması qeyd edilmişdir. Halbuki, 43712,87 manat məbləğində maddi zərər ödətdirilməlidir. Eyni zamanda, bu məsələdə Təqsirləndirilən şəxslə əlbir olduğundan şübhələndiyi iki nəfər “Ford” markalı avtomaşının sürücüsü ilə də danışmış, habelə onlar gah malın verilmədiyini, gah da verildiyini deyərək, məsələni yubatmışlar. Hazırda, malın verilib-verilməməsi, onlarda olub-olmaması da şübhəlidir. MMC olaraq əmindirlər ki, həmin iki nəfər sürücüyə münasibətdə də Təqsirləndirilən şəxs iştirakı olmuşdur. Ona görə də dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilməlidir. Malın satılması, pullarının ödənilməsi maddi məsul şəxs olaraq Təqsirləndirilən şəxs məsuliyyətində olmuşdur. Bundan əlavə, pulun istər mənimsənilmə, istərsə də israf etmə cinayət tərkibi yaradır. Bu mənada, qalan zərər məbləği də nəzərə alınmalı idi. Odur ki, MMC-yə dəymiş zərərin tam şəkildə ödənilməsini tələb edirlər. Eyni zamanda, iddiaçı tərəf məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə mülki iddia tələbinin təmin olunması vacibdir. Belə ki, Zərərçəkmiş şəxs MMC gündəlik tələbat mallarını xaricdən Azərbaycan Respublikasına idxal edərək satışını həyata keçirir. Şirkətin idxal etdiyi məhsullar satış təmsilçiləri vasitəsilə ticarət obyektlərinə həm nağd, həm də nisyə şəkildə satılır. Cavabdeh Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək, onun satış təmsilçisi vəzifəsinə qəbul edilməsini xahiş etmiş, bundan sonra onunla bağlanmış əmək müqaviləsinə əsasən o, Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsinə qəbul edilmişdir. İddiaçı ilə cavabdeh arasında tam maddi məsuliyyət müqaviləsi bağlanmış və cavabdeh malların satılmasına və onların dəyərinin tam və vaxtında alınaraq şirkətə ödənilməsinə tam maddi məsul şəxs olmuşdur. Sonradan, Təqsirləndirilən şəxs fəaliyyətində müəyyən şübhəli məqamlar olduğu üçün onun fəaliyyətinin yoxlanması məqsədilə müstəqil auditor cəlb edilmişdir. 23 noyabr 2022-ci il tarixli müstəqil auditor hesabatına əsasən Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-yə vurulmuş zərərin miqdarının, çatışmazlığın 43712,87 manat olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə vurduğu zərərdən 4500 manat ödəniş etmişdir. Qanunvericiliyin tələblərinə əsasən ziyanın əsas məbləği ilə birlikdə müstəqil auditora, həmçinin həm Siyəzən rayon prokurorluğunda, həm də məhkəmədə təmsilçilik üçün vəkilə ödənilən xidmət haqqı, ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İddia tələbi qanunvericiliyinin tələbləri baxımından tamamilə qanuni və əsaslıdır. Odur ki, mülki iddia təmin edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Bundan sonra, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddia tələbini qəbul etməyərək, məhkəməyə ünvanladığı etirazında göstərmişdir ki, onun “AZRİB" MMC-yə həmin məbləğdə borcu yoxdur. Dəymiş real zərər kimi qeyd olunan 39212,87 manat məbləği istintaq zamanı da öz təsdiqini tapmamışdır. Çəkilmiş xərclər isə tənasübsüzdür. Ona görə də, hazırki iş üzrə cəmi 41512,87 manat məbləğində pulun və 214,54 manat dövlət rüsumunun ondan alınaraq Zərərçəkmiş şəxsnə ödənilməsi barədə iddia tələbi əsassızdır. Odur ki, mülki iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs sonuncu Zərərçəkmiş şəxs MMC-də işə başladıqdan sonra, yəni işə başladığı 01 oktyabr 2021-ci il tarixdən tanımış, ona qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi, yəni ekspeditor vəzifəsində işləmişdir. Orada Təqsirləndirilən şəxs vəzifə öhdəlikləri qida və qeyri qida məhsullarını anbardan təhvil almaq, onların satışını etmək, həmçinin satdığı məhsulların dəyərini alıcılardan toplayıb MMC-nin xəzinəsinə təhvil vermək olmuş, lakin Təqsirləndirilən şəxs 22711,87 manat pulu mənimsəyərək, şirkətin xəzinəsinə köçürməmişdir. Marketlərin təhvil-təslimi zamanı, məhsulların dəyərindən ümumilikdə 43712,87 manat məbləğində əskik gəlməsi aşkar edilsə də, yalnız iki müştərinin, habelə “Ford” markalı avtomaşının sürücülərinin qalıq borcu təsdiq etməməsi nəticəsində zərər məbləği ibtidai istintaq zamanı 22711,87 manat həcmində təsdiqlənmişdir. Məhkəmə iclasında Şahid9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs işə düzəldikdən sonra, yəni 01 oktyabr 2021-ci il tarixdən sonra tanımış, aralarında ədavət və düşmənçilik olmamış, həmçinin sonuncu onların şöbəsində işləmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi, yəni ekspeditor vəzifəsində işləymişdir. Orada Təqsirləndirilən şəxs vəzifə öhdəlikləri qida və qeyri qida məhsullarını anbardan təhvil almaq, onların satışını etmək, həmçinin satdığı məhsulların dəyərini alıcılardan toplayıb MMC-nin xəzinəsinə təhvil vermək olmuşdur. Təqsirləndirilən şəxs tabeliyində olan işçi kimi, hadisə baş verənə qədər onları yüksək səviyyədə qane etməsə də, müəyyən işlərdə bacarıq göstərmişdir. Son dövrlərdə baş verənlərlə bağlı yoxlama göndərərək yeyintiləri aşkar etmişlər. Onun tabeçiliyində bölgə müdirləri, onların tabeçiliyində satış təmsilçiləri var, onlar gündəlik ödəniş proseslərinin hesabatını təmsilçilərdən alıb ona verir, o, da hesabatları rəhbərliyə təqdim edir. Təqsirləndirilən şəxs soyuq satış həyata keçirmiş, yəni o, müştərini ziyarət edib, sifarişi götürmüş, sifarış terminalla şirkətin operatorları tərəfindən çap olunmuş, mallar anbardan maşına yüklənib, müştəriyə çatdırılmış, daha sonra isə, təmsilçi nisyə satılan malın pulun alaraq kassaya təhvil vermişdir. Bundan sonra, kassadan pul şirkətin hesabına köçürülməklə, həmin məbləğ təmsilçinin balansından azaldılmışdır. Mallar nisyə satılsa da, 30-45 günə ödəniş olunmalıdır. Təqsirləndirilən şəxs malın pulunu həm sürücülər vasitəsi ilə şirkətə göndərmiş, həm də özü gətirib vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs MMC tərəfindən Təqsirləndirilən şəxs Siyəzən, Şabran, Xaçmaz (Xudat şəhərinə) rayonlarına təhkim olunmuş, həmçinin göstərilən ərazilərdə yerləşən ticarət obyektlərinə cavabdehlik daşımışdır. Şirkətdə satılan mallar qədər daxil olmalar olur. Gedən malın dönüşündə problemlər yarandığına görə Təqsirləndirilən şəxs fəaliyyəti ilə əlaqədar yoxlama aparılmış və bu zaman fərqlər, uyğunsuzluq aşkarlanmışdır. Təqsirləndirilən şəxs MMC-yə ümumilikdə 43712,87 manat məbləğində zərər vurmuşdur. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də təhvil-təslim zamanı tanımış, habelə ona qarşı düşmənçilik və ədavəti olmamışdır. 2022-ci ilin noyabr ayının 1-dən AZRİB” MMC-də satış təmsilçisi işləyir. İşlədiyi MMC qida və qeyri qida məhsullarının idxalı və satışı ilə məşğul olur. İşə başladığı tarixdə təhkim olunduğu ərazi üzrə Zərərçəkmiş şəxs MMC-nin sabiq satış təmsilçisi Təqsirləndirilən şəxs ilə təhvil-təslim edərkən məlum olmuşdur ki, sonuncu qida və qeyri qida məhsullarını anbardan təhvil alaraq, onların satışını etmiş, lakin satdığı məhsulların dəyərini alıcılardan toplayıb MMC-nin xəzinəsinə təhvil verməmiş, habelə 22711,87 manat pulu mənimsəyərək, şirkətin xəzinəsinə köçürməmişdir. Bundan başqa, Natiq Nurəliyəv səyyar satıcılara 21001 manatlıq mal vermişdir. Həmçinin, təhvil aldığı marketlərdə təxminən 15000 manatlıq mal qalmışdır. Beləliklə, 04 noyabr 2022-ci il tarixində Təqsirləndirilən şəxs maddi məsuliyyətində ümumilikdə 43712,87 manat məbləğində əskik gəlməsi aşkar edilmişdir. Məhkəmə iclasında Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs sonuncu işə düzəldikdən sonra tanımış, aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi, yəni ekspeditor vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs MMC-də işlədiyi müddətdə ona Siyəzən, Şabran, Xaçmaz rayonlarının və Xudat şəhərinin ərazisində yerləşən ticarət obyektləri təhkim olunmuşdur. Orada, Təqsirləndirilən şəxs vəzifə öhdəlikləri müştərilərdən sifarişləri götürüb, texniki vasitələrdən istifadə edərək şirkətə sifarişlərin hansı ünvanlara çatdırılması ilə bağlı məlumat vermək, habelə satdığı məhsulların dəyərini alıcılardan toplayıb MMC-nin xəzinəsinə təhvil vermək olmuşdur. Belə ki, MMC-də satış nəticələrinə dair aylıq, rüblük və illik olmaqla təhlillər aparılmışdır. Habelə, həmin təhlillər zamanı pul mədaxillərinin zəiflədiyi, yəni malların satışa verilməsinə baxmayaraq, pullarının geri qayıtmadığı aşkar olunmuşdur. Bundan sonra, onlarda şübhə yarandığından Təqsirləndirilən şəxs ərazisinin borc qalıqlarının yoxlanılması üçün ora daxili auditor cəlb edilmişdir. Daha sonra, 04 noyabr 2022-ci il tarixə Təqsirləndirilən şəxs işlədiyi müddətdə 43712,87 manat satış pulunu MMC-nin xəzinəsinə mədaxil etməyərək, mənimsədiyi aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Elşən və İslam adlı şəxslərə mal verməsi ilə bağlı qeyd edir ki, adları çəkilən hər iki şəxs MMC-nin müştəri təyinatına uyğun gəlməməklə, konkret satış obyektləri olmayan bu tip müştərilərə nisyə mal vermək daxili qaydalara da, ziddir. Hətta, Təqsirləndirilən şəxs MMC-dən işdən çıxdıqdan sonra, Elşən və İslam adlı şəxslərə tərəflərindən zəng olunarkən, sonuncular onları tanımadıqlarını bildirib, onlara ödəniş etməkdən imtina etməklə yanaşı, ödənişi Təqsirləndirilən şəxs edəcəklərinə dair dəqiq bir söz deməmişlər. Həmçinin, müştərilərin etibarlılığı məsələsini şirkətin satış təmsilçisi müəyyənləşdirdiyindən, səyyar satıcılar Şahid1 və Şahid2 hazırda pullarını tələb etməkdə çətinlik çəkirlər. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qarşı hər hansı bir formada düşmənçilik və ədavəti yoxdur, habelə onu, sonuncunun işə başladığı vaxtdan 1-2 ilə yaxın olar tanımışdır. O, Azərbaycan Respublikasının Şimal bölgəsi üzrə qeyri-rəsmi səyyar satıcı kimi fəaliyyət göstərməklə, yanaşı fəaliyyəti müxtəlif şirkətlərdən qida və qeyri-qida məhsullarını rəsmi və ya qeyri-rəsmi qaydada alıb, Şimal zonasında yerləşən xırda ticarət obyektlərinə satmaqdır. Belə ki, o, malları şirkətlərdən nisyə şəkildə qəbul edib, mağazalara nağd, yaxud nisyə qaydada vermiş, habelə malların çatdırılması üçün əvvəl icarəyə götürdüyü, daha sonra sahibliyinə keçmiş “Ford Tranzit” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə etmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin ekspeditoru kimi tanımışdır. Bundan başqa, şirkətdən həmin malları qaimə faktura əsasında qəbul edib, imzalamışdır. Tanıdığı müddətdə həmin şirkətdən qida və qeyri-qida məhsullarını Təqsirləndirilən şəxs alıb, hər ayın sonunda əldə etdiyi gəliri sonuncuya ödəmişdir. Sonradan Zərərçəkmiş şəxs MMC onlara 10001 manat qalıq borcu olduğu üçün ona məhsul verməkdən imtina etmişdir. Sonuncu dəfə təxminən 2022-ci ilin sentyabr ayında həmin şirkətdən mal qəbul edib, ondan sonra da şirkətlə olan iş fəaliyyətini dayandırmışdır. Yaranmış 10001 manat borcun alınması üçün təxminən 3-4 ay müddətində ona müraciət edən olmamış, habelə Təqsirləndirilən şəxs həmin borcdan 1000 manat endirim vəd etmiş, hər hansı bir məbləğdə faiz də hesablanmamışdır. Bundan əlavə, ona 10% güzəşt vəd edilsə də, Təqsirləndirilən şəxs bunu şirkətin razılığı olduğu halda tətbiq edə biləcəyini qeyd etmişdir. Hesablarına görə hazırda Zərərçəkmiş şəxs MMC-yə 3500-4000 manat məbləğində borcu vardır. Bundan başqa, 2022-ci ilin sonlarında şirkətin direktoru kimi özünü təqdim edən şəxs ona zəng edərək şirkətə olan borcunu dərhal ödəməsini tələb etmiş, habelə qarşı tərəfin kobud rəftarına və nalayiq ifadələrinə cavab olaraq onu tanımadığını, borcunu isə Təqsirləndirilən şəxs ödəyəcəyini bildirmişdir. Lakin, o vaxtdan bəri nə şirkətə, nə də Natiqə pul ödəməmiş, qarşı tərəfdən də ondan pul tələb olunmamışdır. Həmçinin, şirkətlə iş fəaliyyətini dayandırdıqdan sonra istismara yararsız olan və vaxtı keçmiş təxminən 2800 manat civarında malların olmasını Natiqə bildirdikdə, sonuncu şirkətin sürücüsünün malları gəlib götürəcəyini qeyd etsə də, mallar götürülmədiyindən həmin malları məhv etmişdir. Şirkət ona verilən malların 10% endirimlə hesablanacağını bildirsə də, güzəşt sözünə əməl olunmamış və onun öhdəliyində 10001 manat pul borcu qalmışdır. Məhkəmə iclasında Şahid3 Məmmədkərim oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qarşı hər hansı bir formada düşmənçilik və ədavəti yoxdur, habelə onu, işlədiyi müddətdə tanımışdır. O, 2019-cu ildə Zərərçəkmiş şəxs MMC-də fəhlə kimi işə başlasa da, 2020-ci ildən sürücü vəzifəsinə keçirilmişdir. Sürücü kimi vəzifəsi ona təhkim olunmuş ərazi üzrə satış təmsilçilərinin sifarişləri ilə tərtib olunmuş qaimə-faktura əsasında şirkətin anbardarı tərəfindən verilmiş malların sifarişçilərə çatdırılmasından ibarətdir. Həmin malları satış nöqtəsinə çatdıran kimi şirkət tərəfindən ona verilmiş qaiməfakturalar sifarişçi tərəfindən imzalanır. Həmçinin, aradabir, ayda bir dəfə malları sifarişçilərə çatdırdığı gün bəzi satış təmsilçiləri şirkətin xəzinəsinə çatdırılası məvacibi ona vermiş, o, da həmin məvacibi şirkətə qayıdan kimi şirkətin xəzinəsinə təqdim etmişdir. Təqsirləndirilən şəxs, sonuncunun işlədiyi dövrdə Siyəzən, Şabran, Xaçmaz və Xudat inzibati ərazi vahidləri üzrə təhkim olunmuş satış təmsilçisi kimi tanımışdır. Bundan əlavə, o, Natiqin sifarişi əsasında həmin ərazilərdə yerləşən marketlərə şirkətin mallarını çatdırmışdır. Belə ki, Təqsirləndirilən şəxs sifarişi ilə Siyəzən rayonunda yerləşən səyyar satıcı kimi tanınan Zaur adlı şəxsə dəfələrlə mal gətirib, sonuncuya malları təhvil alan kimi verilmiş qaimə fakturaları imzalatdırmışdır. Həmçinin, Şabran rayonunda yerləşən Elşən adlı səyyar satıcı işləyən şəxsə də dəfələrlə malları təhvil verəndən sonra eyni qaydada imzalatdırmışdır. Hətta, Zaur adlı səyyar satıcıya çatası malları Təqsirləndirilən şəxs özü qəbul edərək qaimə fakturada təhvil alması ilə bağlı imza çəkdiyi hallar da olmuşdur. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qarşı hər hansı bir formada düşmənçilik və ədavəti yoxdur, habelə onu, işlədiyi müddətdə tanımışdır. Hazırda "xxxx" MMC-də işləsə də, hadisə baş verən vaxt Zərərçəkmiş şəxs MMC-də bölgə müdiri vəzifəsində işləmişdir. Belə ki, bu MMC-də 2021-ci ilin sentyabr ayından satış təmsilçisi kimi işə başlamış, həmin ilin dekabr ayından 2023-cü ilin fevral ayınadək orada Bakı şəhərinin bir qismi, Quba və Qusar rayonlarının əraziləri də daxil olmaqla, bu ərazilər üzrə bölgə müdiri vəzifəsində işləmişdir. Bölgə müdiri kimi vəzifə öhdəliyi satış təmsilçilərinin satışının fəaliyyətinə və satışlar üzrə ödənişlərinə nəzarət etməkdən ibarət olmuşdur. MMC-nin işi isə qida və qeyri-qida məhsullarının idxalı və satışından ibarətdir. O, MMC-də işə başlamazdan öncə də, Təqsirləndirilən şəxs orada ekspeditor, yəni satış təmsilçisi kimi onların tabeliliklərində olan bölgə üzrə işləmişdir. Təqsirləndirilən şəxs vəzifə öhdəliyi Siyəzən, Şabran, Xudat və Xaçmaz əraziləri üzrə sifarişləri almaqdan və təhvil verməkdən ibarət olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs müştərilərdən aldığı sifarişləri elektron sistem ilə Bakı ofisinə verdiyi məlumat əsasında fakturalar hazırlanaraq məhsullar MMC-nin yük maşınlarına yüklənməklə, rayonlara göndərilmiş və paylanılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs müştərilərdən ödənişləri toplayaraq ayda 1-2 dəfə xəzinəyə təhvil verməli olmuşdur. Bakı ofisində iclas olan vaxt sonuncu toplanan ödənişləri şəxsən özü xəzinəyə təqdim etmişdir. Sözügedən ərazi 2022-ci ilin yanvar ayında ona təhkim edildikdən sonra, yəni fevral-mart aylarında bu ərazini Ramil adlı iş yoldaşı ilə yoxlanışa gəlmişlər. Müştəriləri bir-bir yoxladıqdan sonra, məbləğləri də üzləşdirmiş və hər şeyin qaydasında olduğunu görmüşlər. Bakı şəhəri ərazisində də, 5 nəfər satış təmsilçisinin yoxlanışları olduğu üçün fiziki cəhətdən imkanı olmadığına görə Təqsirləndirilən şəxs hər ay yoxlanışa gəlməmişdir. Bununla belə bir aydan bir aparılan yoxlanışlar zamanı hər şeyin qaydasında olması müşahidə edilmişdir. 2022-ci ilin avqust ayında isə Təqsirləndirilən şəxs satışlarına nəzər saldığı vaxt sonuncuda yüksək miqdarda qalıqların olmasını müşahidə etmiş, MMC-də satış müdiri vəzifəsində işləyən Şahid9 məlumat vermiş və bu ərazini yoxlamaq zərurətinin olmasını bildirmişdir. Bununla əlaqədar, audit cəlb edilmiş və təhvil-təslim aktlarının yoxlanışı zamanı 43712,87 manat məbləğində çatışmazlıq olduğu müəyyən edilmişdir. Bu məbləğdən, 10001 manatının səyyar satıcı olan Şahid1,11000 manatının isə Zaur Əliyevdə olması dəqiqləşdirilmişdir. Belə ki, Şahid1 ilə görüşən vaxt sonuncu borcunun olmasını etiraf etmiş, habelə hər ay 1000, 1500, 2000 manat olmaqla, ödənişlər edəcəyinə dair söz vermişdir. Digər səyyar satıcı olan Zaur Əliyev ilə görüşməmiş, habelə sonuncunu görməmişdir. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qarşı hər hansı bir formada düşmənçilik və ədavəti yoxdur, habelə onu auditor araşdırması vaxtı auditor qismində cəlb edildiyi vaxt tanımış, həmin vaxta qədər sonuncu ilə tanışlığı olmamışdır. O, 2017-ci ildən Audorlar Palatasının üzvü kimi işləyir. Zərərçəkmiş şəxs MMC ilə satış təmsilçisi Təqsirləndirilən şəxs arasında olan öhdəliklərin icra vəziyyəti, eləcə də aralarında yaranmış hesablaşmanının nəticəsinə dair audit rəyinin verilməsi barədə Palata ilə Zərərçəkmiş şəxs MMC arasında 15 noyabr 2022-ci il tarixdə müqavilə bağlanmışdır. Bu barədə Auditorlar Palatasında 15 noyabr 2022-ci il tarixdə M17871 nömrəli qeydiyyat aparılmışdır. Araşdırma zamanı MMC tərəfindən Təqsirləndirilən şəxs əmək müqaviləsi, sonuncunun tam maddi məsuliyyət haqqında müqaviləsi və satış təmsilçisinin vəzifə təlimatları, həmçinin 03 noyabr 2022-ci il tarixli 21 ədəd, 04 noyabr 2022-ci il tarixli isə 10 ədəd satış təmsilçilərinin təhvil-təslim aktı auditə təqdim edilmişdir. Qeyd edilən təhviltəslim aktları MMC-nin təftiş şöbəsinin mütəxəssisi Şahid6, satış təmsilçisi vəzifəsində çalışan Təqsirləndirilən şəxs, satış təmsilçisi vəzifəsində çalışan, təhvil alan Şahid4, eləcə də hər bir satış nöqtəsi üzrə müştərilərin iştirakları ilə tərtib edilmiş, həmçinin sonuncular bu aktı imzaları ilə təsdiqləmişlər. MMC tərəfindən təqdim edilmiş maliyyə arayışında isə şirkətdə sona qalıq məbləğinin 32496,28 manat müştərilərdə sona qalıq məbləğinin 9784,41 manat, yaranmış fərqin isə 22711,87 manat olması qeyd edilmişdir. Qeyd edilən sənədlərin hər biri audit sübutu hesab edilir ki, bu da auditor yoxlamasının başlanmasına kifayət edir. 22 noyabr 2022-ci il tarixdə audit araşdırması zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunlarına müvafiq qaydada verdiyi izahatında yaranan 22711,87 manat fərqdən əlavə, X9 10001 manat məbləğində, X2 isə 11000 manat məbləğində məhsul verdiyini qeyd etmiş və izahatını imzası ilə təsdiqləmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs fəaliyyəti nəticəsində 43712,87 manat məbləğində çatışmazlığın yaranması, 36 müştəri üzrə ən kiçik borc məbləğinin 3,41 manat, ən yüksək borc məbləğinin isə 11000 manat olması göstərilən maliyyə arayışı da, MMC tərəfindən təqdim edilmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs Siyəzən rayon sakini kimi tanıyır. O, Azərbaycan Respublikasının Şimal bölgəsi üzrə qeyri-rəsmi səyyar satıcı kimi fəaliyyət göstərmiş, habelə Zərərçəkmiş şəxs MMC-nin işçisi olmamışdır. Bu mənada, o, öz avtomobili ilə Təqsirləndirilən şəxs aldığı qida və qeyri-qida məhsullarının, o cümlədən qabardıcı, yuyucu tozların, şirələrin satışını həyata keçirmişdir. Bundan başqa, o, sonuncu dəfə, 2022-ci ilin avqust ayında Təqsirləndirilən şəxs qabardıcı toz və şirələr almışdır. Həmçinin, o, aldığı məhsulların ödənişi dəfələrlə həyata keçirmiş, Natiqə bəzən 1000 manat, 1500 manat pul vermişdir. Sonradan Zaur adlı şəriki, eləcə də o, nisyə verilən mallara görə ödənişləri ala bilmədiyi üçün, habelə yaranmış bu problemlər onun bu işdən kənarlaşmasına səbəb olmuşdur. Ona borclu olan şəxslərin sayı çox olduğuna, həmçinin fikirləşmədiyinə görə pulların alınması üçün məhkəməyə müraciət etməmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs MMC onlara 11000 manat qalıq borcu olduğu üçün ona məhsul verməkdən imtina etmişdir. Həmçinin, şirkətlə iş fəaliyyətini dayandırdıqdan sonra istismara yararsız olan və vaxtı keçmiş təxminən 2700 manat dəyərində malların olmasını Natiqə bildirsə də, sonuncu şirkətin sürücüsünün malları gəlib götürəcəyini qeyd etmiş, lakin malları götürən olmadığından o, xarab olmuş həmin malları zibilliyə atmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs MMC-nin direktoru kimi özünü təqdim edən şəxs ona zəng vursa da, o, malların Natiq tərəfindən ona verildiyini bildirib, pulları da Natiqə verəcəyini qeyd etmişdir. Borc, borcdur, onu ödəməkdən boyun qaçırmır. Həmçinin, şirkət ona verilən malların 10% endirimlə hesablanacağını bildirsə də, güzəşt vədinə əməl olunmamışdır. Əlavə olaraq, 2022-ci ilin son aylarında o, Natiqə zəng edərək borcunun bir qismini, yəni 2500 manat ödəmək istəməsini bildirmiş, Natiq isə özünün şirkətdən uzaqlaşdırıldığını və pulları qəbul etmək səlahiyyətində olmadığını bildirmişdir. Ondan sonra o, şirkətlə əlaqə saxlamamış və qarşı tərəfdən də onunla əlaqə saxlayan olmamışdır. Bundan əlavə, auditor rəyinə əsasən onun şirkətə olan borcu 11000 manat məbləğində hesablanmışdır. Halbuki, şirkətin istismara yararsız 2700 manat dəyərində malları və verilən 10% güzəşti nəzərə alınsa, üzərində 7200 manat şirkətə ödəniləsi məbləğ qalmış və həmin pulu razılıq əsasında hissə-hissə ödəməyə hazırdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 10-15-ci səhifələrində olan 23 noyabr 2022-ci il tarixli, EEpciJUdfj nömrəli müstəqil auditor hesabatından, eləcə də arayışdan görünür ki, təqdim edilmiş sənədlərə əsasən "xxxx" MMC-də satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərin miqdarının, çatışmazlığın 43712,87 manat məbləğində olması ehtimal edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 93-95-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2023-cü il tarixli, 9/9393 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissələrində göstərilənlərə əsasən iş materiallarında olan sənədlərin düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alındığı təqdirdə, həmin təhvil təslim aktlarına və 23 noyabr 2022-ci il tarixli müstəqil auditor hesabına əsasən sabiq satış nümayəndəsi Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 43712,87 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 92-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməmühasibat ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 160-162-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 aprel 2023-cü il tarixli, 9/2305 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi ekspertiza təyini haqqında 30 mart 2023-cü il tarixli qərarın təsviri əsaslandırıcı hissəsində göstərilənlərin, eləcə də Şahid1 və Şahid2 ifadələrinin düzgünlüyü istintaq tərəfindən nəzərə alındığı təqdirdə Təqsirləndirilən şəxs hesabı üzrə yaranmış çatışmazlıq 22711,87 manat (43712,87-10001-11000) məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 159-cu səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməmühasibat ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 272-286-cı vərəqələrində olan 11 may 2023-cü il tarixli cinayət işi üzrə sübutlara qiymət verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə elan olmuş ittiham dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda, Şahid1 "xxxx" MMC tərəfindən qaimə faktura əsasında satış üçün verilmiş (23 noyabr 2022-ci il tarixli müstəqil auditorun hesabatının auditor rəyindəki cədvəlin 36-cı sırasında AL 53.127 Elşən Şabran müştəri kodu yanında göstərilən) qalıq 10001 manat, həmçinin Şahid2 verilmiş (həmin cədvəlin 35-ci sırasında AL 53.112 Zaur Yenikənd müştəri kodu yanında göstərilən) qalıq 11000 manat məbləğində məhsullarla bağlı xüsusatlar əlavə məhkəmə ekspertizasının rəyi və cinayət işinin materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığından X4 Azərbaycan Respublikası CM-nin 179-cu maddəsi ilə əlavə ittiham verilməsindən imtina edilmiş, həmçinin Şahid1 və Şahid2 əməllərində Azərbaycan Respublikası CM-nin 179-cu maddəsinin tərkib əlamətləri olmadığından onların barəsində cinayət işi başlanması rədd edilmiş, həmçinin Şahid1la və Şahid2la bağlı xüsusatlar üzrə "xxxx" MMC-nin mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması MMC-nin nümayəndəsinə izah edilmiş, eləcə də bu MMC tərəfindən təsdiq olunmuş 27 ədəd satış təmsilçilərinin təhvil-təslim aktlarının əsilləri maddi sübut kimi tanınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 84-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19 yanvar 2023-cü il tarixli tələbnaməsindən, 264-271-ci səhifələrindəki Siyəzən Rayon Məhkəməsinin 09 iyul 2007-ci il tarixli, 1-45/2007 saylı hökmünün, işin İİ cildinə materiallara əlavə edilmiş Siyəzən rayon Məhkəmə İcraçıları Qrupunun 20 aprel 2009-cu il tarixli, 509 nömrəli məktubunun, eləcə də Siyəzən rayon Məhkəmə İcraçıları Qrupunun 02 aprel 2009-cu il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarının surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 09 iyul 2007-ci il tarixli hökmü ilə təyin edilmiş şərti maliyyə vahidinin 3500 misli miqdarında, yəni 3850 manat məbləğində cərimə cəzasına məhkum olunmuş və sonradan bu məhkəmənin 07 avqust 2008-ci il tarixli qərarına əsasən cəzası aylıq qazancının 10 %-i dövlət nəfinə tutulmaqla, 1 il müddətinə islah işləri cəzası ilə əvəz olunmuş Təqsirləndirilən şəxs "Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 17 mart 2009cu il tarixli Qərarının 1.5-ci bəndinə əsasən 02 aprel 2009-cu il tarixdə cəzadan azad olunmuşdur. Beləliklə, hazırkı cinayət əməlinin törədildiyi vaxt Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 174-175-ci vərəqələrində olan 26 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhə edilən şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 236-237-ci vərəqələrində olan 28 aprel 2023-cü il tarixli tutulmuş şəxsin azad edilməsi və polisin nəzarəti altına ermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 294-295-ci vərəqələrində olan xasiyyətnamədən, arayışdan, eləcə də iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində biri azyaşlı olmaqla dörd yetkinlik yaşına çatmayan, o cümlədən 03 mart 2009-cu il təvəllüdlü Ömər, 18 fevral 2010-cu il təvəllüdlü Gülay, 05 noyabr 2011-ci il təvəllüdlü Məryəm və 14 sentyabr 2018-ci il təvəllüdlü Xəyyam adında övladı olan, ünvan 1 ünvanında qeydiyyatda olaraq, yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinə əlavə edilmiş iddia ərizəsindən, eləcə də ona əlavə edilmiş 21 noyabr 2023-cü il tarixli qəbzdən və işin İ cild 214-215-ci vərəqələrində olan 28 aprel 2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs MMC tərəfdən Təqsirləndirilən şəxs qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət edilmiş, o cümlədən 39212,87 manat dəymiş ziyan, auditora və vəkilə görə ödənilmiş müvafiq olaraq 1000 manat, 570 manat, 730 manat order xərcləri, 214,54 manat dövlət rüsumu olmaqla, ümumilikdə 41727,41 manat pulun Təqsirləndirilən şəxs tutularaq MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmiş, həmçinin iddia tələbi üzrə 215 manat dövlət rüsumu ödənilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yerləşən “İlham” marketdən “MilliÖN” elektron ödəmə sistemi vasitəsilə Zərərçəkmiş şəxs MMC-nin hesabına 4500 manat vəsait ödəmişdir. Cinayət işinin İ cild 20-ci vərəqəsində olan 01 oktyabr 2021-ci il tarixli, 162 nömrəli əmrin, 21-24-cü vərəqələrindəki eyni tarixli əmək müqaviləsinin, 18-ci vərəqəsində olan 11 oktyabr 2021-ci il tarixli, xxxxxxx000500 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin, eləcə də 25-26-cı vərəqələrdəki 09 dekabr 2021-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2021-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixinədək Zərərçəkmiş şəxs MMC-yə "satış təmsilçisi" vəzifəsinə işləmiş, həmçinin o, işəgötürən tərəfindən əmək münasibətləri prosesində etibar edilmiş maddi sərvətlərin qorunub, saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 1(059)-1/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, sonuncu məhkəməyə gəlməmiş, buna görə də 09 yanvar 2024-cü il tarixdə onun Siyəzən Rayon Məhkəməsinə məcburi gətirilməsi barədə qərar qəbul olunmuşdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edib, Zərərçəkmiş şəxs MMC-nin ona etibar edərək təhvil verdiyi əmlakının satışından əldə etdiyi pul vəsaitini MMC-nin kassasına mədaxil etməyərək özünün şəxsi ehtiyaclarına sərf etməklə, zərərçəkmiş şəxs, mülki iddiaçıya xeyli miqdarda ziyan vurmaqla, özgə əmlakını talaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçının nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 179.2.3-cü və 179.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun himayəsində üç yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağının olmasını, cinayət nəticəsində vurduğu ziyanının təxminən 1/5 hissəsini ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Bu Qərarın İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun öz qulluq mövqeyindən istifadə edərək, etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla talama cinayət əməllərini törətməsini, zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçıya dəymiş zərərin məbləğini, həmçinin bu zərərin az qismini qaytarmasına baxmayaraq, uzun müddət əhəmiyyətli hissəsini ödəməməsini, habelə bu istiqamətdə əməli hərəkətlər etməməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, əvvəllər bu kateqoriyadan törətdiyi cinayət əməlinə görə verilmiş cəzadan nəticə çıxarmamasını, eyni hüquqazidd hərəkətlərini davam etdirməsini, yeni cinayət törətməyə meylliyini, bunun isə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırmasını, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən yayınmasını və barəsində məcburi gətirmə tətbiq olunmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən eyni kateqoriyadan olan cinayət əməli törətməsinə, həmçinin hökmün icrasından yayınmasına, eyni zamanda bir növ özünə peşə kimi seçdiyi hüquqazidd əməllərini davam etdirəcəyinə kifayət qədər əsaslar olmasını, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 179.2.3-cü və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın minimum həddi həcmində cəza, həmçinin həmin cəzaya əlavə kimi dövlət, kommersiya və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilmə cəzasının da təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs əlavə cəzanın təyin edilməsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarına əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Azərbaycan Repsublikası CPM-in 346.1.14-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığı məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Bu Məcəllənin 353.2.8-ci maddəsinə əsasən əlavə cəza növünün təyin edilməsi haqqında qərarın motivləri məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Bu baxımdan, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs maddi-məsul şəxs kimi vəzifə öhdəliklərini düzgün yerinə yetirməmiş, habelə öz qulluq mövqeyindən istifadə edərək, Zərərçəkmiş şəxs MMC tərəfindən ona etibar edilmiş əmlakı satmaqla, satışdan əldə olunmuş pul vəsaitini cəmiyyətin xəzinəsinə təhvil vermədən, özünün şəxsi ehtiyaclarına sərf etmiş, bununla da, MMC-yə aid həmin vəsaiti qanunsuz və əvəzsiz olaraq götürmüş (mənimsəmiş), həmçinin özgəninkiləşdirmişdir (israf etmişdir). Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsini nəzərdə tutur. Bu cəzanın məqsədi cinayət əməlini törətmiş şəxsin öz vəzifəsindən, konkret peşə və ya digər fəaliyyət növündən istifadə etməklə təkrar törətməsinin qarşısının alınmasından ibarətdir. Həmçinin, əlavə cəzalar – müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. İşin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs öz xidməti vəzifələrini icra edərkən uzun müddət davamlı olaraq, şüurlu şəkildə qulluq mövqeyindən istifadə etməklə belə nöqsanlara yol verməsi nəticəsində Zərərçəkmiş şəxs MMC xeyli miqdarda zərərə məruz qalmışdır. Bu səbəbdən də, Təqsirləndirilən şəxs dövlət, kommersiya və yerli özünüidarə orqanlarında maddiməsul vəzifə tutma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi labüddür və məqsədəmüvafiqdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 26 aprel 2023-cü il tarixdən 28 aprel 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 23 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin məhkəməyədək istintaq zamanı zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs MMC tərəfindən təqdim edilmiş mülki iddia ərizəsi ilə bağlı qeyd edir ki, cinayət nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə mülki iddia tələbi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179-cu maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Məhkəmə qeyd edir ki, sözügedən mülki iddia hazırkı cinayət işi 19 may 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğu vaxtdan 06 ay 02 gün keçdikdən sonra, yəni 21 noyabr 2023-cü il tarixdə verilməklə yanaşı, iddia üzrə tələb edilən zərərin miqdarı ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olmuşdur. Bundan əlavə, cinayət işi məhkəmənin icraatına daxil olduğu vaxtdan xeyli müddət keçdikdən sonra təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün əlavə araşdırmalar aparılmalı, bunun üçün isə bundan sonra da kifayət qədər vaxt sərf edilməlidir. Yəni, mülki iddia tələbi üzrə hesablanmış məbləğin həqiqiliyi, ağlabatanlığı araşdırılmalı, Təqsirləndirilən şəxs, şahidlər Şahid1 və Şahid2, eləcə də sonuncuların mal verdiyi şəxslərin dairəsi müəyyən edilməklə, əlavə dindirilmələri aparılmalı, ifadələrində olan məqamlara nəzərən əlavə üzləşdirmə, hesablama aparılmalı, buna dair müvafiq sənədlər toplanmalı, müqayisəli tədqiqat aparılarkən ziddiyyətlər yaranacağı təqdirdə əlavə qiymətləndirmə və ekspertiza həyata keçirilməli, nəhayət mülki iddiaya tam, hərtərəfli və obyektiv araşdırmadan, sübutların müqayisəli təhlilindən sonra yekun qiymət verilməlidir. Bu isə məhkəmə baxışının həddindən artıq lüzumsuz uzanmasına və yubanmasına səbəb olacaqdır. Halbuki, bu araşdırmaların mülki məhkəmə icraatı qaydasında aparılması, habelə həmin vaxt müvafiq sübutların toplanması və onların müqayisəli, tam, hərtərəfli və obyektiv tədqiqi daha səmərəli və məqsədəmüvafiqdir. Hətta, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 72-ci bəndinin İİ hissəsinə əsasən yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs MMC-nin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı “vurulmuş ziyanın ödənilməsi” barədə iş üzrə mülki iddiası baxılmamış saxlanılmalı və zərərçəkmiş şəxs (mülki iddiaçı) tərəfə dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən mülki iddia üzrə ödənilmiş 215 (iki yüz on beş) manat dövlət rüsumu zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs MMC-yə geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin Vİ bəndinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs MMC tərəfindən təqdim edilmiş 27 ədəd təhvil-təslim aktlarının əsilləri cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla, 01 (bir) il 06 (altı) ay müddətində dövlət, kommersiya və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətində dövlət, kommersiya və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası onun azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi bütün müddətə və bundan sonrakı 01 (bir) il 06 (altı) ay müddətinə şamil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs MMC-nin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı “vurulmuş ziyanın ödənilməsi” barədə iş üzrə mülki iddiası baxılmamış saxlanılsın və zərərçəkmiş şəxs (mülki iddiaçı) tərəfə dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Mülki iddia üzrə ödənilmiş 215 (iki yüz on beş) manat dövlət rüsumu zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs MMC-yə geri qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs MMC tərəfindən təqdim edilmiş 27 ədəd təhvil-təslim aktlarının əsilləri cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 200 (iki yüz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar