Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-1/2025 04.03.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 04 mart 2025-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxx 1986-cı il tarixdə keçmiş Dəvəçi rayonunun Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Siyəzən rayonunun Yenikənd ərazi Dairəsinin Yenikənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhərinin Xəzər Rayonunun Binə Südçülük sovxozunda nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü və 310-cu maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ondan ötrü ki, o, Zərərçəkmiş şəxs1 özünü özbaşına olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Siyəzən rayon icra və probasiya şöbəsinin vəzifəli şəxsi kimi təqdim etməklə, faktiki nikah münasibətində olduğu həyat yoldaşı, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid3 orada işləməsi ilə əlaqədar olaraq şöbəyə məxsus xidməti maşını idarə etməklə guya həmin şöbədə işləməsi görüntüsü yaratmaqla, barəsində məhkəmənin qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin ayağına elektron nəzarət vasitəsini tətbiq edən ədliyyə orqanının vəzifəli şəxsi kimi təqdim edib özünü həqiqətən ədliyyə orqanlarının işçisi olduğuna inandırdıqdan sonra, İİİ qrup əlilliyi ilə əlaqədar olaraq müavinət alan Zərərçəkmiş şəxs1 öz adına bankdan kredit götürüb ona verəcəyi halda, ədliyyə orqanlarının işçisi olduğu üçün rəsmi olaraq maaş aldığına görə həmin aylıq krediti onun adından vaxtı-vaxtında banka ödəyəcəyinə inandıraraq, 2020-ci ilin mart ayının 13də sonuncunun adına "xxxx" ASC-nin Siyəzən rayon filialından 60 ay müddətinə, illik 27,84 faizlə 1700 (bir min yeddi yüz) manat pulun Zərərçəkmiş şəxs1 tərəfindən götürülməsinə nail olmuş və həmin pulu elə bankdan çıxan kimi Zərərçəkmiş şəxs1 tam olaraq alaraq öz şəxsi ehtiyaclarına sərf etmiş, əldə etdiyi bu pula görə aylıq kredit ödənişini tam olaraq ödəməmiş, Zərərçəkmiş şəxs1 hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına, əlilliyə görə ona təyin edilmiş müavinətdən bank tərəfindən aylıq olaraq kredit ödənişinin çıxılmasına, sonuncunun əmlak vəziyyətinin pisləşməsinə və maddi ziyan vurulmasına səbəb olan hərəkətlər etməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, ittiham aktına əsasən Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayında “İnstagram” sosial şəbəkəsində tanış olduğu Siyəzən şəhər sakini Zərərçəkmiş şəxs2 özbaşına özünü ədliyyə orqanlarında ( Siyəzən rayon icra və probasiya, Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbələrində, məhkəmədə) işləyən vəzifəli şəxs qismində təqdim edib ona faktiki nikah münasibətində olduğu həyat yoldaşına məxsus ədliyyə orqanlarının geyim formasını göstərməklə guya rəsmi olaraq ədliyyə işçisi olduğuna inandırıb, onunla nikaha daxil olmaq istədiyini bildirib, ailə quracağına dair vəd verib onun etibarını qazandıqdan sonra vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmək yolu və özgə əmlakını ələ keçirmək məqsədi ilə guya işlədiyi ədliyyə orqanlarında və Ədliyyə Nazirliyində daha yüksək vəzifəyə təyin edilməsi üçün ona pul lazım olduğunu bildirib, yüksək vəzifəyə təyin ediləcəyi halda daha yüksək maaş alacağını, gələcəkdə ər-arvad kimi yaxşı dolanışıqları üçün bunun vacib olduğunu qeyd edib, özünə məxsus "xxxx" ASCyə aid olan adi debet, yəni hesab kartını guya ədliyyə orqanlarında işlədiyi işinə görə aldığı maaş kartı kimi təqdim edərək verəcəyi pulun əvəzində aylıq həmin kartdan pulu çıxara biləcəyinə inandırıb 2022-ci ilin oktyabr ayından dekabr ayınadək hissə-hissə olmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 14 000 manat pulunu ələ keçirməklə dələduzluq etmiş və həmin pulu öz şəxsi ehtiyaclarına xərcləyərək Zərərçəkmiş şəxs2 hüquqlarının və qanuni mənafelərinin pozulmasına, əmlak vəziyyətinin pisləşməsinə, sonuncunun ailədə nüfuzuna xələl gətirməsinə səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin178.2.4-cü və 310-cu maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, lakin Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayətin törədilməsində tərkibin olmaması müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü və 310-cu maddələri ilə irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2007-ci ildə Siyəzən şəhərinin hazırda 28 may küçəsi adlanan ərazisində torpaq sahəsi alaraq, ev inşa etməyə başlamışdır. Habelə, həmin vaxt Zərərçəkmiş şəxs1 gilin qeyd etdiyi küçədə torpaq sahələri olsa da, onlar ev inşa etməmiş, həmin sahəyə yerləşdirdikləri dəmir vaqonda yaşamışlar. Bununla belə, həmin vaxtların soyuq qış aylarında mərhum atası Firudin, Nicat gilin ailəsini evlərinə dəvət etmiş, beləliklə, sonuncu ilə münasibətləri yaranmış, birlikdə ova getmiş, bir yerdə “çörək kəsmiş”, bir-birlərinin xeyir-şər məclislərində iştirak etmişlər. Zərərçəkmiş şəxs1 ifadəsində həmin ərəfələrdə onun Bakı şəhərində yaşadığını qeyd etsə də, o, Siyəzən şəhərində qeyd etdiyi ünvanda yaşamaqla, Bakı şəhərinə ara-sıra gedib-gəlmişdir. Bundan başqa, 2020-ci ilin mart ayında Nicatdan öz adına kreditə pul götürüb, həmin pulu ona verməsini xahiş etdiyində, sonuncu buna etiraz etməsə də, bu barədə atası Şahid1 məlumat verməsini istəmişdir. Bundan sonra o, idarəçiliyində olan “Chevrolet Niva” markalı, qızılı rəngli avtomobil ilə Nicatın atası Bəhramın iş yerinə gedib, sonuncuya bu barədə məlumat vermiş, Bəhram isə problem yaşanmayacağını soruşmaqla, razılığını vermişdir. Beləliklə, Nicat, bankdan kredit yolu ilə əldə etdiyi 1730 manat məbləğində pulu ona vermiş, o isə, “Covid-19” virusuna yoluxduğu üçün Quba rayonunun ərazisində yerləşən xəstəxanada stasionar müalicə alana qədər bu kreditin aylıq ödənişlərini vaxtı-vaxtında, xəstəxanada olduğu müddətdə yaranmış borclarını isə sonradan Nicata ödəmişdir. Lakin, sonradan işsizliyi ilə əlaqədar ödənişləri gecikdirsə də, bu ödənişlər Nicatın atası Bəhram ilə Şahid3 arasında olan razılığa əsasən sonuncu tərəfindən ödənilmişdir. Məhkəmə baxışı iclasında dövlət ittihamçısının təklifi ilə Nicatdan kart hesabını verməsini istəyib, həmin hesaba ayda 200 manat məbləğində pul göndərə biləcəyini bildirsə də, sonuncu, borcu tam şəkildə ödəməyini istədiyini qeyd edərək, kart hesabı verməkdən imtina etmiş, həmçinin sonuncunun daha əvvəl verdiyi kart hesabının istifadə müddəti 2022-ci il tarixdə bitmişdir. Eyni zamanda, Nicatın prokurorluqda ona heç bir ödəniş etmədiyini bildirməsi, məhkəmə istintaqı zamanı ifadəsində təxminən 1000 manat ödəniş edildiyini qeyd etməsi, ona hansı məbləğdə borcu olduğu ziddiyyətini yaradır. Lakin, hesabına görə Nicata olan borcundan cəmi 1280 manatını ödəmişdir. Bununla belə, Nicat, onun özünü ədliyyə qulluqçusu kimi təqdim etdiyini bildirsə də, Siyəzən rayon icra və probasiya şöbəsinin sabiq rəisi Kənan Əzizovun təklifi və ya sonuncunun spirtli içki qəbul etdiyi ərəfələrdə həmin şöbəyə məxsus xidməti avtomobili idarə etmiş, lakin, özünü oranın işçisi kimi təqdim etməmişdir. Həmçinin, Nicatla olan yaxın münasibətlərinin iştirakçılarını, yəni qonşularını məhkəmə istintaqına şahid kimi dəvət edə bilər. Bundan başqa, 2017-ci ilin fevral ayında o, Bakı şəhərində yerləşən “Nar Şərab” restoranında idarəçi, Dilarə isə Siyəzən rayon icra və probasiya şöbəsində böyük icra məmuru işləmiş, habelə sonuncunun iş yerinin dəyişdirilməsini gözlədikləri üçün Siyəzən rayonunda yerləşən evlərini kirayə vermişlər. Lakin, 04 fevral 2017-ci il tarixdə Dilarə ilə vətəndaş nikahına daxil olaraq, bu nikahlarını Bakı şəhərində yerləşən “Oskar” adlı şadlıq evində toy məclisi təşkil etməklə, qeyd edərkən, həmin vaxt məzuniyyətdə olan Dilarənin işlədiyi şöbəyə rəisi təyin olunması barədə məlumatı almışlar. Beləliklə, Dilarə məzuniyyətini yarımçıq dayandırmış və toyun səhəri günü Siyəzən rayonuna gəlmişlər. Eyni zamanda, 2017-ci ilin sonralarında yaşadıqları evdə olarkən, Kənan Əzizov mobil telefonuna zəng edib, özünü təqdim edərək, şöbənin təmirə ehtiyacı olduğunu, lakin, rayonda heç kimi tanımadığını bildirib, bu təmiri etdirməsi üçün ona usta tapmaq və sair işlərdə köməklik göstərməsini xahiş etmişdir. Beləliklə, xalası oğlunu şöbəyə gətirib, sonuncuya hansı işlər görəcəyi barədə göstəriş vermiş, habelə Kənanın təklifi ilə 2018-ci ilin aprel ayına kimi şöbədə qeyri-rəsmi işləmişdir. Bununla belə, Dilarə ilə olan nikahlarından 15 aprel 2018-ci ildə Kamil adında övladları doğulmuş və Dilarə ilə 04 aprel 2022-ci il tarixədək birlikdə yaşamışlar. Bundan əlavə, 19 oktyabr 2022-ci il tarixdə “İnstagram” sosial şəbəkəsində paylaşmış olduğu şəkil və videonu bəyənmiş Zərərçəkmiş şəxs2 ilə həmin sosial şəbəkə vasitəsi ilə mesajlaşmağa başlamış, söhbət əsnasında sonuncu, Siyəzən rayonun “Pirin altı” deyilən ərazisində balıq ovlayarkən çəkdiyi videonun harada çəkilməsi, o isə, onun neçə yaşı olması barədə maraqlanmış, Ramilə 16 yaşı olduğunu bildirdiyi üçün, sonuncuya “südünü iç, yat” deyə cavab vermiş, bundan sonra ona yazmamışdır. Daha sonra, Ramilə yaşı ilə bağlı zarafat etdiyini bildirdiyi üçün, sonuncu ilə aralarında yazışmalar əvvəl “İnstagram” sosial şəbəkəsi, sonra isə, “WhatsApp” tətbiqi vasitəsi ilə davam etmiş, habelə Ramilə ilə ilk vaxtlar əyləncə məqsədi ilə əlaqə saxlasa da, sonradan sonuncunun ciddi xanım olduğunu müşahidə edib, habelə Dilarə ilə ayrıldığı üçün niyyətinin ailə qurmaq olduğu qənaətinə gəlmişdir. Təxminən 22- 23 oktyabr 2022-ci il tarixlərdə, etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə keçirdiyi qəzaya görə əvvəl Ramilənin mesajlarına cavab verməsə də, təxminən 2-3 gün sonra bu qəza barədə sonuncuya məlumat vermişdir. Bu zaman Ramilə ona maddi köməklik edə biləcəyini təklif etmiş, habelə ehtiyacı olduğu üçün onun bu təklifini qəbul etmiş, beləliklə, sonuncu “Leobank” kart hesabına 1500 manat məbləğində pul göndərmişdir. Bundan sonra, Ramilədən müxtəlif vaxtlarda, o cümlədən 2022-ci ilin noyabr ayında mərhum atası Firudin Orucovun xəstəliyi ilə əlaqədar 2000 manat, həmin ilin təxminən 18-19 noyabrında sonuncunun yas mərasimi ilə əlaqədar 200 və 2000 manat olmaqla, 2200 manat, 2023-cü ilin fevral ayında Bakı şəhərində yerləşən “Keşlə” bazarında balıq alqı-satqısı ilə məşğul olmaq üçün 3000 manat, 2023-cü ilin fevral ayının sonunda isə Zəminə adlı şəxsdən faizlə aldığı pulu qaytarmaq üçün 2000 manat olmaqla, cəmi 14000 manat borc pul almışdır. Qeyd etdiyi məbləğləri Ramilədən məcburi almamaqla, sonuncuya söhbət əsnasında bildirmiş, həmçinin Zəminə adlı şəxsə olan faiz borcu barədə Ramiləyə qeyd etdiyində, sonuncu bu faiz borcunu qaytarmağı üçün ona borc pul verməyi özü təklif etmişdir. Bununla yanaşı, 31 dekabr 2022-ci il tarixdə, gecə saatlarında Bakı şəhərinin “Şamaxinka” adlanan ərazisindən Quba rayonuna müştəri apararkən, Ramilə, yeni il bayramını valideynlərinin evində qeyd etməyi təklif etmiş, beləliklə də, spirtli içki araq alıb, həmin bayramı orada qeyd etməklə, Ramilənin valideynləri ilə tanış olmuşdur. Bundan sonra, yaşadığı evin kirayə pulu, birinci nikahdan olan övladı üçün ödədiyi 200 manat sabit pul məbləğində aliment və atasının xəstəliyi ilə əlaqədar borcları çoxaldığı üçün Ramiləyə, eləcə də, Zərərçəkmiş şəxs1 olan borcunu qaytara bilməsə də, bu borclarını hazırda tam şəkildə qaytarmışdır. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs Furdin oğlu ilə qonşu olmuşdur. Belə ki, onlar 2008-ci ildə Təqsirləndirilən şəxs valideynlərinin qonşuluğuna, yəni Siyəzən şəhərinin 28 may küçəsində yerləşən “Çıraq Qala” restoranının yaxınlığındakı nömrəsiz evə köçsələr də, sonuncunu 2017-ci ildən tanımışdır. Çünki, Təqsirləndirilən şəxs Bakı şəhərində yaşamış və həmin ildə Şahid3 ilə nikaha daxil olduqdan sonra Siyəzən şəhərinə köçmüşdür. Beləliklə, sonuncularla yaxın qonşuluq münasibətində olmuşlar. Bundan sonra, təxminən 3 il əvvəl, yəni 2020-ci ilin mart ayında özünü ona Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru kimi təqdim edən Təqsirləndirilən şəxs, özünə və Şahid3 təcili pul lazım olmasını, banka borcları olduğu üçün onlara kredit verilmədiyindən adına kredit götürmək istədiyini bildirmişdir. Lakin o, atası Şahid1 icazəsiz bankdan kredit götürə bilməyəcəyini qeyd etmiş və bununla bağlı sonuncuya məlumat vermək üçün atasının əvvəl işlədiyi Siyəzən NQÇİyə getmişdir. Atası qonşu olduqları üçün razılıq verərək, banka gedib kredit götürməklərini bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs mobil nömrəsini “Getcontact” mobil tətbiqində yoxladığı vaxt orada “Orxan Ədliyyə işçisi”, “Orxan məhkəmə” kimi adlarının qeyd edilməsini, habelə sonuncunun Siyəzən rayon icra və probasiya şöbəsinin avtomaşını ilə gəlib-getməsini görüb onun şöbənin işçisi olması qənaətinə gəldiyindən bankdan kredit götürüb Orxana verməyə razı olmuşdur. Bundan sonra, İİİ qrup əlil olduğu üçün 13 mart 2020-ci il tarixdə "xxxx" ASC-dən 5 il müddətinə illik 28% ödəmək şərti ilə 1700 manat məbləğində kredit götürüb, bankın içərisində Təqsirləndirilən şəxs vermişdir. Bununla da, Təqsirləndirilən şəxs hər ay 300-500 manat olmaqla 5-6 ay ərzində bütün borcu ödəyəcəyinə vəd versə də, bir il ərzində hər ay ortalama 53 manat olmaqla, cəmi 1000 manatadək ödəniş etmişdir. Lakin, Təqsirləndirilən şəxs ödənişləri dayandırdığından, qalıq borc hələ də, bank tərəfindən onun pensiyasından tutulmaqdadır. Təqsirləndirilən şəxs qonşuluqdan köçüb getdikdən sonra Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X7 Orucov barəsində məlumat alarkən sonuncunun oranın işçisi olmaması məlumu olmuşdur. Hazırda, Təqsirləndirilən şəxs ona olan borcunu tam olaraq ödədiyindən heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 2022-ci ilin oktyabr ayında “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olmuş, habelə həmin vaxtadək sonuncunu tanımamış, eyni zamanda onunla düşmənçilik və ədavəti olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs ilk dəfə 31 dekabr 2022-ci il tarixdə Siyəzən rayonunun Böyük Həmyə kəndində yaşayan anasıgilə gəldikdə görmüşdür. Belə ki, 2022-ci ilin oktyabr ayında yaşadığı ünvan 3 ünvanında olarkən Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsindəki hesabına dostluq istəyi göndərərək, yazışma bölməsində “salam” yazdığını oxumuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs “İnstagram” hesabına baxdıqda, “Xıdır Zində” babanın şəklini paylaşdığını görmüş, habelə ondan Siyəzən rayonunun sakini olub-olmamasını soruşmuş, sonuncu da öz növbəsində ondan “Beşbarmaq” pirini ziyarət etdiyini soruşduqda, Siyəzən rayon sakini olmasını bilməməsi üçün pirdə olmadığını bildirmişdir. Yazışma əsnasında, Təqsirləndirilən şəxs əvvəllər işi ilə əlaqədar Siyəzən rayonunda olmasını, lakin hal-hazırda Bakı şəhərində yaşadığını qeyd etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs “İnstagram” vasitəsilə yazışmanın çətin olduğunu bildirərək, öz ***-***-**-** saylı mobil nömrəsini qeyd edib, “whatsapp” tətbiqi vasitəsilə ona yazmağını istəmişdir. O da, “whatsapp” tətbiqi vasitəsilə Orxana yazmamışdan öncə, “Getcontact” mobil tətbiqində həmin mobil nömrəyə axtarış vermiş və orada “Orxan ədliyyə”, “Orxan məhkəmə” kimi müxtəlif adların qeyd edilməsini görüb sonuncudan məhkəmə işçisi olub-olmamasını soruşmuş, Orxan da, əvvəllər Siyəzəndə, hal-hazırda isə Bakı şəhəri Nəsimi rayonunda işlədiyini bildirmişdir. Lakin, Orxanla tanışlıqlarının ilk günləri olduğundan ondan Bakı şəhəri Nəsimi rayonunda hansı qurumda işlədiyini soruşmamış, çünki “Getcontact” mobil tətbiqində adına qeyd edilənləri görməsi onun məhkəmə işçisi olması təsəvvürünü yaratmışdır. Daha sonra, Təqsirləndirilən şəxs ilə 2-3 gündən bir ara-sıra “whatsapp” tətbiqi vasitəsilə yazışsalar da, sonuncu onun Siyəzən rayonunda yaşamasını bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs “İnstagram” hesabında paylaşdığı şəkillərdə görmüşdür. 2022-ci ilin oktyabr ayında, Təqsirləndirilən şəxs 5-6 gündür ki, yazmadığını görüb, ona yazmış və kefsiz olduğundan nə baş verdiyini soruşmuş, sonuncu da, yol nəqliyyat hadisəsi törətdiyini, xanımın ondan şikayətçi olduğunu, avtomobilini təmir etdirməsi üçün 1500 manat məbləğində pul lazım olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin pulu bank kartı vasitəsilə göndərə biləcəyini təklif etmiş, sonuncu əvvəl narazılıq etsə də, borc kimi verəcəyini bildirmiş, Orxan da, 1500 manat məbləğində pulu ona cəm şəkildə bir dəfəyə deyil, hissəhissə 2-3 dəfəyə qaytaracağını bildirmişdir. Daha sonra, yaşadığı ünvan 3 ünvanının yaxınlığında olan marketdən “Milli ön” terminalı vasitəsilə Təqsirləndirilən şəxs hazırda xatırlamadığı bank kartına 1500 manat pulu göndərmiş, habelə sonuncu ona təşəkkür etmişdir. Bir müddət sonra, işdə olduğu vaxt Təqsirləndirilən şəxsla mobil telefon vasitəsilə danışarkən, sonuncu “iş qurmaq” istədiyini, bu səbəbdən də, ona 10 000 manat məbləğində pul lazım olduğunu bildirdikdə, bu pulu bankdan kredit götürüb verə biləcəyini qeyd etmişdir. Bundan sonra, 2022-ci ilin oktyabr ayının sonlarında Təqsirləndirilən şəxs 2000 manat beh verməli olduğunu bildirmiş, o da, valideynlərinə, iş yoldaşına 2-3 günlük 2000 manat məbləğində borc pul lazım olduğunu qeyd etmiş, habelə həmin pulu atası Əmirsoltan işlədiyi “Siyəzən Rayon Mərkəzi Xəstəxanası”nda zərfdə gətirib ona vermişdir. 30 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs pulu verməsi üçün tanımadığı bir nəfər şəxsi işlədiyi “Siyəzən Rayon Mərkəzi Xəstəxanası”nın qarşısına göndərmiş, o da, 2000 manat məbləğində pulu Orxana çatdırması üçün həmin şəxsə vermişdir. Həmin pulu valideynlərindən 2-3 günlük borc olaraq aldığı üçün, 31 oktyabr 2022-ci il tarixdə "xxxx" ASC-nin Siyəzən şöbəsinə gedərək oradan 5500 manat məbləğində kredit götürüb, həmin pulun 2000 manatını valideynlərindən borc aldığı üçün onlara qaytarmış, qalıq 3500 manatını isə “Milli ön” terminalı vasitəsilə Təqsirləndirilən şəxs göndərmişdir. Həmin krediti 36 aylıq götürsə də, Orxan qısa müddətdə ödəyəcəyini bildirmişdir. Bundan sonra, özünə məxsus içərisində 2500 manat məbləğində pul vəsaiti olan "xxxx" ASC-yə məxsus kredit kartı “Tam kart” vasitəsilə Təqsirləndirilən şəxs işdə yüksəlmək üçün 1000 manat, geyim forması alması üçün 500 manat, atasının xəstəliyi ilə bağlı 1000 manat, atası öldükdən sonra isə cümə mərasimlərinə görə, 200-300 manat pul göndərmişdir. Belə ki, həmin kredit kartı olan “Tam kart”a faiz məbləği hesablanmaması üçün əmək haqqını aldıqda, 500 manat pul köçürdüb, yenidən həmin pulu çıxartmışdır. Bu qayda ilə Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayınadək, ümumilikdə 14000 manat məbləğində pul vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ona evlənmək vədi versə də, sonuncunun evli olub boşandıqdan sonra, yenidən qeyri-rəsmi nikahı olduğunu bilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ona şəxsi avtomobilini satıb bütün pulları qaytaracağını bildirmişdir. Daha sonra, “Tam kart”a olan 2500 manat, öz adına olan 5500 manat, rəfiqəsinin adına götürüb Orxana verdiyi 1200 manat kredit borclarını ödəyə bilmədiyindən, sonuncu ilə aralarında söz-söhbət yaranmağa başlamışdır. Habelə, 2023-cü ilin aprel ayında Təqsirləndirilən şəxs mobil telefon vasitəsilə danışarkən onu təhqir etdiyindən, bununla bağlı DİN-nin 102 xidmətinə məlumat vermiş, eləcə də ona pulunu qaytarmayacağı təqdirdə prokurorluğa şikayət edəcəyini bildirmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayından sonra, ona olan 14000 manat borcunu hissə-hissə qaytarmış, habelə hal-hazırda Orxanın borcu olmamaqla, yanaşı ondan şikayətçi deyil, tələbi yoxdur. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, o, Siyəzən MDM-də tibb bacısı işləyir. 2022ci ilin oktyabr ayının 20-də “İnstagram” sosial şəbəkəsində təsadüfən Təqsirləndirilən şəxs adlı şəxs ilə tanış olmuşdur. Onunla tanış olduqdan sonra şəxsi münasibəti yaranmışdır. Orxan ilə münasibəti yarandıqca müxtəlif mövzularla bağlı söhbətlər edirmişlər. Orxan söhbət zamanı ona Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsində işlədiyini bildirmişdir. O da, buna əmin olmaq üçün “Getcontact” proqramı vasitəsi ilə onun onda olan mobil telefon nömrəsini yoxladıqdan sonra görmüşdür ki, həqiqətəndə onun adı ədliyyə işçisi kimi çıxır. Bundan sonra o, Orxana inanmış, həmçinin sonuncu danışdığı zaman onunla evlənmək istədiyini, ailə üzvləri ilə də görüşüb fikrinin ciddi olduğunu və onunla evlənmək istədiyini onlara da bildirmək istədiyini demişdir. Onlar Orxanla görüntülü telefonla danışan zaman isə o özünün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İcra məmurunun kapitan rütbəsində olan geyim formasını göstərərək, həmin formanın ona məxsus olmasını bildirirmişdir. Onlar Orxanla bir müddət danışdıqdan sonra sonuncunun kefinin olmadığını görüb ondan nə olduğunu soruşmuşdur. Orxan isə ona bir xanımı maşınla vurduğunu və ondan şikayət edəcəyini, şikayət etməməsi üçün isə 1500 (bir min beş yüz) manat pul verməli olduğunu, ədliyyədən maaş almadığını bildirmiş, o da, Orxana, 1500 manat pul vermişdir. Bir müddət sonra Orxan ona zəng edərək işlədiyi yerdə daha yüksək vəzifəyə getməli olduğunu, buna görə də ondan Nazirlikdə pul istədiklərini bildirmişdir. Orxan ona demişdir ki, əgər gələcək həyat yoldaşının yüksək vəzifədə işləməsini istəyirsə 10000 (on min) manat ona verməlidir. O da düşünmüşdür ki, Orxan ona evlənmək vədi verib və Orxanın gələcəkdə yüksək vəzifədə işləməsi ailəsinin maddi durumuna kömək olar. Orxan bildirmişdir ki, təcili olaraq yüksək vəzifəyə getməsi üçün beh verməlidir və ondan ilkin olaraq beh kimi 2000 (iki min) manat pul istəmişdir. O da düşünmüşdür ki, Orxanın daha yüksək vəzifəyə getməsi onun üçün yaxşı olar. Orxan ona zəng edərək ondan onun üçün 2000 manat beh üçün təcili pul tapmağını bildirmişdir. O da, Orxana inandığı üçün həmin pulu ona verə biləcəyini demişdir. Elə həmin gün Orxan işlədiyi xəstəxanaya adam göndərmiş və o, atasından aldığı 2000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Lakin, həmin adamın kim olduğunu bilmir. Bundan sonra o, 31 oktyabr 2022-ci il tarixdə ABB-nin Siyəzən rayon filialından 5500 (beş min beş yüz) manat kredit götürüb “Milli Ön” aparatı vasitəsi ilə həmin pulu Orxanın istəyinə əsasən ona göndərmişdir. Bundan sonra, Orxan ona yenidən işdə yüksəlmək üçün 1000 (bir min) manat, geyim forması almaq üçün 500 (beş yüz) manat, ümumilikdə 1500 (bir min beş yüz) manat pul istəmiş, o da, həmin pulu ona ABB-nin Tam kart vasitəsi ilə göndərmişdir. O, kredit götürüb Orxana pul verdikdən sonra sonuncu ona Kapital banka məxsus kartı vermişdir ki, aylıq əməkhaqqı ona köçür və oradan çıxarıb kreditin ödənişini etsin. Lakin, onun verdiyi bank kartı "xxxx"ın adi kartı olduğundan həmin kartda balans olmamışdır. O, 2 aya yaxın həmin kartı bankomata daxil edib Orxanın maaşını çıxarıb krediti ödəmək istəsə də, balansda pul olmamışdır. Hər dəfə kartı bankomata salanda orada kartın balansı görünməmiş və o, Orxandan kartın balansının niyə görünmədiyini soruşanda sonuncu ona nazirlikdə işlədiyi üçün balans gizli olduğundan görünmədiyini bildirmişdir. Bundan başqa, Orxan ayrı-ayrı vaxtlarda da, ondan əlavə olaraq 2500 (iki min beş yüz) manat pul almışdır. Həmin pulları da ondan Siyəzən Rayon Məhkəməsində baş məsləhətçi kimi işə düzəlmək üçün almışdır. Həmin ərəfədə Orxan ona, bir xanımdan faiz olaraq pul götürdüyünü pulu geri qaytarmalı olduğunu bildirmişdir. O da, rəfiqəsinin adına 1200 (min ikiyüz) manat kredit və 2000 (iki min) manat da borc pul tapıb ona vermişdir. Həmin pullardan Orxan təxminən 600 (altıyüz) manat pul geri qaytarmışdır. Qeyd edir ki, Orxan ondan ümumilikdə 14000 (on dörd min) manat pul almışdır. Təqsirləndirilən şəxs həmin pulları ondan özünü ona Azərbaycan Respublikas Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim edərək aldadaraq almışdır. Təqsirləndirilən şəxs özünü ona Siyəzən şəhər sakini və Ədliyyə orqanlarında qulluqedən şəxs kimi tanıtmışdır. O, Orxandan niyə forma geyinmədiyini soruşanda ona bildirmişdir ki, onun həyat yoldaşı olmadığına görə formasını təmiz və səliqəli saxlaya bilmir deyə formanı gündəlik geyinmir. O, Orxanla sevgili kimi gündəlik danışanda Orxan ona işdə olduğunu bildirirmişdir. Orxan “Watsapp” tətbiqi vasitəsilə video görüntü ilə danışanda ona Siyəzən Rayon Məhkəməsinin binasınının içəri və çöl görüntülərini göstərərək bildirirmiş ki, o hazırda məhkəmədədir. O “məhkəməyədəm” sözünü deyəndə onun öz işyerində olduğunu hesab edirmiş. Çünki, Orxan ona özünü ədliyyə və məhkəmə işçisi kimi təqdim etmişdir. Bir dəfə videogörüntü ilə danışanda hətta Orxan ona ədliyyə işçisi olduğunu təsdiq etmək üçün qarderobunda olan öz iş formasını da göstərmişdir. Orxan qarderobunu açaraq forması olduğunu göstərib bildirmişdir ki, formasını təmiz və ütülüsaxlaya bilmir deyə o, gündəlik işə mülki geyimdə gedir. O onunla ilk vaxtlar tanış olanda Orxanın nömrəsini “Get contact” proqramı vasitəsilə onun adını axtarış edəndə Orxanın adıa ancaq Orxan məhkəmə, Orxan ədliyyə olaraq çıxdığına görə ona inanmışdır. Orxan onunla evlənəcəyinə söz verib onun 14000 manat pulunu ələ keçirdikdən sonra onu bütün sosial şəbəkələrdə bloka atmışdır. O, Orxana zəng etdikdə isə zənglərinə cavab verməmişdir. O, Orxanın dələduz olmasından “İnstagram” sosial şəbəkəsində bir qadının onun adının altında “dələduz, maşennik” yazmasından sonra şübhələnmişdir. Orxan ona psixoloji olaraq təsir edib pulunu ələ keçirmək və onunla evlənəcəyinə inandırmaq üçün bildirmişdir ki, “sən istəməzsən ki, sənin gələcək həyat yoldaşın ədliyyə orqanlarında daha yüksək vəzifədə işləsin, daha yüksək rütbə alsın”. O, Orxanın bu sözlərinə görə inanırdı ki, o həqiqətən də ədliyyə işçisidir. Orxanla danışanda “WhatsApp” da ona Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi Elnur müəllimlə olan şəkillərini göndərib bildirirmiş ki, rəisi ilə birlikdə yemək yeyir. O, Orxandan harada olduğunu soruşanda Orxan ona “Whatsapp” tətbiqi vasitəsilə olduğu yeri, yəni Siyəzən Rayon Məhkəməsini göndərib işdə olduğunu bildirmişdir. Orxan özünü ona və qardaşına ədliyyə işçisi olaraq təqdim etmişdir. O, hətta iş həll edən vəzifəli şəxs kimi özünü ona və qardaşına təqdim edərək qardaşına sosial yardım düzəltmək üçün pul almışdır. Orxan ona maddi və mənəvi olaraq çox ziyan vurmuşdur. Orxan ona evlilik vədi verib onun pullarını ələ keçirmişdir. Orxan hətta bu gündə yalandan danışır və bildirir ki, guya maşını əlindən alınıb. Amma o rayon prokurorluğunun binasının həyətinə gələndə görmüşdür ki, Orxanın maşınını əlindən almayıblar. Orxan onunla evlənəcəyinə onu inandırmaq üçün analığı Nigarı, qardaşını onlara elçi göndərib. Hazırda ona vurulmuş ziyan faktiki olaraq ödənilməmişdir. Lakin, ona aylıq pul ödəyir deyə o barışıq ərizəsi vermişdir. Orxanın ona verdiyi "xxxx" kartını aparıb "xxxx"ın Siyəzən şəhər şöbəsinə təqdim edib niyə pul olmadığını maraqlananda bankdan ona bildiriblər ki, bu kart adi “debet” kartdır. O bundan sonra, başa düşmüşdür ki, Orxan dələduzdur və özünü ona ədliyyə işçisi kimi təqdim edərək, evlənmək vədi verib, pulunu ələ keçirmişdir. O, Ədliyyə Nazirliyinin qaynar xətt mərkəzinə zəng edərək bir ədliyyə işçisindən şikayətinin olduğunu bildirmişdir. Operator ondan Təqsirləndirilən şəxs adını soruşmuş və bildirmişdir ki, sistemdə belə bir adamın adı çıxmır, amma yenə də, araşdırıb ona məlumat verəcəklər. Bir müddət sonra ona Ədliyyə Nazirliyindən zəng edərək ədliyyə işçiləri arasında Təqsirləndirilən şəxs adında şəxsin olmadığını bildirmişlər. Məhkəmə Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadədən fərqlənən, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə münasibətdə qeyd edir ki, verilmiş sonuncu ifadə mötəbər və əsaslı hesab edilməlidir. Belə ki, verilmiş zərərçəkmiş şəxs ifadəsi obyektiv həqiqəti özündə əks etdirməklə, sonuncuya kənar şəxslərin (eləcə də təqsirləndirilən şəxsin) təsir etmək imkanı məhdud olmaqla, yanaşı mümkün deyildir. Ona görə ki, şəxs digər şəxsin təqsirli hərəkətləri nəticəsində maddi zərərə məruz qalırsa və buna şüurlu surətdə adekvat hərəkətlər nümayiş etdirirsə, onun düşüncəsinə təsir etməklə, münasibətləri kəskinləşmiş şəxsə qarşı iradəsindən kənar müsbət hərəkətə yol verməsinə sövq etmək imkansızdır. Hətta, 20 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsinə dair dövlət ittihamçısı Elçin Nağıyev vəsatət verərkən, Zərərçəkmiş şəxs2 vəsatətin təmin edilməməsini xahiş edərək, Təqsirləndirilən şəxs cəmiyyətdən tam şəkildə təcrid edilməsinin əleyhinə çıxmış və sonuncunun onun fikirlərinə hər hansı bir formada təsir göstərmədiyini də qeyd etmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadələr arasında mövcud ziddiyyəti həmin vaxt Təqsirləndirilən şəxs ona olan borcunu ödəmədiyindən, sonuncuya qarşı əsəbi olduğu üçün ibtidai istintaq zamanı bu cür ifadə verdiyini, düzgün ifadəsinin hazırda, məhkəmə istintaqında verdiyi ifadəsi olmasını bildirmişdir. Göründüyü kimi, zərərçəkmiş şəxs qadın olduğundan, ibtidai istintaq zamanı hisslərinə qapılıb özünə çox yaxın bildiyi şəxs tərəfindən aldadıldığını düşünmüş və bu cür ifadə vermişdir. Bu səbəbdən də qeyd olunan məhkəmə istintaqında verilən ifadənin hazırkı iş üzrə bəraətverici sübut kimi əsaslı və mötəbər olması nəzərə alınmalıdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs2 görə tanımış, ona qarşı heç bir bir düşmənçilik və ədavəti olmamışdır. 2022-ci ilin oktyabr-dekabr aylarında bacısı Zərərçəkmiş şəxs2 və anası, ona Təqsirləndirilən şəxs bacısı ilə evlənmək istədiyini bildirmişdir. 31 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs, Siyəzən rayonunun Böyük Həmyə kəndində yerləşən yaşadığı evə gəlmiş və ilk dəfə sonuncunu orada görmüşdür. Söhbət əsnasında, Təqsirləndirilən şəxs işləyib-işləməməsini soruşduqda, sonuncu hazırda fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olduğunu, əvvəllər Siyəzən rayon icra və probasiya şöbəsində işlədiyini bildirmişdir. Bundan sonra, ara-sıra Təqsirləndirilən şəxs Siyəzən rayonuna gəldikdə onunla görüşüb çay içmişlər. Daha sonra, Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə danışarkən, sonuncu ondan sosial yardım alıb-almamasını soruşmuş, o da, öz növbəsində, mülkiyyətində avtomobil olduğundan almamasını bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs tanışları olduğunu, sosial yardım düzəltməkdə ona kömək edə biləcəyini qeyd etdikdə, işləri olduğundan sənədləşdirmə işlərinə vaxtının olmadığını, həmin işlərin onun həll etməsini istəmişdir. Bundan sonra, sənədləşdirmə işlərini həll etmək üçün, yol xərcləri olaraq Təqsirləndirilən şəxs 200 manat məbləğində pul vermiş, lakin, üzərindən 2 ay keçməsinə baxmayaraq məsələ həll olunmadığından, sonuncuya sosial yardımdan imtina etdiyini bildirərək, pulunu geri istədikdə o, çətinlikləri olduğunu, həmin pulu yol xərcləri üçün xərclədiyini qeyd etmişdir. Bundan başqa, həmin ərəfələrdə Təqsirləndirilən şəxs avtomobilinin ön kapotunu təmir etdirmək üçün ondan 600 manat məbləğində borc pul istəmişdir. Belə ki, Təqsirləndirilən şəxs sənədləşdirmə işlərini həll etmək üçün, yol xərcləri olaraq 200 manat, avtomobilinin ön kapotunu təmir etdirmək üçün isə 600 manat məbləğində pul vermiş, habelə həmin pullar sonuncu tərəfindən ona qaytarılmış, Orxanın borcu qalmamışdır. Məhkəmə iclasında qismən elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Şahid2 göstərmişdir ki, söhbət vaxtı Təqsirləndirilən şəxs bildirmişdir ki, bacısı Ramilə ilə ailə qurmaq istəyir və ədliyyə orqanlarında işləyir. O, Orxandan daha dəqiq olaraq ədliyyə orqanlarının hansı sahəsində işlədiyini maraqlanmamışdır. O, Orxandan xidməti vəsiqəsini soruşmuş, sonuncu isə xidməti vəsiqəsi ilə bağlı sualdan yayınaraq, gah vəsiqəsinin evdə olduğunu, gah da, digər paltarının cibində qaldığını bildirmişdir. Məhkəmə, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadədən qismən fərqlənən, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə münasibətdə qeyd edir ki, verilmiş sonuncu ifadə mötəbər və əsaslı hesab edilməlidir. Belə ki, verilmiş şahid ifadəsi obyektiv həqiqəti özündə əks etdirməklə, ona kənar şəxslərin təsir etmək imkanı məhdud olmaqla, yanaşı mümkün deyildir. Bundan əlavə, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadələr arasında mövcud qismən ziddiyyəti həmin vaxt Təqsirləndirilən şəxs əsəbi olduqlarından ibtidai istintaq zamanı bu cür ifadə verməsi ilə izah etmiş, habelə düzgün ifadəsinin hazırda məhkəmə istintaqında verdiyi ifadəsi olmasını bildirmişdir. Bu səbəbdən də qeyd olunan məhkəmə istintaqında verilən ifadənin hazırkı iş üzrə bəraətverici sübut kimi əsaslı və mötəbər olması nəzərə alınmalıdır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs olan oğlu Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs ilə aralarında heç bir düşmənçilik və ədavətləri yoxdur, habelə sonuncunun mərhum atası Firudin Orucovla 2017-ci ildə qonşu olmuş, lakin həmin ərəfələrdə Orxan Bakı şəhərində yaşamışdır. Bundan başqa, Orxan Bakı şəhərindən köçüb, Siyəzən rayonunda yaşadığı ərəfələrdə, yəni təxminən 2020-ci ilin aprel ayında ona müraciət edərək, onun və Dilarə xanımın borcu olduğunu, borclu olduqları şəxsin onlardan təkidlə pulunu geri istədiyini, habelə bankda kredit borcları olduğundan təkrarən kredit əldə edə bilmədiklərini, onlara təcili 1700 manat məbləğində pul lazım olduğunu bildirib, oğlu Nicatdan adına kreditə pul götürüb ona verməsini istəmiş, habelə həmin kredit borcunu 6-7 aya tam ödəyəcəyini qeyd etmişdir. Bu zaman Orxana, maddi imkanının yaxşı olmadığını, banka kredit borcunun olduğunu, 400 manat əmək haqqı olduğunu, ev tikdiyini bildirsə də, bundan təxminən bir iki gün sonra, sonuncu yenidən yaşadığı evə gəlmiş, Dilarə xanımın yanına gələcəyini, sonuncunun da, ondan pul istəyəcəyini bildirmişdir. Bundan sonra, Orxanın təkid etdiyini görüb, habelə qonşulardan ayıb olduğunu fikirləşib, sonuncuların qapısına borc pul üçün gəlmiş şəxsi geri qaytardığına görə onu qınayacaqlarını düşünüb, Orxana, Nicatın adına kreditə pul götürüb ona verəcəyini bildirmişdir. Habelə, səhəri gün həmin vaxt işlədiyi “Azneft” İBnin“Siyəzənneft” NQÇİ-nin həyətində olarkən Orxan və Nicat yanına gəlmiş, sonuncuya bankdan kreditə pul götürüb, Orxana verməsini qeyd etmişdir. Bundan sonra, Nicat öz adına 1700 manat kredit pulu 28 faizlə 60 aylıq götürüb Orxana vermişdir. Qeyd edir ki, Orxanın mərhum atası ilə qonşuluq münasibətləri yaxşı olmuş, həmçinin Orxanı dövlət işçisi kimi tanımışdır. Belə ki, sonuncu Siyəzən rayon icra şöbəsinin xidməti avtomobilini idarə edərək, özünü ona azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərə elektron qolbaq tətbiq edən icra məmuru kimi təqdim etmişdir. Bundan sonra, Orxan kredit borcunun aylıq ödənişlərini etmədikdə Dilarə xanım ilə əlaqə saxlamış, sonuncu əvvəl kredit borcunun iki aylıq ödənişini etsə də, sonra, Orxanla olan nikahının pozulduğunu bildirmişdir. Lakin, Siyəzən rayon prokurorluğunda hazırki cinayət işinin ibtidai istintaqı aparılarkən Dilarə xanım onunla əlaqə saxlayaraq, Orxandan şikayətçi olmamağını istəmiş, əks təqdirdə onun həbs olunacağını bildirdik də, şikayətçinin Nicat olduğunu qeyd etmişdir. Sonra, Dilarə xanım Nicatla əlaqə saxlamış, bu zaman, sonuncu pulun ödənilməsini tələb etdiyini bildirməklə, əks təqdirdə Orxandan şikayətçi olacağını qeyd etmişdir. Bundan başqa, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi Elnur müəllimdən Orxan barəsində maraqlandığında, sonuncunun həmin şöbənin əməkdaşı olmadığını öyrənmişdir. Bundan əlavə, sözügedən kredit borcunun hazırki vaxta kimi aylıq ödənişləri oğlu Nicatın əlillik pensiyası ilə ödənilib, habelə 800 manatdan artıq kredit borcu ödənilməmiş qalmış, həmçinin ödənilmiş kredit borcundan 1000 manatdan artıq məbləği Orxan Nicata qaytarmışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 2016-cı ildə tanış olmuş, 04 fevral 2017-ci il tarixində isə toy mərasimi keçirməklə, vətəndaş nikahında yaşamış və bu nikahdan 15 aprel 2018-ci il təvəllüdlü Kamil adında övladları doğulmuşdur. Təqsirləndirilən şəxs ilə 04 aprel 2022-ci il tarixdən birlikdə yaşamamaqla, faktiki nikah münasibətləri pozulsa da, aralarında düşmənçilik və ədavət yoxdur, belə ki, sonuncu övladı ilə ünsiyyətdə olur. Bundan başqa, 2017-ci ilin fevral ayında Siyəzən rayon icra və probasiya şöbəsinin sabiq rəisi Elşən Məmmədov işdə olmamaqla, əmri verildiyi üçün məzuniyyətdən qayıtması xahiş edilmiş, habelə 08 fevral 2017-ci il tarixdə məzuniyyətdən, Siyəzən rayon icra və probasiya şöbəsində icra məmuru işinə qayıdaraq, həmin vaxt Bakı şəhərində yaşayan Orxanla birlikdə Siyəzən şəhərinin 28 May küçəsində yerləşməklə, sonuncunun atası X1 2008-ci ildə özünə inşa etdirdiyi fərdi yaşayış evində yaşamağa başlamışlar. Qeyd edir ki, həmin vaxt onu, daha əvvəldən isə Orxanı qonşular tanımış, tanımayanlar isə orada yaşadıqları vaxtdan tanımağa başlamışlar. Belə ki, qonşular xidməti geyim formasında işə gedib-gəldiyini görmüş, icra məmuru vəzifəsində işləyən şəxs olduğunu bilmişlər. Həmçinin, Zərərçəkmiş şəxs1 yaşadığı ev onların yaşadıqları ev ilə üzbəüz yerləşməklə, Nicatın valideynləri də, Orxanın valideynlərini tanımış, Nicat öz adına kreditə pul götürüb Orxana verdiyi 3 il müddətə qədər sonuncunun deyil, onun vəzifəli şəxs olduğunu bilmişlər. Bundan əlavə, 13 mart 2020-ci il tarixdən təxminən 2-3 gün əvvəl Orxan ona, maddi vəziyyətinin ağır olduğunu, Zərərçəkmiş şəxs1 öz adına 1700 manat məbləğində kreditə pul götürüb, ona verməsini istədiyini bildirmişdir. Qeyd edir ki, əvvəldən bu haqda məlumatı olmamaqla, belə məsələlərə qarışmamışdır. 13 mart 2020-ci il tarixdə nahar vaxtına kimi olan müddət ərzində Orxan mobil telefonuna zəng edib, Zərərçəkmiş şəxs1 öz adına kreditə pul götürüb, ona verdiyini bildirib, sonuncuya öz minnətdarlığını bildirməsini istəmişdir. Orxanın həmin tarixdən təxminən bir ay öncə kredit yolu ilə aldığı qızılı rəngdə, “Chevrolet Niva” markalı avtomobilinin qabaq sağ oturacağına əyləşmiş Nicata ilk dəfə, sonuncuya ikinci dəfə isə, yaşadıqları evə gəlib, içəri daxil olmasa da, dəhlizdə dayanıb təşəkkürünü bildirmişdir. Eyni zamanda, 2021-ci ilin noyabr ayına kimi aylıq 53 manat kredit borcu Nicata məxsus kartdan çıxılarkən, sonuncu bu barədə bildirdikdən sonra, həmin məbləğ bəzən onun 5-10 manat köməkliyi ilə Orxan tərəfindən verilmişdir. Lakin, sonradan yaranmış gecikmələrə görə narazılıq yaransa da, Orxan bu gecikmələri aradan qaldırmışdır. 2022-ci ilin yanvar ayında Nicat atası ilə birlikdə iş yerinə gəlib, otağında, habelə iş yoldaşlarının yanında həmin kreditə pulu ona görə götürdüyünü bildirib, pulu qaytarmasını istəyib, əks təqdirdə şikayət edəcəyini qeyd etmişdir. 2022-ci ilin yanvar ayında bu hal təxminən 2-3 dəfə baş verməklə, aralarında olan söhbət zamanı kreditə pulu ona görə götürdüyünü bildirsə də, Orxanın özün vəzifəli şəxs kimi təqdim etməsi söhbətini etməmiş, eyni zamanda, şöbənin rəisi Elnur Piriyev də onlarla söhbət aparıb, onun, kreditə pulun götürülməsində heç bir günahının olmadığını bildirmişdir. 2022-ci ilin yanvar ayında Nicat atası ilə birlikdə növbəti dəfə işlədiyi şöbəyə gələrkən pulun tərəfindən ödənilməli olduğunu bildirməsi, iş yoldaşlarında ona borcunun olması və onu aldatması təəssüratının yaratması özünü utandırmaqla, nüfuzuna xələl gətirmişdir. Buna görə də, həmin vaxt məcbur olub şöbəyə gəlmiş Nicatla birlikdə Qəhrəman adlı şəxsə məxsus olmaqla, Siyəzən şəhəri Bəşir Səfəroğlu küçəsində yerləşən kirayə yaşadıqları evə getmişdir. Orxan kirayə yaşadıqları evdə Nicat və sonuncunun atası ilə görüşmüş, habelə sonuncular Orxanın sağlamlıq vəziyyətini ağır olduğunu görmüşlər, eyni zamanda, Orxan, Nicata və onun atasına izah etmək istəmişdir ki, sağlamlıq və maddi vəziyyəti ağırdır, pulu sonra ödəyəcəkdir. Belə ki, 2021-ci ilin may ayında Orxanın atası özünə məxsus evi satmış, həmin tarixdən 2022-ci ilin yanvar ayına kimi yuxarıda qeyd etdiyi ünvanda kirayə yaşadıqlarını, Orxan Nicata bildirmişdir. Bundan sonra, tarixini hazırda dəqiq xatırlamadığı vaxt işə gedərkən, Nicatın kirayə yaşadıqları evin darvazasını döydüyünü görmüşdür. Qeyd edir ki, həmin vaxt Orxan “Covid-19” virusuna yoluxmuş, habelə böyrəklərində problemlər yaranmış, həmçinin anasının sağlamlıq vəziyyəti ağırlaşmış, avtomobilinin kredit borcunu ödəməyə çətinlik çəkmişdir. Hətta, Orxan həmin vaxt yaranmış nevroloji xəstəlik səbəbindən antidepressant dərmanlar qəbul edərək, işləməmişdir. O isə 600 manat məbləğində əmək haqqı alsa da, bu məbləğdən 200 manatını kredit borcuna, 250 manatını kirayə haqqına, qalan məbləğ isə kommunal ödənişlərə və övladlarının maddi tələbatlarına ödədiyinə görə maddi cəhətdən ağır vəziyyətdə yaşamışlar. Belə olan halda, Nicat və onun atasına təklif etməklə, sonuncular ilə razılığa gəlmişdir ki, 2021-ci ilin noyabr-dekabr aylarına olan cəmi 106 manat aylıq kredit borcu olduğu kimi qalsın, bundan sonra aylıq 53 manat kredit ödənişləri o, ödəyəcəyək və söz verdiyi kimi, 2022-ci ilin yanvar - aprel ayları ərzində hər ay aylıq 53 manat kredit borcunu ödəmiş, habelə həmin ilin may ayında bu ayın kredit borcunu, həmçinin 2021-ci ilin noyabr-dekabr aylarına olan cəmi 106 manat aylıq kredit borcunu ödəməklə, ümumilikdə Zərərçəkmiş şəxs1 374 manat pul qaytarmışdır. Qeyd edir ki, 04 aprel 2022-ci il tarixindən 16 may 2022-ci il tarixinə kimi məzuniyyətdə olmuş, 16 may 2022-ci il tarixindən isə işə Bakı şəhərindən gəlib-getmişdir. Məzuniyyətdə olduğu vaxt yəni, 12 aprel 2022-ci il tarixdə Bakı şəhərində olduğundan Nicatdan mobil telefonuna “WhatsApp” tətbiqi vasitəsi kart atmasını istəmiş, sonuncu kart atmış, habelə ona “oldu” deyə yazmış, beləliklə, 11 may 2022-ci il tarixdə Nicata məxsus kart hesabına 161 manat pul ödəmişdir. Bundan sonra, Orxan Bakı şəhərində yaşamağa başlamaqla, taksi kimi fəaliyyət göstərdiyindən, sonuncu ilə aylıq kredit borcunun özü tərəfindən ödəyəcəyini razılaşmışdır. 06 iyun 2022-ci il tarixdə bunları Nicata izah etmək istəsə də, sonuncu yenə də, pulu məndən tələb etməklə, hədə-qorxu gələrək, idarələrinə gedəcəyini, barəsində şikayət edəcəyini bildirmiş və buna görə də, həmin tarixdən sonra, Nicata kredit borcuna görə ödəniş etməmişdir. Bununla yanaşı, Nicat öz adına kredit borcu əldə etməmişdən öncə, yəni 2019-cu ilin noyabr ayında onların evində qonaq olmuş, Orxanla yeyib-içmiş, həmçinin kredit borcu əldə etdikdən sonra da evimizdə yeyib-içmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs sözügedən kredit borcundan əvvəl Siyəzən rayon icra və probasiya şöbəsində qeyri-rəsmi işləmiş, habelə sonuncuya şöbədə müqavilə əsasında işləyəcəyinə dair vəd verilmişdir. Belə ki, həmin vaxt Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Kənan Əzizov tərəfindən tərtib edilməklə, 2018-ci ildə rəsmi poçt vasitəsi ilə Ədliyyə Nazirliyinin icra baş idarəsinin rəisi Nurəddin Mustafayevə göndərilmiş məktubda bu şöbədə qeyri-rəsmi işləyən işçilərin adları göstərilməklə, müqavilə ilə işə götürülməsi istənilmişdir. Bu ərəfədə şöbədə Səkinə Məmmədova, Məmmədxan Məmmədov və Təqsirləndirilən şəxs müqaviləsiz işləmişlər. Həmçinin, Nurəddin Mustafayevin köməkliyi ilə Səkinə Məmmədovanın sənədləri nazirliyin kadrlar idarəsinə getsə də, sonuncu hamilə olduğu üçün tibbi yoxlamadan keçə bilməmiş, növbəti göndərilən Məmmədxan Məmmədov olsa da, 2018-ci ilin noyabr ayında Kənan Əzizov kobud pozuntulara yol verdiyi üçün ədliyyə orqanlarından xaric olunmuş, Təqsirləndirilən şəxs isə növbəsi çatmamışdır. Əlavə olaraq qeyd edir ki, 2019-cu il mart-aprel aylarında Orxan şöbədə işləməməklə, Nicat ilə birlikdə vaxt keçirir, birlikdə ova gedir, sonuncu Orxanı demək olar ki, hər gün evdə və ya “Chevrolet Niva” markalı avtomobili idarə edərkən görür, problem yaranan zaman Orxanın özünü ona vəzifəli şəxs kimi təqdim etdiyini, aldanıldığını bildirmirdi. Belə ki, ibtidai istintaq tərəfindən süni şəkildə tərkib yaratmaq, Orxanı cinayətkar kimi göstərmək üçün ittiham verilmişdir. Ümumiyyətlə Siyəzən rayonunun əhalisinə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsində işlədiyini bildirsə də, əhalinin əksəriyyəti orada böyük icra məmuru vəzifəsində işlədiyini biləcəkdir. İşin ibtidai istintaqı aparılarkən Siyəzən rayon prokurorluğuna iki dəfə çağırılmış, habelə birində şifahi, birində isə yazılı ifadəsi alınmaqla, rayon prokurorunun böyük köməkçisi X4 ilə arasında “WhatsApp” tətbiqi vasitəsi olan yazışmalardan məlumatlı olsa da, bu fakt ilə bağlı ifadəsini ümumiyyətlə almamaqla, həmin yazışmaları ondan istəməmişdir. Həmçinin, Zərərçəkmiş şəxs1 aylıq kredit ödənişlərinin cədvəlini istəsə də, o, bunu təqdim etməmişdir. Nicatın öz adına əldə edib Orxana verdiyi 1700 manat kredit borcundan 1386 manat məbləğ qaytarılıb, habelə 2023-cü ilin iyun ayında Nicatın mobil telefonuna “WhatsApp” tətbiqi vasitəsi ilə göndərdiyi kartın istifadə müddəti bitdiyi üçün həmin tarixdə əlavə ödəniş edə bilməmişdir. Eyni zamanda, Nicat 16 iyun 2023-cü il tarixdə aidiyyəti üzrə şikayət ərizəsi ilə müraciət etsə də, həmin fakta görə cinayət işi 12 sentyabr 2023-cü il tarixdə başlanılmışdır. Bununla yanaşı, Orxan 03 iyul 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən sonuncunun əmisi Nicatın yaşadığı evə getmiş, sonuncular arasında razılıq baş tutmadığından, Nicat ilə mobil telefon vasitəsi ilə o, əlaqə saxlamış, bu əlaqə zamanı Nicat pulunun ödənilməsini istəmədiyini, Orxanın həbs olunmasını və həbsdə qalmasının istədiyini bildirmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış və X5 Nəzərovadan pul almasından məlumatı olmamışdır. Belə ki, 31 may 2023-cü ilin tarixdə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilimişdir. Habelə, rədd qərarı qəbul edildikdən sonra, rayon prokurorun böyük köməkçisi Səkinə Hüseyinova onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, Orxanın bir qadından borca pul aldığını, lakin, bununla bağlı cinayət işinin başlanılmadığını, habelə həmin məbləği qaytarmaq və ya razılığa gəlmək üçün 2023-cü ilin avqust ayına kimi onlara vaxt verdiyini bildirmişdir. Bundan sonra, Orxanın mobil telefonuna zəng vurmaqla, bu barədə ona məlumat vermiş, həmçinin sonuncu Bakı şəhərindən Siyəzən rayonuna gəlməklə, Səkinə Hüseynovanın qəbuluna getmiş və o, həmin tarixdə Orxan ilə birlikdə Bakı şəhərinə gedərkən, sonuncudan Səkinə Hüseynovanın, razılığa gəlmək üçün 2023-cü ilin avqust ayına kimi vaxt verdiyini bir daha öyrənmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanılmış, lakin, hansı səbəbdən cinayət işi başlanılmasından məlumatları olmamışdır. 03 iyul 2023-cü il tarixdə, saat 10:00-da Təqsirləndirilən şəxs Siyəzən RPŞ-yə dəvət edilmiş, sonuncu orada olduqdan bir-iki saat sonra, saxlanıldığını eşitmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri həbs seçilməsi barədə təqdim veriləcəyini öyrənib, 03 iyul 2023-cü il tarixdə, saat 12:45-də Səkinə Hüseynova ilə mobil telefon vasitəsi ilə əlaqə saxladığında o, Zərərçəkmiş şəxs2 şikayətçi olduğunu bildirmişdir. Bu telefon danışığı zamanı Orxan barəsində həbs qətimkan tədbiri seçiləcəyi təqdirdə, maddi zərərin ödənilməyəcəyini, belə ki, sonuncunun valideynlərinin vəfat etdiyini, Orxan azad olunarsa yaxın qohumlarının köməkliyi ilə zərəri ödəyə biləcəyini qeyd etmişdir. Lakin, bu məlumatları verdikdən sonra əksi baş verdiyini müşahidə etməklə, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi üçün təqdimat verildiyini, habelə rayon məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsinə dair qərarından verilmiş apellyasiya protestində adının hallandığını görmüşdür. Eyni zamanda, Zərərçəkmiş şəxs2 həm ibtidai istintaqı aparan müstəntiqlərə, həm də, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsinə dair Siyəzən Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya protestinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılarkən apellyasiya məhkəməsinin hakimlərinə Orxanın həbs olunmasının istəmədiyini bildirmiş, həmçinin bu fakt üzrə bütün pullar 18 iyul 2023-cü il tarixə kimi Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Bundan sonra, bir ay ərzində iş hərəkətsiz saxlanılmış, habelə Orxandan ibtidai istintaqı aparan müstəntiqə zəng vurub, işinin icraatının hansı mərhələdə olmasını soruşmasını istəmişdir. Belə ki, cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılmış, sonradan müstəntiqlər ümumi zərərin 25% məbləğini dövlət nəfinə ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə cinayət işi başlanılacağını bildirmişlər. Belə ki, Zərərçəkmiş şəxs2 1385 manat pul cinayət işi başlanılmazdan əvvəl ödənilsə də, Siyəzən RPŞ-nin baş müstəntiqi Mərifət Ağazadə bu sübutları tələb etməməklə, istintaq müddətində tələb etməyə vaxtı olmamışdır. Eyni zamanda, Zərərçəkmiş şəxs1 şikayəti əsasında Təqsirləndirilən şəxs barəsində cinayət işinin başlanılması barədə ona məlumat verməməklə, aldadmışlar. İttiham aktı ilə tanış olarkən müəyyən etmişdir ki, Zərərçəkmiş şəxs1 gah Orxanın özünü vəzifəli şəxs kimi təqdim etdiyini, gah ona görə pul verdiyini, gah da, “getcontact”da müəyyən etdiyini bildirsə də, Nicat və atası Orxanı yaxşı tanımışlar. Qeyd edir ki, ibtidai istintaq orqanına Orxanın özünü təqsirli bilmədiyini, borc pul aldığını və həmin borcdan qaytardığını bildirib, ümumi zərərin 25% məbləğini dövlət nəfinə ödəyəcəyinə dair vəd verməmişdir. Eyni zamanda, 03 iyul 2023-cü il tarixdə rayon prokurorun böyük köməkçisi Səkinə Hüseyinova ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayarkən sonuncu ona bildirmişdir ki, Orxan Ramiləyə “polis və prokurorluq işçilərinin mənə heç nə edə bilməz” deyə bildirib, ajiotaj yaratmış bu söz ünvanlarına deyildiyinə görə onlarda qərəz yaranmışdır. Ona görə də, Təqsirləndirilən şəxs həbs olunması, əks təqdirdə sonuncunun məhkum olunmasını istəmişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 24-25-ci səhifələrində olan 31 oktyabr 2022-ci il tarixli, BPM**********95 saylı kredit müqaviləsinin, eləcə də kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs2 Azərbaycan Beynəlxalq Bankı ASC-dən 36 aylıq illik 21 faiz dərəcəsi ilə 5500 manat məbləğində kredit götürmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 48-ci səhifəsində olan 03 iyul 2023-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 85-89-cu vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 4(059)-26/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Siyəzən rayon Polis Şöbəsinin istintaq bölməsinin baş müstəntiqi X2 vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 90-cı vərəqəsində olan 05 iyul 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 100-103-cü vərəqələrində olan Sumqayıt Apellyasiya Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 4(105)-62/2023 saylı qərarından görünür ki, Siyəzən rayon prokuroru tərəfindən verilmiş apellyasiya protesti təmin edilməyərək, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsinə dair Siyəzən Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 4(059)-26/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 106-cı vərəqəsində olan Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş 18 iyul 2023-cü il tarixli ərizənin surətindən görünür ki, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödəndiyindən, onunla barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmamaqla, yanaşı gələcəkdədə sonuncuya qarşı heç bir iddia və tələbi olmayacaqdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 51-ci vərəqəsində olan 13 mart 2020-ci il tarixli, GTKR1843388A155 saylı kredit müqaviləsinə əlavədən görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixdə "xxxx" ASC-nin Siyəzən rayon filialından illik 27,84 faiz dərəcəsi ilə, 60 ay müddətinə 1700 AZN kredit götürmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 87-100-cü vərəqələrində olan 19 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında olan “Whatsapp” danışıqlarını əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 105-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 avqust 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinə əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 15 aprel 2018-ci il təvəllüdlü Kamil adında bir azyaşlı övladı var. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 86-cı vərəqəsində olan 17 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan, eləcə də, iş materiallarında ki, məhkəmə iclasında tədqiq edilmiş bir ədəd Kompakt diskin yaddaşına köçürülmüş audio qeydiyyatlardan Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs verdiyi pulları tələb etməsi, sonuncunun Ramiləni təhqir edərək, pulunu qaytaracağını, adına torpaq sahəsinin olduğunu, lakin həmin torpaq sahəsinin üzərində həbs olmasını bildirməsi qeyd olunmuşdur. İş materiallarına əlavə edilməklə, Siyəzən Rayon Məhkəməsinin böyük məsləhətçisi Yasinova Mehriban Səfa qızı, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs tərəfindən 25 fevral 2025-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 olan 1600 manat borcunu 5239 1517 4421 4456 saylı "xxxx" ASC-yə məxsus bank kartından sonuncunun "xxxx" ASC-yə aid olan 5522 0993 6545 9007 saylı tam kartına göndərmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 tərəfindən 25 fevral 2025-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona olan borcunu tam olaraq ödədiyindən, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində ittihamda qeyd olunan əməllərin törədilməsi tərkibi olmadığından ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü və 310-cu maddələri ilə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (CPM-in 21.1-ci maddəsi). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. CPM-in müddəalarına uyğun sürətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirlməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (CPM-in 21.2-ci maddəsi). Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (CPM-in 21.3-cü madəsi). Məzmununa görə, yəni CPM-in bəzi digər normaları, o cümlədən 138.2, 139.0.4, 233.11, 351.1-351.4-cü maddələrinin müddəaları da təqsirsizlik prezumpsiyasını təmin edir. Göründüyü kimi, Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsin vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kim çıxış edir. Bu mövqeyi İnsan hüquqları Avropa Məhkəməsinin Qaritski Polşaya qarşı iş üzrə 06 fevral 2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəllilərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi göstərmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, nonnegantiincumbitprobation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının CM-i ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Sözügedən Məcəllənin 124-cü maddəsinin İ hissəsinin İ və İİ bəndlərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayətprosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Bu Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Yenə bu Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Yenə bu Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sözügedən Məcəllənin 146-cı maddəsinin İ və İİ hissələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasının, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinin, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinin nail olunmasına kömək edir. Sübutetmə prosesi sübutların toplanılmasından başlayır. Sübutların toplanılması üzrə təhqiqatçının, müstəntiqin, prokurorun və məhkəmənin səlahiyyətlərini müəyyən edir, şübhəli, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin, onların nümayəndələrinin, habelə fiziki və hüquqi şəxslərin əşya və sənədləri, o cümlədən şifahi və yazılı məlumatları təqdim etmək hüquqlarının olmasını, həmçinin müdafiəçinin sübutları toplamaq hüququnu və bu hüququn həyata keçirilməsinin konkret üsullarını nəzərdə tutur. Sübutlar ittihamedici və bəraətverici sübutlara bölündüyünə görə ittiham tərəfi ittihamedici sübutları, müdafiə tərəfi isə bəraətverici sübutları toplayır. Sübutların hər hansı bir növünə onun özünəməxsus toplanma üsulu xasdır. Məsələn, şübhəli və ya təqsirləndirilən şəxsin ifadəsinin alınması onları dindirmə yolu ilə həyata keçirilir. Eyni üsulla şahidin və zərərçəkmiş şəxsin ifadələri alınır. Sübutların toplanılmasına yönəldilmiş istintaq və məhkəmə hərəkətləri yalnız qanunda nəzərdə tutulmuş əsaslar (müvafiq məlumatlar) olduqda, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən həyata keçirilə bilər. İşin faktiki hallarından göründüyü kimi ibtidai araşdırma orqanı tərəfindən hazırkı cinayət işi üzrə sübutların toplanılması prosesi həyata keçirilmiş, o cümlədən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri alınmış, iş üzrə müvafiq prosessual sənədlər tərtib edilmiş, müvafiq əşyalar maddi sübut kimi götürülmüşdür. Lakin, hazırkı cinayət işi üzrə toplanmış sübutlar təqsirləndirilən şəxsin əməlində qeyd edilən cinayətlərin tərkibinin olmasının sübut edilməsinə kifayət edib-etməməsi hərtərəfli araşdırılmamış, yoxlanılmamışdır. Sübut etmə predmetinə daxil olan halların müəyyən edilməsində sübutların kifayət etməsi iki aspektdən başa düşülməlidir: a) CPM-in 139-cu maddəsində nəzərdə tutulmuş ayrı-ayrı halların müəyyən edilməsi üçün sübutların kifayət etməsi; b) CPM-in 139-cu maddəsində nəzərdə tutulmuş halların bütövlükdə müəyyən edilməsi üçün sübutların kifayət etməsi. Toplanılmış sübutların CPM-in 139-cu maddəsində nəzərdə tutulmuş hər hansı bir halın müəyyən edilməsi üçün kifayət etməsinə baxmayaraq, sübutlar bütövlükdə həmin maddədə sadalanan halların müəyyən edilməsi üçün kifayət etməyə bilər. Bu halda təhqiqatçı, müstəntiq, prokuror və məhkəmə cinayət hadisəsinin baş vermə faktını və s. halları müəyyən etmək üçün neçə şahidin və hansı şahidlərin dindirilməsini iş üzrə toplanmış digər sübutlara əsaslanmaqla müəyyən edə bilər. Sübutların kifayət etməsinin hədlərinin düzgün müəyyən edilməsi sübutetmə predmetindən, sübutetmə subyektlərinin fəallığından, sübutların kəmiyyət və keyfiyyətindən asılıdır. Sübutların kifayət etməsi ibtidai araşdırma və məhkəmə baxışında üst-üstə düşməyə bilər. İbtidai araşdırma və məhkəmə baxışında sübutların kifayət etməsi o hallarda üst-üstə düşməyə bilər ki, bu, bütün mümkün fərziyyələrin yoxlanılması zərurəti ilə, sübutların aidliyinə qiymət verilməsi ilə, habelə toplanmış sübutların mümkünlüyü və mötəbərliyi ilə əlaqədar olsun. Təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxsin öz ifadəsində “təqsirim yoxdur” və s. sözlərdən istifadə etməsi onun təqsirinin olmamasını təsdiq etmir. Ona görə də şəxs öz ifadəsində onun təqsirini istisna edən hallar (faktlar) haqqında cinayət təqibi üzrə digər sübutlarla təsdiq olunan məlumatlar verməlidir. Təqsirləndirilən şəxs öz təqsirini inkar etdikdə onun ifadəsi digər sübutların köməyi ilə yoxlanılmalıdır. Əvvəla, məhkəmə qeyd edir ki, cinayət işinə əlavə olunmuş sənədlərin, habelə işin faktiki hallarının müqayisəli təhlildən də göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin178.2.4-cü və 310-cu maddələri ilə istintaq orqanı tərəfindən elan edilmiş ittiham yalnız formal əsaslara istinad edilməklə verilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin dispozisiyasına əsasən, dələduzluq cinayətinin obyektiv cəhətini etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təşkil edir. Göründüyü kimi həmin cinayətə görə məsuliyyət yalnız əmlakın aldatma və ya etibardan sui-istifadə yolu ilə ələ keçirməsi halında əmələ gələ bilər, aldatma və ya etibardan sui-istifadə etmə cinayət tərkibinin zəruri elementləri kimi çıxış edir və bu hallar cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunmalıdır. Həmçinin, ittihamın əsaslı olması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə cinayət tərkibinin hər bir elementinin sübutlarla təsdiq olunmasında ifadə edilməlidir. Bu müddəaya görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Məhkəmə qeyd edir ki, şəxsin təqsirlilik məsələsi həll olunarkən iş üzrə hər hansı bir şübhəyə yer qoymadan işin bütün halları tədqiq edilməli, qanuni və əsaslı yekun nəticəyə gəlinməsi üçün cinayət işi üzrə həqiqət müəyyən edilməlidir. Həqiqətə söykənməyən qərar qanuni və əsaslı hesab edilə bilməz. İşin hallarından müəyyən olunur ki, zərərçəkmiş şəxslər və təqsirləndirilən şəxs arasında borc münasibətləri mövcud olmuşdur. Belə ki, həm zərərçəkmiş şəxslərin, həm təqsirləndirilən şəxsin, həmçinin şahid qismində dindirilən şəxslərin ilkin və məhkəmə istintaqlarında verdiyi ifadələr ilə də həmin hal müəyyən edilir. Eyni zamanda o da qeyd edilməlidir ki, Siyəzən RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı Rəşad Təhməzovun 31 may 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, habelə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs pul tələbi ilə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, həmçinin bu barədə 31 may 2023-cü il tarixli məktublarla maraqlı şəxslərə məlumat verilmişdir. Bundan sonra, Siyəzən rayon prokuroru Ramil Əliyevin 24 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və cinayət işinin başlanması” haqqında qərarına əsasən Siyəzən RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı Rəşad Təhməzovun 31 may 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ləğv edilərək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Siyəzən RPŞ-nin İB-nə göndərilmişdir (i.v.İ cild 1-2). Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxslərin, şahidlərin və təqsirləndirilən şəxsin özünün verdiyi ifadələrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs şəxsi problemləri üçün zərərçəkmiş şəxslərdən borca pul almış, bu hal isə Təqsirləndirilən şəxs niyyətinin zərərçəkmiş şəxsləri aldatmaq, onların pullarını ələ keçirtmək olmadığını təsdiq etməklə, aralarında pul mübadiləsinin olmasını sübut edir, eyni zamanda Zərərçəkmiş şəxs2 da ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs pul verməsini ifadəsində qeyd etməsi də bu halı təsdiq edir. Yəni, Təqsirləndirilən şəxs özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməməklə, yanaşı zərərçəkmiş şəxslərə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət əməlini törədib onlara xeyli miqdarda ziyan vurmamışdır. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Yəni dələduzluq cinayətinin yaranıb-yaranmaması birbaşa olaraq cinayətin subyektiv tərəfi-şəxsin dələduzluğa yönəlmiş niyyətinin olub-olmaması halı ilə şərtləndirilmişdir. Lakin, bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluq cinayətinin dizpozisiyasında qeyd olunur ki, dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui istifadə yolu ilə dələduzluq. Burada aldatma dedikdə, həm həqiqətin şüurlu surətdə təhrif edilməsi, saxtalaşdırılması (aktiv aldatma), həm də həqiqət haqqında susma (passiv aldatma) başa düşülür. Həqiqətin təhrif edilməsi dedikdə, təqsirkarın müəyyən faktların movcud olması və ya olmaması barədə yalan məlumat verməklə zərərçəkmişi aldadaraq ondan əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Həqiqət barədə susma dedikdə təqsirkarın xəbər verilməsi zəruri olan məlumatları və ya halları gizlətməklə, zərərçəkmişə bildirməməklə onu aldadaraq əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Bu baxımdan əgər məlumatların saxtalaşdırılmasının və ya xəbər verilməsi zəruri olan məlumatların gizlədilməsinin təqsirkar tərəfindən qabaqcadan düşünülərək edilməsi müəyyən olumazsa, onda dələduzluq cinayəti olmayacaqdır. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağladıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossesual qanunvericiliyin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə MPM-in 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyindən də göründüyü kimi əməl o halda, dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Deməli, belə bir əməlin baş verməsinin aşkara çıxarılması üçün ilk növbədə hər bir konkret işin hallarına əsaslanaraq təqsirləndirilən şəxsin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Ona görə ki, belə bir niyyətin mövcudluğunun müəyyən edilməsi əməlin düzgün tövsifinə şərait yaradır. Lakin, işin faktiki hallarından zərərçəkmiş şəxslərdən təqsirləndirilən şəxsin müəyyən məbləğdə pul alması görünsə də, bunun müqabilində sonuncunun digər tərəflərin qarşısında, pulun qaytarılmasından başqa, hər hansı bir öhdəlik götürməsi müəyyən edilmir. Məhkəmə yuxarıda sadalanan sübutlara qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər arasında pul vəsaitinin ödənilməsi ilə bağlı mübahisə mövcud olmuşdur və pul vəsaitinin ödəməsi ilə əlaqədar münasibətlər də qeyri-müəyyən xarakter daşımaqla, yanaşı bu münasibətlər mahiyyətcə mülki xarakterlidir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, təqsirləndirlən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə müəyyən edilir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər arasından yaranmış mübahisə birmənalı olaraq mülki münasibətlərdən irəli gələn məsələdir. Məhkəmə bu qənaətə gələrkən nəzərə almışdır ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən müxtəlif səbəblərdən pula ehtiyacı olduğundan borc istəmişdir. Bununla da, tərəflərin arasında yaranmış münasibətlər mülki xarakter daşımaqla, yanaşı həmin münasibətlər məhz Azərbaycan Respublikasının mülki qanunvericiliyinin müddəaları ilə tənzimlənməli məsələ olmuşdur. Yəni, qeyd edilən cinayət işi üzrə işin faktiki hallarından, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrindən, habelə, toplanmış və tədqiq edilmiş digər sübutlardan göründüyü kimi təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərdən borca pul alarkən sonunculara məxsus əmlakı etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməyə birbaşa niyyəti olmamışdır. Belə ki, təqsirləndirilən şəxs həmin pulları zərərçəkmiş şəxslərdən öz ailəsinin maddi və digər ehtiyacları üçün borca götürmüş, habelə bu borcları hissə-hissə qaytarmışdır. Bu həmçinin, zərər çəkmiş şəxslərin təkidli ifadələri ilə də aydın şəkildə təsdiq olunur. Bütün bunlar isə onu göstərir ki, zərərçəkmiş şəxslərin əmlaklarının etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirilməsi təqsirləndirilən şəxsin niyyətinə daxil olmamaqla yanaşı ictimai təhlükəli nəticələrə səbəb olmamışdır. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə irəli sürülmüş ittihamla bağlı qeyd edir ki, bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, CM-in 310-cu maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsi nəticəsində dövlət xidmətinin və yerli özünüidarə xidmətinin mənafeyinə qəsd edilir, həmin orqanların fəaliyyəti təhlükə altına alınır, onlar əhalinin gözündə nüfuzdan düşür, həmçinin fiziki və ya hüquqi şəxslərin hüququları və qanuni mənafeləri kobud şəkildə pozulur. Bundan başqa, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə obyektiv cəhətdən bir-birilə qarşılıqlı əlaqədə olan üç əlamətlə xarakterizə olunur: 1) özbaşına olaraq özünü vəzifəli şəxs kimi təqdim etməklə və ya vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə törədilən hərəkətlər; 2) bunun nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasında ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsi; 3) törədilmiş hərəkətlərlə baş vermiş ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması. Özünü vəzifəli şəxs kimi təqdim etmə dedikdə, şəxsin özünü başqalarına əslində malik olmadığı səlahiyyətlərin daşıyıcısı kimi təqdim etməsi başa düşülməlidir. Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmənin mahiyyəti ondan ibarətdir ki, təqsirkar hər hansı bir vəzifəyə daimi və ya müvəqqəti təyin edilmənin (seçilmənin) qaydalarını pozmaqla və ya xüsusi səlahiyyətlər üçün nəzərdə tutulmuş rəsmiləşdirmə olmadan hakimiyyət nümayəndəsi funksiyasının həyata keçirilməsi üzrə, yaxud təşkilati sərəncamverici və ya inzibati-təsərrüfat funksiyasının yerinə yetirilməsi üzrə hüquq və vəzifələri qanunsuz olaraq öz üzərinə götürür. Əməlin təhlil edilən maddə üzrə tövsif edilməsi üçün təqsirkar öz kriminal hərəkətlərini məhz qanunsuz olaraq öz adına uydurduğu və ya mənimsədiyi səlahiyyətlərdən çıxış edərək törətməlidir. Bu mənada, "vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə"yə münasibətdə xülasə olaraq qeyd edilməlidir ki, işin faktiki hallarından bir daha göründüyü kimi Təqsirləndirilən şəxs heç bir halda vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə zərərçəkmiş şəxslərin əmlakını (əmlaka olan hüququnu) ələ keçirməmiş, fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan digər hərəkətlərə yol verməmişdir. Belə ki, ilk növbədə əməlin cinayət məsuliyyətinə səbəb olması üçün cinayət tərkibinin elementləri birgə mövcud olmalıdır. Bu elementlərinin ardıcıllığının pozulması, habelə birinin mövcud olmaması əməlin cinayət olmasını istisna edir. Özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə cinayət məsuliyyətinə səbəb olan əməldir. Hazırkı cinayət işi üzrə toplanmış mötəbər, eləcə də təkzibolunmaz sübutlarla Təqsirləndirilən şəxs vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə hərəkətlərinə yol vermədiyi aşkardır. Çünki, bu cinayət əməlinin baş verməsi üçün zəruri olan obyektiv və subyektiv elementlər mövcud deyildir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən borca pul alarkən məhz vəzifəli şəxs statusundan istifadə edərək, özünü səlahiyyət daşıyıcısı kimi təqdim edib, müəyyən miqdarda vəsait əldə etməmiş, sonuncular Orxanın mobil nömrəsini “Getcontact” mobil tətbiqində yoxlamaqla, özlərində yanlış təsəvvürlər yaradaraq, şüuraltı Təqsirləndirilən şəxs vəzifəli şəxs olmasına inanmışlar. Bu zaman insan "nə görmək istəyir, nə düşünürsə, onu görür" anlayışından (prinsipindən) çıxış etsək, qeyd olunur ki, zərərçəkmiş şəxslərin görmək və inanmaq istədikləri hələ Təqsirləndirilən şəxs hüquqazidd əməl törətməsini deməyə əsas vermir. Ona görə ki, törədilmiş hərəkətlərlə baş vermiş ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmalıdır. Səbəbli əlaqənin olmaması bu cinayət tərkibini istisna edir. Bundan əlavə, mötəbər sübutlardan da aşkar görünür ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 310-cu maddəsinin subyektiv cəhəti (birbaşa və ya dolayı qəsd) də mövcud olmamışdır. Ümumilikdə, Azərbaycan Respublikası CM-nin 310-cu maddəsinə münasibətdə Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən pozuntulara onun yol verməsi ilə baş vermiş hadisənin səbəbli əlaqəsi olmamışdır ki, belə olan halda da onun əməlində cinayət tərkibi olması qənaətinə gəlib, onu Azərbaycan Respublikası CM-nin 310-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmək yolverilməzdir. Hətta, Sumqayıt Apellyasiya Məhkəməsi 10 iyul 2023-cü il tarixli qərarı ilə Siyəzən rayon prokuroru tərəfindən verilmiş apellyasiya protestini təmin etməyərkən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsinə dair Siyəzən Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli qərarında maddi və prosessual əsaslar baxımından sərgilədiyi mövqeni bir daha təsdiq etmiş, belə əsasların mövcud olmadığını qeyd etmişdir. Əks halda, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş məlum qərar ləğv edilməli və sonuncu dərhal həbsə alınmalı idi. Beləliklə, şərh olunanlara əsasən belə qənaətə gəlmək olar ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü və 310-cu maddəllərində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmək yolverilməzdir. Qeyd olunduğu kimi sübutların kifayət qədər natamam, ziddiyətli və daha çox səthi toplanmasına baxmayaraq, istintaq orqanı tərəfindən hazırkı cinayət işi üzrə tam, hərtərəfli və obyektiv yoxlanılma aparılmamış, işin bütün əhəmiyyətli halları qiymətləndirilməmişdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun əməlində tərkibin olmasını təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X6 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin, vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz (9-cu bənd). CPM-in 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Bəraət hökmünə təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına alan ifadələrin daxil edilməsinə yol verilmir (57-ci bənd). Bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır (58-ci bəndinin İ və İİİ abzası). Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməllərinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Bu xüsusda məhkəmə İnsan Hüquqları Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) «Smirnova Rusiya Federasiyasına qarşı» iş üzrə qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, ibtidai istitntaq orqanının məhkəməyə təqdim etdiyi sübutlar şəxsin ittiham olunduğu əməldə təqsirli bilinməsinin müəyyən edilməsi üçün deyil, şəxsin məhkəməyə çıxarılması üçün əsas ola bilər. Bütün yuxarıda qeyd edilən hallara, eləcə də, iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü və 310-cu maddələrində nəzərdə tutulan əməllərin tərkibi yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.2-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü və 310-cu maddələrinin tərkiblərinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında olan “Whatsapp” danışıqlarını əks etdirən 01 ədəd CD Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci, 344-347-ci, 349-cu, 350, 352-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü və 310-cu maddələri ilə təqsirsiz bilinsin və ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dərhal ləğv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında olan “Whatsapp” danışıqlarını əks etdirən 01 ədəd CD Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxsna cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən 20 gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya protesti və ya apellyasiya şikayəti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(059)-1/2025
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-1/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver