Məhkəmə qərarları › İş №1(059)-10/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-10/2022

10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-10/2022 10.03.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı “X8 and Vineyards” MMC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 10 mart 2022-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1987-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 179.2.3-cü və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 23 avqust 2019-cu il tarixdən 03 mart 2021-ci il tarixədək Siyəzən rayonu Böyük Həmyə kəndində yerləşən “X8 and Vineyards” Məhdud Məsuliyyətli Cəmiyyətində 23 sentyabr 2019-cu il tarixdən işə qəbul olduğu və 22 oktyabr 2021-ci il tarixli əmrlə satışla məşğul olmaq səlahiyyəti verilmiş köməkçi materiallar anbarının anbardarı vəzifəsində, eyni zamanda 03 mart 2021-ci il tarixdən 25 avqust 2021-ci il tarixədək həmin cəmiyyətdə satış nümayəndəsi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə, ona etibar olunmuş özgə əmlakını vahid niyyətlə talama məqsədilə, həmin cəmiyyətlə bağlanmış əmək və maddi məsuliyyət daşıması haqqında müqavilələrə əsasən işəgötürənin etibar edərək satış üçün verdiyi əmlakının salamatlığını təmin etməli, eləcə də onların satışının həyata keçirilməsi ilə əlaqədar qaydalara əməl etməli, mağazalardan yığılan pulları mühasibatlığa çatdırmalı və sair səlahiyyətlərə malik maddi məsul şəxs olmaqla, 06 iyul 2021-ci il tarixə öhdəsində qalan 14089,30 manat, yəni cəmiyyətin qeyd olunan ünvanda yerləşən anbarından 12 noyabr 2020-ci il tarixdən 06 iyul 2021-ci il tarixədək rəsmi sənədlərlə, yəni, 12 noyabr 2020-ci il tarixli, 25 nömrəli qaimə ilə 1099,08 manat məbləğində, 24 noyabr 2020-ci il tarixli, 27 nömrəli qaimə ilə 918,24 manat məbləğində, 09 dekabr 2020-ci il tarixli, 32 nömrəli qaimə ilə 1411,56 manat məbləğində, 11 dekabr 2020-ci il tarixli, 33 nömrəli qaimə ilə 1313,16 manat məbləğində, 28 dekabr 2020-ci il tarixli, 34 nömrəli qaimə ilə 866,52 manat məbləğində, 21 yanvar 2021-ci il tarixli, 5 nömrəli qaimə ilə 112,32 manat məbləğində, 12 fevral 2021-ci il tarixli, 15 nömrəli qaimə ilə 675,75 manat məbləğində, 19 fevral 2021-ci il tarixli, 21 nömrəli qaimə ilə 401,25 manat məbləğində, 23 fevral 2021-ci il tarixli, 28 nömrəli qaimə ilə 1100,55 manat məbləğində, 05 mart 2021-ci il tarixli, 8 nömrəli qaimə ilə 1387 manat məbləğində, 11 mart 2021-ci il tarixli, 12 nömrəli qaimə ilə 701,4 manat məbləğində, 16 mart 2021-ci il tarixli, 17 nömrəli qaimə ilə 581,25 manat məbləğində, 19 mart 2021-ci il tarixli, 23 nömrəli qaimə ilə 905,85 manat məbləğində, 29 mart 2021-ci il tarixli, 26 nömrəli qaimə ilə 1445,95 manat məbləğində, 05 aprel 2021-ci il tarixli, 32 nömrəli qaimə ilə 2005,9 manat məbləğində, 08 aprel 2021-ci il tarixli, 36 nömrəli qaimə ilə 588 manat məbləğində, 09 aprel 2021-ci il tarixli, 38 nömrəli qaimə ilə 78 manat məbləğində, 23 aprel 2021-ci il tarixli, 44 nömrəli qaimə ilə 1512,25 manat məbləğində, 29 aprel 2021-ci il tarixli, 2 nömrəli qaimə ilə 863 manat məbləğində, 03 may 2021-ci il tarixli, 8 nömrəli qaimə ilə 33 manat məbləğində, 06 may 2021-ci il tarixli, 11 nömrəli qaimə ilə 725,5 manat məbləğində, 21 may 2021-ci il tarixli, 21 nömrəli qaimə ilə 344,7 manat məbləğində, 27 may 2021-ci il tarixli, 26 nömrəli qaimə ilə 694,05 manat məbləğində, 04 iyun 2021-ci il tarixli, 30 nömrəli qaimə ilə 635,7 manat məbləğində, 18 iyun 2021-ci il tarixli, 43 nömrəli qaimə ilə 1092,95 manat məbləğində, 02 iyul 2021-ci il tarixli, 54 nömrəli qaimə ilə 1015,65 manat məbləğində, 06 iyul 2021-ci il tarixli, 59 nömrəli qaimə ilə 189 manat məbləğində olmaqla, cəmi 22724,58 manat məbləğində “X8 and Vineyards” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal etdiyi şərab məhsulları şimal regionu üzrə yerləşən müxtəlif ticarət obyektlərinə satış üçün təhvil vermiş, ümumilikdə öhdəsində olan 22724,58 manat dəyərində spirtli və spirtsiz içkilərin satışından əldə etdiyi puldan 5425 manatı cəmiyyətin xəzinəsinə mədaxil etmiş, geri qaytarılmış 3210,28 manat qaytarılan malların məbləği hesabından silinməklə, qalan 14089,30 manat məbləğində satışdan əldə etdiyi pul vəsaitini “Caspian Coast Winery and Vineyards” MMC-nin kassasına mədaxil etməyərək, özünün şəxsi ehtiyaclarına sərf etməklə, ona etibar olunmuş xeyli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib mənimsəməklə talamışdır. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 179.2.3-cü və 179.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, “Caspian Coast Winery and Vineyards” MMC-də 23 avqust 2019-cu il tarixdə əvvəlcə anbardar vəzifəsinə təyin edilsə də, 22 oktyabr 2020-ci il tarixdən satışla məşğul olmağa başlamış, 03 mart 2021-ci il tarixdə isə səyyar satış təmsilçisi vəzifəsinə keçirilmişdir. Satış təmsilçisi kimi qulluq funksiyalarına zavodun məhsullarını satışını həyata keçirmək, korporativ müştərilərlə əlaqələr qurmaq, şirkətin məhsullarının tanıtım və reklamını həyata keçirmək, onlarla birbaşa əlaqələr qurmaq və xidmətlər haqqında məlumat verməkdən ibarət olmuşdur. O, işləmiş olduğu MMC-nin anbarından məhsulları qaimə-faktura əsasında götürüb, Şimal regionu üzrə mağazalara paylamış, bu regiona Sumqayıt istisna olmaqla, Quba rayonuna qədər olan ərazilər daxil olmuşdur. O, malları anbardan qaimə-faktura əsasında təhvil alıb, şimal regionu üzrə öz şəxsi seçiminə əsasən marketlərə və satış məntəqələrinə paylamış, malların pullarını isə məhsullar satılıb, qurtardıqdan sonra satışa uyğun olaraq almış, bəzi mağazalar pulu verərkən ona sənədə imza etdirmiş, müvafiq ödənişlərin əksəriyyətini isə nağd formada heç bir sənəd olmadan qəbul etmişdir. Məsələn, mağazaya verdiyi 300 manatlıq məhsulun 50 manatlıq miqdarda satışı olubsa, o, həmin 50 manatı marketin məsul şəxsindən qəbul etmiş, lakin, heç bir sənədə imza etməmişdir. Həmin pulları ay ərzində toplayıb, “Caspian Coast Winery and Vineyards” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Şərab evi” adlı pərakəndə öz məhsullarını satdığı satış məntəqəsinə gedərək, orada kassaya mədaxil edib, qəbz almış və ondan tələb edilən bu qəbzi zavodun mühasibatlıq şöbəsinə təhvil vermişdir. X2 bir müddət pandemiya çərçivəsində “Evdə qal” kompaniyası əsasında işə çıxıb, tam maaşını ala bilməməsi səbəbindən ailənin bütün maddi yükü onun üzərinə düşmüş, bu səbəbdən də, o, həmin ərəfələrdə, yəni 2020-ci ilin dekabr ayından 2021-ci ilin avqust ayına qədər mağazalara təhvil verdiyi məhsulların ödənişlərinin bir qismini öz şəxsi ehtiyacları üçün sərf etmiş, bir qismini isə zavodun mühasibatlıq şöbəsinə təhvil vermişdir. Onun hazırda zavoda olan borcu 14089,30 manat deyil, 7000 manat, zavoda ödədiyi məbləğ isə 5426 manat deyil, 6000-7000 manat civarındadır. Çünki o, zavoda ödədiyi bütün pulları çek əsasında ödəmiş, həmin çeki Şərab evi adlanan zavodun öz rəsmi satış məntəqəsində post terminal vasitəsilə vurdurmuşdur. O, ödənişləri qəbz əsasında etmiş, təhvil götürdüyü məhsulları isə anbardan qaimə-faktura əsasında qəbul edib, zavod tərəfindən ona təhkim edilmiş “Fiat DOBLO” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə satış məntəqələrinə daşımış, mağazalara da “özüköçürən qaimə faktura” əsasında təhvil vermişdir. Zavoda olan borcunun 7000 manat məbləğində olmasını etiraf edir və həmin məbləği öz şəxsi ehtiyaclarına sərf etdiyini də qəbul edir. Məsələn, 08 aprel 2021-ci il tarixdə qaimə-faktura əsasında təhvil aldığı malların hansı satış məntəqələrinə təhvil verdiyini və nə qədər məhsulun satışının pulunu qəbul etdiyini konkret olaraq deyə bilməz. Çünki o, anbardan məhsulları qaimə-faktura əsasında təhvil alıb, avtomaşına yükləmiş və pərakəndə olaraq market və satış məntəqələrinin tələbatına əsasən region üzrə paylamış, habelə pulları mağazalardan təhvil aldıqda isə hər bir mağaza üzrə hansı məhsulun pulunu qəbul etdiyini qeyd etməmişdir. Belə ki, məsələn 1512 manatlıq malı anbardan təhvil götürmüşdüsə, mağazalardan yığdığı 600 manat pul olurdusa, o, həmin 600 manat pulu şirkətə olan ümumi borcuna əsasən sildirmişdir. O, malların maşına yüklənməsi və satış məntəqələrində boşaldılması üçün müdiriyyətin razılığı ilə X1 kimi özü ilə aparmış, sonuncuya buna görə satış məntəqələrindən yığdığı pulun hesabına ayda 250-270 manat pul vermişdir. Zavodun ona verdiyi satış qiyməti ilə zavoda məxsus “Şərab evi” adlı mağazada məhsulun qiyməti fərqli olmuşdur. Belə ki, həmin mağazada qiymət daha ucuz olmuş, bu da onun satışına təsir etmişdir. Bu barədə rəhbərliyə dəfələrlə məlumat versə də, nəticəsi olmamışdır. Zavodun rayon prokurorluğuna təqdim etdiyi müxtəlif dövrləri əhatə edən faktura-qaimələrdə “təhvil aldım” hissəsindəki, daha sonra “Qarşılıqlı borcların üzləşdirməsi haqqında” 13 avqust 2021-ci il tarixli aktda borclu tərəf kimi imzalar ona məxsusdur. O, həmin imzaları baş mühasib Şahid2 rəhbərliyin adından ona işdə qalacağı və borcunun ödənilməsinin əmək haqqına yönəldəcəyi barədə vədinə görə etmişdir. O, mal payladığı həmin mağazaların siyahısı və adını hazırda tam xatırlamır. Mağazalarda şirkətə məxsus və onun tərəfindən verilən, lakin satılmamış ümumilikdə 3210,28 manat məbləğində hazır məhsulu mağazalardan təhvil alıb, şirkətə qaytarmışdır. Məhkəmə təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçının nümayəndəsinin izahatı, şahidlərin ifadələri, ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı “X8 and Vineyards” MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə baxış iclasında izahatında göstərdi ki, “X8 and Vineyards” MMC-nin bölgələr üzrə satış nümayəndəsi vəzifəsində işləmiş maddi məsul şəxs Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində müəssisənin mallarının satışından əldə olunan 14089,30 manat məbləğində pul vəsaitini mənimsəmiş, bununla da, cəmiyyətə maddi ziyan vurmuşdur. Odur ki, hazırda təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs14089,30 manat məbləğində pulu tələb etməklə, şikayətçi olsalar da, sonuncunun barəsində azadlıqdan məhrum etmə ilə bağlı cəza verilməsini tələb etməməklə, yanaşı iddia tələblərinin təmin edilməsini xahiş edirlər. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, o, 2011-ci ildən 20 oktyabr 2021-ci il tarixə kimi “Caspian Coast Winery and Vineyards” MMC-də hazır məhsul anbarının anbardarı vəzifəsində işləmiş, habelə qulluq funskiyalarına hazır məhsulun anbara qəbul edilməsi, anbarda saxlanılan malları mühafizə etmək, malların anbardan təhvil verilməsi, malları satış təmsilçilərinə təhvil verərkən qaimə-fakturalarının tərtib edilməsi və s ibarət olmuşdur. Təqsirləndirilən şəxs həm Siyəzən şəhər sakini, həm də iş yoldaşı kimi tanımış, sonuncu “X8 and Vineyards” MMC-də ekspeditor, yəni satış təmsilçisi vəzifəsində işləmişdir. Mövcud şirkət daxili qaydalarına əsasən ekspeditor anbara hansı sayda və növdə malı sifariş verirdisə, o, həmin sayda və növdə olan məhsulu qaimə-faktura tərtib edərək onun əsasında ekspeditora təhvil vermiş, həmin qaimə-fakturada, malların miqdarını, qiymətini və növünü qeyd etmişdir. Qaimə-fakturanı anbarda olan bütün növ məhsulların qiyməti öncədən daxil edilmiş, şirkətdə mövcud olan xüsusi 1C mühasibatlıq proqramı ilə tərtib edərək, ora yalnız məhsulun növünü və miqdarını yazmışdır. Habelə, tərtib edilmiş qaimə-faktura şirkətin baş mühasibi Şahid2, Təqsirləndirilən şəxs və tərəfindən imzalanmış, həmçinin şirkətin baş direktoru Şahid1 tərəfindən təsdiq edilmişdir. Təqsirləndirilən şəxs hesabında çatışmazlıq yaranması səbəbindən MMC-nin baş direktorunun 02 avqust 2021-ci il tarixli, 54-m/21 m.i nömrəli əmri əsasında Təqsirləndirilən şəxs satış fəaliyyətinin yoxlanılması məqsədi ilə baş mühasib Şahid2 sədrliyi ilə, o, mühasib Şahid3 və baş nəzarətçi Şahid5 ibarət komissiya yaradılmışdır. Bu komissiyaya Təqsirləndirilən şəxs həmin vaxtadək zavoddan mağazaya daşınan məhsulların təhvil-təslimi, satışı, qalığı və sənədləşmə işlərinin yoxlanılması həvalə edilmiş və onlar komissiya olaraq sonuncunun satış fəaliyyətini yoxlamışlar. Bu barədə 16 avqust 2021-ci il tarixdə yekun təqdimat tərtib edilərək, Təqsirləndirilən şəxs müəssisəyə ümumilikdə 14087,30 manat məbləğində borclu olması müəyyən edilmiş və bununla bağlı qarşılıqlı borcların üzləşmə aktı tərtib edilərkən, sonuncu müəssisəyə ümumilikdə 14087,30 manat məbləğində borcu olmasını imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs hazır məhsulun anbardarı olduğu müddətdə anbardan satış üçün 22724,58 manat məbləğində hazır məhsul təhvil alıb, həmin məhsulun 3210,28 manat məbləğində dəyərini şirkətə mağazalardan yığaraq təhvil vermiş, hesabında olan 19513,30 manat məbləğində çatışmazlığın 5426 manat hissəsini kassaya ödəmiş, habelə qalan 14087,30 manat məbləğində olan hissəsini isə şirkətə geri qaytarmamışdır. Təqsirləndirilən şəxs ilə iş yoldaşı kimi söhbət edib, ondan həmin məbləğdə pulu hara xərcləməsi və yaranan çatışmazlığı nə ilə izah edə biləcəyini soruşduğunda, sonuncu həmin məbləği mənimsədiyini, özünün şəxsi ehtiyacları olduğunu və pulları da həmin ehtiyacları üçün xərclədiyini bildirmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs ona şifahi formada hansı məhsuldan, hansı miqdarda tələb edildiyini bildirmiş, o, isə bu barədə 1C mühasibatlıq proqramında müvafiq qaimə-faktura tərtib etmiş, həmin qaimə-fakturaya malların qiymətini isə proqram özü avtomatik əlavə etmişdir. Bundan sonra, qaimə-faktura satış təmsilçisi Təqsirləndirilən şəxs, baş mühasib Şahid2 və tərəfindən imzalanmışdır. Qaimə-faktura baş direktor tərəfindən təsdiq edildikdən sonra, bir nüsxəsi baş nəzarətçi Şahid5 həmin məhsulları Təqsirləndirilən şəxs zavod ərazisindən çıxardığı zaman faktiki olaraq yoxlaması üçün verilmişdir. Satış təmsilçisi Vüqar təhvil aldığı malları hansı mağazaya təhvil verəcəyini özü seçmiş və mövcud tələbatı mağazalarla özü müəyyən etmiş, habelə o yalnız şimal regionu ərazisində olan mağazalara təhvil vermək imkanına malik olmuşdur. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərdi ki, “X8 and Vineyards” MMC-nin satış təmsilçisi işləyən qonşusu Təqsirləndirilən şəxs işsiz olduğunu bildiyindən sonuncunun xahişi ilə malları mağazalara boşaltmaq və zavodun içərisində yükləmək üçün ona kömək etmiş, bunun müqabilində Vüqar ona hər dəfə 10 manat pul vermiş, Vüqar mağazalara malları adətən Şimal regionu üzrə paylamışdır. MMC-nin malları paylaması üçün Vüqara verdiyi “FİAT DOBLO” markalı maşına şüşə qablarda olan içkiləri yükləməklə, o, həmin şirkətdə cəmi 1-2 dəfə olmuşdur. Vüqar malları anbardan qaimə-faktura əsasında qəbul edib, maşına yükləmiş, yoxlanışından sonra, həmin malları birlikdə Siyəzən, Quba, Xızı və Qusar rayonlarına paylamışlar. Vüqar mağazalara təhvil verdiyi malların pulunu mağaza sahiblərindən alsa da, bəzən mağazaya verilən malın pulunu satışdan sonra şirkətə ödəyəcəyini bildirmişdir. O, Vüqarın yanında adi fəhlə olduğuna görə onun pul haqqhesabına çox qarışmamış, amma, Vüqarın “X8 and Vineyards” MMC işçisi kimi şirkətin anbarından malları qaimə ilə qəbul edib mağazalara paylamasının şahidi olmuşdur. Mağaza sahiblərinin bəziləri həmin malların pulunu elə yerindəcə ödəsə də, bəziləri 1 aydan sonra və ya satış edildikdən sonra ödəyəcəklərini bildirmişlər. O, Vüqara sadəcə qonşu kimi kömək etmiş və “X8 and Vineyards” MMC ilə əmək müqaviləsi bağlamamışdır. Hətta, təhlükəsizlik xidməti onu zavodun ərazisinə buraxmamış, Vüqar isə direktora onun yanında zəng edib, kömək üçün yanında adam gətiridiyini bildirərək, malları yükləmək üçün onun zavod ərazisinə keçməsinə icazə almışdır. O, Vüqara ən çox malları mağazaya paylayanda kömək etmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, o, 2020-ci ilin sentyabr ayından etibarən “X8 and Vineyards” MMC-də mühasib vəzifəsində işləməklə, anbardan çıxan mallara dair satış qaimələrinin 1C proqramına daxil edilməsi, əmək haqlarının kartlara köçürülməsi, bank mədaxil və məxaric sənədlərinin qeydiyyatı, elektron qaimələrin təqdim edilməsi, daxil olan elektron qaimələrin proqrama işlənməsi və s işlər yerinə yetirir. MMCdə xəzinədar vəzifəsi vakant olması səbəbindən şirkət rəhbərliyi tərəfindən kassa mədaxil və məxaric orderlərinin yazılması da ona həvalə edilmişdir. Əvvəllər anbardar olmuş Təqsirləndirilən şəxs sonradan MMC-də satış təmsilçisi vəzifəsində işləməyə başlamış, sonuncunun hesabında çatışmazlıq yaranması səbəbindən MMC-nin baş direktorunun 02 avqust 2021-ci il tarixli əmri ilə Təqsirləndirilən şəxs satış fəaliyyətinin yoxlanılması məqsədi ilə baş mühasib Şahid2 sədrliyi, anbardar Şahid4, onun və baş nəzarətçi Şahid5 ibarət komissiya yaradılmış, bu komissiyaya Vüqarın həmin vaxtadək zavoddan mağazalara daşınan məhsulların təhvil-təslimi, satışı, qalığı və sənədləşmə işlərinin yoxlanılması həvalə edilmişdir. Təqsirləndirilən şəxs satış fəaliyyətinin yoxlanılması barədə 16 avqust 2021-ci il tarixdə yekun təqdimat tərtib edilmiş və onun müəssisəyə ümumilikdə 14087,30 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. Tərtib edilmiş qarşılıqlı borcların üzləşmə aktına əsasən Təqsirləndirilən şəxs müəssisəyə ümumilikdə 14087,30 manat məbləğində borcu olmasını imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs şirkətdən ümumilikdə 22724,58 manat məbləğində mal çıxarmış, onun 19513,30 manat məbləğində olan hissəsini satmış, 5426 manat məbləğində olan satılmış malların pulunu şirkətin kassasına ödəmiş, lakin, qalıq 14087,30 manat məbləğində pulu şirkətə qaytarmamış, 3211,28 manat isə Təqsirləndirilən şəxs tərəfindən mağazaya verilmiş, lakin satılmamış, onun tərəfindən şirkətə təhvil verilmiş malların dəyəridir. Təqsirləndirilən şəxs özü mənimsədiyi pullarla bağlı şirkətdə rəsmi izahat yazıb, 14087 manat məbləğində şirkətə məxsus malın satışından əldə edilən gəliri mənimsədiyini, öz şəxsi ehtiyaclarına sərf etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs tərəfindən 3211,28 manat məbləğində mallar bu yoxlamadan sonra mağazalardan yığılaraq şirkətə təhvil verilmiş, o, pulu şirkətə ödəyərkən tələsdiyini bildirmiş və sonra gəlib imza edəcəyini qeyd etmiş, amma imzalanma baş verməmişdir. Satış təmsilçisi malı götürüb, özünün seçimi əsasında seçdiyi mağazaya təhvil vermişdir. Beləliklə, həmin məhsul mağazada satıldıqdan sonra Təqsirləndirilən şəxs satışın pulunu gətirib təhvil versə də, hansı qaimə-faktura üzrə ödəniş etdiyini bildirməmişdir. Onun ümumi borcundan silinmə edilmişdir. Məhkəmə istintaqında Şahid5 Şahid3 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, o, 2020-ci ilin sentyabr ayından etibarən “X8 and Vineyards” MMC-də baş mühasib vəzifəsində işləməklə, vəzifə öhdəlikləri şirkətin maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirmək, qaimə-fakturalarda zavodun istehsal etdiyi məhsulların qarşısında qiymətini yerləşdirmək və s-dən ibarətdir. Keçmiş iş yoldaşı Təqsirləndirilən şəxs MMC-də əvvəl anbardar, daha sonra satış təmsilçisi işləmiş, həmin dövrdə onunla maddi məsuliyyət haqqında müqavilə imzalanmış, həmçinin öhdəlikləri izah edilmişdir. Satış təmsilçisi işlədiyi dövrdə Təqsirləndirilən şəxs əmək haqqı, yüklərin daşınması üçün avtomobil, yanacaq, mobil telefon, digər güzəştlər verilmişdir. MMC-nin məhsulları müvafiq qaimələr və oradakı qiymətlər əsasında satışa çıxarılmış, habelə Təqsirləndirilən şəxs bu qaimələrlə məhsulları anbardan götürərək, şimal zonası üzrə özünün müəyyənləşdirdiyi mağazalara təhvil verib, satışını həyata keçirmişdir. Hətta, Təqsirləndirilən şəxs satışı həyata keçirdiyi vaxtlarda bəzən müəssisəyə gəlməmişdir. Belə ki, müəssisə tərəfindən masa üstü kompüterlə təmin edilmiş Təqsirləndirilən şəxs satışın normal həyata keçirilməsi üçün şərait yaradılmış, bu məqsədlə ondan iş vaxtı məcburi qaydada işdə olması ciddi surətdə tələb edilməmişdir. Təqsirləndirilən şəxs satışını həyata keçirdiyi malların dəyərini aradabir şəxsən müəssisənin hesabına keçirmiş, bəzən isə müəssisənin sürücüsü ilə göndərmiş, orderlərin bir qisminə imza etsə də, bəzi vaxtlarda məhsulları avtomaşına yüklədikdən sonra imza edəcəyini bilidirməsinə baxmayaraq, yaddan çıxarmışdır. İmzalanmamış orderlər də iş materiallarına əlavə edilmiş, habelə fəaliyyətinin yoxlanması zamanı hər bir sənəd onun xeyrinə nəzərə alınmışdır. Müəssisə rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs ilə əlaqə saxlanması mümkün olmadığında onlar sonuncunun yaşadığı evə getmiş, evdə onunla qarşılaşmış, habelə Vüqar əlaqə saxlamağın mümkünsüzlüyü ilə bağlı müxtəlif bəhanələr gətirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs dəyəri müəssisəyə ödənilməyən malların pulları barədə soruşulduqda, o, pandemiya ilə əlaqədar mağazalarda satışın olmadığına görə pulları yığıb, ödənişləri həyata keçirə bilmədiyini göstərmişdir. O, isə satış olmadığı təqdirdə, hansı səbəbdən anbardan mal çıxarmasını soruşduqda, Vüqar müştəri itirməmək üçün malları nisyə verdiyini bildirmişdir. Bundan sonra, müəssisə rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs malların verilişi dayandırılmış və fəaliyyəti yoxlanılmağa başlamışdır. Təqsirləndirilən şəxs özü də bu yoxlanışda iştirak etmiş, yoxlama dövründə hər bir məsələdən məlumatı olmuşdur. Təqsirləndirilən şəxs qara rəngli qeyd kitabı olmuş, orada hər məsələni qeyd etmiş, qaimələr həmin qeydlərlə qarşıladırılmış borc müəyyən edilmişdir. Təqsirləndirilən şəxs işlədiyi müddətdə anbardan satış üçün 22724,58 manat məbləğində hazır məhsul təhvil almış, 3210,28 manat məbləğində məhsulu təhvil verdiyi mağalardan MMC-yə qaytarmış, çatışmazlığın 5426 manat olan hissəsini öz hesabına ödədikdən sonra, borcu 14087,30 manat həcmində müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs guya onu aldadaraq izahatlarına, iş materiallarına təqdim edilmiş sənədlərə, qaimə-fakturalara imza etdirməsi barədə dedikləri tamamilə yalandır. Belə ki, həmin qaimə-fakturalar Təqsirləndirilən şəxs hər dəfə şirkətin anbarından satış üçün mal çıxardıqca tərtib edilməklə, imzalanmışdır. Təqsirləndirilən şəxs nə o, nə də baş direktor yüksək maaşlı iş söz verməmiş və hesabında yaranmış çatışmazlığın ödənilməsinin guya maaşına yönəldilməsi söhbəti ümumiyyətlə olmamışdır. Baş direktorun əmri əsasında keçirilmiş yoxlamadan sonra Vüqarın hesabında çatışmazlıq olması müəyyən edilmiş, sonuncu bundan sonra bir neçə gün işə gəlməmiş, bu barədə işçilər akt tərtib edib, baş direktora təqdim etmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs dəfələrlə zəng olunsa da, sonuncu zənglərə cavab verməmiş, hətta, 16 avqust 2021-ci il tarixdə ərizə yazaraq işdən çıxmaq istədiyini bildirmişdir. Vüqarın onun haqqında dedikləri tamamilə yalan olmaqla, özünü müdafiə etmək üçün deyilən sözlərdən ibarətdir. Məhkəmə istintaqında Şahid1 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 102-105-ci səhifələrində olan 13 sentyabr 2021-ci il tarixli, ER88DD6Jrp nömrəli müstəqil auditor hesabatından görünür ki, cəmiyyətdə satış nümayəndəsi vəzifəsində işləyən Təqsirləndirilən şəxs öhdəsində 14089,30 manat məbləğində çatışmazlıq qalmışdır. Yaranmış çatışmazlıq Təqsirləndirilən şəxs tutularaq cəmiyyətin hesabına ödənilməlidir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 07-09-cu səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 oktyabr 2021-ci il tarixli, 9/6791 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan 13 sentyabr 2021-ci il tarixli audit rəyindən göründüyü kimi “Caspian Coast Winery and Vineyards” Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 14089,30 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 06-cı səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməmühasibat ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 67-80-ci vərəqələrində olan 19 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsindən bu Məcəllənin 179.2.3 və 179.2.4-cü maddələrinə tövsif edilməklə, ona həmin maddələrlə yenidən ittiham elan edilmiş, eləcə də əməllərində CM-nin 308, 179.2.1 və 179.2.2-ci maddələrinin tərkib əlamətləri olmadığı üçün onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanılması rədd edilmiş və həmin xüsusatlarla bağlı müvafiq material ayrılaraq rayon prokurorluğunun dəftərxanasına təhvil verilmişdir. Həmçinin, bu qərara əsasən 12 noyabr 2020-ci il tarixli, 25 nömrəli, 24 noyabr 2020-ci il tarixli, 27 nömrəli, 09 dekabr 2020-ci il tarixli, 32 nömrəli, 11 dekabr 2020-ci il tarixli, 33 nömrəli, 28 dekabr 2020-ci il tarixli, 34 nömrəli, 21 yanvar 2021-ci il tarixli, 5 nömrəli, 12 fevral 2021-ci il tarixli, 15 nömrəli, 19 fevral 2021-ci il tarixli, 21 nömrəli, 23 fevral 2021-ci il tarixli, 28 nömrəli, 05 mart 2021-ci il tarixli, 8 nömrəli, 11 mart 2021-ci il tarixli, 12 nömrəli, 16 mart 2021-ci il tarixli, 17 nömrəli, 19 mart 2021-ci il tarixli, 23 nömrəli, 29 mart 2021-ci il tarixli, 26 nömrəli, 05 mart 2021-ci il tarixli, 32 nömrəli, 08 aprel 2021-ci il tarixli, 36 nömrəli, 09 aprel 2021-ci il tarixli, 38 nömrəli, 23 aprel 2021-ci il tarixli, 44 nömrəli, 29 aprel 2021-ci il tarixli, 2 nömrəli, 03 may 2021-ci il tarixli, 8 nömrəli, 06 may 2021-ci il tarixli, 11 nömrəli, 21 may 2021-ci il tarixli, 21 nömrəli, 27 may 2021-ci il tarixli, 26 nömrəli, 04 iyun 2021-ci il tarixli, 30 nömrəli, 18 iyun 2021-ci il tarixli, 43 nömrəli, 02 iyul 2021-ci il tarixli, 54 nömrəli, 06 iyul 2021-ci il tarixli, 59 nömrəli qaimələr, “Qarşılıqlı borcların üzləşməsi haqqında” 13 avqust 2021-ci il tarixli akt, “Tam maddi məsuliyyət haqqında” 23 avqust 2019-cu il tarixli və 03 oktyabr 2021-ci il tarixli müqavilələri, 23 avqust 2019-cu il tarixli və 03 oktyabr 2021-ci il tarixli əmək müqavilələri, “Caspian Coast Winery and Vineyards” MMC-nin 26 may 2021-ci il tarixli, 30 noyabr 2020-ci il tarixli, 08 yanvar 2021-ci il tarixli, 19 yanvar 2021-ci il tarixli, 27 yanvar 2021-ci il tarixli, 25 yanvar 2021-ci il tarixli, 05 fevral 2021-ci il tarixli, 26 fevral 2021-ci il tarixli, 08 fevral 2021-ci il tarixli, 22 fevral 2021-ci il tarixli, 21 may 2021-ci il tarixli, ümumilikdə 11 ədəd kassa-mədaxil orderləri, Təqsirləndirilən şəxs öz xətti ilə “X8 and Vineyards” MMC-nin baş direktoru Şahid1 adına yazdığı izahat və ərizə, “Malların geri qaytarılması üzrə təhvil-təslim haqqında” 12 avqust 2021-ci il tarixli akt maddi sübut kimi tanınmaqla, iş materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 34-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 oktyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 161-ci vərəqəsində olan 26 oktyabr 2021-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 179.2.4cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhə edilən şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 193-194-cü vərəqələrində olan 28 oktyabr 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cild 99-103-cü vərəqələrində olan arayışdan, xasiyyətnamədən, diplomun, eləcə də doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, faydalı qazıntı yataqlarının geologiyası və kəşfiyyatı, faydalı qazıntı yataqlarının axtarışı və geoloji planlanması üzrə ali təhsilli, himayəsində 16 avqust 2018-c il təvəllüdlü Lətafət və 05 noyabr 2019-cu il təvəllüdlü Səvarə adında iki azyaşlı uşaqları olmaqla, ünvan 1 ünvanında qeydiyyatda olaraq, yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 178-ci vərəqəsində olan iddia ərizəsindən, eləcə də qəbzlərdən görünür ki, “X8 and Vineyards” MMC Təqsirləndirilən şəxs qarşı 14089,30 manat məbləğində ziyanın ödənilməsi haqqında iddia tələbi ilə müraciət etmiş, həmçinin 133 manat dövlət rüsumu ödəmişdir. Cinayət işinin İ cild 42-49-cu vərəqələrində olan 23 avqust 2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin, eləcə də eyni tarixli əmək müqaviləsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən 23 avqust 2020-ci il tarixinədək 1 il müddətinə “X8 and Vineyards” MMC-yə "anbardar" vəzifəsinə işə qəbul edilmiş, həmçinin o, işəgötürən tərəfindən əmək münasibətləri prosesində etibar edilmiş maddi sərvətlərin qorunub, saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Cinayət işinin İ cild 63-cü vərəqəsində olan 22 oktyabr 2020-ci il tarixli, 20/20 nömrəli əmrin surətindən görünür ki, “X8 and Vineyards” MMC-də anbardar (köməkçi materiallar) vəzifəsində çalışan Təqsirləndirilən şəxs zərurət yaranarsa, 22 oktyabr 2020-ci il tarixdən satışla məşğul olması əmr edilmişdir. Cinayət işinin İ cild 50-57-ci vərəqələrində olan 03 mart 2021-ci il tarixli əmək müqaviləsinin, eləcə də eyni tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən 23 avqust 2021-ci il tarixinədək “X8 and Vineyards” MMC-yə "satış nümayəndəsi" vəzifəsinə işə qəbul edilmiş, həmçinin o, işəgötürən tərəfindən əmək münasibətləri prosesində etibar edilmiş maddi sərvətlərin qorunub, saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Cinayət işinin İ cild 79-cu səhifəsində olan 13 avqust 2021-ci il tarixli izahatdan görünür ki, Təqsirləndirilən şəxs “X8 and Vineyards” MMC-yə olan borcunu etiraf etməklə, onu tezliklə ödəməyə vəd vermişdir. Cinayət işinin İ cild 61-ci səhifəsində olan 25 avqust 2021-ci il tarixli, xxxxxxx0002X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Təqsirləndirilən şəxs əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) görə xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edib, “Caspian Coast Winery and Vineyards” MMC-nin ona etibar edərək təhvil verdiyi əmlakının satışından əldə etdiyi pul vəsaitini MMC-nin kassasına mədaxil etməyərək özünün şəxsi ehtiyaclarına sərf etməklə, zərərçəkmiş şəxs, mülki iddiaçıya xeyli miqdarda ziyan vurmaqla, özgə əmlakını talaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçının nümayəndəsinin izahatı, şahidlərin ifadələri, ekspertiza rəyi və digər mötəbər sübutlarla tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 179.2.3-cü və 179.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır kateqoriyadan olan cinayət əməli törətməsini, ali təhsilli olmaqla, himayəsində 16 avqust 2018-ci il təvəllüdlü Lətafət və 05 noyabr 2019-cu il təvəllüdlü Səvarə adında iki azyaşlı uşaqları olmasını, zərərçəkmiş şəxs, mülki iddiaçı tərəfin ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsinə dair münasibətini, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun öz qulluq mövqeyindən istifadə edərək, etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla talama cinayət əməllərini törətməsini, zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçıya dəymiş zərərin məbləğini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, ali təhsilli olmaqla, himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxs, mülki iddiaçı tərəfin ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsinə dair münasibəti, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 179.2.3-cü və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2021-ci il tarixdən 28 oktyabr 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, həmçinin məhkəməyədək istintaq zamanı mülki iddiaçı “X8 and Vineyards” MMC tərəfindən təqdim edilmiş mülki iddia ərizəsi ilə bağlı qeyd edir ki, cinayət nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə mülki iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179-cu maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinin İ bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinin İ hissəsinin “a” və “ç” bəndlərinə əsasən işçi qanuna zidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 194-cü maddəsinin İİ bəndinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Yenə bu Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə iclasında müəyyən edildi ki, 23 avqust 2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə, eləcə də eyni tarixli əmək müqaviləsinə əsasən Təqsirləndirilən şəxs həmin tarixdən 23 avqust 2020-ci il tarixinədək 1 il müddətinə “X8 and Vineyards” MMC-yə "anbardar" vəzifəsinə işə qəbul edilmiş, həmçinin o, işəgötürən tərəfindən əmək münasibətləri prosesində etibar edilmiş maddi sərvətlərin qorunub, saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüş, 22 oktyabr 2020-ci il tarixdən isə satışla məşğul olması əmr edilmişdir. Bundan əlavə, 03 mart 2021-ci il tarixli əmək müqaviləsinə, eləcə də eyni tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən Təqsirləndirilən şəxs həmin tarixdən 23 avqust 2021-ci il tarixinədək “X8 and Vineyards” MMC-yə "satış nümayəndəsi" vəzifəsinə işə qəbul edilmiş, həmçinin o, işəgötürən tərəfindən əmək münasibətləri prosesində etibar edilmiş maddi sərvətlərin qorunub, saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Daha sonra, Təqsirləndirilən şəxs tərəfindən “X8 and Vineyards” MMC-nin hesabına satılmış məhsulların dəyəri ödənilmədiyindən bu barədə yoxlama keçirilmiş, müstəqil auditor hesabatına və ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 14089,30 manat məbləğində müəyyən edilmiş, habelə sonuncu MMC-yə izahatla müraciət edərək borcunun olduğunu etiraf etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs 25 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən vəzifəsindən azad edilmişdir. Qeyd edilən məbləğin qaytarılması üçün zərərçəkmiş şəxs, mülki iddiaçı MMC tərəfindən Təqsirləndirilən şəxs xəbərdarlıq edilsə də, sonuncu edilmiş xəbərdarlığa məhəl qoymamış və nəticədə MMC mülki iddia ilə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, Təqsirləndirilən şəxs “X8 and Vineyards” MMC-də satış təmsilçisi işləyərkən vəzifəsindən irəli gələn öhdəliklərin icrasını lazımi qaydada yerinə yetirməmiş, nəticədə MMC-yə 14089,30 manat məbləğində zərər vurmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs MMC-yə vurduğu zərərə görə məsuliyyət daşıyır və MMC həmin zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı “X8 and Vineyards” MMC-nin xeyrinə 14089,30 (on dörd min səksən doqquz manat 30 qəpik) manat dəymiş zərər tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mülki iddia üzrə ödənilmiş 133 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı tərəfindən təqsirləndirilən şəxs, mülki cavabdehdən tələb edilmədiyindən həmin məbləğ zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin Vİ bəndinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 12 noyabr 2020-ci il tarixli, 25 nömrəli, 24 noyabr 2020-ci il tarixli, 27 nömrəli, 09 dekabr 2020-ci il tarixli, 32 nömrəli, 11 dekabr 2020-ci il tarixli, 33 nömrəli, 28 dekabr 2020-ci il tarixli, 34 nömrəli, 21 yanvar 2021-ci il tarixli, 5 nömrəli, 12 fevral 2021-ci il tarixli, 15 nömrəli, 19 fevral 2021-ci il tarixli, 21 nömrəli, 23 fevral 2021-ci il tarixli, 28 nömrəli, 05 mart 2021-ci il tarixli, 8 nömrəli, 11 mart 2021-ci il tarixli, 12 nömrəli, 16 mart 2021-ci il tarixli, 17 nömrəli, 19 mart 2021-ci il tarixli, 23 nömrəli, 29 mart 2021-ci il tarixli, 26 nömrəli, 05 mart 2021-ci il tarixli, 32 nömrəli, 08 aprel 2021-ci il tarixli, 36 nömrəli, 09 aprel 2021-ci il tarixli, 38 nömrəli, 23 aprel 2021-ci il tarixli, 44 nömrəli, 29 aprel 2021-ci il tarixli, 2 nömrəli, 03 may 2021-ci il tarixli, 8 nömrəli, 06 may 2021-ci il tarixli, 11 nömrəli, 21 may 2021-ci il tarixli, 21 nömrəli, 27 may 2021-ci il tarixli, 26 nömrəli, 04 iyun 2021-ci il tarixli, 30 nömrəli, 18 iyun 2021-ci il tarixli, 43 nömrəli, 02 iyul 2021-ci il tarixli, 54 nömrəli, 06 iyul 2021-ci il tarixli, 59 nömrəli qaimələr, “Qarşılıqlı borcların üzləşməsi haqqında” 13 avqust 2021-ci il tarixli akt, “Tam maddi məsuliyyət haqqında” 23 avqust 2019-cu il tarixli və 03 oktyabr 2021-ci il tarixli müqavilələri, 23 avqust 2019-cu il tarixli və 03 oktyabr 2021-ci il tarixli əmək müqavilələri, “Caspian Coast Winery and Vineyards” MMC-nin 26 may 2021-ci il tarixli, 30 noyabr 2020-ci il tarixli, 08 yanvar 2021-ci il tarixli, 19 yanvar 2021-ci il tarixli, 27 yanvar 2021-ci il tarixli, 25 yanvar 2021-ci il tarixli, 05 fevral 2021-ci il tarixli, 26 fevral 2021-ci il tarixli, 08 fevral 2021-ci il tarixli, 22 fevral 2021-ci il tarixli, 21 may 2021-ci il tarixli, ümumilikdə 11 ədəd kassa-mədaxil orderləri, Təqsirləndirilən şəxs öz xətti ilə “X8 and Vineyards” MMCnin baş direktoru Şahid1 adına yazdığı izahat və ərizə, “Malların geri qaytarılması üzrə təhvil-təslim haqqında” 12 avqust 2021-ci il tarixli akt cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 150 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə verilmiş mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı “X8 and Vineyards” MMC-nin xeyrinə 14089,30 (on dörd min səksən doqquz manat 30 qəpik) manat dəymiş zərər tutulsun. Mülki iddia üzrə ödənilmiş 133 (yüz otuz üç) manat dövlət rüsumu zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı “X8 and Vineyards” MMC-yə aid edilsin. İş üzrə maddi sübut kimi tanınmış 12 noyabr 2020-ci il tarixli, 25 nömrəli, 24 noyabr 2020-ci il tarixli, 27 nömrəli, 09 dekabr 2020-ci il tarixli, 32 nömrəli, 11 dekabr 2020-ci il tarixli, 33 nömrəli, 28 dekabr 2020-ci il tarixli, 34 nömrəli, 21 yanvar 2021-ci il tarixli, 5 nömrəli, 12 fevral 2021-ci il tarixli, 15 nömrəli, 19 fevral 2021-ci il tarixli, 21 nömrəli, 23 fevral 2021-ci il tarixli, 28 nömrəli, 05 mart 2021-ci il tarixli, 8 nömrəli, 11 mart 2021-ci il tarixli, 12 nömrəli, 16 mart 2021-ci il tarixli, 17 nömrəli, 19 mart 2021-ci il tarixli, 23 nömrəli, 29 mart 2021-ci il tarixli, 26 nömrəli, 05 mart 2021-ci il tarixli, 32 nömrəli, 08 aprel 2021-ci il tarixli, 36 nömrəli, 09 aprel 2021-ci il tarixli, 38 nömrəli, 23 aprel 2021-ci il tarixli, 44 nömrəli, 29 aprel 2021-ci il tarixli, 2 nömrəli, 03 may 2021-ci il tarixli, 8 nömrəli, 06 may 2021-ci il tarixli, 11 nömrəli, 21 may 2021-ci il tarixli, 21 nömrəli, 27 may 2021-ci il tarixli, 26 nömrəli, 04 iyun 2021-ci il tarixli, 30 nömrəli, 18 iyun 2021-ci il tarixli, 43 nömrəli, 02 iyul 2021-ci il tarixli, 54 nömrəli, 06 iyul 2021-ci il tarixli, 59 nömrəli qaimələr, “Qarşılıqlı borcların üzləşməsi haqqında” 13 avqust 2021-ci il tarixli akt, “Tam maddi məsuliyyət haqqında” 23 avqust 2019-cu il tarixli və 03 oktyabr 2021-ci il tarixli müqavilələri, 23 avqust 2019-cu il tarixli və 03 oktyabr 2021-ci il tarixli əmək müqavilələri, “Caspian Coast Winery and Vineyards” MMC-nin 26 may 2021-ci il tarixli, 30 noyabr 2020-ci il tarixli, 08 yanvar 2021-ci il tarixli, 19 yanvar 2021-ci il tarixli, 27 yanvar 2021-ci il tarixli, 25 yanvar 2021-ci il tarixli, 05 fevral 2021-ci il tarixli, 26 fevral 2021-ci il tarixli, 08 fevral 2021-ci il tarixli, 22 fevral 2021-ci il tarixli, 21 may 2021-ci il tarixli, ümumilikdə 11 ədəd kassa-mədaxil orderləri, Təqsirləndirilən şəxs öz xətti ilə “X8 and Vineyards” MMC-nin baş direktoru Şahid1 adına yazdığı izahat və ərizə, “Malların geri qaytarılması üzrə təhvil-təslim haqqında” 12 avqust 2021-ci il tarixli akt cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 150 (bir yüz əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X4, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar