Məhkəmə qərarları › İş №1(059)-10/2023

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-10/2023

28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-10/2023 28.03.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər- fərdi qaydada fəaliyyət göstərən vəkillər X7 və Müdafiəçi, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə 28 mart 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1961-ci il tarixdə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18 avqust 2010-cu il tarixli, 1(101)-1106/2010 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 67-ci maddəsi tətbiq edilməklə, qəti olaraq əmlakı müsadirə olunmamaqla, 10 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, habelə 18 fevral 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə, xx xxxxxxx 1993-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 1,124 qram təşkil edən narkotik vasitə olan heroini, ümumi təmiz çəkisi 1,735 qram təşkil edən psixotrop maddə olan metamfetamini, ümumi təmiz çəkisi 13,393 qram olan narkotik vasitə olan tiryəki, ümumi təmiz çəkisi 1,742 qram olan narkotik vasitə olan qurudulmuş marixuananı üzərində və avtomobilində saxlamış, 05 noyabr 2022-ci il tarixdə, saat 10:00 radələrində oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə özünün istifadəsində olan lakin, sonuncunun idarə etdiyi “Renault” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Siyəzən rayonuna getmək üçün Bakı şəhərindən yola çıxdıqları zaman oğlu Təqsirləndirilən şəxs1 avtomobilin külqabı hissəsindən ümumi təmiz çəkisi 1,124 qram olan narkotik vasitə heroini, ümumi təmiz çəkisi 0,739 qram psixotrop maddə metamfetamin və üzərində psixotrop maddə metamfetaminin izləri olan 2 ədəd boru formasına salınmış 1 manatlıq pul əskinasları, üzərində psixotrop maddə metamfetaminin izləri olan 2 ədəd yanmış vəziyyətdə folqaları götürmüş, 05 noyabr 2022-ci il tarixdə, saat 13:30 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə özünün istifadəsində olmaqla, Təqsirləndirilən şəxs1 tərəfindən idarə olunan “Renault” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Siyəzən şəhərinin H.Əliyev küçəsində saxlanılaraq üzərilərində şəxsi axtarış və avtomobilə baxış keçirilməsi məqsədilə gətirildikləri RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs1 üzərindən 1 ədəd şəffaf rəngli sellofan bükülüdə ümumi təmiz çəkisi 1,124 qram olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 0,739 qram olmaqla, hər birinin ayrı-ayrılıqda çəkiləri 0,681 qram olan 1 ədəd şəffaf rəngli sellofan bükülüdə psixotrop maddə metamfetamin və siqaret qutusunun içərisində açıq vəziyyətdə təmiz çəkisi 0,058 qram olan psixotrop maddə metamfetamin, üzərində psixotrop maddə metamfetaminin izləri olan 2 ədəd boru formasına salınmış 1 manatlıq pul əskinasları, üzərində psixotrop maddə metamfetaminin izləri olan 2 ədəd yanmış vəziyyətdə folqa, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən isə 1 ədəd şəffaf sellofan bükülüdə ümumi təmiz çəkisi 0,996 qram olan psixotrop maddə metamfetamin, 1 ədəd qara rəngli sellofan bükülüdə ümumi təmiz çəkisi 1,648 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd ağ rəngli sellofan bükülüdə ümumi təmiz çəkisi 13,393 qram olan narkotik vasitə tiryək, Siyəzən RPŞ-nin inzibati binasının həyətində “Renault” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin külqabı adlanan hissəsində yarıya qədər istifadə edilmiş papirosda ümumi təmiz çəkisi 190 qram olan tütünlə qarışıq kütlədə, təmiz çəkisi 0,094 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 05 noyabr 2022-ci il tarixdə, saat 10:00 radələrində atası Təqsirləndirilən şəxs2 istifadəsində olan “Renault” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin külqabı hissəsindən götürdüyü ümumi təmiz çəkisi 1,124 qram olan narkotik vasitə heroini, ümumi təmiz çəkisi 0,739 qram psixotrop maddə metamfetamini üzərində saxlamış, 05 noyabr 2022-ci il tarixdə, saat 13:30 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı atası Təqsirləndirilən şəxs2 istifadəsində olan lakin, özünün idarə etdiyi “Renault” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Siyəzən şəhərinin H.Əliyev küçəsində saxlanılaraq üzərilərində şəxsi axtarış və avtomobilə baxış keçirilməsi məqsədilə gətirildikləri RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 1 ədəd “Kent” markalı siqaret qutusunun içərisində olan 1 ədəd şəffaf rəngli sellofan bükülüdə ümumi təmiz çəkisi 1,124 qram olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 0,739 qram olmaqla, hər birinin ayrı-ayrılıqda çəkiləri 0,681 qram olan 1 ədəd şəffaf rəngli sellofan bükülüdə psixotrop maddə metamfetamin və siqaret qutusunun içərisində açıq vəziyyətdə təmiz çəkisi 0,058 qram olan psixotrop maddə metamfetamin, üzərində psixotrop maddə metamfetaminin izləri olan 2 ədəd boru formasına salınmış 1 manatlıq pul əskinasları, üzərində psixotrop maddə metamfetaminin izləri olan 2 ədəd yanmış vəziyyətdə folqa aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, 05 noyabr 2022-ci il tarixdə gecə saatlarından səhər saatlarına kimi idarəçiliyində olan “Renault” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olub, səhər təxminən saat 07:30-08:00 radələrində Bakı şəhərinin 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən “Araz” marketin qarşısına gəlmiş, orada avtomobilindən endiyində dolu olduğunu zənn etdiyi “Kent” markalı siqaret qutusunu yerdən götürüb, habelə içərisində narkotik vasitələr heroin, qurudulmuş marixuana, tiryək və psixotrop maddə metamfetamin olan həmin qutunu özü ilə götürmüşdür. Sonra, qutunun içərisində olan narkotik vasitə qurudulmuş marixuananın bir qismindən papirosda tüstü yolu istifadə edib, habelə yarıya qədər istifadə etdiyi papirosu avtomobilin külqabı adlanan hissəsinə qoymuşdur. Bundan sonra, Bakı şəhərinin 20 Yanvar dairəsi yaxınlığında yerləşən “Bravo” marketin qarşısına gəlib, orada kirayə yaşadıqları evdə olan oğlu Təqsirləndirilən şəxs1 mobil telefonuna zəng etmiş, habelə yanına gəlmiş oğluna Siyəzən rayonuna gedəcəklərini bildirib, ondan, yorğun olduğu üçün avtomobili idarə etməsini istəmiş, həmçinin saat təxminən 09:30 radələrində rayon istiqamətinə hərəkət etməyə başlamışlar. Siyəzən rayonuna çatmalarına az qalmış qutunun içərisində olan narkotiklərə bir daha baxış keçirtməyə başlamışdır ki, bir qədər sonra isə, yəni, rayonun mərkəzində avtomobilləri polis əməkdaşları tərəfindən saxlanılmış, həmin an avtomobildən enərkən qutunun içərisində olan narkotiklərdən bir qismini özü ilə götürə bilsə də, siqaret qutusu avtomobildə qalmışdır. Bu zaman üzərilərində şəxsi axtarış və avtomobilə baxış keçirilməsi üçün rayon Polis Şöbəsinə aparılmışlar. Orada Müdafiəçi iştirakı ilə ilk olaraq onun və sonra, oğlu Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış, daha sonra isə, avtomobilə baxış keçirilməsinə başlanılmışdır. İlk olaraq üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkcəsinin sağ yan cibindən narkotik vasitələr qurudulmuş marixuana və tiryək aşkar edilərək götürülüb, müvafiq qaydada qablaşdırılmış, həmçinin üzərində olan mobil telefonu və təxminən 170 manat məbləğində pulu təqdim etmiş və avtomobilində də, əlavə narkotik maddə olduğunu bildirmişdir. Bundan sonra, oğlu Təqsirləndirilən şəxs1 üzərində keçirilən şəxsi axtarışda da iştirak etsə də, həmin vaxt sonuncunun üzərində aşkar edilmiş predmetlərin nə olmasını hazırda xatırlamır. Daha sonra isə, avtomobilə baxış keçirilməsinə başlanılmış, bu zaman avtomobilin külqabı adlanan hissəsindən yarıya qədər istifadə etdiyi, içərisində qurudulmuş marixuana olan papiros, həmçinin cib bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, əvvəllər narkotik istifadə etmiş, habelə bu vərdişinə görə əziyyət çəkmişdir. 05 noyabr 2022-ci il tarixdə, saat təxminən 10-11:00 radələrində Bakı şəhərində kirayədə yaşadıqları evdə olarkən atası Təqsirləndirilən şəxs2 mobil telefonuna zəng edib, onunla birlikdə yaşadıqları Siyəzən rayonuna istirahətə getməsini istəmişdir. Həmin vaxt atası yorğun olduğu üçün avtomobili o, idarə etmiş, beləliklə, sonuncuya məxsus “Renault” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərindən rayon istiqamətində hərəkət etməyə başlamışlar. Siyəzən rayonuna çatdıqlarında polis əməkdaşları avtomobillərini saxlatdırmış, atası avtomobildən endiyi an avtomobilin salonunda, sürət qutusunun yanında olan atasına məxsus “Kent 8” markalı siqaret qutusunun içərisindəki predmetlər ilə birlikdə götürüb, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra, polis əməkdaşları xidməti avtomobildə atasını, idarə etdiyi avtomobildə isə onu RPŞ-yə aparmış və orada ayrı-ayrılıqda üzərilərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. RPŞ-nin növbətçi hissəsində Müdafiəçi iştirakı ilə üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkcənin sol döş cibində, “Kent 8” markalı siqaret qutusunun içərisində olan 1 ədəd folqa, 2 ədəd 1 manatlıq bükülü, psixotrop maddə metamfetamin və narkotik vasitə heroin, cəmi təxminən 104 manat məbləğində pul aşkar olunaraq götürülmüş, habelə götürülmüş predmetlər müvafiq qaydada qablaşdırılmışdır. Bundan başqa, atasının üzərində keçirilən şəxsi axtarışda iştirak etməsə də, avtomobilə keçirilən baxışda iştirak etmişdir. Belə ki, baxış zamanı avtomobilin külqabı adlanan hissəsindən yarıya qədər istifadə edilmiş papirosda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan əlavə, RPŞ-də 48 saat saxlanılsa da, sonra sərbəst buraxılmışdır. Bundan əlavə, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində “yolda olarkən avtomobilin stəkan qoymaq üçün nəzərdə tutulmuş yerində siqaret qutusu olduğunu gördüm, həmin qutunu oradan götürərək daha sonra tullamaq məqsədi ilə cibimə qoydum” bildirməsi, məhkəmə istintaqı zamanı isə “Siyəzən rayonuna çatdığımızda polis əməkdaşları avtomobilimizi saxlatdırdılar, atam avtomobildən endiyi an avtomobilin salonunda, sürət qutunun yanında olan atama məxsus “Kent 8” markalı siqaret qutusunu içərisindəki predmetlər ilə birlikdə götürüb, şəxsi istifadəm üçün üzərimdə saxladım” qeyd etməsi, həmçinin, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində “ilk növbədə atam Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirildi, sonuncu təklif əsasında əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd ağ rəngli, 1 ədəd şəffaf və 1 ədəd qara rəngli olmaqla, ümumilikdə 3 ədəd sellofan bükülünü masanın üzərinə qoydu və üzərində olan bütün narkotik vasitələri təqdim etsə də, avtomobildə də əlavə narkotik vasitə olduğunu bildirdi. Bundan sonra, atamın təqdim etdiyi bükülülərə baxış keçirilməsinə başlanıldı, habelə sonuncu şifahi sorğu zamanı şəffaf sellofan bükülüdə olan kütlənin “patı” yəni, psixotrop maddə metamfetamin, qara rəngli sellofan bükülüdəki kütlənin narkotik vasitə qurudulmuş marixuana və ağ rəngli sellofan bükülüdə olan kütlənin tiryək olmasını bildirdi, həmçinin hər üç bükülü müstəntiq tərəfindən baxış keçirilməklə, qablaşdırılması üçün masanın üzərinə qoyuldu. Bundan sonra, müstəntiqin göstərişinə əsasən atamın üzərində davam etdirilən şəxsi axtarış zamanı, onun əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd qara rəngli, “Xiaomi” markalı mobil telefon, əynində olan qara rəngli gödəkcənin sağ üst cibindən qəhvəyi rəngli qutuda narkotik vasitənin qəbulunda istifadə olunan kağızlar, əynində olan qara rəngli idman şalvarının arxa sağ cibindən 3 ədəd 50 manatlıq və 1 ədəd 20 manatlıq əsginaslar formasında olmaqla, ümumilikdə 170 manat məbləğində pul aşkar olundu. Bundan sonra, atamın təqdim etdiyi üç ədəd bükülü ayrı, həmçinin atamın üzərində aşkar edilmiş mobil telefon və narkotik vasitənin qəbulunda istifadə olunan kağızlar ayrı zərflərdə qablaşdırıldı, zərflərin üzəri möhürləməklə, iştirakçılar tərəfindən imzalandı” bildirməsi, məhkəmə istintaqı zamanı isə “atamın üzərində keçirilən şəxsi axtarışda iştirak etməmişəm” qeyd etməsi, eyni zamanda, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində “əynimdə olan qara rəngli gödəkcənin sol iç cibindən 1 ədəd “Kent” markalı siqaret qutusunu təqdim edərək, həmin qutunu avtomobildən atmaq məqsədilə götürdüyümü, içərisində nə olduğunu bilmədiyini” bildirməsi, məhkəmə istintaqı zamanı isə “atam avtomobildən düşdüyü an avtomobilin salonunda, sürət qutusunun yanında olan atama məxsus “Kent 8” markalı siqaret qutusunu içərisindəki predmetlər ilə birlikdə götürüb, şəxsi istifadəm üçün üzərimdə saxladım” qeyd etməsi arasındakı təzadı nə ilə izah edə biləcəyi soruşulduqda, o, məhkəməyədək istintaq zamanı verdiyi ifadədəki imzaların tərəfindən icra edildiyini bildirsə də, həmin vaxt qorxduğuna görə, eyni zamanda, psixi cəhətdən gərgin anlar yaşadığından qeyd etdiyi kimi ifadə verdiyini, ancaq, hazırda məhkəmə istintaqı zamanı tam sərbəst, aşkar və ədalətli məhkəmə araşdırması çərçivəsində verdiyi ifadənin reallığı əks etdirməklə, həqiqətə söykəndiyini bildirib, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin nəzərə alınmasını xahiş etməsinə baxmayaraq, onun ibtidai istintaq zamanı verdiyi ifadədən fərqlənən, habelə Təqsirləndirilən şəxs2 münasibətdə məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq, belə hesab edir ki, Təqsirləndirilən şəxs1 bu cür ifadə verməsi digər Təqsirləndirilən şəxs2 gələcəkdə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Eyni zamanda, qeyd olunan hal Təqsirləndirilən şəxs2 özünə də şamil edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs2 özü də digər təqsirləndirilən şəxs, oğlu Təqsirləndirilən şəxs1 münasibətdə məhkəmə istintaqı zamanı sorğu əsnasında sonuncunun narkotik vasitədən istifadə etmədiyini bildirsə də, bu hal da bir atanın övladını müdafiə etmək cəhdi kimi qiymətləndirilmiş, həmçinin oğulun gələcəkdə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdən obyektiv olmayan həqiqət kimi dəyərləndirilmiş, beləliklə inandırıcı olmamışdır. Göründüyü kimi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara elan olunmuş ittiham üzrə təqsirli olmaları özlərinin məhkəmə iclasında, habelə məhkəməyədək istintaq dövründə vermiş olduğu etirafedici ifadələri ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hadisədən öncə tanımamış, sonuncular ilə ədavəti və düşmənçiliyi olmamışdır. Bəyiş və Təqsirləndirilən şəxs2lərin narkotik vasitələrdən istifadə etmələri, sonuncunun istifadəsində olan “Renault” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Siyəzən rayonuna daşımaları barədə 05 noyabr 2022-ci il tarixdə əməliyyat aparatına daxil olmuş məlumatı dəqiqləşdirmək məqsədilə qeyd olunan avtomobil Siyəzən şəhərinin H. Əliyev küçəsində hərəkətdə olarkən RPŞ-nin DYP əməkdaşı Mirsaleh Cabbarov tərəfindən saxlanılmış, sonra, İlham və Təqsirləndirilən şəxs1lər üzərilərində narkotik vasitə gəzdirməkdə və istifadə etməkdə şübhəli olduqlarına görə, üzərilərinə şəxsi axtarış və avtomobilə baxış keçirilməsi üçün rayon Polis Şöbəsinin növbətçi hissəsinə aparılmışlar. Orada şəxsi axtarışdan və baxışdan əvvəl müstəntiq tərəfindən Quliyevlərə Müdafiəçi təqdim edilmiş, habelə onların müdafiəçiyə etirazı olmamışdır. Bundan sonra, ilk olaraq Təqsirləndirilən şəxs2 üzərində keçirilən şəxsi axtarış zamanı o, təklif əsasında əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd ağ rəngli, 1 ədəd şəffaf və 1 ədəd qara rəngli olmaqla, ümumilikdə 3 ədəd sellofan bükülünü təqdim etmiş, habelə bu bükülülərə keçirilmiş baxış zamanı içərilərində, narkotik vasitələr tiryək və qurudulmuş marixuana, həmçinin psixotrop maddə metamfetaminə bənzər kütlələrin olması aşkar olunmuşdur. Daha sonra, aşkar edilmiş predmetlər bir ədəd ağ rəngli zərfə qoyularaq, qablaşdırılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs1 üzərində keçirilən şəxsi axtarış zamanı o da, təklif əsasında əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 1 ədəd “Kent” markalı siqaret qutusunu təqdim edib, həmin qutunu avtomobildən atmaq məqsədilə götürdüyünü və qutunun içərisində nə olduğunu bilmədiyini qeyd etmiş, habelə siqaret qutusuna keçirilmiş baxış zamanı içərisindən, narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Daha sonra, Quliyevlərin üzərilərində şəxsi axtarış davam etdirilsə də, əlavə qanunla qadağan edilmiş predmet təsbit edilməmişdir. Sonra, Təqsirləndirilən şəxs2 istifadəsində olan “Renault” markalı, **- DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə Müdafiəçi iştirakı ilə keçirilmiş baxış zamanı, avtomobilin salonunda külqabı adlanan hissəsindən yanmış vəziyyətdə, yarıya qədər istifadə olunmuş, 1 ədəd papiros formasında narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və sürücünün əyləşməsi üçün nəzərdə tutulan oturacağın arxa hissəsindəki saxlanc yerindən 1 ədəd qara rəngli qatlanan cib bıçağı aşkar olunmuşdur. Eyni zamanda, polis əməkdaşları tərəfindən İlham və Təqsirləndirilən şəxs1lər hər hansı bir formada təsir və ya təzyiq olmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 75-76-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2022-ci il tarixli, 6/6434 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN arayışlar üçün № 96”-li dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan...” yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 13,393 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir və 1 ədəd bükümdə təmiz çəkisi 0,996 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata 0,1 qram tiryək istifadə edildikdən sonra qalıq tiryəkin miqdarı 13,293 qram, 0,05 qram metamfetamin istifadə edildikdən sonra isə qalıq metamfetaminin miqdarı 0,946 qram təşkil etmişdir. Cinayət işinin 74-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, materialların məhkəmə ekspertizasının dəyəri 114 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 80-81-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2022-ci il tarixli, 6/6435 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün N96”li dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs1 üzərində keçirilən zaman aşkar olunmuş...” yazısı və imzalar olan paketdəki, 1 ədəd bükümdə təmiz çəkisi 1,124 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,681 qram və 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,058 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 2 ədəd boruşəkilli formasında salınmış 1 manatlıq pul əskinasının içərisində və 2 ədəd folqa kağız parçalarının üzərində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Tədqiqata 0,05 qram heroin istifadə edildikdən sonra qalıq heroinin miqdarı 1,074 qram, 0,681 və 0,058 qram metamfetamindən isə müvafiq olaraq 0,05 qram və 0,03 qram istifadə edildikdən sonra qalıq metamfetamin miqdarı 0,631 və 0,028 qram təşkil etmişdir. Cinayət işinin 79-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, materialların məhkəmə ekspertizasının dəyəri 114 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 85-86-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2022-ci il tarixli, 7/1281 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs2 üzərindən...” yazısı və imzalar olan kağız paketdəki, 1 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 1,648 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Eyni zamanda, rəydən görünür ki, üzərində “Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən...” yazısı və imzalar olan kağız paketdəki, 1 ədəd papirosda ümumi çəkisi 190 qram olan tütünlə qarışıq kütlədə təmiz çəkisi 0,094 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,05 qram marixuana istifadə edildikdən sonra, qalıq marixuananın miqdarı 1,598 qram, 0,02 qram marixuana istifadə edildikdən sonra isə qalıq marixuananın miqdarı 0,074 qram təşkil etmişdir. Cinayət işinin 84-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 78 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 257-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2022-ci il tarixli, 3/1692 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin 256-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ballistik ekspertizası tədqiqatının dəyəri 74 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 247-248-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 15 dekabr 2022-ci il tarixdə verilmiş 7612 nömrəli məcburi-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs2 yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 249-250-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 20 dekabr 2022-ci il tarixdə verilmiş 7725 nömrəli məcburi-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 47-50-ci vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında 05 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin gün, saat 14:07-dən saat 14:29-dək olan müddət ərzində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərində Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən ittihamın əsasını təşkil edən 1 ədəd ağ rəngli, 1 ədəd şəffaf və 1 ədəd qara rəngli olmaqla, ümumilikdə 3 ədəd sellofan bükülülərinin içərilərində müvafiq olaraq tiryəkə, qurudulmuş marixuanaya və psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Eyni zamanda, Təqsirləndirilən şəxs2 üzərində olan bütün narkotik vasitələri təqdim etdiyini, lakin əlavə narkotik vasitənin də olduğunu, onların isə maşında ya da oğlu Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Bundan sonra, göstəriş əsasında RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid tərəfindən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmiş, bu zaman onun əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd qara rəngli, Xiaomi markalı mobil telefon, sağ üst cibindən qəhvəyi rəngli qutuda narkotik vasitənin qəbulunda istifadə olunan kağızlar, əynində olan qara rəngli idman şalvarının arxa sağ cibindən 3 ədəd 50 manatlıq və 1 ədəd 20 manatlıq əskinaslar formasında olmaqla, ümumilikdə 170 manat məbləğində pul aşkar olunmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 ədəd ağ rəngli sellofan bükülüdə olan narkotik vasitə tiryəkə, 1 ədəd şəffaf sellofan bükülüdə olan psixotrop maddə metamfetaminə, eləcə də 1 ədəd qara rəngli sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, həmçinin 1 ədəd Xiaomi markalı mobil telefon və narkotik vasitənin qəbulunda istifadə olunan qəhvəyi rəngli qutu qablaşdırmasında kağızlar hər biri ayrı-ayrılıqda ağ rəngli zərflərə qoyularaq müvafiq qaydada qablaşdırılmış, qablaşdırmalar imzalandıqdan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, habelə bu zaman sonuncu əynindəki qara rəngli gödəkcənin sol iç cibindən 1 ədəd “Kent” markalı siqaret qutusunu təqdim edərək, həmin qutunu avtomobildən atmaq məqsədilə götürdüyünü, içərisində nə olduğunu bilmədiyini qeyd etmiş, o cümlədən qutudan 1 ədəd müştük formasına salınmış 1 manatlıq pul əskinası, 2 ədəd yanmış vəziyyətdə folqa, 1 ədəd içərisində qəhvəyi rəngli kütlə olan şəffaf sellofan bükülü və 1 ədəd içərisində ağ kristalşəkilli kütlə olan şəffaf sellofan bükülü aşkar olunmuşdur. Həmin predmetlərə baxış keçirilərkən 1 ədəd şəffaf sellofan bükülüdə narkotik vasitə heroinə, 1 ədəd digər şəffaf sellofan bükülüdə isə psixotrop maddə metamfetaminə bənzər kütlələr müəyyən edilmişdir. Daha sonra, göstəriş əsasında RPŞnin NMQ-nun əməliyyat müvəkkili Şahid tərəfindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmiş, bu zaman onun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd müştük formasına salınmış 1 manatlıq pul əskinası, ətir, 1 ədəd alışqan, 1 ədəd “Kent” markalı siqaret qutusu, sol yan cibindən 1 ədəd alışqan, 1 ədəd ayaqqabı kremi, sol iç cibindən 1 ədəd alışqan, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd avtomobil açarı, 1 ədəd qara rəngli mobil telefon, arxa sağ cibindən 1 ədəd oyun kartı, 4 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq və 4 ədəd 1 manatlıq pul əksinasları formasında olmaqla, 104 manat məbləğində pul aşkar olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 2 ədəd müştük formasına salınmış 1 manatlıq pul əskinasları, 1 ədəd şəffaf sellofan bükülüdə narkotik vasitə heroinə bənzər, 1 ədəd digər şəffaf sellofan bükülüdə psixotrop madə olan metamfetaminə bənzər və 1 ədəd ağ rəngli kağız bükülüdə baxış zamanı masanın üzərinə dağılmış toz şəklində ağ və qəhvəyi kütlələr 1 ədəd ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış qablaşdırma Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və bütün digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 aşkar olunmuş iş üzrə əhəmiyyət kəsb etməyən digər predmetlər geri qaytarılmışdır. Şəxsi axtarışlar zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 52-53-cü vərəqələrində olan baxış və götürmə haqqında 05 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin gün, saat 14:35-dən saat 14:50-dək olan müddət ərzində Təqsirləndirilən şəxs2 razılığı ilə ona məxsus **-DB-*** dövlət qeydiyyat nişanlı, “Renault” markalı avtomaşına keçirilmiş baxış zamanı avtomobilin külqabı adlanan hissəsində yanmış vəziyyətdə, yarıya qədər istifadə olunmuş, 1 ədəd papiros formasında narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, sürücünün əyləşməsi üçün nəzərdə tutulan oturacağın arxa hissəsindəki saxlanc yerindən isə 1 ədəd qara rəngli qatlanan cib bıçağı aşkar olunmuşdur. Baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 172-175-ci vərəqələrində olan 09 noyabr 2022-ci il tarixli maddi sübut kimi tanımaq və işin 260-281-ci vərəqələrində olan 14 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, **- DB-*** dövlət qeydiyyat nişanlı, “Renault” markalı avtomobilə baxış zamanı avtomobilin arxa hissəsində sürücü üçün nəzərdə tutulmuş oturacağın saxlanc yerindən götürülmüş 01 ədəd tiyəsinin bir üzündə “USA COLUMBİA” yazısı olan qara rəngli bıçaq, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş qalıq çəkisi 13,293 qram tiryək, 0,946 qram qalıq çəkidə psixotrop maddə metamfetamin, qalıq çəkisi 1,598 qram və idarə etdiyi avtomobildən götürülmüş tütünlə qarışıq kütlədə qalıq çəkisi 0,074 qram qurudulmuş marixuanalar, eləcə də Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş qalıq çəkisi 1,074 qram narkotik vasitə heroin, 0,631 və 0,028 qram çəkidə psixotrop maddə metamfetamin, üzərində psixotrop maddə metamfetaminin izləri olan 2 ədəd boruşəkilli formasında salınmış, 1 manatlıq pul əskinasları, 2 ədəd folqa kağız parçaları maddi sübut kimi tanınaraq, saxlanılması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, 05 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərində keçirilmiş şəxsi axtarış və avtomobilə keçirilmiş baxış prosesinin video görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd, eləcə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil nömrələrə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, cəmi 3 ədəd Kompakt disklər isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 207-209-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 dekabr 2022-ci il tarixli tələbnaməsindən, eləcə də işin 235-238-ci vərəqələrində olan Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18 avqust 2010-cu il tarixli, 1(101)-1106/2010 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18 avqust 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən bu məhkəmənin 08 noyabr 2007-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 2 il 8 ay 25 gün hissəsi həmin hökmlə təyin edilmiş cəzaya qismən toplanmaq yolu ilə qəti olaraq əmlakı müsadirə olunmamaqla, 10 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, habelə 18 fevral 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs2 üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş işin 210-cu səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 dekabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 158-159-cu vərəqələrindəki Siyəzən Rayon Məhkəməsinin 07 noyabr 2022-ci il tarixli, 4(059)-46/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 haqqında həmin tarixdə 3 ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 41-ci vərəqəsində olan 05 noyabr 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 160-161-ci vərəqələrindəki 07 noyabr 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Quliyev X2 RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 230-233-cü vərəqələrində olan arayışlardan və xasiyyətnamələrdən görünür ki, Siyəzən şəhərinin M. Müşfiq küçəsindəki 2 saylı evdə qeydiyyatda olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Siyəzən RİHB-nin Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq olunmuş İ Siyahının 12-ci bəndinə əsasən qurudulmuş marixuana 5 qramdan artıq miqdarda olduqda şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə tiryək, eləcə də psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq olsa da, ona aid aşkar edilərək götürülmüş digər narkotik vasitə olan, ümumi təmiz çəkisi 1,742 qram təşkil etmiş marixuana şəxsi istehlak miqdarından az təşkil edir. Belə olan halda, Təqsirləndirilən şəxs2 cinayət məsuliyyəti onun üzərindən aşkar edilmiş başqa narkotik vasitələrə və psixotrop maddəyə görə yaransa da, aşkar edilmiş narkotik vasitə olan marixuananın miqdarı şəxsi istehlak miqdarından az təşkil edir ki, bu da onun həmin narkotik vasitəyə görə cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ittiham verilməsini istisna edir. Bununla da, məhkəmə ibtidai araşdırma orqanının Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddəni əldə edib, saxlamaqla, daşımasına görə verilmiş ittihamın əsaslı olması barədə gəldiyi nəticə ilə razılaşsa da, Təqsirləndirilən şəxs2 dair hissədə digər narkotik vasitə marixuanaya münasibətdə ittihamın əsaslı olması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etməyərək, hesab edir ki, narkotik vasitə olan ümumi təmiz çəkisi 1,742 qram təşkil etmiş marixuananın qanunsuz olaraq əldə edilməsi, saxlanılmasına və daşınmasına dair müddəalar Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan çıxarılmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama, daşıma cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Yəni, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında birbirinə münasibətdə qeyd etdiklərini təsdiq edəcək mötəbər sübuta malik olmamış, habelə onların bildirdikləri cinayət işində olan digər sənədlərlə öz təsdiqini tapmamışdır. Eyni zamanda, təqsirləndirilən şəxslərin yaxın qohum, yəni ata-bala olması nəzərə alındıqda, sonuncuların narkotik vasitə aludəçiləri olmaqla, bir avtomobildə bir-birindən xəbərsiz qanuni və ya qanunsuz olmasından asılı olmayaraq, hər hansı bir əşya əldə edib, saxlayaraq daşımasını düşünmək absurddur. Belə olan, halda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında bir-birinə münasibətdə qeyd etdiklərinə məhkəmə tərəfindən daxil inam yaranmamış, habelə həmin fikirlərin öz mənafelərinə uyğun deyilməklə, məsuliyyətdən yayınmağa şərait yaratmaq niyyəti ilə ifadə olunmuş söz və mülahizələrdən ibarət olduğu aşkarlanmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla da, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və onlar müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun kifayət qədər yaşlı olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 83.1ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Bu Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 tərəfindən əvvəlki hər iki məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlinə münasibətdə təhlükəli residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Bu Qərarın İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək saxlamasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, eləcə də şəxsiyyətini (narkotik vasitələrə meylli olmaqla, ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər dəfələrlə eyni kateqoriyadan olan əmələ görə məhkum olunmasına baxmayaraq, tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, cəzadan azad edilməsindən bir qədər müddət keçməsinə baxmayaraq, hüquqazidd əməllərini son zamanlara qədər davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini), beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, pis vərdişi səbəbindən ailə üzvlərinə, o cümlədən digər təqsirləndirilən şəxs, oğlu Təqsirləndirilən şəxs1 mənfi təsir göstərməklə, nümunə olmasını, bununla belə, barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 5/6 hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 05 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edilməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, eləcə də şəxsiyyətini, o cümlədən narkotik vasitələrə meylli olmaqla, ictimai faydalı işlə məşğul olmamasını, əldə etməklə, saxlayaraq, daşıdığı narkotik vasitənin və psixotrop maddənin miqdarını, çeşid müxtəlifliyini, bu predmetlərin qanunsuz dövriyyəsində iştirakını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, pis vərdişinin gələcəkdə ailə üzvlərinə mənfi təsir göstərə biləcəyini, barəsində cəzasını yüngülləşdirici və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 1/3 hissəsi həcminə yaxın həcmdə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 05 noyabr 2022-ci il tarixdən 07 noyabr 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 28 mart 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci və 346.1.19-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş qalıq çəkisi 13,293 qram tiryək, 0,946 qram qalıq çəkidə psixotrop maddə metamfetamin, qalıq çəkisi 1,598 qram və idarə etdiyi avtomobildən götürülmüş tütünlə qarışıq kütlədə qalıq çəkisi 0,074 qram qurudulmuş marixuanalar, eləcə də Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş qalıq çəkisi 1,074 qram narkotik vasitə heroin, 0,631 və 0,028 qram çəkidə psixotrop maddə metamfetamin, üzərində psixotrop maddə metamfetaminin izləri olan 2 ədəd boruşəkilli formasında salınmış, 1 manatlıq pul əskinasları, 2 ədəd folqa kağız parçaları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübutlar, 05 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərində keçirilmiş şəxsi axtarış və avtomobilə keçirilmiş baxış prosesinin video görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd, eləcə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil nömrələrə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, cəmi 3 ədəd Kompakt disklər cinayət işində saxlanılmalıdır. Bundan əlavə, iş üzrə maddi sübut olmaqla, Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs2 avtomobilindən aşkar edilmiş 1 (bir) ədəd tiyəsinin sol üzündə “USA COLUMBİA” yazısı olan qara rəngli bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 qaytarılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 380 manat məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198-ci, 344-347-ci, 349cu, 351-353, 356, 358, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 05 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş qalıq çəkisi 13,293 qram tiryək, 0,946 qram qalıq çəkidə psixotrop maddə metamfetamin, qalıq çəkisi 1,598 qram və idarə etdiyi avtomobildən götürülmüş tütünlə qarışıq kütlədə qalıq çəkisi 0,074 qram qurudulmuş marixuanalar, eləcə də Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş qalıq çəkisi 1,074 qram narkotik vasitə heroin, 0,631 və 0,028 qram çəkidə psixotrop maddə metamfetamin, üzərində psixotrop maddə metamfetaminin izləri olan 2 ədəd boruşəkilli formasında salınmış, 1 manatlıq pul əskinasları, 2 ədəd folqa kağız parçaları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübutlar, 05 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərində keçirilmiş şəxsi axtarış və avtomobilə keçirilmiş baxış prosesinin video görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd, eləcə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil nömrələrə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, cəmi 3 ədəd Kompakt disklər cinayət işində saxlanılsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs2 avtomobilindən aşkar edilmiş 1 (bir) ədəd tiyəsinin sol üzündə “USA COLUMBİA” yazısı olan qara rəngli bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 qaytarılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan cəmi 380 (üç yüz səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxslərə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar