Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-10/2025 04.03.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 04 mart 2025-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxxx 1990-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 1(059)-23/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, Siyəzən Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 1(059)-23/2023 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1ci, 66.5-ci və 69.3-cü maddələri tətbiq edilməklə qəti olaraq 1 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 3 ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin 26 aprel 2024-cü il tarixdə cəza müddəti tam başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, yəni 1,010 qram çəkidə narkotik vasitə hesab edilən heroini və xeyli miqdarında, yəni 1,362 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, həmin maddələri tanışı X2 yaşadığı Siyəzən şəhərinin İsmət Qayıbov küçəsindəki 50 nömrəli evin girişdən sol tərəfdə yerləşməklə, evin giriş qapısı ilə üzbəüz mətbəx kimi istifadə olunan otaqda, qapı ilə üzbəüz masanın üzərində saxlamış və 25 oktyabr 2024-cü il tarixdə, saat 02:00 radələrində Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Nizam Qurbanovun yaşadığı evə baxış keçirilərkən 01 ədəd kibrit qutusunun içərisində 09 ədəd gümüşü rəngli bükülüdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,032 qram, 0,045 qram, 0,043 qram, 0,038 qram, 0,045 qram, 0,011 qram, 0,031 qram, 0,042 qram və 0,044 qram, ümumi çəkisi 0,331 qram olan psixotrop maddə metamfetamin və həmin kibrit qutusunun içərisində olan 4 ədəd qızılı rəngli bükülüdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,017 qram, 0,017 qram, 0,024 qram və 0,026 qram, ümumi çəkisi 0,084 qram olan narkotik vasitə heroin, bir ədəd nəlbəkin içərisində olan və baxış zamanı bir ədəd siqaretin gümüşü rəngli kağızına qablaşdırılan müvafiq olaraq 0,103 qram çəkidə və bir ədəd sellofan bükümdə 0,823 qram olmaqla, ümumi təmiz çəkisi 0,926 qram olan narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 1,031 qram psixotrop maddə metamfetamin həyətin girişindən sol tərəfdə yerləşən evin giriş qapısı ilə üzbəüz mətbəx kimi istifadə olunan otaqda qapı ilə üzbəüz masanın üzərindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməməklə, ifadəsində göstərmişdir ki, o, özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilir. Belə ki, 24 oktyabr 2024-cü il tarixdə, günorta saatlarında işi ilə bağlı getdiyi Bakı şəhərinin Yasamal rayonu ərazisində, 38 nömrəli tam orta məktəbin yaxınlığında olarkən narkotik vasitələr tapmış, habelə bu vasitələri şəxsi istifadəsi üçün yaşadığı evə gətirməklə, bu vasitələrdən evdə bir qədər istifadə etmişdir. Həmin tarixdə, axşam saatlarında tanışı X6 onu çay içmək üçün evlərinə dəvət etmiş, o, da öz evlərində şərait olmadığı üçün, üzərində olan narkotikləri bükümlərə ayırmaq məqsədi ilə onları özü ilə götürmüş, sonucunun yaşadığı, Siyəzən şəhərinin İsmət Qayıbov küçəsindəki 50 nömrəli evə getmişdir. Bu zaman həmin evdə, Nizam Qurbanov, Hənifə Hüseynzadə və Şahid3 da olmuş, habelə sonuncular futbol oyununa baxarkən, o, evin mətbəxinə keçmiş və üzərində olan narkotik vasitələri bükümlərə ayırmağa başlamışdır. Belə ki, narkoitk vasitəyə olan təlabatını iki saatdan bir təmin etdiyi üçün o, həmin vasitələri bükümlərə ayırmış, onları satmamış və belə bir niyyəti də ümumiyyətlə olmamışdır. Həmçinin qeyd edir ki, 4 ədəd borucuğu da narkotik vasitəni çəkmək yolu ilə istifadə etdiyi üçün düzəltmişdir. 25 oktyabr 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən, Nizam Qurbanovun evinə keçirilmiş baxış zamanı aşkar edilmiş folqalar da, ona məxsus olmuşdur. Bundan başqa, barəsində həbs qətimkan tədbiri seçilən zaman Şahid3 narkotik vasitə verdiyini bildirsə də, bunu həmin vaxt narkotik istifadə edə bilmədiyi üçün hiss etdiyi ağrı səbəbindən söyləmişdir. Belə ki, Şahid3 hərhansı narkotik verməməklə yanaşı, Nizam Qurbanovun evində olan şəxslərin onun üzərində narkotik vasitələr olmasından xəbəri olmamışdır. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən çəkmə yolu ilə istifadə etmişdir. Bununla yanaşı, tanışı Nizam Qurbanov 24 oktyabr 2024-cü il tarixdə ona zəng edib, çay içmək və futbola baxmaq üçün onu yaşadığı evə dəvət etmiş, habelə o, həmin tarixdə, təxminən saat 23:00 radələrində birincinin yaşadığı evə getmişdir. Həmin vaxt Şahid3 orada olsa da, Hənifə Hüseynzadə ondan bir qədər sonra, həmin evə gəlmişdir. Bundan sonra o, üzərində olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin bükümlərini çıxardıb, mətbəxdə olan stolun üzərinə qoymuş, habelə orada olan tanışlarına narkotik vasitə istifadə etməyi təklif etmiş, beləliklə düzəltdiyi 04 ədəd boru vasitəsi ilə əvvəl heroin, sonra isə, metamfetamindən çəkmək yolu ilə istifadə etmişlər. Bununla belə, istifadə etdikləri narkotik vasitələrin əvəzində heç kəsdən pul almamış, habelə Şahid3 üzərindən aşkar olunan bükümü sonuncuya o, verməməklə yanaşı, aşkar olunmuş narkotik vasitələri ayrı-ayrı bükümlərə şəxsi istifadəsi üçün ayırmışdır. 25 oktyabr 2024-cü tarixdə, təxminən saat 02:00 radələrində polis əməkdaşları Nizam Qurbanovun evinə daxil olaraq, narkotik vasitə istifadə etməklərində və Nizam Qurbanovun evində narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirərək, sonuncunun evinə baxış, üzərlərinə isə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Habelə, bu barədə bildiriş təqdim edildikdən sonra, Müdafiəçi iştirakı, eləcə də, videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və baxış keçirilməsinə başlanılmış, həmçinin müstəntiqin sualına cavab olaraq, o, masanın üzərində olan narkoitk vasitələrin hamsının özünə məxsus olmasını bildirmişdir. Beləliklə, stolun üzərində olan nəlbəkiyə baxış keçirilərkən nəlbəkiyə tökülmüş vəziyyətdə olan qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə sonradan həmin stolun üzərində olan folqalardan birinin içərisinə tökülməklə, ağzı bağlanmış, habelə həmin nərbəkinin içərisində olan bir ədəd ağ rəngli şəffaf bükümdə psixotrop maddə metafetaminə bənzər kütlənin və stolun üzərində olan ağzı açıq bir ədəd şəffaf rəngli selofan bükülünün içərisindəki narkotik vasitə heroinə bənzər kütlənin sellofanları kütlələr dağılmaması üçün ağızları yandırıldıqdan sonra, habelə stolun üzərindən aşkar edilmiş narkotik vasitəni istifadə etmək üçün borucuq formasında gətirilmiş qızılı rəngli folqa və iki ədəd 1 manatlıq pus əskinası, bir ədəd qara rəngli dəmir borucuq, bir ədəd üzərində iz olan folqa, iki ədəd hər birinin üzərində iz olan qara rəngli folqalar, sayıldığında cəmi 20 ədəd folqa, üç ədəd alışqan bir ədəd boş ağ rəngli zərfdə, stolun üzərindəki üstü yanıq vəziyyətdə olan kibrit qutusuna keçirilmiş baxış zamanı qutunun içərisindən aşkar edilmiş, habelə hər birinin açılıb içərisinə baxıldıqda 9 ədədi psixotrop maddə metamfetaminə, 4 ədədi isə narkotik vasitə heroinə bənzər olmaqla, folqaya bükülmüş bükülülər yenidən qutunun içərisinə yığılmaqla digər ağ rəngli boş zərfin içəisində qablaşdırılmış, qablaşdırmanın üzəri bütün iştirakçılar tərəfindən imzanmışdır. Daha sonra, onun, Nizam Qurbanovun və Hənifə Hüseynzadənin üzərlərində şəxs axtarış, birinicinin isə yaşadığı evdə baxış keçirilsə də, qanunsuz əşya və predmet aşkar edilməsə də, Şahid3 üzərində keçirilən şəxsi axtarış zamanı sonuncu təklif əsasında əynində olan qara rəngli şalvarın sağ cibindən içərisində bir ədəd qızılı rəngli folqada psixotrop maddə metamfetaminə, bir ədəd ağ rəngli folqada narkotik vasitə heroinə bənzər kütlələr olan bir ədəd gümüşü rəngli folqanı təqdim etmiş, habelə təqdim edilmiş bu predmtlərdə müvafiq qaydada qablaşdırılmışdır. Bundan sonra onlardan etiraz, vəsatət, şikayətlərinin olubolmamaları soruşulmuş, habelə heç bir şikayət və vəsatətlərinin olmamasını bildirmişlər. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl rayon sakini kimi tanımış, sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs, Hənifə Hüseynzadənin, Şahid3 və Nizam Qurbanovun sonuncunun yaşadığı evdə narkotik vasitə istifadə etmələri ilə bağlı əməliyyat aparatına məlumat daxil olmuşdur. Beləliklə, məlumat əsasında o, Siyəzən RPŞ-nin istintaq bölməsinin rəisi Şahin Rzayev, həmin bölmənin müstəntiqi Anar Əmirov, NMQ-nin əməliyyat müvəkkili Şahid2, CAB-ın əməliyyat müvəkkili Əbdülkərim Məmmədov, TQ-nın baş inspektor kriminalisti Cavidan Dadaşov və PPXB-ün polis nəfəri Vasif Səfərov ilə birlikdə Nizam Qurbanovun yaşadığı evə getmişlər. Bu zaman, Nizam Qurbanovun atası yaşadığı evə baxış keçirilməsinə etirazının olmamasına dair ərizəsini təqdim etmiş və beləliklə, həmin evə tərəflərindən keçirilən baxış zamanı, mətbəxdəki stolun üzərindən nəlbəkinin içərisinə tökülmüş vəziyyətdə narkotilk vasitə heroinə bənzər kütlə, həmçinin həmin stolun üzərindən üstü yanmış vəziyyətdə olan kibrit qutusunun içərisindən 09 ədəd psixotrop maddə metamfetaminə, 04 ədəd isə narkotik vasitə heroinə bənzər kütlələr, borcucuq formasına salınmış pul əskinazı, istifadə edilmiş folqalar, yandıranlar aşkar edilərək götürülmüş, habelə Təqsirləndirilən şəxs aşkar edilmiş predmetlərin ona məxsus olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, sonuncu ilə aralarında qohumluq münasibəti, habelə ona qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. 25 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs, Hənifə Hüseynzadənin, Şahid3 və Nizam Qurbanovun sonuncunun yaşadığı evdə narkotik vasitə istifadə etmələri ilə bağlı Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra, əməliyyat qrupu yaradılmışdır. Beləliklə o, əməliyyat qrupunun tərkibinə daxil olan Siyəzən RPŞ-nin istintaq bölməsinin rəisi Şahin Rzayev, həmin bölmənin müstəntiqi Anar Əmirov, CAB-ın baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Əbdülkərim Məmmədov, TQ-nın baş inspektor kriminalisti Cavidan Dadaşov və PPXB-ün polis nəfəri Vasif Səfərov ilə birlikdə Nizam Qurbanovun yaşadığı evə getmişlər. Həmin vaxt yaşadığı evin qarşısına çağırılmış Nizam Qurbanovun atası yaşadığı evə baxış keçirilməsinə etirazının olmamasına dair ərizəsin təqdim etdikdən sonra, müdafiəçinin iştirakı ilə evə baxış keçirilməsinə başlanılmışdır. Beləliklə, evin mətbəxindəki stolun kənarında əyləşmış Təqsirləndirilən şəxs həmin stolun üzərində olan narkotik vasitə heroinə, psixotrop maddə metamfetaminə bənzər kütlələrin, borucuq formasına salınmış pul əskinazlarının, istifadə edilmiş folqaların və digər predmetlərin hər birinin ona məxsus olduğunu bildirmişdir. Həmçinin evin mətbəxdən sol tərəfdə yerləşən otağında olan Şahid3 üzərində keçirilən şəxsi axtarış zamanı onun əynində olan şalvarın cibindən iki ədəd büküm aşkar edilmiş, habelə şifahi sorğu zamanı sonuncu bükümlərin özünə məsus olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 19-cu maddəsinin İV hissəsinin V bəndinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək hüquqlarını təmin etməlidir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi 18 fevral 2025-ci il tarixdə birincinin imzası ilə təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, Şahid3 məhkəmə iclasında dindirilməsini tələb etməmiş, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etirazının olmadığını qeyd etmişdir. Bununla da, Təqsirləndirilən şəxs bu hüququndan istifadə etməmək niyyəti, habelə bunun sonuncunun hüquqlarını məhdudlaşdırmadığı nəzərə alınmaqla, Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsinin elanı ilə kifayətlənilməsi məqsədə müvafiq hesab edilmişdir. Barəsində məcburi gətirmə qərarı olmasına baxmayaraq, məhkəmə iclasında iştirakı təmin edilməmiş, məhkəməyə ünvanlanmış teleqramında məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, o cümlədən məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, təxminən 2-3 ildir narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən arabir çəkmək yolu ilə istifadə edir. 25 oktyabr 2024-cü il tarixdə, təxminən saat 23:00 radələrində tanışı Nizam Qurbanov ona zəng edərək, onu çay içməyə dəvət etdikdə, sonuncunun yaşadığı evə getmişdir. Habelə, ora çatanda Təqsirləndirilən şəxs də, orada olduğunu görüb, evin mətbəxinə, Tural və Nizamın yanına keçdikdə mətbəxdəki stolun üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, həmçinin gümüşü rəngli folqalar olduğunu görmüşdür. Bu zaman Nizam və Tural həmin narkotik vasitələrdən istifadə etsələr də, o, istifadə etməmişdir. Bununla yanaşı, bir müddət sonra Nizamın tanışı Hənifə Hüseynzadə də, həmin evə gəlmiş və təxminən 2-3 saat orada olduqdan sonra, saat təxminən 02:00 radələrində polis əməkdaşları evə daxil olaraq, narkotik vasitə istifadə etməkdə və Nizam Qurbanovun evində narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirib, üzərlərində şəxsi axtarış və evə baxış keçirəcəklərini qeyd etmişlər. Habelə, bu barədə bildiriş təqdim edildikdən sonra, Müdafiəçi iştirakı, eləcə də, videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və baxış keçirilməsinə başlanılmışdır. Beləliklə, stolun üzərində olan nəlbəkiyə baxış keçirilərkən nəlbəkiyə tökülmüş vəziyyətdə olan qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə sonradan həmin stolun üzərində olan folqalardan birinin içərisinə tökülməklə, ağzı bağlanmış, habelə həmin nərbəkinin içərisində olan bir ədəd ağ rəngli şəffaf bükümdə psixotrop maddə metafetaminə bənzər kütlənin və stolun üzərində olan ağzı açıq bir ədəd şəffaf rəngli selofan bükülünün içərisindəki narkotik vasitə heroinə bənzər kütlənin sellofanları kütlələr dağılmaması üçün ağızları yandırıldıqdan sonra, habelə stolun üzərindən aşkar edilmiş narkotik vasitəni istifadə etmək üçün borucuq formasında gətirilmiş qızılı rəngli folqa və iki ədəd 1 manatlıq pus əskinası, bir ədəd qara rəngli dəmir borucuq, bir ədəd üzərində iz olan folqa, iki ədəd hər birinin üzərində iz olan qara rəngli folqalar, sayıldığında cəmi 20 ədəd folqa, üç ədəd alışqan bir ədəd boş ağ rəngli zərfdə, stolun üzərindəki üstü yanıq vəziyyətdə olan kibrit qutusuna keçirilmiş baxış zamanı qutunun içərisindən aşkar edilmiş, habelə hər birinin açılıb içərisinə baxıldıqda 9 ədədi psixotrop maddə metamfetaminə, 4 ədədi isə narkotik vasitə heroinə bənzər olmaqla, folqaya bükülmüş bükülülər yenidən qutunun içərisinə yığılmaqla digər ağ rəngli boş zərfin içəisində qablaşdırılmış, qablaşdırmanın üzəri bütün iştirakçılar tərəfindən imzanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs aşkarlanan həmin narkotik vasitələr və psixotrop maddələrin özünə məxus olduğunu bildirmişdir. Bundan sonra, Nizam Qurbanovun üzərində şəxsi axtarış keçirilsə də, sonuncunun üzərindən qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra, onun üzərində keçirilən şəxsi axtarış zamanı təklif əsasında əynində olan qara rəngli şalvarın sağ cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə 1 ədəd qızılı və içərisində narkotik vasitə heroinə bənzər kütlə 1 ədəd gümüşü rəngli folqalar olan bir ədəd gümüşü rəngli folqanı stolun üzərinə qoymuş, habelə, bu bükülülər açılıb baxıldıqdan sonra, əvvəki qaydada qablaşdırılaraq, bir ədəd ağ rəngi zərfin içərisinə yerləşdirilmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə və ya psixotrop maddələri təxminən 2-3 gün öncə yaşadığı kənddə yol kənarından tapmışdır. Sonra, Təqsirləndirilən şəxs və Hənifə Hüseynzadənin üzərlərində şəxsi axtarış keçirilmiş, lakin qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Eyni zamanda, müstəntiqin göstəriş əsasında evdə baxış keçirilməsi davam etdirilsə də, əlavə qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Həmçinin, Nizam Qurbanovun yaşadığı evin mətbəxindəki masanın üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs məxsus olmuş, əvvəllər birincinin yaşadığı evdə narkotik istifadə etməməklə bərabər, həmin evə ilk dəfədirki getmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 44-45-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2024-cü il tarixli, 6/5004 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün 96 nömrəli dairəvi möhür əksi, üzərindən aşkar olunmuş narkotik və psixotrop maddəyə bənzər maddələr müstəntiq (imza) A.Əmirov” yazısı və imzalar olan zərfdə, bir ədəd kibrit qutudaki, 9 (doqquz) ədəd “gümüşü” rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,032 qram, 0,045 qram, 0,043 qram, 0,038 qram, 0,045 qram, 0,011 qram, 0,031 qram, 0,042 qram və 0,044 qram, ümumi çəkisi 0,331 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 4 (dörd) ədəd “qızılı” rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,017 qram, 0,017 qram, 0,024 qram və 0,026 qram, ümumi təmiz çəkisi 0,084 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün 96 nömrəli” dairəvi möhür əksi “Mənzildən aşkar olunmuş və üzərində narkotik vasitə izləri olan gümüşü rəngli folqalar və narkotik vasitə və psixotrop maddəyə bənzər maddələr və digər predmetlər müstəntiq (imza) A.Əmirov” yazısı imzalar olan paketdəki, 1 (bir) ədəd polietilen bükümdə təmiz çəkisi 0,823 qram və 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təiz çəkisi 0,103 qram, ümumi təmiz çəkisi 0,926 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,031 qram ağ rəngli kristalşəkilli madddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 2 (iki) ədəd üzərində qara rəngli iz olan folqada, 1 (bir) ədəd borucuq formasına salınmış “qızılı” rəngli kağızda, 2 (iki) ədəd borucuk formasında salınmış 1 manatlıq əskinasda, 1 (bir) ədəd üzərində maddə izləri olan folqada metamfetaminin izləri və 1 (bir) ədəd qara rəngli dəmir borucuqda heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin təmiz çəkisi və bükümlərdəki heroinlərlə və metamfetaminlə, eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Həmin paketdə olan 3 ədəd alışqan, 6 ədəd “gümüşü”ağ rəngli siqaret kağızlarda və 13 ədəd folqalarda narkotik vasitələrin və psixotrop maddələrin izləri yoxdur. Tədqiqata təqdim edilmiş heroinin ümumi təmiz çəkisi 1,010 qram təşkil edir və həmin heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş metamfetaminin ümumi təmiz çəkisi 1,362 qram təşkil edir və həmin metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. Tədqiqata cəmi 0,23 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 1,132 qram, cəmi 0,14 qram sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,870 qram təşkil etmişdir. Cinayət işinin 43-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizasının dəyəri 114 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş işin 146-147-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 15 noyabr 2024-cü il tarixdə verilmiş 7289 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-27-ci vərəqələrində olan 25 oktyabr 2024-cü il tarixli şəxsi axtarış, evə baxış və götürmə haqqında protokoldan, eləcə də, işin 28-ci vərəqəsindəki məhkəmə iclasında tədqiq edilmiş bir ədəd Kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, həmin tarixdə saat 02:25-dən 03:11dən olan müddət ərzində X3 razılıq ərizəsi əsasında sonuncunun yaşadığı Siyəzən şəhərinin İsmət Qayıbov küçəsindəki 50 nömrəli evin girişdən sol tərəfdə yerləşməklə, evin giriş qapısı ilə üzbəüz mətbəx kimi istifadə olunan otaqda, qapı ilə üzbəüz masanın üzərindən ittihamın əsasını təşkil edən qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə həmin masanın üzərindəki nəlbəkinin içərisinə tökülmüş vəziyyətdə, psixotrop maddə metamfetaminə bənzər kütlə həmin nəlbəkinin içərisindən, bir ədəd ağ rəngli şəffaf bükümdə, həmçinin həmin masanın üzərindəki üstü yanıq vəziyyətdə olan kibrit qutusunun içərisindən 09 ədəd gümüşü rəngli bükülüdə psixotrop maddə metamfetaminə və 04 ədəd qızılı rəngli bükülüdə narkotik vasitə heroinə bənzər kütlələr, stolun üzərindən 01 ədəd şəffaf rəngli olmaqla, ağzı açıq vəziyyətdə sellofan bükülünün içərisindən narkotik vasitə heroinə bənzər kütlə, habelə 02 ədəd üzərində qara rəngli iz olan folqalar, üzərində metamfetaminin izləri olan 01 ədəd borucuq formasına salınmış “qızılı” rəngli kağız, 02 ədəd borucuk formasında salınmış 1 manatlıq əskinas, 01 ədəd üzərində maddə izləri olan folqa və 01 ədəd heroinin izləri olan qara rəngli dəmir borucuq, 3 ədəd alışqan, 6 ədəd “gümüşü”-ağ rəngli siqaret kağızlar və 13 ədəd folqalar aşkar olunaraq götürülmüşdür. Eyni zamanda, videogörüntüyə baxış zamanı Turla Nurullayevin aşkar edilmiş predmetləri sərbəst şəkildə özünə məxsus olmasını bildirməsi vizual müşahidə edilmişdir. Şəxsi axtarış zamanı “İphone” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 153-171-ci vərəqələrində olan 19 dekabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus qalıq çəkiləri cəmi 0,151 qram olan 09 ədəd bükümdə psixotrop maddə metamfetamin, qalıq çəkiləri cəmi 0,044 qram olan 04 ədəd bükümdə narkotik vasitə heroin, 02 ədəd bükümdəki qalıq çəkiləri cəmi 0,826 qram narkotik vasitə heroin, 01 ədəd bükümdə qalıq çəkisi 0,981 qram psixotrop maddə metamfetamin, eləcə də, 02 ədəd üzərində qara rəngli iz olan folqalar, üzərində metamfetaminin izləri olan 01 ədəd borucuq formasına salınmış “qızılı” rəngli kağız, 02 ədəd borucuk formasında salınmış 1 manatlıq əskinas, 01 ədəd üzərində maddə izləri olan folqa və 01 ədəd heroinin izləri olan qara rəngli dəmir borucuq, 03 ədəd alışqan, 06 ədəd “gümüşü”-ağ rəngli siqaret kağızlar və 13 ədəd folqalar cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, həmçinin 25 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və X4 yaşadığı Siyəzən şəhərinin İsmət Qayıbov küçəsindəki 50 nömrəli evə baxış keçilməsi prosesinin video görüntüsünün köçürüldüyü 1 ədəd kompakt disk də iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 108-109-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 noyabr 2024-cü il tarixli tələbnamədən, işin 99-102-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 1(059)-23/2023 saylı hökmünün, işin 98-ci vərəqəsində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 7(002)-56/2024 saylı qərarının surətindən, işin 97-ci vərəqələrində olan Siyəzən rayon icra və probasiya şöbəsinin 31 oktyabr 2024-cü il tarixli, 816 saylı məktubundan və iş materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 1(059)-23/2023 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci, 66.5-ci və 69.3-cü maddələri tətbiq edilməklə qəti olaraq 1 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 3 ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin 26 aprel 2024cü il tarixdə cəza müddəti tam başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 77-79-cu vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 26 oktyabr 2024-cü il tarixli, 4(059)-32/2024 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 25 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 114-115-ci vərəqələrində olan arayışdan, 67-68-ci vərəqələrində olan doğum haqqında şəhadətnamələrdən, xasiyyətnamədən, eləcə də, iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 03 may 2018-ci il təvəllüdlü İnci və 23 sentyabr 2023-cü il təvəllüdlü Nur adında iki azyaşlı uşağı olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib, saxlama cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə yanaşı şahid ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 saylı Qərarının 8-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs xeyli miqdardan miqdarından artıq miqdarda, yəni 1,010 qram çəkidə narkotik vasitə hesab edilən heroini və xeyli miqdarında, yəni 1,362 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, həmin maddələri tanışı X2 yaşadığı Siyəzən şəhərinin İsmət Qayıbov küçəsindəki 50 nömrəli evin girişdən sol tərəfdə yerləşməklə, evin giriş qapısı ilə üzbəüz mətbəx kimi istifadə olunan otaqda, qapı ilə üzbəüz masanın üzərində saxlaması, 25 oktyabr 2024-cü il tarixdə, saat 02:00 radələrində Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Nizam Qurbanovun yaşadığı evə baxış keçirilərkən 01 ədəd kibrit qutusunun içərisində 09 ədəd gümüşü rəngli bükülüdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,032 qram, 0,045 qram, 0,043 qram, 0,038 qram, 0,045 qram, 0,011 qram, 0,031 qram, 0,042 qram və 0,044 qram, ümumi çəkisi 0,331 qram olan psixotrop maddə metamfetamin və həmin kibrit qutusunun içərisində olan 4 ədəd qızılı rəngli bükülüdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,017 qram, 0,017 qram, 0,024 qram və 0,026 qram, ümumi çəkisi 0,084 qram olan narkotik vasitə heroin, bir ədəd nəlbəkin içərisində olan və baxış zamanı bir ədəd siqaretin gümüşü rəngli kağızına qablaşdırılan müvafiq olaraq 0,103 qram çəkidə və bir ədəd sellofan bükümdə 0,823 qram olmaqla, ümumi təmiz çəkisi 0,926 qram olan narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 1,031 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamasını özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, onun hərəkətlərinin məqsədinin bir daha satış həyata keçirmək olmasına dəlalət edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsi özünü müdafiə xarakteri daşıyır və ifadəsində qeyd etdiyi hallar heç bir mötəbər sübutla təsdiq edilməməklə bərabər onun subyektiv mülahizələrdən ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı ifadəsinə qiymət verərək qeyd edir ki, məhkəməyədək istintaq zamanı T.Nuralleyev özünü 234.2-ci maddəsi ilə təqsirli bilmiş, məhkəmə istintaqı zamanı həmin vaxt ona hər hansı fiziki və psixi zor işlətmədən sərbəst ifadə verdiyini qeyd etmişdir. O, məhkəməyədək istintaq dövründə verdiyi izahatında özünü təqsirli bilərək narkotik vasitələri Nizam Qurbanovun evində olan digər şəxslərə hər hansı qarşılıq-pul almadan istifadə etmək üçün verdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 da bu faktı öz ifadəsində təsdiq edərək həmin vaxt evdə olan Nizam adlı şəxsin Tural ilə birlikdə narkotik vasitə istifadə etdiyini qeyd etmişdir. 25 oktyabr 2024-cü il tarixli şəxsi axtarış, evə baxış və götürmə haqqında protokoldan görünür ki, Nizam adlı şəxsin üzərində hər hansı narkotik vasitə aşkar olunmamış, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələrin hamısının ona məxsus olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət işinin istintaqı zamanı ziddiyətli ifadələr verilərək sonradan həmin ifadələrin inkar edilməsi onun cinayət məsuliyyətindən boyun qaçırmaq istəyi kimi qiymətləndirilməlidir. Məhkəmə onu da qeyd edir ki, hətta Təqsirləndirilən şəxs narkotik vasitələri gəlir əldə etmək üçün satmadığı qəbul edilsə belə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun " “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 saylı Qərarının 8-ci bəndindən də göründüyü kimi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmiş, şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Qeyd olunan Məcəllənin 125-ci maddəsinin İ və Vİİİ hissələrinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən onun himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəza növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, Təqsirləndirilən şəxs şəxsiyyətini opioidlərin və psixostimulyatorların birdə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə və psixotrop maddə aludəçisi olmasını, ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər bu kateqoriyadan törətdiyi cinayət əməlinə görə çəkdiyi cəzadan nəticə çıxarmamasını, habelə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə, nəticədə cəzaçəkmə müəssisəsindən azad olunmasına baxmayaraq, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməsini və onun tərəfindən əvvəllər 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi ilə əlaqədar məhkumluğu ödənilmədən, yenidən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməlinin törədilməsi ilə onun şəxsiyyətinin ictimai təhlükəliliyinin xeyli dərəcədə artırdığını, əldə etməklə, bükümlər şəklində saxladığı narkotik vasitənin və psixotrop maddənin miqdarını, çeşid müxtəlifliyini, bu vasitənin və maddənin qanunsuz dövriyyəsində şəxsi marağı naminə iştirakını, cəzasını ağırlaşdıran halın və yuxarıda qeyd olunan yüngülləşdirici halın olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 1/2-dən artıq həcmdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 25 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,151 qram olan 09 ədəd bükümdə psixotrop maddə metamfetamin, qalıq çəkiləri cəmi 0,044 qram olan 04 ədəd bükümdə narkotik vasitə heroin, 02 ədəd bükümdəki qalıq çəkiləri cəmi 0,826 qram narkotik vasitə heroin, 01 ədəd bükümdə qalıq çəkisi 0,981 qram psixotrop maddə metamfetamin, eləcə də, 02 ədəd üzərində qara rəngli iz olan folqalar, üzərində metamfetaminin izləri olan 01 ədəd borucuq formasına salınmış “qızılı” rəngli kağız, 02 ədəd borucuq formasında salınmış 1 manatlıq pul əskinası, 01 ədəd üzərində psixotrop maddə metamfetamin izləri olan folqa və 01 ədəd heroinin izləri olan qara rəngli dəmir borucuq, 03 ədəd alışqan, 06 ədəd “gümüşü”-ağ rəngli siqaret kağızlar və 13 ədəd folqalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut, 25 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və X4 yaşadığı Siyəzən şəhərinin İsmət Qayıbov küçəsindəki 50 nömrəli evə baxış keçilməsi prosesinin video görüntüsünün köçürüldüyü 1 ədəd Kompakt disk cinayət işində saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 114 (bir yüz on dörd) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 25 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,151 qram olan 09 ədəd bükümdə psixotrop maddə metamfetamin, qalıq çəkiləri cəmi 0,044 qram olan 04 ədəd bükümdə narkotik vasitə heroin, 02 ədəd bükümdəki qalıq çəkiləri cəmi 0,826 qram narkotik vasitə heroin, 01 ədəd bükümdə qalıq çəkisi 0,981 qram psixotrop maddə metamfetamin, eləcə də, 02 ədəd üzərində qara rəngli iz olan folqalar, üzərində metamfetaminin izləri olan 01 ədəd borucuq formasına salınmış “qızılı” rəngli kağız, 02 ədəd borucuq formasında salınmış 1 manatlıq pul əskinası, 01 ədəd üzərində psixotrop maddə metamfetamin izləri olan folqa və 01 ədəd heroinin izləri olan qara rəngli dəmir borucuq, 03 ədəd alışqan, 06 ədəd “gümüşü”-ağ rəngli siqaret kağızlar və 13 ədəd folqalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut, 25 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və X4 yaşadığı Siyəzən şəhərinin İsmət Qayıbov küçəsindəki 50 nömrəli evə baxış keçilməsi prosesinin video görüntüsünün köçürüldüyü 1 ədəd Kompakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Quluzadə
Məhkəmə qərarları › İş №1(059)-10/2025
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-10/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver