Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-11/2023 06.06.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 06 iyun 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1976-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Siyəzən Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 1(059)-57/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 7(007)-72/2022 saylı qərarı ilə cəzasının 05 noyabr 2021-ci il tarixə çəkilməmiş qalan hissəsi 6 (altı) ay azaldılmaqla, sözügedən məhkəmənin eyni tarixli, 7(007)-74/2022 saylı qərarı ilə barəsində narkomaniyadan məcburi müalicə ləğv edilmiş, habelə onun əvvəli 23 noyabr 2019-cu il tarixdən hesablanan azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınaraq, o, 06 yanvar 2022-ci il tarixdən cəza çəkməkdən azad edilmiş, üzərində məhkumluğu olan, işləməyən, Siyəzən şəhərinin Xətai küçəsindəki 107 saylı evdə qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 6,626 qram narkotik vasitə olan qurudulmuş marixuananı üzərində və yaşadığı ünvanda, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,420 qram narkotik vasitə olan heroini və ümumi təmiz çəkisi 0,570 qram psixotrop maddə metamfetamini yaşadığı ünvanda saxlamış, 10 noyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı ünvanın həyətində üzərinə keçirilmiş şəxsi axtarış zamanı 1 ədəd kibrit qutusunda 6,090 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, Siyəzən RPŞ-nin İstintaq Bölməsində izahatı alınarkən yaşadığı ünvanda əlavə qanunla qadağan edilmiş əşya və ya predmetlərin olduğunu bildirmiş, ora yenidən keçirilmiş baxış zamanı evin birinci mərtəbəsində yaşayış olmayan otaqda pəncərənin qarşısında 1 ədəd göy rəngli sellofan bükülüdə 0,570 qram psixotrop maddə metamfetamin, 1 ədəd ağ-yaşıl rəngli nəlbəkinin içərisində açıq vəziyyətdə 0,350 qram çəkidə narkotik vasitə heroin, 1 ədəd ağ rəngli kağız bükülüdə 0,07 qram çəkidə narkotik vasitə heroin, 2 ədəd ağ rəngli kağız bükülüdə hər birinin ayrı-ayrılıqda çəkiləri 0,254 qram və 0,282 qram olmaqla, ümumilikdə 0,536 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, yazılmış ifadələrin hər biri müstəntiq tərəfindən yalandan yazılmış, ifadələrin heç biri ona oxunulmamışdır. Belə ki, 10 noyabr 2022-ci il tarixdə, saat təxminən 17:00 radələrində hüzr yerində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq, qolları sıxılı vəziyyətdə yaşadığı evin qarşısına gətirilmiş, bu zaman Siyəzən RPŞ-nin sabiq əməliyyat işləri üzrə rəisi müavini X4 içərisində narkotik vasitə qurudulmuş marixuana olan qutunu cibinə yerləşdirmiş, buna etiraz etdiyində isə sonuncunun yumruqla ağzına vurması nəticəsində dişləri qırılıb, dodaqları partlamışdır. Həmin vaxt qanını silmək üçün istifadə etdiyi, üzərində qan ləkələri olan dəsmalı hazırkı vaxta kimi saxlayır. Bu zaman cibinə atılmış “nəşəni” götürülməsini tələb etdiyində, Əhməd Nəcəfov “sənə yapışır” deyə bildirmişdir. Bundan sonra, yaşadığı evə baxış keçirilmiş, oradan qanunsuz əşya aşkar edilmədiyindən saat təxminən 17:30 radələrində Siyəzən RPŞ-yə aparılsa da, həmin gün saat təxminən 21:00 radələrində təkrarən yaşadığı evə gətirilmiş, habelə yaşadığı evdən polis əməkdaşları tərəfindən qoyulmuş, nəlbəkinin içərisində açıq vəziyyətdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Əhməd Nəcəfov RPŞ-dən sərbəst buraxılacağına vəd verdiyi üçün sənədlərə imza etmişdir. Eyni zamanda, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılacağı, bu zaman həbs olunmayacağı, məhkəmədən də, sərbəst buraxılacağı bildirilmişdir. Qeyd edir ki, tanışları olan şahidlərə həbs olunmaq hədəsi ilə təzyiq göstərilmiş, adlarından yalan ifadələr yazılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına qəbul edilərkən aldığı xəsarətlərə görə heç kimi satmamış, yalandan yıxıldığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs Siyəzən RPŞ-də oranın əməkdaşları, eləcə də RPŞ-nin sabiq əməliyyat işləri üzrə rəis müavini X4 tərəfindən fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalması, həmçinin hazırda ziddiyyətli ifadə verərək təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə ittihamı qəbul etməsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 3 ünvanda ailə üzvləri ilə birlikdə yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 25 ilə yaxındır narkotik vasitə olan marixuanadan çəkmə üsulu ilə istifadə edir. Narkotik vasitələrdən istifadə etdiyi və əkdiyi üçün əvvəl bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 27 oktyabr 2020-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasını almış, 2022-ci ilin yanvar ayında amnistiyaya düşərək azadlığa çıxmışdır. O, azadlığa çıxdıqdan sonra təxminən 3-4 ay olar narkotik vasitə olan heroin və narkotik vasitə olan şüşədən çəkmə üsulu ilə istifadə etmişdir. İstifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi vardır. 10 noyabr 2022-ci il tarixdə, saat təxminən 17:00 radələrində yaşadığı ünvanın qarşısında olarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq, polis əməkdaşları olduqlarını bildirmiş və bundan sonra onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu qeyd edərək, üzərinə şəxsə axtarış və yaşadığı ünvana baxış keçirəcəklərini bildirmişlər. O, etiraz etməyib, bu barədə yazılı ərizə təqdim etmişdir. Daha sonra, ona hüquq və vəzifələri izah olunduqdan sonra bu barədə bildiriş verilmiş və Müdafiəçi iştirakı ilə üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçiriləcəyi bildirildikdən sonra o, polis əməkdaşlarını yaşadığı evin həyətinə dəvət etmiş, oranın həyətində Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən şifahi olaraq üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuşdur. O, sol cibində öz istifadəsi üçün saxladığı və 10 noyabr 2022-ci il tarixdə, səhər saat 10:00 radələrində yaşadığı Siyəzən şəhərinin Xətai küçəsindən tapdığı 1 ədəd kibrit qutusundakı qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmiş, bu qutu açıldıqda, içərisində narkotik vasitə olan “nəşə”, yəni qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar olunmuşdur. Daha sonra, müstəntiqin göstərişi ilə polis əməkdaşı üzərində şəxsi axtarış aparmış, bu zaman əynində olan qara rəngli gödəkcənin sol cibindən 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefon, sağ cibindən 1 ədəd açıq qırmızı rəngli alışqan aşkar olunsa da, üzərindən başqa qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra, üzərindən aşkar olunmuş 1 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və mobil telefon ayrı-ayrı 2 ədəd zərflərdə qablaşdırılmış və zərflərin üzəri möhürləndikdən sonra zərfin doğruluğu onun, eləcə də iştirakçıların imzaları ilə təsdiq edilmiş, 1 ədəd açıq qırmızı rəngli alışqan özünə qaytarılmışdır. Bundan sonra, polis əməkdaşları ona yaşadığı evdə qanunla qadağan olunmuş əşyanın olub-olmadığını soruşduqda, o, onlara yaşadığı ünvanda qanunla qadağan olunmuş əşya və predmetin olmadığını bildirmişdir. Daha sonra, yaşadığı evin ikinci mərtəbəsində yaşadığına görə polis əməkdaşları baxış keçirməyə başlamış, bu zaman qanunla qadağan edilmiş hər hansı əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra, iştirakçılardan və ondan hər hansı bir şikayətlərinin olub-olmaması soruşulmuş, habelə şikayətləri və tələbləri olmadığından baxış prosesi yekunlaşdırılmışdır. Bundan sonra, o, Siyəzən rayon Polis Şöbəsində izahat verərkən evinin birinci mərtəbəsində narkotik vasitələr saxladığını etiraf etmiş, buna görə polis əməkdaşları tərəfindən yenidən evinə baxış keçirilmiş, bu zaman müstəntiq tərəfindən ona narkotik vasitə və psixotrop maddələrin təqdim edilməsi təklif edildikdə, o, evdə otaqda, pəncərənin qarşısında bir ədəd göy rəngli sellofanın üzərində digər şəffaf rəngli sellofan bükülünü, iki ədəd kağız bükülünü, bir ədəd içərisində narkotik vasitə heroinə bənzər kütlə olan ağzı açıq vəziyyətdə olan kiçik sellofan bükülünü, bir ədəd içərisində narkotik vasitə heroinə bənzər kütlə olan nəlbəkini təqdim etmiş, göy rəngli sellofanın üzərindəki şəffaf rəngli sellofan bükülü açıldıqda içərisində kristalşəkilli psixotrop maddə metamfetaminə, iki ədəd kağız bükülü açıldıqda isə içərilərində narkotik vasitə marixuanaya bənzər kütlələrin olması müəyyən edilmişdir. Pəncərənin qarşısına baxış keçirilən zaman digər qanunla qadağa edilmiş əşya və kütlələr aşkar edilməmişdir. Bundan sonra, içərilərində narkotik vasitə marixuanaya bənzər kütlələr olan iki ədəd kağız bükülü əvvəlki vəziyyətinə gətirilib, ağzı yenidən bağlanaraq, ağ rəngli boş zərfə yerləşdirilmişdir. Daha sonra, göy rəngli sellofan bükülünün üzərində olan içərisində kristalşəklilli metamfetaminə bənzər kütlə olan şəffaf sellofan bükülü də göy rəngli sellofana bükülüb, həmin ağ rəngli boş zərfin içərisinə yerləşdirilmişdir. Eyni zamanda, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan ağzı açıq kiçik sellofan bükülü də ağzı bağlanaraq, ağ kağıza bükülməklə, qeyd edilən zərfə yerləşdirilmişdir. Bundan əlavə, nəlbəkinin içərisində olan narkotik vasitə heroinə bənzər kütlə ağ rəngli kağızın üzərinə, oradan isə şəffaf rəngli siqaret qutusu sellofanına boşaldılmış, bundan sonra həmin sellofanın ağız bağlanılmış, içərisində olan kütlə tökülməsin deyə sellofanın ağzı alışqan ilə yandırılmış, həmçinin ağ rəngli boş zərfin içərisinə qoyulmaqla, zərfin üzəri möhürləndikdən sonra doğruluğu onun və digər iştirakçıların imzaları ilə təsdiq olunmuş, bundan sonra baxış yekunlaşdırılmışdır. Bundan başqa, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi təsir olmamış, ifadəsini özü sərbəst formada vermişdir. Həmçinin, o, yaşadığı ünvanda olan digər narkotik vasitələrin aşkar olunacağı təqdirdə, daha ağır məsuliyyətə cəlb olunacağından qorxaraq, əvvəlcə bu barədə məlumat verməmiş, lakin sonradan izahatı alınarkən öz əməlini könüllü etiraf edərək, narkotik vasitələri təqdim edəcəyini bildirmişdir. Məhkəmə iclasında Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Belə ki, sonuncu ilə qonşuluqda yaşamaqla, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Bundan başqa, təxminən 15 ildir narkotik vasitə qurudulmuş marixuana istifadə edir. Bundan əlavə, istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlayıb, ondan pulu olduğu vaxt 5 manat müqabilində, olmadıqda isə təmənnasız narkotik vasitə qurudulmuş marixuananı, yaşadıqları məhəllədə, eləcə də, rayon ərazisində almışdır. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hadisədən öncə tanımamış, sonuncu ilə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, yaşadığı ünvanda saxlaması və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat aparatına daxil olmuş məlumat əsasında sonuncu, 10 noyabr 2022-ci il tarixdə yaşadığı evin qarşısında tərəflərindən saxlanılmış, bu zaman ona, narkotik vasitə istifadə etməsində, yaşadığı ünvanda saxlamasında və dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi, buna görə də, üzərində şəxsi axtarış və yaşadığı ünvana baxış keçiriləcəyi bildirilmiş, habelə Təqsirləndirilən şəxs etiraz etməyib, yaşadığı ünvana baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə təqdim etmişdir. Bundan sonra, Müdafiəçi iştirakı ilə habelə videoçəkilişdən istifadə etməklə, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış, habelə şifahi sorğu zamanı sonuncu əynində olan şalvarının cibindən 1 ədəd kibrit qutusunu təqdim edib, qutunun içərisindəki kütlənin “nəşə” yəni, narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilsə də, sonuncu ünvanda qanunsuz əşya olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd kibrit qutusu müstəntiq tərəfindən bir ədəd boş ağ rəngli zərfdə qablaşdırılmaqla, zərfin üzəri möhürlənmişdir. Şəxsi axtarış və baxış yekunlaşdıqdan sonra Siyəzən RPŞ-yə gətirilmiş Təqsirləndirilən şəxs izahatında yaşadığı evin birinci mərtəbəsində əlavə narkotik olduğunu, lakin, qorxduğu üçün baxış zamanı bunu bildirmədiyini qeyd etdiyi üçün, həmin gün saat 19:00 radələrində onun yaşadığı evə təkrar baxış keçirilmiş və bu zaman evin birinci mərtəbəsindəki pəncərənin kənarından bir ədəd sellofan bükülü, iki ədəd kağız bükülü və nəlbəkinin içərisindən isə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, habelə aşkar edilmiş predmetlər müvafiq qaydada qablaşdırılaraq, götürülmüşdür. Eyni zamanda, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı təsir, təzyiq və qeyri-insani rəftara məruz qalmamış, onun yaşadığı ünvana keçirilən baxışda RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri iştirak etsə də, RPŞ-nin sabiq əməliyyat işləri üzrə rəis müavini Əhməd Nəcəfov iştirak etməmiş, habelə əməliyyat-axtarış tədbirləri ilə bağlı müvafiq qərar sonuncu tərəfindən qəbul edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımaqla, sonuncu ilə qonşuluqda yaşamış, onunla aralarında heç bir ədavət və düşmənçilik, habelə qohumluq münasibətləri olmamışdır. Bundan əlavə, 1996-cı ildə qanunsuz olaraq narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunmuş, elə həmin tarixdən də, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Bundan başqa, istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi var. Eyni zamanda, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı gün mobil telefonuna zəng edərək, qonşuluqda olan Hümbət adlı şəxsin gəlininin hüzr yerinə birlikdə getməyi təklif etdikdə, sonuncu ilə razılaşmış, habelə Zəfərin yaşadığı evin qarşısında ona zəng edib, onunla görüşüb, birlikdə hüzr yerinə getmişlər. Hüzr yerində olduqlarından təxminən 30 dəqiqə sonra polis əməkdaşları oraya gəlib, Təqsirləndirilən şəxs aparmışlar. O, Təqsirləndirilən şəxs narkotik almamış, habelə sonuncunu narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanımamışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan təxminən 1 ay sonra Siyəzən RPŞyə dəvət edilmiş, habelə orada ona Zəfər ilə telefon danışıqlarının olduğu bildirilmişdir. Qeyd edir ki, Zəfər ilə qonşuluqda yaşadıqlarından aralarındakı telefon danışıqları da buna görə olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsinin altında ki yazılar və imzalar tərəfindən icra edilsə də, həmin vaxt ifadəsini oxumamış, habelə etibar edib, ifadəsinin altından imza etmişdir. Məhkəmə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadədən fərqlənən, habelə Təqsirləndirilən şəxs münasibətdə məhkəmə istintaqı zamanı veridiyi ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, şahidin bu cür ifadə verməsi Təqsirləndirilən şəxs gələcəkdə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, Şahid3 hər hansı bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, istifadəsində təxminən 2 ildir istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi vardır. Bundan başqa, təxminən bir il yarım müddətdir narkotik vasitə olan qurudulmuş marixuana, heroin və psixotrop maddə olan metamfetamindən çəkmə üsulu ilə istifadə edir. Təqsirləndirilən şəxs ilə aralarında olan münasibətlər normal olub, sonuncu ilə heç bir ədavət və düşmənçiliyi olmayıb, eyni məhəllədə yaşamışdır. O, narkotik vasitələri Təqsirləndirilən şəxs almış, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmiş, ondan müxtəlif vaxtlarda 5-10 manata narkotik vasitə olan qurudulmuş marixuana, heroin və psixotrop maddə olan metamfetamin almışdır. Sonuncu dəfə 28 oktyabr 2022-ci il tarixdə, saat 10:00 radələrində və 29 oktyabr 2022-ci il tarixdə, saat 14:00 radələrində Zəfər ilə əlaqə saxlamış və onun yaşadığı ünvanın qarşısında narkotik vasitə əldə etmişdir. Təqsirləndirilən şəxs dəfələrlə narkotik vasitə əldə etdiyi üçün həmin vaxt hansı növdə narkotik vasitə əldə etdiyini xatırlamır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış şahid X3 məhkəməyə ünvanladığı 27 fevral 2023-cü il tarixli teleqramında göstərmişdir ki, o, məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq edir və xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş edir. Beləliklə, şahid X3 Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Siyəzən şəhər sakini Zəfər adlı şəxsi 2 ilə yaxındır tanıyır, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. O, 2 ilə yaxındır ki, narkotik vasitə heroindən istifadə edir. Zəfərin narkotik vasitə satdığını bildiyindən özünün istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Zəfərin istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq, şəxsi istifadəsi üçün 10 manat müqabilində bir büküm heroin alaraq istifadə etmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 44-46-cı vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 noyabr 2022-ci il tarixli, 6/6492-7/1293 saylı ekspert rəyindən görünür ki, üzərində “... imza Təqsirləndirilən şəxs....” yazı və imzalar olan zərfdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,090 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmçinin, rəydən görünür ki, üzərində “... imza Təqsirləndirilən şəxs....” yazı və imzalar olan zərfdə 2 ədəd kağız kəsiyi bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,254 qram və 0,282 olmaqla, ümumi təmiz çəkisi 0,536 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,07 qram və 0,350 qram olmaqla, ümumi çəkisi 0,420 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 ədəd bükümdə təmiz çəkisi 0,570 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Eyni zamanda, tədqiqata təqdim edilmiş marixuanaların ümumi çəkisi 6,626 qram olub, tərkiblərinə görə eynidir. Tədqiqata 0,1 qram sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,320 qram, 0,05 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,520 qram, 0,15 qram sərf edildikdən sonra qurudulmuş marixuananın qalıq çəkisi 6,476 qram təşkil etmişdir. Cinayət işinin 43-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 88 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 144-145-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 22 dekabr 2022-ci il tarixdə verilmiş 7757 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 27-28-ci vərəqələrində olan 10 noyabr 2022-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, həmin gün, saat 17:14-dən saat 17:27-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhərinin Xətai küçəsindəki 107 saylı evin həyətində üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın cibindən 1 ədəd kibrit qutusunun içərisində ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 33-34-cü vərəqələrində olan 10 noyabr 2022-ci il tarixli baxış və götürmə haqqında protokoldan, eləcə də işin 35-ci vərəqəsindəki məhkəmə iclasında tədqiq edilmiş bir ədəd Kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, həmin gün, saat 19:28-dən saat 19:40-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhərinin X11 küçəsindəki 107 saylı evə baxış keçirilərkən evin birinci mərtəbəsində yaşayış olmayan otaqda pəncərənin qarşısında 1 ədəd göy rəngli sellofan bükülüdə ittihamın əsasını təşkil edən psixotrop maddə metamfetaminə, 1 ədəd ağ-yaşıl rəngli nəlbəkinin içərisində açıq vəziyyətdə, eləcə də 1 ədəd ağ rəngli kağız bükülüdə narkotik vasitə heroinə, 2 ədəd ağ rəngli kağız bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Eyni zamanda, videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş predmetləri sərbəst şəkildə kənar təsir olmadan göstərərək, təqdim etməsi və bu zaman onda hər hansı bir formada fiziki zorakılığın əlamətlərinin olmadığı vizual müşahidə edilmişdir. Baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Cinayət işinin 89-90-cı vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 11 noyabr 2022-ci il tarixli, 5(059)-84/2022 saylı qərarının surətindən görünür ki, Siyəzən RPŞ-nin ƏİÜ rəis müavini X4 tərəfindən qəbul edilmiş 10 noyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərar qanuni və əsaslı hesab edilmişdir. Həmçinin, həmin qərardan göründüyü kimi o vaxtkı məhkəmə iclasında iştirak etmiş Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, yaşadığı evə baxış keçirilməsi tərəfindən imzalanmış ərizəsi əsasında baş vermiş və bu zaman müdafiə hüquqları qorunmuş, hüquq pozuntusuna yol verilməmişdir. Baxış zamanı, yaşadığı evdə saxladığı narkotik vasitələr qurudulmuş marixuananın və heroinin, həmçinin psixotrop maddə metanfetaminin yerini göstərmiş, habelə həmin predmetlər polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, müəyyən vaxtlarda siqaret pulu əldə etmək üçün narkotik vasitələrin satışını da həyata keçirmişdir. Odur ki, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair müvafiq qərarın qanuni hesab edilməsinə etiraz etməmişdir. Cinayət işinin 138-ci vərəqəsində olan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrəyə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd Kompakt diskdəki məlumatlardan, eləcə də işin 143-cü səhifəsindəki 15 yanvar 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid3 istifadəsində olan ********** saylı, X3 istifadəsində olan ********** saylı və Şahid2 istifadəsində olan ********** saylı mobil nömrə ilə müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, həmçinin ***-***-**-** saylı mobil nömrəyə daxil olan SMS-lərin məzmununda “Bidene meni tez yola salda lomkadayam”, “Ay zefher Verde mali lomkadayam” kimi ifadələr olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 47-48-ci vərəqələrində olan 11 noyabr 2022-ci il tarixli maddi sübut kimi tanımaq haqqında, eləcə də işin 150-161-ci vərəqələrində olan 17 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan götürülmüş qalıq çəkisi 0,320 qram olan narkotik vasitə heroin kütləsi, qalıq çəkisi 0,520 qram olan psixotrop maddə metamfetamin və 6,476 qram qalıq çəkidə qurudulmuş marixuana kütləsi cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağına, həmçinin 10 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və həmin tarixdə onun yaşadığı Siyəzən şəhərinin Ş.İ.Xətai küçəsindəki 107 saylı evə keçirilmiş baxış prosesinin video görüntüsünün yaddaşına köçürüldüyü 2 ədəd və Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, cəmi 3 ədəd Kompakt disk də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 92-94-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 noyabr 2022-ci il tarixli tələbnaməsindən, işin 97-101-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 1(059)-57/2020 saylı hökmünün, eləcə də, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 7(007)-72/2022 saylı və eyni tarixli, 7(007)- 74/2022 saylı qərarlarının, həmçinin 1 saylı Cəzaçəkmə müəssisəsindən 24 fevral 2023cü il tarixdə Siyəzən Rayon Məhkəməsinə daxil olmuş məktubun surətlərindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Siyəzən Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli qərarı ilə cəzasının 05 noyabr 2021-ci il tarixə çəkilməmiş qalan hissəsi 6 (altı) ay azaldılmaqla, sözügedən məhkəmənin eyni tarixli digər qərarı ilə barəsində narkomaniyadan məcburi müalicə ləğv edilmiş, habelə onun əvvəli 23 noyabr 2019-cu il tarixdən hesablanan azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınaraq, o, 06 yanvar 2022-ci il tarixdən cəza çəkməkdən azad edilmişdir. Bununla da, Təqsirləndirilən şəxs hazırkı əmələ münasibətdə üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 80-82-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 4(059)-47/2022 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 120-121-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən şəhərinin Xətai küçəsindəki 107 saylı evdə qeydiyyatda olaraq, yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarına əlavə edilmiş Siyəzən rayon prokurorunun böyük köməkçisi X1 30 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsində araşdırılan cinayət işinin məhkəmə istintaqı zamanı barəsində aparılan əməliyyat-axtarış tədbirlərinin keçirilərkən ona qarşı Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılıq edilməsi barədə verdiyi ifadə əsasında rayon prokurorluğunda toplanmış 16c-23 nömrəli material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 6,626 qram narkotik vasitə olan qurudulmuş marixuananı üzərində və yaşadığı ünvanda, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,420 qram narkotik vasitə olan heroini və ümumi təmiz çəkisi 0,570 qram psixotrop maddə metamfetamini yaşadığı ünvanda saxlaması, 10 noyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı ünvanın həyətində üzərinə keçirilmiş şəxsi axtarış zamanı 1 ədəd kibrit qutusunda 6,090 qram narkotik vasitə olan qurudulmuş marixuananın aşkar olunaraq götürülməsi, Siyəzən RPŞ-nin İstintaq Bölməsində izahatı alınarkən yaşadığı ünvanda əlavə qanunla qadağan edilmiş əşya və ya predmetlərin olduğunu bildirib, ora yenidən keçirilmiş baxış zamanı evin birinci mərtəbəsində yaşayış olmayan otaqda pəncərənin qarşısında 1 ədəd göy rəngli sellofan bükülüdə 0,570 qram psixotrop maddə metamfetaminin, 1 ədəd ağ-yaşıl rəngli nəlbəkinin içərisində açıq vəziyyətdə 0,350 qram çəkidə narkotik vasitə heroinin, 1 ədəd ağ rəngli kağız bükülüdə 0,07 qram çəkidə narkotik vasitə heroinin, 2 ədəd ağ rəngli kağız bükülüdə hər birinin ayrıayrılıqda çəkiləri 0,254 qram və 0,282 qram olmaqla, ümumilikdə 0,536 qram narkotik vasitə qurudulmuş marixuananın da aşkar olunaraq götürülməsi, habelə ayrı-ayrı vaxtlarda Şahid2la, Şahid3la və Turab Mustafayevlə əvvəlcədən razılıq əldə edərək, onları müəyyən haqq müqabilində qanunsuz olaraq narkotik vasitələrlə təmin etməsi, bununla da öz şəxsi maraqlarını güdməsi, həmçinin Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə daxil olan SMS-lərin məzmununda “Bidene meni tez yola salda lomkadayam”, “Ay zefher Verde mali lomkadayam” kimi ifadələrin təsbit edilməsi sonuncunun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni, habelə psixotrop maddəni əldə edib saxlamasını özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, onun hərəkətlərinin məqsədinin bir daha satış həyata keçirmək olmasına dəlalət edir. Həmçinin, Təqsirləndirilən şəxs Siyəzən RPŞ-də oranın əməkdaşları, eləcə də RPŞnin sabiq əməliyyat işləri üzrə rəis müavini X4 tərəfindən fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalması ilə əlaqədar olaraq müvafiq araşdırma aparılması üçün Siyəzən rayon prokurorluğuna məlumat verilsə də, Siyəzən rayon prokurorunun böyük köməkçisi X1 30 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə onun fiziki təsirə məruz qalması faktı təsdiq olunmamışdır. Hətta, həmin vaxt Təqsirləndirilən şəxs Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerində izahatı alınarkən ona Siyəzən Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli qərarında yazılmış izahatına uyğun olaraq, döyülərkən aldığı xəsarətlərlə bağlı saxladığı qanlı dəsmalının araşdırmaya təqdim edilməsi təklif edilsə də, o, araşdırmaya heç bir qan ləkələri olan dəsmal təqdim etməmişdir. Beləliklə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Siyəzən RPŞ-də oranın əməkdaşları, eləcə də RPŞ-nin sabiq əməliyyat işləri üzrə rəis müavini X4 tərəfindən fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar toplanmış materiallarla, o cümlədən müvafiq ifadələrlə, izahatlarla öz təsdiqini tapmamışdır. Belə olan, halda Təqsirləndirilən şəxs Siyəzən RPŞ-nin əməkdaşları, eləcə də RPŞ-nin sabiq əməliyyat işləri üzrə rəis müavini Əhməd Nəcəfov tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirməsinə münasibətdə qeyd etdiklərinə məhkəmədə daxil inam yaranmamış, habelə həmin fikirlərin öz mənafeyinə uyğun deyilməklə, məsuliyyətdən yayınmaq niyyəti ilə ifadə olunmuş söz və mülahizələrdən ibarət olduğu aşkarlanmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, Təqsirləndirilən şəxs şəxsiyyətini (kannabinoidlərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olmasını, ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər bu kateqoriyadan törətdiyi cinayət əməllərinə görə çəkdiyi cəzalardan nəticə çıxarmamasını, habelə barəsində “8 noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinin tətbiq edilməsi ilə əlaqədar cəzasının müddətinin azaldılmasına, nəticədə cəzaçəkmə müəssisəsindən azad olunmasına baxmayaraq, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini) və onun tərəfindən əvvəldə olduğu kimi narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, əldə etməklə, bükümlər şəklində saxladığı narkotik vasitələrin və psixotrop maddənin miqdarını, çeşid müxtəlifliyini, bu vasitələrin və maddənin qanunsuz dövriyyəsində şəxsi marağı naminə iştirakını, cəzasını yüngülləşdirən hallar olmamaqla, ağırlaşdıran halın mövcud olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 9/14 hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 10 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan götürülmüş qalıq çəkisi 0,320 qram olan narkotik vasitə heroin kütləsi, qalıq çəkisi 0,520 qram olan psixotrop maddə metamfetamin və 6,476 qram qalıq çəkidə qurudulmuş marixuana kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübutlar 10 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış, eləcə də həmin tarixdə onun yaşadığı Siyəzən şəhərinin Ş.İ. Xətai küçəsindəki 107 saylı evə keçirilmiş baxış prosesinin video görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd və Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, cəmi 3 ədəd Kompakt disk cinayət işində saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 10 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan götürülmüş qalıq çəkisi 0,320 qram olan narkotik vasitə heroin kütləsi, qalıq çəkisi 0,520 qram olan psixotrop maddə metamfetamin və 6,476 qram qalıq çəkidə qurudulmuş marixuana kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübutlar 10 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış, eləcə də həmin tarixdə onun yaşadığı Siyəzən şəhərinin Ş.İ.Xətai küçəsindəki 107 saylı evə keçirilmiş baxış prosesinin video görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd və Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, cəmi 3 ədəd Kompakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 88 (səksən səkkiz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-11/2023
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-11/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver