Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-12/2024 20.02.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X2, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 20 fevral 2024-cü il tarixdə, Siyəzən şəhəri Siyəzən Rayon Məhkəməsinin inzibati binasında 16 avqust 1990-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" QSC-nin benzin doldurma məntəqəsində köməkçi fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Siyəzən rayonunun Böyük Həmyə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdə, saat 10:50 radələrində sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 2106 minik” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə 50 km/saat sürətlə Siyəzən rayonu Böyük Həmyə kəndindən keçən Bakı-Quba ödənişli avtomaqistralına gedən yola daxil olmuş və sonradan yenidən Böyük Həmyə kəndi ərazisindən Siyəzən şəhərinin mərkəzi istiqamətinə hərəkət üçün nəzərdə tutulan yolla hərəkətini davam etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da, ala bilməyib, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, piyadanın yolu sağdan sola keçməsini nəzərə alaraq avtomobili öz hərəkət zolağında dayandırması üçün tədbir görməli və sola doğru hərəkətin təhlükəsizliyini təmin etməyən manevr aparmamalı olduğu halda, avtomobili idarə edərkən təhlükəsizliyini təmin etməyən manevr apararaq artıq avtomobilin hərəkət zolağını boşaltmış olan piyada X5 yol ortasında avtomobilin sağ qabaq hissəsi ilə vuraraq, ehtiyatsızlıqdan sonuncuya insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan başın və gövdənin müştərək qapalı küt travması, baş beynin yumşaq qişasına qansızmalar, hər iki ağ ciyərin, qara ciyərin və dalağın cırılmaları, 1-2-3-4-5-6-7-ci qabırğaların ikitərəfli qapalı köndələn sınıqları, döş sümüyünün qapalı köndələn sınığı, sol bud sümüyünün orta-yuxarı üçdə bir hissəsinin qapalı qəlpəli sınığı, başın hər iki təpə ənsə nahiyəsinin əzilmiş-cırılmış yaraları, başın alın nahiyəsinin, üzün sağ almacıq və burun beli nahiyəsinin, sağ dizin, sol baldırın sıyrıqları, başın və gövdənin yumşaq örtüyünə qansızmalardan ibarət xəsarətlərini yetirməklə Mikayıl İsgəndərovun gövdənin küt zədələnməsi nəticəsində hər iki ağ ciyərin, qara ciyərin, dalağın cırılmaları və qabırğaların iki tərəfli çoxsaylı sınıqlarından törəyən ağır travmatik şok vəziyyətinin nəticəsində ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 02 noyabr 2023-cü il tarixdə, saat 10:40-da yaşadığı Siyəzən rayonunun Böyük Həmyə kəndindəki evdən çıxıb etibarnamə ilə idarəsində olan atası X1 adına qeydiyyata alınmış “VAZ 2106” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Siyəzən şəhərinin mərkəzi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən yolun Siyəzən rayonunun Orta Həmyə kəndindən keçən və sağ çiyni istiqamətində olan hissəsində, sarı rəngli zolağın yanında dayanmış bir şəxsə çatmasına 10-15 metr məsafə qalan vaxt sonuncu qəfildən yoluna çıxmış, habelə bu zaman o, qəzadan yayınmaq məqsədilə sükanı sol tərəfə fırlatsa da, həmin şəxs avtomobilin qarşısına doğru irəlilədiyindən sonuncu avtomobilin sağ hissəsinə, həmçinin baş nahiyəsi də, avtomaşının alın şüşəsinə dəyib yerə yıxılmışdır. Bundan sonra, o, avtomobilini oradan 10-15 metr irəlidə saxlayıb, həmin şəxsin yanına gəlmiş, habelə sonuncunun 70-80 yaşlarında bir kişi olmasını görmüşdür. Daha sonra, DİN-in 102 xidmətinə, eləcə də X15 Xidmətinə zəng edib, hadisə barədə məlumat vermişdir. Hadisə yerinə gəlmiş X15 Xidmətinin həkimi şəxsin vəfat etdiyini bildirərək, həmkəndlisi mərhum X9 Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Eyni zamanda, o, Siyəzən şəhərinin mərkəzində yerləşən Siyəzən Peşə Məktəbindən arvadı Fatimə Ələsgərovanı götürmək üçün getdiyinə görə hadisə vaxtı tək olmuş, yanında heç kim olmamışdır. Bundan başqa, həmin vaxt hadisənin şokunda olduğundan yalnız ayaqlarının keyiməsini və xəstəxanada ayıldığında yanına iki nəfər polis əməkdaşı olmasını xatırlayır. Xəstəxanadan çıxdıqdan sonra, Siyəzən RPŞ-yə getmiş, orada izahatı alındıqdan sonra yaşadığı evə qayıtmışdır. Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərdi ki, ailədə 4 bacı 2 qardaş olmaqla, o, mərhum Mikayıl İsgəndərovun böyük oğludur, həmçinin ailənin digər üzvləri ilə razılaşaraq atasının hüquqi varisi kimi tanınmışdır. 02 noyabr 2023-cü il tarixdə, saat 11:00 radələrində yaşadığı Abşeron rayonu, Məhəmmədi kəndindəki evdə olarkən ona tanımadığı nömrədən zəng gəlmiş və həmin şəxs atası X9 rayonunun Orta Həmyə kəndində avtomobil vurmasını, qəza nəticəsində vəfat etməsini bildirmişdir. Bu məlumatdan dərhal sonra o, Siyəzən rayonuna gələrək, atasının Quba RMX-də yerləşən məhkəmə-tibbi ekspertizasına aparılmasını öyrənmiş, habelə ora getmədən mərhum atasının cəsədi Siyəzən şəhərində ona təhvil verilmişdir. Bundan sonra, mərhum atası Mikayıl İsgəndərov dini ayinlərə əməl edilməklə, Siyəzən rayonunun Böyük Həmyə kəndində yerləşən Qərbi Azərbaycanlıların qəbiristanlığında dəfn olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs mərhum babası Xəlfəqulu ilə mərhum atası Mikayıl əvvəllər üzüm sahəsində birgə işləməklə, aralarında hər hansı bir ədavət olmammış, münasibətləri normal olmuşdur. Bundan əlavə, dəfn və qəbirüstü abidənin götürülmə xərclərini özü çəkmiş, bu işdə Təqsirləndirilən şəxs valideynləri ona köməklik etmək istəsələr də, o, bunu qəbul etməmişdir. Mərhum atası Mikayılın 83 yaşı olmasına baxmayaraq, sonuncu hər hansı bir xəstəlikdən əziyyət çəkməmişdir. Eyni zamanda, mərhum atası Mikayıl İsgəndərov vəfat edənədək anası ilə birlikdə Siyəzən rayonunun Böyük Həmyə kəndində yaşamışdır. Beləliklə, Təqsirləndirilən şəxsla barışdıqlarından sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında elan edilmiş işin 54-57-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X14 məhkəmə-tibb ekspertizasının 24 noyabr 2023-cü il tarixli, 22 saylı rəyindən görünür ki, X3 meyitinin müayinəsində başın və gövdənin müştərək qapalı küt travması, baş beynin yumşaq qişasına qansızmalar, hər iki ağciyərin, qaraciyərin və dalağın cırılmaları, 1-2-3-4-5-6-7-ci qabırğaların ikitərəfli qapalı köndələn sınıqları, döş sümüyünün qapalı köndələn sınığı, sol bud sümüyünün orta-yuxarı üçdəbiri hissəsinin qapalı qəlpəli sınığı, başın hər iki təpəənsə nahiyəsinin əzilmiş cırılmış yaraları, başın alın nahiyəsinin, üzün sağ almacıq və burun beli nahiyəsinin, sağ dizin, sol baldırın sıyrıqları, başın və gövdənin yumşaq örtüyünə qansızmalardan ibarət bədən xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir və həyatidir, qərarın təsviri hissəsində göstərildiyi şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti şəxsin ölümündən qısa müddət əvvələ aid olub, 02 noyabr 2023-cü il tarixə uyğundur, canlı adamlarda hamısı birlikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdir. Mikayıl İsgəndərovun ölümünə səbəb gövdənin küt zədələnməsi nəticəsində hər iki ağciyərin, qaraciyərin, dalağın cırılmaları və qabırğaların iki tərəfli çoxsaylı sınıqlarından törəyən ağır travmatik şok olmuşdur. Ölümün baş vermə müddəti ilkin meyit əlamətlərinə əsasən onun meyitinin meyitxanada müayinə anından (02 noyabr 2023-cü il saat 15:00) 6 saata qədər əvvələ uyğun gəlir. Mikayıl İsgəndərovun meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində alkoqol, narkotik vasitələr və yad zəhərli kimyəvi maddələr aşkar olunmamışdır. Cinayət işinin 34-cü səhifəsində olan Siyəzən rayon qeydiyyat şöbəsinin 06 noyabr 2023-cü il tarixli, AZ-İİ seriyalı, 354251 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X8 02 noyabr 2023-cü il tarixdə Siyəzən şəhərində travmatik şokdan ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 04 noyabr 2023-cü il tarixdə 218 nömrəli qeyd edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 46-47-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X14 məhkəmə-tibb ekspertizasının 16 noyabr 2023-cü il tarixli, 4072/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş, işin 60-61-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 8/3781 saylı rəyindən görünür ki, “VAZ 2106” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin İİİ bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 59-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri 85 manat təşkil edir. İş üzrə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş, ibtidai istintaq zamanı keçirilmiş hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokollarla da sübuta yetirilir. Məhkəmə iclasında elan edilmiş işin 16-cı səhifəsində olan AD nömrəli, 401651 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, eləcə də işin 17-ci səhifəsində olan 10 avqust 2021-ci il tarixli, ƏN-V seriyalı, 725131 nömrəli etibarnamənin surətlərindən görünür ki, “Vaz 2106” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6 bu avtomobili 30 iyul 2031-ci il tarixədək idarə etmək üçün Təqsirləndirilən şəxs etibar etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 92-96-cı vərəqələrində olan 21 yanvar 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan, eləcə də 91-ci vərəqədə olan qəbzdən görünür ki, “VAZ 2106” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində hadisənin izlərini saxladığından iş üzrə maddi sübut kimi tanınmış, habelə saxlanılması üçün sahibi X4 qaytarılmışdır. Məhkəmə iclasında elan edilmiş işin 31-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07 noyabr 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş, işin 15-ci səhifəsində olan BD seriyalı, 013519 saylı sürücülük vəsiqəsinin, eləcə də işin 91A səhifəsində olan Siyəzən RPŞ-nin DYPB-nin 20 yanvar 2024-cü il tarixli arayışının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2021-ci il tarixdən 30 iyul 2031-ci il tarixədək “B1, B, C1, C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır, habelə Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsini törətdiyi, yəni 02 noyabr 2023-cü il tarixdə sürücülük vəsiqəsi ilə bağlı heç bir məhdudiyyət tətbiq edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 88-ci səhifəsində olan 20 yanvar 2024cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 49-50-ci səhifələrində olan arayışdan və xasiyyətnamədən, işin 86-87-ci səhifələrində olan doğum haqqında şəhadətnamələrin surətlərindən, eləcə də iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, "xxxx" QSC-nin benzin doldurma məntəqəsində köməkçi fəhlə işləyən, himayəsində 20 iyul 2016-cı il təvəllüdlü Sevda adında bir yetkinlik yaşına çatmayan, 19 mart 2020-ci il təvəllüdlü Nilay adında bir azyaşlı uşağı olmaqla, Siyəzən rayonunun Böyük Həmyə kəndində qeydiyyatda olaraq, yaşayan Təqsirləndirilən şəxs kənddə yaşadığı müddətdə özünü intizamlı, işgüzar və əxlaqlı sakin kimi tanıtmış, kənd camaatı və yaxın qonşuları ilə yaxşı münasibətdə olmaqla, özünə hörmət qazanmış, habelə Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Həmyə kənd İƏD üzrə nümayəndəliyinə yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X2 ərizələrindən ((məhkəmə və notariat qaydasında (cinayət işinin 32-ci səhifəsi)) görünür ki, Təqsirləndirilən şəxsla barışdıqlarından sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində biri azyaşlı olmaqla iki uşağının olmasını və faydalı əmək fəaliyyəti ilə məşğul olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallardandır. Bu Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “VAZ 2106” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X4 qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 2106” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X4 qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-12/2024
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-12/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver