Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-13/2022 07.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun, onların müdafiəçiləri-fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə 07 aprel 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1979-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 1(059)- 8/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 mart 2020-ci il tarixli qərarı ilə 02 ay 06 gün vaxtından əvvəl şərti azad edilmiş, 01 iyun 2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi, xx xxxx 1986-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən əldə etdiyi ümumi təmiz çəkisi 1,992 qram psixotrop maddə olan metamfetaminin 0,797 qramını tanışı Təqsirləndirilən şəxs2 sonuncunun avtomobili ilə Bakı şəhərinə gedib-gəlmək qarşılığında əvəzli olaraq satmış, 27 sentyabr 2021-ci il tarixdə, saat 24 radələrində Siyəzən RPŞ-nin və Baş Dövlət Yol Polisi İdarəsinin YPX alayının İ tağımının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə sonuncuya məxsus olan **-SN-*** dövlət qeydiyyat nişanlı, Hyundai Sonata markalı avtomobil ilə Siyəzən rayonunun Zarat kəndi ərazisində stasionar postda saxlanılaraq, gətirildiyi Siyəzən RPŞ-nin inzibati binasının həyətində üzərilərinə şəxsi axtarış və avtomobilə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan yaşıl rəngi cins şalvarının sol yan cibindən 1 ədəd kibrit qutusunun içərisində 1 ədəd gümüşü və 1 ədəd şəffaf selofanda ayrı-ayrılıqda təmiz çəkiləri 0,017 və 0,974 qram psixotrop maddə metamfetamin, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol sürücü oturacağının altında ona məxsus 1 ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 0,204 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 satış məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs1 ona məxsus **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək əvəzində ümumi təmiz çəkisi 0,797 qram psixotrop maddə metamfetamini əldə edərək, üzərində saxlamış, 27 sentyabr 2021-ci il tarixdə, saat 24 radələrində Siyəzən RPŞ-nin və Baş Dövlət Yol Polisi İdarəsinin YPX alayının İ tağımının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə sonuncuya məxsus olan **-SN-*** dövlət qeydiyyat nişanlı, Hyundai Sonata markalı avtomobil ilə Siyəzən rayonunun Zarat kəndi ərazisində stasionar postda saxlanılaraq, gətirildiyi Siyəzən RPŞ-nin inzibati binasının həyətində üzərlərinə şəxsi axtarış və avtomobilə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli şalvarının sol yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükülüdə ümümi təmiz çəkisi 0,797 qram olan psixotrop maddə metamfetamin və ona məxsus avtomobilin arxa oturacağında 1 ədəd üzərində psixotrop maddə metamfetaminin izləri olan gümüşü korpuslu elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, həbs olunduğu vaxtdan təxminən 2 ay öncəyə kimi düşəndə “şüşə” və ya “patı” adlandırılan psixotrop maddə metamfetamindən çəkmək yolu ilə istifadə etmiş, habelə qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs2 də metamfetamindən istifadə etdiyini bilmiş, eyni zamanda istifadəsində ***-***-**-**, ***-***- **-** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur. Psixotrop maddə olan metamfetamini Bakı şəhərindən İran İslam Respublikası vətəndaşı Arvin adlı şəxsdən 1 qramını 30-35 manat müqabilində almışdır. Belə ki, şüşə lazım olduqda həmin şəxsin istifadəsində olan +98 938 717 33 65 “whatsapp” nömrəsinə mesaj yazmaqla bunu bildirmiş, sonuncu şüşəni Bakı şəhərində müxtəlif yerlərə qoyduqdan sonra şəklini ona atmış, daha sonra, psixotrop maddə olan metamfetamini atdığı yerdən götürərək əldə edib, ödəniş etməli olduğu pulu isə Arvin adlı şəxsin kart hesabına köçürmüşdür. 27 sentyabr 2021-ci il tarixdə, təxminən saat 16:00 radələrində Xəyal ilə birlikdə sonuncuya məxsus “Hyundai Sonata” markalı, **- SN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə tanışı Nuranəni gətirmək üçün Bakı şəhərinə getmiş, həmin vaxt avtomobili o, idarə etmiş, Xəyal isə yanında oturmuş, habelə, təxminən saat 18:00 radələrində Bakı şəhərinə çatıb, Nuranəni şəhərin Bayıl qəsəbəsindən götürmüşlər. Sonra, Xırdalan şəhərinə çatanda Arvin adlı şəxslə “whatsapp” nömrəsinə mesaj yazmaqla, əlaqə saxlamış, sonuncu 1 qrama yaxın metamfetamin olduğunu, həmin metamfetamini 1 ədəd kibrit qutusunda Xırdalan dairəsinin yaxınlığında gizlətdiyini bildirib, şəklini çəkərək ona atmışdır. Bundan sonra, Xəyala məxsus avtomobil ilə Arvinin gizlətdiyi yerdən içərisində bir neçə ədəd gümüşü və sellofan bükülülərin olduğu, həmin bükülülərin içərisində isə metamfetamin olan bir ədəd kibrit qutusunu götürmüş və Siyəzən rayonuna doğru hərəkət etmişdir. Avtomobilə oturduqdan sonra, kibrit qutusunda olan bir ədəd gümüşü rəngli kağız bükülüdə olan metamfetamini avtomobili ilə Bakı şəhərinə gedibgəldiyi üçün əvəzində Xəyala vermiş, kibrit qutusunda olan psixotrop maddə metamfetamini əynində olan yaşıl rəngli cins şalvarın sol yan cibinə qoymuş, habelə yol ilə gələrkən kibrit qutusunun içərisində əlavə sellofan bükülüdə olan metamfetamini Siyəzən rayonuna çatanda istifadə etmək məqsədi ilə qutunun içərisindən götürüb ağ rəngli salfetkanın arasına qoyub, ovucunda saxlamışdır. Siyəzən rayonunun Zarat kəndi ərazisində stasionar posta yaxınlaşanda yol polisinin əməkdaşları avtomobilə saxla işarə verdiklərində avtomobili saxlasa da, sonra üzərində metamfetamin olduğu üçün avtomobili sürüb oradan uzaqlaşmaq istəmişdir. Belə ki, həmin vaxt polis əməkdaşları avtomobilə tərəf yaxınlaşdıqlarından avtomobilin qapılarını bağlayıb, avtomobili idarə edib, oradan uzaqlaşmaq istəyərkən sonuncular avtomobilin qabaq sürücü şüşəsini sındırıdıqları üçün avtomobili idarə edə bilməmiş və bu zaman ovucunda saxladığı salfetkanın arasında olan sellofan bükülüdəki metamfetamini oturacağın altına atmışdır. Bundan sonra, polis əməkdaşları ona və Xəyala üzərilərində, eləcə də avtomobildə narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirib, RPŞ-nin inzibati binasının həyətinə gətirmişlər. Orada videoçəkiliş vasitəsilə üzərilərinə şəxsi axtarış, avtomobilə isə baxış keçirəcəklərini bildirdiklərində, buna etiraz etməmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl ona və Xəyala hüquq və vəzifələri izah olunmuş, həmçinin baxışda iştirak edəcək Müdafiəçi1 təqdim olunmuşdur. Bundan sonra, ilk olaraq üzərinə şəxsi axtarış keçirilməyə başlanmış və bu zaman təklif əsasında əynində olan yaşıl rəngli şalvarının qabaq sol yan cibindən 1 ədəd kibrit qutusunu çıxarıb, avtomobilin motorxanasının üzərinə qoymuşdur. Polis əməkdaşları tərəfindən həmin kibrit qutusunun içərisi açıldıqda, qutunun içərisində 1 ədəd gümüşü rəngli bükülüdə və 1 ədəd şəffaf selofanda ağ kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar olunmuş, həmçinin həmin kütlə müstəntiq tərəfindən bir ədəd boş ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənməklə iştirakçlılar tərəfindən imzalanmışdır. Daha sonra, polis əməkdaşları tərəfindən Xəyalın üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmış, bu zaman sonuncu təklif əsasında əynində olan göy rəngli şalvarının qabaq sol yan cibindən 1 ədəd gümüşü rəngli bükülünü təqdim etmiş, polis əməkdaşları tərəfindən həmin bükülünün də içərisində ağ kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar olunmuş və sözügüdən bükülü zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Sonra, idarə etdiyi, Xəyala məxsus **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, bu zaman avtomobildə sürücü oturacağının alt hissəsindən 1 ədəd salfetkaya bükülmüş əlavə şəffaf sellofanda psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuş və polis əməkdaşlarına həmin kütlənin ona məxsus olduğunu bildirmişdir. Daha sonra, avtomobilin arxa oturacağına baxış keçirilərkən oradan Xəyala məxsus bir ədəd qırmızı rəngli əl çantasının içərisindən 1 ədəd elektron tərəzi və 1 ədəd sınıq şüşə ampula da aşkar olunmuşdur. Avtomobildən aşkar olunmuş ona məxsus 1 ədəd ağ rəngli salfetkaya bükülmüş əlavə şəffaf sellofan bükülü, həmçinin Xəyala məxsus elektron tərəzi və 1 ədəd sınıq şüşə ampula da bir ədəd ağ rəngli zərfdə qablaşdırılmış, onun da üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzlanmışdır. Bundan sonra, baxış yekunlaşdırılmış və bununla bağlı tərtib olunmuş protokol doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirməsinin və bir daha cinayət əməli törətməyəcəyi barədə vədini nəzərə alınaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə təqsirli olması digər Təqsirləndirilən şəxs2, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilir. Həbs olunduğu vaxtdan təxminən 2 ay öncəyə kimi düşəndə “şüşə” və ya “patı” adlandırılan psixotrop maddə metamfetamindən çəkmək yolu ilə istifadə etmişdir. Təqsirləndirilən şəxs1 qonşuluğunda yaşadığından, sonuncunu uzun müddət tanımış, onun narkotik vasitədən istifadə etdiyini bilmiş, habelə bir neçə dəfə Rüfət ilə birlikdə Bakı şəhərinə getmiş, sonuncu orada tanımadığı şəxsdən psixotrop maddə “şüşə” almış və onlar birlikdə həmin şüşədən istifadə etmişlər. 27 sentyabr 2021-ci il tarixdə, təxminən saat 16:00 radələrində Rüfət tanışı Nuranə adlı şəxsi gətirmək üçün ona məxsus “Hyundai Sonata” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə getmək istədiyini bildirdikdə, etiraz etməyib onunla birlikdə getmək barədə razılaşmışdır. Həmin vaxt avtomobili Rüfət idarə etmiş, o, isə sonuncunun yanında oturmuş, habelə təxminən saat 18:00 radələrində Bakı şəhərinə çatıb Rüfətin tanışı Nuranəni Bakı şəhəri Bayıl qəsəbəsindən götürüb, Siyəzən şəhəri istiqamətində hərəkət etmişlər. Həmin gün axşam saatlarında Xırdalan şəhərinə çatanda Rüfət avtomobili Xırdalan şəhər dairəsi istiqamətinə doğru idarə edib, dairənin yaxınlığında avtomobili saxlayıb, “bir neçə dəqiqəyə gəlirəm” deyə bildirib, avtomobildən düşüb getmiş, təxminən bir neçə dəqiqə sonra Rüfət avtomobilə tərəf gəlmiş və onlar Siyəzən rayonuna doğru hərəkət etməyə başlamışlar. Rüfətdən nə üçün Xırdalan dairəsində düşdüyünü soruşduğunda, o, bir nəfər şəxsin dairənin yaxınlığına şüşə qoyduğunu və onu götürmək üçün düşdüyünü bildirmiş, habelə, Rüfət yolda avtomobili ilə Bakı şəhərinə getdiyi üçün əvəzi olaraq bir ədəd gümüşü rəngli kağız bükülüdə şüşə verərək “istifadə edərsən” demiş və o, həmin psixotrop maddə olan şüşəni istifadə etmək məqsədi ilə əynində olan göy rəngli cins şalvarının sol yan cibinə qoymuşdur. Rüfət avtomobili idarə edib Siyəzən rayonu, Zarat kəndi ərazisində stasionar posta yaxınlaşanda, yol polisinin əməkdaşları avtomobilə saxla işarəsi vermiş, bu zaman Rüfət ilk olaraq avtomobili saxlasa da, sonra avtomobili sürüb oradan uzaqlaşmaq istəmişdir. Belə ki, polis əməkdaşları avtomobilə tərəf yaxınlaşarkən Rüfət avtomobilin qapılarını bağlayıb, avtomobili idarə edib oradan uzaqlaşmaq istəyərkən polis əməkdaşları avtomobilin sürücü tərəfdən şüşəsini sındırdıqlarından Rüfət avtomobili idarə edə bilməmişdir. Bundan sonra, polis əməkdaşları ona və avtomobili idarə edən Rüfətə üzərilərində və avtomobildə narkotik vasitə olmasında şübhəli olduqlarını bildirib, onları RPŞ-nin inzibati binasının həyətinə aparmışlar. Orada videoçəkiliş vasitəsilə üzərilərinə şəxsi axtarış, avtomobilə isə baxış keçirəcəklərini bildirdiklərində, buna etiraz etməmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl ona və Rüfətə hüquq və vəzifələri izah olunmuş, həmçinin baxışda iştirak edəcək Müdafiəçi1 təqdim olunmuşdur. Bundan sonra, ilk olaraq Rüfətin üzərinə şəxsi axtarış keçirilməyə başlanmış və bu zaman sonuncu təklif əsasında əynində olan yaşıl rəngli şalvarının qabaq sol yan cibindən 1 ədəd kibrit qutusunu çıxarıb avtomobilin motorxanasının üzərinə qoymuşdur. Polis əməkdaşları tərəfindən həmin kibrit qutusunun içərisi açıldıqda, qutunun içərisində 1 ədəd gümüşü rəngli bükülüdə və 1 ədəd şəffaf selofanda ağ kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar olunmuş, həmçinin həmin kütlə müstəntiq tərəfindən bir ədəd boş ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmış, bu zaman təklif əsasında əynində olan göy rəngli şalvarının qabaq sol yan cibindən 1 ədəd gümüşü rəngli bükülünü təqdim etmiş, polis əməkdaşları tərəfindən həmin bükülünün də içərisində ağ kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar olunmuş və sözügüdən bükülü zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Sonra, Rüfətin idarə etdiyi, ona məxsus **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, bu zaman avtomobildə sürücü oturacağının alt hissəsindən 1 ədəd salfetkaya bükülmüş əlavə şəffaf selofanda psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuş və Rüfət həmin kütlənin ona məxsus olduğunu bildirmişdir. Daha sonra, avtomobilin arxa oturacağına baxış keçirilərkən oradan ona məxsus bir ədəd qırmızı rəngli əl çantasının içərisindən 1 ədəd elektron tərəzi və 1 ədəd sınıq şüşə ampula da aşkar olunmuşdur. Avtomobildən aşkar olunmuş Rüfətə məxsus 1 ədəd ağ rəngli salfetkaya bükülmüş əlavə şəffaf sellofan bükülü, həmçinin ona məxsus elektron tərəzi və 1 ədəd sınıq şüşə ampula da bir ədəd ağ rəngli zərfdə qablaşdırılmış, onun da üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzlanmışdır. Bundan sonra, baxış yekunlaşdırılmış və bununla bağlı tərtib olunmuş protokol doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq qeyd edir ki, ona məxsus avtomobildən aşkar edilərək götürülmüş elektron tərəzi ilə tanışı Təqsirləndirilən şəxs1 aldığı psixotrop maddə olan metamfetamini çəkmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alıb, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında məhkəməyədək istintaq zamanı verdiyi ziddiyyətli ifadələrdən fərqli ifadə verməsini, o cümlədən CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilməməsinə dair hazırda verdiyi ifadəsinə münasibətdə qeyd edir ki, o, baş verənləri hazırda təfərrüatlı şəkildə izah etmiş, habelə bu zaman fikirlərini səlis şəkildə ifadə etməklə, törətdiyi əməlin mahiyyətini dəqiqliklə aydınlaşdırmışdır. Bu səbəbdən də, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadə obyektiv həqiqəti çatdırmaqla, daha əsaslı, inandırıcı və mötəbər hesab edilməli, o cümlədən nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə qismən təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, digər Təqsirləndirilən şəxs1, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin CAB-ın rəisi Şahid1 ifadəsində göstərdi ki, Siyəzən şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə narkotik vasitələri qanunsuz olaraq üzərlərində gəzdirmələri, sonuncuya məxsus “Hyundai Sonata” markalı, “**-SN-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Siyəzən rayonuna daşımaları, istifadə etmələri və satışı ilə məşğul olmaları barədə 27 sentyabr 2021-ci il tarixdə Siyəzən RPŞ-nin əməliyyat işi üzrə rəis müavini Əhməd Nəcəfova daxil olmuş məlumat əsasında, sonuncu tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərtib olunmuş müvafiq qərar RPŞ-nin rəisinin imzası təsdiq edilmişdir. Bununla bağlı şöbədə müvafiq sənədləşmə aparılmış, habelə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü Əhməd Nəcəfovun rəhbərliyi altında yaradılmış əməliyyat qrupunun tərkibinə o, CAB-ın baş əməliyyat müvəkkili Şahid2, CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid3, BDYPİ-nin YPX Alayının inspektoru X4, RPŞ-nin məlumat portalının operatoru Şahid4 Qiyas oğlu və İTB-nin sahə polis nəfəri Şahid5 daxil edilmiş və keçiriləcək tədbirlə bağlı təlimatlandırılmışdır. RPŞ-nin rəisinin tapşırığı ilə 27 sentyabr 2021-ci il tarixdə Baş Dövlət Yol Polisi İdarəsinin Siyəzən rayonu Zarat kəndi ərazisində yerləşən stasionar postuna gedərək, ətraf ərazini müşahidəyə götürmüş və bir qədər sonra, təxminən saat 23:00 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi Təqsirləndirilən şəxs2 məxsus “Hyundai Sonata” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zarat stasionar posta yaxınlaşdığını görmüş, habelə BDYPİ-nin əməkdaşları tərəfindən qeyd olunan avtomobil saxlanılmışdır. Avtomobil saxlandıqdan sonra, özlərini həmin şəxslərə təqdim edərək Siyəzən RPŞ-nin əməkdaşları olduqlarını, onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılmasında, istifadəsində və dövriyyəsində şübhəli olduqlarını, videoçəkiliş vasitəsilə RPŞ-də üzərlərində şəxsi axtarış və Təqsirləndirilən şəxs2 məxsus avtomobilə baxış keçiriləcəyini və bu barədə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın olduğunu bildirmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sonuncuya məxsus avtomobil ilə birgə RPŞ-yə aparılmışdır. Həmin faktla əlaqədar araşdırmanın aparılması sabiq baş müstəntiq (hazırda İB-nin rəisi) Sail Tağıyevə həvalə olunmuş, həmçinin həmin vaxt videoçəkiliş Şahid5 tərəfindən həyata keçirilmişdir. Bundan sonra, Sail Tağıyev tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunaraq müvafiq bildiriş verilmiş, habelə üzərlərində şəxsi axtarış və **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə baxış keçirilməsi zamanı müdafiə hüquqlarının təmin edilməsi məqsədi ilə fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 təqdim olunmuş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə keçiriləcək şəxsi axtarış zamanı Müdafiəçi1 iştirakına hər hansı etirazlarının olmadığını bildirmişlər. Daha sonra, ilk olaraq Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, bu zaman sonuncu təklif əsasında əynində olan yaşıl rəngli cins şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusunu, sağ yan cibindən isə 1 ədəd “Rothmans” markalı siqaret qutusunu, 1 ədəd alışqanı və 1 ədəd ətiri çıxararaq, avtomobilin motorxanasının üzərinə qoymuşdur. Sail Tağıyev tərəfindən baxış keçirilməsi üçün həmin kibrit qutusu açıldıqda, içərisində bir ədəd şəffaf və iki ədəd gümüşü rəngli bükülülər olması, həmin şəffaf və bir ədəd gümüşü rəngli kağız bükülülər də açıldığında hər iki bükülünün içərisində ağ kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələr olduğu müəyyən olunmuşdur. Lakin, digər gümüşü rəngli kağız bükülünün içərisində isə hər hansı kütlə müəyyən olunmamışdır. Daha sonra, Şahid4 tərəfindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsi davam etdirilsə də, sonuncunun üzərindən əlavə qanunsuz əşya və ya predmet aşkar olunmamış, habelə Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olan 1 ədəd gümüşü rəngli kağız bükülü və 1 ədəd şəffaf rəngli sellofan bükülü əvvəlki qaydada kibrit qutusuna, sonra isə 1 ədəd ağ rəngli zərfin içərisinə qablaşdırılmış, zərfin üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmış, bu zaman sonuncu təklif əsasında əynində olan göy rəngli cins şalvarının qabaq sol yan cibindən 1 ədəd gümüşü rəngli bükülünü çıxararaq avtomobilin motorxanasının üzərinə qoymuş və həmin gümüşü rəngli bükülü Sail Tağıyev tərəfindən açıldıqda, içərisində əlavə digər gümüşü rəngli kağız bükülünün olduğu, əlavə gümüşü rəngli kağız bükülü açıldıqda isə içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən olunmuşdur. Sonra, Şahid3 tərəfindən Təqsirləndirilən şəxs2 üzərində üzərində şəxsi axtarış keçirilməsi davam etdirilsə də, sonuncunun üzərindən əlavə qanunsuz əşya və ya predmet aşkar olunmamış, habelə Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan gümüşü rəngli kağız bükülü ağ rəngli zərfin içərisinə qablaşdırılmış, zərfin üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi yekunlaşandan dərhal sonra, Təqsirləndirilən şəxs2 məxsus “Hyundai Sonata” markalı, **- SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə Şahid4 tərəfindən baxış keçirilməsinə başlanılmış, bu zaman avtomobilin qabaq sol sürücü oturacağının altından 1 ədəd ağ rəngli salfetkanın üzərində şəffaf sellofan bükülü aşkar olunmuş, bu bükülü Sail Tağıyev tərəfindən açıldıqda içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələrin olduğu müəyyən olunmuş və şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin sellofan bükülüdə olan kütlənin ona məxsus olduğunu, polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl həmin şəffaf sellofan bükülünü salfetkanın arasına qoyaraq oturacağın altına atdığını bildirmişdir. Bundan başqa baxış davam etdirilərkən avtomobilin arxa oturacağının üzərində olan 1 ədəd qırmızı rəngli kiçik əl çantasının içərisindən 1 ədəd elektron tərəzi və 1 ədəd sınıq şüşə ampula aşkar edilərək götürülmüş və Təqsirləndirilən şəxs2 qırmızı rəngli əl çantasının içərisindən aşkar edilmiş 1 ədəd elektron tərəzinin və 1 ədəd sınıq şüşə ampulun ona məxsus olduğunu bildirmişdir. Bundan sonra, Sail Tağıyev tərəfindən avtomobilin sürücü tərəfdən sol qabaq oturacağın altından aşkar olunmuş 1 ədəd salfetkanın üzərində olan şəffaf sellofan bükülü, avtomobilin arxa oturacağının üzərindəki 1 ədəd qırmızı rəngli kiçik əl çantasının içərisindən aşkar olunaraq götürülmüş 1 ədəd elektron tərəzi və 1 ədəd sınıq şüşə flakon 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Faktla bağlı Sail Tağıyev tərəfindən tərtib olunub, ucadan oxunmuş protokol doğru olduğundan iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Məhkəmə istintaqında digər şahidlər Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2, CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid3, Uçot-qeydiyyat və statistika işləri qrupunun operatoru Şahid4, İTB-nin sahənin polis nəfəri Şahid5 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 63-66-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 sentyabr 2021-ci il tarixli, 6/4289 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...” və s. yazılar, imzalar olan paketdəki (№1) 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,974 qram; 0,017 qram; ümumi təmiz çəkiləri 0,991 qram ağ rəngli, kristalşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Bundan əlavə, üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş...” və s. yazılar, imzalar olan paketdəki (№2) 1 ədəd bükümdə təmiz çəkisi 0,797 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Eyni zamanda, üzərində “** SN *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş...” və s. yazılar, imzalar olan paketdəki (№3) 1 ədəd bükümdə təmiz çəkisi 0,204 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 1 ədəd gümüşü korpuslu elektron tərəzinin üzərində metamfetaminin izləri aşkar olunsa da, şüşə ampulun daxilində nəzarətdə olan maddələrə məxsus izlər müəyyən edilməmişdir. Tərəzinin üzərində metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi mümkün olunmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 üzərindən, Təqsirləndirilən şəxs2 üzərindən və “Hyundai Sonata” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,06 qram sərf edildikdən sonra 1 №-li paketdəki metamfetaminin qalıq çəkisi 0,931 qram, 0,05 qram sərf edildikdən sonra 2 №-li paketdəki metamfetaminin qalıq çəkisi 0,747 qram, 0,05 qram sərf edildikdən sonra 3 №-li paketdəki metamfetaminin qalıq çəkisi 0,154 qram təşkil etmişdir. Cinayət işinin İ cild 62-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, materialların məhkəmə ekspertizasının dəyəri 109,90 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İİ cild 48-49-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 18 noyabr 2021-ci il tarixdə verilmiş, 4538 nömrəli məcburi-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabioidlərin və psixotrop maddələrin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İİ cild 50-51-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 25 noyabr 2021-ci il tarixdə verilmiş, 4682 nömrəli məcburi-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetaminin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 38-40-cı vərəqələrində olan şəxsi axtarış, baxış və götürmə haqqında 28 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin gün, saat 00:14-dən saat 00:40-dək olan müddət ərzində Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan yaşıl rəngli cins şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusunun içərisində 1 ədəd şəffaf və 2 ədəd gümüşü rəngli bükülülərdə ittihamın əsasını təşkil edən psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Daha sonra, Təqsirləndirilən şəxs2 üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın qabaq sol yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükülüdə ittihamın əsasını təşkil edən psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Bundan əlavə, Təqsirləndirilən şəxs2 məxsus Hyundai Sonata markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən qabaq sol sürücü tərəfdə oturacağın altında 1 ədəd ağ rəngli salfetkanın üzərində şəffaf sellofana bükülü vəziyyətdə ittihamın əsasını təşkil edən psixotrop maddə olan metamfetaminə bənzər kütlə, eləcə də avtomobilin arxa oturacağının üzərində 1 ədəd qırmızı rəngli kiçik əl çantasının içərisinə baxış zamanı oradan 1 ədəd elektron tərəzi və 1 ədəd sınıq şüşə ampula aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və baxış zamanı videoçəkiliş “Nikon” markalı aparat vasitəsilə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 145-147-ci və İİ cild 56-79-cu vərəqələrində olan müvafiq olaraq 29 sentyabr 2021-ci il tarixli maddi sübut kimi tanımaq və 03 dekabr 2021-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş qalıq çəkisi 0,931 qram, eləcə də Təqsirləndirilən şəxs2 üzərindən, həmçinin ona məxsus “Hyundai Sonata” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş qalıq çəkisi müvafiq olaraq 0,747 qram, 0,154 qram çəkilərdə psixotrop maddə metamfetamin, 1 ədəd üzərində metamfetamin izləri olan gümüşü korpuslu elektron tərəzi və daxilində nəzarət edilən vasitələrin izlərinə rast gəlinməyən 1 ədəd şüşə ampula iş üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 üzərində, Təqsirləndirilən şəxs2 məxsus “Hyundai Sonata” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş vasitəsilə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd və DİN BİKİ-dən alınmış məlumatların yerləşdiyi 2 ədəd, cəmi 3 ədəd Kompakt disklər də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 191-192-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14 oktyabr 2021-ci il tarixli tələbnamədən və bu cildin 195-199-cu vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 1(059)- 8/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Siyəzən Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin 26 mart 2020-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 02 ay 06 gün vaxtından əvvəl şərti azad olunmuş, habelə o, 01 iyun 2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Bununla belə hazırkı cinayət əməlinin törədildiyi vaxt Təqsirləndirilən şəxs1 üzərində məhkumluğu olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 190-cı vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14 oktyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 126-128-ci vərəqələrindəki Siyəzən Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 4(059)-44/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 27 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 135-136-cı vərəqələrindəki Siyəzən Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 4(059)-45/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 27 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 222-225-ci vərəqələrində olan arayışdan, xasiyyətnamədən, eləcə də doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, himayəsində 15 iyul 2010-ci il təvəllüdlü Adil və 26 noyabr 2013-cü il təvəllüdlü Aqşin adında iki yetkinlik yaşına çatmamış övladı olmaqla, ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 227-228-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı digər təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs1 şəxsi istehlak miqdarından artıq, o cümlədən külli miqdara yaxın miqdarda 1,992 qram psixotrop maddə olan metamfetamini əldə etməsi, ondan 0,797 qramını Təqsirləndirilən şəxs2 sonuncunun avtomobili ilə Bakı şəhərinə gedib-gəlmək müqabilində razılıq əsasında ona verməsi, bununla da Təqsirləndirilən şəxs2 psixotrop maddə ilə təmin etməsi, bundan sonra 27 sentyabr 2021-ci il tarixdə, saat 24:00 radələrində Siyəzən RPŞ-nin və Baş Dövlət Yol Polisi İdarəsinin YPX alayının İ tağımının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı, Əbdülov X2 Xəyal Adil oğlu ilə birlikdə sonuncuya məxsus olan **-SN-*** dövlət qeydiyyat nişanlı, Hyundai Sonata markalı avtomobil ilə Siyəzən rayonunun Zarat kəndi ərazisində stasionar postda saxlanılaraq gətirildiyi Siyəzən RPŞnin inzibati binasının həyətində üzərlərinə şəxsi axtarış və avtomobilə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan yaşıl rəngi cins şalvarının sol yan cibindən 1 ədəd kibrit qutusunun içərisində 1 ədəd gümüşü və 1 ədəd şəffaf sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri 0,017 və 0,974 qram psixotrop maddə metamfetaminin, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol sürücü oturacağının altında sonuncuya məxsus 1 ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 0,204 qram çəkidə psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi onun qanunsuz olaraq psixotrop maddə satmasını və satış niyyətini özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, sonuncunun hərəkətlərinin məqsədinin bir daha satış həyata keçirmək olmasına dəlalət edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun əməlindən peşmançılıq hissi keçirməsini, həmçinin barəsində yaşayış yeri üzrə şikayət olmamaqla, müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmasını, şəxsiyyətini, o cümlədən sonuncu dəfə eyni kateqoriyadan, yəni narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməlini törədilməsinə görə məhkum olunmasına baxmayaraq, islah olunmamasını, onun törətdiyi əməlinin ictimai təhlükəliliyini xeyli dərəcədə artıdığını, hüquqazidd əməllərini davam etdirməklə, narkotik vasitəni təbliğ edərək, qanunsuz dövriyyəsində iştirakını bununla belə yuxarıda qeyd olunan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin ½ həcmindən az olmayan cəza təyin edilməlidir. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 27 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs2 münasibətdə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 törədiyi bu əməldə, yəni qanunsuz olaraq 0,797 qram psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlaması əməlində CM-nin 234.1-ci maddəsinin tərkibinin mövcud olduğu təsdiq olunsa da, CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətinin olmadığı müəyyən olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinin tövsifinə münasibət bildirərək hesab edir ki, istintaq orqanı tərəfindən onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Hazırda isə təqsirləndirilən şəxsin ona istinad edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə yaranmış şübhələr onun ittiham edildiyi əmələ aidiyyətinin təsdiq edilməsinə maneə yaradır. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs ittiham olunduğu əməl düzünə və yanakı sübutlarla təsdiq edilməlidir. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq şəxsi istehlak miqdardan artıq psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlaması və daşıması öz təsdiqini tapsa da, onun həmin psixotrop maddəni satış məqsədi ilə əldə etməsi xüsusatı öz təsdiqini tapmır. Belə ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs2 istinad edilən ittihamı verərkən onun təqsirləndirilən şəxs qismində cəlb edilərkən verdiyi ilkin ifadəyə istinad etsə də, həm ibtidai araşdırmada, həm də məhkəmə istintaqı zamanı onun Təqsirləndirilən şəxs1 əldə etdtyi psixotrop maddəni birbaşa üçüncü şəxsə satmaq niyyəti müəyyən edilməmiş, həmçinin işdə olan sübutlarda Təqsirləndirilən şəxs2 digər şəxslərə də psixotrop maddənin satışı faktı aşkarlanmamışdır. Digər tərəfdən təqsirləndirilən Təqsirləndirilən şəxs2 üzərində saxlanılan psixotrop maddənin çəkisi şəxsi istehlak miqdarından artıq, yəni 0,797 qram kütlə şəkilində olsa da, ibtidai araşdırma orqanı tərəfindən hazırkı ittiham verilərkən bu hal nəzərə alınmamış, habelə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin mahiyyətini təşkil edən həmin psixotrop maddənin bərabər şəkildə ayırmaqla bağlamalarda saxlanması, psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması halları müəyyənləşdirilməmiş, həmçinin əməlin törədilmə şəraiti təfərrüatlı öyrənilməmişdir. Çünki, "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində bu hallar göstərilməklə, satış məqsədinin müəyyən olunması üçün mühüm əhəmiyyət kəsb etdiyi xüsusilə vurğulanmışdır. Göründüyü kimi, əməlin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün ilk olaraq aşkar olunmuş psixotrop maddənin, eləcə də narkotik vasitənin əldə edilməsinin, saxlanılmasının, daşınmasının, hazırlanmasının və s. hərəkətlərin satış məqsədi ilə edilməsi sübuta yetirilməlidir. Narkotik vasitə satış məqsədi olmadan qanunsuz olaraq əldə olunaraq saxlanılırsa, həmin əməl narkotik vasitənin şəxsi istehlak miqdarından artıq istənilən miqdarda olduğu halda da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası CPM-nın 21-ci maddəsinin İİ və İİİ bəndlərinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 1-ci bəndinin 4-cü abzasına əsasən yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 əldə etməklə, üzərində saxladığı psixotrop maddəni üçüncü şəxslərə satmaqla, mənfəət (qazanc) əldə etməsi ibtidai istintaq orqanı tərəfindən təfərrüatlı araşdırılmamış, qeyd olunan psixotrop maddənin alınıb-verilməsi birbaşa, yəni əməliyyat-axtarış fəaliyyəti nəticəsində müəyyən edilməmiş, istehlakçıların dairəsi müəyyənləşdirilməklə, onlarla Təqsirləndirilən şəxs2 üzləşdirilməsi təşkil edilməmiş, habelə Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittiham onun sonrakı ifadələrində öz təsdiqini tapmamasına baxmayaraq, bu ittiham kifayət qədər mötəbər sübut sayılmayan, psixotrop maddənin satışına münasibətdə hadisənin birbaşa şahidi olmayan polis əməkdaşlarının ifadələrinə əsaslanmaqla verilmişdir ki, burada da, Təqsirləndirilən şəxs2 niyyətinin mənfəət əldə etməsi, o cümlədən psixotrop maddəni satmaq olması öz təsdiqini tapmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs2 məxsus avtomaşından götürülmüş elektron tərəzinin üzərində psixotrop maddənin izləri aşkar edilsə də, bu hələ sonuncu tərəfindən satışın həyata keçirilməsinə dəlalət etmir. Çünki, tərəzi Təqsirləndirilən şəxs1 əldə edilmiş psixotrop maddə metamfetaminin çəkilişində istifadə olunmuşdur ki, bu da tərəzinin üzərində sözügedən maddənin izlərinin olmasını öz-özlüyündə labüdlüyə çevirir. Qeyd olunan halda da Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 psixotrop maddəni verməsi öz təsdiqini tapsa da, sonuncunun ondan istifadə etməklə, satış həyata keçirməsini istisna edir. Beləliklə, Qanunun və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarınan müddəaları ilə iş üzrə müəyyən edilmiş sübutların əlaqəli şəkildə təhlili Təqsirləndirilən şəxs2 əməlində CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması ilə bağlı ittihamın cinayət işi üzrə müəyyən edilmiş sübutların məcmuyu ilə təsdiq olunmaması və ehtimallara əsaslanması barədə qənaətə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində qeyd olunmuşdur ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində isə təsbit edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsində sübutlar sadalanmış, onların aşağıdakılardan ibarət olduğu müəyyən edilmişdir. 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-nin 139.0 və 139.0.1-ci maddələri). Qeyd olunan Məcəllənin 144-cü maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Beləliklə, iş materiallarından görünür ki, ibtidai araşdırma orqanı kifayət qədər sübut olmadan əsassız olaraq Təqsirləndirilən şəxs2 qanunsuz olaraq psixotrop maddə satması və qanunsuz olaraq əldə etdiyi psixotrop maddəni satış məqsədi ilə saxlaması, yəni həmin maddəni saxlamaqda onu satmaq niyyətinin olması barədə düzgün olmayan nəticəyə gəlmişdir. İbtidai istintaq bu zaman şəxsi mülahizəyə əsaslanmış, buna kifayət qədər mötəbər sübutlar olmadığı halda, ehtimallar əsasında Təqsirləndirilən şəxs2 psixotrop maddə satması, aşkar edilmiş maddəni saxlamaqda onu satmaq niyyətinin olması qənaətinə gəlmişlər. Halbuki, Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsində qeyd edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. “Hoanq Fransaya qarşı” işdə Məhkəmə qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. CPM-nin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır (CPM 349.3). Məhkəmə hökmünün əsaslığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə iclasında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 psixotrop maddə satması və üzərində saxlamaqda onu satmaq niyyətinin olması işdə olan mötəbər sübutlarla müəyyən olunmadığından onun əməli satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama kimi qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq şəxsi istehlak miqdardan artıq psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlaması ilə əlaqədar əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, o, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etsə də, həmin maddə satış məqsədi ilə əldə etməsi xüsusatı öz təsdiqini tapmadığından, əməli Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalı və ona qeyd olunan maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşmançılıq hissi keçirməsini, himayəsində iki yetkinlik yaşına çatmamış uşağının olmasını və barəsində yaşayış yeri üzrə şikayət olmamaqla, müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, buna baxmayaraq şəxsiyyətini, habelə barəsində olan yüngülləşdirici halları, o cümlədən himayəsində iki yetkinlik yaşına çatmamış uşağının olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin 1/3 hissəsi həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 27 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olmaqla, Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş qalıq çəkisi 0,931 qram, eləcə də Təqsirləndirilən şəxs2 üzərindən, həmçinin ona məxsus “Hyundai Sonata” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş qalıq çəkisi müvafiq olaraq 0,747 qram, 0,154 qram çəkilərdə psixotrop maddə metamfetamin, 1 ədəd üzərində metamfetamin izləri olan gümüşü korpuslu elektron tərəzi və daxilində nəzarət edilən vasitələrin izlərinə rast gəlinməyən 1 ədəd şüşə ampula hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 üzərində, Təqsirləndirilən şəxs2 məxsus “Hyundai Sonata” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş vasitəsilə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd və DİN BİKİ-dən alınmış məlumatların yerləşdiyi 2 ədəd, cəmi 3 ədəd Kompakt disklər cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 109,90 (bir yüz doqquz manat 90 qəpik) manat məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-347-ci, 349-cu, 351-353, 356, 358, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 27 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 27 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla, Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş qalıq çəkisi 0,931 qram, eləcə də Təqsirləndirilən şəxs2 üzərindən, həmçinin ona məxsus “Hyundai Sonata” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş qalıq çəkisi müvafiq olaraq 0,747 qram, 0,154 qram çəkilərdə psixotrop maddə metamfetamin, 1 ədəd üzərində metamfetamin izləri olan gümüşü korpuslu elektron tərəzi və daxilində nəzarət edilən vasitələrin izlərinə rast gəlinməyən 1 ədəd şüşə ampula hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 üzərində, Təqsirləndirilən şəxs2 məxsus “Hyundai Sonata” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş vasitəsilə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd və DİN BİKİ-dən alınmış məlumatların yerləşdiyi 2 ədəd, cəmi 3 ədəd Kompakt disklər cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan cəmi 109,90 (bir yüz doqquz manat 90 qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxslərə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-13/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-13/2022
07.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver