Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-13/2023 13.03.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 13 mart 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında 28 avqust 1970-ci il tarixdə, Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, şəhərin B. Bayramov küçəsindəki nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi ümumi təmiz çəkisi 81,791 qram olan narkotik vasitə qurudulmuş marixuananı üzərində və yaşadığı ünvanda saxlamış, 14 noyabr 2022-ci il tarixdə, saat 13:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı yaşadığı B.Bayramov küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsi məqsədilə gətirildiyi RPŞ-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı ümumi təmiz çəkisi 1,02 qram olmaqla, əlində saxladığı ağ rəngli sellofan paketin içərisindəki 1 ədəd ağ rəngli “Bakı” markalı siqaret qutusunda 1 ədəd ağ rəngli kağız bükülüdə ümumi çəkisi 0,750 qram narkotik vasitə olan qurudulmuş marixuana, digər kağız bükülüdə və əynində olan qara rəngli şalvarın arxa sağ cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə tütünlə qarışıq halda, tütünü ayırdıqdan sonra ümumi təmiz çəkiləri 0,270 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, RPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış keçirilməsi bitdikdən sonra, əməliyyat tədbirlərinin davamı olaraq yaşadığı ünvana keçirilmiş baxış zamanı ümumi təmiz çəkisi 80,771 qram olmaqla, Təqsirləndirilən şəxs məxsus otağın sol tərəfində irəlidə divardan asılmış vəziyyətdə yaşıl çantanın içərisindəki 1 ədəd göy rəngli sellofanın içərisində 1 ədəd ağ rəngli kağız bükülüdə ümumi çəkisi 6,38 qram narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd kibrit qutusunda ümumi çəkisi 3,078 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd şəffaf sellofanın içərisində olan ağ rəngli kağız bükülüdə ümumi çəkisi 24,45 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd şəffaf sellofan bükülünün içərisindəki 1 ədəd ağ-göy rəngli kağız bükülüdə olan digər şəffaf sellofan bükülüdə ümumi çəkisi 7,530 qram narkotik vasitə olan qurudulmuş marixuana, digər 1 ədəd kibrit qutusunda ümumi çəkisi 4,9 qram olan narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd ağ-göy rəngli kağız bükülüdə ümumi çəkisi 9,337 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd şəffaf sellofanda ümumi çəkisi 25,096 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 14 noyabr 2022-ci il tarixdə, saat 13:00 radələrində işdən evə piyada qayıdarkən Siyəzən şəhərinin B. Bayramov küçəsində, yaşadığı evin qarşısında Siyəzən RPŞ-nin əməkdaşları Əhməd müəllim və Qorxmaz avtomobili yanında saxlayıb, ona RPŞ-yə getməyi təklif etdikdə, o, razılaşaraq avtomobilə əyləşməklə, onlarla birlikdə RPŞ-yə getmiş, orada üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın arxa sağ cibindən 1 ədəd siqaretdə və siqaret qutusunun içərisində bükülüdə narkotik vasitə qurudulmuş marixuanalar aşkar olunaraq götürülmüşdür. Daha sonra, yaşadığı ünvana baxış keçirilməsi üçün polis əməkdaşları və Müdafiəçila birlikdə evə getmiş, habelə ora baxış keçirilməsinə etirazının olmamasına dair ərizə yazmış, evin küncündə divarda asılmış vəziyyətdə sellofan bükülülərə yerləşdirilmiş qurudulmuş marixuanaları təqdim etmişdir. Bundan əlavə, müvafiq qaydada sənədləşdirmə işləri aparılmış, həmçinin tərtib edilmiş sənədləri imzalamış, 2 gün saxlanılsa da, sonra sərbəst buraxılmışdır. Bundan başqa, həmin narkotik vasitələri əvvəllər özünün istifadəsi üçün əkməklə, əldə etmiş, habelə lazım olduqca istifadə etmək məqsədilə bükülülərə ayırmış, həmçinin satış niyyəti olmamışdır. Eyni zamanda, əkdiyi narkotik vasitələrin toxumlarını bir neçə il əvvəl Siyəzən bazarının yaxınlığında kibrit qutusunda tapmışdır. Həmçinin, o, təxminən 4-5 il əvvəldən narkotik vasitədən istifadə etmiş olsa da, saxlanıldıqdan sonra bu vərdişindən uzaqlaşmışdır. Bundan əlavə, 4 uşağı vardır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, habelə düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, həmçinin yaşadığı ünvanda saxlaması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 14 noyabr 2022-ci il tarixdə, saat 13:00 radələrində sonuncu yaşadığı ünvanın qarşısında saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsi məqsədi ilə Siyəzən RPŞ-yə aparılmış, orada növbətçi hissədə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı 1 ədəd bükülü üzərindən, 2 ədəd bükülü isə çantasından aşkar olunmuş, habelə bu bükülülərin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və bükülülər qablaşdırılmışdır. Daha sonra, baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs yaşadığı ünvana gedilmiş, orada göy rəngli çantanın içərisindəki kibrit qutusunda, sellofanda, ağ kağıza bükülmüş vəziyyətdə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuş, habelə sonuncu bu kütlələrin də qurudulmuş marixuana olduğunu bildirmiş və kütlələr qablaşdırılmaqla, götürülmüşdür. Bundan əlavə, müvafiq sənədləşdirmə aparılmış, sənədləşdirmə imzalarla, o cümlədən Təqsirləndirilən şəxs imzası ilə təsdiq edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı ünvana baxışda Müdafiəçi iştirakı təmin edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində əməliyyat aparatına daxil olmuş məlumat, sonuncunun narkotik vasitələrin satışı ilə bağlı deyil, üzərində saxlaması və istifadəsi barədə olmuş, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı qeyri-qanuni, qeyri-insani hərəkətlərə yol verilməmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 42-43-cü vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2022-ci il tarixli, 7/1310 saylı ekspert rəyindən görünür ki, üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələr...” yazılan zərfdə 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,750 qr bitki mənşəli kütlə, tütün və ümumi çəkisi 0,270 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş .....” yazılan zərfi açdıqda içərisində 2 ədəd kibrit qutusunda və 5 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,078 qram, 4,90 qram, 6,380 qram, 24,450 qram, 7,530 qram, 9,337 qram və 25,096 qram olmaqla, ümumi çəkisi 80,771 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,5 qram sərf edildikdən sonra narkotik vasitə marixuananın qalıq çəkisi 81,291 qram təşkil etmişdir. Cinayət işinin 41-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 88 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 120-121-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 30 noyabr 2022-ci il tarixdə verilmiş 7235 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 2000-ci il tarixli, 32 saylı əmrinə əlavə olaraq narkomaniya xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə yol verməyən xəstəliklərin siyahısına 2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs “Epilepsiya tezlənmiş qıc olma tutmaları (yaxud psixi ekvivalentlər), ağıl zəifliyinə gətirib çıxaran dərin şəxsiyyət dəyişilməsi” olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 105-ci vərəqəsində olan “X2 Mərkəzi” X6 01 dekabr 2022-ci il tarixli, PHŞ/6.69-2-2022-472 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X8 Poliklinika şöbəsində narkoloji və ruhi-əsəb xəstəsi kimi qeydiyyata alınmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-26-cı vərəqələrində olan 14 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə, həmçinin baxış keçirilməsi və götürmə haqqında protokollardan görünür ki, 14 noyabr 2022-ci il tarixdə, saat 13:49-dan saat 13:59-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən qurudulmuş marixuanaya bənzər kütlə onun əlində saxladığı ağ rəngli sellofan paketin içərisindəki 1 ədəd ağ rəngli “Bakı” markalı siqaret qutusunda 1 ədəd ağ rəngli kağız bükülüdə digər kağız bükülüdə və əynində olan qara rəngli şalvarın arxa sağ cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə tütünlə qarışıq halda aşkar olunaraq götürülmüş, həmçinin həmin tarixdə, saat 15:00-dan saat 15:10-dək olan müddət ərzində əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilmiş baxış zamanı qurudulmuş marixuanaya bənzər kütlələr sonuncuya məxsus otağın sol tərəfində irəlidə divardan asılmış vəziyyətdə yaşıl çantanın içərisindəki 1 ədəd göy rəngli sellofanın içərisində 1 ədəd ağ rəngli kağız bükülüdə, 1 ədəd kibrit qutusunda, 1 ədəd şəffaf sellofanın içərisində olan ağ rəngli kağız bükülüdə, 1 ədəd şəffaf sellofan bükülünün içərisindəki 1 ədəd ağ-göy rəngli kağız bükülüdə olan digər şəffaf sellofan bükülüdə, digər 1 ədəd kibrit qutusunda, 1 ədəd ağ-göy rəngli kağız bükülüdə, 1 ədəd şəffaf sellofanda aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış və baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 80-81-ci və 149-162-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 19 noyabr 2022-ci il tarixli maddi sübut kimi tanımaq və 27 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış, habelə, onun barəsində CM-nin 234.2-ci və 237.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan götürülmüş qalıq çəkisi 81,291 qram olan narkotik vasitə qurudulmuş marixuana kütləsi maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 14 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın və yaşadığı evə baxışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü ayrı-ayrılıqda 2 ədəd, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, cəmi 3 ədəd Kompakt disk də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 103-104-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 dekabr 2022-ci il tarixli tələbnaməsindən, işin 140-142-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli, 1(059)-06/2018 saylı hökmünün, eləcə də iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, 7(010)-832/2018 saylı qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qərarı ilə cəzasının sonu 14 yanvar 2019-cu il tarixdə olan Təqsirləndirilən şəxs çəkilməmiş qalan cəzasının 01 ay 21 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 11 yanvar 2019-cu il tarixdə isə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-ci vərəqəsində olan 14 noyabr 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 78-79-cu vərəqələrində olan 16 noyabr 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 147-148-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 29 aprel 2006-cı il təvəllüdlü Musa, 02 may 2007-ci il təvəllüdlü Aytən, 09 iyun 2010-cu il təvəllüdlü Hacıağa adında üç yetkinlik yaşına çatmayan və 07 yanvar 2020-ci il təvəllüdlü Həzrət adında bir azyaşlı uşağı olmaqla, ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından 16 dəfə artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə yanaşı, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq sübutların qiymətləndirilməsi barədə 27 yanvar 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə sonuncunun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci və 237.1-ci maddələrinin tərkibi olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsinə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun himayəsində üç yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağının olmasını, “Epilepsiya tezlənmiş qıc olma tutmaları (yaxud psixi ekvivalentlər), ağıl zəifliyinə gətirib çıxaran dərin şəxsiyyət dəyişilməsi” xəstəliyindən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Bu Qərarın İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edilməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, satış məqsədi ilə olmasa da, üzərində və yaşadığı evdə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitəni bükümlər halında saxlamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və onun tərəfindən eyni kateqoriyadan cinayət əməlinin qəsdən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, bununla da narkotik vasitə aludəçisi kimi hüquq pozuntusuna meylli olmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, pis vərdişinin gələcəkdə ailə üzvlərinə, o cümlədən himayəsindəki yetkinlik yaşına çatmayan və azyaşlı uşaqların tərbiyəsinə mənfi təsir göstərə biləcəyini, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 1/3 hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 13 mart 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan götürülmüş qalıq çəkisi 81,291 qram olan narkotik vasitə qurudulmuş marixuana kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübutlar 14 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın və yaşadığı evə baxışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü ayrı-ayrılıqda 2 ədəd, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, cəmi 3 ədəd Kompakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan götürülmüş qalıq çəkisi 81,291 qram olan narkotik vasitə qurudulmuş marixuana kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübutlar 14 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın və yaşadığı evə baxışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü ayrı-ayrılıqda 2 ədəd, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, cəmi 3 ədəd Kompakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 88 (səksən səkkiz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-13/2023
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-13/2023
13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver