Məhkəmə qərarları › İş №1(059)-13/2024

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-13/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-13/2024 02.04.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə 02 aprel 2024-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1971-ci il tarixdə Şabran rayonunun Gil-Gil çay stansiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Siyəzən rayonunun Yenikənd ərazi Dairəsinin Yenikənd kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə və aldatmaqla əvvəlcədən yerinə yetirə bilməyəcəyini bilməsinə baxmayaraq, sonuncunun oğlu Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində bir vəzifəyə işə düzəldəcəyi barədə yalan vəd verərək Zərərçəkmiş şəxs öz kürəkəni Şahid3 ona çatdırılması üçün verdiyi 4000 manat məbləğində nağd pulu 25 may 2022-ci il tarixdə, günorta saatlarında Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən "xxxx" ASC-nin Siyəzən rayon filialının inzibati binasının qarşısında Şahid3 alıb, Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla, dələduzluq etmiş, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, həmkəndlisi olan Zərərçəkmiş şəxs təxminən 30 ilə yaxın müddət olar tanımaqla, sonuncuyla qohumluq münasibəti, habelə düşmənçilik və ədavəti yoxdur. O, 2022-ci il may ayının ortalarında həmkəndlisi, həmçinin Zərərçəkmiş şəxs qardaşı, İkinci Qarabağ müharibəsinin şəhidi X5 atası Şahid2lə birlikdə İlhamgilin evinə getmiş, orada sonuncuya oğlu Şahid1 FHN-nin Siyəzən rayon şöbəsinə işə düzəldə biləcəyini bildirmiş, buna görə 4000 manat məbləğində pul lazım olduğunu qeyd edərkən Zərərçəkmiş şəxs pulu hazırladıqdan sonra xəbər edəcəyini bildirmişdir. Bundan təxminən 10 gün sonra, Şahid1 və sonuncunun bacısının əri Şahid3la Siyəzən şəhəri ərazisində yerləşən avtovağzal və "xxxx" ASC-nin inzibati binasının yaxınlığında görüşmüş, həmin vaxt Zərərçəkmiş şəxs Şahid3 vasitəsi ilə göndərdiyi 4000 manat məbləğində pulu sonuncudan almışdır. Qeyd edir ki, o, həmin məbləği Bakı şəhərinə getdiyi vaxt yol və qida xərclərinə sərf etmiş, həmçinin bu məbləğdən ilk olaraq 900 manatını Şahid2 vasitəsi ilə, əlavə isə 100 manat olmaqla, ümumilikdə 1000 manat məbləği Zərərçəkmiş şəxs qaytarmışdır. Eyni zamanda, Zərərçəkmiş şəxs aldığı pulun hər hansı məbləğini Şahid2 verməmiş, sonuncuya Zərərçəkmiş şəxs qaytarması üçün 900 manat məbləği özü vermiş, həmin məbləğin Şahid2 arvadı Şahid4 vasitəsi ilə qaytarılmasından isə məlumatsızdır. Hazırda Bakı şəhərində usta fəaliyyəti ilə məşğul olur və Zərərçəkmiş şəxs zərərini ödəyəcəkdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, həmkəndlisi Təqsirləndirilən şəxs son vaxtlar tanımışdır. 2022-ci ilin may ayında Təqsirləndirilən şəxs və qardaşı Şahid2 yaşadığı evə gəlib, oğlu Şahid1 FHN-nin Siyəzən rayon şöbəsinə işə düzəldə biləcəklərini qeyd edib, ilk olaraq bunun müqabilində çox pul lazım olduğunu bildirsələr də, sonra, 4000 manat məbləği ilə razılaşmışlar. Buna görə, təsərrüfatında olan 5 baş iribuynuzlu heyvanı satmış, sözügedən məbləği tam düzəltmək üçün isə oğlu Şahid1 "xxxx" ASC-dən 1500 manat məbləğində kredit yolu ilə pul götürmüş, topladığı 4000 manat məbləğində pulu kürəkəni Şahid3 vasitəsi ilə Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra, Üzeyir oğluna neft daşlarında, sonra isə, sürücü və qaynaqçı kimi işlər təklif etsə də, razılaşmamışlar. Daha sonra, Üzeyirə verdiyi pulu həm sonuncudan, həm də qardaşı Fuaddan geri istəmişdir. Belə ki, Üzeyiri Fuadın vasitəsi ilə tanımış, məhz sonuncunun sözlərinə görə Üzeyirə etibar etmişdir. Bununla yanaşı, qardaşı Fuaddan pulu istədiyində, sonuncu, pulun onda olmadığını, pulun aqibəti barədə məlumatının olmadığını bildirmişdir. Eyni zamanda, Fuadın arvadı Şahid4 Tahir qızı onun arvadı Şahid4 Ağaməmməd qızına 900 manat məbləğində pulu verərək, onlara 1000 manat məbləğində pul çatdığını bildirmişdir. Bundan başqa, oğlu Şahid1 kredit borcunu hər ay özü ödəyir, hazırki vaxta kimi zərərdən ümumilikdə 1000 manat məbləğ qaytarılsa da, 3000 manat məbləğ qaytarılmamışdır. Odur ki, Təqsirləndirilən şəxs şikayətçi olmaqla, vurulmuş ziyanın tam şəkildə qaytarılmasını tələb edir. Məhkəmə istintaqı zamanı Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzaq qohum kimi uzun müddət olar tanıyır, istər sonuncuya qarşı, istərsə də, zərərçəkmiş şəxs olan qayınatası Zərərçəkmiş şəxs qarşı heç bir düşmənçilik və ədavəti yoxdur. 2022ci ilin may ayının sonlarında qaynanası Şahid4, qaynı Şahid1 FHN-nin Siyəzən rayon X3 işə düzəltmək üçün onlara pul lazım olduğunu bildirib, 5 baş iri buynuzlu heyvanlarını almağını istədikdə, həmin heyvanları 2500 manat müqabilində almışdır. Sonradan, qaynanası Şahid4 oğlu Şahid1 işə düzəltmək üçün əlavə 1500 manat da, pul lazım olduğunu bildirmişdir. Bundan sonra, 2022-ci ilin may ayının sonlarında qaynı Şahid1 ilə birlikdə "xxxx" ASC-nin Siyəzən rayon filialına getmiş, habelə orada sonuncu adına 1500 manat kredit borcu götürmüşdür. Bundan sonra, həmin pulu qaynanası Şahid4 ona verdiyi 2500 manat məbləğində pul ilə toplayıb, ümumilikdə 4000 manat pulu həmin tarixdə, günorta saatlarında Siyəzən şəhərinin Heydər Əliyev küçəsindəki X1rşısında, Fuad və Şahid1lərin iştirakları ilə sonuncunu işə düzəltməsi üçün Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa, 4000 manat pul qayınatasının pulu olmuş, habelə puldan Şahid2 xeyri olması barədə məlumatı olmamış, lakin 4000 manat puldan 900 manatının qaytarıldığını eşitmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 Ağaməmməd qızı məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddət olar tanıyır, sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. 2022-ci ilin may ayının ortalarında şəhid Ülvinin atası Təqsirləndirilən şəxs, qaynı Şahid2 ilə birlikdə yaşadıqları Siyəzən rayonunun Tağay kəndində yerləşən evlərinə gəlmiş, oğlu Şahid1 FHN-nin Siyəzən rayon X3 işə düzəldə biləcəyini bildirərək, bunun müqabilində onlardan 4000 manat pul istəmişdir. Belə ki, qaynı Şahid2 bu məsələdən məlumatı olması və Təqsirləndirilən şəxs şəhid atası olması səbəbindən sonuncuya inanmışdır. Bundan sonra, sözügedən məbləğdə pulu hazırlamaq üçün 5 baş iribuynuzlu heyvanlarını qızının əri Şahid3 satmış, həmçinin oğlu Şahid1 "xxxx" ASC-dən 1500 manat kredit borcu əldə etmiş, habelə 4000 manat məbləğində pul Üzeyirə verilmişdir. Bundan başqa, təxminən 4-5 ay öncə bel yırtığı xəstəsi olduğu vaxt qaynı Fuadın arvadı Şahid4 yaşadığı evə gələrək, müayinə olunmağına köməklik məqsədilə ona borc olaraq 900 manat pul verib, maddi imkanı yaxşı olanda qaytara biləcəyini bildirsə də, sonradan, həmin 900 manat pul Üzeyirə verdikləri 4000 manat puldan çıxılmışdır. Məhkəmə istintaqı zamanı Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qarşı heç bir düşmənçilik və ədavəti yoxdur. 2022-ci ilin may ayının ortalarında Təqsirləndirilən şəxs, əmisi Şahid2lə birlikdə yaşadıqları Siyəzən rayonunun Tağay kəndində yerləşən evlərinə gəlmiş, onu FHN-nin Siyəzən rayon X3 işə düzəldə biləcəyini bildirərək, bunun müqabilində onlardan 4000 manat pul istəmiş, həmin ərəfədə o, "xxxx" ASC-də fəhlə işləmişdir. Bundan sonra, sözügedən məbləğdə pulu hazırlamaq üçün 5 baş iribuynuzlu heyvanlarını bacısının əri Şahid3 satmış, habelə 2022-ci ilin may ayının sonlarında sonuncu ilə birlikdə "xxxx" ASC-nin Siyəzən rayon filialına getmişdir. Orada adına 1500 manat kredit borcu götürsə də, həmin kredit borcu atası tərəfindən ödənilməli olmuşdur. Bundan sonra, bacısının əri Şahid3 ümumilikdə 4000 manat pulu həmin tarixdə, günorta saatlarında Siyəzən şəhərinin Heydər Əliyev küçəsində, onun və əmisi Şahid2 iştirakları ilə işə düzəlməsi üçün Təqsirləndirilən şəxs vermişdir. Sözügedən 4000 manat puldan 1000 manat onlara qaytarılsa da, 3000 manat qalıq qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, iclasa gəlməmiş, habelə Azərbaycan Respublikasının ərazisini tərk etdiyi üçün iclasın onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmiş Şahid2, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, fərdi əməklə məşğul olur. 2019-cu ildə Azərbaycan Respublikası CM-nın 237.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdir. Zərərçəkmiş şəxs onun qardaşı, Şahid1 qardaşı oğlu, Şahid4 Ağaməmməd qızı isə qardaşı İlhamın arvadıdır. Həmçinin, o, şəhid atası olduğundan Təqsirləndirilən şəxs tanıyır. Bir dəfə Təqsirləndirilən şəxs ona işə adam düzəldə bildiyini demiş, o da, qardaşı İlhamın oğlu Şahid1 işsiz olduğu üçün ona köməklik etmək məqsədi ilə 2022-ci ilin may ayının ortalarında Siyəzən rayonu, Yenikənd kəndində yaşayan yaxın münasibətdə olduğu şəhid Ülvinin atası olan Təqsirləndirilən şəxs ilə birlikdə qardaşı Zərərçəkmiş şəxs evinə getmişdir. Orada yemək yeyib spirtli içki qəbul etdikdən sonra danışıq əsnasında Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs inandıraraq “qapı-pəncərədən girəsi olsam da, sənin oğlunu FHN-ə işə düzəldəcəyəm” sözlərini deyərək inandırmış, həmçinin bunun müqabilində qardaşından 4000 manat pul istəmişdir. Danışıqdan təxminən 10 gün sonra qardaşı Zərərçəkmiş şəxs kürəkəni Şahid3 onun və qardaşı oğlu Şahid1 yanında, Kapital Bankın qarşısında Üzeyirə 4000 manat pulu vermişdir. Bir müddət sonra, Təqsirləndirilən şəxs iş düzəldən olmamasını anladığından Siyəzən rayonuna qayıdanda ona qardaşı İlhamın 4000 manat pulunu qaytarmasını istəmişdir. Bundan təxminən iki ay keçəndən sonra mərhum qardaşı X6 bu söhbətdən xəbər tutub Üzeyirin qardaşı İlhamı aldatdığını bilmiş, Təqsirləndirilən şəxs 900 manat pul alıb ona vermiş, o da, sonradan həmin 900 manatı Təqsirləndirilən şəxs verilən 4000 manatın bir hissəsi kimi qardaşı Zərərçəkmiş şəxs təqdim etmişdir. 2022-ci ilin may ayında qardaşı Zərərçəkmiş şəxs yaşadığı ünvanda Təqsirləndirilən şəxslə qardaşı oğlu Şahid1 işə düzlətməyə razılaşan zaman onlarla birlikdə Zərərçəkmiş şəxs və sonuncunun arvadı Şahid4 Ağaməmməd qızı olmuşdur. 4000 manat pulu Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının sonlarında xatırladığı qədəri ilə ayın 25-i günorta saatlarında qardaşı Zərərçəkmiş şəxs kürəkəni Şahid3 Siyəzən şəhərində Kapital Bankın qarşısında vermiş, həmin vaxt orada özü və qardaşı oğlu Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs kürəkəni Şahid3 vasitəsilə aldığı 4000 manat puldan ona heç bir məbləğ verməmişdir. Mərhum qardaşı X2 Mirzəyevin evinə getmiş, pulun bir hissəsini yəni 900 manatı alıb gətirərək ona təqdim etmişdir. Qardaşını tənbeh edərək, nahaq 900 manat aldığını bildirib, pulun qalanını kim alacağını qeyd etmişdir. O, həmin 900 manat pulu Təqsirləndirilən şəxs qalanını verdikdən sonra hamsını bir yerdə aparıb qardaşı İlhama versin deyə 7-8 ay öz evində saxlamış, lakin iki ay bundan qabaq qardaşı İlhamın hansısa oğlunun işə düzəldiyini eşidəndə həmin 900 manatı aparıb onun özünə vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 100-101-ci vərəqələrində olan 20 yanvar 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsdən ümumilikdə 4000 manat pulu sonuncunun oğlu Təvəkkülü işə düzəltmək üçün aldığını, lakin pulu şəxsi ehtiyacları üçün xərclədiyini göstərmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 102-107-ci vərəqələrindəki 23 yanvar 2024-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, habelə, onun, eləcə də Şahid2 əməlində CM-nin 178.2.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barələrində cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 80-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 dekabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 74-75-ci vərəqələrindəki 25 dekabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 82-83-cü vərəqələrində olan arayış və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 01 fevral 2021-ci il tarixdə verilmiş 001726 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsinin surətindən görünür ki, şəhid atası olmaqla, Siyəzən rayonunun Yenikənd kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən RİHB-nin Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi ərizə-şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən 02 aprel 2024-cü il tarixdə tərtib edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu 4000 manat zərərdən 1000 manatını ödəsə də, qalıq 3000 manat məbləği ödəməmişdir. Bu səbəbdən də, o, Təqsirləndirilən şəxs şikayətçidir. Həmçinin iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şahid2 12 mart 2024-cü il tarixdə, saat 13:41 radələrində Azərbaycan Respublikasının ərazisindən çıxış edərək, Rusiya Federasiyasının Çeçenistan Respublikasının Qroznı sərhəd postuna keçmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün, eləcə də zərərçəkmiş şəxsin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlu Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində vəzifəyə işə düzəldəcəyi vədini verib, ona məxsus pul vəsaitini ələ keçirmək niyyəti ilə sonuncuya biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verməklə, habelə aralarında yaranmış etibarlı münasibətlərdən istifadə edib, zərərçəkmiş şəxsə aid pul vəsaitini sahibliyinə keçirmiş, bununla da, o, həmin pul vəsaitindən istədiyi kimi istifadə etmək imkanı əldə etməklə, dələduzluq əməlini başa çatdırmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla da, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, kifayət qədər yaşda olmasını, şəhid atası olmaqla, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını, eləcə də vurduğu zərərdən qismən ödəniş etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın İİİ bəndinin İİ yarımbəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, məhkəmələrə cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, onun zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmə və aldatma yolu ilə onun əmlakını (pul vəsaitini) ələ keçirmə cinayət əməlini törətməsini, zərərin ¼ hissəsini qaytarsa da, tam şəkildə ödəməməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, bununla belə, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat və məhkəmə istintaqı dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, bundan sonra onun cəmiyyətə hər hansı bir formada mənfi təsir göstərmək, eləcə də nümunə olmaq imkanının mövcud olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların, xüsusilə də şəhid atası olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak, eləcə də məhkəmə məsrəfi yoxdur. Həmçinin, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona dəymiş qalıq zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, hər ay qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona dəymiş qalıq zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar