Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-14/2023 14.03.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər- fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə 14 mart 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1982-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "X10" MMC-də ictimai işlər üzrə sosial işçi, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə, xx xxxx 1971-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan Təqsirləndirilən şəxs1 saxlamaq üçün ona verdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 5,387 qram narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlamış, 19 noyabr 2022-ci il tarixdə, saat 20:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilinərək Siyəzən şəhərinin A.Mustafayev küçəsində saxlanılmaqla, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol cibindən 1 ədəd sellofanın içərisində 3 ədəd kağız bükülüdə ayrı-ayrılıqda çəkiləri 1,661 qram, 1,877 qram, 1,849 qram olmaqla, ümumilikdə 5,387 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 5,73 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamış, 19 noyabr 2022-ci il tarixdə həmin narkotik vasitənin 5,387 qramını saxlaması üçün Təqsirləndirilən şəxs2 vermiş, 19 noyabr 2022-ci il tarixdə, saat 21:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilinərək, Siyəzən şəhərinin S.Xeyrullayev küçəsində saxlanılıb gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd ağ rəngli kağız bükülüdə 0,343 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 19 noyabr 2022-ci il tarixdə, təxminən saat 17:00 radələrində Siyəzən şəhərinin S.Dağlı küçəsində velosipedlə gəlmiş Təqsirləndirilən şəxs1lə rastlaşmış, bu zaman sonuncu səhəri gün, yəni 20 noyabr 2022-ci il tarixdə əsgərlikdə olan oğlunu ziyarətə gedəcəyini bildirib, onunla birlikdə quşlara baxarkən tapdığı predmet barədə məlumat verməklə, 3 ədəd bükümü ona vermiş, digər 1 ədədini isə yolda çəkmək məqsədilə özündə saxlamışdır. Bundan sonra, 19 noyabr 2022-ci il tarixdə, təxminən yarım saat sonra Siyəzən RPŞ-nin əməliyyat müvəkkilləri onu yaşadığı ünvanın qarşısında saxlayıb, RPŞ-yə aparmış, orada Müdafiəçi1 iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, habelə bu zaman şalvarının sol cibindən 1 ədəd sellofanın içərisində 3 ədəd kağız bükülüdə narkotik vasitə olan qurudulmuş marixuana kütlələri aşkar edilərək, götürülmüşdür. O, narkotik vasitəni satın almamış, Təqsirləndirilən şəxs1 bu bükülüləri ona saxlamaq məqsədilə vermiş, həmçinin övladını ziyarət edib, gəldikdən sonra birlikdə istifadə etməyi də təklif etmişdir. Bundan əlavə, o, narkotik vasitələrin satışı ilə məşğul olmamaqla, yanaşı polis əməkdaşları tərəfindən saxlanılarkən qeyri-insani hərəkətlərə və ya rəftara məruz qalmamışdır. Hazırda əməlindən çox peşman olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, göyərçin saxlamaqla məşğul olur. Belə ki, 19 noyabr 2022-ci il tarixdə, günorta 13:30 radələrində saxladığı göyərçinlərdən biri uçaraq qonşunun damına qonmuş, habelə o, bu vaxt Siyəzən şəhərinin S.Dağlı küçəsindəki evin damına daş atmamaq üçün göyərçini oradan uçurtmaq məqsədilə ora tərəf getmişdir. Bu zaman quşu uçurtmaq üçün yerdə olan “King” markalı siqaret qutusunu götürüb içərisinə daş qoyaraq, quşa tərəf atmaq istədikdə, qutunun içərisində nəyinsə olduğunu hiss etmiş, habelə qutuya baxdıqda, içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Bundan sonra, o, tapdığı 4 ədəd bükümdən ibarət kütlələri cibinə qoymaqla, göyərçini uçurdub, evə getmiş, tapdığı marixuana bükümlərindən birindən həmin gün istifadə etməyə həvəslənmişdir. Belə ki, o, marixuanadan daimi olmasa da, iki-üç ildən bir çəkməklə, istifadə etmişdir. Bundan əlavə, o, 20 noyabr 2022-ci il tarixdə Cəlilabad rayonunda Sərhəd Qoşunlarında xidmət edən oğlunun yanına getməli olduğuna, həmçinin ailə üzvlərinin narkotik vasitədən məlumatlarının olmamasına, özünün də daimi istifadə etməməsinə görə digər 3 ədəd bükümləri 19 noyabr 2022-ci il tarixdə, təxminən saat 14:00 radələrində yaxın və qohum münasibətlərində olduğu Təqsirləndirilən şəxs2 verib, saxlamasını xahiş etmişdir. Daha sonra, 19 noyabr 2022-ci il tarixdə, axşam saat 20-21:00 radələrində Siyəzən şəhərinin S.Xeyrullayev küçəsində yaşadığı evin qarşısında Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, RPŞ-yə aparılmış, orada üzərində saxladığı bir ədəd bükülünü təqdim edib, olanları təfərrüatlı şəkildə izah etmişdir. Bundan başqa, üzərində şəxsi axtarış Müdafiəçi2 iştirakı ilə videoçəkilişlə aparılmış, tərtib edilmiş sənədləri, o cümlədən şəxsi axtarış və baxış protokolunu imzalamışdır. O, narkotik vasitələri Təqsirləndirilən şəxs2 satış məqsədilə verməmiş, buna görə sonuncudan qazanc əldə etməmiş, həmçinin saxlanılarkən polis əməkdaşları tərəfindən qeyri-insani hərəkətlərə məruz qalmamışdır. Hazırda əməlindən çox peşman olmasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara elan olunmuş ittiham üzrə təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etmiş, habelə sonuncunu hadisədən əvvəl tanımamaqla, ona qarşı düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadə etməsi, eləcə də üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatına əsasən tərəflərindən tədbir həyata keçirilmiş və sonuncunu 19 noyabr 2022-ci il tarixdə, axşam saatlarında yaşadığı ünvanın qarşısında saxlanılaraq, şübhəli olduğu üçün RPŞ-yə dəvət edilmiş, habelə orada Müdafiəçi1 iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilmiş, bu zaman o, sorğu əsasında şalvarının xatırlamadığı cibindən 3 ədəd sellofan bükümdə marixuanaya bənzər kütlələri çıxardıb, könüllü şəkildə təqdim etmiş, həmçinin kütlələrin marixuana olduğunu bildirmişdir. Bundan sonra, müvafiq qaydada sənədləşdirmə işləri aparılmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olması haqqında onlarda əməliyyat məlumatı olmamışdır. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, hər iki təqsirləndirilən şəxsin saxlanılmasında iştirak etmiş, habelə sonuncuları hadisədən əvvəl tanımamaqla, onlara qarşı düşmənçilik və ədavəti olmamışdır. 19 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında onun tərəfindən müvafiq protokol tərtib edilməklə, bu barədə CAB-ın rəisi Fikrət Məstəliyevə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Həmin gün Təqsirləndirilən şəxs2 yaşadığı ünvanın qarşısında saxlanılaraq, RPŞ-yə gətirilmiş, orada Müdafiəçi1 iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş əşya və predmet olduğu təqdirdə, təqdim etməsi tövsiyə olunmuş, habelə o, üzərində 3 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə olduğunu bildirmiş, bu kütlələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan əlavə, Təqsirləndirilən şəxs2 kütlələri kimdən əldə etməsi soruşulduqda, o, bu kütlələri dostu Təqsirləndirilən şəxs1 ona verdiyini bildirmiş və buna görə də Təqsirləndirilən şəxs1 barəsində əməliyyat tədbirləri həyata keçirilməsi üçün protokol yazılmaqla, tədbir həyata keçirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 də yaşadığı ünvanın qarşısında saxlanılaraq, RPŞ-yə aparılmış, orada ona üzərində nə varsa könüllü surətdə təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs1 videoçəkilişlə idman şalvarının sol cibindən 1 ədəd bükülüdə qurudulmuş marixuanaya bənzər kütləni təhvil vermişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda qanunla qadağan olunmuş əşya və predmet olub-olmaması soruşulduqda, sonuncu könüllü olaraq evinə daxil olunub, baxış keçirilməsinə icazə vermiş, bununla bağlı ərizə yazmışdır. Bununla əlaqədar Təqsirləndirilən şəxs1 evində də baxış keçirilmiş, lakin, oradan heç bir əşya aşkar edilməmişdir. Eyni zamanda, təqsirləndirilən şəxslərin narkotik vasitələrin satışı ilə məşğul olması haqqında onlarda əməliyyat məlumatı olmamış, daxil olmuş məlumat isə onların narkotik vasitədən istifadə etmələri və gəzdirmələri barədə olmuşdur. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 64-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2022-ci il tarixli, 7/1333 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs1...” yazıları və imzalar olan kağız paketdəki 1 ədəd kağız bükülüdə təmiz çəkisi 0,343 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram marixuana sərf edildikdən sonra qalıq marixuananın miqdarı 0,323 qram təşkil etmişdir. Cinayət işinin 63-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə bioloji ekspertizası tədqiqatının dəyəri 78 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 67-69-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2022-ci il tarixli, 7/1334 saylı ekspert rəyindən görünür ki, üzərində “...Təqsirləndirilən şəxs2...” yazısı və imzalar olan kağız paketdəki sellofan torbacığın içərisində 3 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1,661 qram, 1,877 qram, 1,849 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 5,387 qramdır. Tədqiqata 0,12 qram (hər obyektdən 0,04 qram) sərf edildikdən sonra narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkisi 5,267 qram təşkil etmişdir. Eyni zamanda, tədqiqata 0,02 qram sərf edildikdən sonra digər narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkisi 0,303 qram təşkil etmişdir. Cinayət işinin 66-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə bioloji ekspertizası tədqiqatının dəyəri 78 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 174-175-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 30 noyabr 2022-ci il tarixdə verilmiş 7225 nömrəli ambulator məcburi-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabiodlərindən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 176-177-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 30 noyabr 2022-ci il tarixdə verilmiş 7226 nömrəli ambulator məcburi-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərin və psixostimulyatorun qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-24-cü vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin gün, saat 21:02-dən saat 21:10-dək olan müddət ərzində Siyəzən RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs2 üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol cibindən ittihamın əsasını təşkil edən 1 ədəd sellofanın içərisində 3 ədəd kağız bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 51-52-ci, 55-56-cı vərəqələrində olan müvafiq olaraq şəxsi axtarış və götürmə, eləcə də baxış və götürmə haqqında 19 noyabr 2022-ci il tarixli protokollardan görünür ki, həmin gün, saat 22:00-dan saat 22:08-dək olan müddət ərzində Siyəzən RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs1 üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən ittihamın əsasını təşkil edən 1 ədəd ağ rəngli kağız bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülsə də, sözügedən gün, saat 22:30-dan saat 22:52-dək olan müddət ərzində Təqsirləndirilən şəxs1 yaşadığı Siyəzən şəhərinin S.Xeyrullayev küçəsindəki 75 saylı evə sonuncunun razılığı ilə keçirilən baxış zamanı orada hər hansı qanunla qadağan olunan əşya və predmet təsbit edilməmişdir. Şəxsi axtarış və baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 178-188-ci vərəqələrində olan 11 fevral 2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 21 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmaqla, onların barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 5,267 qram və Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 0,303 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana kütlələri cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə 19 noyabr 2022-ci il tarixdə videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın, eləcə də sonuncunun yaşadığı Siyəzən şəhərinin S.Xeyrullayev küçəsindəki 75 saylı evə videoçəkiliş ilə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 3 ədəd Kompakt Disklər də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 143-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 dekabr 2022-ci il tarixli tələbnaməsindən, işin 170-173-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli, 1(059)-53/2016 saylı hökmünün surətindən görünür ki, Vəliyev X5 Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, habelə 15 iyul 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs2 hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş işin 144-cü səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 26 dekabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 13-cü və 42-ci vərəqələrində olan 19 noyabr 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərarlardan görünür ki, müvafiq olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşlar. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 114-cü və 116-cı vərəqələrindəki 21 noyabr 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Vəliyev X5 RPŞ-nin MSY-dən azad edilmiş və onların barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 165-166-cı vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan, tibbi sənədlərdən və məşğulluq haqqında arayışlardan görünür ki, "X10" MMC-də ictimai işlər üzrə sosial işçi kimi çalışmaqla, himayəsində 10 avqust 2011-ci il təvəllüdlü Firudin, 01 avqust 2012-ci il təvəllüdlü Məhəmməd adında iki yetkinlik yaşına çatmayan və 08 yanvar 2019-cu il təvəllüdlü Əli, 13 mart 2021-ci il təvəllüdlü Adəm adında iki azyaşlı uşağı olan, eləcə də ünvan 4 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs2 barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Eyni zamanda, “yüksək dərəcəli miopiya. Miopik xorioretinit” xəstəliyi olan Təqsirləndirilən şəxs2 işaxtaran kimi qeydiyyatda olan arvadı X4 “qarnın ön divarında ağ xətt yırtığı, yerinə çətinliklə qayıdan” diaqnozlu, oğlu 01 avqust 2012-ci il təvəllüdlü Məhəmməd isə “xroniki tonzilit dekompensasiya forma. Adenoid hipertrofiyası İİİ dərəcə” xəstəliklərindən əziyyət çəkir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 anası X1 da işaxtaran kimi qeydiyyatdadır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 167-168-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan və tibbi sənəddən görünür ki, Siyəzən şəhəri, S.Xeyrullayev küçəsində 75 nömrəli evdə qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs1 barəsində Siyəzən RİHB-nin Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs1 arvadı Zəminə Əliyeva “uşaqlığın artımlarla birlikdə ekstirpasiya əməliyyatdan sonrakı vəziyyət. Sistosele” xəstəliyindən əziyyət çəkir. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlama və daşıma cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən İB-nin rəisi cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə 11 fevral 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə sonuncuların əməllərində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barələrində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları cinayət əməlini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsinə razılaşır və onlar, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun himayəsində biri “xroniki tonzilit dekompensasiya forma. Adenoid hipertrofiyası İİİ dərəcə” xəstəliyindən əziyyət çəkən iki yetkinlik yaşına çatmayan və iki azyaşlı uşaqlarının olmasını, özünün, eləcə də arvadının müxtəlif diaqnozlu xəstəliklərdən əziyyət çəkməsini, ailədə yeganə faydalı əməklə məşğul olmaqla, qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına, ailə şəraitinə təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin 2/3 hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 19 noyabr 2022-ci il tarixdən 21 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun arvadının “uşaqlığın artımlarla birlikdə ekstirpasiya əməliyyatdan sonrakı vəziyyət. Sistosele” xəstəliyindən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına, ailə şəraitinə təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halın olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin 2/3 hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 19 noyabr 2022-ci il tarixdən 21 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 5,267 qram və Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 0,303 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana kütlələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübutlar, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə 19 noyabr 2022-ci il tarixdə videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın, eləcə də sonuncunun yaşadığı Siyəzən şəhərinin S.Xeyrullayev küçəsindəki 75 saylı evə videoçəkiliş ilə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 3 ədəd Kompakt Disklər cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan cəmi 156 (bir yüz əlli altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198-ci, 344-347-ci, 349cu, 351-353, 356, 358, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 5,267 qram və Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 0,303 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana kütlələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübutlar, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə 19 noyabr 2022-ci il tarixdə videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın, eləcə də sonuncunun yaşadığı Siyəzən şəhərinin S.Xeyrullayev küçəsindəki 75 saylı evə videoçəkiliş ilə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 3 ədəd Kompakt Disklər cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan cəmi 156 (bir yüz əlli altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-14/2023
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-14/2023
14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver