Məhkəmə qərarları › İş №1(059)-14/2024

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-14/2024

12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-14/2024 12.03.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş hüquqi şəxs, Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi Nümayəndə, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 12 mart 2024-cü il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxx 1988-ci il tarixdə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, üzərində məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən yeni tikilidə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tanışları Şahid2, Şahid1 və Şahid3 birlikdə sonuncunun idarə etdiyi “KİA CEED” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 20 aprel 2023cü il tarixdə, saat 15:00 radələrində Bakı şəhərindən oğurluq etmək üçün mağaza yeri müəyyən etmək məqsədilə Siyəzən rayonu, Yenikənd kəndinə gedərək, orada yerləşən Zərərçəkmiş şəxs1 məxsus mağazanı dəqiqləşdirib Bakı şəhərinə qayıtdıqdan sonra, özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq talamaq məqsədilə Şahid2, Şahid1 və Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib cinayət əlaqəsinə girərək talayacaqları əmlakları öz aralarında böləcəklərinə dair razılaşdıqdan sonra qrup üzvlərinin aralarında olan rol bölgüsünə əsasən Şahid3 idarə etdiyi həmin avtomobillə 21 aprel 2023-cü il tarixdə, saat 23:00 radələrində Bakı şəhərindən onu, 22 aprel 2023-cü il tarixdə, saat 00:15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən digər qrup üzvləri Şahid2 və Şahid1 götürüb, birlikdə 22 aprel 2023-cü il tarixdə, saat 01:45 radələrində Siyəzən rayonu, Yenikənd kəndinə apararaq həmin mağazanın yaxınlığında düşürmüş, Şahid3 idarə etdiyi avtomobildə gözlədiyi vaxt o, Şahid2 və Şahid1la birlikdə həmin kənddə yerləşən Zərərçəkmiş şəxs1 məxsus olan saxlanc yeri hesab olunan mağazaya özləri ilə apardıqları dəmir parçası ilə mağazanın plastik pəncərəsini açmaqla binaya pəncərədən qanunsuz daxil olaraq mağazanın içərisindən hər birinin dəyəri 3,90 manat olmaqla, cəmi dəyəri 23,40 manat olan 6 qutu “Kent 4” markalı, hər birinin dəyəri 4,10 manat olmaqla, cəmi dəyəri 32,80 manat olan 8 qutu “Sobranıe” (ballı) markalı, hər birinin dəyəri 3,70 manat olmaqla, cəmi dəyəri 66,60 manat olan 18 qutu “Winston” (kompakt və nazik) markalı, hər birinin dəyəri 3,10 manat olmaqla, cəmi dəyəri 68,20 manat olan 22 qutu “LD” (kompakt və nazik) markalı, hər birinin dəyəri 3,90 manat olmaqla, cəmi dəyəri 19,50 manat olan 5 qutu “Kent 8” markalı, hər birinin dəyəri 2,80 manat olmaqla, cəmi dəyəri 14 manat olan 5 qutu “Palmall” (nazik) markalı, hər birinin dəyəri 2,60 manat olmaqla, cəmi dəyəri 62,40 manat olan 24 qutu “Rothmans” (kompakt və mentol) markalı, hər birinin dəyəri 2,80 manat olmaqla, cəmi dəyəri 64,40 manat olan 23 qutu “Vincester” (kompakt) markalı, hər birinin dəyəri 2,60 manat olmaqla, cəmi dəyəri 26 manat olan 10 qutu “Vest” markalı, hər birinin dəyəri 2,50 manat olmaqla, cəmi dəyəri 20 manat olan 8 qutu “Classic” (kompakt) markalı, hər birinin dəyəri 2,30 manat olmaqla, cəmi dəyəri 154,10 manat olan 67 qutu “Maqna” (qara nazik, kompakt göy, ağ, boz kompakt, nazik kompakt) markalı, hər birinin dəyəri 2,60 manat olmaqla, cəmi dəyəri 20,80 manat olan 8 qutu “Vant” markalı, hər birinin dəyəri 2,30 manat olmaqla, cəmi dəyəri 41,20 manat olan 18 qutu “Keno” (qızılı) markalı, hər birinin dəyəri 2,10 manat olmaqla, cəmi dəyəri 21 manat olan 10 qutu “Bakı” markalı, hər birinin dəyəri 2,30 manat olmaqla, cəmi dəyəri 29,90 manat olan 13 qutu “Prima” (göy, sarı) markalı, hər birinin dəyəri 2,10 manat olmaqla, cəmi dəyəri 33,60 manat olan 16 qutu “Argo” (göy, sarı) markalı, hər birinin dəyəri 2,30 manat olmaqla, cəmi dəyəri 34,50 manat olan 15 qutu “Vegas” (göy, boz) markalı siqaretləri, ümumi dəyəri 30 manat olan bir qutu alışqanları, bir ədədinin dəyəri 5,50 manat olmaqla, cəmi dəyəri 11 manat olan iki ədəd 0,5 litrlik “İdeya” markalı spirtli içki araqları və bir ədəd 32 manat dəyərində ola ətir dəstini gizli olaraq talayıb, həmin əmlakları qrup üzvləri ilə aralarında bölmüş, həmin əməlləri ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində binaya qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 833,10 manat məbləğində maddi ziyan vurub, gizli olaraq talayıb, oğurluq etmişdir. Bundan başqa o, 22 aprel 2023-cü il tarixdə, saat 03:00 radələrində Siyəzən rayonu, Yenikənd kəndində Zərərçəkmiş şəxs1 məxsus mağazadan oğurluq cinayətini başa çatdırdıqdan sonra həmin kənddə yaxınlıqda yerləşən Zərərçəkmiş şəxs2 məxsus olan mağazadan oğurluq etməkdən ötrü həmin gün saat 03:00 radələrində təkrarən, özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq talamaq məqsədilə tanışları Şahid2, Şahid1 və Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib cinayət əlaqəsinə girərək talayacaqları əmlakları öz aralarında böləcəklərinə dair razılaşdıqdan sonra, aralarında olan rol bölgüsünə əsasən, o, Şahid2 və Şahid3la birlikdə, sonuncunun idarə etdiyi “KİA CEED” markalı, 77-PN- 258 dövlət qeydiyyat nişanlı avtomobildə gözlədikləri vaxt qrupun digər üzvü Şahid1 Zərərçəkmiş şəxs2 məxsus olan saxlanc yeri hesab edilən mağazaya pəncərədən özü ilə apardığı dəmir parçası ilə pəncərədə olan dəmir barmaqlığı sındırıb plastik pəncərəni açmaqla binaya qanunsuz daxil olaraq, oradan hər birinin dəyəri 3,90 manat olmaqla, cəmi dəyəri 58,50 manat olan 15 qutu “Kent 4” (nazik) markalı, hər birinin dəyəri 4,10 manat olmaqla, cəmi dəyəri 155,80 manat dəyərində 38 qutu “Sobranıe” (ballı, qara nazik, qara kompakt, göy nazik, ağ nazik) markalı, hər birinin dəyəri 3,70 manat olmaqla, cəmi dəyəri 55,50 manat olan 15 qutu “Vinston” (kompakt) markalı, hər birinin dəyəri 3,10 manat olmaqla, cəmi dəyəri 127,10 manat olan 41 qutu “LD” (ağ kompakt, nazik) markalı, hər birinin dəyəri 2,80 manat olmaqla, cəmi dəyəri 112 manat olan 40 qutu “Palmalİ” (boz nazik, mentol) markalı, hər birinin dəyəri 2,60 manat olmaqla, cəmi dəyəri 98,80 manat olan 38 qutu “Rothmans” (göy, boz) markalı, hər birinin dəyəri 2,80 manat olmaqla cəmi dəyəri 86,80 manat olan 31 qutu “Vincester” (boz kompakt, göy kompakt, nazik boz) markalı, hər birinin dəyəri 2,30 manat olmaqla, cəmi dəyəri 20,70 manat olan 9 qutu “Senat” markalı, hər birinin dəyəri 2,30 manat olmaqla, cəmi dəyəri 20,70 manat olan 9 qutu “Classic” (boz kompakt) markalı, hər birinin dəyəri 2,30 manat olmaqla, cəmi dəyəri 243,80 manat olan 106 qutu “Maqna” (kompakt, kompakt göy nazik, ağ nazik, kompakt boz nazik, kompakt göy, boz nazik, qara nazik) markalı, hər birinin dəyəri 2,10 manat olmaqla, cəmi dəyəri 63 manat olan 30 qutu “Bakı” markalı, hər birinin dəyəri 2,30 manat olmaqla, cəmi dəyəri 20,70 manat olan 9 qutu “Prima” (göy) markalı, hər birinin dəyəri 2,10 manat olmaqla, cəmi dəyəri 14,70 manat olan 7 qutu “Argo” (göy qalın) markalı, hər birinin dəyəri 2,30 manat olmaqla, cəmi dəyəri 34,50 manat olan 15 qutu “Vegas” (boz nazik) markalı, hər birinin dəyəri 2,30 manat olmaqla, cəmi dəyəri 18,40 manat olan 8 qutu “Viceroy” (boz nazik) markalı siqaretləri, hər birinin dəyəri 15 manat olmaqla, cəmi dəyəri 30 manat olan iki ədəd “Trudey avon” markalı, bir ədəd dəyəri 13 manat olan “Black Trudey avon” markalı, hər birinin dəyəri 20 manat olmaqla, cəmi dəyəri 40 manat olan iki ədəd “Versace women” markalı, hər birinin dəyəri 17 manat olmaqla, cəmi dəyəri 34 manat olan iki ədəd “Amore women” markalı, bir ədəd dəyəri 10 manat olan “Adidas” markalı, bir ədəd dəyəri 18 manat olan “Blue avon” markalı, hər birinin dəyəri 11 manat olmaqla, cəmi dəyəri 22 manat olan iki ədəd “Semme” markalı, hər birinin dəyəri 20 manat olmaqla, cəmi dəyəri 60 manat olan üç ədəd “Channel” markalı, bir ədəd dəyəri 20 manat olan “Avon” markalı ətirləri, kassada olan 80 (səksən) manat nağd pulu gizli olaraq talamış, daha sonra həmin mağazada quraşdırılmış Zərərçəkmiş şəxs3 MMC-yə məxsus olan, içərisində 4816 (dörd min səkkiz yüz on altı) manat nağd pul olan, saxlanc yeri hesab olunan “15048” saylı ödəmə terminalının içərisindən həmin pulu gizli olaraq talamaqdan ötrü özü ilə apardığı dəmir parçası ilə terminalı zədələyərək açmağa cəhd etsə də, terminalın mühafizəedici mexanizmi olması səbəbindən aça bilməyib, qəsdən törətdiyi cinayəti özü və qrup üzvlərinin iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək özgənin əmlakını gizli olaraq talamağa cəhd etmiş, daha sonra o, Şahid3 idarə etdiyi həmin avtomobillə Şahid2 və Şahid1la birlikdə Siyəzən rayonundan Bakı şəhərinə qayıdarkən taladıqları əmlakları qrup üzvləri ilə aralarında bölmüş, həmin əməlləri ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində binaya qanunsuz daxil olmaqla, Zərərçəkmiş şəxs2 1458 (min dörd yüz əlli səkkiz) manat məbləğində maddi ziyan vurmaqla gizli olaraq talayıb, təkrarən oğurluq etmiş, özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində binaya və başqa saxlanc yerinə qanunsuz daxil olmaqla, Zərərçəkmiş şəxs3 MMC-yə məxsus olan 4816 manat pulu gizli olaraq təkrarən talamağa, yəni oğurluğa cəhd etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 21 aprel 2023-cü il tarixdə, saat 23:00 radələrində Şahid3 idarəçiliyində olan “KİA CEED” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu Bakı şəhərindən, sonra sonuncu ilə birlikdə Şahid1 və Şahid2 Abşeron rayonu, Xırdalan şəhərindən götürüb, şimal rayonları istiqamətində hərəkət etməyə başlamışlar. Əvvəllər Siyəzən rayonuna gəlməsə də, rayonun Yenikənd kəndinin sakit yer olduğunu görüb, oğurluq etmək məqsədi ilə kəndə daxil olmuşlar. Bundan sonra, həmin kənddə yerləşməklə, Zərərçəkmiş şəxs1 məxsus mağazanın dəmir barmaqlığı olmayan pəncərəsini dəmir parçası ilə açmış, habelə həmin pəncərədən mağazanın içərisinə Seymur və Ramin ilə birlikdə daxil olsa da, Fəqan avtomobildə gözləmişdir. Beləliklə mağazanın içərisindən müxtəlif markalı siqaretləri və ətri oradan götürdükləri sellofana yığıb, mağazadan çıxmışlar. Daha sonra, Ramin və Seymur həmin mağazadan təxminən 400-500 metr aralı məsafədə yerləşməklə, Zərərçəkmiş şəxs2 məxsus mağazadan oğurluq edərkən o, ətrafı müşahidə etmək üçün çöldə gözləmiş, habelə həmin mağazadan da, müxtəlif markalı siqaretlər və spirtli içki araqlar oğurlanmışdır. Avtomobildə olarkən oğurladıqları siqaretləri dörd yerə bölsələr də, o, özünə çatan payı Seymura vermişdir. Belə ki, həmin siqaretlərin həcmi böyük olduğu üçün, yaşadığı evə aparmaq istəməmişdir. Bundan başqa, Seymur ilə Raminin daxil olduqları mağazada yerləşən terminaldan pul oğurlamağa cəhd etmələrindən məlumatlı olmamaqla yanaşı, sonuncular da bununla bağlı ona məlumat verməmişlər. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, eləcə də şahidlərin məhkəmə iclasında, həmçinin məhkəməyədək istintaq zamanı verdikləri ifadələrlə, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Belə ki, Zərərçəkmiş şəxs1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 2022-ci il tarixindən Siyəzən rayonun Yenikənd kəndində, yaşadığı evin həyətinə bitişik yerləşməklə, 50 kvadrat metr sahəsi olan mağazasında ərzaq məhsullarının, o cümlədən, siqaret və meyvə-tərəvəzlərin satışı ilə məşğul olur. Bundan başqa, o, 21 aprel 2023-cü il tarixdə, saat 22:30-da həmin mağazasının qapısını bağlayıb, yaşadığı evə getmişdir. 22 aprel 2023-cü il tarixdə, saat 06:00 radələrində isə mağazanın qapısını açarkən siqaretlərin və ətirlərin rəfdə olmadığını, mağazanın pəncərəsinin dəmir parçası ilə açıldığını görmüşdür. Bu zaman Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurmaqla, hadisə barədə məlumat vermiş, habelə polis əməkdaşları və Müdafiəçi mağazasına gəlib, əl-barmaq izləri götürməklə, müvafiq sənədləşmə işləri aparmışlar. Bununla yanaşı, mağazasından 38 marka siqaret və sairə oğurlanmaqla, ona ümumilkdə 833,10 manat məbləğində ziyan vurulsa da, hazırda dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Bundan əlavə, hadisə zamanı mağazasında müşahidə kamerası olmasa da, hazırda vardır. Zərərçəkmiş şəxs2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hadisədən öncə tanımamış, onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Siyəzən rayonunun Yenikənd kəndində yerləşməklə, 90 kvadrat metr sahəsi olan mağazasında ərzaq məhsullarının, o cümlədən, siqaretlərin satışı ilə məşğul olur. 21 aprel 2023-cü il tarixdə, saat 24:00 radələrində həmin mağazanın qapısını bağlayıb, yaşadığı evə getmişdir. 22 aprel 2023-cü il tarixdə, saat 07:30-08:00 radələrində mağazanı açarkən, oranın pəncərəsinin dəmir barmaqlığının və şüşəsinin sındığını, mağazadan müxtəlif markada siqaretlərin və ətirlərin, habelə kassadan 80 manat nağd pulun oğurlandığını, mağazanın içərisində olan Zərərçəkmiş şəxs3 MMC-yə məxsus terminal aparatının açılması məqsədi ilə yerə aşırdılmış vəziyyətdə olduğunu görmüşdür. Hal-hazırda isə ona dəymiş 1500 manat məbləğində ziyan pul şəkilində geri qaytarıldığından təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hadisədən öncə tanımamış, onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Bundan başqa, təmsil etdiyi Zərərçəkmiş şəxs3 MMC Azərbaycan Respublikası ərazisində elektron ödəmələr və onların texniki təminatı üzrə fəaliyyət göstərən xarici şirkətdir. Belə ki, şirkət müxtəlif iaşə obyektlərinə və ticarət mərkəzlərinə terminallar quraşdırır, habelə sözügedən terminallardan biri də Siyəzən rayonun Yenikənd kəndində yerləşməklə, Zərərçəkmiş şəxs2 məxsus “Super Market” adlı mağazaya quraşdırılmışdır. Bundan əlavə, 22 aprel 2023-cü il tarixdə təmsil etdiyi Zərərçəkmiş şəxs3 MMC-nin əməkdaşlarına, naməlum şəxslərin 15048 saylı ödəmə aparatının qapısını açmaqla, içərisində olan 4816 manat məbləğində nağd pulun oğurlamağa cəhd etdikləri, lakin, müvəffəq olmadıqları bildirilmişdir. Bunun nəticəsində MMC-yə 240 manat məbləğində maddi ziyan dəymiş, habelə həmin ziyan ödənilməsə də, təqsirləndirilən şəxsdən şikayətçi deyillər. Məhkəmə istintaqı zamanı Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 15 il olar dost olmaqla yanaşı, Bakı şəhərində qonşu olmuş, sonuncu məhz onun vasitəsi ilə Şahid1 və Şahid3 tanımışdır. Bundan başqa, hazırda tarixini dəqiq xatırlamadığı vaxt o, Ramin və Fəqan sonuncunun idarəçiliyində olan avtomobil ilə Siyəzən rayonuna müşahidə məqsədi ilə gəlmişlər. Bundan təxminən 2-3 gün sonra, yəni 21 aprel 2023-cü il tarixdə, gecə saatlarında o, Ramin, Xəyal və Fəqan sonuncunun idarəçiliyində olan avtomobil ilə yenidən Siyəzən rayonunun Yenikənd kəndinə gəlmiş, lakin onun yaşadığı evə qonaq gəlmiş Xəyal əvvəlcə onlarla getmək istəməsə də, onun təkidi ilə sonradan getmiş, o cümlədən mağazadan edilmiş oğurluqdan Xəyala pay düşməmiş, sonuncu payını ona vermiş, habelə əşyalar onun, Raminin və Fəqanın arasında bölüşdürülmüşdür. Beləliklə, 22 aprel 2023-cü il tarixdə, gecə saat 01:00 radələrində Siyəzən rayonunun Yenikənd kəndində Fəqan onları avtomobildən düşürüb, uzaqlaşmış, o, Ramin və Xəyal birinci mağazaya (Zərərçəkmiş şəxs1 məxsus mağaza) tərəf getmiş, orada Xəyal ətrafı müşahidə etmiş, o və Ramin isə mağazanın dəmir barmaqlığı olmayan pəncərəsini dəmir parçası ilə açmaqla, içəri daxil olub, oradan müxtəlif markalı siqaretləri və ətir oğurlamışlar. Bundan sonra, Ramin spirtli içkinin təsiri atında olduğundan, həmin kəndə yerləşən digər mağazaya (Zərərçəkmiş şəxs2 məxsus) tək daxil olmaqla, oradan da, müxtəlif markalı siqaretləri oğurlasa da, sonuncunu onlar Fəqanın avtomobilində gözləmişlər. Məhkəmə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadədən qismən fərqlənən, habelə Təqsirləndirilən şəxs münasibətdə məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, şahidin bu cür ifadə verməsi Təqsirləndirilən şəxs gələcəkdə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, Şahid2 hər hansı bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Siyəzən rayonunun Yenikənd kəndində yerləşən mağazadan tanışları Ramin, Xəyal və Fəqan ilə birlikdə oğurluq etmiş, habelə 22 aprel 2023-cü il tarixdə, gecə saat 01:00 radələrində Ramin və Xəyalla birlikdə yaxınlaşdıqları mağazanın qapısını dəmir parçası ilə açmağa çalışsalar da, buna nail ola bilmədiklərindən oranın pəncərəsindən içəri daxil olmuş, həmçinin mağazadan müxtəlif markalarda siqaretlər, ətirlər, alışqanlar və bir neçə ədəd spirtli içki götürmüşlər. Məhkəmə istintaqı zamanı Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə dost olmaqla yanaşı, sonucunu təxminən 2-3 il bundan öncə Şahid2 vasitəsi ilə tanımışdır. Bundan başqa, 22 aprel 2023-cü il tarixdə, gecə saatlarında o, Seymur, Xəyal və Fəqan sonuncunun idarə etdiyi avtomobil ilə Siyəzən rayonunun Yenikənd kəndinə gəlmiş, orada o, Xəyal və Seymur Zərərçəkmiş şəxs1 məxsus mağazanın dəmir barmaqlığı olmayan pəncərəsini dəmir parçası ilə açmaqla, içəri daxil olmuş, bu zaman Xəyal qapının girişində dayanmış, habelə oğurladıqları müxtəlif markalı siqaretləri, ətirləri, alışqan və spirtli içkiləri sellofan torbaya yığmış, oradan çıxdıqdan sonra o, Xəyal və Seymurdan ayrılıb, həmin kənddə yerləşən Zərərçəkmiş şəxs2 məxsus mağazaya pəncərədən dəmir barmaqlığı sındıraraq daxil olmuş, oradan da, müxtəlif markalı siqaretlər, 80 manat pul oğurlasa da, mağazanın içərisində yerləşdirilmiş Zərərçəkmiş şəxs3 MMC-yə aid terminalı aça bilmədiyi üçün içərisindəki pulu götürə bilməmişdir. Sonuncu mağazada müşahidə kamerası olsa da, kamera həmin vaxt işlək vəziyyətə olmamış və bunu görmüşdür. Bundan sonra, onlar Bakı şəhərinə qayıtmış, habelə yolda olarkən oğurladıqları siqaretləri aralarında bölsələr də, o, mağazadan oğurladığı 80 manat pul barədə heç kimə bildirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, Bakı İstintaq Təcridxanasında olmadığından məhkəməyə gətirilməsi mümkün olmamış Şahid3, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Ramini Seymur vasitəsi ilə tanımışdır. 20 aprel 2023-cü il tarixdə tanışı Seymur ona zəng edib onu və Ramini evindən götürməsini istədikdə, o, bu məqsədlə evdən çıxıb Xırdalan şəhərinə getmiş, orada görüş zamanı Seymur oğurluq etmək istədiklərini bildirib, ondan onlara kömək etməsini xahiş etmiş, o da, bu təkliflə razılaşmışdır. Bundan sonra, Raminlə Seymurun təklifi əsasında birlikdə Siyəzən rayonunun Yenikənd kəndinə gəlmiş, habelə orada 2 mağazaya baxdıqdan sonra həmin mağazalardan oğurluq etmək üçün uyğun vaxt seçib, Bakı şəhərinə qayıtmışlar. Bu minvalla, o, növbəti gün, yəni 21 aprel 2023-cü il tarixdə, saat 22:00 radələrində Bakı şəhərində Seymur, Xəyal və Raminlə görüşüb, Siyəzən rayonunun Yenikənd kəndinə gəlmişdir. Bundan sonra, Ramin, Seymur və Xəyal maşından düşüb mağazaya tərəf getmiş, o, isə maşını sürüb oradan uzaqlaşmış, bu vaxt onlara işlərini bitirdikdən sonra ona zəng etmələrini, gəlib onları götürəcəyini bildirmişdir. Təxminən 1 saatdan sonra Seymur ona zəng edib onları düşürdüyü yerdən götürməsini istəmişdir. O, geri qayıdıb, Seymurla Xəyalı götürsə də, Ramin orada olmamışdır. Bundan sonra, onlar Bakı şəhəri istiqamətində hərəkətə başlamış, təxminən 15 dəqiqə sonra Ramin ona zəng edib geri qayıtmasını və onu da götürməsini istəmiş, o da, geri qayıdaraq Ramini də eyni yerdən götürmüşdür. Daha sonra, onlar Bakı şəhərinə qayıtmış, habelə çatdıqdan sonra onlar ona təxminən 20 qutu müxtəlif markalarda siqaretlər və 1 ədəd ətir vermişlər. Bundan sonra, onları düşürdüb evə getmiş, habelə onların ona vermiş olduğu siqaretləri və ətri özü istifadə etmişdir. Aralarındakı razılaşmaya əsasən Xəyal, Seymur və Ramin mağazaya daxil olub, oğurluq etməli o, isə onları istədikləri yerə aparmalı olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 41-42-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2023-cü il tarixli, 9/3333 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 22 adda siqaretlərin 2023-cü ilin aprel ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 760,10 manat müəyyən olunmuşdur. Digər qərarda göstərilən 2 ədəd “İdeya” markalı 0,5 litrlik arağın istehsal yeri barədə məlumat olmadığından həmin mal üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 127-128-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2023-cü il tarixli, 9/3332 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 30 adda, o cümlədən 1 ədədinin qiyməti 3,90 manat olmaqla, cəmi dəyəri 58,50 manat olan 15 qutu “Kent 4” (nazik) markalı, 1 ədədinin qiyməti 4,10 manat olmaqla, cəmi dəyəri 36,90 manat olan 9 qutu “Sobranıe” (ballı) markalı, 1 ədədinin qiyməti 4,10 manat olmaqla, cəmi dəyəri 20,50 manat olan 5 qutu “Sobranıe” (qara nazik) markalı, 1 ədədinin qiyməti 4,10 manat olmaqla, cəmi dəyəri 28,70 manat olan 7 qutu “Sobranıe” (qara kompakt) markalı, 1 ədədinin qiyməti 4,10 manat olmaqla, cəmi dəyəri 41 manat olan 10 qutu “Sobranıe” (göy nazik) markalı, 1 ədədinin qiyməti 4,10 manat olmaqla, cəmi dəyəri 28,70 manat olan 7 qutu “Sobranıe” (ağ nazik) markalı,1 ədədinin qiyməti 3,70 manat olmaqla, cəmi dəyəri 55,50 manat olan 15 qutu Vinston (kompakt) markalı, 1 ədədinin qiyməti 3,10 manat olmaqla, cəmi dəyəri 55,80 manat olan 18 qutu LD (ağ kompakt) markalı, 1 ədədinin qiyməti 3,10 manat olmaqla, cəmi dəyəri 71,30 manat olan 23 qutu LD (nazik) markalı, 1 ədədinin qiyməti 2,80 manat olmaqla, cəmi dəyəri 84 manat olan 30 qutu Palmall (boz nazik) markalı, 1 ədədinin qiyməti 2,80 manat olmaqla, cəmi dəyəri 28 manat olan 10 qutu Palmalİ (mentol) markalı, 1 ədədinin qiyməti 2,60 manat olmaqla, cəmi dəyəri 52 manat olan 20 qutu Rothmans (göy) markalı, 1 ədədinin qiyməti 2,80 manat olmaqla, cəmi dəyəri 46,80 manat olan 18 qutu Rothmans (boz) markalı, 1 ədədinin qiyməti 2,80 manat olmaqla, cəmi dəyəri 28 manat olan 10 qutu Vincester (kompakt boz) markalı, 1 ədədinin qiyməti 2,80 manat olmaqla, cəmi dəyəri 25,20 manat olan 9 qutu Vincester (kompakt göy) markalı, 1 ədədinin qiyməti 2,80 manat olmaqla, cəmi dəyəri 33,60 manat olan 12 qutu Vincester (nazik boz) markalı, 1 ədədinin qiyməti 2,30 manat olmaqla, cəmi dəyəri 20,70 manat olan 9 qutu Classic (boz kompakt) markalı, 1 ədədinin qiyməti 2,30 manat olmaqla, cəmi dəyəri 20,70 manat olan 9 qutu Senat markalı, 1 ədədinin qiyməti 2,30 manat olmaqla, cəmi dəyəri 50,60 manat olan 22 qutu Maqna (kompakt) markalı, 1 ədədinin qiyməti 2,30 manat olmaqla, cəmi dəyəri 34,50 manat olan 15 qutu Maqna (kompakt göy nazik) markalı, 1 ədədinin qiyməti 2,30 manat olmaqla, cəmi dəyəri 16,10 manat olan 7 qutu Maqna (ağ nazik) markalı, 1 ədədinin qiyməti 2,30 manat olmaqla, cəmi dəyəri 23 manat olan 10 qutu Maqna (kompakt boz nazik) markalı, 1 ədədinin qiyməti 2,30 manat olmaqla, cəmi dəyəri 34,50 manat olan 15 qutu Maqna (kompakt göy) markalı, 1 ədədinin qiyməti 2,30 manat olmaqla, cəmi dəyəri 50,60 manat olan 22 qutu Maqna (boz nazik) markalı, 1 ədədinin qiyməti 2,30 manat olmaqla, cəmi dəyəri 34,50 manat olan 15 qutu Maqna (qara nazik) markalı, 1 ədədinin qiyməti 2,10 manat olmaqla, cəmi dəyəri 63 manat olan 30 qutu Bakı markalı, 1 ədədinin qiyməti 2,30 manat olmaqla, cəmi dəyəri 20,70 manat olan 9 qutu Prima (göy) markalı, 1 ədədinin qiyməti 2,10 manat olmaqla, cəmi dəyəri 14,70 manat olan 7 qutu Argo (göy qalın) markalı, 1 ədədinin qiyməti 2,30 manat olmaqla, cəmi dəyəri 34,50 manat olan 15 qutu Vegas (boz nazik) markalı, 1 ədədinin qiyməti 2,30 manat olmaqla, cəmi dəyəri 18,40 manat olan 8 qutu Viceroy (boz nazik) markalı siqaretlərin 2023-cü ilin aprel ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1131 manat müəyyən olunmuşdur. Digər qərarda göstərilən 9 adda ətirlərin istehsal yeri, tutumu barədə məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 71-73-cü vərəqələrində olan 28 iyun 2023-cü il tarixli və cinayət işinin İ cild 80-82-ci vərəqələrində olan 17 iyul 2023-cü il tarixli şübhəli və ya təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokollardan və fotoşəkillərdən görünür ki, Şahid2 və Şahid1 Şahid3, eləcə də Təqsirləndirilən şəxs ilə birlikdə 22 aprel 2023-cü il tarixdə Siyəzən rayonun Yenikənd kəndində yerləşən mağazaya daxil olaraq oğurluq etdiklərini bir daha təsdiq, həmçinin etiraf etmişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 157-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01 sentyabr 2023-cü il tarixli tələbnamədən, eləcə də bu cildin 167-173cü vərəqələrində olan Ağsu Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 1(016)-15/2018 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Ağsu Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmçinin 18 yanvar 2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə, hazırkı cinayət əməlinin törədildiyi vaxt Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 25-26-cı vərəqələrində olan 04 dekabr 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan, Siyəzən RPŞnin 05 dekabr 2023-cü tarixli, 3-13-106/2-15125/2023 nömrəli məktublarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 04 dekabr 2023-cü il tarixdə Bakı şəhərinin Səbail rayonunda saxlanılaraq, Səbail RPİ-nin MSY-yə təqdim olunmasından ötrü Siyəzən RPŞnin MSY-yə, oradan isə həmin tarixdə Səbail RPİ-nin MSY-yə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 62-66-ci vərəqələrində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 4(009)-824/2023 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə istintaq müddətinin sonuna qədər 02 ay 12 gün yəni, 17 fevral 2024-cü il tarixədək “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 04 dekabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, həmçinin zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən 27 fevral 2024-cü il tarixdə tərtib edilmiş ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrində onlara dəymiş zərərin tam şəkildə ödənildiyini göstərməklə yanaşı, sonuncular, eləcə də zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Hüquq ədəbiyyatında cinayətdə iştirakçılığın obyektiv əlaməti cinayətdə iştirak edənlərin “birgə” iştirakı ilə bağlıdır. Cinayətin birgə edilməsi anlayışı özündə üç tərkib ünsürlərini birləşdirir. Belə ki, cinayətin hər bir iştirakçısının hərəkəti digər iştirakçının edəcəyi hərəkətə kömək etməli, bütün iştirakçıların hərəkəti vahid nəticəyə doğru istiqamətlənməli və iştirakçıların hər birinin hərəkəti ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmalıdır. Birgə kriminal fəaliyyətdə cinayətin iştirakçılarının səyi birləşir. Hər bir iştirakçı öz “payına” düşəni icra etməklə başqa iştirakçıların həyata keçirəcəkləri fəaliyyətə az-çox kömək etmiş olur. Belə vəziyyətdə iştirakçılardan birinin şərait yaradan əməli digər iştirakçının azad davranış variantı seçmək imkanını aradan qaldırmır. Cinayətdə iştirakçılığın anlayışında göstərilən “qəsdən birgə iştirak etmə” əlaməti iştirakçılığın subyektiv cəhətidir. Göstərilən əlamət iştirakçılıqda ikitərəfli təqsirli əlaqənin olmasını, ümumi ictimai təhlükəli nəticəyə nail olunması prosesində ən azı iki nəfərin qarşılıqlı fəaliyyətdə olduğunu və qarşılıqlı dərketməni nəzərdə tutur. Cinayətin icraçısı bütün iştirakçıların kriminal niyyətini reallaşdırdığından iştirakçıların əməlinə hüquqi qiymət vermək üçün mühüm əhəmiyyət kəsb edir. İcraçının hərəkətinə görə cinayətin digər iştirakçılarının əməlinin başa çatma dərəcəsi müəyyən edilir. Bu mənada, işin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs, eləcə də tanışları Şahid2, Şahid1 və Şahid3 kriminal niyyətlərini reallaşdırarkən, yəni ümumi ictimai təhlükəli nəticəyə nail olunması prosesində qarşılıqlı fəaliyyətdə olmaqla, yanaşı törətdikləri əməlin ictimai təhlükəliyini və xarakterini qarşılıqlı dərketmişlər. Sadalanan bu hallar, habelə məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələr, eləcə də, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, binaya qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talaması və özgənin əmlakını gizli olaraq talamağa cəhd etmə cinayət əməllərini törətməsinin tamamilə sübuta yetirildiyini deməyə kifayət qədər əsas vermişdir. Deməli, onun əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslərə dəymiş zərərin qismən ödənilməsini, sonuncuların və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı şikayətlərinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin 1-ci hissəsinin 14cü bəndinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, binaya qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talamaq, habelə talamağa cəhd etmə kimi hüquqazidd əməlləri törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, Təqsirləndirilən şəxs şəxsiyyətini (ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər də mülkiyyət əleyhinə kateqoriyadan törətdiyi cinayət əməllərinə görə verilmiş cəzalardan nəticə çıxarmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini, məhkəməyədək istintaq dövründə bir müddət axtarışda olaraq istintaqdan yayınmasını), beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən eyni kateqoriyadan olan cinayət əməlləri törətməsinə, həmçinin hökmün icrasından yayınmasına, eyni zamanda bir növ özünə peşə kimi seçdiyi hüquqazidd əməllərini (oğurluq) davam etdirəcəyinə kifayət qədər əsaslar olmasını, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın son həddinin ½ hissəsində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 04 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, mülki iddia, maddi sübut və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 04 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar