Məhkəmə qərarları › İş №1(059)-14/2025

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-14/2025

01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-14/2025 01.04.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 01 aprel 2025-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1986-cı il tarixdə Şabran rayonunun Dağquşçu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Siyəzən rayonunun Dağ Quşçu kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni 1,104 qram çəkidə narkotik vasitə heroini, eləcə də 0,260 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 06 dekabr 2024-cü il tarixdə, saat 12:57 radələrində Siyəzən şəhərinin Gənclik qəsəbəsində yerləşən “Balıq Bazarı” adlanan yerin yaxınlığında Siyəzən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində o, etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə şübhəli şəxs qismində saxlanılaraq gətirildiyi RPŞ-də həmin tarixdə, saat 13:27 radələrində üzərində şəxsi axtarış aparılan zaman ayrı-ayrılıqda təmiz çəkiləri 0,271 qram, 0,433 qram və 0,400 qram olmaqla kimyəvi komponentinə görə öz aralarında eynilik təşkil edən həmin çəkidə narkotik vasitə olan heroinin iki bükümü onun əynində olan qara rəngli uzunqol gödəkcənin sol yan, bir bükümü isə həmin gödəkcənin sağ yan cibindən, qeyd olunan çəkidə psixotrop maddə metamfetamin isə bir ədəd bükümdə sözügedən gödəkcənin sol yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 2016-cı ildən başlayaraq yüngül narkotik vasitələrdən istifadə etsə də, 5 ildir ki, narkotik vasitə heroindən, 2 il olar psixotrop maddə metamfetamindən çəkmə yolu ilə istifadə edir. Bundan başqa, X2 Xızı rayonunun ərazisində yerləşən ”Yeni Yaşma” X4 birlikdə işlədikləri üçün tanımışdır. Həmçinin o, “Opel Astra” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Belə ki, 06 dekabr 2024-cü il tarixdə Bakı şəhərinin Yasamal rayonu ərazisində olarkən yerdə olmaqla, baxdığında içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan şəffaf rəngli sellofan bükümü görüb götürmüşdür. Bundan sonra, narkotik vasitə heroini 3 ədəd bükümə ayıraraq, psixotrop maddə metamfetamin ilə birlikdə əynində olan qara rəngli gödəkcənin sol, bir ədədini isə həmin gödəkcənin sağ yan ciblərinə yerləşdirmişdir. Daha sonra, həmin tarixdə, təxminən saat 12:00 radələrində etibarnamə əsasında idarə etdiyi sözügedən avtomobil ilə Bakı şəhərindən Siyəzən rayonuna gələrkən Ceyhun Xalıqov mobil telefon vasitəsi ilə ona zəng edərək dərman almaq üçün “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin yaxınlığında yerləşən aptekə getməli olduğunu bildirmişdir. Bu səbəbdən də o, yol gələrkən Siyəzən rayonunun Zarat kəndi ərazisindən Ceyhun Xalıqovu götürmüş və həmin tarixdə, saat 12:57 radələrində sonuncu ilə birlikdə sözügedən avtomobillə Siyəzən rayonunun Gənclik qəsəbəsində yerləşən “Balıq bazarı”nın yaxınlığında hərəkətdə olarkən Siyəzən RPŞ-nin DYPB-nin əməkdaşları ona saxla əmri vermiş, habelə saxladıqdan sonra onlara yaxınlaşmış polis əməkdaşları narkotik vasitələrin istifadəsində və saxlanmasında şübhəli olduqlarını bildirərək avtomobili ilə birlikdə RPŞ-yə dəvət etmişlər. Bundan sonra, orada Müdafiəçi iştirakı və videoçəkilişlə üzərində keçirilmiş şəxsi axtarış zamanı, təklif əsasında əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 2 ədəd, sağ yan cibindən isə 1 ədəd içərisində narkotik vasitə heroin olan şəffaf rəngli sellefon bükülünü, həmin gödəkcənin sol yan cibindən isə 1 ədəd şəffaf rəngli sellofanın içərisində olan psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Daha sonra, təqdim etdiyi içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan sellofan bükülülər ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, müvafiq qaydada sənədləşdirmə işləri aparılmış, sənədlər iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, razılıq ərizəsi əsasında polis əməkdaşları tərəfindən idarə etdiyi avtomobilə baxış, Ceyhun Xalıqovun üzərinə isə şəxsi axtarış keçirilsə də, istər sonuncudan istərsə də, onun avtomobilindən qanunsuz əşya və predmet aşkar olunmamış, habelə onun üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olması barədə Ceyhunun məlumatı olmamışdır. Bundan başqa, sonuncu dəfə təxminən 25 gün öncə narkotik vasitə heroindən istifadə etməklə, yanaşı polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra bu vasitədən ümumilikdə 2 dəfə istifadə etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə ona qarşı düşmənçilik və ədavəti olmamışdır. 06 dekabr 2024-cü il tarixdə ona Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, habelə idarə etdiyi avtomobildə saxlaması barədə məlumat daxil olmuşdur. Bundan sonra, həmin tarixdə, saat 12:57 radələrində Təqsirləndirilən şəxs və Ceyhun Xalıqov onun, RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Vüqar Heybətovun, DYPB-nin YPX inspektoru Seymur Ağakişiyevin tərəfindən Siyəzən rayonunun Gənclik qəsəbəsində yerləşən “Balıq bazarı”nın qarşısında idarə etdiyi “Opel Astra” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə saxlanılmış, habelə Amil və Ceyhuna üzərilərində narkotik vasitə saxlamalarına dair əsaslı şübhələr olduğu bildirilməklə, şəxsi axtarışın və avtomobilə baxışın keçirilməsi məqsədilə Siyəzən RPŞ-yə dəvət etmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs və Ceyhun Xalıqov tərəflərindən Siyəzən RPŞ-yə aparılmış, habelə orada müdafiəçinin iştirakı, eləcə də, videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman, sonuncu RPŞ-nin İB-in müstəntiqi Turab Rzazadənin təklif əsasında əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 2 ədəd, sağ yan cibindən isə 1 ədəd içərisində narkotik vasitə heroinə bənzər kütlə olan şəffaf rəngli sellefon bükülünü, içərisində 1 manatlıq pul əskinası olan 1 ədəd “Sobranie” markalı siqaret qutusunu, həmin gödəkcənin sol yan cibindən isə 1 ədəd şəffaf rəngli sellofanın içərisində olan psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs idarə etdiyi sözügedən avtomobilə baxış keçirilmiş, lakin avtomobildən qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Daha sonra, təqdim edilmiş bükülülər boş zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, həmçinin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı, sonuncunun narkotik vasitələrin satışı ilə bağlı deyil, üzərində, idarə etdiyi avtomobildə saxlaması və istifadəsi barədə olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və ya təzyiqə, o cümlədən qeyri-insani rəftara məruz qalmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 38-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 dekabr 2024-cü il tarixli, 6/5412 saylı ekspert rəyindən görünür ki, üzərində AR DİN “Zərflər üçün №96” möhür əksi, “...Təqsirləndirilən şəxs..” və s. soyadlar, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,260 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 03 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,271 qram, 0,433 qram, 0,400 qram ümumilikdə təmiz çəkiləri 1,104 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 03 bükümdəki heroin kütlələri kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. Tədqiqata 0,05 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,210 qram, 0,12 qram sərf edildikdən sonra isə narkotik vasitə heroinin qalıq çəkisi 0,984 qram təşkil etmişdir. Cinayət işinin 37-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, fiziki-kimyəvi ekspertizasının dəyəri 110 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 87-88-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 09 yanvar 2025-ci il tarixdə verilmiş 91 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 27-28-ci vərəqələrində olan 06 dekabr 2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan görünür ki, həmin gün saat 13:27-dən saat 13:45-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə heroinə bənzər kütlələr onun əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 2 ədəd, sağ yan cibindən isə 1 ədəd şəffaf rəngli sellefon bükülüdə, psixotrop maddə metamfetamin isə həmin gödəkcənin sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükülüdə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış və baxış zamanı “Samsung” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 58A vərəqəsində olan 08 dekabr 2024cü il tarixli qəbzdən görünür ki, 06 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən axtarış zamanı aşkar olunaraq götürülmüş 1 manatlıq pul əskinası istintaq əhəmiyyəti kəsb etmədiyi üçün 08 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 90-97-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin 24 fevral 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, habelə, onun əməlində CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0, 210 qram olan psixotrop maddə metamfetamin və qalıq çəkisi 0,984 qram təşkil edən narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, həmçinin 06 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın və avtomobilinə keçirilmiş baxışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt disk də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 72-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 dekabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 12-ci vərəqəsində olan 06 dekabr 2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 57-ci vərəqəsində olan 08 dekabr 2024-cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 85-86-cı vərəqələrində olan xasiyyətnamədən və arayışdan görünür ki, Siyəzən rayonunun Dağ Quşçu kəndində qeydiyyatda olmaqla, yaşayan, Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Dağ Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini xeyli miqdardan 7 dəfə artıq, psixotrop maddə metamfetamini isə 1,7 dəfə artıq miqdarda əldə edib bükümlər halında saxlamaqla, daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən baş müstəntiq sübutların qiymətləndirilməsi barədə 24 fevral 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə sonuncunun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsinə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edilməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, satış məqsədi ilə olmasa da, üzərində qanunsuz olaraq narkotik vasitə heroini xeyli miqdardan 7 dəfə artıq, psixotrop maddə metamfetamini isə 1,7 dəfə artıq miqdarda əldə edib bükümlər halında saxlayıb daşımasını, aşkar edilmiş bükülülərin sayını, predmetlərin çeşidlərini, Təqsirləndirilən şəxs şəxsiyyətini, narkotik vasitələrə meylli olmaqla, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra, islah yoluna qədəm qoymayıb, narkotik aludəçisi olaraq eyni hərəkətlərini davam etdirərək, təkrarən bu vasitələrdən istifadə etməsini, hüquq pozuntusuna meylli olmasını, bununla da, yeni cinayət törətməyə meylliyini, o cümlədən tərbiyə olunmamasını, bunun isə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması ilə yanaşı, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın 1/2 hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 06 dekabr 2024-cü il tarixdən 08 dekabr 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 01 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci və 346.1.19-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0, 210 qram olan psixotrop maddə metamfetamin və qalıq çəkisi 0,984 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 06 dekabr 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın və avtomobilinə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0, 210 qram olan psixotrop maddə metamfetamin və qalıq çəkisi 0,984 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 06 dekabr 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın və avtomobilinə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar