Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-15/2022 25.02.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs, eləcə də digər zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs6 və yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs, eləcə də ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-“Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 25 fevral 2022-ci il tarixdə, Siyəzən şəhəri Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxx 1986-cı il tarixdə Xocavənd rayonu, Norşen kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Azərbaycan Respublikası FHN-nin X9 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 54 nömrəli Yanğından Mühafizə hissəsinin yanğınsöndürmə növbəsi rəisinin köməkçisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Mərzili kəndində qeydiyyatda olmaqla, məcburi köçkün kimi ünvan 1 ünvanında müvəqqəti məskunlaşan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 02 iyul 2021-ci il tarixdə, saat 19:00-19:30 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kia Sportage” minik markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 91-ci kilometrliyində, Bakı istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı ilə 90 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İ hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməmiş, irəlidə eyni istiqamətdə yolun sağ hərəkət zolağı ilə hərəkətdə olub, sola istiqamətlənən Zərərçəkmiş şəxs7 80 km/saat sürətlə idarə etdiyi “QAZ-3302” markalı ** BK *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa sol hissəsi onun avtomobilinin qabaq sağ hissəsi ilə yolun Bakı istiqamətindəki hərəkət hissəsi üzərində, hərəkət zolaqlarını ayıran qırıq xəttin üstündə toqquşmuş, zərbədən QAZ-3302 markalı avtomobil yolun sağ kənarına çıxaraq aşmış, nəticədə ehtiyatsızlıqdan QAZ-3302 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs7 ağciyərlərin əzilməsi ilə əlaqədar inkişaf edən bronxopnevmoniya və hematoraks, onurğa beyinin zədələnməsi ilə müşayiət olunan Vİİ boyun fəqərəsinin kompression fəsadlaşmış (tetraplegiya) sınığı-çıxığı kimi dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarətlərindən 31 iyul 2021-ci il tarixdə, saat 23:00-da “MedEra Hospital” Klinikasında ölməsinə, həmin avtomobilin sərnişini Zərərçəkmiş şəxs2 sol əlin İİİ əldarağı sümüyünün qapalı yerdəyişən sınığı, sağ gicgah nahiyəsində yara kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran, “Kia Sportage” markalı avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs5 sağ körpücük və sol körpücükaltı nahiyələrin hərəsinin bir ədəd sıyrıqları kimi sağlamlığa zərər vurmayan, Zərərçəkmiş şəxs3 sol dirsək nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan, Zərərçəkmiş şəxs4 sol gözaltı nahiyənin qançırı kimi sağlamlığa zərər vurmayan, Zərərçəkmiş şəxs6 sağ bazu və hər iki baldır nahiyəsinin hərəsinin bir ədəd qançırı kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri almalarına, habelə “QAZ-3302” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnərək sahibi Zərərçəkmiş şəxs1 10253 manat məbləğində ziyan yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 02 iyul 2021-ci il tarixdə ailə üzvləri, anası Zərərçəkmiş şəxs4, atası Zərərçəkmiş şəxs3, bacısı Zərərçəkmiş şəxs6, bacısının 3 azyaşlı övladları Zərərçəkmiş şəxs5, X10, X12 ilə birlikdə təxminən saat 10:00 radələrində idarə etdiyi “Kia Sportage” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qubaya istirahət etmək məqsədilə getmişlər. Həmin gün, axşam saat 19:00 radələrində Quba rayonundan Bakı şəhərinə qayıdarkən Bakı istiqamətində Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən 91ci kilometrliyində sol hərəkət zolağında saatda 90-95 km/saat surətlə hərəkətdə olarkən önündə, yolun sağ istiqamətində təxminən 50-100 metr məsafədə 80 km/saat sürətlə hərəkət edən “QAZ-3302” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşan zaman bu avtomobil qəfildən sola və cəld olaraq da sükanı sağa döndərmişdir. Bu məqamda o, ayağını əyləcə tam sıxaraq maşını saxlamağa çalışsa da, həmin anda onun idarə etdiyi avtomaşının qabaq sağ tərəfi “QAZ-3302” markalı yük maşınının sol arxa tərəfinə dəymiş, sonuncu avtomaşın sağ meyl etmiş, özü isə avtomaşını toqquşma yerindən təxminən 5-10 metr sonra dayanmış, həmçinin “QAZ-3302” markalı avtomaşının aşmasını görməmişdir. Cəld avtomaşından yerə düşərək ailə üzvlərinin xəsarət alıbalmadıqlarını yoxlamış, bu zaman anası ona “Qazel aşdı” sözlərini bildirmişdir. O, arxaya dönüb “Qazel”in yolun sağ hissəsinə çıxıb, sol tərəfi üstə aşdığını görmüşdür. O, “Qazel”in yanına qaçaraq adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 avtomaşının içərisində ayaq üstə durmasını görmüş, sonuncuya köməklik edib, onu avtomaşının sağ pəncərəsindən çıxardıqdan sonra, avtomaşının sürücü hissəsində qıvrılıb qalmaqla, huşu özündə olmuş, habelə adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs7 ondan kömək istəmişdir. Bu vaxt o, əlləri kəsilsə də, “Qazel”in sınmış ön şüşəsini tamamilə qopardıb, Pərvizi sükanın arxasından çıxartmaqla, yerə uzatmış, yanında olan anası Zərərçəkmiş şəxs4 isə Pərvizə su vermişdir. O zaman Zərərçəkmiş şəxs7 əvvəlcə ona harasınınsa ağrıması ilə bağlı məlumat verməsə də, sonradan “Qaqa boynum ağrıyır” deyə bildirmiş, həmçinin gözlərinin içinə qan yığılmışdır. Bundan sonra, o, dərhal öz avtomobilinə qaçaraq DİN-in 102 zəng xidmətinə zəng edib, baş vermiş hadisə barədə məlumat vermiş və təcili tibbi yardım çağırılmasını xahiş etmişdir. Təxminən 10 dəqiqə sonra hadisə yerinə yol polis əməkdaşları, həmçinin təcili tibbi yardım maşını gəlmişdir. Həkimlərlə birlikdə yardımlaşıb, hətta boyun şinasını Pərvizə özü bağlamaqla, sonuncunu X4 Mərkəzinə yola salmış, özü isə hadisə yerində qalıb, polis əməkdaşlarına baş vermiş hadisə haqqında izahat vermişdir. Daha sonra, qardaşı Şahid3 zəng edərək hadisə barədə məlumat vermiş və ondan X4 Mərkəzinə getməsini xahiş etmişdir. Bundan sonra, polis əməkdaşları onu DİNnin BDYPİ-nin YPXA-nın Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən 707 saylı postunun inzibati binasına aparmış, oradan isə Sumqayıt şəhərinə gedib, narkoloji və alkoqol analizlərdən keçmişdir. Hadisədən sonra zərərçəkmiş Pərviz Bakı şəhərinə Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilmiş, orada onun boynuna implant yerləşdirilmişdir. Zərərçəkmiş şəxs7 həmin xəstəxanada 25-26 gün qaldıqdan sonra ailə üzvləri tərəfindən “MedEra” hospitalının yaxınlığında kirayə evdə fizioterapiya alması üçün xəstəxanadan çıxarılmış, bundan təxminən 4-5 gün sonra həmin evdə ölmüşdür. O, Pərvizin 4200 manat müayinə və müalicə xərclərini ödəmiş, bu pulun 1900 manatını mərhumun əməliyyatı üçün sərf edilmiş, hətta barışığın əldə edilməsi və qalan zərərin qarşılanması məqsədilə zərərçəkmiş şəxs, eləcə də ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 əlavə olaraq 14750 manat və 3000 manat pul vermişdir. Beləliklə, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin, məcburi köçkün olmaqla, faydalı əməklə məşğul olmasının, zərər çəkmiş şəxslərin, eləcə də ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasının, habelə barışmalarının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 və qanuni nümayəndəsinin, anasının iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs ifadəsinə uyğun, eyni məzmunlu ifadələr verməklə, həmçinin yol-nəqliyyat hadisəsinin baş vermə mexanizmini təfərrüatlı şəkildə eyni ilə təsvir etməklə, yanaşı onlara dəymiş zərərin tam şəkildə ödənildiyini, habelə təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələblərinin olmadığını qeyd edərək, bunun nəzərə alınmasını xahiş etdilər. Zərərçəkmiş şəxs, eləcə də ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs7 oğlu olmaqla, sonuncu evli olsa da övladı olmamışdır. X19-Sabirabad rayonları arasında qarpız alqı-satqısı ilə məşğul olmuş, habelə hadisə baş verən gün Pərviz işi ilə əlaqədar Xaçmaz şəhərində qalmışdır. 02 iyul 2021-ci il tarixdə evdə olarkən digər oğlu Pərvin ona zəng edərək Pərvizin Siyəzən rayonu ərazisində Bakı-Quba-Dağıstan sərhəd avtomobil yolunun 91-ci kilometrliyində avtomobil qəzası keçirdiyini və X5 Mərkəzinə aparıldığını bildirmiş, o, isə dərhal taksi ilə Siyəzən şəhərinə yola düşmüş, habelə yolda olarkən oğlu Pərvin yenidən zəng edərək Pərvizin Bakıya Neyrocərrahiyyə Xəstəxanasına aparıldığını, huşunun özündə olduğunu, amma bədən xəsarətləri aldığını, daha doğrusu boynunun qırıldığını, qolunun əzildiyini bildirmişdir. Bakıya Neyrocərrahiyyə Xəstəxanasına çatdığında isə xəstəxanadakı həkimlər oğlunun reanimasiya şöbəsində olduğunu, vəziyyətinin yaxşı olmadığını, təcili olaraq cərrahi əməliyyat keçirməli olduğunu bildirmişlər. Səhəri gün, yəni 03 iyul 2021-ci il tarixdə, axşamüstü Pərviz cərrahi əməliyyat olunmuş və onun boynuna implant yerləşdirmişlər. Həmin ərəfələrdə COVİD-19 epidemiyası ilə bağlı oğlunu görə bilməsə də, onunla telefon vasitəsilə danışmışdır. Pərvizin gövdədən aşağı bütün nahiyyəsi, əlləri iflic olmuşdu. Əməliyyat edildikdən sonra həkim Nicat onlara Pərvizin müalicəsi bitəndən sonra tokla massaj edilməli olduğunu bildirdiyindən, oğlu həmin xəstəxanada 20 gündən artıq qalıb müalicəsini bitirdikdən sonra, onu Bakı şəhərində yerləşən “MED ERA” klinikasının öz təcili tibbi yardım maşını ilə həmin tibb müəssisəsinə aparmışdır. Oğlu “MED ERA” klinikasında təxminən 5-6 gün ərzində cəmi 1 dəfə tokla massaj edildikdən sonra, 31 iyul 2021-ci il tarixdə, saat 23:00 radələrində ölmüşdür. “MED ERA” xəstəxanasında olarkən oğlunun bədən temperaturu 42 dərəcəyə qədər qalxdığından, COVİD-19 testindən keçirmiş, habelə testin nəticəsi neqativ çıxmışdır. Hazırda oğlunun ölümü ilə bağlı Təqsirləndirilən şəxs şikayətçidir. Belə ki, Təqsirləndirilən şəxs oğlunun müalicəsində ona kömək etməmişdir. Həmçinin, oğluna hadisə yerində Elçin və onun ailəsi tərəfindən kömək edilməmişdir. Oğlu hadisə baş verəndən 29 gün sonra vəfat etmişdir. Bu müddət ərzində oğlu ilə telefonda danışarkən, Pərviz hadisədə günahsız olduğunu, özünün sağ zolaqda hərəkətdə olarkən “KİA Sportage” markalı avtomobili idarə edən Təqsirləndirilən şəxs arxadan sol zolaqla sürətlə gələrək onun idarə etdiyi “QAZ 3301” markalı, **-BK-*** nömrəli maşını arxadan vurduğunu bildirmişdir. “QAZ 3301” markalı, **- BK-*** nömrəli yük avtomobili şəxsi mülkiyyətindədir və oğlu Zərərçəkmiş şəxs7 etibarnamə əsasında idarəetmək üçün vermişdir. Hadisə nəticəsində ona 10253 məbləğində maddi ziyan dəymişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs7 həmkəndlisi, eyni zamanda sinif yoldaşı olmuşdur. Hadisə baş verən gün, yəni 02 iyul 2021-ci il tarixdə Pərvizin idarə etdiyi “QAZ 3302” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Nabran qəsəbəsinə qarpız boşaldıb, Sabirabad rayonuna qayıdarkən o, avtomobilin kabinasında sağ oturacaqda əyləşmiş və avtomobildə yük olmamışdır. Təxminən saat 19:00 radələrində avtomobil ilə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Bakı istiqamətindəki hərəkət hissəsinin sağ hərəkət zolağı ilə 80 km/saat sürətlə Bakı istiqamətində hərəkətdə olarkən yolun Siyəzən rayonu ərazisindən keçən 91-ci kilometrində Pərviz avtomobilin sol yan güzgüsünə baxanda əyləşdikləri avtomobillə eyni istiqamətdə yolun Bakı istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı ilə arxadan yüksək sürətlə bir ağ rəngli avtomobilin gəldiyini bildirmişdir. Bu məqamda Pərviz idarə etdiyi avtomobili nisbətən sağa doğru çəkmək istəsə də, bu mümkün olmamışdır. Belə ki, həmin anda yük avtomobilinin arxa sol hissəsinə qəfildən güclü zərbə dəymiş və zərbənin təsirindən “QAZ 3302” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili yolun hərəkəti istiqamətində sağ kənarına çıxıb aşmışdır. Bundan sonra, yaxınlıqdakı şəxslər kömək edərək Pərvizi və onu aşmış avtomobildən çıxartmışlar. Avtomobildən çıxarılandan sonra onun sərnişini olduğu avtomobili arxa sol hissəsindən arxadan yolun Bakı istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı ilə yüksək sürətlə hərəkət edən, adını sonradan bildiyi sürücü Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli “Kia Sportage” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan hissəsi ilə vurub aşırdığı məlum olmuşdur. Hadisə nəticəsində o və Pərviz müxtəlif bədən xəsarətləri alsalar da, sonuncunun vəziyyəti daha ağır olmuşdur. Daha sonra, hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadasının həkimləri ilkin tibbi yardım göstərilməsi üçün onları təcili tibbi yardım avtomobili ilə X4 Mərkəzinə aparmışlar. Orada ona və Pərvizə ilkin tibbi yardım göstərilmiş, lakin Pərvizin vəziyyəti son dərəcə ağır olduğu üçün onu X4 Mərkəzindən Bakı şəhərində yerləşən Respublika Neyrocərrahiyə Xəstəxanasına göndərmişlər. Sonradan bildiyinə görə 26 iyul 2021-ci il tarixdə Pərviz müalicəsini davam etdirmək üçün ailə üzvləri tərəfindən Bakı şəhərində yerləşən “Med Era” Hospitala köçürülmüş, orada beş günlük müalicədən sonra 31 iyul 2021-ci il tarixdə həmin özəl xəstəxanada ölmüşdür. Hazırda ona dəymiş zərərin tam şəkildə ödənilməsini, habelə təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqında Şahid3 Təqsirləndirilən şəxs ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid DİN-nin Baş X20 İdarəsinə bilavasitə tabe olan Yol- Patrul Xidməti Alayı yol patrul xidməti baş inspektoru Şahid1 ifadəsində göstərdi ki, hadisə baş verən gün, yəni 02 iyul 2021-ci il tarixdə o, növbədə olarkən təxminən 19:00 radələrində DİN 102 zəng xidmətindən Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Sportage” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Bakı istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı ilə eyni istiqamətdə düzünə hərəkət edərkən “QAZ 3302” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində qəza baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal iş yoldaşı Şahid2lə birlikdə hadisə yerinə getmiş, ora çatarkən hər iki avtomobil hadisə yerində olmuş, “Qazel” markalı avtomobilin sürücüsü isə təcili yardım maşını ilə Siyəzən MDM-nə aparılmışdır. Sürücünün kim olması barədə soruşduqda, hündürboy və bir az dolu olan şəxs, adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona yaxınlaşaraq, özünü təqdim etmiş və hadisə zamanı “Kia” markalı avtomobili idarə etdiyini bildirmişdir. Onlar hadisə yerinin mühafizəsi üçün mühüm tədbirləri görüb, müstəntiqə məlumat vermişlər. Daha sonra, müstəntiq hadisə yerinə gəlib onların iştirakı ilə hadisə yerində baxış keçirmiş, Təqsirləndirilən şəxs isə müstəntiq Şöhrət İmanovla birlikdə DİN-nin BDYPİ-nin YPXA-nın Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən 707 saylı postuna getmişdir. Təqsirləndirilən şəxs orada zərərçəkmiş şəxslərin qohumlarını hadisə barədə onlara məlumat vermək məqsədilə axtarmış, həmçinin Elçin hadisə yerindən qardaşına zəng edib, zərərçəkmiş şəxslərin xəstəxanada yanına getməsini, özünün isə hadisə yerində olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid DİN-nin Baş X20 İdarəsinə bilavasitə tabe olan Yol- Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş işin İ cild 83-84-cü səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 məhkəmə-tibb ekspertizasının 09 iyul 2021-ci il tarixli, 133 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ körpücük və sol körpücükaltı nahiyələrin hərəsinin bir ədəd sıyrıqları aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərildiyi şəraitdə baş vermiş avtomobil qəzası zamanı yarana bilər, yaranma müddəti 02 iyul 2021-ci il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilmir. Məhkəmə iclasında elan edilmiş işin İ cild 85-86-cı səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 məhkəmə-tibb ekspertizasının 09 iyul 2021-ci il tarixli, 134 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində sol dirsək nahiyəsinin sıyrığı aşkar edilmişdir. Həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərildiyi şəraitdə baş vermiş avtomobil qəzası zamanı yarana bilər, yaranma müddəti 02 iyul 2021-ci il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilmir. Məhkəmə iclasında elan edilmiş işin İ cild 87-88-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 məhkəmə-tibb ekspertizasının 09 iyul 2021-ci il tarixli, 135 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində sol gözaltı nahiyənin qançırı aşkar olunmuşdur. Həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərildiyi şəraitdə baş vermiş avtomobil qəzası zamanı yarana bilər, yaranma müddəti 02 iyul 2021-ci il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilmir. Məhkəmə iclasında elan edilmiş işin İ cild 89-90-cı səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 məhkəmə-tibb ekspertizasının 09 iyul 2021-ci il tarixli, 136 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 bədəni üzərində sağ bazu və hər iki baldır nahiyəsinin hərəsinin bir ədəd qançırı aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərildiyi şəraitdə baş vermiş avtomobil qəzası zamanı yarana bilər, yaranma müddəti 02 iyul 2021-ci il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğuna görə dərəcələri təyin edilmir. Məhkəmə iclasında elan edilmiş işin İ cild 189-190-cı səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X14 məhkəmə-tibb ekspertizasının 21 avqust 2021-ci il tarixli, 553 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 02 iyul 2021-ci il tarixdə Siyəzən MDM PHŞ-nin TTY bölməsinə “başın tüklü hissəsinin açıq yarası, sol əlin İİİ daraq sümüyünün yerdəyişən sınığı” diaqnozu ilə müraciət edib, tibbi yardım almışdır. Zərərçəkmiş şəxs2 bədəni üzərində sol əlin İİİ əldarağı sümüyünün qapalı yerdəyişən sınığı, sağ gicgah nahiyəsində yara küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddətləri 02 iyul 2021-ci il tarixinə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddir. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. Məhkəmə iclasında elan edilmiş işin İ cild 94-96-cı səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X16 məhkəmə-kimya şöbəsinin 14 iyul 2021-ci il tarixli, 1951/K saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs7 götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabionid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş işin İ cild 201-204-cü səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X16 01 sentyabr 2021-ci il tarixli 40/MEŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs7 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı ağciyərlərin əzilməsi ilə əlaqədar inkişaf edən bronxopnevmoniya və hematoraks, onurğa beyinin zədələnməsi ilə müşayiət olunan Vİİ boyun fəqərəsinin kompression fəsadlaşmış (tetraplegiya) sınığı-çıxığı kimi xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən əvvəl olmaqla, bərk küt əşya (əşyalar) təsirindən müddətdə və şəraitdə, yəni 02 iyul 2021-ci il tarixdə salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gəlmişlər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər və ölümü ilə birbaşa səbəbli əlaqədardır. Ölümünə səbəb onurğa belinin zədələnməsi ilə müşayiət olunan Vİİ boyun fəqərəsinin sınığı-çıxığı, ağciyərlərin əzilməsi, iki tərəfli hematoraksla əlaqədar postravmatik dövrdə inkişaf edən bronxopenovmoniya nəticəsində baş vermiş kəskin tənəffüs çatışmazlığı olmuşdur. Pərviz Fərdilinin ölümü 31 iyul 2021-ci il tarixdə, saat 23:00-da “X21” Klinikasında baş vermişdir. Pərviz Fəridilinin meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş işin İİİ cild 20-28-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X14 məhkəmə-tibb ekspertizasının 26 noyabr 2021-ci il tarixli, 905/KEŞ saylı rəyindən görünür ki, Pərviz Fərdilinin meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən onun ölümünə səbəb “onurğa beyninin zədələnməsi ilə müşayiət olunan Vİİ boyun fəqərəsinin sınığı-çıxığı, ağciyərlərin əzilməsi, iki tərəfli hemotoraksla əlaqədar posttravmatik dövrdə inkişaf edən bronxopnevmoniya nəticəsində baş vermiş kəskin tənəffüs çatışmazlığının olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş məlumatlara əsasən Zərərçəkmiş şəxs7 02 iyul 2021-ci il tarixdə, saat 20:06-da orta ağır vəziyyətdə X11 Diaqnostika Mərkəzinin TTY şöbəsinə gətirilmiş və ona “ Döş qəfəsinin və qarının travması, baş beyin travması, hər iki aşağı ətrafın paraplegiyası, döş fəqərələrinin kompressiyası, sağ körpücük sümüyünün sınığı diaqnozu təyin edilmişdir. Xəstəyə həkim-reanimatoloq tərəfindən travmatik şok əleyhinə müvafiq tibbi yardımlar göstərilmiş və o, müalicə məqsədi ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına göndərilmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasında Zərərçəkmiş şəxs7 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, 02 iyul 2021-ci il tarixdə “Müştərək travma. qapalı fəqərə sütunu, onurğa beyini travması, C7 fəqərəsinin kompression sınığı və çıxığı. Onurğa beyninin ağır dərəcədə əzilməsi. Döş qəfəsinin küt travması. Hər iki ağciyərin əzilməsi. “İkitərəfli hemotoraks” diaqnozu ilə reanimasiya şöbəsinə daxil olmuşdur. Xəstəyə müvafiq müayinələr aparılmış və təyinat üzrə müalicə tədbirlərinin icrasına başlanılmışdır. 03 iyul 2021-ci il tarixdə xəstənin üzərində “Anterior C7 corpektomiya Fəqərə oxunun bərpası. C6-TH1 titan lövhə ilə bərkidilmə. C6-TH1 anterior metal fiksasiya” cərrahi əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra xəstəyə konservativ, fizioterapevtik müalicələr aparılmış və o, 26 iyul 2021-ci il tarixdə nevroloqun və fizioterapevtin nəzarətində evə yazılmışdır. Zərərçəkmiş şəxs7 Respublika Neyrocərrahiyyə Xəstəxanasında aparılmış müayinə və müalicələr onun vəziyyətinə uyğun olmuşdur. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən Zərərçəkmiş şəxs7 xüsusi qulluq və bərpa müalicəsi məsləhət görülmüş və o, 26 iyul 2021-ci il tarixdə nevroloqun və fizioterapevtin nəzarətində evə yazılmışdır. Pərviz Fərdilinin meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən onun ölümünə səbəb “onurğa beyninin zədələnməsi ilə müşayiət olunan Vİİ boyun fəqərəsinin sınığı-çıxığı, ağciyərlərin əzilməsi, iki tərəfli hemotoraksla əlaqədar posttravmatik dövrdə inkişaf edən bronxopnevmoniya nəticəsində baş vermiş kəskin tənəffüs çatışmazlığının olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. İş materiallarına əlavə edilmiş məlumatlara əsasən həkimfizioterapevt tərəfindən Zərərçəkmiş şəxs7 müayinə aparılmış, onun vəziyyətinin fizioterapiyaya uyğun olduğu müəyyən edilmiş və xəstəxanada və ya xəstəxanaya yaxın ev şəraitində fizioterapiyanın aparıla biləcəyi qeyd edilmişdir. “MEDERA” Hospital tərəfindən Zərərçəkmiş şəxs7 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, 31 iyul 2021-ci il tarixdə, saat 10:15-də “Sepsis-komatoz vəziyyət” diaqnozu ilə hospitalın reanimasiya şöbəsinə daxil olmuşdur. Müvafiq müayinələr aparılmış, xəstə intubasiya olunmuş, STA qoşulmuş və intensiv-reanimasion tədbirlərin icrasına başlanılmışdır. Lakin, aparılmış renimasiyon tədbirlərə baxmayaraq, həmin tarixdə, saat 23:00-da xəstədə bioloji ölüm baş vermişdir. Məhkəmə iclasında elan edilmiş işin İ cild 150-152-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 məhkəmə-tibb ekspertizasının 03 avqust 2021-ci il tarixli, 8/1585 saylı rəyindən görünür ki, ilkin kontakt anında toqquşma “Kia Sportage” markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi (qabaq sağ qanad) ilə “QAZ-3302” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi arasında təxminən 5-10 dərəcə bucaq altında baş vermişdir. Hadisə yerində toqquşmaya kimi nəqliyyat vasitələrinə məxsus təkər (tormoz) izi qalıb-qalmadığı qərarda göstərilmədiyindən ilkin kontakt anında nəqliyyat vasitələrinin yola nəzərən vəziyyətlərini və nəticə etibarı ilə hadisənin baş vermə mexanizmini ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Cinayət işinin İ cild 149-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-trasoloji ekspertizasının dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş, işin İ cild 209-210-cu səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 sentyabr 2021-ci il tarixli, 8/2199 saylı rəyindən görünür ki, “Kia Sportage” markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İ hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmçinin, rəydən görünür ki, “QAZ-3302” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin İ cild 208-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş, işin İİİ cild 51-53-cü səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2021-ci il tarixli, 8/2673 saylı rəyindən görünür ki, “Kia Sportage” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil təmir olunduğundan avtomobillər arasında toqquşmanın hansı bucaq altında və ilkin kontakt anında hansı hissələr arasında baş verməsini nəqliyyat-trasoloji ekspertizası yolu ilə müəyyən etmək mümkün olmamışdır. “Kia Sportage” markalı, **-ME- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs göstərilən şəraitdə hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “QAZ-3302” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs7 göstərilən şəraitdə hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin İİİ cild 50-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri 100 manat təşkil edir. İş üzrə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş, ibtidai istintaq zamanı keçirilmiş hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokollarla da sübuta yetirilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cild 63-83-cü vərəqələrində olan 10 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan, eləcə də işdə olan avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktın surətindən görünür ki, iş üzrə maddi sübut kimi tanınmış “QAZ 3302” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi, zərərçəkmiş şəxs, eləcə də ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1, “Kia Sportage” markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobil isə Təqsirləndirilən şəxs qaytarılmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin 23 fevral 2022-ci il tarixli, 005-3935-1222 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 02 iyul 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi faktı barədə məlumat Baş X20 İdarəsindən təxminən saat 19:00 radələrində verilmiş və ərazidə xidmət aparan müstəntiq Şöhrət İmanov məlumat əsasında hadisə yerinə çıxaraq təxminən saat 19:20 radələrində hadisənin sənədləşdirilməsinə başlamışdır. Məhkəmə iclasında elan edilmiş işin İ cild 67-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 12 iyul 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş, işin İ cild 44-cü səhifəsində olan AC seriyalı, 317812 saylı sürücülük vəsiqəsinin, eləcə də işin bu cildinin 61-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsinin 10 iyul 2021-ci il tarixli, 016-80693-1221 nömrəli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2014-cü il tarixdən 23 fevral 2024-cü il tarixədək “B” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Məhkəmə iclasında elan edilmiş işin İ cild 45-46-cı səhifələrində olan AD seriyalı, 696817 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ƏN-Vİİ seriyalı, 548370 saylı etibarnamənin surətlərindən görünür ki, “Kia Sportage” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X3 tərəfindən 24 iyun 2021-ci il tarixdən 24 iyun 2022-ci il tarixədək bütün hüquqlar da daxil olmaqla, idarə etmək üçün Təqsirləndirilən şəxs etibar etmişdir. Məhkəmə iclasında elan edilmiş işin İ cild 131-132-ci səhifələrində olan AC seriyalı, 874598 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ƏN-İV seriyalı, 836361 saylı etibarnamənin surətlərindən görünür ki, “QAZ-3302” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs1 tərəfindən 10 iyul 2019-cu il tarixdən 23 iyun 2028-ci il tarixədək idarə etmək üçün Zərərçəkmiş şəxs7 etibar etmişdir. Məhkəmə iclasında elan edilmiş işin İ cild 206-cı səhifəlsində olan Enterprise "xxxx" Müəssisəsi tərəfindən verilmiş 16 sentyabr 2021-ci il tarixli qüsur aktından görünür ki, yolnəqliyyat hadisəsi nəticəsində “QAZ-3302” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə 10253 manat zərər dəymişdir. Məhkəmə iclasında elan edilmiş işin İ cild 24-cü səhifəsində olan 02 iyul 2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 4321 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı onun alkoqol qəbul etməsi aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 260-261-ci səhifələrində olan 23 sentyabr 2021-ci il tarixli qətimkan tədbiri seçmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 43-cü səhifəsində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X9 Xidmətinin 1017758A nömrəli vəsiqəsinin, işin İİİ cild 100-cü vərəqəsindəki Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin DYMX ADNŞO üzrə YMİ-nin 54 nömrəli YMH-nin rəisi tərəfindən verilmiş xidməti xasiyyətnamədən, eləcə də Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən 23 noyabr 2011-ci il tarixdə verilmiş məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Fövqəladə Hallar Nazirliyinin X9 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 54 nömrəli Yanğından Mühafizə hissəsinin yanğınsöndürmə növbəsi rəisinin köməkçisi vəzifəsində işləyən, həmçinin məcburi köçkün Təqsirləndirilən şəxs xidmət etdiyi müddət ərzində özünü işgüzar, intizamlı, vətənpərvər, dövlətçiliyə sədaqətli, millətini sevən bir əməkdaş kimi göstərmiş, özünə və tabeçiliyində olan əməkdaşlara qarşı tələbkar mövqedə durmuş, verilən tapşırıqların öhdəsindən gəlmiş, dövlət sirrini saxlamağı bacarmışdır. Həmçinin, o, rəhbərlik və şəxsi heyət arasında hörmətə malikdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 ərizələrindən (məhkəmə qaydasında) görünür ki, onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayətləri, eləcə də tələbləri yoxdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs, eləcə də digər zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs6 ərizəsindən (məhkəmə qaydasında) görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, eləcə də tələbi yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 6-cı səhifəsində olan, eləcə də, iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs, eləcə də ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 ərizələrindən (məhkəmə və notariat qaydasında) görünür ki, o, Təqsirləndirilən şəxsla barışmış, habelə sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən, zərər çəkmiş şəxslərin, zərər çəkmiş şəxsin hüquqi varisinin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində, yəni “QAZ-3302” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinin tələblərini pozması, özünün isə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələblərinə uyğun davranmaması nəticəsində ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, ali təhsilli olmaqla, Azərbaycan Respublikası FHN-nin X9 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 54 nömrəli Yanğından Mühafizə hissəsinin xüsusi rütbəsi olan əməkdaşı kimi xidmət keçməsini, məcburi köçkün olmasını, zərərçəkmiş şəxslərin və zərər çəkmiş şəxsin hüquqi varisinin şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmadan zərərçəkmiş şəxslərə qarşı laqeydlik göstərməyərək, onlara yardım etməklə, yanaşı baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumları dərhal məlumatlandırmasını, eləcə də işlədiyi yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, ailəsinin həyat şəraitini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Lakin, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.4-cü bəndinə əsasən şərti məhkum etmə institutunun daha geniş tətbiq edilməsi tövsiyə edilmişdir. Beləliklə, məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını (şəraitini və s.), Təqsirləndirilən şəxs hadisədən sonrakı davranışını, xüsusilə də hadisələrin təsadüfi axarı zəminində baş vermiş yol-nəqliyyat hadisəsinin nəticələrinin aradan qaldırılmasında fəal iştirakını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, bundan əlavə xüsusi rütbəli əməkdaşı olaraq xidmət keçdiyi orqanda xidmət etdiyi müddət ərzində özünü işgüzar, intizamlı, vətənpərvər, dövlətçiliyə sədaqətli, millətini sevən kimi göstərmiş, özünə və tabeçiliyində olan əməkdaşlara qarşı tələbkar mövqedə durmuş, verilən tapşırıqların öhdəsindən gəlmiş, dövlət sirrini saxlamağı bacarmış, həmçinin rəhbərlik və şəxsi heyət arasında hörmətə malik Təqsirləndirilən şəxs məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını diqqətəlayiq hal kimi nəzərə alaraq və onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməklə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə, şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V bəndinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut kimi tanınmış “QAZ 3302” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi, zərərçəkmiş şəxs, eləcə də ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1, “Kia Sportage” markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobilin isə Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 300 (üç yüz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib, 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti verilməklə şərti hesab edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “QAZ 3302” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi, zərərçəkmiş şəxs, eləcə də ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1, “Kia Sportage” markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobilin isə Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 300 (üç yüz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-15/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-15/2022
25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver