Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-15/2023 20.04.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs iştirakı ilə 20 aprel 2023-cü il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1990-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olmayan, Siyəzən rayonu, Eynibulaq kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə 23 noyabr 2022-ci il tarixdə, saat 22:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs1 məxsus olan Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən ərzaq malları dükanının plastik qapısının kilidini yerdən götürdüyü dəmir parçası ilə açaraq dükana qanunsuz daxil olub, orada olan ümumi dəyərləri 188 manat olmaqla, bir ədədinin qiyməti 5 manat olmaqla, ümumilikdə 25 manat dəyərində 5 ədəd 0,5 litrlik “Osobiy Sostav” arağını, bir ədədinin qiyməti 2 manat olmaqla, ümumilikdə 12 manat dəyərində 6 ədəd “2 manatlıq Nar danışıq konturunu”, bir ədədinin qiyməti 1 manat olmaqla, ümumilikdə 7 manat dəyərində 7 ədəd “1 manatlıq Azercell” danışıq konturunu, bir ədədinin qiyməti 2,2 manat olmaqla, ümumilikdə 66 manat dəyərində 30 ədəd “Maqna Silver” siqaretlərini, bir ədədinin qiyməti 2,5 manat olmaqla, ümumilikdə 50 manat dəyərində 20 ədəd nazik “Mançester” siqaretini, bir ədədinin qiyməti 2 manat olmaqla, ümumilikdə 20 manat dəyərində 10 ədəd qalın “Arqo” siqaretini, bir ədədinin qiyməti 0,4 manat olmaqla, ümumilikdə 8 manat dəyərində 20 ədəd “Fresh şaftalı” çöplü meyvə şirəsini, eləcə də 13 manatı dəmir pul və 168 manatı kağız pul olmaqla, cəmi 181 manat pulu oğurlayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 369 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 23 noyabr 2022-ci il tarixdə, saat 23:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs3 məxsus olan Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən ərzaq malları dükanının plastik qapısının kilidini təpik zərbəsi ilə açaraq, ora qanunsuz daxil olub, dükanda olan ümumi dəyəri 140 manat olmaqla, bir ədədinin qiyməti 10 manat, cəmi qiyməti 20 manat olan 2 ədəd 0,7 litrlik “Bio Orqanik” araqlarını, bir ədədinin qiyməti 2,8 manat, cəmi qiyməti 5,6 manat olan 2 ədəd 160 qramlıq üzərində “Süper Fish” yazısı olan balıq konservasını, bir ədədinin qiyməti 3,3 manat, cəmi qiyməti 6,6 manat olan 2 ədəd 325 qramlıq “Blendo” ət konservasını, bir ədədinin qiyməti 2,5 manat, cəmi qiyməti 5 manat olan 2 ədəd 0,45 litrlik dəmir bankada “Əfsanə” pivəsini, bir ədədinin qiyməti 2,7 manat, cəmi qiyməti 18,9 manat olan 7 ədəd “Rothmans” siqaretlərini, bir ədədinin qiyməti 0,7 manat, cəmi qiyməti 14 manat olan 20 ədəd kiçik 0,250 litrlik dəmir bankada “Bizon” içkisini, bir ədədinin qiyməti 1,79 manat, cəmi qiyməti 17,9 manat olan 10 ədəd 0,5 litrlik şüşə bankada “Əfsanə” pivəsini, bir ədədinin qiyməti 1 manat, cəmi qiyməti 10 manat olan 10 ədəd “1 manatlıq Nar konturunu”, 1 ədədinin qiyməti 1 manat, cəmi qiyməti 20 manat olan 20 ədəd “1 manatlıq Azercell” konturunu, bir ədədinin qiyməti 2 manat, cəmi qiyməti 4 manat olan 2 ədəd 2 litrlik “Coca Cola” içkisini, bir ədədinin qiyməti 2 manat, cəmi qiyməti 4 manat olan 2 ədəd 2 litrlik “Fanta” içkisini, bir ədədinin qiyməti 3 manat, cəmi qiyməti 6 manat olan 2 ədəd 450 qramlıq “Borowskis” şirniyyatını, kiloqramı 2 manat, cəmi qiyməti 8 manat olan 4 kiloqram cemli rulet şirniyyatını oğurlayaraq, Zərərçəkmiş şəxs3 maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrar olaraq 24 noyabr 2022-ci il tarixdə, saat 03:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs2 yaşadığı Siyəzən rayonunun Eynibulaq kəndində öz yaşadığı evlə qonşuluqda yerləşən evin həyətyanı sahəsinə daxil olub, oradakı tövlənin qapısını əli ilə açaraq, ora qanunsuz daxil olub, tövlədə Zərərçəkmiş şəxs2 məxsus olan 1 baş, 9 aylıq, təxminən diri çəkisi 100 kiloqram olan 2022-ci ilin mart ayında doğulmuş 750 manat dəyərində dişi dananı oğurlamağa cəhd etmiş, lakin Zərərçəkmiş şəxs2 səs-küyə həyətyanı sahəyə çıxmasına görə oradan qaçıb uzaqlaşmış öz iradəsindən asılı olmayan səbəblərə görə oğurluq cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 23 noyabr 2022-ci il tarixdə yaşadığı Siyəzən rayonunun Eynibulaq kəndində spirtli içki qəbul etmiş, həmçinin həmin gün saat 22:00 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs1 mağazasının qarşısına gəlmiş, yerdən dəmir parçası götürüb, mağazanın dəmir barmaqlı qapısının kilidini əlindəki dəmir parçası ilə açaraq, mağazaya daxil olmuşdur. Bundan sonra o, mağazadan, ittiham aktında qeyd olunan ərzaq məhsullarını, siqaretləri, konturları və 181 manat məbləğində pulu götürmüş, lakin həmin pulu xərcləyə bilməmiş, cibindən salaraq itirmişdir. Daha sonra, yenidən spirtli içki qəbul edib, həmkəndlisi Zərərçəkmiş şəxs3 mağazasına daxil olmuş, oradan araq, konserva, pivə, 8 paçka Rothmans siqaret və 1 qutu şirniyyat götürsə də, pul götürməmişdir. Hazırda, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 vurduğu zərəri tam olaraq aradan qaldırmış, o cümlədən ödəmişdir. Bundan başqa o, 24 noyabr 2022-ci il tarixdə, gecə saatlarında içkili olduğundan qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 həyətyanı sahəsinə daxil olub, dana üçün tövləyə getmiş, habelə dananın tövlədən çıxıb, evin qarşısında getdiyini gördüyündən kimsə onu görməsin deyə, oradan çıxıb getmişdir. Hazırda əməlindən peşman olmasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin məhkəmə iclasında, həmçinin məhkəməyədək istintaq zamanı verdikləri ifadələrlə, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla qonşuluq münasibətləri olsa da, qohumluq münasibətləri olmamış, habelə əvvəllər aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Siyəzən rayonunun Eynibulaq kəndində ərzaq mağazası işlədir. 23 noyabr 2022-ci il tarixdə, saat 18:30 radələrində mağazanı bağlayıb, evə getmişdir. Daha sonra, 24 noyabr 2022-ci il tarixdə qonşusu onlara gəlib, mağazanın qapısının açıq olduğunu bildirmişdir. Bundan sonra, mağazaya getmiş, qapının kilidinin sındırıldığını görmüş, habelə 181 manat pulunun, arağın, siqaretin, çöplü meyvə şirələrinin, danışıq kartlarının oğurlandığını müəyyən etmişdir. Həmin vaxt şübhələndiyi şəxs olmamış, həmçinin DİN-nin 102 xidmətinə zəng vuraraq, hadisə barədə məlumat vermiş, polis əməkdaşları gəlib baxış keçirtdikdən sonra oğurluğun kimin tərəfindən törədildiyi məlum olmuşdur. Bundan əlavə, işlətdiyi ərzaq mağazasında kamera quraşdırılmamışdır. Hazırda ona dəymiş 369 manat ziyan tam şəkildə ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Eyni zamanda, Təqsirləndirilən şəxs atası Sərdar Bayramovla qonşu olmuş, sonuncunu çox yaxşı bir insan kimi tanımışdır. Təqsirləndirilən şəxs da hadisəni törədərkən içkili olmuşdur. Odur ki, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla qohumluq münasibətləri olmasa da, sonuncunun atası onun əri ilə bir yerdə işləmiş, habelə Təqsirləndirilən şəxsla əvvəllər aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Siyəzən rayonunun Eynibulaq kəndində yaşadığı evin qarşısında ərzaq mağazası işlədir. 23 noyabr 2022-ci il tarixdə, axşam 21-22:00 radələrində övladı mağazanı bağlayıb, evə gəlmiş, 24 noyabr 2002-ci il tarixdə isə səhər saatlarına ərinə zəng gələrək, mağazanın qapısının sındırıldığı bildirilmişdir. Bundan sonra, mağazaya getdikdə qapılarının sındığını görmüş, mağazaya daxil olduqda isə araq, konserva, şirniyyat, enerji içkiləri və pivə oğurlandığını müəyyən etmişlər. Əvvəlcə oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədildiyini bilməmiş, habelə sonuncunun belə bir əməl edə biləcəyini düşünməmişlər. Ona ümumilikdə 140 manat zərər dəysə də, əvvəlcə polisə şikayət etməmiş, lakin, polis əməkdaşları Nəcməddini onlara gətirdikdə, artıq əməlin kimin tərəfindən törədildiyi onlara məlum olmuş, bundan sonra şikayət ərizəsi yazmışdır. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusu olmaqla, onunla aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 24 noyabr 2022-ci il tarixdə gecə yarısı həyətdən heyvan səsi gəldiyini eşitmiş, həyətə çıxdıqda heyvanın bayırda, evin qabağında olduğunu görmüşdür. Daha sonra, digər heyvanları saymış, pəyədə papağın, eləcə də, çöl qapılarının açıq olduğunu görüb oğurluğa cəhd edildiyini bilmiş, habelə DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Səhəri gün kənddəki mağazalardan da oğurluq edildiyini öyrənmiş və polis əməkdaşları vasitəsilə əməli törədən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. 2022-ci ildə doğulmuş 1 baş dişi danasının çəkisi təxminən 100 kiloqram olmaqla, dəyəri 750 manat olardı. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 128-129-cu səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2022-ci il tarixli, 9/8699 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən və qərarın təsviri hissəsində göstərilən malların, o cümlədən 1 ədədinin 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 2 manat olmaqla, 6 ədəd “Nar mobile” konturunun qiyməti ümumilikdə 12 manat, 1 ədədinin qiyməti 1 manat olmaqla, 7 ədəd “Azercell” konturunun qiyməti ümumilikdə 7 manat, 1 ədədinin qiyməti 2,5 manat olmaqla, 20 ədəd nazik “Manchester” siqaretinin ümumilikdə qiyməti 50 manat, 1 ədədinin qiyməti 2 manat olmaqla, 10 ədəd qalın “Argo” siqaretinin ümumilikdə qiyməti 20 manat, cəmi 89 manat, 1 ədədinin qiyməti 2,20 manat olmaqla, 30 ədəd “Magna silver” siqaretinin ümumilikdə qiyməti 66 manat, 1 ədədinin qiyməti 0,40 manat olmaqla, 20 ədəd 200 ml “Fresh şaftalı” çöplü meyvə şirəsinin qiyməti ümumilikdə 8 manat, cəmi 74 manat, 1 ədədinin qiyməti 3,30 manat olmaqla, 2 ədəd 325 qramlıq Blendo ət konservasının ümumilikdə qiyməti 6,60 manat, 1 ədədinin qiyməti 2,7 manat olmaqla, 7 ədəd “Rothmans” siqaretinin qiyməti ümumilikdə 18,90 manat, 1 ədədinin qiyməti 1,79 manat olmaqla, 10 ədəd “Əfsanə” 0,5 litrlik şüşə bankada olan pivənin ümumilikdə qiyməti 17,90 manat, 1 ədədinin qiyməti 1 manat olmaqla, 10 ədəd “Nar mobile” konturunun qiyməti ümumilikdə 10 manat, 1 ədədinin qiyməti 1 manat olmaqla, 20 ədəd “Azercell” konturunun qiyməti ümumilikdə 20 manat, 1 ədədinin qiyməti 2 manat olmaqla, 2 ədəd 2 litrlik Coca-Cola içkisinin qiyməti ümumilikdə 4 manat, 1 ədədinin qiyməti 2 manat olmaqla, 2 ədəd 2 litrlik Fanta içkisinin qiyməti ümumilikdə 4 manat, cəmi 81,40 manat, 1 ədədinin qiyməti 10 manat olmaqla, 2 ədəd 0,7 litrlik “Bio Orqanik” arağının (istifadə edilməmiş vəziyyətdə) qiyməti ümumilikdə 20 manat, 1 ədədinin qiyməti 2,80 manat olmaqla, 2 ədəd 160 qramlıq üzərində “Super Fish” yazısı olan balıq konservasının qiyməti ümumilikdə 5,60 manat, 1 ədədinin qiyməti 2,5 manat olmaqla, 2 ədəd 0,45 litrlik dəmir bankada “Əfsanə” pivəsinin qiyməti ümumilikdə 5 manat, 1 ədədinin qiyməti 3 manat olmaqla, 2 ədəd 450 qramlıq Borowskis şirniyyatının qiyməti ümumilikdə 6 manat, cəmi 36,60 manat, 1 baş, 2022-ci ilin mart ayında doğulmuş, diri çəkisi 100 kiloqram çəkidə dişi dananın qiyməti isə 750 manat müəyyən edilsə də, digər mallar, o cümlədən “Osobiy sostav” arağı, kiçik Bizon enerji içkisi və cemli Rulet şirniyyatı barədə kifayət qədər məlumat (istehsal yeri, həcmi barədə) olmadığından onların qiymətləndirilməsi aparılmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 127-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 46-51-ci vərəqələrində olan 24 noyabr 2022-ci il tarixli şahid ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 23 və 24 noyabr 2022-ci il tarixlərdə Siyəzən rayonunun Eynibulaq kəndindəki zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 aid ərzaq malları dükanlarına qanunsuz olaraq daxil olmaqla, oradan müxtəlif ərzaq məhsullarını oğurladığını, həmçinin, Zərərçəkmiş şəxs2 məxsus Siyəzən rayonunun Eynibulaq kəndindəki evin həyətyanı sahəsinə qanunsuz olaraq daxil olmaqla, tövlədən 1 baş dananı oğurlamağa cəhd etdiyini etiraf etmiş, habelə baş vermiş hadisələrin törədilmə mexanizmini təfərrüatlı şəkildə izah edərək, olanları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 54-55-ci vərəqələrindəki 24 noyabr 2022-ci il tarixli əşyaya baxış keçirilməsi və götürülməsi barədə protokoldan, işin 106-107ci vərəqələrindəki 26 noyabr 2022-ci il tarixli cinayət işi üzrə əşyaların maddi sübut hesab edilməsi barədə qərardan, işin 110-cu vərəqəsindəki 27 noyabr 2022-ci il tarixli qəbzdən, eləcə də işin 166-175-ci vərəqələrindəki 14 fevral 2023-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əşyalardan 10 ədəd boz rəngli nazik “Magna” siqareti, 1 ədəd “Fresh Şaftalı” 200 milliqramlıq meyvə şirəsi, 1 ədəd “Super Fish” Siyənək balıq konservası, 1 ədəd 0,45 L dəmir bankada “Əfsanə” pivəsi, 1 ədəd “Borovskis” şirniyyatı, 1 ədəd 0,7 L “Organik” arağı maddi sübut kimi tanınmaqla, saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs oğurladığı cəmi 7,80 manat olmaqla, 18 ədəd 20 qəpik, 37 ədəd 10 qəpik, 1 ədəd 50 qəpik pul da maddi sübut kimi tanınaraq, Zərərçəkmiş şəxs1 qəbzlə qaytarılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 138-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23 yanvar 2023-cü il tarixli tələbnamədən, eləcə də işin 155-165-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2015-ci il tarixli, 1(101)-720/2015 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 avqust 2019-cu il tarixdə isə o, cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 65-66-cı vərəqələrində olan 24 noyabr 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 29, 177.2.3, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 100-101-ci vərəqələrində olan 26 noyabr 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 140-141-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş digər mötəbər sübutlardan və sənədlərdən görünür ki, keçmiş arvadı X1 himayəsində saxlanılmış 14 aprel 2014-cü il təvəllüdlü Nəzrin Bayramovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün ödənilməmiş aliment borcu 6800 manat təşkil etməklə, Siyəzən rayonunun Eynibulaq kəndində qeydiyyatda olmaqla, valideynləri ilə birgə yaşayan Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Hətta, Təqsirləndirilən şəxs keçmiş arvadı Nərmin Bayramova qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli, 2(059)-20/2015 saylı qətnaməsində keçmiş ərinin ailə qurduğu ilk günlərdən evə baxmadığını, heç bir köməklik etmədiyini, sərxoşluqla məşğul olduğunu göstərmişdir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən 20 aprel 2023-cü il tarixdə tərtib edilmiş ərizələrdən görünür ki, onlara dəymiş zərər tam şəkildə ödənildiyinə görə onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talaması, habelə talamağa cəhd etmə cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 29, 177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin İ hissəsinin Xİİİ bəndlərinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab edilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2015-ci il tarixli, 1(101)-720/2015 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa görə Cinayət Məcəlləsinin 180.2-ci maddəsində dəyişiklik edilmişdir. Həmin Qanunun 1.64.2-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 180.2-ci maddəsinin sanksiyasında “dörd ildən səkkiz” sözləri “üç ildən yeddi” sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 180.2-ci maddəsinin sanksiyasında müəyyən olunmuş cəza yüngülləşdirilmiş və həmin əməl təsnifatı üzrə CMnin 15.4-cü maddəsi ilə nəzərdə tutulmuş ağır cinayətlər kateqoriyasından CM-nin 15.3-cü maddəsi ilə nəzərdə tutulmuş az ağır cinayətlər kateqoriyasına dəyişmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2015-ci il tarixli hökmü əsasında təqsirli bilinib, məhkum edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2-ci maddəsi üzrə törədilmiş əməl hazırda az ağır cinayətlər kateqoriyasına aid olduğuna, habelə Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğuna görə onun hazırkı əməlinə münasibətdə cinayətin residivi yaranmır. Bununla da, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, cəzasının sonu ilə azad edildiyi 17 avqust 2019-cu il tarixdən iki il keçdiyindən onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsi nəzərə alınmaqla residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talamaq, habelə talamağa cəhd etmə kimi hüquqazidd əməli törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, Təqsirləndirilən şəxs şəxsiyyətini (əvvəllər məhkum edilməsinə baxmayaraq, tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi, bu halın onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, hüquqazidd əməllərini davam etdirməsini, yeni cinayət törətməyə meylliyini, pis vərdişi (sərxoşluğu) səbəbindən ailə üzvləri ilə münaqişəli olmasını, həmçinin sərgərdan həyat tərzi keçirməklə, ictimai faydalı işlə məşğul olmamasını, bir ata kimi yetkinlik yaşına çatmayan uşağının qeydinə qalmamaqla, onun saxlanılmasına kifayət qədər qayğı diqqət göstərməməsini, bununla da uşağının şəxsiyyət kimi inkişafına mənfi təsir göstərməsini), beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29,177.2.3, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın minimum həddində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdən 26 noyabr 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 20 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V bəndinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus 10 ədəd boz rəngli nazik “Magna” siqareti, 1 ədəd “Fresh Şaftalı” 200 milliqramlıq meyvə şirəsi hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs1, 1 ədəd “Super Fish” Siyənək balıq konservası, 1 ədəd 0,45 L dəmir bankada “Əfsanə” pivəsi, 1 ədəd “Borovskis” şirniyyatı, 1 ədəd 0,7 L “Organik” arağı isə Zərərçəkmiş şəxs3 qaytarılmalı, həmçinin digər maddi sübutlar cəmi 7,80 manat olmaqla, 18 ədəd 20 qəpik, 37 ədəd 10 qəpik, 1 ədəd 50 qəpik pul isə Zərərçəkmiş şəxs1 qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,177.2.3, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus 10 ədəd boz rəngli nazik “Magna” siqareti, 1 ədəd “Fresh Şaftalı” 200 milliqramlıq meyvə şirəsi hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs1, 1 ədəd “Super Fish” Siyənək balıq konservası, 1 ədəd 0,45 L dəmir bankada “Əfsanə” pivəsi, 1 ədəd “Borovskis” şirniyyatı, 1 ədəd 0,7 L “Organik” arağı isə Zərərçəkmiş şəxs3 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış cəmi 7,80 manat olmaqla, 18 ədəd 20 qəpik, 37 ədəd 10 qəpik, 1 ədəd 50 qəpik pul isə Zərərçəkmiş şəxs1 qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-15/2023
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-15/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver