Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-15/2024 23.04.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçilər-fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə 23 aprel 2024-cü il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında 27 avqust 2000-ci il tarixdə Siyəzən rayonunun Zarat kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Laçın rayonunun Mığıdərə ərazi Dairəsinin Dəyhan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə, xx xxxx 2000-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, deməsinə görə “Elat Broyler” şirkətində işləyən, əvvəllər məhkum olunmamış, Siyəzən rayonunun Böyük Həmyə kəndində qeydiyyatda olmaqla, rayonun Qalaşıxı kəndində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs yaşadığı Siyəzən rayonu, Qalaşıxı kəndindəki evinin həyətində olan tövlədən iribuynuzlu heyvan oğurlamaq qərarına gəlmiş, bu məqsədlə 01 noyabr 2023-cü il tarixdə, saat 02:00 radələrində sonuncuya aid yaşayış sahəsi və saxlanc yeri sayılan, həmin evin həyətyanı sahəsindəki tövlənin qapısını açmaqla, içəriyə daxil olaraq ona məxsus bir baş erkək cinsli, qara rəngli, 2 illik, diri çəkisi 250 kiloqram təşkil edən 1 750 manat dəyərində iribuynuzlu heyvanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğində maddi ziyan vurmaqla, oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs yaşadığı Siyəzən rayonu, Qalaşıxı kəndindəki evinin həyətində olan tövlədən iribuynuzlu heyvan oğurlamaq qərarına gəlmiş, bu məqsədlə 01 noyabr 2023-cü il tarixdə, saat 02:00 radələrində sonuncuya aid yaşayış sahəsi və saxlanc yeri sayılan, həmin evin həyətyanı sahəsindəki tövlənin qapısını açmaqla, içəriyə daxil olaraq ona məxsus bir baş erkək cinsli, qara rəngli, 2 illik, diri çəkisi 250 kiloqram təşkil edən 1 750 manat dəyərində iribuynuzlu heyvanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğində maddi ziyan vurmaqla, oğurluq etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, hazırda Abşeron rayonunun Xırdalan şəhərində taksi fəaliyyəti ilə məşğul olur, sinif yoldaşı olan Təqsirləndirilən şəxs2 isə hadisə vaxtı Xırdalan şəhəri ərazisində yerləşən avtoyuma məntəqəsində işləmişdir. Bundan başqa, idarəçiliyində olan “Toyota Pirus” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili ilə bağlı yaranmış maddi sıxıntısına görə pula ehtiyacı olmuş, ona görə də, Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə, 01 noyabr 2023-cü il tarixdə, saat 01:00 radələrində Təqsirləndirilən şəxs2lə birlikdə, idarəçiliyində olan həmin avtomobil ilə Xırdalan şəhərindən Siyəzən rayonun Qalaşıxı kəndində gəlib, həmin tarixdə, saat 02:00 radələrində Qalaşıxı kəndinə çataraq, avtomobilini həmkəndlisi olan Zərərçəkmiş şəxs yaşadığı evdən bir qədər aralıda saxlamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs evinə tərəf gələrək, sonuncuya məxsus tövlənin dəmir parçası ilə bağlanmış qapısını açaraq, içəri daxil olub, tövlənin içərisində sağdan ikinci sırada olan iribuynuzlu heyvanın boğaz hissəsinə ipi bağlamaqla, tövlədən çıxarıb, kənddən bir qədər aralıda yerləşən ağaclıq olan yerə bağlamışlar. Daha sonra isə, həmin tarixdə idarəçiliyində olan avtomobil ilə birlikdə Xırdalan şəhərinə qayıtmışlar. Lakin, törətdiyi əməldən peşmançılıq hissi keçirtdiklərinə görə Təqsirləndirilən şəxs2 01 noyabr 2023-cü il tarixdə, saat təxminən 22:00 radələrində Qalaşıxı kəndinə gedərək, iribuynuzlu heyvanı bağladıqları yerdən açıb, zərərçəkmiş Zərərçəkmiş şəxs yaşadığı evə yaxın əraziyə buraxmışdır. Bununla yanaşı, polis əməkdaşı tərəfindən mobil telefonuna zəng gəldiyi vaxt törətdiyi hadisəni etiraf edərək, iribuynuzlu heyvanı zərərçəkmiş şəxsə qaytardıqlarını bildirmişdir. Hazırda əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 01 noyabr 2023-cü il tarixdə, saat 02:00 radələrində Təqsirləndirilən şəxs1 birlikdə Abşeron rayonun Xırdalan şəhərindən Siyəzən rayonun Qalaşıxı kəndinə gəlmiş, habelə həmin kənddə yerləşməklə, Zərərçəkmiş şəxs məxsus tövlənin içərisindəki ikinci sırada olan iribuynuzlu heyvanın boğaz hissəsinə ipi bağlamaqla, tövlədən çıxarıb, kənddən bir qədər aralıda yerləşən ağaclıq olan yerə bağlamışlar. Bundan sonra, həmin tarixdə Xırdalan şəhərinə qayıtsalar da, elə həmin tarixdə, saat 21-22:00 radələrində Qalaşıxı kəndinə geri qayıtmış, habelə iribuynuzlu heyvanı bağladıqları yerdən açaraq, Zərərçəkmiş şəxs evinin yaxınlığına buraxmışdır. Eyni zamanda, oğurluq hadisəsinin polis əməkdaşlarına məlum olmasını Təqsirləndirilən şəxs1 öyrənmişdir. Hazırda əməlindən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tam təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin verdiyi ifadə, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hadisədən öncə də, tanımış, habelə sonuncu ilə aralarında qohumluq münasibətləri olsa da, təqsirləndirilən şəxslərə qarşı düşmənçiliyi və ədavəti olmamışdır. “X1” MMC-də sosial işçi işləməklə, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, Siyəzən rayonun Qalaşıxı kəndində yerləşən evinin həyətyani sahəsində dəmir tor ilə hasarlanmış tövlələrdə iri buynuzlu heyvanlar saxlayır. Belə ki, 31 oktyabr 2023-cü il tarixdə, gecə saat təxminən 00:00 radələrində heyvaları yemləyərək, tövlənin qapısını dəmir parçası ilə bağlayıb, yaşadığı evə getmiş, 01 noyabr 2023-cü il tarixdə, səhər saat 06:00 radələrində heyvanları yenidən yemləmək üçün tövlənin qapısını açarkən isə, tövlədə ikinci cərgədə olan iribuynuzlu heyvanın boğaz hissəsinə bağlanmış zəncirinin yerdə olduğunu, işığı yandırıb baxdığında isə həmin iribuynuzlu heyvanın tövlədə və ya çöldə olmadığını görmüşdir. Bundan təxminən 10 dəqiqə sonra, polis şöbəsinə zəng vurub, hadisə barədə məlumat vermiş, habelə sonuncular tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Eyni zamanda, oğurluq hadisəsi baş verdiyi üçün 01 noyabr 2023-cü il tarixindən 02 noyabr 2023-cü il tarixinə keçən gecə tövləyə baxmaq üçün getdiyində dəmir tor hasarın arxasında iribuynuzlu heyvanın mələdiyini eşitmiş, baxdığında özünə məxsus, qara rəngli, erkək cinsli, 2 illik, diri çəkisi təxminən 230-250 kiloqram, qiyməti 1700 manat təşkil edən iribuynuzlu heyvanın olduğunu görmüşdür. Ümumiyyətlə hadisənin təqsirləndirilən şəxslər tərəfindən törədilməsindən şübhələnməsə də, Təqsirləndirilən şəxs1 idarəçiliyində olan avtomobil ilə kəndə gəldiyi üçün polis əməkdaşlarının ondan şübhələndiyini düşünür. Hazırda ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslər ilə barışmaqla, onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 52-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2023-cü il tarixli, 9/8912 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 baş erkən cinsli, qara rəngli, 2 illik, diri çəkisi 250 kq olan iribuynuzlu heyvanın 2023-cü il noyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1750 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 51-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 6-10-cu, 41-44-cü və 45-49-cu səhifələrində olan baxış keçirmə və götürmə haqqında, şahidlərin ifadəsinin yerində yoxlanılması haqqında protokollardan, eləcə də, fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs yaşadığı Siyəzən rayonun Qalaşıxı kəndində yerləşən evinin həyətində olmaqla, iribuynuzlu heyvanları saxladığı tövləni, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə 01 noyabr 2023cü il tarixdə, saat 02:00 radələrində Zərərçəkmiş şəxs yuxarıda qeyd olunan yerləşən tövləsindən iribuynuzlu heyvanı oğurlamalarını etiraf etmiş, habelə təqsirləndirlən şəxslər baş vermiş hadisənin törədilmə mexanizmini təfərrüatlı şəkildə izah edərək, olanları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 110-116 səhifələrində olan 29 yanvar 2024-cü tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, onlar barəsində Azərbaycan Respublikasının CM-nin 180 və 186-cı maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Eyni zamanda iş üzrə təqsirləndirilən şəxslər tərəfindən oğurlanmış bir baş iribuynuzlu heyvan xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi hesab edilmiş və zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 103-104-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 yanvar 2024-cü il tarixli tələbnamələrindən görünür ki, müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 74-75-ci və 97-98-ci səhifələrindəki qətimkan tədbirinin seçilməsi barədə 22 yanvar 2024-cü il tarixli qərarlardan görünür ki, müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində qeyd olunan tarixlərdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 106-107-ci vərəqələrində olan arayışdan, xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan, məcburi köçkün vəsiqəsinin surətindən, habelə digər arayışdan görünür ki, himayəsində 29 iyul 2022-ci il təvəllüdlü Şəms adında bir azyaşlı övladı olan, Siyəzən rayonu Qalaşıxlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan məcburi köçkün Təqsirləndirilən şəxs1 yaşadığı yerdə özünü nümunəvi aparmış, habelə barəsində Siyəzən RİHB-nin Zarat kənd İƏD üzrə nümayəndəliyinə heç bir rəsmi və ya şifahi şikayət daxil olmamışdır. Cinayət işinin 108-109-cu vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən rayonu Qalaşıxlı kəndində yaşayan Təqsirləndirilən şəxs2 yaşadığı yerdə özünü nümunəvi aparmış, habelə barəsində Siyəzən RİHB-nin Zarat kənd İƏD üzrə nümayəndəliyinə heç bir rəsmi və ya şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun məcburi köçkün və gənc yaşda olmasını, himayəsində bir azyaşlı övladı olmaqla, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsi və saxlanc yerinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, onun məcburi köçkün və gənc yaşda olması, himayəsində bir azyaşlı övladı olmaqla, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmaması kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Abşeron rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Abşeron rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun gənc yaşda olmaqla, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, onun gənc yaşda olması, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmaması kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs2a hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 131-ci maddəsinin İ hissəsinin İİİ bəndinə əsasən cinayət təqibi üzrə icraat başa çatanadək cinayət prosesini həyata keçirən orqan maddi sübut sayılan gündəlik qulluğa ehtiyacı olan ev heyvanlarını, quşları və digər heyvanları mülkiyyətçiyə və ya qanuni sahibinə qaytarır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Zərərçəkmiş şəxs verilmiş qara rəngli, 2 illik, diri çəkisi 250 kiloqram təşkil edən bir baş erkək cinsli inək Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Abşeron rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Abşeron rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Zərərçəkmiş şəxs verilmiş qara rəngli, 2 illik, diri çəkisi 250 kiloqram təşkil edən bir baş erkək cinsli inək Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. İş üzrə aparılmış ekspertizanın dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(059)-15/2024
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-15/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver