Məhkəmə qərarları › İş №1(059)-16/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-16/2022

15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-16/2022 15.03.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və onların müdafiəçiləri- fərdi fəaliyyət göstərən vəkillər Müdafiəçi3, Müdafiəçi2, Müdafiəçi1 iştirakları ilə 15 mart 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 2003-cü il tarixdə, Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli əvvəllər məhkum olunmamış, Siyəzən şəhəri, X26 küçəsi, ev 112 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə, xx xxxxxx 1992-ci il tarixdə, Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə və xx xxxxxxx 1987-ci il tarixdə, Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs2 06 oktyabr 2021-ci il tarixdə, saat 01:00 radələrində yaşadığı evin qarşısında 10 manat müqabilində, qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,198 qram çəkidə narkotik vasitə olan heroini alaraq üzərində saxlamış, 06 oktyabr 2021-ci il tarixdə, saat 02:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Paşayev X13 şəhəri, Xətai küçəsi ərazisində saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsi məqsədilə gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın qabaq sağ yan cibində olan mobil telefon qabının arxasında 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə ümumi təmiz çəkisi 0,198 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 04 oktyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində yaşadığı Siyəzən şəhərinin M. Zəkiyev küçəsindəki 14 saylı evin qarşısında 10 manat müqabilində, qanunsuz olaraq, satış məqsədilə, şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 0,411 qram çəkidə narkotik vasitə olan heroini alaraq, 0,198 qramını 06 oktyabr 2021-ci il tarixdə, saat 01:00 radələrində yaşadığı Siyəzən şəhərinin H. Əliyev küçəsindəki 28 saylı evin qarşısında 10 manat müqabilində Təqsirləndirilən şəxs3 satmış, qalan 0,213 qramını üzərində saxlamış, 06 oktyabr 2021-ci il tarixdə saat 13:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Siyəzən şəhəri, H. Əliyev küçəsi ərazisində saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsi məqsədilə gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın arxa sol cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə ümumi təmiz çəkisi 0,213 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən əldə etdiyi ümumi təmiz çəkisi 0,836 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 0,411 qramını 04 oktyabr 2021-ci il tarixdə yaşadığı Siyəzən şəhərinin M. Zəkiyev küçəsindəki 14 saylı evin qarşısında 10 manat müqabilində tanışı Təqsirləndirilən şəxs2 satmış, qalan 0,425 qramını 9 ədəd bükümlərə ayıraraq, yaşadığı evin həyətində yerləşən hamamda saxlamış, 06 oktyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı yaşadığı evə qəfləti baxış keçirilərkən, evin həyətində yerləşən hamamda stulun üzərində 8 ədəd gümüşü rəngli kağız bükülülərdə və bir ədəd ağ rəngli kağız bükülüdə, ayrı ayrılıqda təmiz çəkiləri 0,105, 0,052, 0,020, 0,014, 0,015, 0,032, 0,024 0,051 və 0,112 qram olmaqla, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd qara rəngli bükümdə ümumi təmiz çəkisi 0,323 qram olan psixotrop maddə olan metamfetamin, üzərilərində heroin izləri olan 12 ədəd gümüşü rəngli yanmış kağız falqalar, bir ədəd elektron tərəzi, üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd müştük formasında 1 manatlıq pul əskinazı, yaşadığı evin dəhlizində stulun üzərindən 1 ədəd təsiredici maddəsinin miqdarı 0,04 metadon həbi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 06 oktyabr 2021-ci il tarixindən təxminən 1 ay əvvələ kimi çəkmə üsulu ilə narkotik vasitə heroindən istifadə etmiş, Təqsirləndirilən şəxs2 ilə aralarında heç bir ədavət və düşmənçilik olmamış, sonuncunun narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olduğunu bildiyindən 06 oktyabr 2021-ci il tarixdə, təxminən saat 01:00 radələrində narkotik vasitədən istifadə etmək istədiyi üçün istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Elşadın istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna zəng vuraraq, şəxsi istehlakı üçün narkotik vasitə kokos lazım olduğunu bildirmiş, sonuncu da ona “alındırmaq olar, mən yığanda gələrsən” deyə qeyd etmişdir. Bir neçə dəqiqə sonra Elşad zəng edərək, onun üçün kokos tapdığını, gəlib götürməli olduğunu bildirmiş və o, Elşadın yaşadığı ünvanın yaxınlığına getmişdir. Elşadla görüşərkən sonuncu bir büküm narkotik vasitəni 10 manata təşkil edəcəyini bildirmiş, o da həmin məbləğdə pulu ona verərək, oradan uzaqlaşmışdır. O, bundan bir neçə dəqiqə sonra, Elşadın olduğu yerə gəlib, sonuncudan bir ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroini almış, mobil telefon qabının arxa hissəsinə qoyaraq çıxıb getmişdir. Həmin gün saat 02:00 radələrində Siyəzən şəhəri, Xətai küçəsi ilə hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşıb, qanunsuz olaraq narkotik vasitələrin saxlanılması və daşınmasında şübhəli olduğunu bildirərək, razılığı əsasında onu rayon Polis Şöbəsinə aparmışlar. RPŞ-nin növbətçi hissəsində müstəntiq onun üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyini, bu barədə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın olduğunu bildirmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl hüquq və vəzifələri ona izah olunmuş, bununla bağlı təqdim edilmiş bildirişi imzalamaqla götürmüş, habelə şəxsi axtarış zamanı müdafiə hüququ təmin olunması üçün axtarışda Müdafiəçi1 də iştirakı təmin edimişdir. Şəxsi axtarış zamanı təklif əsasında əynində olan qara rəngli cins şalvarın qabaq sağ yan cibindən mobil telefon qabının arxa hissəsində gizlətdiyi 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü çıxararaq, təqdim etmiş və şifahi sorğu zamanı bükülüdə olan kütlənin istifadə etdiyi narkotik vasitə “kokos” olduğunu bildirmişdir. Bundan sonra, təqdim etdiyi bükülünün ağzı polis əməkdaşı tərəfindən açıldıqda, içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən olunmuş, habelə həmin bükülü əvvəlki qaydada ağzı bağlanılaraq masanın üzərinə qoyulmuşdur. Daha sonra, üzərində şəxsi axtarış davam etdirilsə də, əlavə qanunsuz əşya aşkar edilməmişdir. Üzərində keçirilən şəxsi axtarış zamanı təqdim etdiyi içərisində narkotik vasitə heroinə bənzər kütlənin olduğu 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü bir ədəd ağ rəngli zərfə, habelə üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd Samsung A10 markalı mobil telefon da digər bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərflərin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, üzərində şəxsi axtarışın keçirilməsinə dair yazılmış protokol, ucadan oxunmuş və protokol imzalarla təsdiq edilmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirməyini, gəncliyini, bir daha cinayət əməli törətməyəcəyi barədə vədini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 1 ilə yaxın olar, çəkmə üsulu ilə narkotik vasitə heroindən istifadə edir və istifadə etdiyi narkotik vasitələri tanışı Təqsirləndirilən şəxs1 pul qarşılığında almışdır. 04 oktyabr 2021-ci il tarixdə, saat 23:00 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Tərlanın istifadəsində olan ***-***-**-** saylı mobil telefon zəng edərək, şəxsi istifadəsi üçün narkotik vasitə “kokos” lazım olduğunu bildirdiyində, sonuncu bunun üçün yaşadığı ünvanın qarşısına gəlməsini istəmiş, habelə bundan təxminən 15 dəqiqə sonra Tərlanın yaşadığı ünvanın qarşısına gedərək, sonuncudan 10 manat məbləğində pulun müqabilində bir ədəd gümüşü rəngli kağız bükülüdə narkotik vasitə heroin almışdır. Təqsirləndirilən şəxs3 sonuncunun əmisi Dəyanət ilə birlikdə işlədiyi vaxtdan tanımış, Mirzəli ilə aralarında hər hansı bir ədavət və ya düşmənçilikləri olmamış, sonuncunu tanıdıqdan sonra narkotik vasitə istifadə etdiyini bilmiş, habelə Mirzəli də, onun narkotik vasitə istifadə etdiyini bilmişdir. Mirzəli 05 oktyabr 2021-ci il tarixdən 06 oktyabr 2021-ci il tarixə keçən gecə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək, sonuncuya şəxsi istehlakı üçün “kokos” tapmasını xahiş etdikdə, Tərlandan öz şəxsi istehlakı üçün aldığı narkotik vasitə heroindən bir qismini Mirzəliyə pul qarşılığında satmaq qərarına gəlmiş və həmin gecə saat 01:00 radələrində sonuncu ilə yaşadığı H. Əliyev küçəsi ərazisində görüşərək, özündə olan narkotik vasitənin bir qismini 10 manat pulun müqabilində ona vermiş, qalan hissəsini isə öz şəxsi istehlakı üçün şalvarının arxa sol hissəsinə qoymuşdur. 06 oktyabr 2021-ci il tarixdə, saat 13:00 radələrində Siyəzən şəhəri, H. Əliyev küçəsi ilə hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşıb, qanunsuz olaraq narkotik vasitələrin saxlanılması və daşınmasında şübhəli olduğunu bildirərək, razılığı əsasında rayon Polis Şöbəsinə aparılmışdır. RPŞ-nin növbətçi hissəsində müstəntiq onun üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyini, bu barədə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın olduğunu bildirmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl hüquq və vəzifələri ona izah olunmuş, bununla bağlı təqdim edilmiş bildirişi imzalamaqla götürmüş, habelə şəxsi axtarış zamanı müdafiə hüququ təmin olunması üçün axtarışda Müdafiəçi2 da iştirakı təmin edilmişdir. O, şəxsi axtarış zamanı təklif əsasında ilk olaraq əynində olan boz rəngli cins şalvarın arxa sol cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü, qabaq sol yan cibindən 1 ədəd siqaret qutusunu və alışqanı, qabaq sağ yan cibindən isə özünə məxsus 79 manat pul əskinazını çıxararaq, təqdim etmiş və həmin vaxt bükülüdəki kütlənin nə olduğu soruşulduqda, məsuliyyətə cəlb olunmaqdan qorxduğu üçün bükülüdəki kütləni bilmədiyini desə də, həmin bükülü polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir neçə gün öncə Tərlandan aldığı narkotik vasitə heroin olmuşdur. Sonra iştirakı ilə təqdim etdiyi 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülü polis əməkdaşları tərəfindən açıldıqda, orada qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuş, habelə həmin bükülü əvvəlki qaydada ağzı bağlanılaraq masanın üzərinə qoyulmuşdur. Bundan sonra, təqdim etdiyi pul əskinasları sayıldığında 24 ədəd 1 manatlıq, 9 ədəd 5 manatlıq və 1 ədəd 10 manatlıq olmaqla, ümumilikdə 79 manat pul olduğu müəyyən olunmuşdur. Daha sonra, üzərində şəxsi axtarış davam etdirilsə də, əlavə qanunsuz əşya aşkar edilməmişdir. Üzərində keçirilən şəxsi axtarış zamanı təqdim etdiyi içərisində narkotik vasitə heroinə bənzər kütlənin olduğu 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü bir ədəd ağ rəngli zərfə, habelə təqdim etdiyi cəmi 79 manat pul da, digər bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərflərin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, üzərində şəxsi axtarışın keçirilməsinə dair yazılmış protokol, ucadan oxunmuş və protokol imzalarla təsdiq edilmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirməsini, himayəsində iki azyaşlı övladının olmasını, bir daha cinayət əməli törətməyəcəyi barədə vədini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 3 il olar, narkotik vasitə olan heroindən çəkmə üsulu ilə istifadə edir. Qeyd edir ki, narkotik vasitə heroini və psixotrop maddə metafetamini “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə tanımadığı şəxslə qabaqcadan danışmaqla, həmin şəxsin Bakı şəhərində təyin etdiyi yerdən götürərək əldə etmiş, habelə həmin narkotik vasitələrin bir qismini şəxsi istifadəsi üçün, bir qismini isə satmaq üçün bükümlərə ayırıb yaşadığı evin həyətində yerləşən hamamda saxlamışdır. O, Təqsirləndirilən şəxs2 Siyəzən şəhər sakini kimi bir neçə il olar, tanımış, sonuncu ilə münasibəti daim yaxşı olmuş, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamış, habelə o, sonuncunun narkotik vasitə heroindən istifadə etdiyini bilmişdir. 04 oktyabr 2021-ci il tarixdə təxminən günorta saatlarında Elşad istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefona zəng edərək, şəxsi istehlakı üçün “kokos” verməsini xahiş etdikdə, o, gümüşü rəngli siqaret kağızı bükülülərinə yığdığı bükülülərdən bir ədədini 10 manat məbləğində pulun müqabilində ona satmışdır. O, 06 oktyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində yaşadığı ünvanın qarşısında dayanarkən polis əməkdaşları ona yaxınlaşmış, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, yaşadığı ünvanda və evin həyətyanı sahəsində narkotik vasitələr saxladığını, bununla əlaqədar əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın olduğunu, buna görə də müstəntiqin və vəkilin iştirakı ilə yaşadığı evə və evin həyətyanı sahəsinə videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyini bildirdiklərində, o, buna etirazının olmadığını qeyd etmiş, habelə yaşadığı evin qarşısına dəvət olunmuş müstəntiqə yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizəni təqdim etmiş, həmçinin baxış zamanı müdafiə hüququ təmin edilərək, baxışda müdafiəçi Müdafiəçi1 də iştirakı təmin edilmişdir. Baxış zamanı, təklif əsasında iştirakçılar narkotik vasitələrin çoxunu saxladığı giriş qapısından həyətə daxil olduqda sağ tərəfdə yerləşən hamama dəvət etmiş və hamamda olan stulun üzərinə baxış keçirilərkən oradan 1 ədəd nəlbəkidə narkotik vasitə heroini ayırdığı 7 ədəd gümüşü rəngli siqaret kağızı bükülü, habelə həmin bükülülərdən 6 ədədinin içərisində narkotik vasitə heroin kütləsi, 1 ədədinin içərisində isə əlavə 2 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü və həmin 2 ədəd bükülülərdə də narkotik vasitə heroin kütləsi, 1 ədəd içərisində narkotik vasitə heroin olan ağ rəngli siqaret kağızı bükülüsü, 1 ədəd içərisində psixotrop maddə metafetamin olan qara rəngli siqaret kağızı bükülüsü və 1 ədəd narkotik vasitəni qəbul etməyi üçün 1 manatlıq pul əskinazından düzəltdiyi müştük formalı kağız borucuq, 1 ədəd elektron tərəzi və 12 ədəd üzəri yanmış falqalar aşkar edilmişdir. Bundan sonra, aşkar edilmiş narkotik vasitələr və psixotrop maddə metamfetamin bir ədəd ağ rəngli zərfə, elektron tərəzi və falqalar isə digər bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərflərin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, təklif əsasında iştirakçıları yaşadığı evə dəvət etmiş və evin qonaq otağında olan masanın yanına qoyulmuş stulun üzərindəki örtüyü çəkməklə, örtüyün altında olan 1 ədəd zavod qablaşdırmada metadon 40 həbi yazısı olan qırmızı rəngli həbi və 1 ədəd heç bir yazısı olmayan ağrıkəsici kimi istifadə etdiyi həbi təqdim etmiş, sonra həmin 2 ədəd həblər bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmanın üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, polis əməkdaşları tərəfindən yaşadığı evin iki yataq otağına baxış keçirilsə də, oradan qanunsuz əşya aşkar edilməmişdir. Həmçinin, masanın üzərindəki mobil telefonlardan ona məxsus olan 2 mobil telefon bir ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, üzərində şəxsi axtarış keçirilsə də, üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra yaşadığı evə, evin həyətyanı sahəsinə baxış və üzərinə keçirilmiş şəxsi axtarış ilə bağlı yazılmış protokol, ucadan oxunmuş və protokol imzalarla təsdiq edilmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirməsini, bir daha cinayət əməli törətməyəcəyi barədə vədini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi və istifadə etməsi barədə 06 oktyabr 2021-ci il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat əsasında tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərtib olunmuş müvafiq qərar RPŞnin rəisinin imzası ilə təsdiq edildikdən sonra, rəhbərliyin tapşırığı ilə həmin gün saat 02:00 radələrində Siyəzən RPŞ-nin PPXT-nın polis nəfəri Şahid5 və PPXT-nın polis nəfəri X10 ilə birlikdə Təqsirləndirilən şəxs3 yaşadığı Siyəzən şəhəri, Xətai küçəsinə gedib, sözügedən küçəni və ona yaxın olan ətraf küçələri nəzarətə götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs3 Xətai küçəsi ilə hərəkət etdiyini görüb, ona yaxınlaşıb özlərini təqdim edib, üzərində narkotik vasitə gəzdirməsinə dair əsaslı şübhə olduğunu bildirib, şəxsi axtarış aparmaq məqsədilə RPŞ-yə dəvət etmiş, o, da buna etiraz etməyib, razılığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs3 tərəflərindən Siyəzən RPŞ-yə aparılmış, habelə orada, növbətçi hissədə onun, Şahid5, Elvin Məmmədovun və növbətçi köməkçisi polis nəfəri X1 iştirakı ilə Təqsirləndirilən şəxs3 üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmış və faktla bağlı araşdırma aparılması İB-nin müstəntiqi X14 həvalə olunmuşdur. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs3 və digər iştirakçılara hüquq və vəzifələri, müdafiə hüquqları izah olunaraq bununla bağlı müvafiq bildiriş təqdim olunmuş, həmçinin Təqsirləndirilən şəxs3 üzərinə keçirilən şəxsi axtarışda Müdafiəçi1 da, iştirakı təmin edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs3 təklif əsasında əynində olan qara rəngli cins şalvarın qabaq sağ yan cibindən 1 ədəd mobil telefon qabının arxa hissəsində gizlətdiyi 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü çıxararaq təqdim etmiş, habelə tərəfindən həmin bükülüyə baxış keçirilərkən içərisində qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə bənzər kütlənin olduğu müəyyən olunmuş və şifahi sorğu zamanı Təqsirləndirilən şəxs3 həmin bükülünün içərisindəki kütlənin “kokos” olduğunu bildirmişdir. Sonra, tərəfindən Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış keçirilsə də, sonuncunun üzərindən əlavə qanunsuz əşya aşkar edilməmiş, habelə Şamil Rzayev tərəfindən həmin 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü bir ədəd ağ rəngli zərfin içərisinə, həmçinin 1 ədəd “Samsung A102 markalı mobil telefon digər bir ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərflərin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış Nurlan Məmmədov tərəfindən “Nikon” markalı aparatla video çəkiliş edilmiş, habelə bu zaman iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamış, daha sonra bu barədə tərtib olunmuş protokol doğru olduğundan iştirakçıkar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid Siyəzən RPŞ-nin PPXT-nin polis nəfəri Şahid5 Şahid4 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi, istifadə etməsi və dövriyyəsi ilə məşğul olması barədə 06 oktyabr 2021-ci il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat əsasında Siyəzən RPŞ-nin CAB-ın rəisi X3 tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərtib olunmuş müvafiq qərar RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmiş, habelə Fikrət Məstəliyevin rəhbərliyi altında yaradılmış əməliyyat qrupunun tərkibinə o, CAB-nin əməliyyat müvəkkili Şahid3, məlumat portalının operatoru X7 və PPXT-nın polis nəfəri X10 daxil edilmiş və keçiriləcək tədbirlə bağlı təlimatlandırılmışdır. Bundan sonra, həmin gün saat 13:00 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı Siyəzən şəhəri, H.Əliyev küçəsinə gedərək, həmin küçəni və ona yaxın olan ətraf küçələri nəzarətə götürmüş, habelə bir qədər sonra sonuncunun sözügedən küçə ilə hərəkət etdiyini görüb, ona yaxınlaşıb özlərini təqdim edib, üzərində narkotik vasitə gəzdirməsinə dair əsaslı şübhə olduğunu bildirib, şəxsi axtarış aparmaq məqsədilə RPŞ-yə dəvət etmiş, o, da buna etiraz etməyib, razılığını bildirmişdir. Təqsirləndirilən şəxs2 tərəflərindən rayon Polis Şöbəsinə aparıldıqdan sonra, xidməti iş ilə əlaqədar olaraq Fikrət Məstəliyev, Qorxmaz Sultanov və Elvin Məmmədov şəxsi axtarışda iştirak edə bilməsələr də, növbətçi hissədə onun, Şahid3, növbətçi hissəsinin məsul növbətçi köməkçisi X11 və KTQ-nun baş inspektoru X4 iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməsinə başlanılmış, habelə faktla bağlı araşdırma aparılması İB-nin müstəntiqi X14 həvalə olunmuşdur. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri, müdafiə hüququ izah olunaraq bununla bağlı müvafiq bildiriş təqdim olunmuş, həmçinin sonuncunun üzərinə keçirilən şəxsi axtarışda Müdafiəçi2 da iştirakı təmin edilmışdir. Daha sonra, təklif əsasında Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli cins şalvarın arxa sol cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü, qabaq sol cibindən 1 ədəd siqaret qutusunu və 1 ədəd alışqanı, qabaq sağ yan cibindən 24 ədəd 1 manatlıq, 9 ədəd 5 manatlıq və 1 ədəd 10 manatlıq olmaqla, ümumilikdə 79 manat məbləğində pul əskinazlarını çıxararaq təqdim etmişdir. Tərəfindən gümüşü rəngli siqaret kağızı bükülüyə baxış keçirilərkən içərisində qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə bənzər kütlənin olduğu müəyyən olunmuş və şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin bükülünün içərisindəki kütlənin nə olduğunu bilmədiyini bildirmişdir. Bundan sonra, Şamil Rzayev tərəfindən həmin 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü bir ədəd ağ rəngli boş zərfin içərisinə, 79 manat məbləğində pul isə digər bir ədəd ağ rəngli boş zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərflərin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış Siyavuş Ağayev tərəfindən “Nikon” markalı aparatla video çəkiliş edilmiş, habelə bu zaman iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamış, daha sonra bu barədə tərtib olunmuş protokol doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, narkotik vasitələri yaşadığı evdə saxlaması, üzərində gəzdirməsi və istifadə etməsi barədə 06 oktyabr 2021-ci il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat əsasında Siyəzən RPŞ-nin CAB-ın rəisi X3 tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərtib olunmuş müvafiq qərar RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmiş, habelə Fikrət Məstəliyevin rəhbərliyi altında yaradılmış əməliyyat qrupunun tərkibinə o, CAB-nin əməliyyat müvəkkili Şahid1, CAB-nin əməliyyat müvəkkili Şahid3, PPXT-nın polis nəfəri X12, PPXT-nın polis nəfəri X10, PPXT-nın polis nəfəri Şahid7 və məlumat portalının operatoru X7 daxil edilmiş və keçiriləcək tədbirlə bağlı təlimatlandırılmışdır. Faktla bağlı araşdırma aparılması İB-nin müstəntiqi X14 həvalə olunmuş, həmçinin, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 şöbəyə dəvət olunaraq, keçiriləcək tədbirlə bağlı məlumatlandırılmışdır. RPŞnin rəhbərliyinin tapşırığı ilə həmin gün saat 17:00 radələrində Siyəzən şəhərinin M. Zəkiyev küçəsinə gedərək, Təqsirləndirilən şəxs1 həmin küçədə yerləşən evini müşahidə götürmüş, habelə bir qədər sonra sonuncunu sözügedən küçədə yaşadığı evin qarşısına çıxaraq dayandığını görüb, ona yaxınlaşıb özlərini təqdim edib, qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair əsaslı şübhə olduğunu, buna görə də yaşadığı evə və evin həyətyanı sahəsinə videoçəkilişdən istifadə edilməklə, Müdafiəçi1 iştirakı ilə baxış keçiriləcəyini və bu barədə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın olduğu bildirmiş və Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirərək, müvafiq ərizəni təqdim etmişdir. Həmin vaxt xidməti işi ilə əlaqədar olaraq Fikrət Məstəliyev, Qorxmaz Sultanov və Şahid1 baxışda iştirak edə bilməmişlər. Baxış keçirilməsinə başlamazdan əvvəl Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri, müdafiə hüquqları izah olunaraq, bununla bağlı müvafiq bildiriş təqdim olunmuş, sonuncu sözügedən bildirişi imzalamaqla götürüb, habelə yaşadığı evə və evin həyətyanı sahəsinə keçiriləcək baxış zamanı Müdafiəçi1 iştirak etməsini istədiyini bildirmişdir. Bundan sonra, təklif əsasında Təqsirləndirilən şəxs1 iştirakçıları yaşadığı evin göy rəngli, 1 laylı dəmir giriş qapısından daxil olduqdan sonra təxminən 6 metr irəlidə sağ tərəfdə yerləşən, içərisinə giriş ağ rəngli, 1x2,5 metr ölçüdə 1 laylı taxta qapı vasitəsilə olan soyunma-geyinmə otağının olduğu, həmin yerdən də, içərisinə giriş 1x2,5 metr ölçüdə 1 laylı ağ rəngli plastik qapı vasitəsilə olan hamamın içərisinə dəvət etmişdir. Ora daxil olduqda giriş qapısı ilə üzbəüz qoyulmuş 1,20 metr uzunluğunda stulun üzərinə baxış keçirilərkən 1 ədəd ağ rəngli nəlbəkinin üzərindən 6 ədədinin içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər kütlələr, 1 ədədin içərisində isə əlavə 2 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü və həmin 2 ədəd bükülülərdə də narkotik vasitə heroinə bənzər kütlələr olan, cəmi 7 ədəd gümüşü rəngli siqaret kağızı bükülüləri, içərisində tünd qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə olan 1 ədəd ağ rəngli siqaret kağızı bükülüsü, içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olan 1 ədəd qara rəngli siqaret kağızı bükülüsü, 1 ədəd müştük formasında 1 manatlıq pul əskinazından düzəldilmiş kağız borucuq, 1 ədəd gümüşü rəngli elektron tərəzi və 12 ədəd üzəri yanmış falqalar aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar edilmiş 1 ədəd gümüşü rəngli elektron tərəzinin ona məxsus olduğunu və işləmədiyini bildirmişdir. Daha sonra, Şamil Rzayev tərəfindən içərisində narkotik vasitə heroinə bənzər kütlələr olan bükümlər, habelə içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan büküm və 1 ədəd 1 manatlıq pul əskinazından düzəldilmiş müştük formalı kağız borucuq bir ədəd ağ rəngli zərfin içərisinə, həmçinin aşkar edilmiş 1 ədəd elektron tərəzi və 12 ədəd üzəri yanmış falqalar digər bir ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, habelə zərflərin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, baxış zamanı hamamda olan istilik sobasının üzərindən 3 ədəd üzəri yanmış falqalar aşkar edilsə də, kifayət qədər üzəri yanmış həmin falqalar Şamil Rzayev tərəfindən qablaşdırılmamış, habelə davam edən baxış zamanı hamamdan əlavə qanunsuz əşya aşkar edilməmişdir. Bundan başqa, təklif əsasında Təqsirləndirilən şəxs1 iştirakçılar həyətə daxil olduqdan sonra təxminən 20 metr irəlidə yerləşən, girişi 1 laylı, ağ rəngli taxta qapı vasitəsilə olan, daxil olduqda giriş qapısı ilə üzbəüz 30 kvadrat metr ölçüdə aynabəndinin, giriş qapısından sağ tərəfdə 2 ədəd yataq otaqlarının olduğu evə dəvət etmiş, habelə həmin vaxt aynabəndə yerləşdirilmiş stulun üzərində olan parça materiallı örtüyü qaldıraraq, altında saxladığı 1 ədədi qırmızı rəngli, üzərində “M-40” sözləri yazılmış, istehsal olunduğu qablaşdırmada olan, 1 ədədinin üzərində isə adı qeyd olunmayan, tünd qəhvəyi rəngli, cəmi 2 ədəd dərman həblərini təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin “M-40” sözləri yazılmış dərmanın narkotik vasitə hesab olunan Metadon həbi olduğunu, digər həbin isə ağrıkəsici həb olduğunu bildirmişdir. Bundan sonra, Şamil Rzayev tərəfindən həmin 2 ədəd dərman həblər bir ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Sonra, aynabəndə yerləşdirilmiş stolun üzərindən cəmi 34 manat məbləğində pul, həmçinin Təqsirləndirilən şəxs1 məxsus və işlək vəziyyətdə olan 2 ədəd mobil telefon aşkar olunmuş, sözügedən pul sonuncuya qaytarılsa da, mobil telefonlar Şamil Rzayev tərəfindən bir ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri də iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, evə baxış keçirilməsi davam etdirilsə də, əlavə qanunsuz əşya aşkar edilməmiş, həmçinin Elvin Məmmədov tərəfindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilsə də, sonuncunun üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Sonra, baxışın və şəxsi axtarışın keçirilməsi ilə bağlı tərtib olunub, ucadan oxunmuş protokol doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı istifadə olunan videokameranın yaddaşının hər 29 dəqiqədən sonra yenilənməsi Şamil Rzayev tərəfindən qeyd olunmuş, habelə çəkiliş sonuncu tərəfindən dayandırılaraq, dərhal yenidən qeydə alınmağa başlanılmışdır. Məhkəmə istintaqında şahid Siyəzən RPŞ-nin PPXT-nin manqa komandiri X12 və PPXT-nin polis nəfəri Şahid7 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında şahid Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid3 şahidlər Şahid1 və Şahid2 ifadələrinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onunla qonşuluqda yaşadığı üçün sonuncunu uşaq vaxtlarından tanımış, onunla ədavət və düşmənçiliyi olmamışdır. İstifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi vardır. 03 oktyabr 2021-ci il tarixdə sərxoş olduğu üçün Təqsirləndirilən şəxs2 qurudulmuş marixuana istəmiş, habelə sonuncudan şəxsi istifadəsi üçün qurudulmuş marixuana almışdır. Bununla belə, Elşada İlyaszadədən qurudulmuş marixuana alarkən ona hansı məbləğdə pul verməsini xatırlamır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 99-100-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2021-ci il tarixli, 6/4412 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN Zərflər üçün №96” dairəvi möhür əksi olan “...Vət Təqsirləndirilən şəxs3 üzərindən....” yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,198 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram heroin sərf olunduqdan sonra heroinin qalıq çəkisi 0,148 qram təşkil etmişdir. Cinayət işinin İ cild 98-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, materialların məhkəmə ekspertizasının dəyəri 88,70 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 143-147-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2021-ci il tarixli, 6/4442 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar olunaraq götürülmüş...” yazısı və imzalar olan üç ədəd zərfdəki, o cümlədən 1 ədəd ağ rəngli kağız bükümdə 6 ədəd gümüşü rəngli kağız bükümdə və bir ədəd gümüşü rəngli kağız bükümdə 2 ədəd büküm olmaqla, ümumilikdə 9 ədəd bükümdə (ayrı-ayrılıqda təmiz çəkisi 0,105qr, 0,052qr, 0,020qr, 0,014qr, 0,015qr, 0,032qr, 0,024qr, 0,051qr və 0,112qr) ümumi təmiz çəkisi 0,425 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd “qara” rəngli kağız bükümdə təmiz çəkisi 0,323 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 12 ədəd ”gümüşü” rəngli falqa kağız parçaları və 1 ədəd tərəzinin üzərində heroinin, 1 ədəd boruşəkilli formada bükülmüş 1 manatlıq pul əskinazın içərisində isə metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini müəyyən etmək mümkün olmamışdır. Üzərində “Methadon” yazısı olan konvalyutda 1 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həb metadon tərkibli dərman preparatıdır və həmin həbdə metadon təsiredici maddəsinin miqdarı 0,04 qramdır. 1 ədəd konvalyutdakı tünd qəhvəyi rəngli həbin tərkibində narkotik və psixotrop maddələrin komponentləri aşkar edilməmişdir. Həmçinin, rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş....” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,213 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar olunaraq götürülmüş heroinlər, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş heroin və Təqsirləndirilən şəxs3 götürülmüş heroin (06 oktyabr 2021-ci il tarixli 6/4412 saylı ekspert rəyi) kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ), metadon Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İİ siyahısına, Metamfetamin 28 iyun tarixli 2005-ci il Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata Təqsirləndirilən şəxs1 götürülmüş heroindən 0,17 qr tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,255 qr, 0,05 qram metamfetamin sərf olunduqdan sonra metamfetaminin qalıq çəkisi 0,273 qram, 1 ədəd metadon həbinin ½ hissəsi sərf edildikdən sonra həbin qalığı ½ hissə, Təqsirləndirilən şəxs2 götürülmüş heroindən 0,05 qr tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,163 qr, Təqsirləndirilən şəxs3 götürülmüş heroindən 0,02 qr tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,128 qr təşkil etmişdir. Cinayət işinin İ cild 142-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, materialların məhkəmə ekspertizasının dəyəri 114 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İİ cild 70-71-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X22 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 20 noyabr 2021-ci il tarixdə verilmiş, 4590 nömrəli məcburi-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İİ cild 72-73-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X22 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 02 dekabr 2021-ci il tarixdə verilmiş, 4842 nömrəli məcburi-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İİ cild 74-75-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X22 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 20 noyabr 2021-ci il tarixdə verilmiş, 4591 nömrəli məcburi-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 24-25-ci vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında 06 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin gün, saat 03:10-dan saat 03:20-dək olan müddət ərzində Təqsirləndirilən şəxs3 üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarın qabaq sağ yan cibində olan mobil telefon qabının arxasında 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə ittihamın əsasını təşkil edən narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış zamanı videoçəkiliş “Nikon” markalı aparat vasitəsilə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 53-54-cü vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında 06 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində qara rəngli qolsuz gödəkcəsi, boz rəngli cins şalvar, qara rəngli klassik ayaqqabı və göy rəngli uzunqol sviter olmuşdur. Şəxsi axtarış zamanı sonuncuya üzərində qanunla qadağan edilmiş hər hansı əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli cins şalvarın arxa sol cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü, qabaq sol cibindən 1 ədəd siqaret qutusunu və 1 ədəd alışqanı, qabaq sağ yan cibindən isə 24 ədədi 1 manatlıq, 9 ədədi 5 manatlıq və 1 ədədi 10 manatlıq olmaqla, ümumilikdə 79 (yetmiş doqquz) manatlıq pul əskinazını təqdim etmiş, habelə həmin bükülülərə baxış keçirildikdə isə hər birinin içərisində qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan bükülünün içərisindəki kütlənin nədən ibarət olduğunu bilmədiyini bildirmiş, habelə sonuncunun üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən qanunla qadağan olunmuş əlavə əşya və ya predmet aşkar olunmamış, daha sonra aşkar edilmiş predmetlər qablaşdırılmış, möhürləndikdən sonra iştirakçılar tərəfindən zərflər imzalanmışdır. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı videoçəkiliş “Nikon” markalı aparat vasitəsilə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 83-86-cı vərəqələrində olan baxış və şəxsi axtarış keçirilməsi və götürmə haqqında 06 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin gün, saat 17:54-dən saat 18:27-dək olan müddət ərzində Təqsirləndirilən şəxs1 yaşadığı Siyəzən şəhərinin M. Zəkiyev küçəsindəki 14 saylı evə qəfləti baxış keçirilərkən evin həyətində yerləşən hamamda stulun üzərində ittihamın əsasını təşkil edən 8 ədəd gümüşü rəngli kağız bükülülərdə və bir ədəd ağ rəngli kağız bükülüdə narkotik vasitə heroinə bənzər kütlələr, 1 ədəd qara rəngli bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə, 12 ədəd gümüşü rəngli yanmış kağız falqalar, 1 ədəd elektron tərəzi, 1 ədəd müştük formasında 1 manatlıq pul əskinazı, evin dəhlizində stulun üzərindən 1 ədəd metadon həbi aşkar olunaraq götürülmüşdür. Videoçəkiliş zamanı “Nikon” markalı aparatdan istifadə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 148-151-ci və İİ cild 76-99-cu vərəqələrində olan müvafiq olaraq 07 oktyabr 2021-ci il tarixli maddi sübut kimi tanımaq və 15 dekabr 2021-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,255 qram heroin kütləsi, 0,273 qram metamfetamin kütləsi, üzərində “Methadon” yazısı olan konvalyutda 1 ədəd üzərində “F/M40”yazısı həkk olunmuş metadon həbinin qalıq ½ hissəsi, 12 ədəd ”gümüşü” rəngli falqa kağız parçaları, bir ədəd tərəzi, üzəridə metamfetaminin izləri olan bir ədəd boruşəkilli formada bükülmüş 1 manatlıq pul əskinazı, Təqsirləndirilən şəxs3 götürülmüş qalıq çəkisi 0,128 qram və Təqsirləndirilən şəxs2 götürülmüş qalıq çəkisi 0,163 qram heroin kütlələri cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 üzərlərinə və X6 yaşadığı ünvana keçirimiş baxış görüntülərinin yaddaşına köçürüldüyü 3 ədəd, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil nömrələrə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası DİNin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, ümumilikdə 4 ədəd Kompakt disklər isə maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 1-3-cü vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 və 12 noyabr 2021-ci il tarixli tələbnamələrindən görünür ki, müvafiq olaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 18-ci vərəqəsində olan 06 oktyabr 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 137-138-ci vərəqələrindəki 07 oktyabr 2021-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Paşayev X13 RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 44-cü vərəqəsində olan 06 oktyabr 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 185-186-cı vərəqələrindəki 08 oktyabr 2021-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Siyəzən RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 214-215-ci vərəqələrindəki Siyəzən Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 4(059)-47/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 06 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 63-64-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs3 barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 65-66-cı vərəqələrində olan arayışdan, xasiyyətnamədən, eləcə də 67-ci vərəqədə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, himayəsində 01 iyun 2015-ci il təvəllüdlü Ümid və 08 sentyabr 2017-ci il təvəllüdlü Amid adında iki yetkinlik yaşına çatmamış övladı olmaqla, ünvan 6 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 68-69-cu vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 7 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs3 satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, daşıma, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma, qanunsuz olaraq narkotik vasitəni satma cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli isə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş və onlar müvafiq olaraq həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə az ağır kateqoriyadan olan cinayət əməlini törətməsini, gəncliyini və barəsində yaşayış yeri üzrə şikayət daxil olmamaqla, müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs3 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, əldə etməklə, daşıdığı narkotik vasitənin miqdarını, narkotik vasitənin qanunsuz dövriyyəsində iştirakını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs3 şəxsiyyətini, həmçinin barəsində əməlindən səmimi peşmançılıq hissi keçirməsi, gəncliyini və barəsində yaşayış yeri üzrə şikayət daxil olmamaqla, müsbət xarakterizə edilməsi kimi yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın 1/3 həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 06 oktyabr 2021-ci il tarixdən 07 oktyabr 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı bir gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs3 məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 15 mart 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 04 oktyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində yaşadığı Siyəzən şəhərinin M. Zəkiyev küçəsindəki 14 saylı evin qarşısında 10 manat müqabilində, qanunsuz olaraq, satış məqsədilə, şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 0,411 qram çəkidə narkotik vasitə olan heroini alması, 0,198 qramını 06 oktyabr 2021-ci il tarixdə, saat 01:00 radələrində yaşadığı Siyəzən şəhərinin H. Əliyev küçəsindəki 28 saylı evin qarşısında 10 manat müqabilində Təqsirləndirilən şəxs3 satması, bununla da öz şəxsi maraqlarını təmin etməsi, qalan 0,213 qramını isə üzərində saxlaması, 06 oktyabr 2021-ci il tarixdə saat 13:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsi məqsədilə gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın arxa sol cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə ümumi təmiz çəkisi 0,213 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə satmasını və satış niyyətini özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, sonuncunun hərəkətlərinin məqsədinin bir daha satış həyata keçirmək olmasına dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə az ağır kateqoriyadan olan cinayət əməlini törətməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olmasını, barəsində yaşayış yeri üzrə şikayət daxil olmamaqla, müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, haqq müqabilində əldə etdiyi narkotik vasitənin miqdarını, narkotik vasitəni təbliğ etməklə, qanunsuz dövriyyəsində marağı olub, bu marağını təmin etməsini, bununla da narkotik vasitənin yayılmasına şərait yaratmasını, ancaq, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, həmçinin yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddinin 1/2 hissəsinə yaxın həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 06 oktyabr 2021-ci il tarixdən 08 oktyabr 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 15 mart 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan əlavə, cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq, əldə etdiyi ümumi təmiz çəkisi 0,836 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 0,411 qramını 04 oktyabr 2021-ci il tarixdə yaşadığı Siyəzən şəhərinin M. Zəkiyev küçəsindəki 14 saylı evin qarşısında 10 manat müqabilində tanışı Təqsirləndirilən şəxs2 satması, bununla da öz şəxsi maraqlarını təmin etməsi, qalan 0,425 qramını 9 ədəd bükümlərə ayıraraq, yaşadığı evin həyətində yerləşən hamamda saxlaması, 06 oktyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı yaşadığı evə qəfləti baxış keçirilərkən, evin həyətində yerləşən hamamda stulun üzərində 8 ədəd gümüşü rəngli kağız bükülülərdə və bir ədəd ağ rəngli kağız bükülüdə, ayrı ayrılıqda təmiz çəkiləri 0,105, 0,052, 0,020, 0,014, 0,015, 0,032, 0,024 0,051 və 0,112 qram olmaqla, kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, 1 ədəd qara rəngli bükümdə ümumi təmiz çəkisi 0,323 qram olan psixotrop maddə olan metamfetaminin, üzərilərində heroin izləri olan 12 ədəd gümüşü rəngli yanmış kağız falqaların, 1 ədəd elektron tərəzinin, üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd müştük formasında 1 manatlıq pul əskinazının, yaşadığı evin dəhlizində stulun üzərindən 1 ədəd təsiredici maddəsinin miqdarı 0,04 metadon həbinin aşkar olunaraq götürülməsi, bu bükülülərin sayı, narkotik və psixotrop maddələrin çeşidləri, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə, habelə psixotrop maddə satmasını və satış niyyətini özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, sonuncunun hərəkətlərinin məqsədinin bir daha satış həyata keçirmək olmasına dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ilk dəfə az ağır kateqoriyadan olan cinayət əməlini törətməklə, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, həmçinin barəsində yaşayış yeri üzrə şikayət olmamaqla, müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, şəxsiyyətini, o cümlədən narkotik vasitəni təbliğ etməklə, qanunsuz dövriyyəsində iştirakını bununla belə yuxarıda qeyd olunan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddinin 1/2 hissəsinə yaxın həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 06 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,255 qram heroin kütləsi, 0,273 qram metamfetamin kütləsi, üzərində “Methadon” yazısı olan konvalyutda 1 ədəd üzərində “F/M40”yazısı həkk olunmuş metadon həbinin qalıq ½ hissəsi, 12 ədəd ”gümüşü” rəngli falqa kağız parçaları, bir ədəd tərəzi, üzəridə metamfetaminin izləri olan bir ədəd boruşəkilli formada bükülmüş 1 manatlıq pul əskinazı, Təqsirləndirilən şəxs3 götürülmüş qalıq çəkisi 0,128 qram və Təqsirləndirilən şəxs2 götürülmüş qalıq çəkisi 0,163 qram heroin kütlələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 üzərlərinə və X6 yaşadığı ünvana keçirimiş baxış görüntülərinin yaddaşına köçürüldüyü 3 ədəd, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil nömrələrə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası DİN-in Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, ümumilikdə 4 ədəd Kompakt disklər cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 202 (iki yüz iki) manat 70 (yetmiş) qəpik məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-347-ci, 349-cu, 351-353, 356, 358, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı 1 (bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs3 məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 06 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,255 qram heroin kütləsi, 0,273 qram metamfetamin kütləsi, üzərində “Methadon” yazısı olan konvalyutda 1 ədəd üzərində “F/M40”yazısı həkk olunmuş metadon həbinin qalıq ½ hissəsi, 12 ədəd ”gümüşü” rəngli falqa kağız parçaları, bir ədəd tərəzi, üzəridə metamfetaminin izləri olan bir ədəd boruşəkilli formada bükülmüş 1 manatlıq pul əskinası, Təqsirləndirilən şəxs3 götürülmüş qalıq çəkisi 0,128 qram və Təqsirləndirilən şəxs2 götürülmüş qalıq çəkisi 0,163 qram heroin kütlələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 üzərlərinə və X6 yaşadığı ünvana keçirimiş baxış görüntülərinin yaddaşına köçürüldüyü 3 ədəd, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil nömrələrə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası DİN-in Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, ümumilikdə 4 ədəd Kompakt disklər cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan cəmi 202 (iki yüz iki) manat 70 (yetmiş) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X5, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxslərə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar