Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-16/2025 27.05.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 27 may 2025-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxx 1990-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Siyəzən rayonun Qara Siyəzən kəndində qeydiyyatda olmaqla, yaşamış, barəsində Siyəzən Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 4(059)-10/2025 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda yəni 0,161 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış və 25 oktyabr 2024-cü il tarixdə, saat 02:25-də tanışı X2 yaşadığı ünvan 1 ünvanında olan zaman Siyəzən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin ünvana baxış keçirildikdən sonra, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq, üzərində şəxsi axtarış aparılan zaman həmin çəkidə psixotrop maddə metamfetamin əynində olan qara rəngli şalvarın sağ cibindən 1 ədəd bükümün içərisində aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 5-6 ay öncəyə kimi narkotik vasitələrdən istifadə etsə də, sonrada reabilitasiya mərkəzinə müalicə almaqla bərabər bu pis vərdişindən uzaqlaşmışdır. Bundan başqa, 25 oktyabr 2024-cü il tarixindən təxminən bir-iki gün öncə yaşadığı kəndin dayanacağından içərisində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olan bükülü tapıb, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bununla yanaşı, 25 oktyabr 2024-cü il tarixdə futbol oyununa baxmaq məqsədi ilə babasıgilin qonşusu olan Nizam Qurbanovun yaşadığı evə getmiş, habelə həmin vaxt tapdığı vasitələr üzərində olmuşdur. Beləliklə, bir qədər sonra Nizam Qurbanovun yaşadığı evə daxil olmuş polis əməkdaşları evə baxış, üzərilərində isə şəxsi axtarış keçirərkən, təklif əsasında içərisində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olan bükülüləri əynində olan şalvarın cibindən çıxardaraq təqdim etmişdir. Qeyd edir ki, tapdığı vasitələrdən istifadə etməsə də, fürsət yarandığı təqdirdə Nizam Qurbanovun yaşadığı evdə sonuncu və orada olan digər iki nəfər ilə birlikdə istifadə etmək niyyətində olmuşdur. Bununla belə, hazırda əməlindən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs rayon sakini kimi hadisədən əvvəl də tanımış, habelə sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, 25 oktyabr 2024-cü il tarixdə Nizam Qurbanovun yaşadığı evdə Hənifə Hüseynzadə, Təqsirləndirilən şəxs və Tural Nurullayev ilə birlikdə narkotik vasitə istifadə etmələri barədə əməliyyat aparatına daxil olmuş məlumat əsasında əməliyyat qrupa yaradılmış, habelə qrupun tərkibinə o, CAB-ın əməliyyat müvəkkili Alik İsmayılov və bir neçə polis nəfəri daxil olmuşdur. Beləliklə, həmin tarixdə Müdafiəçi ilə birlikdə Nizam Qurbanov yaşadığı evə getmişlər. İlk olaraq evə keçirilən baxış zamanı Tural Nurullayev masanın üzərindən aşkar edilmiş predmetlərin ona məxsus olmasını bildirmiş, daha sonra şəxslərin üzərində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif əsasında əynində olan qara rəngli şalvarın sağ cibindən içərisində əlavə iki ədəd büküm olan bir ədəd bükümü təqdim etmişdir. Təqdim edilmiş bükülülərə müstəntiq tərəfindən baxış keçirilən zaman isə bükülülərdən birinin içərisindən psixotrop maddə metamfetaminə və digərini içərisindən isə narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmiş, habelə bu bükülülər boş zərfdə qablaşdırılmaqla, müvafiq sənədləşmə işləri aparılmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 47-48-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2024-cü il tarixli, 6/5005 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 96 nömrəli möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş.... müstəntiq (imza) A. Əmirov” yazısı və imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,161 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,018 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,111 qram, 0,1 qram sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,008 qram təşkil etmişdir. Cinayət işinin 46-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 132-133-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 19 noyabr 2024-cü il tarixdə verilmiş 7362 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 25-28-cı vərəqələrində olan 25 oktyabr 2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan, eləcə də, işin 29-cu vərəqəsindəki məhkəmə iclasında tədqiq edilmiş bir ədəd kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, 25 oktyabr 2024-cü il tarixdə, saat 02:25-dən 03:11-dək olan müddət ərzində, X3 razılıq ərizəsi əsasında sonuncunun yaşadığı ünvan 3 ünvanına baxış keçirilərkən ittihamın əsasını təşkil edən psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən bir ədəd gümüşü rəngli folqanın içərisindəki bir ədəd qızılı rəngli folqanın içərisindən aşkar edilərək götürülmüşdür. Eyni zamanda, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən bir ədəd gümüşü rəngli folqanın içərisindəki bir ədəd gümüşü rəngli folqanın içərisindən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Şəxsi axtarış və baxış zamanı “İphone” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 153-165-ci vərəqələrində olan 27 dekabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış, barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0, 111 qram psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,008 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş, həmçinin 25 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və X2 yaşadığı Siyəzən şəhərinin İsmət Qayıbov küçəsindəki 50 nömrəli evə baxış keçilməsi prosesinin video görüntüsünün köçürüldüyü 1 ədəd kompakt disk də iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 83-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 noyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 10-cu vərəqəsində olan 25 oktyabr 2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan, eləcə də, işin 19-cu səhifəsindəki eyni tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 02:25-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 70-ci vərəqəsində olan 26 oktyabr 2024-cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:00-da Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 4(059)-10/20225 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15 mart 2025-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 1(059)-15/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 4(059)-10/20225 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınaraq, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 102-103-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən rayonun Siyəzən kəndində qeydiyyatda olmaqla, yaşamış Təqsirləndirilən şəxs kəndə yaşadığı müddət ərzində əhali arasında özünü sakit tərzdə aparmaqla bərabər, intizamlıdır, onun barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Beşdam kənd İƏD nümayəndəliyinə ərazidə yaşayan sakinlər tərəfindən hər-hansı bir şikayət xarakterli müraciət daxil olmamış, nümayəndəliyin Təqsirləndirilən şəxs barəsində fikri müsbətdir. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəza təyin edərkən onun gənc yaşda olmasını, eləcə də, yaşadığı yer üzrə barəsində şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edilməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, satış məqsədi ilə olmasa da, üzərində qanunsuz olaraq xeyli miqdardan artıq miqdarda psixotrop maddə metamfetamini və az miqdarda narkotik vasitə heroini əldə edib, saxlamaqla, daşımasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməsini, tərəfindən yenidən qəsdən bu dəfə mülkiyyət əleyhinə olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, hüquqazidd əməllərini son zamanlara qədər davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən cinayət əməli törətməsinə, həmçinin hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 1/3 hissəsinə yaxın həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırmanövündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2024-cü il, saat 02:25-dən 26 oktyabr 2024cü il, saat 19:00-a dək həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 may 2025-ci il tarixdən hesablanmalı və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan digər cinayət işi Siyəzən Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli qərarı ilə “həbs” növündə qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin İV və Vİ hissələrinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,111 qram psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,008 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut 25 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və X2 yaşadığı Siyəzən şəhərinin İsmət Qayıbov küçəsindəki 50 nömrəli evə baxış keçilməsi prosesinin video görüntüsünün köçürüldüyü 1 ədəd kompakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 may 2025-ci il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan digər cinayət işi üzrə Siyəzən Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli qərarı ilə “həbs” növündə qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,111 qram psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,008 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut 25 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və X2 yaşadığı Siyəzən şəhərinin İsmət Qayıbov küçəsindəki 50 nömrəli evə baxış keçilməsi prosesinin video görüntüsünün köçürüldüyü 1 ədəd kompakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Quluzadə
Məhkəmə qərarları › İş №1(059)-16/2025
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-16/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver