Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-17/2022 10.03.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 10 mart 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxx 1959-cu il tarixdə, Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, X11 X8 Hüquqi şəxsinin Ailə sağlamlıq Şöbəsində bölmə müdiri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 308.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 24 avqust 2011-ci il tarixdən 01 may 2020-ci il tarixədək Siyəzən Rayon Mərkəzi Poliklinikasının Terapiya şöbəsinin müdiri vəzifəsində işləyərkən, həmçinin Siyəzən rayon Mərkəzi Poliklinikasının baş həkim əvəzi olduğu dövrdə qəbul etdiyi 2017-ci il üçün “Həkim Məsləhət Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında” 05 yanvar 2017-ci il tarixli və 2018-ci il üçün “Həkim Məsləhət Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında” 04 yanvar 2018-ci il tarixli əmrləri ilə HMK-nın üzvü olduğu dövrlərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi haqqında” 08 yanvar 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında” Təlimata uyğun olaraq əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xəstəlik vərəqəsi vermək, xəstəlik vərəqəsinin müddətini artırmaq və digər təşkilati-sərəncamverici funksiyalara malik maddi məsul vəzifəli şəxs qismində yaxın ailəvi dostluq münasibətlərində olduğu Siyəzən şəhəri 6 saylı məktəb-liseyin direktoru vəzifəsində işləmiş X1 yolu ilə təhrikinə əsasən vahid niyyətlə öz xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, Azərbaycan Respublikasının Səhiyyə nazirinin 11 mart 2011ci il tarixli, 30 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim Məsləhət Komissiyası haqqında” əsasnamənin, “Əmək qabiliyyətinin olmamaq vərəqələrinin təmin edilməsi, qeydiyyatı və saxlanılması qaydası haqqında“ təlimatın, “Əmək qabiliyyəti olmamaq vərəqəsinin doldurulması haqqında” qaydaların tələblərinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 yanvar 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında” təlimatın tələblərinə zidd olaraq Siyəzən şəhəri 6 saylı məktəb-liseyin müəllimi vəzifəsində işləyən və hər hansı xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini müvəqqəti itirməmiş Şahid4 şəxsən müraciəti olmadan və onu real olaraq müayinə və müalicə etmədən, barəsində obyektiv, laborator və instrumental müayinələr aparmadan sonuncunun adına rəsmiləşdirilən və rəsmi sənəd hesab olunan 490800 nömrəli əmək qabiliyyətini olmaması vərəqəsinə və ambulator xəstənin tibbi kartasına guya sonuncuya 01 aprel 2017-ci il tarixdən 31 may 2017-ci il tarixə kimi olan dövrdə “hipertoniya” xəstəliyi diaqnozunun təyin edilməsi və onun bu səbəbdən həmin dövrlərdə əmək qabiliyyətinin itirməsi kimi, Siyəzən şəhəri 6 saylı məktəb-liseyin müəllimi vəzifəsində işləyən və hər hansı xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini müvəqqəti itirməmiş Şahid3 şəxsən müraciəti olmadan və onu real olaraq müayinə və müalicə etmədən, barəsində obyektiv, laborator və instrumental müayinələr aparmadan sonuncunun adına rəsmiləşdirilən və rəsmi sənəd hesab olunan 941060, 941574, 21076, 212229 nömrəli əmək qabiliyyətinin olmaması vərəqələrinə və ambulator xəstənin tibbi kartasına guya onun 04 yanvar 2018-ci il tarixdən 01 mart 2018-ci il tarixə kimi olan dövrdə “yarımkəskin gedişli aktiv faza revmatizm” xəstəliyinin müəyyən edilməsi, 02 aprel 2018-ci il tarixdən 30 may 2018-ci il tarixədək “eroziv qastritin kəskinləşməsi” diaqnozunun təyin edilməsi və onun bu səbəbdən həmin dövrlərdə əmək qabiliyyətinin itirməsi kimi Siyəzən şəhəri 6 saylı məktəb-liseyin müəllimi vəzifəsində işləyən və hər hansı xəstəliyi ilə əlaqədar olaraq əmək qabiliyyətini müvəqqəti itirməmiş Şahid6 şəxsən müraciəti olmadan və onu real olaraq müayinə və müalicə etmədən, barəsində obyektiv, laborator və instrumental müayinələr aparmadan sonuncunun adına rəsmiləşdirilən və rəsmi sənəd hesab olunan 740834, 941573, 941054 nömrəli əmək qabiliyyətini olmaması vərəqələrinə və ambulator xəstənin tibbi kartasına guya onun 20 noyabr 2017-ci il tarixdən 01 mart 2018-ci il tarixə kimi olan dövrdə “xroniki pielonefritin kəskinləşməsi” kimi, 02 aprel 2018-ci il tarixdən 31 may 2018-ci il tarixə kimi olan dövrdə “xroniki pielonefritin kəskinləşməsi” diaqnozunun təyin edilməsi və onun bu səbəbdən həmin dövrlərdə əmək qabiliyyətinin itirməsi kimi Siyəzən şəhəri 6 saylı məktəb-liseyin müəllimi vəzifəsində işləyən və hər hansı xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini müvəqqəti itirməmiş Şahid7 şəxsən müraciəti olmadan və onu real olaraq müayinə və müalicə etmədən, barəsində obyektiv, laborator və instrumental müayinələr aparmadan sonuncunun adına rəsmiləşdirilən və rəsmi sənəd hesab olunan 740966, 941074 nömrəli əmək qabiliyyətini olmaması vərəqələrinə və ambulator xəstənin tibbi kartasına guya onun 27 noyabr 2017-ci il tarixdən 28 yanvar 2018-ci il tarixə kimi olan dövrdə “xroniki sistitin kəskinləşməsi” diaqnozunun təyin edilməsi və onun bu səbəbdən həmin dövrlərdə əmək qabiliyyətinin itirməsi kimi Siyəzən şəhəri 6 saylı məktəb-liseyin müəllimi vəzifəsində işləyən və hər hansı xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini müvəqqəti itirməmiş X4 şəxsən müraciəti olmadan və onu real olaraq müayinə və müalicə etmədən, barəsində obyektiv, laborator və instrumental müayinələr aparmadan sonuncunun adına rəsmiləşdirilən və rəsmi sənəd hesab olunan 740965, 210206, 212248, 941075 nömrəli əmək qabiliyyətini olmaması vərəqələrinə və ambulator xəstənin tibbi kartasına guya onun 27 noyabr 2017-ci il tarixdən 28 yanvar 2018-ci il tarixə kimi olan dövrdə “xroniki eroziv qastritin kəskinləşməsi” diaqnozunun təyin edilməsi və onun bu səbəbdən həmin dövrlərdə əmək qabiliyyətinin itirməsi kimi yalan məlumatları bilə-bilə özü şəxsən daxil edərək, eyni şəxslər barəsində onun tərəfindən mütəmadi olaraq xəstəlik vərəqələrinin açılmasına görə yarana biləcək şübhələri öz üzərindən yayındırmaq məqsədi ilə Şahid3 31 may 2018-ci il tarixdən 14 iyun 2018-ci il tarixədək olan dövrdə “kəskin respirator xəstəlik” diaqnozunun təyin edilməsi və onun bu səbəbdən həmin dövrlərdə əmək qabiliyyətinin itirməsi barədə, 01 oktyabr 2018ci il tarixdən 10 noyabr 2018-ci il tarixədək olan dövrdə isə “ensede kardinal tip” diaqnozunun təyin edilməsi və onun bu səbəbdən həmin dövrlərdə əmək qabiliyyətinin itirməsi barədə, X5 01 oktyabr 2018-ci il tarixdən 10 noyabr 2018-ci il tarixə isə “xroniki pilosistitin kəskinləşməsi” diaqnozunun təyin edilməsi və onun bu səbəbdən həmin dövrlərdə əmək qabiliyyətinin itirməsi barədə Siyəzən şəhəri 6 saylı məktəb-liseyin müəllimi vəzifəsində işləyən və hər hansı xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini müvəqqəti itirməmiş Şahid5 şəxsən müraciəti olmadan və onu real olaraq müayinə və müalicə etmədən, barəsində obyektiv, laborator və instrumental müayinələr aparmadan sonuncunun adına rəsmiləşdirilən və rəsmi sənəd hesab olunan 490933 nömrəli əmək qabiliyyətini olmaması vərəqəsinə və ambulator xəstənin tibbi kartasına guya onun 07 may 2017-ci il tarixdən 31 may 2017-ci il tarixə kimi olan dövrdə “bronxit kəskinləşməsi” diaqnozunun təyin edilməsi və onun bu səbəbdən həmin dövrlərdə əmək qabiliyyətinin itirməsi barədə, Şahid6 31 may 2018-ci il tarixdən 14 iyun 2018-ci il tarixədək olan dövrdə isə “xroniki abstraktı bronxitin kəskinləşməsi” diaqnozunun təyin edilməsi və onun bu səbəbdən həmin dövrlərdə əmək qabiliyyətinin itirməsi barədə yalan məlumatların isə onların şəxsən müraciəti olmadan və real olaraq müayinə və müalicə etmədən, barəsində obyektiv, laborator və instrumental müayinələr aparmadan onların adına rəsmiləşdirilən və rəsmi sənəd hesab olunan nömrəli əmək qabiliyyətini olmaması vərəqələrinə və ambulator xəstənin tibbi kartalarına həmin dövrdə şöbə müdiri olduğu və bilavasitə onun tabeliyində işləyən Siyəzən Rayon Mərkəzi Poliklinikasının terapiya şöbəsinin həkim-terapevti vəzifəsində işləyən, cinayətdən xəbərsiz Şahid2 guya həmin xəstələri özü şəxsən müayinə etməsi, iş çoxluğu ilə əlaqədar olaraq sənədləri yazmağa vaxtının olmaması ilə aldadaraq sonuncunun xətti ilə yazılmasına və imzalanmasına nail olaraq, həmçinin 6 gündən artıq davam edən xəstəlik vərəqəsinin müddətinin uzadılması haqqında ambulator tibbi kartalara həmin dövrdə Siyəzən Rayon Mərkəzi Poliklinikasının baş həkimi, eyni zamanda Həkim Məsləhət Komissiyasının sədri olan, cinayətdən xəbərsiz Şahid1 tərəfindən HMKnın ştampının vurularaq onun və Həkim Məsləhət Komissiyasının digər üzvləri olan həkimlər tərəfindən imzalanması yolu ilə nail olmuş və həmin hərəkətləri ilə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar qeydiyyatın şəffaflığı və bundan sui-istifadənin qarşısının alınması ilə əlaqədar səhiyyə qurumunun fəaliyyətini pozmaqla, dövlətin səhiyyə sahəsində müəyyən edilmiş istiqamətləri üzrə inkişafın təmin edilməsi, səhiyyə sahəsində dövlət tənzimlənməsini və səhiyyədə keyfiyyətin təmin edilməsi məsələlərinə dair qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 1988-ci ildən Siyəzən rayon X3-terapevt vəzifəsində, 24 avqust 2011-ci il tarixdən həmin poliklinikanın Terapiya şöbəsinin müdiri vəzifəsində işləsə də, 01 may 2020-ci il tarixdən hal-hazıradək “X7 Mərkəzi” X15in ASM şöbəsində bölmə müdiri vəzifəsində çalışmağa başlamışdır. O, Terapiya şöbəsinin müdiri olmaqla yanaşı, həm də poliklinikada Həkim Məsləhət Komissiyasının üzvüdür. Səhiyyə Nazirliyinin müvafiq normativ aktlarına əsasən hər bir həkimin, həmçinin onun xəstəyə 6 gün müddətinə ilkin əmək qabiliyyəti olmamağı barədə vərəqə vermək səlahiyyəti vardır. Xəstənin vəziyyəti qənaətbəxş olmadığı hallarda əlavə 6 gündən sonra həkimin müstəqil olaraq bülleteni uzatmaq səlahiyyəti yoxdur, belə olan halda HMK-nın qərarına əsasən bülletendə olma müddəti maksimum 10 günədək müddətdə bir neçə dəfə uzadıla bilər. Xəstəliklərdən asılı olaraq 6 ayadək (vərəm xəstəliyi istisna olmaqla) bülletendə olma müddətləri uzadıla bilər, 6 aydan sonra isə xəstə öz iradəsinə uyğun olaraq əlilliyin mövcud təzahürləri olduğu halda öz istəkləri ilə tibbi sosial ekspertiza komissiyasına təqdim oluna bilərlər. Siyəzən şəhəri 6 saylı məktəb-liseyin sabiq direktoru X10 ilə çox yaxın və səmimi ailəvi dostluq münasibətləri olmuş, sonuncu ilə bir-birilərinə işləri və ailələri ilə bağlı problemləri olanda kömək üçün müraciət etmiş və Yeganə Əliyeva halhazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Yeganənin direktoru olduğu məktəbin müəllimləri müxtəlif vaxtlarda səhhəti ilə əlaqədar bülletenə çıxanda, sonuncu məktəb direktoru kimi ona zəng edərək həmin müəllimlərin adına xəstəlik tarixi açmasını xahiş etmiş və o da, Yeganənin həmin xahişinə əsasən adlarını hazırda xatırlamadığı müəllimlərə xəstəlik vərəqəsi vermişdir. Həmin müəllimlərin bəzilərinə açılan xəstəlik vərəqələrində imzalar həkim-terapevt Şahid2 məxsus olsa da, terapiya şöbəsinin müdiri kimi ambulator kartalarda həmin qeydlərin aparılmasını sonunucuya o, tapşırmışdır. Belə ki, Yeganənin Sevda ilə heç bir ünsiyyəti olmamaqla yanaşı, sonuncuya həmin xəstələri müayinə etdiyini bildirib, şöbə müdiri kimi həmin kartalara müvafiq qeydlərin daxil etməsini tapşırdığından, sonuncunun bütün bunlardan xəbəri olmamışdır. Habelə, Sevdadan iş qrafikinin çoxluğu ilə əlaqədar əmək qabiliyyətinin olmaması vərəqlərinin bəzilərini imzası və xətti ilə yazmasını xahiş etmiş, sonuncu da göstərişinə əsasən həmin kartaları yazdığından, əslində həmin müəllimlərin xəstəlik tarixi açılması haqqında müraciətlərinin olmamasını bilməmişdir. Həmçinin, əmək qabiliyyətinin olmaması müddətinin uzadılması HMK-nın qərarına əsasən edilmişdir. HMK-nın sədri Şahid1 əmək qabiliyyətinin olmaması müddətinin uzadılması zamanı xəstələri özü şəxsən görməmiş, sonuncu həkimlərə inanmış və elə xəstələr olmuşdur ki, onlar səhhəti ilə əlaqədar olaraq xəstəxanaya gələ bilmədiyindən, şöbə müdiri olaraq Şahid1 yanına gedib, həmin xəstələri müayinə etdiyini, səhhəti ilə əlaqədar gələ bilmədiklərini bildirmişdir. Şahid1 də ambulator kartalarda olan qeydlərin əsasında HMK-nın üzvlərinin fikirlərinə əsasən həmin xəstəlik müddətini uzatmışdır. Şahid3, Şahid6, Şahid4, X9, Şahid5 və Şahid7, eləcə də hər hansı bir xəstə və ya bülletenə çıxmaq istəyən vətəndaş şəxsiyyətini təsdiq edən sənədlə bəzən telefonla, bəzən də şəxsən poliklinikaya gəldiklərində həmin xəstəyə bülleten açılmışdır. Yeganə Əliyeva ilə yaxın münasibəti olmasına görə ola bilər ki, adlarını qeyd etdiyi müəllimlər ona Yeganə vasitəsilə zəng elətdirib, adlarına bülleten açdırmışlar. Bəzi müəllimələr Yeganənin onunla və Sevda ilə yaxın münasibəti olduğunu bilmişlər. Şahid3, Şahid6, Şahid4, X9, Şahid5 və Şahid7 da həkim müayinəsindən keçmədən adlarına bülleten açılmasını Yeganənin xahişi ilə etmiş, HMK-nın sədri Şahid1 və həkim terapevt Şahid2 müəllimləri faktiki olaraq müayinə etmədən xəstəlik tarixinin açılmasından xəbərləri olmamışdır. Müəllimlərin adına mütəmadi olaraq öz adı ilə xəstəlik tarixi açılmasından şübhə yaranmasın deyə, Sevdaya, müəyyən xəstələri özünün müayinə etdiyini bildirib, işlərinin çox olması səbəbi ilə ambulator kartalarda qeydiyyat aparmasını və xəstəlik tarixini onun adından açılmasını xahiş etmiş, habelə Sevda işçisi olduğundan bütün xahişlərini sözsüz əməl etmişdir. Sevdanın və Əhməd həkimin bu məsələlərin əsl mahiyyətindən xəbəri olmamışdır. Belə ki, xəstənin xəstəlik tarixini özü tərtib etmiş və baş həkimə imzaladıb, xəstəyə də özü vermişdir. Amma, Şahid5, Zahirə Sadirova, Şahid3 və Şahid6 barəsində olan bülletenlərin və ambulator kartlarada xəstəlik diaqnozlarının bir qismini Sevdanın imzası və xətti ilə qeyd etdirmişdir. Sevdanın əslində həmin müəllimləri müayinə etmədən xəstəlik vərəqəsi açılmasından xəbəri olmamışdır. Bu xəstəlik vərəqələrini Yeganə Əliyevaya bəzən şəxsən, bəzən də onun katibəsi vasitəsilə göndərmişdir. Yeganənin müəllimləri nə məqsədlə bülletenə çıxarmasından və bülleten pulunu kimin almasından da məlumatı olmamışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməklə, kifayət qədər yaşlı olmasının nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, 2011-ci ilin may ayında struktur dəyişikliyi ilə əlaqədar olaraq Siyəzən rayon Mərkəzi Xəstəxanası, Siyəzən Rayon Mərkəzi Poliklinikasına çevrilmiş, həmçinin, o, 2011-ci ilin dekabr ayından 08 fevral 2016-cı il tarixə kimi Siyəzən rayon X3 endokrinoloq, 09 fevral 2016-cı il tarixdən isə baş həkim vəzifəsində işləmişdir. 2020-ci ilin aprel ayından “TƏBİB”in qərarı ilə Siyəzən rayon Mərkəzi Poliklinikası qoşulma yolu ilə Siyəzən RMDM-ə birləşdirilmiş, habelə o, 01 may 2020-ci il tarixdən 28 fevral 2021-ci il tarixədək baş həkim vəzifəsində qalsa da, 01 mart 2021-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. O, tibb müəssisəsinin rəhbəri olarkən vəzifəsi müəssisəsinin fəaliyyətinə rəhbərlik etmək, əhaliyə keyfiyyətli müvafiq sahə üzrə tibbi xidmətin göstərilməsi, inzibati təsərrüfat və maliyyət fəaliyyətini təşkil etmək, müəssisəsinin fəaliyyətinin təhlilini həyata keçirmək və sairə olmuşdur. Həmçinin, o, poliklinikanın baş həkimi kimi Həkim Məsləhət Komissiyasının sədri vəzifəsini həyata keçirmiş, xəstəyə əmək qabiliyyətinin olmaması haqqında vərəqə sahə həkimi tərəfindən 2 dəfə, hər dəfə 3 gün olmaqla verilmiş, 6 gündən 6 ayadək müəssisənin həkimləri tərəfindən təşkil edilmişdir. Həkim Məsləhət Komissiyasının funksiyalarına xəstəyə müəyyən olunmuş diaqnozun aparılmış müayinələrin və müalicənin düzgünlüyünə, əmək qabiliyyəti olmamaq vərəqələrinin verilməsini əsaslılığına nəzarət edilməsi müalicə həkimi tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması vərəqələrinin müddətinin qanunvericiliklə müəyyən edilmiş qaydada artırılması daxildir. Qeyd etdiyi kimi xəstənin 6 gün əmək qabiliyyətinin olmaması vərəqəsini sahə həkimi açır, həmçinin xəstələrin bülleteni həkimlər tərəfindən gətirildiyindən, o, həmin xəstələri görmür. Xəstələrin bülleteni həkim tərəfindən ona məruzə edilir, bu vaxt xəstəyə açılmış ambulator karta ona təqdim edildikdən sonra xəstənin bülleteninə möhür vurulur. Hər hansı xəstənin xəstəlik müddəti 6 gündən artıq uzadıldığı təqdirdə, bu vaxt həmin xəstənin sənədlərinə 3-4 nəfərdən ibarət Həkim Məsləhət Komissiyasının üzvlərinin iştirakı ilə baxış keçirilmiş, habelə o, üzvlərə dəqiq və işlərində məsuliyyətlə çalışdıqları üçün onlara inanmışdır. Bu səbəbdən də, ona təqdim edilmiş sənədlərin çoxluğu ilə əlaqədar həmin sənədlərə möhür vurmuşdur. Bundan əlavə, qaydalara əsasən onun HMK-nın sədri kimi xəstəni şəxsən müayinə etmək məcburiyyəti olmamışdır. Siyəzən rayon 6 saylı məktəb-liseyin müəllimləri Şahid5, Zahirə Sadirovanı, Şahid3, Şahid6, Şahid4, Şahid7 şəxsən müayinə və müalicə etmədiyindən terapiya şöbəsinin müdiri Təqsirləndirilən şəxs tərəfindən əmək qabiliyyətinin olmaması haqqında bülletenlərin açılmasından onun xəbəri olmamışdır. O, uzun müddət səhiyyə sahəsində xidmət etmiş, təcrübəli həkim Təqsirləndirilən şəxs inanmış və sonucunun bu sahədə hər hansı bir qanunsuzluq edəcəyinə inanmamışdır. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs təqdim etdiyi xəstəlik vərəqələrinin uzadılması haqqında ambulator kartalara HMK-nın möhürünü vurmuşdur. Onun baş həkim kimi iş yükü həddindən artıq çox olduğundan, eyni zamanda rəhbərlik etdiyi xəstəxanada işlədiyi müddətdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə vərəqələrin verilməsi ilə bağlı heç bir neqativ halla rastlaşmadığından bununla bağlı onda şübhə yaranmamışdır. O, işlədiyi müddət ərzində Siyəzən rayon səhiyyəsində heç bir qanunsuzluqlara yol verməmişdir. Bundan əlavə, rəhbərlik etdiyi işçilər tərəfindən də qanunsuz hərəkət edilməsinin şahidi olsaydı şəxsən özü onun qarşısını alardı. Həmçinin, Həkim Məsləhət Komissiyasında xəstənin əmək qabiliyyətinin olmaması müddətinin uzadılması məsələsinə baxılarkən xəstənin özü həmin HMK-nın iclasında iştirak etməmişdir. Bundan başqa, o, Yeganə Əliyevanı məktəb direktoru kimi tanısa da, onunla yaxın münasibəti olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, 1996-cı ilin avqust ayından Siyəzən rayonu Mərkəzi Xəstəxanasında, daha sonra Siyəzən rayon Mərkəzi Poliklinikasında, “Siyəzən MDM” X15 ailə sağlamlıq mərkəzində həkim işləyir. Hər bir bülletenə çıxmış şəxs ilkin olaraq poliklinikaya müraciət etməli, bundan sonra həkim müayinəsindən keçməli, ilkin olaraq həkim onu görüb müayinə etdikdən sonra, bülleten açılmalı və adlarına bülleten açılmış hər bir şəxsin bu barədə məlumatı olmalıdır. 6 saylı məktəb-liseyin müəllimləri Şahid3, X9, Şahid5 və Şahid7 adından əmək qabiliyyətinin olmaması vərəqlərinin açılması və onların ambulator kartalarında imzasının olması ilə bağlı bildirir ki, Siyəzən rayon Mərkəzi poliklinikasının Terapiya şöbəsinin müdiri, eyni zamanda Həkim Məsləhət Komissiyasının üzvü olan Təqsirləndirilən şəxs özü müayinə etdiyi xəstələrin adına əmək qabiliyyətinin olmaması vərəqlərinin açılması və onların ambulator kartalarında müvafiq qeydlərin aparılmasını işinin çox olması səbəbindən ona tapşırdıqda, o, həmin vərəqələri doldurub, ambulator kartalara müvafiq qeydlər aparmışdır. Təqsirləndirilən şəxs özü HMK-nın üzvü olduğundan həmin xəstələrin əmək qabiliyyətinin olmaması vərəqələrinin müddətini özü uzatmış və sonuncu xəstəni müayinə etmədən, özünün müraciəti olmadan onun barəsində əmək qabiliyyətinin olmaması vərəqəsi aça bilməzdir. Belə ki, hər hansı bir xəstə, bülletenə çıxmaq istəyən vətəndaş şəxsiyyətini təsdiq edən sənədlə birlikdə həkim müayinəsindən keçməsə, onlar xəstə olmasa, əmək qabiliyyətinin olmaması vərəqəsi (bülleten) açılmır. Şahid3, Şahid6, Şahid4, X9, Şahid5 və Şahid7 da həkim müayinəsindən keçib, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə onların xəstəliyi Töhfə xanım tərəfindən müəyyən edilmiş, ondan sonra onlara bülleten açılmışdır. Ona görə ki, əgər hər hansı bir xəstə poliklinikada həkim müayinəsindən keçməyibsə, onda ona heç vaxt bülleten açılmır. Həmin müəllimlərin onunla hər hansı bir düşmənçilikləri olmamış, Yeganə Əliyevanı məktəb direktoru, habelə Siyəzən rayon sakini kimi tanısa da, onunla şəxsi münasibəti olmamış, həmçinin Təqsirləndirilən şəxs həmin müəllimləri faktiki müayinə etmədiyini, onların adına Yeganənin sözlərinə əsasən bülleten açılmasından xəbəri olmamışdır. Çünki, belə bir fakt ona məlum olsa idi, o, heç vaxt həmin ambulator kartaları xətti ilə yazmazdı. Təqsirləndirilən şəxs onun rəhbəridir deyə, ona inanmış və onun qanuni tapşırıqlarını icra etmişdir. Həmçinin, həmin xəstələrin bülletendə olma müddəti baş həkim Şahid1 tərəfindən təsdiq edildiyindən onda hər hansı bir şübhə yaranmamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, o, 2009-cu ildən halhazıradək olan müddət ərzində Siyəzən şəhəri 6 saylı məktəb-liseydə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləməklə, bu müddət ərzində bir dəfə də olsun səhhəti ilə əlaqədar olaraq bülletenə çıxmamış və bununla bağlı Siyəzən rayon mərkəzi poliklinikasına müraciət etməmişdir. Siyəzən şəhəri, 6 saylı məktəb-liseyin sabiq direktoru Yeganə Əliyeva onu və məktəbin bir çox müəllimlərini onların xəbəri olmadan qanunsuz olaraq bülletenə çıxarmış, xəbəri olmadan qanunsuz olaraq bülletenə çıxarılmasından isə ayın sonunda maaşını alarkən kartına pul köçməyəndə xəbəri olmuşdur. O, Yeganə Əliyevaya müraciət edib, əmək haqqının niyə köçürülmədiyini soruşduqda, sonuncu ona bülletendə olduğunu, ona görə də bülleten pulu alacağını bildirmişdir. Yeganə Əliyeva qalmaqallı insan olduğuna görə o, ona öz etirazını bildirə bilməmiş, hətta, qanunsuz olaraq bülletendə olduğu müddətdə bəzi vaxtlarda jurnalı öz xətti ilə yazmağa icazə verməmişdir. O, əmək stajı çox olduğuna görə bülletendə olarkən əmək haqqını yüz faiz həcmində aldığından Yeganə Əliyeva onu qanunsuz bülletenə çıxarmışdır. Qanunsuz bülletendə olduğu müddətdə dərslərini özü tədris etmişdir. O, Siyəzən rayon Mərkəzi Poliklinikasından heç kimi tanımamış və xəstəliyi ilə əlaqədar olaraq da heç bir həkimə müraciət etməmişdir. Hətta o, Təqsirləndirilən şəxs və Şahid2 adlı həkimləri belə tanımır. O, 04 yanvar 2018-ci il tarixdən 01 mart 2018-ci il tarixə kimi olan dövrdə guya “revmatizm aktiv faza yarımkəskin gedişli”, 02 aprel 2018-ci il tarixdən 14 iyun 2018-ci il tarixədək olan dövrdə “eroziv qastritin kəskinləşməsi”, 01 oktyabr 2018-ci il tarixdən 01 noyabr 2018-ci il tarixədək olan dövrdə isə “ensede kardinal tip” diaqnozu ilə bülletendə olmuşdur. Halbuki, onun elə bir xəstəlikləri olmamışdır. Yeganə Əliyeva onu bülletenə çıxardığı dövrdə o, dərsi özü şəxsən tədris etmiş və jurnallarda olan qeydlər onun öz xətti ilə yazılmışdır. Məhkəmə istintaqı zamanı Şahid8 ifadəsində göstərdi ki, o, 2009-cu ildən halhazıradək olan müddət ərzində Siyəzən şəhəri 6 saylı məktəb-liseydə ingilis dili müəllimi işləməklə, bu müddət ərzində bir dəfə də olsun səhhəti ilə əlaqədar olaraq bülletenə çıxmamış və bununla bağlı Siyəzən rayon mərkəzi poliklinikasına müraciət etməmişdir. Siyəzən şəhəri, 6 saylı məktəb-liseyin sabiq direktoru Yeganə Əliyeva onu və məktəbin bir çox müəllimlərini onların xəbəri olmadan qanunsuz olaraq bülletenə çıxarmış, xəbəri olmadan qanunsuz olaraq bülletenə çıxarılmasından isə ayın sonunda maaşını alarkən kartına pul köçməyəndə xəbəri olmuşdur. O, Yeganə Əliyevaya müraciət edib, əmək haqqının niyə köçürülmədiyini soruşduqda, sonuncu ona bülletendə olduğunu, ona görə də bülleten pulu alacağını bildirmişdir. Yeganə Əliyeva qalmaqallı insan olduğuna görə o, ona öz etirazını bildirə bilməmiş, hətta, qanunsuz olaraq bülletendə olduğu müddətdə bəzi vaxtlarda jurnalı öz xətti ilə yazmağa icazə verməmişdir. Amma o, ikinci dəfə əsassız bülletendə olduğu müddətdə Yeganə ilə dalaşaraq jurnalı öz xətti ilə yazmışdır. O, əmək stajı çox olduğuna görə bülletendə olarkən əmək haqqını yüz faiz həcmində aldığından Yeganə Əliyeva onu qanunsuz bülletenə çıxarmışdır. Qanunsuz bülletendə olduğu müddətdə dərslərini özü tədris etmişdir. O, Siyəzən rayon Mərkəzi Poliklinikasından heç kimi tanımamış və xəstəliyi ilə əlaqədar olaraq da heç bir həkimə müraciət etməmişdir. Hətta o, Təqsirləndirilən şəxs və Şahid2 adlı həkimləri belə tanımır. Yeganə Əliyeva onun adından faktiki işdə olduğu halda, guya 27 noyabr 2017-ci il tarixdən 28 yanvar 2018-ci il tarixə kimi olan dövrdə “xroniki eroziv qastritin kəskinləşməsi” diaqnozu ilə bülletendə olması barədə saxta bülleten açdırmışdır. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, o, 2009-cu ildən halhazıradək olan müddət ərzində Siyəzən şəhəri 6 saylı məktəb-liseydə Azərbaycan bölməsi üzrə ibtidai sinif müəllimi işləməklə, bu müddət ərzində bir dəfə də olsun səhhəti ilə əlaqədar olaraq bülletenə çıxmamış və bununla bağlı Siyəzən rayon mərkəzi poliklinikasına müraciət etməmişdir. Siyəzən şəhəri, 6 saylı məktəb-liseyin sabiq direktoru Yeganə Əliyeva onu və məktəbin bir çox müəllimlərini onların xəbəri olmadan qanunsuz olaraq bülletenə çıxarmış, xəbəri olmadan qanunsuz olaraq bülletenə çıxarılmasından isə ayın sonunda maaşını alarkən kartına pul köçməyəndə xəbəri olmuşdur. O, Yeganə Əliyevaya müraciət edib, əmək haqqının niyə köçürülmədiyini soruşduqda, sonuncu ona bülletendə olduğunu, ona görə də bülleten pulu alacağını bildirmişdir. Yeganə Əliyeva qalmaqallı insan olduğuna görə o, ona öz etirazını bildirə bilməmiş, hətta, qanunsuz olaraq bülletendə olduğu müddətdə bəzi vaxtlarda jurnalı öz xətti ilə yazmağa icazə verməmişdir. O, əmək stajı çox olduğuna görə bülletendə olarkən əmək haqqını yüz faiz həcmində aldığından Yeganə Əliyeva onu qanunsuz bülletenə çıxarmışdır. Qanunsuz bülletendə olduğu müddətdə dərslərini özü tədris etmişdir. O, Siyəzən rayon Mərkəzi Poliklinikasından heç kimi tanımamış və xəstəliyi ilə əlaqədar olaraq da heç bir həkimə müraciət etməmişdir. Hətta o, Təqsirləndirilən şəxs və Şahid2 adlı həkimləri belə tanımır. O, 01 aprel 2017-ci il tarixdən 01 iyun 2017-ci il tarixə kimi olan dövrdə guya “hipertoniya” xəstəliyindən bülletendə olmuşdur. Halbuki, onun elə bir xəstəliyi olmamışdır. Yeganə Əliyeva onu bülletenə çıxardığı dövrdə o, dərsi özü şəxsən tədris etmiş və jurnallarda olan qeydlər onun öz xətti ilə yazılmışdır. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərdi ki, o, 10 ildən artıq olar, Siyəzən şəhəri 6 saylı məktəb-liseydə rus bölməsi üzrə ibtidai sinif müəllimi vəzifəsində işləməklə, bu müddət ərzində bir neçə dəfə səhhəti ilə əlaqədar bülletenə çıxmış və Siyəzən rayon Mərkəzi Poliklinikasına müraciət etmişdir. Siyəzən şəhəri 6 saylı məktəbliseyin sabiq direktoru Yeganə Əliyeva onu qanunsuz olaraq bülletenə çıxarmamış, o, özü qanuni olaraq bülletenə çıxmış, bununla əlaqədar X11 X8 Hüquqi Şəxsinin terapiya şöbəsinin müdiri Təqsirləndirilən şəxs müraciət etmişdir. Belə ki, o, Siyəzən rayon Mərkəzi Poliklinikasından həmin həkimi tanımış, Təqsirləndirilən şəxs bülleten açılması üçün şəxsən müraciət etmişdir. O, hansı tarixlərdə, həmçinin, ümumi olaraq ağrıları ilə əlaqədar məhz hansı diaqnozla bülletendə olduğunu xatırlamır. O, işə çıxandan sonra jurnallarda olan qeydləri özü etmişdir. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində göstərdi ki, o, 2009-cu ildən halhazıradək olan müddət ərzində Siyəzən şəhəri 6 saylı məktəb-liseydə Azərbaycan bölməsi üzrə ibtidai sinif müəllimi işləməklə, bu müddət ərzində bir dəfə də olsun səhhəti ilə əlaqədar olaraq bülletenə çıxmamış və bununla bağlı Siyəzən rayon mərkəzi poliklinikasına müraciət etməmişdir. Siyəzən şəhəri, 6 saylı məktəb-liseyin sabiq direktoru Yeganə Əliyeva onu və məktəbin bir çox müəllimlərini onların xəbəri olmadan qanunsuz olaraq bülletenə çıxarmış, xəbəri olmadan qanunsuz olaraq bülletenə çıxarılmasından isə ayın sonunda maaşını alarkən kartına pul köçməyəndə xəbəri olmuşdur. O, Yeganə Əliyevaya müraciət edib, əmək haqqının niyə köçürülmədiyini soruşduqda, sonuncu ona bülletendə olduğunu, ona görə də bülleten pulu alacağını bildirmişdir. Yeganə Əliyeva qalmaqallı insan olduğuna görə o, ona öz etirazını bildirə bilməmiş, hətta, qanunsuz olaraq bülletendə olduğu müddətdə bəzi vaxtlarda jurnalı öz xətti ilə yazmağa icazə verməmişdir. O, əmək stajı çox olduğuna görə bülletendə olarkən əmək haqqını yüz faiz həcmində aldığından Yeganə Əliyeva onu qanunsuz bülletenə çıxarmışdır. Qanunsuz bülletendə olduğu müddətdə dərslərini özü tədris etmişdir. O, Siyəzən rayon Mərkəzi Poliklinikasından heç kimi tanımamış və xəstəliyi ilə əlaqədar olaraq da heç bir həkimə müraciət etməmişdir. Hətta o, Təqsirləndirilən şəxs və Şahid2 adlı həkimləri belə tanımamışdır. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərdi ki, o, 2009-cu ildən halhazıradək olan müddət ərzində Siyəzən şəhəri 6 saylı məktəb-liseydə ibtidai sinif müəllimi işləməklə, bu müddət ərzində bir dəfə də olsun səhhəti ilə əlaqədar olaraq bülletenə çıxmamış və bununla bağlı Siyəzən rayon mərkəzi poliklinikasına müraciət etməmişdir. Siyəzən şəhəri, 6 saylı məktəb-liseyin sabiq direktoru Yeganə Əliyeva onu və məktəbin bir çox müəllimlərini onların xəbəri olmadan qanunsuz olaraq bülletenə çıxarmış, xəbəri olmadan qanunsuz olaraq bülletenə çıxarılmasından isə ayın sonunda maaşını alarkən kartına pul köçməyəndə xəbəri olmuşdur. O, Yeganə Əliyevaya müraciət edib, əmək haqqının niyə köçürülmədiyini soruşduqda, sonuncu ona bülletendə olduğunu, ona görə də bülleten pulu alacağını bildirmişdir. Yeganə Əliyeva qalmaqallı insan olduğuna görə o, ona öz etirazını bildirə bilməmiş, hətta, qanunsuz olaraq bülletendə olduğu müddətdə bəzi vaxtlarda jurnalı öz xətti ilə yazmağa icazə verməmişdir. O, əmək stajı çox olduğuna görə bülletendə olarkən əmək haqqını yüz faiz həcmində aldığından Yeganə Əliyeva onu qanunsuz bülletenə çıxarmışdır. Qanunsuz bülletendə olduğu müddətdə dərslərini özü tədris etmişdir. O, X2 Təqsirləndirilən şəxs və həkim Şahid2 tanısa da, bülletenə çıxmaq üçün onlara müraciət etməmişdir. O. 07 may 2017-ci il tarixdən 01 iyun 2017-ci il tarixə kimi olan dövrdə “bronxit kəskinləşməsi” xəstəliyindən guya bülletendə olmuşdur. Halbuki, onun elə bir xəstəliyi olmamışdır. Yeganə Əliyeva onu bülletenə çıxardığı dövrdə o, dərsi özü şəxsən tədris etmiş və jurnallarda olan qeydlər onun öz xətti ilə yazılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin Vİİ cild 123-186-cı vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 1(101)-913/2021 saylı hökmünün surətindən görünür ki, X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü, 179.2.2-ci, 179.2.3-cü, 179.2.4-cü, 308.1-ci, 32.4, 308.1-ci, 311.3.2-ci, 311.3.3cü, 311.3.4-cü, 313-cü, 32.4, 313-cü və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 62-ci, 66.3-cü və 66.4-cü maddələri tətbiq edilib, ona qəti olaraq 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmçinin təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Bu hökmdən, eləcə də işin Vİİ cild 187-203-cü vərəqələrindəki 20 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən xitam verilmiş, habelə o, Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə yenidən ittiham elan edilmiş, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 34.2, 308 və 34.2, 313-cü maddələri ilə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. Eyni zamanda, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü həmin hökmlə müəyyən edilmiş hallara görə və həmin halların hüquqi qiymətinə görə ********* nömrəli cinayət işi preyedusiya kimi nəzərə alınmışdır. Bundan əlavə, həmin hökmlə ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış Əbdülova İlhamə Vaqif qızının adına olan 941060, 941074, 21076, 212229 nömrəli, Bayramova Günel Abdalıb qızının adına olan 490933 nömrəli, Şahid6 adına olan 740834, 941573, 941054 nömrəli, İbrahimova Nailə Şabala qızının adına olan 740966, 941074 nömrəli, Şahid4 adına olan 490933 nömrəli, Şahid8 adına olan 740965, 210206, 212248, 941075 nömrəli əmək qabiliyyətinin olmaması vərəqələrinin Siyəzən şəhər 6 saylı məktəb-liseydə və iş materiallarında saxlanılması nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş işin Vİİ cild 75-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 dekabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin Vİİ cild 31-ci vərəqəsində olan 16 dekabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin Vİİ cild 31a, 34-38-ci vərəqələrindəki 01 may 2020-ci il tarixli, 395-K nömrəli əmrin, əmək müqaviləsinin, 40-cı, 39-cu vərəqələrində olan 05 yanvar 2017-ci və 04 yanvar 2018-ci il tarixli əmrlərin 41-ci, 32a-33cü vərəqələrindəki 24 avqust 2011-ci il tarixli, 234 nömrəli əmrin, əmək müqaviləsinin surətlərindən görünür ki, terapiya şöbəsinin müdiri Təqsirləndirilən şəxs 05 yanvar 2017-ci və 04 yanvar 2018-ci il tarixlərdə Siyəzən rayon X3 Məsləhət Komissiyasının üzvü olmuş, habelə o, 01 may 2020-ci il tarixdən “X7 Mərkəzi” X15 ASM şöbəsində 1.0 ştat vahidi bölmə müdiri, 24 avqust 2011-ci il tarixdən isə 3 ay sınaq müddətinə 1.0 tarif terapiya şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin Vİİ cild 122-ci vərəqəsində olan xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş arayışdan görünür ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs 01 sentyabr 2004-cü il tarixindən Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinə 1.0 ştat vahidi sahə həkim terapevt vəzifəsinə təyin edilmiş, 08 noyabr 2004-cü il tarixdən Poliklinika şöbəsinin müdiri, 13 may 2009-cu il tarixdən 10 iyun 2011-ci il tarixədək baş həkim vəzifəsini icra etmiş, 24 avqust 2011-ci il tarixdən Siyəzən Rayon Mərkəzi Poliklinikasının terapiya şöbəsinə müdir vəzifəsinə təyin edilmişdir. Hazırda “X7 Mərkəzi” X15 ASM bölməsində müdir vəzifəsində işləyən Təqsirləndirilən şəxs çalışdığı müddət ərzində öz vəzifə borcunu layiqincə yerinə yetirmiş, əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinə cəlb edilməmiş, kollektivdə mədəni və yaxşı işçi kimi tanınmaqla, hörmət qazanmışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs vahid niyyətlə öz xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeydinə əsasən vəzifəli şəxs dedikdə hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri, beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici andlı iclasçılar başa düşülür. Qanunun göstərilən müddəasından çıxış edərək qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs həm cinayəti törətdiyi zaman, həm də hal-hazırda vəzifəli şəxs hesab edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs işlədiyi tibb müəssisəsi dövlət publik hüquqi şəxsi hesab edildiyindən, onun inzibati-təsərrüfat və təşkilati-sərəncamverici funksiyalara malik işçiləri vəzifəli şəxs hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi haqqında” 08 yanvar 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında” Təlimatın 4-cü bəndinə əsasən xəstəlik, məişət zədəsi və ya şikəstlik nəticəsində əmək qabiliyyətini itirdikdə xəstəlik vərəqələri həmin gündən onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. Həmin Təlimatın 7-ci, 8-ci və və 9-cu bəndlərinə əsasən həkimlər hər dəfə 3 gündən artıq olmayaraq, ümumiyyətlə həmin xəstəlik və ya şikəstlik üzrə 6 gündən artıq olmayaraq xəstəlik vərəqəsi vermək hüququna malikdirlər. Əmək qabiliyyətinin itirilməsi başlandıqdan sonra xəstəlik vərəqəsinin 6 gün və daha çox artırılması, müalicə həkimi tərəfindən yalnız baş həkimin və ya həmin tibb müəssisəsində təşkil olunmuş həkimməsləhət komissiyasının təsdiqindən sonra mümkündür. İxtisaslar üzrə şöbələri olan tibb müəssisələrində xəstəlik vərəqələrinin 6 gündən artıq uzadılması baş həkim tərəfindən şöbə müdirinə həvalə edilir. Xəstəlik vərəqəsini 6 gündən çox artırmağa ixtiyar verilmiş şəxslərin hamısına xəstəni şəxsən müayinə etdikdən və tibbi müayinələrin nəticəsini öyrəndikdən sonra xəstəlik vərəqəsini artırmağa icazə verilə bilər. Xəstəlik uzun çəkdikdə bu müayinələr azı hər 10 gündən bir keçirilməlidir. Bununla da, işin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs, yuxarıda qeyd edilən təlimatın tələblərinə əməl etməməklə, cinayət qanunvericiliyinin müddəalarının tələblərinə zidd olaraq vəzifəsindən sui-istifadə, yəni xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin səhiyyə sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, kifayət qədər yaşı olmaqla, tək qadın olmasını, ali təhsilli olaraq uzun müddət, o cümlədən hazırda da tibb sahəsində xidmət göstərməsini, işlədiyi tibb müəssisəsi üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə dövlətin səhiyyə sahəsində qanunla qorunan mənafelərinə qəsd edildiyini, beləliklə, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, bununla belə cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 1(101)-913/2021 saylı hökmü əsasında ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış Əbdülova İlhamə Vaqif qızının adına olan 941060, 941574, 21076, 212229 nömrəli, Bayramova Günel Abdalıb qızının adına olan 490933 nömrəli, Şahid6 adına olan 740834, 941573, 941054 nömrəli, İbrahimova Nailə Şahbala qızının adına olan 740966, 941074 nömrəli, Şahid4 adına olan 490933 nömrəli, Şahid8 adına olan 740965, 210206, 212248, 941075 nömrəli əmək qabiliyyətinin olmaması vərəqələrinin Siyəzən şəhər 6 saylı məktəb-liseydə və iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak, eləcə də məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2000 (iki min) manat cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-17/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-17/2022
10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver