Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(059)-17/2023 28.03.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 28 mart 2023-cü il tarixdə Siyəzən Rayon Məhkəməsinin binasında 13 avqust 1988-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "X3" MMC-də ictimai işlər üzrə sosial işçi kimi çalışan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdə, saat 15:00 radələrində Siyəzən şəhərinin H.Aslanov küçəsində yaşadıqları 3 saylı evdə arvadı Zərərçəkmiş şəxs ilə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun üzərinə gedərək əli ilə onun baş və bədən nahiyəsindən bir neçə dəfə yumruq zərbəsi vuraraq, ona sağ alın nahiyəsinin yumşaq toxumalarının hematoma halında əziyi və sağ said nahiyəsinin qançırı ilə müşayiət edilən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Zərərçəkmiş şəxs şikayəti əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ictimai-xüsusi ittiham qaydasında məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək araşdırma zamanı verdiyi izahatın təsdiq etməklə, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadı olmaqla, sonuncu ilə 2011-ci ildə evlənmiş, həmçinin bu nikahlarından 4 övladları doğulmuşdur. O, arvadı Fidanla normal münasibətlərdə olmuş, həmçinin indi də normal münasibətlərdədir. O, arvadı Fidana təxminən iki-üç il əvvəl telefon almış, lakin, sonuncu sonradan həmin telefonu atası Şahid3 180 manata satmış, atası Ağabək arvadı Fidana telefona görə 100 manat pul versə də, qalan pulu borclu qalmışdır. 11 fevral 2023-cü il tarixdə, səhər saat 09:00 radələrində atası Şahid3 onlara gəlmiş, bu zaman atası ilə arvadı Zərərçəkmiş şəxs arasında telefona görə söz mübahisəsi olmuş, o, mübahisəyə qarışmamaqla, atası ilə arvadını sakitləşədirməyə çalışmış, lakin, sonradan onların söhbətlərinə qarışmayıb, evdən çıxıb getmiş, habelə həmin gün günorta saat 15:00 radələrinədək Siyəzən şəhərində yerləşən kafelərdən birində yemək yeyib, spirtli içki qəbul etmiş, bundan sonra yaşadığı evə qayıtmış, həmçinin həmin ərəfədə içkili vəziyyətdə olduğundan arvadı Fidanın üzərinə getmiş, lakin onu hansı formada, necə vurması dəqiq yadında qalmamışdır. Bundan əlavə, arvadı Fidanla mübahisə edərkən səs-küyə qardaşı Şahid2 və atası Şahid3 gələrək, ona hərəkətlərində maneə olmuş, o, isə özünə gəlməklə, yaşadığı evin həyətyanı sahəsinə çıxıb, sakitləşmiş, daha sonra arvadı Fidanın şikayəti əsasında Siyəzən RPŞ-yə aparılmışdır. Hazırda əməlindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasının məhkəmə tərəfindən nəzərə alınmasını və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyədək araşdırma zamanı verdiyi izahatını təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, özünə aid mobil telefonu maddi vəziyyətləri ilə əlaqədar 180 manata qayınatası Şahid3 satmış, həmçinin ondan telefonda uşaqlarına məxsus videogörüntüləri və fotoları silməməsini xahiş etmiş, eləcə də telefonu üçüncü şəxslərə satmamasını, imkanı olan kimi 1-2 aya telefonu yenidən geri alacağını bildirmişdir. Bundan sonra, o, qayınatası Şahid3 telefonu qaynı Nicat Nuriyevə verdiyini öyrəndiyindən, ona bununla bağlı narazılığını bildirmiş, habelə 11 fevral 2023-cü il tarixdə, səhər saat 09:00 radələrində isə qayınatası Ağabək onlara gəldikdə, o, bir daha öz narazılığını ifadə edərək, telefonda uşaqlara aid şəkillərin olduğunu, hansı səbəbdən telefonu qaynı Nicata verdiyini soruşduqda, qayınatası Ağabək telefonun ona aid olduğunu bildirib, öz hərəkətinə haqq qazandırmışdır. Bu səbəbdən də, o, əsəbi halda əri Təqsirləndirilən şəxs yanına gedib, olanları bildirsə də, sonuncu bir söz belə deməyib, evdən çıxaraq getmiş, habelə spirtli içki qəbul edərək, həmin gün, təxminən saat 15:00 radələrində əsəbi halda evə gəlib, qayınatası Ağabəkin yanına gedərək, içindəki videoları silmək üçün telefonu qaytarmasını tələb etmiş, sonuncu isə telefonun Nicat Nuriyevdə olduğunu bildirmiş, həmçinin Nicatın 1 həftə ərzində telefonu qaytaracağını qeyd etmişdir. Bundan sonra, qaynı Nicat Nuriyevə zəng vurulmuş, sonuncu çağırılmaqla, telefon ondan istənilsə də, qaynı Nicat öz telefonunun xarab olduğunu, bu telefonu isə atası Ağabəkdən aldığını, öz telefonu təmir edildikdən sonra mübahisəli telefonu qaytaracağını bildirib, telefonu təhvil vermədən çıxıb getmişdir. Bundan sonra, içkili olan əri Təqsirləndirilən şəxs əsəblərinin sakitləşməsini gözləmək üçün qaynının evinə gedərək, uşaqlarını məktəbdən gətirmək məqsədilə hazırlaşıb getmək istəyərkən, əri Təsvir onun arxası ilə qaynının evinə daxil olmuş, o, isə bunu görüb, yaşadıqları evə qaçsa da, Təsvir ora gələrək, başının sol tərəfindən və sağ qabırğalarından onu yumruqla vurduğundan, yerə yıxılmış, səs-küyə qayınanası Şahid1 onlara gəlib, dərhal kömək çağırmış və həmin məqamda əvvəlcə qayınatası Şahid3, ardınca qaynı Şahid2 gəlmiş, Təsvir evdən bayıra çıxarılmışdır. Əri Təsvir evdən həyətə çıxarıldıqdan sonra o, telefonla polisə zəng edib, hadisə barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bundan əlavə, ona maddi və mənəvi zərər dəyməmiş, eləcə də psixi təsirə və ya təzyiqə məruz qalmamışdır. Ona görə də məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsinə etiraz etmir. Məhkəmə istintaqında dindirilmiş şahidlər Şahid3, eləcə də Şahid2 məhkəməyədək araşdırma zamanı verdiyi izahatlarını təsdiq etməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, iclasa gəlməmiş, habelə iclasın onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmiş Şahid1, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən elan edilmiş məhkəməyədək araşdırma zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə gəlinidir. Onlar 2011-ci ildə ailə həyatı qurmuş, həmçinin bu nikahdan bir oğlan və üç qız övladları vardır. DOST MMC-də fəhlə işləyən oğlu Təqsirləndirilən şəxs spirtli içki aludəçisi olduğuna görə evləndiyi vaxtdan arvadı Fidan Nuriyevə ilə münasibəti yaxşı olmamışdır. 11 fevral 2023-cü il tarixdə, saat 10:00 radələrində oğlu Təsvir yuxudan oyanıb, harasa getmiş və saat 15 radələrində spirtli içkinin təsiri altında evə qayıtmış, bundan 5 dəqiqə keçməmiş o, oğlunun evindən mübahisə səsi eşitmiş və Təsvirin içkili olduğunu başa düşmüşdür. Bu səbəbdən də, tez oğlu Təsvirin evinə keçmiş və orada sonuncunun gəlini Fidandan 180 manat pul istədiyini eşitmiş, lakin Fidan onda o qədər pul olmadığını bildirmişdir. Buna baxmayaraq, oğlu Təsvir ondan əl çəkməmiş, mübahisə etmiş, həmçinin içkili olduğundan özünü idarə edə bilməyib, onun yanında Fidanın başından yumruqla vurub onu yerə yıxmış və yerdə bir neçə dəfə Fidanın başından, bədənindən yumruqlarla vurmuşdur. O, onların arasına girib, oğlu Təsvirin əllərindən tutmuş, bu zaman Fidan yerdən durub evdən bayıra qaçmış, oğlu Təsvir isə onun əlindən çıxıb Fidanın arxası ilə bayıra çıxmış, orada səs-küy qalxmış, səsküyə isə əri Şahid3 və digər oğlu Şahid2 də gəlmişlər. Onlar birtəhər oğlu Təsviri sakitləşdirməyə çalışsalar da, sonuncu onların əlindən çıxıb, Fidanın arxası ilə getmək istəmişdir. Bunu görən gəlini Zərərçəkmiş şəxs evdən bayıra çıxmış və çarəsiz qalıb polisə zəng etmişdir. Bundan sonra, ünvana polislər gəlmiş və oğlu Təsviri polis şöbəsinə aparmışlar. Oğlu Təsvirlə gəlini Fidanın arasında heç bir ədavət və düşmənçilik olmamış, mübahisəyə səbəb oğlu Təsvirin spirtli içki aludəçisi olması və arvadı Fidanı döyməsi olmuşdur. Hadisə oğlu Təsvirin evində baş vermiş və həmin vaxt evdə o, olmuş, sonra onlar bayıra çıxanda səs-küylərinə əri Ağabək, eləcə də digər oğlu Tale gəlmişlər. Oğlu Təsvirlə gəlini Fidanın arasında baş vermiş mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, həmçinin oğlu gəlinini yumruqla başından vurub yerə yıxdıqdan sonra yerdə onun bir neçə dəfə sağ qulağından, başının sağ tərəfindən və bədəninin sağ tərəfindən qabırğalarından bir neçə dəfə yumruqla vurmuşdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, həmçinin ona maddi, mənəvi və fiziki zərər dəymədiyini bildirmiş, Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsinə etiraz etməmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs da, ərizə ilə məhkəməyə müraciət edərək, törətdiyi əməldə özünü təqsirli bilərək əməlindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş işin 51-52-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 canlı şəxsin məhkəmə-tibbi ekspertizası haqqında 18 fevral 2023-cü il tarixli, 22 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın sağ alın nahiyəsinin yumşaq toxumalarının hematoma halında əziyi və sağ said nahiyəsinin qançırı aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə yarana bilər, boyu hündürlüyündən yıxılma və ya öz-özünə yetirilən xəsarətlərə xarakterik deyil, yaranma müddəti 11 fevral 2023-cü il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında elan edilmiş işin 50-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 fevral 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş işinin 48-49-cu vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, "X3" MMC-də ictimai işlər üzrə sosial işçi kimi çalışmaqla, himayəsində 01 noyabr 2011-ci il təvəllüdlü Ləman, 20 yanvar 2014-cü il təvəllüdlü Lamiyə adında iki yetkinlik yaşına çatmayan, 26 iyun 2018-ci il təvəllüdlü Günəş və 09 fevral 2021-ci il təvəllüdlü Yusif adında iki azyaşlı uşağı olan, həmçinin Siyəzən şəhərinin Həzi Aslanov küçəsindəki 3 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki məhkəməyədək sadələşdirilmiş icraat zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ifadələrini dinləyib, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşadığı yer üzrə barəsində şikayətin daxil olmamasını, əməlində ağırlaşdırıcı halların müəyyən edilməməsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi materialının icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin İ bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CPM-in 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73- 1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Bu Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd edilən Məcəllənin 43.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə və bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, təqsirini boynuna almaqla əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşadığı yer üzrə barəsində şikayətin daxil olmamasını, təqsirləndirilən şəxsin cinayət işinin icraatına göstərilən əsaslarla xitam verilməsinə razılığını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, maddi zərər, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39, 40, 43.1, 321.2.1, 344-347, 356, 358 və 384-cü maddələrinə əsaslanaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq olunsun və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-17/2023
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(059)-17/2023
28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver