Məhkəmə qərarları › İş №1(059)-17/2024

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-17/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-17/2024 02.04.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs Süleymanova (Quliyeva) Sənubər Məhəmməd qızının, Yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və onların qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə 02 aprel 2024-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxx 1978-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 133.2.1-ci və 133.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Siyəzən şəhərinin Xətai küçəsində yerləşən 130 saylı yaşadıqları fərdi yaşayış evində arvadı X2 01 oktyabr 2023-cü il tarixdə, saat 21:00 radələrində münaqişə yaradaraq bədənin müxtəlif nahiyələrinə, 09 oktyabr 2023-cü il tarixdə, saat 18:00 radələrində isə yedikləri yeməyin yaxşı olmamasını bəhanə edərək yumruqla baş nahiyəsinə vurmaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, 14 oktyabr 2023-cü il tarixdə, günorta saatlarında sonuncunun xx xxxx 2013-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan qızları Zərərçəkmiş şəxs3 köynəyini gətirməsini dediyinə görə hansı səbəbdən köynəyi gətirməsi üçün digər qızları Şahid demədiyini bəhanə edərək yumruqla başına və bədəninin müxtəlif nahiyələrinə vurmaqla ona üzün sağ yarısının yumşaq toxumalarının geniş sahəni əhatə edən hematoma halında əziyi və üst dodağın qançırı kimi səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan bədən xəsarətləri yetirmiş, 19 oktyabr 2023-cü il tarixdə, saat 17:00 radələrində isə alkoqol sərxoşluğu vəziyyətində azyaşlı qızları Gülvərd, Şəhanə və Zərərçəkmiş şəxs2ların küsüb evdən getmələrinə əsəbləşərək masanın üzərində olan şüşə külqabını Sənubər Süleymanovaya atmaqla sonuncuya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə əzab vermişdir. Bundan başqa, o, Siyəzən şəhərinin Xətai küçəsində yerləşən 130 saylı yaşadıqları fərdi yaşayış evində 09 oktyabr 2023-cü il tarixdə, saat 18:00 radələrində yedikləri yeməyin yaxşı olmamasını bəhanə edərək arvadı X4 ilə yaratdığı münaqişənin davamında öz qızı Zərərçəkmiş şəxs2 sifətinə sillə ilə vurmaqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, 14 oktyabr 2023-cü il tarixdə günorta saatlarında isə arvadı Sənubər Süleymanovanın xx xxxx 2013-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs3 köynəyini gətirməsini dediyinə görə hansı səbəbdən köynəyi gətirməsi üçün digər qızları Şahid demədiyini bəhanə etməklə münaqişə yaratmış, həmin münaqişə zamanı yetkinlik yaşına çatmayan digər qızı xx xxxxxx 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə əli ilə vurmaqla ona başın alın nahiyəsinin sol yarısının bir ədəd qançırı ilə müşahidə olunan sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilməyən xəsarət yetirərək sonuncuya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə iki və ya daha çox şəxsə qarşı, eləcə də təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə əzab vermişdir. Həmçinin, o, Siyəzən şəhərinin Xətai küçəsində yerləşən 130 saylı yaşadıqları fərdi yaşayış evində 09 oktyabr 2023-cü il tarixdə, saat 18:00 radələrində yedikləri yeməyin yaxşı olmamasını bəhanə edərək arvadı X4 ilə yaratdığı münaqişənin davamında öz qızı Zərərçəkmiş şəxs3 ağladığına görə sifətinə sillə ilə vurmaqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, 14 oktyabr 2023-cü il tarixdə günorta saatlarında isə arvadı Sənubər Süleymanovanın xx xxxx 2013-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs3 köynəyini gətirməsini dediyinə görə hansı səbəbdən köynəyi gətirməsi üçün digər qızları Şahid demədiyini bəhanə etməklə münaqişə yaratmış, həmin münaqişə zamanı Zərərçəkmiş şəxs3 sifətinə əli ilə vurmaqla ona üzün sol yarısının sıyrığı ilə müşahidə olunan sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilməyən xəsarət yetirərək sonuncuya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə iki və ya daha çox şəxsə qarşı, eləcə də təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə əzab vermişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs Süleymanova (Quliyeva) Sənubər Məhəmməd qızı onun arvadı olmaqla, sonuncu ilə hazırda da, rəsmi nikahdadırlar. 14 oktyabr 2023-cü il tarixdə yaşadıqları Siyəzən şəhərinin Xətai küçəsində yerləşən 130 saylı fərdi yaşayış evdə olarkən, arvadı Sənubər qızı Şəhanədən köynəyini gətirməsini istəmiş, sonuncunun özündən böyük iki bacısı olsa da, evin bütün işlərinin Şəhanəyə gördürülməsi onu əsəbləşdirmiş, bu səbəbdən də, arvadı Sənubərin üz nahiyəsinə sillə ilə vurmasına baxmayaraq, həmin gün qızlarını vurmamışdır. Bundan bir neçə gün sonra, işdən evə gəldiyi vaxt hazırda xatırlamadığı səbəbdən arvadı Sənubəri və qızı Əsnatı vurmuşdur. 19 oktyabr 2023-cü il tarixdə, təxminən saat 20-21:00 radələrində işdən yaşadığı evə gələrkən, qızları Gülvərd, Şəhanə və Zərərçəkmiş şəxs2ların evdə olmadıqlarını görüb, bunun səbəbini arvadı Sənubərdən soruşduqda, sonuncu qızlarının evdə olmama səbəbini bilmədiyini qeyd etmişdir. Bu zaman, əsəblərini cilovlaya bilməyib, masanın üstündə olan külqabını mətbəxə tərəf atmış, habelə qızlarının nənələrigildə olduğunu bildiyi üçün, yaşadığı evdən sonuncunun evinə getmək məqsədilə çıxmışdır. Həmin vaxt yolda rastlaşdığı post patrul xidməti avtomobilindəki polis əməkdaşları qızlarının DİN-nin 102 xidmətinə etdiyi şikayətləri əsasında onu Siyəzən RPŞ-yə aparmaq üçün gəldiklərini bildirmişlər. Bundan sonra, qızları və arvadı təxminən 3-5 gün sonuncunun atasıgildə yaşasalar da, sonradan aralarında barışıq yaranmış, habelə bu barədə müstəntiqə də, məlumat verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmişin, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxs Süleymanova (Quliyeva) Sənubər Məhəmməd qızı məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, əri Təqsirləndirilən şəxs onu ilk dəfə 7-8 il bundan öncə vurmuşdur. Bundan başqa, 01 oktyabr 2023-cü il tarixdə, saat 21:00 radələrində qızları və oğlu ilə birlikdə yaşadıqları Siyəzən şəhərinin Xətai küçəsində yerləşən 130 saylı fərdi yaşayış evində olarkən işdən hirsli gəlmiş əri Təqsirləndirilən şəxs onu sillə ilə vurmuşdur. Bundan əlavə, 09 oktyabr 2023-cü il tarixdə, saat 18:00 radələrində yaşadıqları evdə olarkən əri Ceyhun yeməyin duzlu olduğunu bildirib, yeməyini yerə atmış, əvvəl onun baş və qızı Əsnatın isə üz nahiyyəsinə sillə ilə vurmuş, sonra qızı Şəhanənin ağlamasına əsabləşərək, sonuncunun da, üz nahiyəsinə sillə ilə vurmuşdur. Bununla yanaşı, 14 oktyabr 2023-cü il tarixdə, günorta saatlarında yaşadıqları evdə olarkən növbəti gün işə getdiyində geyinməli olan köynəyini qızı Şəhanədən gətirməsi istəmiş, bu zaman əri Süleyman böyük qızı Gülvərd ola-ola balaca qızı Şəhanəyə iş gördürməsinə əsəbləşərək, əli ilə onun baş nahiyəsinə zərbələr endirməklə, sağ üz nahiyəsinə sillə ilə vurmuş, həmin vaxt onun ağzından qan gəlməyə başlamış, həmçinin qızı Əsnatın boğazından tutub dartışdırmış, digər qızı Şəhanənin boğazından tutaraq, onu həyətə çıxardıb, yerə yıxmışdır. 19 oktyabr 2023-cü il tarixdə qızları Gülvərd, Şəhanə və Zərərçəkmiş şəxs2lar atalarının hərəkətlərindən bezərək, evdən getmişlər. Bundan təxminən 20 dəqiqə sonra, yəni saat 17:00 radələrində işdən evə gəlmiş əri Ceyhun qızlarının hansı səbəbədən evdə olmadıqlarını soruşmuş, o, bilmədiyini qeyd etmişdir. Bu zaman Ceyhun masanın üzərində olan şüşə külqabını ona tərəf atsa da, külqabı yerə düşərək, qırılmış, habelə Ceyhun evdən çıxıb, getmişdir. Baş vermiş hadisələrlə bağlı DİN-nin 102 xidmətinə məlumat qızları tərəfindən verilmişdir. Bununla belə, onun hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı bir formada şikayəti yoxdur. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə və mütəxəssis- Siyəzən şəhər Rasim Ramazanov adına 5 nömrəli tam orta məktəbin psixoloqu X3 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 09 oktyabr 2023-cü il tarixdə, saat 18:00 radələrində bacısı Gülvərd atası Ceyhunun qabağına yemək aparmış, lakin yeməyin duzlu olmasına əsəsbləşən sonuncu yeməyi yerə atmış, həmçinin yumruq zərbələri ilə anası Sənubərin baş nahiyəsinə, sillə ilə isə onun və bacısı Şəhanənin üzünə vurmuşdur. Bundan başqa, 14 oktyabr 2023-cü il tarixdə anası Sənubər bacısı Şəhanədən köynəyini gətirməsini istədiyindən atası əsəbləşərək, onları döymüşdür. Belə ki, həmin vaxt atası yumruq zərbəsi ilə divanda əyləşən anasına bir-iki dəfə vurarkən onlar atalarını sakitləşdirməyə çalışsalar da, sonuncu onun boğaz nahiyəsindən tutub, üzünə sillə vurmuş, həmçinin bacısı Şəhanənin də, üzünə sillə vurmuşdur. Bundan sonra, 19 oktyabr 2023-cü il tarixdə atalarının hərəkətlərindən bezib, bacıları Gülvərd və Şəhanə ilə birlikdə xalasıgilə getmiş, habelə atasının hərəkətləri barədə dayıları Rəhimə danışmış, həmçinin Siyəzən RPŞ-yə gedib, atalarından şikayətçi olmuşlar. Qeyd edir ki, münaqişələr həmişə yaşadıqları evdə baş vermişdir. Qanuni nümayəndəsi Qanuni nümayəndə və mütəxəssis- Siyəzən şəhər Rasim Ramazanov adına 5 nömrəli tam orta məktəbin psixoloqu X3 iştirakı ilə Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən məhkəməyədək istintaq zamanı verdiyi ifadəsi elan edilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3, məhkəmə iclasında təsdiqlədiyi həmin dövrdə verdiyi ifadəsində göstərmişdir ki, o, Siyəzən şəhərinin Xətai küçəsindəki 130 ünvanında atası Təqsirləndirilən şəxs, anası X4, iki bacısı və bir qardaşı ilə birlikdə yaşamaqla, hazırda 5-ci sinifdə təhsil alır. Atası Ceyhun son zamanlar çox əsəbi olur, sonuncu əsəbi olanda hərəkətlərini idarə edə bilməməklə, onları “incidir”. 14 oktyabr 2023-cü il tarixdə, günorta saatlarında evdə olduqları vaxt anası Sənubət ondan köynəyini tapıb gətirməsini istədikdə, atası Ceyhun niyə tapşırığı böyük bacısı Gülvərdə vermədiyini anasına irad tutub, sonuncunun üzərinə acıqlanmış, habelə divanda əyləşmiş anasının üzərinə gedərək sağ sifət nahiyəsindən bir dəfə yumruqla zərbə endirmiş, həmçinin ağız nahiyyəsindən qan gələn anasının başına əliylə zərbələr endirmişdir. Bu zaman özü və bacıları atasını sakitləşdirmək istəsələr də, sonuncu sakitləşməyərək bacısı Əsnatın boğaz nahiyəsindən tutub onu dartışdırmış, daha sonra əvvəlcə onun üzünün sol tərəfindən, sonra isə boğazından tutub həyətə aparmaqla, itələyərək yerə yıxmış, bundan sonra atası sakitləşmişdir. Bundan başqa, 19 oktyabr 2023-cü il tarixdə, saat 16:40 radələrində özü və bacıları Gülvərd, Əsnat evdən çıxıb xalasıgilin evinə getmişlər. Belə ki, ataları Ceyhun daim nəyi isə bəhanə edərək onları döydüyü üçün ataları ilə yaşamamaq qərarına gəlmişlər. Daha sonra, ataları Ceyhunun hərəkətləri barədə dayısı Rəhimə danışmış, habelə sonucu ilə birlikdə Siyəzən rayon Polis Şöbəsinə gedərək, orada atalarının hərəkətləri barədə bildirmişlər. Eyni zamanda, ataları Ceyhun mütamadi olaraq evdə münaqişələr yaradaraq onu, anasını və bacılarını döymüş, onlara xəsarət yetirməklə, əzab vermişdir. Baş vermiş hadisənin səbəbi ataları Ceyhunun əsəbləşərək nahaqdan evdə söz-söhbət etməsi və bankdan olan gecikməyə görə ona zənglərin gəlməsinə görə olmuşdur. Atası Ceyhun əvvəlcə onun sifətinin sol tərəfindən əlləri ilə tutarkən, sonra isə, boğazından tutub itələyərkən orada anası, atası, özü və bacıları olmuşlar. Yadında qaldığına görə 01 oktyabr 2023-cü il tarixdə, saat 21:00 radələrində atası Ceyhun heç nə nədən yaşadıqları evdə münaqişə yaradaraq əli ilə anası Sənubərin bədəninin müxtəlif nahiyyələrinə vurmaqla ona xəsarət yetirmişdir. Bundan başqa, 09 oktyabr 2023-cü il tarixdə, saat 18:00 radələrində yenə evdə olduqları vaxt atası Ceyhun yeməyi bəyənmədiyini deyib, yeməyə görə anası ilə mübahisə yaratmış, habelə əli ilə anasının başına vurub, ona xəsarət yetirmişdir. Bu zaman əsəbi olan atası bacısı Əsnatın sifətinə bir sillə vurub xəsarət yetirmiş, həmçinin ağladığı üçün onun da, sifətinə sillə ilə vurmuşdur. Həmin vaxt xəsarətləri olsa da nə özü, nə də anası, nə də ki, bacıları həkimə müraciət etməmiş, tibbi ekspertizadan keçməmiş, heç bir yerə şikayət etməmişlər. Həmçinin, qeyd edilən münaqişələr evdə olduğu üçün kənar şəxslər tərəfindən görülməmişdir. Məhkəmə iclasında dindirilmiş yetkinlik yaşına çatmayan Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, əvvəllər atası Ceyhun ilə anası Sənubər arasında münaqişələr baş versə də, sonuncular arasındakı münasibət hazırda normaldır. Bundan başqa, 14 oktyabr 2023-cü il tarixdə, anası Sənubər bacısı Şəhanədən köynəyini gətirməsini istəməsi atasını əsəbləşdirmiş, bu zaman sonuncu anasının baş nahiyəsinə əli ilə zərbə endirmiş, anasının ağzından qan gəlmiş, həmçinin atası həmin vaxt bacılarını da vurmuşdur. Bundan sonra, 19 oktyabr 2023-cü il tarixdə, saat 16:40 radələrində özü və bacıları Şəhanə, Əsnat evdən çıxıb xalasıgilin evinə getmişlər. Belə ki, ataları Ceyhun daim nəyi isə bəhanə edərək onları döydüyü üçün ataları ilə yaşamamaq qərarına gəlmişlər. Daha sonra, ataları Ceyhunun hərəkətləri barədə dayısı Rəhimə danışmış, habelə sonucu ilə birlikdə Siyəzən rayon Polis Şöbəsinə gedərək, orada atalarının hərəkətləri barədə bildirmişlər. Qeyd edir ki, bəzi hallarda atası əsəbləşərkən anasını taxta parçası ilə döymüş, habelə bu hallar onların gözlərinin qarşısında baş vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 25-26-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X9 məhkəmə-tibb ekspertizasının 20 oktyabr 2023-cü il tarixli, 222 saylı rəyindən görünür ki, X1 bədəni üzərində üzün sağ yarısının yumşaq toxumalarının geniş sahəni əhatə edən hematoma halında əziyi və üst dodağın qançırı aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 6-8 günə qədər olub 14 oktyabr 2023-cü il tarixə uyğun gəlir, səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 29-30-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X9 məhkəmə-tibb ekspertizasının 20 oktyabr 2023-cü il tarixli, 224 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində başın alın nahiyyəsinin sol yarısının bir ədəd qançırı aşkar edilmidşir. Həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, yuxarıda göstərildiyi şəraitdə yarana bilər, yaranma müddəti 6-8 günə qədər olub, 14 oktyabr 2023cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilmir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 31-32-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X9 məhkəmə-tibb ekspertizasının 20 oktyabr 2023-cü il tarixli, 225 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində üzün sol yarısının sıyrığı aşkar edilmişdir. Həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, yuxarıda göstərildiyi şəraitdə yarana bilər, yaranma müddəti 6-8 günə qədər olub, 14 oktyabr 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilmir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 158-167-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 10 fevral 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1-ci və 133.2.4-cü maddələri ilə elan olunmuş ittihamın məzmununa dəyişiklik edilmədən öz qüvvəsində saxlanılmış, habelə, onun əməlində CM-nin 221-ci və 128-ci maddələrinin tərkibi olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 151-152-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19 fevral 2024-cü il tarixli tələbnaməsindən görünür ki, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs hazırkı cinayət əməlinin törədildiyi vaxt üzərində məhkumluğu olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 124-125-ci vərəqələrində olan 01 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 154-155-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də 146-149-cu səhifələrdəki şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamənin surətindən, həmçinin iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində xx xxxxxxxx 2006-cı il təvəllüdlü Gülvərd, xx xxxxxx 2011-ci il təvəllüdlü Əsnat, xx xxxx 2013cü il təvəllüdlü Şəhanə və 04 mart 2020-ci il təvəllüdlü Sadiq adında üç yetkinlik yaşına çatmayan və 04 mart 2020-ci il təvəllüdlü Sadiq adında bir azyaşlı uşağı olmaqla, Siyəzən şəhərinin Xətai küçəsində yerləşən 130 nömrəli evdə qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün, eləcə də zərərçəkmişin, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərin, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə yanaşı, ekspertiza rəyləri və işin digər materialları ilə təsdiq edilərək, sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 133.2.1-ci və 133.2.4-cü maddələri ilə tövsif edilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq sübutların qiymətləndirilməsi barədə 10 fevral 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs 01 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 133.2.1-ci və 133.2.4-cü maddələri ilə elan olunmuş ittihamın məzmununa dəyişiklik edilmədən qüvvəsində saxlanılmasına, habelə sonuncunun əməlində Azərbaycan Respublikası CM-nin 221-ci və 128-ci maddələrinin tərkibi olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 133.2.1-ci və 133.2.4-cü maddələri ilə tövsif edilməsinə razılaşır və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun himayəsində üç yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Bu Qərarın İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edilməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, ailəsi daxilində daim münaqişəli vəziyyət yaratmağa meylli olmaqla, ətrafında olan doğma insanları daim qorxu, eləcə də təhdid altında gərgin psixoloji vəziyyətdə saxlamasını, yəni ailə üzvlərinə qarşı güclü fiziki ağrılar, psixi iztirablar yetirəcəyini qabaqcadan dərk edərək, onun baş verməsinə şüurlu surətdə yol verməsini, beləliklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza, onun cəza çəkmədən islah olunması mümkün sayılmaqla, şərti olaraq tətbiq ediləcəyi halda gələcəkdə yenidən eyni kateqoriyadan olan cinayət əməli törətməsinə, eləcə də bununla əlaqədar ailə üzvlərini təzyiq altında saxlamaqla hökmün icrasından yayına biləcəyinə kifayət qədər əsaslar olmasını, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda göstərilən yüngülləşdirici halın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 133.2.1-ci və 133.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın minimum həddi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 02 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak, eləcə də məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 133.2.1-ci və 133.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar