Məhkəmə qərarları › İş №1(059)-17/2025

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-17/2025

22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-17/2025 22.04.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X2, Müdafiəçi - Xaçmaz şəhər Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə 22 aprel 2025-ci il tarixdə, Siyəzən şəhəri Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxx 1981-cı il tarixdə Quba rayonunun Zərdabi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “X12, Hospitality and Management” MMC-də ərazi gözətçisi işləyən, əvvəllər məhkum olunmamış, Quba rayonunun Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla, bu rayonun İkinci Nügədi kəndində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 06 aprel 2024-cü il tarixdə, saat 17:00-da idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz E 280” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 94-cü kilometrliyində, yolun Quba istiqamətindəki hərəkət hissəsi ilə 90 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin İİİ bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmış, bu səbəbdən də, idarəetməni itirmiş, avtomobil yolun Quba rayonu istiqamətində sağ kənarına çıxıb iki dəfə aşaraq sağ yanı üstə dayanmış, nəticədə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan sözügedən avtomobilin sərnişini X3 politravma-baş beyin maddəsinə və beynin yumşaq qişasına qansızmalar, baş beyin maddəsinin ödemi, qabırğaların ikitərəfli çoxsaylı sınıqları, sol ağciyərin cırılması, sol tərəfli hemotoraks, dalağın və qara ciyərin cırılmaları, böyük piyliyə geniş qansızmalar, başın ənsə nahiyəsinin hematoması, sağ alın-təpə və təpə nahiyəsinin yumşaq örtüyünə qansızmalar, qarnın sağ yarısının ön divarının qançırı, sol dizin və hər iki baldırların sıyrıqları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq 06 aprel 2024-cü il tarixdə, saat 22:00-da Siyəzən Rayon Mərkəzi Xəstəxanasında ölməsinə, digər sərnişinlər Zərərçəkmiş şəxs1 baş beyin silkələnməsi, sol almacıq sümüyünün xətti sınığı, sol orbitanın hematoması, boynun, sol çiynin və döş qəfəsinin yumşaq toxumalarının əziyi, sol almacıq-gicgah nahiyəsinin sıyrılmış yarası kimi səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs2 isə sağ bazu oynağının travmatik çıxığı, sağ çiyin qurşağının və sağ bazunun hematoma halında əziyi, döş qəfəsinin küt zədələnməsi kimi səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, mərhum X6 onun qaynanası olmuş, habelə sonuncuya məxsus “Mercedes Benz” E 280 markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobili 01 aprel 2022-ci il tarixdən etibarnamə əsasında idarə etmişdir. Bundan başqa, mərhum Gülbahar İsmiyeva şəkərli diabet xəstəsi olduğundan sonuncunu hər ay 2-3 dəfə olmaqla, yaşadıqları Quba rayonunun İkinci Nügədi kəndindən müayinə üçün Bakı şəhəri Nəsimi rayonu, Sübhi Salayev küçəsində yerləşən “ATM” klinikasına aparıb gətirmişdir. Belə ki o, 06 aprel 2024cü il tarixdə, saat 08:00 radələrində arvadı Zərərçəkmiş şəxs2, baldızı Zərərçəkmiş şəxs1 və mərhum qaynanası X6 ilə birlikdə sonuncunu müayinə etdirmək üçün Quba rayonunun İkinci Nügədi kəndindən çıxaraq etibarnamə əsasında idarə etdiyi Mercedes Benz” E 280 markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Nəsimi rayonu, Sübhi Salayev küçəsində yerləşən “ATM” klinikasına getmişdir. Gülbahar İsmiyeva müayinə olunduqdan sonra, yəni, həmin tarixdə, saat 11:00 radələrində onlar klinikadan çıxaraq qayınanasının Sumqayıt şəhərində yaşayan Xatirə adlı bacısının evinə getmişlər. Bundan sonra onlar, qeyd olunan tarixdə, saat 15:00 radələrində Sumqayıt şəhərindən çıxaraq yaşadıqları Quba rayonunun İkinci Nügədi kəndi istiqamətində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolu ilə hərəkət etməyə başlamışlar. Belə ki, həmin vaxt avtomobilin sağ ön oturacağında onun arvadı Zərərçəkmiş şəxs2, sağ arxa oturacaqda mərhum qaynanası Gülbahar İsmiyeva, arxa sol oturacaqda isə baldızı Zərərçəkmiş şəxs1 əyləşmişdir. Bundan sonra, 06 aprel 2024-cü il tarixdə, saat 17:00 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 94-cü kilometrliyində 90km/saat surətlə hərəkətdə olarkən idarə etdiyi sözügedən avtomobildə “titrəmə” yaranmış, habelə cihazlar panelində “ABS” sistemində nasazlıq olması barədə xəbərdarlıq işığı yanmışdır. Daha sonra, avtomobil sağ zolağa doğru hərəkət etməyə başlamış, habelə bunun qarşısını almağa çalışsa da, mümkün olmamış, nəticə də, avtomobil sağ yan tərəfi üstə iki dəfə aşaraq, həmin tərəf üstündə dayanmışdır. Bundan sonra o, avtomobilin sol yan şüşəsini sındıraraq, bayıra çıxmış, habelə baldızı Dəyanəti, mərhum qaynanası Gülbaharı və arvadı Səriyyəni avtomobildən çıxartmış və təcili tibbi yardımın 103 qaynar xəttinə zəng vuraraq məlumat vermişdir. Həmçinin, ona ana kimi əziz olan mərhum qaynanası Gülbaharı istər avtomobildən çölə çıxardarkən, istərsə də TTY avtomobili ilə Siyəzən rayon Mərkəzi Xəstəxanasına apararkən sonuncu sağ olsa da, sonradan sözügedən Xəstəxanada vəfat etmişdir. Odur ki, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinin, eləcə də, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasının nəzərə alınmasını xahiş edir. Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərdi ki, mərhum X6 onun anası olmaqla, sonuncuya məxsus “Mercedes Benz” E 280 markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobili bacısı Səriyyənin əri Elşad etibarnamə əsasında idarə etmişdir. Bundan başqa, mərhum anası Gülbahar İsmiyeva şəkərli diabet xəstəsi olduğundan sonuncunu hər ay 2-3 dəfə olmaqla, yaşadıqları Quba rayonunun İkinci Nügədi kəndindən müayinə üçün Bakı şəhəri Nəsimi rayonu, Sübhi Salayev küçəsində yerləşən “ATM” klinikasına aparıb gətirmişlər. Belə ki, 06 aprel 2024-cü il tarixdə, saat 08:00 radələrində Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi Mercedes Benz” E 280 markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə bacıları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və mərhum anası X1 müayinə etdirmək üçün Quba rayonunun İkinci Nügədi kəndindən Bakı şəhəri Nəsimi rayonu, Sübhi Salayev küçəsində yerləşən “ATM” klinikasına aparmışdır. Bundan sonra, həmin tarixdə, saat 18:00 radələrində bacısı Dəyanətin əri İlyas Fətəliyev ona mobil telefon vasitəsi ilə zəng edərək, ailə üzvlərinin Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 94-cü kilometrliyində qəza keçirtdiklərini və aldıqları xəsarətlərə görə Siyəzən rayon Mərkəzi Xəstəxanasına aparıldıqlarını bildirmişdir. Daha sonra, 06 aprel 2024-cü il tarixdə, saat 22:00 radələrində ona anası X3 vəfat etməsi barədə məlumat vermişlər. Bundan sonra, anası Gülbahar İsmiyevanın meyiti tibbi müayinədən keçirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X11 Şabran rayon şöbəsinin meyitxanasına göndərilmişdir. Beləliklə, Gülbahar İsmiyevanın meyiti tibbi müayinədən keçirildikdən sonra qohumlarına təhvil verilmiş, habelə 07 aprel 2024-cü il tarixdə, saat 12:00 radələrində Quba rayonunun İkinci Nügədi kənd qəbiristanlığında dəfn edilmişdir. Bundan başqa, mərhum anası Gülbahar İsmiyeva, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşamaqla, yanaşı münasibətləri yaxşı olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, mərhum X6 onun anası olmaqla, sonuncuya məxsus “Mercedes Benz” E 280 markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobili bacısı Səriyyənin əri Elşad etibarnamə əsasında idarə etmişdir. Bundan başqa, mərhum anası Gülbahar İsmiyeva şəkərli diabet xəstəsi olduğundan sonuncunu hər ay 2-3 dəfə olmaqla, yaşadıqları Quba rayonunun İkinci Nügədi kəndindən müayinə üçün Bakı şəhəri Nəsimi rayonu, Sübhi Salayev küçəsində yerləşən “ATM” klinikasına aparıb gətirmişlər. Belə ki, 06 aprel 2024-cü il tarixdə, təxminən saat 08:00 radələrində Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi Mercedes Benz” E 280 markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu, bacısı Zərərçəkmiş şəxs2 və mərhum anası X1 müayinə etdirmək üçün Quba rayonunun İkinci Nügədi kəndindən Bakı şəhəri Nəsimi rayonu, Sübhi Salayev küçəsində yerləşən “ATM” klinikasına aparmışdır. Gülbahar İsmiyeva müayinə olunduqdan sonra, yəni həmin tarixdə, təxminən saat 11:00 radələrində onlar klinikadan çıxaraq anasının Sumqayıt şəhərində yaşayan Xatirə adlı bacısının evinə getmişlər. Bundan sonra onlar, qeyd olunan tarixdə, saat 15-16:00 radələrində Sumqayıt şəhərindən çıxaraq yaşadıqları Quba rayonunun İkinci Nügədi kəndi istiqamətində Bakı- Quba-Dağıstan sərhədi avtomobil yolu ilə hərəkət etməyə başlamışlar. Belə ki, həmin vaxt avtomobili Təqsirləndirilən şəxs idarə etmiş, habelə maşının sağ ön oturacağında sonuncunun arvadı Zərərçəkmiş şəxs2, sağ arxa oturacaqda mərhum anası Gülbahar İsmiyeva, arxa sol oturacaqda isə özü əyləşmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs 06 aprel 2024-cü il tarixdə, saat 17:00 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 94-cü kilometrliyində 90km/saat surətlə hərəkətdə olarkən sözügedən avtomobildə “titrəmə” yaranmış, habelə avtomobil sağ zolağa doğru hərəkət etməyə başlamış, Elşad bunun qarşısını almağa çalışsa da, mümkün olmamış, nəticə də, avtomobil sağ yan tərəfi üstə iki dəfə aşaraq, həmin tərəf üstündə dayanmışdır. Daha sonra o, huşunu itirmiş habelə Təqsirləndirilən şəxs onu, mərhum Gülbaharı və arvadı Səriyyəni avtomobildən çıxartmışdır. Belə ki, Təqsirləndirilən şəxs məlumatı əsasında hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş, habelə onları Siyəzən rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Bundan sonra, əri İlyas Fətəliyev onu Sumqayıt şəhərində yerləşən xəstəxanaya aparmış, habelə hadisə nəticəsində az ağır xəsarətlər almışdır. Həmçinin, 06 aprel 2024-cü il tarixdə, saat 22:00 radələrində anası X6 vəfat etmiş, habelə sonuncunun meyiti tibbi müayinədən keçirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X11 Şabran rayon şöbəsinin meyitxanasına göndərilmişdir. Daha sonra, Gülbahar İsmiyevanın meyiti tibbi müayinədən keçirildikdən sonra qohumlarına təhvil verilmiş, habelə 07 aprel 2024-cü il tarixdə, saat 12:00 radələrində Quba rayonunun İkinci Nügədi kənd qəbiristanlığında dəfn edilmişdir. Bundan başqa, mərhum anası Gülbahar İsmiyeva, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşamaqla, yanaşı münasibətləri yaxşı olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əri, mərhum X6 isə anası olmaqla, sonuncuya məxsus “Mercedes Benz” E 280 markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobili əri Elşad etibarnamə əsasında idarə etmişdir. Bundan başqa, mərhum anası Gülbahar İsmiyeva şəkərli diabet xəstəsi olduğundan sonuncunu hər ay 2-3 dəfə olmaqla, yaşadıqları Quba rayonunun İkinci Nügədi kəndindən müayinə üçün Bakı şəhəri Nəsimi rayonu, Sübhi Salayev küçəsində yerləşən “ATM” klinikasına aparıb gətirmişlər. Belə ki, 06 aprel 2024-cü il tarixdə, saat 08:00 radələrində Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi Mercedes Benz” E 280 markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu, bacısı Zərərçəkmiş şəxs1 və mərhum anası X1 müayinə etdirmək üçün Quba rayonunun İkinci Nügədi kəndindən sözügedən klinikaya aparmışdır. Gülbahar İsmiyeva müayinə olunduqdan sonra, yəni həmin tarixdə, saat 11:00 radələrində onlar klinikadan çıxaraq anasının Sumqayıt şəhərində yaşayan Xatirə adlı bacısı gilə gəlmişlər. Bundan sonra onlar, qeyd olunan tarixdə, saat 15-16:00 radələrində Sumqayıt şəhərindən çıxaraq yaşadıqları Quba rayonunun İkinci Nügədi kəndi istiqamətində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolu ilə hərəkət etməyə başlamışlar. Belə ki, həmin vaxt avtomobili Təqsirləndirilən şəxs idarə etmiş, habelə maşının sağ ön oturacağında o, sağ arxa oturacaqda mərhum anası Gülbahar İsmiyeva, arxa sol oturacaqda isə bacısı Dəyanət əyləşmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs 06 aprel 2024-cü il tarixdə, saat 17:00 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 94-cü kilometrliyində 90km/saat surətlə hərəkətdə olarkən sözügedən avtomobildə “titrəmə” yaranmış, habelə avtomobil sağ zolağa doğru hərəkət etməyə başlamış, Elşad bunun qarşısını almağa çalışsa da, mümkün olmamış, nəticə də, avtomobil sağ yan tərəfi üstə iki dəfə aşaraq, həmin tərəf üstündə dayanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs bacısı Dəyanəti, mərhum Gülbaharı və onu avtomobildən çıxartmışdır. Belə ki, Təqsirləndirilən şəxs məlumatı əsasında hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş, habelə ilk öncə Dəyanəti, sonra, mərhum anası Gülbaharı, sonda isə onu Siyəzən rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Bununla da o, hadisə nəticəsində az ağır xəsarətlər almışdır. Həmçinin, 06 aprel 2024-cü il tarixdə, saat 22:00 radələrində anası X6 vəfat etmiş, habelə sonuncunun meyiti tibbi müayinədən keçirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X11 Şabran rayon şöbəsinin meyitxanasına göndərilmişdir. Daha sonra, Gülbahar İsmiyevanın meyiti tibbi müayinədən keçirildikdən sonra qohumlarına təhvil verilmiş, habelə 07 aprel 2024-cü il tarixdə, saat 12:00 radələrində Quba rayonunun İkinci Nügədi kənd qəbiristanlığında dəfn edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında elan edilmiş işin 51-55-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X11 məhkəmə-tibb ekspertizasının 05 may 2024-cü il tarixli, 5 saylı rəyindən görünür ki, X3 meyitinin müayinəsində politravma-baş beyin maddəsinə və beynin yumşaq qişasına qansızmalar, baş beyin maddəsinin ödemi, qabırğaların ikitərəfli çoxsaylı sınıqları, sol ağ ciyərin cırılması, sol tərəfli hemotoraks (döş boşluğuna qanaxma-1000 ml), dalağın və qara ciyərin cırılmaları (qarın boşluğunda sərbəst qan-600 ml), böyük piyliyə geniş qansızmalar, başın ənsə nahiyəsinin hematoması, sağ alın-təpə və təpə nahiyəsinin yumşaq örtüyünə qansızmalar, qarnın sağ yarısının ön divarının qançırı, sol dizin və hər iki baldırların sıyrıqlarından ibarət bədən xəsarətləri aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti şəxsin ölümündən qısa müddət əvvələ aid olub 06 aprel 2024-cü il tarixə uyğun gəlir və canlı adamlarda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. X3 ölümünə səbəb döş qəfəsinin və qarnın küt zədə nəticəsində sol ağciyərin, dalağın və qara ciyərin cırılmaları və qabırğaların iki tərəfli çoxsaylı sınıqlarından törəyən ağır travmatik şok olmuşdur. Ölümün baş vermə vaxtı ilkin meyit əlamətlərinə görə onun meyitinin meyitxanada müayinə anından (07 aprel 2024-cü il, saat 09:00) 6 saata qədər əvvələ uyğun gəlir. X3 meyitindən götürülmüş qanın məhkəmə-kimya laborator tədqiqatı zamanı qanda etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş işin 59-60-cı səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X11 məhkəmə-tibb ekspertizasının 21 iyun 2024-cü il tarixli, 104 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində baş beyin silkələnməsi, sol almacıq sümüyünün xətti sınığı, sol orbitanın hematoması, boynun, sol çiynin və döş qəfəsinin yumşaq toxumalarının əziyi, sol almacıqgicgah nahiyəsinin sıyrılmış yarası aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti 06 aprel 2024-cü il tarixə uyğun gəlir, səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə iclasında elan edilmiş işin 61-62-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X11 məhkəmə-tibb ekspertizasının 21 iyun 2024-cü il tarixli, 105 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sağ bazu oynağının travmatik çıxığı, sağ çiyin qurşağının və sağ bazunun hematoma halında əziyi, döş qəfəsinin küt zədələnməsi aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti 06 aprel 2024-cü il tarixə uyğun gəlir, səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Cinayət işi materiallarına əlavə edilmiş Siyəzən rayon qeydiyyat şöbəsinin 23 sentyabr 2024-cü il tarixli, AZ-İİ seriyalı, 420946 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X6 06 aprel 2024-cü il tarixdə Siyəzən şəhərində travmatik şokdan ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 21 avqust 2024-cü il tarixdə 0149 nömrəli qeyd edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 19-cu səhifəsində olan 06 aprel 2024-cü il tarixli, 38 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, həmin tarixdə, saat 19:50 radələrində Təqsirləndirilən şəxs müayinə olunarkən ayıq vəziyyətdə olmuşdur. Məhkəmə iclasında elan edilmiş, işin 96-99-cu səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 yanvar 2025-ci il tarixli, 8/2152 saylı rəyindən görünür ki, baxışa təqdim olunmuş “Mercedes Benz” E 280 markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz sistemi hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Yəni, avtomobilin tormoz sisteminin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən sözügedən avtomobilin sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin İİİ bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 95-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri 228 manat təşkil edir. İş üzrə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş, ibtidai istintaq zamanı keçirilmiş hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokollarla da sübuta yetirilir. Məhkəmə iclasında elan edilmiş işin 29-cu səhifəsində olan BD nömrəli, 178220 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, eləcə də işin 30-cu səhifəsində olan 01 aprel 2022-ci il tarixli, ƏN-Vİ seriyalı, 010689 nömrəli etibarnamənin surətlərindən görünür ki, “Mercedes Benz” E 280 markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6 bu avtomobili 30 dekabr 2024-cü il tarixədək idarə etmək üçün Təqsirləndirilən şəxs etibar etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 102-108-ci vərəqələrində olan 21 fevral 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “Mercedes Benz” E 280 markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış, habelə geri qaytarılmışdır. Məhkəmə iclasında elan edilmiş işin 93-cü səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16 yanvar 2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş, işin 29-cu səhifəsində olan AE seriyalı, 609031 saylı sürücülük vəsiqəsinin, eləcə də işin 49-cu səhifəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin 29 aprel 2024-cü il tarixli məktubunun surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 30 dekabr 2014-cü il tarixdən 30 dekabr 2024-cü il tarixədək “B C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malik olmuş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 131-ci səhifəsində olan 25 fevral 2025ci il tarixli qətimkan tədbiri seçmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “X12, Hospitality and Management” MMC-də ərazi gözətçisi işləməklə, himayəsində 07 noyabr 2013-cü il təvəllüdlü Esma adında və 21 avqust 2016-cı il təvəllüdlü Ayan adında iki yetkinlik yaşına çatmayan övladı var. İş materiallarına əlavə edilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, onlar, Təqsirləndirilən şəxsla barışdıqlarından ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladının və faydalı əmək fəaliyyəti ilə məşğul olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallardandır. Sözügedən Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, bununla belə, onun şəxsiyyətini, ailə-məişət şəraitini, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Mercedes Benz” E 280 markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobil ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X5 qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 228 (iki yüz iyirmi səkkiz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz” E 280 markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobil ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X5 qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar