Məhkəmə qərarları › İş №1(059)-18/2020

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-18/2020

17.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-18/2020 17.03.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə 17 mart 2020-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin binasında xx xxxxxx 1985-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 18 iyun 2014-cü il tarixdən başlayaraq, 23 iyul 2011-ci il təvəllüdlü X2 və 22 avqust 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər bir uşağa görə 103 manat olmaqla, cəmi 206 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli, 2(105)-206/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə Siyəzən Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs olunmasına, həbs edildikdən sonra yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, o cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 09 oktyabr 2019-cu il tarixədək yaranmış 13028 manat məbləğində aliment borcunu hazırkı günədək tələbkarın xeyrinə ödəməmiş, ona maddi ziyan vurmuş, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olmaqla evlənmiş, bu nikahdan 23 iyul 2011-ci il tarixdə Nihad, 22 avqust 2013-cü il tarixdə isə Zümrüd adlı iki övladları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən və tez-tez aralarında mübahisələr yarandığından Zərərçəkmiş şəxs nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 27 yanvar 2015-ci il tarixli qətnaməsi ilə 18 iyun 2014-cü il tarixdən başlayaraq, 23 iyul 2011-ci il təvəllüdlü Nihadın və 22 avqust 2013-cü il təvəllüdlü Zümrüdün yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə 103 manat olmaqla, cəmi 206 manat sabit pul məbləğində alimentin ondan tutulub Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Əvvəllər işləmədiyinə görə aliment borcunu ödəyə bilməmiş, bu səbəbdən də zərərçəkmiş şəxsə 13028 manat aliment borcu yaranmışdır. Hazırda o, zərərçəkmiş şəxsə olan aliment borcu 12878 manat təşkil edir. Belə ki, o, 30 dekabr 2019-cu il tarixdə mövcud olmuş əvvəlki borcundan 150 manat ödəniş etmişdir. Fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmaqla, ayda 400 manat qazanc əldə etməsinə baxmayaraq, hazırda 12878 manat təşkil edən aliment borcunu bir dəfəyə ödəməyə bilmir. Bununla yanaşı, zərərçəkmiş şəxsə yaranmış borcunu işləyib, ödəyəcəyinə vəd verir. Törətdiyi əməli məqsədyönlü şəkildə etməməklə, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, gələcəkdə aliment borcunu ödəyəcəyini, eləcə də təyin olunmuş aliment ödənişlərini bundan sonra vaxtlı-vaxtında icra edəcəyinin nəzərə alınmasını və ona daha yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxsla rəsmi nikaha daxil olmaqla evlənmiş, bu nikahdan 23 iyul 2011-ci il tarixdə Nihad, 22 avqust 2013-cü il tarixdə isə Zümrüd adlı iki övladları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən və tez-tez aralarında mübahisələr yarandığından o, nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 27 yanvar 2015-ci il tarixli qətnaməsi ilə 18 iyun 2014-cü il tarixdən başlayaraq, 23 iyul 2011-ci il təvəllüdlü Nihadın və 22 avqust 2013-cü il təvəllüdlü Zümrüdün yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə 103 manat olmaqla, cəmi 206 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs alınaraq, onun xeyrinə ödənilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olmaqla, ayda 700 manata yaxın qazanc əldə etsə də, məsuliyyətsiz bir insan olduğu üçün aliment borcunu ödəməmiş və ona 13028 manat aliment borcu yaranmışdır. Sonradan, yəni 30 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ona mövcud olmuş əvvəlki borcundan 150 manat ödəniş etmiş, 12878 manat təşkil edən aliment borcunu isə ödəməkdən qərəzli olaraq yenidən yayınmışdır. Beləliklə, aliment borcu ödənilmədiyinə görə təqsirləndirilən şəxsdən şikayətçidir və onun barəsində sərt cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 27 yanvar 2015-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 18 iyun 2014-cü il tarixdən başlayaraq, 23 iyul 2011-ci il təvəllüdlü Nihadın və 22 avqust 2013-cü il təvəllüdlü Zümrüdün yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 103 manat olmaqla, cəmi 206 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs xeyrinə ödəməlidir. Borclu Təqsirləndirilən şəxs aliment borcunun ödənilməsi üçün dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar olunmuş, o, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdar olunmuşdur. Buna baxmayaraq, Təqsirləndirilən şəxs tələbkara olan aliment borcunu ödəməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin 29 aprel 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Borcluya icra sənədi üzrə tələbin könüllü icrası haqqında rəsmi bildiriş təqdim olunaraq tələbin könüllü icrası üçün əlavə müddət verilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından boyun qaçıracağı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar olunmuşdur. Buna baxmayaraq, borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə yaranmış 13028 manat məbləğində pul vəsaitini tələbkara ödəməməklə məhkəmənin məlum qətnaməsini qərəzli olaraq icra etməmişdir. Hazırda isə ona həmin borcdan 150 manat məbləğin ödənildiyi məlum olmuşdur. Belə olan təqdirdə isə təqsirləndirilən şəxsin hazırkı günə olan aliment borcu 12878 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən Şahid2ifadəsində göstərdi ki, qızı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla rəsmi nikaha daxil olmaqla evlənmiş, bu nikahdan 23 iyul 2011-ci il tarixdə Nihad, 22 avqust 2013-cü il tarixdə isə Zümrüd adlı iki övladları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən və tez-tez aralarında mübahisələr yarandığından qızı Nübar nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 27 yanvar 2015-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 18 iyun 2014-cü il tarixdən başlayaraq, 23 iyul 2011-ci il təvəllüdlü Nihadın və 22 avqust 2013-cü il təvəllüdlü Zümrüdün yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 103 manat olmaqla, cəmi 206 manat sabit pul məbləğində aliment tutulub qızının xeyrinəödənilməsi qət edilmişdir. Siyəzən Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 gün müddətinə inzibati qaydada həbs olunmasına baxmayaraq, yaranmış 13028 manat məbləğində aliment borcunu qərəzli olaraq ödəməmiş, hətta məsuliyyətsiz bir insan kimi övladlarını görməyə belə cəhd göstərməmişdir. Sonradan, yəni 30 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs qızına mövcud olmuş əvvəlki borcundan 150 manat ödəniş etmiş, 12878 manat təşkil edən aliment borcunu isə ödəməkdən qərəzli olaraq yenidən yayınmışdır. Məhkəmə iclasında iştirak edən Şahid3ifadəsində göstərdi ki, xalası qızı Nübar Təqsirləndirilən şəxsla rəsmi nikaha daxil olmaqla evlənmiş, bu nikahdan 23 iyul 2011-ci il tarixdə Nihad, 22 avqust 2013-cü il tarixdə isə Zümrüd adlı iki övladları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən və tez-tez aralarında mübahisələr yarandığından Zərərçəkmiş şəxs nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 27 yanvar 2015-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 18 iyun 2014-cü il tarixdən başlayaraq, 23 iyul 2011-ci il təvəllüdlü Nihadın və 22 avqust 2013-cü il təvəllüdlü Zümrüdün yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 103 manat olmaqla, cəmi 206 manat sabit pul məbləğində aliment tutulub xalası qızı Nübarın xeyrinəödənilməsi qət edilmişdir. Siyəzən Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 gün müddətinə inzibati qaydada həbs olunmasına baxmayaraq, yaranmış 13028 manat məbləğində aliment borcunu qəsdən, qərəzli olaraq yenə də ödəməmişdir. Uşaqların saxlanılmasında Zərərçəkmiş şəxs sonuncunun valideynləri köməklik göstərmişdir. Sonradan, yəni 30 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs qızına mövcud olmuş əvvəlki borcundan 150 manat ödəniş etmiş, 12878 manat təşkil edən aliment borcunu isə ödəməkdən qərəzli olaraq yenidən yayınmışdır. Cinayət işinin 7-9-cu vərəqələrində olan 24 aprel 2015-ci il tarixdə qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli, 2(105)-206/2015 saylı qətnaməsinin, eləcə də işin 10-cu vərəqəsində olan eyni tarixli, eyni nömrəli icra vərəqəsinin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 27 avqust 2014-cü il tarixli qətnaməsi qismən ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilmiş, qeyd olunan qətnamə 18 iyun 2014-cü il tarixdən başlayaraq, Təqsirləndirilən şəxs 23 iyul 2011-ci il təvəllüdlü Nihadın və 22 avqust 2013-cü il təvəllüdlü Zümrüdünyetkinlik yaşına çatanadək saxlanılması üçünhər ay hər uşağa görə 103 manat olmaqla, cəmi 206 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 12-13-cü vərəqələrində olan Siyəzən rayon icra qrupunun 15 may 2015-ci il tarixli icraata başlamaq haqqında qərarının və eyni tarixli bildirişin surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli, 2(105)- 206/2015 saylı icra sənədi icra olunması üçün 12 may 2015-ci il tarixdə icra qrupunun icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmışdır. Cinayət işinin 42-43-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 3(059)-112/2019 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona inzibati tənbeh olaraq 20 (iyirmi) gün müddətində həbs təyin olunmuşdur. Cinayət işinin 93-cü vərəqəsində Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 02 dekabr 2019-cu il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 116-cı vərəqəsində olan 22 yanvar 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2020-ci il tarixdə keçirilmiş axtarış tədbirləri nəticəsində Siyəzən şəhərində tutularaq saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin MSY-yə göndərilmişdir. Cinayət işinin 152-ci vərəqəsindəki 22 yanvar 2020-ci il tarixli müvəqqəti saxlama yerindən azad edilmə haqqında, həmçinin işin 148-149-cu vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 69-70-ci vərəqələrində olan Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışın, eləcə də xasiyyətnamənin surətlərindən görünür ki, Siyəzən rayonu, Yenikənd kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və ya şifahi ərizə-şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi və digər iş materialları ilə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini və qərarını qərəzli olaraq tam icra etməməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi olaraq etiraf etməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, aliment borcundan cüzi ödəniş etməsini, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamaqla müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun ədalət mühakiməsi əleyhinə cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikası adından çıxarılmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 22 yanvar 2020-ci il tarixdə həbsdə saxlanıldığı bir gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs hər gün saat 20:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, ona hər gün saat 20:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalı, həmçinin ona kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Siyəzən rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 20:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 20:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Siyəzən rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar