Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-18/2023 11.04.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə 11 aprel 2023-cü il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 1994-cü il tarixdə Siyəzən rayonunun Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olmayan, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 22, 25 və 28 noyabr 2022-ci il tarixlərində vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs məxsus, Siyəzən rayonun Yenikənd kəndində yerləşən yaşayış evinin daş hasarla əhatə edilən həyətyanı sahəsinə qanunsuz olaraq daxil olmaqla orada çardaq kimi istifadə edilən tikilidə olan 2 ədəd ümumi dəyəri 400 manat, 1 ədədi 200 manat olan 1997-ci il istehsalı UAZ 469b markalı avtomobilin ressorları, 1 ədəd dəyəri 300 manat olan UAZ 469b markalı avtomobilin bütöv razdatkası, ümumi dəyəri 40 manat, 1 ədədi 20 manat olan UAZ 469b markalı avtomobilin 2 ədəd polosu, 1 ədəd dəyəri 350 manat olan UAZ 469b markalı avtomobilin stupsiya ilə birlikdə most çuloku (körpü), 1 ədəd dəyəri 10 manat olan UAZ 469b markalı avtomobilin naklatkası, 1 ədəd dəyəri 25 manat olan UAZ 469 markalı avtomobilin “qlavni silindir”, 4 ədəd ümumi dəyərləri 40 manat, 1 ədədinin dəyəri 10 manat olan UAZ 469b markalı avtomobilin şaravoyu, 1 ədəd dəyəri 250 manat olan 1983-cü il istehsalı QAZ 66 markalı avtomobilin ressoru, 1 ədəd dəyəri 200 manat olan QAZ 66 markalı avtomobilin stupsiya ilə birlikdə peredoku, 1 ədəd dəyəri 10 manat olan QAZ 66 markalı avtomobilin kardan başlığı, 1 ədəd dəyəri 150 manat olan QAZ 66 markalı avtomobilin stupsiyasız peredoku, 3 ədəd cəmi dəyərləri 90 manat, 1 ədədinin dəyəri 30 manat olan QAZ 66 markalı avtomobilin polosu, 1 ədəd dəyəri 200 manat olan QAZ 66 markalı avtomobilin bütöv mostu, 1 ədəd dəyəri 250 manat olan 1986-ci ilin QAZ 53 markalı avtomobilin ressoru, 4 ədəd ümumi dəyəri 120 manat, 1 ədədinin qiyməti 30 manat olan QAZ 53 markalı avtomobilin amortizatoru, 1 ədəd dəyəri 10 manat olan QAZ 53 markalı avtomobilin naklatkası, 1 ədəd dəyəri 10 manat olan QAZ 53 markalı avtomobilin mühərrik yastığı, 1 ədəd dəyəri 15 manat olan QAZ 53 markalı avtomobilin silindri, 2 ədəd ümumi dəyəri 100 manat, 1 ədədinin dəyəri 50 manat olan QAZ 53 markalı avtomobilin tramyoru, ümumi dəyəri 400 manat olan, bir ədədinin dəyəri 200 manat olan 1982-ci il markalı QAZ 24 markalı avtomobilin ressoru, 4 ədəd ümumi dəyəri 160 manat, 1 ədədinin dəyəri 40 manat olan 1980-ci il istehsalı T40 markalı traktorun tiyaqası, 2 ədəd ümumi dəyəri 100 manat, 1 ədədinin dəyəri 50 manat olan T40 markalı traktorun rulavoyu,1 ədəd dəyəri 30 manat olan T40 markalı traktorun rapridvalı, 2 ədəd ümumi dəyəri 100 manat, 1 ədədinin dəyəri 50 manat olan 2005-ci il istehsalı Niva markalı avtomobilin apornusu, 5 ədəd ümumi dəyəri 50 manat, 1 ədədinin dəyəri 10 manat olan Niva markalı avtomobilin qabaq naklatkası, 1 ədəd dəyəri 15 manat olan avtomobil üçün yağ şprisi, 1 ədəd dəyəri 15 manat olan işləməyən təsərrüfat tərəzisi, 1 ədəd dəyəri 300 manat olan QAZ 24 markalı avtomobilin tam qabaq peredok sistemi olmaqla, cəmi 3710 manat dəyərində avtomobil ehtiyat hissələrini gizli olaraq oğurlayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs hadisədən əvvəl tanısa da, oğurluq etdiyi Siyəzən rayonunun Yenikənd kəndində yerləşən, habelə yaşayış olmayan evin sonuncuya məxsus olmasını bilməmiş, habelə Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Bundan əlavə, 2022-ci il payız aylarında, müxtəlif vaxtlarda cəmi üç dəfə və tək sözügedən evin aralı vəziyyətdə olan darvazasından həyətyanı sahəsinə, oradan isə çardağın yanında yerləşməklə, qapısı açıq vəziyyətdə olan yardımçı tikilisinə daxil olub, həmin tikilidən lazımsız olduğunu zənn etdiyi avtomobil ehtiyat hissələrini götürməklə, evin darvazasının önünə yığmışdır. Qeyd edir ki, ehtiyat hissələrini darvazanın önünə tək yığsa da, tanışı Şahid1 onları taksi avtomobilinə yükləməkdə bir dəfə ona köməklik etmişdir. Belə ki, Şahid1 aldadaraq ona, evin əmisinə məxsus olduğunu, taksi fəaliyyəti ilə məşğul olan Şahid4 adlı şəxsə isə ehtiyat hissələrinin oğurluq olmadığını bildirib, 249 kiloqram çəkidə olan həmin ehtiyat hissələrini sonuncuya məxsus avtomobilin yük yerinə Şahid1 ilə birlikdə yükləyib, Siyəzən rayonunda Əlhüseyn adlı metal qəbulu ilə məşğul olan şəxsə təxminən 110 manat müqabilində satmışdır. Bundan əlavə, bütünlükdə ehtiyat hissələrini metal qəbulu ilə məşğul olan Şabran rayonunda Aydın adlı şəxsə bir dəfə, Siyəzən rayonunda Əlihüseyn adlı şəxsə iki dəfə olmaqla, cəmi 200 manat müqabilində satmışdır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan qohumları tərəfindən həm avtomobil ehtiyat hissələri, həm də pul şəkilində qaytarılmışdır. Bundan başqa, əməlindən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında, həmçinin məhkəməyədək istintaq zamanı verdikləri ifadələrlə, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, həmkəndlisi Təqsirləndirilən şəxs şəxsən tanımasa da, sonuncunun atasını və əmilərini tanımış, eyni zamanda, Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Bundan başqa, Siyəzən rayonunun Yenikənd kəndində oğlu üçün aldığı evi vardır. Həmin evdə yaşayış olmadığı üçün darvazası aralı vəziyyətdə, həmçinin evin həyətyanı sahəsindəki qapısı açıq vəziyyətdə olmuş, yardımçı tikilidə UAZ 469b, QAZ 53, QAZ 66 və QAZ 24 markalı avtomobillərə məxsus ehtiyat hissələrini saxlamışdır. 12 dekabr 2022-ci il tarixdə oğlu Elvin Əkbərov və bacısı oğlu İsmayıl Quliyev həmin evə gedib, yardımçı tikilidə olan avadanlıqların yerində olmadığını müəyyən edib, bu barədə dərhal Azərbaycan Respublikası DİN-102 xidmətinə məlumat vermişlər. Daha sonra, polis əməkdaşları tərəfindən əşyaların Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını, həmçinin Əlihüseyn və Aydın adlı şəxslərə satdığını bilmişdir. Hadisə nəticəsində ona 3700 manat məbləğində ziyan dəysə də, həm 1000 manat məbləğində ziyan, həm də ehtiyat hissələrinin bir qismi qaytarılmışdır. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təxminən 2022-ci ilin payız aylarında Təqsirləndirilən şəxs ona müraciət edərək, Rusiya Federasiyasında yaşayan əmisinə aid avtomobil ehtiyat hissələrinin olduğunu, həmçinin onları satmaq istədiyini bildirmiş, habelə ona həmin dəmir predmetlərin daşınmasında köməklik göstərməsini xahiş etmiş, bu məqsədlə Siyəzən şəhərindən tapmaqla, daşımanı 10 manata razılaşdıqları, o cümlədən Şahid4 taksi kimi idarə etdiyi avtomaşınla axşam saat təxminən 20:00 radələrində Siyəzən rayonunun Yenikənd kəndindəki evin qarşısına getmiş, orada darvazanın qarşısında avtomobil ehtiyat hissələrini gəldikləri avtomaşına yükləyib, Siyəzən şəhərindəki metal qəbulu məntəqəsinə aparıb, Əlihüseyn kimi tanıdığı şəxsə təhvil vermiş, sonuncu dəmir predmetlərin oğurluq olub-olmaması ilə maraqlanmış, Təqsirləndirilən şəxs isə oğurluq olmadığını bildirmişdir. Bundan sonra həmin ehtiyat hissələri tərəzidə çəkilmiş, habelə əşyalara görə onlara 110 manat pul verilmiş, bu pulun 10 manatını Təqsirləndirilən şəxs Şahid4 vermiş, qalan puldan isə ona mağazadan su, siqaret və tum almışdır. Eyni zamanda, onlar yenidən həmin evdən əlavə avtomobil ehtiyat hissələrini götürüb, əvvəlki qaydada Əlihüseynin metal qəbulu sexinə təhvil verərək, 120 manat pul almışlar. O, həmin əşyaların oğurluq olması barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs bu barədə ona heç nə bildirməmiş, habelə avtomobil ehtiyat hissələrinin Bədirxanın əmisinə aid olduğun düşünmüşdür. Əgər Təqsirləndirilən şəxs oğurluq əşyaları satdığını bilsə idi, o, sonuncuya bu əməli törətməyə mane olardı. Şahid4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, sonuncuya qarşı düşmənçilik və ədavəti olmamışdır. O, ** BH *** dövlət qeydiyyat nişanlı, VAZ 2107 markalı, boz rəngli avtomobillə Siyəzən rayonunun ərazisində fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 2022-ci ilin payız aylarında Şahid1 Təqsirləndirilən şəxsla birgə onun yanına gəlmiş, həmçinin Bədirxan Siyəzən rayonunun Yenikənd kəndində nənəsinin evinin həyətində dəmir əşyaların olduğunu bildirib, daşınmasına köməklik göstərməsini xahiş etmiş, o cümlədən axşam saat 19-20:00 radələrində Siyəzən rayonunun Yenikənd kəndindəki evin qarşısında avtomaşınına yüklənilmiş əşyalar rayonunun ərazisində yerləşən metal qəbulu sexinə təhvil verilmiş, o, isə daşımanın müqabilində 10 manat pul alıb çıxıb getmişdir. Bundan 1 gün sonra yenə axşam saatlarında, eyni qaydada Şahid1 və Təqsirləndirilən şəxsla birgə həmin ünvana gedib, əlavə dəmir əşyaları avtomaşınına yükləmiş, habelə həmin əşyalar da, Siyəzən rayonunun ərazisində yerləşən metal qəbulu sexinə təhvil verilmişdir. Sonuncu daşımanın müqabilində də, ona 10 manat pul verilmişdir. Bundan əlavə, o, hər iki halda avtomobili ilə daşıdığı dəmir predmetlərin oğurluq olduğunu bilməmişdir. Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, sonuncuya qarşı düşmənçilik və ədavəti olmamışdır. O, köhnə metalların qəbulu ilə məşğul olmuş, habelə metalları hər kiloqramına görə 30-45 qəpik verməklə, satın almışdır. Təxminən 2022-ci ilin payız aylarında Təqsirləndirilən şəxs əvvəldən tanıdığı Şahid1la birgə Şahid4 idarə etdiyi avtomaşınla onun yanına gəlmiş, habelə köhnə dəmir əşyalar, o cümlədən avtomobil ehtiyat hissələrini gətirdiklərini bildirdiklərində, o, gətirilmiş predmetlərin oğurluq olub-olmamasını soruşmuş, lakin, Etibar əşyaların onlara aid olduğunu qeyd edərək, təhvil almasını xahiş etmişdir. Daha sonra, o, gətirilmiş əşyaları çəkmiş, habelə 249 kiloqram gəlmiş dəmir predmetlərin kiloqramına 45 qəpik olmaqla, 112 manat pul vemişdir. Bundan təxminən bir neçə gün sonra, adlarını çəkdiyi şəxslər yenidən onun yanına gəlmiş, həmçinin çəkisi 278 kiloqram olan avtomobil ehtiyat hissələrinə görə 125 manat pul vermişdir. Üçüncü dəfə isə Təqsirləndirilən şəxs onun yanına təkbaşına gəlmiş, habelə bu zaman özü ilə avtomobil ehtiyat hissələri deyil, paltaryuyan maşının korpusunu və iki ədəd qanteli gətirmiş, o, isə çəkisi 65 kiloqram olan əşyalara görə Bədirxana 30 manat pul ödəmişdir. Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, sonuncuya qarşı düşmənçilik və ədavəti olmamışdır. Şabran şəhəri Urfan Orucov küçəsində yerləşən metal qəbul edilən yeri atası X4 ilə birlikdə işlədir. Şahid6 isə Şabran rayon sakini kimi tanımışdır. 04 dekabr 2022-ci il tarixdə, saat 18:30 radələrində Yusif yanında sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxslə Şabran rayon sakini Şahid5 məxsus ** VX *** dövlət qeydiyyat nişanlı, VAZ 2106 markalı qara rəngli avtomobillə işlədiyi dükanın qabağına gəlmiş, habelə ona satlıq metal olduğunu bildirdiklərində, o, dəmir əşyanın, yəni QAZ 24 markalı avtomobilin peredokunun oğurluq olub-olmaması ilə maraqlanmış, Təqsirləndirilən şəxs isə oğurluq olmadığını, ona aid olduğunu bildirmişdir. Bundan sonra, o, çəkisi 84 kiloqram təşkil edən dəmir əşyalara görə Təqsirləndirilən şəxs 35 manat pul vermişdir. Şahid5 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, sonuncuya qarşı düşmənçilik və ədavəti olmamışdır. O, X2 Cəmiyyətində maşinist köməkçisi vəzifəsində işləsə də, aradabir, boş vaxtlarında özünə məxsus ** VX *** dövlət qeydiyyat nişanlı, VAZ 2106 markalı, qara rəngli avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 2022-ci ilin payız aylarında, saat 19-20:00 radələrində Şabran şəhərində avtovağzalda avtomobili ilə dayanıb müştəri gözlədiyi vaxt Təqsirləndirilən şəxs və Şahid6 ona yaxınlaşıb, Siyəzən rayonu Yenikənd kəndində özlərinə məxsus olan QAZ 24 markalı avtomobilin peredokunu sökmələrini, avtomobili ilə Siyəzən rayonunun Yenikənd kəndinə onların yaşadığı evin həyətinə gedib həmin peredoku götürüb, Şabran rayonuna gətirmək lazım olduğunu bildirmişlər. O, əvvəlcə Təqsirləndirilən şəxs həmin dəmir predmeti Şahid6 satdığını düşünmüş, habelə əşyanın oğurluq olub-olmamasını maraqlanmış, bu zaman Bədirxan özünə aid olduğunu bildirmişdir. Bundan əlavə, o, onlara predmetin ağır olacağı və avtomobilinə sığmayacağı təqdirdə, Şabran rayonuna gətirməyəcəyini də qeyd etmişdir. Daha sonra, onlar birlikdə Siyəzən rayonunun Yenikənd kəndinə gəlmiş, habelə o, avtomaşınını darvazanın qarşısında saxlamış, Təqsirləndirilən şəxs və Şahid6 avtomaşından düşmüş, bir qədər sonra QAZ 24 markalı avtomobilə məxsus olduğunu dedikləri qabaq peredoku sürüyə sürüyə gətirib, avtomobilinin yük yerinə qoymuşlar. Bundan sonra, o, avtomobili həmin şəxslərin təklifi əsasında Şahid3 işlədiyi metal qəbulu sexinə sürmüş, habelə qeyd olunan dəmir predmet ora təhvil verilmiş, ona isə xidmətinin müqabilində 12 manat pul verilmişdir. Daha sonra, o, oradan öz işləri ilə əlaqədar ayrılıb, getmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Şahid6 10 aprel 2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində göstərmişdir ki, o, hazırda Qarabağ bölgəsində olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş edib, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Beləliklə, Şahid6, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin payız fəslində dəqiq xatırlamadığı tarixdə təxminən saat 18:00 radələrində Şabran rayonunun Avtovağzal adlanan ərazisində olarkən Bədirxan adlı tanışı onun yanına gəlmişdir. Belə ki, bir neçə ay əvvəl Şabran rayonunda olan çay evlərindən birində olarkən Bədirxanla tanış olmuş və onunla münasibətləri yaranmışdır. Bədirxan onunla görüşdükdən sonra, Siyəzən rayonunun Yenikənd kəndində yaşadığı ünvanda təhvil verilməsi üçün metalların olduğunu bildirib, ondan kömək istəmiş, habelə həmin metalların özünə məxsus olduğunu qeyd edərək, ağır olduğu üçün ondan köməklik etməsini istəmişdir. Bu məqsədlə onlar birlikdə yolun alt hissəsində dayanmış qara rəngli, VAZ 2106 markalı, dövlət qeydiyyat nişanının son rəqəmləri “319” olan avtomobilə əyləşmiş, bundan sonra o, sürücüyə Siyəzən rayonunun Yenikənd kəndində metalların olduğunu, həmin metalları gətirib, Şabran rayonunda metal məntəqəsində təhvil verməli olduqlarını bildirmişdir. Bu zaman sürücü onlara axşam vaxtı olduğunu bildirməklə, metalların oğurluq olub-olmaması barədə məlumat aldıqda, Bədirxan həmin metalların öz həyətlərində olduğunu bildirmişdir. Bundan sonra o, Bədirxan və taksi sürücüsü birlikdə Siyəzən rayonunun Yenikənd kəndinə getmiş, saat təxminən 19:00 radələrində kənddə Bədirxanın göstərdiyi ünvana çatmışlar. Hava qaranlıq olduğu üçün o, qapının dəqiq nə rəngdə olduğunu görməsə də, parıldadığından qapının açıq rəngli olduğunu hiss etmişdir. Bədirxan avtomaşının arxa hissəsini darvazaya istiqamətləndirib, darvazanı açmış, bundan sonra o və Bədirxan birlikdə həyətə girib, evin yan hissəsində olan dəqiq bilmədiyi avtomobil markasına məxsus təkər yayları və həmin yayların üzərində olan digər ehtiyat hissələrini köməkləşərək, gəldikləri avtomobilin yük hissəsinə yerləşdirmişlər. Bədirxan darvazanı bağladıqdan sonra onlar avtomobilə əyləşərək, Şabran rayonuna getmiş, yolda o, Bədirxandan həmin yayın hansı markalı avtomobilə məxsus olmasını soruşduqda, sonuncu həmin yayların QAZ 24 markalı avtomobilə məxsus olduğunu bildirmişdir. Bundan sonra, onlar Şabran şəhərində 5 sotlar adlanan ərazidə Aydın adlı şəxsə həmin metalları təhvil vermişlər. O, həmin metalın bir kiloqramını 44 qəpikdən hesablamış və təxminən 83 kiloqram olan metalın əvəzində onlara 37 manat pul vermişdir. Daha sonra, Bədirxan həmin puldan hər birinə bir qutu siqaret almış və taksiyə istədiyi 15 manat zəhmət haqqının əvəzində 12 manat pul vermiş, qalan pullar isə Bədirxanın özündə qalmışdır. Bundan sonra, o, evə gedəcəyini bildirərək, Bədirxandan ayrılmış, həmin vaxt sonuncu da yaşadığı Siyəzən rayonunun Yenikənd kəndinə geri qayıdacağını qeyd etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 180-181-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2023-cü il tarixli, 9/355 nömrəli ekspert rəyindən görünür ki, qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Respublika ərazisində yerləşən bazarlarda, yerli internet saytlarında və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən malların, o cümlədən 2 ədəd UAZ 469b markalı avtomobilin ressorlarının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq, 2022-ci ilin noyabr-dekabr aylarına olan orta bazar qiyməti ilə nəzəri hesablama yolu əsasında qiyməti ümumilikdə təxminən 400 manat, 1 ədəd 1997-ci il buraxılışlı UAZ 469b markalı avtomobilin bütöv razdatkasının qiyməti 300 manat, 2 ədəd UAZ 469b markalı avtomobilin polosunun qiyməti ümumilikdə 40 manat, 1 ədəd UAZ 469b markalı avtomobilin stupsiya ilə birlikdə most çulokunun (körpünün) qiyməti 350 manat, 1 ədəd UAZ 469b markalı avtomobilin naklatkasının qiyməti 10 manat, 1 ədəd UAZ 469 markalı avtomobilin “qlavni silindir”inin qiyməti 25 manat, 4 ədəd UAZ 469b markalı avtomobilin 4 ədəd şaravoyunun qiyməti ümumilikdə 40 manat, 1 ədəd 1983-cü il buraxılışlı QAZ 66 markalı avtomobilin ressorunun qiyməti 250 manat, 1 ədəd QAZ 66 markalı avtomobilin stupsiya ilə birlikdə peredokunun qiyməti 200 manat, 1 ədəd bir ədəd QAZ 66 markalı avtomobilin kardan başlığının qiyməti 10 manat, 1 ədəd QAZ 66 markalı avtomobilin stupsiyasız peredokunun qiyməti 150 manat, 3 ədəd QAZ 66 markalı avtomobilin polosunun qiyməti ümumilikdə 90 manat, 1 ədəd QAZ 66 markalı avtomobilin bütöv mostunun qiyməti 200 manat, 1 ədəd 1986-cı il buraxılışlı QAZ 53 markalı avtomobilin ressorunun qiyməti 250 manat, 4 ədəd QAZ 53 markalı avtomobilin amortizatorunun qiyməti ümumilikdə 120 manat, 1 ədəd QAZ 53 markalı avtomobilin naklatkasının qiyməti 10 manat, 1 ədəd QAZ 53 markalı avtomobilin mühərrik yastığının qiyməti 10 manat, 1 ədəd QAZ 53 markalı avtomobilin silindrinin qiyməti 15 manat, 2 ədəd QAZ 53 markalı avtomobilin tramlyorunun qiyməti ümumilikdə 100 manat, 2 ədəd 1982-ci il buraxılışlı QAZ 24 markalı avtomobilin ressorunun qiyməti ümumilikdə 400 manat, 4 ədəd 1980-ci il buraxılışlı T40 markalı traktorun tiyaqasının qiyməti ümumilikdə 160 manat, 2 ədəd T40 markalı traktorun rulavoyunun qiyməti ümumilikdə 100 manat, 1 ədəd T40 markalı traktorun rapridvalının qiyməti 30 manat, 2 ədəd 2005-ci il istehsallı Niva markalı avtomobilin apornusunun qiyməti ümumilikdə 80 manat, 5 ədəd Niva markalı avtomobilin qabaq naklatkası qiyməti ümumilikdə 50 manat, 1 ədəd avtomobil üçün yağ şprisinin qiyməti 15 manat, 1 ədəd işləməyən təsərrüfat tərəzisinin qiyməti 5 manat, 1 ədəd QAZ 24 markalı avtomobilin tam qabaq peredok sistemi 300 manat, cəmi 3710 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 179-cu səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 182-185-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Hüquqi Şəxsi tərəfindən 04 fevral 2023-cü il tarixdə verilmiş 267 nömrəli komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 120-128-ci vərəqələrində olan 19 dekabr 2022-ci il tarixli ifadənin hadisə yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 22, 25 və 28 noyabr 2022-ci il tarixlərdə Siyəzən rayonunun Yenikənd kəndindəki evin həyətyanı sahəsinə qanunsuz olaraq daxil olmaqla orada çardaq kimi istifadə edilən tikilidən Zərərçəkmiş şəxs məxsus müxtəlif nəqliyyat vasitələrinə aid ehtiyat hissələrini oğurladığını etiraf etmiş, habelə baş vermiş hadisənin törədilmə mexanizmini təfərrüatlı şəkildə izah edərək, olanları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 36-38-ci vərəqələrindəki 17 dekabr 2022-ci il tarixli əşyaya baxış keçirilməsi və götürülməsi barədə protokoldan, işin 55-57-cı vərəqələrindəki eyni tarixli cinayət işi üzrə əşyaların maddi sübut hesab edilməsi barədə qərardan, qəbzdən, eləcə də işin 200-217-ci vərəqələrindəki 25 fevral 2023-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış, habelə, onun barəsində CM-nin 177.2.1, 177.2.2-ci və 180.1-ci maddələri ilə, eyni zamanda Şahid1, Şahid4, Şahid6 və Şahid5 əməllərində cinayət tərkibi olmadığı üçün barələrində cinayət işinin başlanılması rədd edilmişdir. Bundan əlavə, 2 ədəd UAZ 469b markalı avtomobilin ressorları, UAZ 469b markalı avtomobilin bütöv razdatkası, UAZ 469b markalı avtomobilin 2 ədəd polosu UAZ 469b markalı avtomobilin stupsiya ilə birlikdə most çuloku, UAZ 469b markalı avtomobilin 1 ədəd naklatkası, UAZ 469 markalı avtomobilin “qlavni silindir”i, UAZ 469b markalı avtomobilin 4 ədəd şaravoyu, 1 ədəd QAZ 66 markalı avtomobilin ressoru , 1 ədəd QAZ 66 markalı avtomobilin stupsiya ilə birlikdə peredoku, 1 ədəd QAZ 66 markalı avtomobilin kardan başlığı, 1 ədəd QAZ 66 markalı avtomobilin stupsiyasız peredoku, 3 ədəd QAZ 66 markalı avtomobilin polosu, QAZ 53 markalı avtomobilin ressoru, QAZ 53 markalı avtomobilin 4 ədəd amortizatoru, QAZ 53 markalı avtomobilin 1 ədəd naklatkası, 1 ədəd QAZ 53 markalı avtomobilin mühərrik yastığı, 1 ədəd QAZ 53 markalı avtomobilin silindri, 2 ədəd QAZ 53 markalı avtomobilin tramlyoru, 2 ədəd 1982-ci il buraxılışlı QAZ 24 markalı avtomobilin ressoru, T40 markalı traktorun 4 ədəd tiyaqası, T40 markalı traktorun 2 ədəd rulavoyu, T40 markalı traktorun rapridvalı, Niva markalı avtomobilin 2 ədəd apornusu, Niva markalı avtomobilin 5 ədəd qabaq naklatkası, 1 ədəd avtomobil üçün yağ şprisi və 1 ədəd işləməyən təsərrüfat tərəzisi maddi sübut hesab edilməklə, saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 168-170-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 fevral 2023-cü il tarixli tələbnamədən, işin 152-163-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 1(059)-2/2019 saylı hökmünün, eləcə də işin 175-177-ci vərəqələrindəki Siyəzən Rayon Məhkəməsinin 17 iyul 2020-ci il tarixli, 7(059)-11/2020 saylı qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 66.2 və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 3 il 3 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, bu məhkəmənin 17 iyul 2020-ci il tarixli qərarı ilə ona hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 02 ay 03 günü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 01 il 01 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 18 avqust 2021-ci il tarixdə isə o, cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, hazırkı cinayət əməlinin törədildiyi vaxt Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 116-117-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 4(059)-50/2022 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 17 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 166-167-ci vərəqələrində olan xasiyyətnamədən və arayışdan görünür ki, Siyəzən rayonu, Yenikənd kəndində yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd İƏD üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi ərizə-şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən 28 mart 2023-cü il tarixdə tərtib edilmiş ərizədən görünür ki, ona dəymiş zərər tam şəkildə ödənildiyinə görə onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası medalının vəsiqəsinin, 095232 nömrəli vəsiqənin, fotoşəkillərin, diplomların surətlərindən görünür ki, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş Vətən müharibəsi veteranının qardaşı Təqsirləndirilən şəxs sambo güləşi üzrə keçirilmiş müxtəlif tədbirlərdə İ, İİ və İİİ yerlər tutmaqla, diplom, fəxri fərman və medallarla təltif olunmuşdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübutlar və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talaması tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun Vətən müharibəsinin iştirakçısının qardaşı olaraq, gənc yaşda olmaqla, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını, həmçinin sambo güləşi üzrə keçirilmiş müxtəlif tədbirlərdə İ, İİ və İİİ yerlər tutmaqla, diplom, fəxri fərman və medallarla təltif olunaraq, ictimaiyyət arasında özünə qarşı rəğbət yaratmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması Cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Azərbaycan Respublikasının CM-nin 18-cü maddəsinin 4-cü hissəsinin 4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Siyəzən Məhkəməsinin 28 fevral 2019-cu il tarixli hökmü ilə qəti olaraq 03 il 03 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin, bu məhkəmənin 17 iyul 2020-ci il tarixli qərarı ilə ona hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 02 ay 03 günü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 01 il 01 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məhz Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə əsaslanaraq bir daha qeyd etmək olar ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsi nəzərə alınmaqla, residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməldə mülkiyyətə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, şəxsiyyətini (əvvəllər mülkiyyət əleyhinə törətdiyi cinayət əməlinə görə verilmiş cəzadan nəticə çıxarmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini), bununla belə cəzasını ağırlaşdıran halın mövcud olmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların, xüsusilə də zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, onun Vətən müharibəsinin iştirakçısının qardaşı olaraq, sambo güləşi üzrə keçirilmiş müxtəlif tədbirlərdə İ, İİ və İİİ yerlər tutmaqla, diplom, fəxri fərman və medallarla təltif olunaraq, ictimaiyyət arasında rəğbətə malik olmasını, törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddi həcmində cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 17 dekabr 2022-ci il tarixdən 11 aprel 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 03 (üç) ay 25 (iyirmi beş) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilməli və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilməli, barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V bəndinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 2 ədəd UAZ 469b markalı avtomobilin ressorları, UAZ 469b markalı avtomobilin bütöv razdatkası, UAZ 469b markalı avtomobilin 2 ədəd polosu, UAZ 469b markalı avtomobilin stupsiya ilə birlikdə most çuloku, UAZ 469b markalı avtomobilin 1 ədəd naklatkası, UAZ 469 markalı avtomobilin “qlavni silindir”i, UAZ 469b markalı avtomobilin 4 ədəd şaravoyu, 1 ədəd QAZ 66 markalı avtomobilin ressoru , 1 ədəd QAZ 66 markalı avtomobilin stupsiya ilə birlikdə peredoku, 1 ədəd QAZ 66 markalı avtomobilin kardan başlığı, 1 ədəd QAZ 66 markalı avtomobilin stupsiyasız peredoku, 3 ədəd QAZ 66 markalı avtomobilin polosu, QAZ 53 markalı avtomobilin ressoru, QAZ 53 markalı avtomobilin 4 ədəd amortizatoru, QAZ 53 markalı avtomobilin 1 ədəd naklatkası, 1 ədəd QAZ 53 markalı avtomobilin mühərrik yastığı, 1 ədəd QAZ 53 markalı avtomobilin silindri, 2 ədəd QAZ 53 markalı avtomobilin tramlyoru, 2 ədəd 1982-ci il buraxılışlı QAZ 24 markalı avtomobilin ressoru, T40 markalı traktorun 4 ədəd tiyaqası, T40 markalı traktorun 2 ədəd rulavoyu, T40 markalı traktorun rapridvalı, Niva markalı avtomobilin 2 ədəd apornusu, Niva markalı avtomobilin 5 ədəd qabaq naklatkası, 1 ədəd avtomobil üçün yağ şprisi və 1 ədəd işləməyən təsərrüfat tərəzisi Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 (üç) ay 25 (iyirmi beş) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilsin və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd UAZ 469b markalı avtomobilin ressorları, UAZ 469b markalı avtomobilin bütöv razdatkası, UAZ 469b markalı avtomobilin 2 ədəd polosu, UAZ 469b markalı avtomobilin stupsiya ilə birlikdə most çuloku, UAZ 469b markalı avtomobilin 1 ədəd naklatkası, UAZ 469 markalı avtomobilin “qlavni silindir”i, UAZ 469b markalı avtomobilin 4 ədəd şaravoyu, 1 ədəd QAZ 66 markalı avtomobilin ressoru, 1 ədəd QAZ 66 markalı avtomobilin stupsiya ilə birlikdə peredoku, 1 ədəd QAZ 66 markalı avtomobilin kardan başlığı, 1 ədəd QAZ 66 markalı avtomobilin stupsiyasız peredoku, 3 ədəd QAZ 66 markalı avtomobilin polosu, QAZ 53 markalı avtomobilin ressoru, QAZ 53 markalı avtomobilin 4 ədəd amortizatoru, QAZ 53 markalı avtomobilin 1 ədəd naklatkası, 1 ədəd QAZ 53 markalı avtomobilin mühərrik yastığı, 1 ədəd QAZ 53 markalı avtomobilin silindri, 2 ədəd QAZ 53 markalı avtomobilin tramlyoru, 2 ədəd 1982-ci il buraxılışlı QAZ 24 markalı avtomobilin ressoru, T40 markalı traktorun 4 ədəd tiyaqası, T40 markalı traktorun 2 ədəd rulavoyu, T40 markalı traktorun rapridvalı, Niva markalı avtomobilin 2 ədəd apornusu, Niva markalı avtomobilin 5 ədəd qabaq naklatkası, 1 ədəd avtomobil üçün yağ şprisi və 1 ədəd işləməyən təsərrüfat tərəzisi Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-18/2023
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-18/2023
11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver